Search is not available for this dataset
text
stringlengths
10
518k
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Pərviz Ağakişi oğlu Xəlilzadəni ziyarət edib, müalicəsinin gedişa...
Bu barədə DSX-dən Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, əsgər P.Xəlilzadə göstərilərən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.
“Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edi ki, Xovayevin azərbaycanlı tərəfdaşlarla görüşlər keçirməsi, bu görüşlərdə sülh sazişi mövzusu da daxil olmaqla, müxtəlif məsələlərin müzakirəsi planlaşdırılır.
Zaxarova bildirib ki, İ.Xovayevin səfərinin nizamlanma üçün faydalı olacağına ümid edir:""“Güman edirik ki, o, regiona səfərini davam etdirəcək, yaxın vaxtlarda İrəvana səfər edə biləcək və dostluq şəraitində, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edəcək ki, bu təmaslar nizamlanmaya fayda versin”, - Rusiya Xİ...
Azərbaycanda Ələt Azad İqtisadi Zonasının inkişaf perspektivlərinə və İqtisadi Zona ilə bağlı yaradılmış işçi qrupun fəaliyyətinə dair yol xəritəsinin hazırlanması barədə müzakirələr aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Belə ki, İqtisadi Zona ilə bağlı yaradılmış işçi qrupun birinci iclası keçirilib.
İclasda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən, işçi qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkədə qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, əlverişli işgüzar mühit və investisiya cəlb edilməsi tədbirləri barədə məlumat verilib.
Ölkəmizin artan tranzit-logistika imkanları vurğulanıb, bu kontekstdə Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.
İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.
Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır.
İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkənin strateji əhəmiyyəti artacaq.
Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların #İqtisadiZona-ya marağını artırır.
İnnovativ texnologiyalarla yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək məqsədilə yaradılmış Ələt Azad İqtisadi Zonası ölkə… pic.twitter.com/wdcWV5UQEh
Rusiyanın “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasını təşkil etmək üçün danışıqlar aparır.
Bu barədə şirkətin rəhbəri Maksim Sokolov Moskvada keçirilən “Rossiya” forum-sərgisi çərçivəsində jurnalistlərə bildirib.
“Biz belə danışıqlar aparırıq və hazırda “AvtoVAZ” nümayəndə heyəti Azərbaycandadır.
Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar.
Ümid edirəm ki, yazda Azərbaycandan müsbət xəbərlər olacaq”, - deyə Sokolov bildirib.
Qeyd edək ki, hələ yanvarda təşkil olunan “AvtoVAZ”ın təqdimatında qeyd olunub ki, şirkət Azərbaycanda iri aqreqatların yığılması üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.
Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydası təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi “Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası”na uyğun olaraq milli məkan məlumatlarının monitorinqini aparmalıdır.
Milli məkan məlumatlarının monitorinqinin aparılması prosesində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən istifadə edilməlidir.
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib, lakin onun yaxın gələcəkdə - Rusiyadakı prezident seçkisinə qədər baş tutacağı istisna edilmir”.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bu səfərə hazırlaşırıq, tarixlər hələ müəyyən edilməyib.
Biz onun yaxın gələcəkdə baş tutacağını gözləyirik.
Biz istisna etmirik ki, səfər Rusiya Federasiyasında prezident seçkisi öncəsi baş tutacaq”, - Kreml nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl media Putinin Türkiyəyə səfərinin fevralın 12-də baş tuta biləcəyini yazıb.
Eyni zamanda, Kreml bu tarixi təsdiq etməyib.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Prezident İlham Əliyev andiçmə mərasimində xalqa söz verdi.
Ermənistandan növbəti təxribat.
Mövqelərimiz üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərildi.
Şərti sərhəddəki təxribatda Fransa izi.
Rusiyalı politoloqlar Qərbin Qafqazdakı planlarından danışdılar.
Ailəsini qətlə yetirməkdə şübhəli bilinən şəxsin etirafı.
Əhməd Əhmədov “Baku TV”yə danışdı.
Şəmkirdə kütləvi zəhərlənmə baş verdi.
Qida Təhlükəsizliyi Agentliyi araşdırmalara başladı.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
Özbəkistanın Moskvadakı səfiri Botircon Asadov ölkənin jurnalistika universitetinin rektoru Şirzod Kudratxocayevin təhqiramiz bəyanatlarına görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qurumdan verilən bəyanata görə, Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya Federasiyası və Özbəkistan xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur.
“Rusiya Federasiyası Özbəkistan Xarici İşlər Nazirliyinin Kudratxocayevin iyrənc bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcəyini gözləyir”, - deyə Rusiya XİN-dən bildirilib.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Erməni təcavüzünə qarşı Şadlinskinin müqavimət hərəkatı” adlı süjetdə 1918-1920-ci illərdə özünə Qafqazda dövlət qurmaq istəyən ermənilərin Qərbi Azərbaycanda, o cümlədən Vedibasarda yerli əhali olan azərbaycanlılara qarşı soyqırımı törətməsindən, Böyük Vedi hadisələrindən bəhs olunur.
Bildirilib ki, 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birl...
Qeyd olunub ki, ermənilər törətdikləri cinayətləri, qətliamları qarşı tərəfin ayağına yazmaq vərdişini milli xüsusiyyətə çeviriblər və 1919-cu ildəki Vedi hadisələri buna nümunədir.
Süjetdə “Böyük Vedi əməliyyatı”nın uğursuzluğuna aydınlıq gətirilir:“1918-ci ilin payızında daşnaklar Yaycı kəndinə basqın zamanı məğlubiyyətə uğrayırlar.
Bundan qəzəblənən daşnaklar Əmovu kəndinə hücum edir, qadınlara, qocalara və uşaqlara qanlı divan tutub qılıncdan keçirir, 200-dən çox adamı öldürüb quyulara atırlar.
Daşnaklar basqın etdikləri kəndləri viran qoyurdular.
1918-1920-ci illərdə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 76 kənd dağıdılıb, yandırılıb.
Azərbaycan kəndlərində yarım milyondan çox əhali pərən-pərən düşüb”.
Vurğulanıb ki, erməni mənbələrində Böyük Vedi hadisələri ilə bağlı məlumatların yalan olduğu üzə çıxır:“Azərbaycanlılar Abbasqulu bəy Şadlınskinin komandanlığı ilə ciddi müqavimət göstərib erməniləri yerlərində oturdublar.
Daşnaklar törətdikləri cinayətlərə, qətliamlara baxmayaraq Vedi əhalisini ram edə bilməyiblər.
Məhz bu acığa görə, bu hadisəni üsyan kimi qələmə verib, azərbaycanlıların erməni və assurlara qarşı soyqırımı etdiklərini uydururlar.
Gerçək budur ki, 1918, 1919, 1920-ci illərdə Vedibasar, Dərələyəz, Naxçıvan, bütövlükdə Qərbi Azərbaycanın hər yerində soyqırımı ermənilər törədib.
Bunu elə Ararat hökümətinin başçısı da etiraf edib.
Daşnak hökümətinin Baş naziri Kacanzuni yazır ki, biz Ağbaba kimi maldarlıq rayonunu, Şərur kimi taxıl mənbəyini, Vedibasar kimi bağlı-bostanlı meyvəli kəndləri darmadağın etdik.
Ermənilər isə öz gerçək tarixini yox, nağılları öyrənmək və təbliğ etməklə məşğuldurlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı 20 illik bir dövrün hesabatı və bundan sonrakı yeddi ildə görüləcək işlərlə bağlı əsas istiqamətləri özündə əks etdirir.
Deputat dövlət başçısının ötən 20 illik prezidentlik dövrünü uğurlar və qalibiyyətlər dövrü adlandırıb:""“Əgər biz Prezident İlham Əliyevin fəaliyyəti dövrünə baxsaq, görəcəyik ki, hər bir addım özündən sonrakı mühüm strateji vəzifələri icra etmək üçün atılıb.
Nəticədə bizim 2016-cı ildə və ondan sonrakı mərhələlərdə əldə etdiyimiz qalibiyyətlər bir-birini tamamlamaqla vahid qələbəmizə gətirib çıxarıb.
Azərbaycan xalqının 100 illik arzusu reallaşıb, “Dağlıq Qarabağ” adlı problem ölkəmizin tarixindən silinib.
Ona görə də, Azərbaycan Prezidenti qeyd etdi ki, onun Xankəndidə səs verərkən qutuya atdığı bülleten sadəcə bülleten deyildi, erməni separatizminin tabutuna vurulan sonuncu mismar idi”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti yeni dövrün əsas səciyyəvi istiqamətləri və prioritetləri kimi ilkin məqsəd üçün üç əsas məsələni müəyyənləşdirib:""“Bunlardan birincisi, ordu və hərbi sənaye quruculuğu, ikincisi iqtisadi inkişaf, üçüncüsü isə ən müasir innovativ texnologiyaların tətbiqi ilə Azərbaycan iqtis...
Yəni Azərbaycan Prezidenti növbəti yeddi ilin əsas tezisi kimi üç məsələni müəyyənləşdirdi:güclü iqtisadiyyat, güclü ordu və güclü xarici siyasət.
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun tamamilə yeni inkişafından danışdı.
Düşünürəm ki, müasir texnologiyaların tətbiqi ilə Azərbaycanda iqtisadi münasibətlərin və onların gətirəcəyi rifahın növbəti yeddi ildə prioritet olması gerçəkliyə çevriləcək”.
Ötən gün Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədənindəki torpaq sürüşməsilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı yeddiyə yüksəlib.
Məlumata görə, hadisə ilə bağlı başladılan araşdırmalar davam edir.
Həmçinin, torpaq altında qalan doqquz nəfərin xilasedilməsi üçün səylər göstərilir.
İnsident zamanı onlardan beşinin konteyner, dördünün isə avtomobilin içərisində olduğu bildirilir.
Rusiyanın Penza şəhər gimnaziyasında 22 yaşlı riyaziyyat müəllimi ilə 15 yaşlı səkkizinci sinif şagirdi arasında intim münasibətlər yaşanıb.
Qadın müəllim polisə ərizə yazaraq günahını etiraf edib və azyaşlının ondan susması üçün bir milyon rubl tələb etdiyini bildirib.
Məlumata görə, cinsi yaxınlıq müəllimin avtomobilində baş verib.
Bir neçə görüşdən sonra onlar ayrılıblar.
Lakin fevralın əvvəlində yeniyetmə müəllimə mesajlar yazmağa başlayıb və onu şantaj edib.
Bu işə oğlanın anası da qoşulub.
Müəllim hadisəni daha gizlədə bilməyəcəyini anlayıb və polisə ərizə yazıb.
Həqiqət üzə çıxandan sonra müəllimə qarşı cinayət işi açılıb.
Məktəblinin və anasının pul tələb etdiklərinə görə cəzalandırılıb-cəzalandırılmayacağı isə hələlik bəlli deyil.
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayı Əməkdar artist Aygün Bəylərə həsr olunub.
Mərhum xanəndə ilə bağlı xatirələrini bölüşən Əməkdar incəsənət xadimi Baba Vəziroğlu onun son konsertindən danışıb:""“Aygün səhnədən düşdü, bizimlə, fanatları ilə görüşmək istədi.
Bu dəfə arada o qədər insan var idi ki, yaxınlaşa bilmədik.
Fanatlarının arasından mənə əlini uzatdı.
Onun əlini tutanda bütün ümidlərim məhv oldu.
Gördüm ki, bu sondur, əli bumbuz idi, həyat nişanəsi yox idi”.