Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Müğənni Nigar Camal isə deyib ki, bu konsertdə çıxış etmək Aygün Bəylər üçün çox ağır olub:""“Təzyiqi qalxırdı, burnundan qan axırdı. |
Konsertə hazırlaşanda kimyaterapiyanı dayandırmışdı. |
Həmin bir həftə ərzində onun analiz nəticələri daha da pisləşmişdi”. |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfəri çərçivəsində Qahirədə ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüş keçirib. |
Danışıqlardan sonra dövlət başçıları Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən öz fəaliyyətini bərpa etməsinə dair Birgə Bəyannaməni imzalayıblar. |
“Türkiyə Misirin Şimali Afrikadakı ilk ortağıdır. |
Ankara ilə əlaqələrimiz günü-gündən artır. |
Yaxın gələcəkdə Türkiyə ilə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı hədəfləyirik. |
Prezident Ərdoğanın dəvətilə apreldə Türkiyəyə səfər etməyi səbirsizliklə gözləyirəm. |
Biz Ankara ilə münasibətlərdə yeni səhifə açırıq”, - deyə sənədlərin imzalanması mərasiminin ardından çıxış edən Misir Prezidenti bildirib. |
O, Qəzzada atəşkəs məsələsində Türkiyə ilə tam razılığı, Liviya probleminə dair isə ölkələr arasında məsləhətləşmələrin gücləndiriləcəyini qeyd edib. |
Xatırladaq ki, Ərdoğan son 12 ildə ilk dəfə olaraq Misirə səfər edib. |
Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var. |
Hadisə nəticəsində 1976-cı il təvəllüdlü Vəfadar Nəcəfqulu oğlu Talıbov, 1980-ci il təvəlludlü Günay Əlhəsən qızı Talıbova və onların övladı 2008-ci il təvəlludlü Nəcəfqulu Vəfadar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. |
Faktla bağlı araşdırmalar davam etdirilir. |
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. |
AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. |
Millinin digər üzvü Ülvü Qənizadə (72 kiloqram) qızıl mükafat uğrunda türkiyəli Səlçuk Canla, qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək. |
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. |
Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. |
Bakıda intihar hadisəsi olub. |
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb. |
Qəsəbə sakini 1969-cu il təvəllüdlü Bəxtiyar Nəsrullayev yaşadığı mənzildə özünü asaraq intihar edib. |
Onun psixoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. |
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır. |
Sumqayıtda bir neçə avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin yaralanması ilə nəticələnib. |
“PAZ” markalı avtobusla “Opel” və “Hyundai” markalı avtomobillər toqquşub. |
Zəncirvari qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Ruslan Tağıyev, sərnişin 1985-ci il təvəllüdlü Vüqar Verdiyev xəsarət alıblar. |
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri stabildir. |
Faktla bağlı araşdırma aparılır. |
Qubada fərdi yaşayış evinin pilləkənində asılmış vəziyyətdə kişi meyiti aşkarlanıb. |
Faktla bağlı araşdırma aparılır. |
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimini işıqlandırıb. |
Telekanalın süjetində bildirilir ki, budəfəki dövlət başçısı seçimləri Azərbaycan üçün tarixi əhəmiyyət daşıyıb. |
Belə ki, prezident seçkisi ilk dəfə olaraq ölkənin bütün ərazilərini əhatə edib. |
Videomaterialda Azərbaycan Prezidentinin məhz müzəffər Ali Baş Komandan kimi Milli Məclisdə and içərək Qurana əl basması və Azərbaycan Bayrağını öpməsi xüsusi olaraq vurğulanır. |
Qeyd olunur ki, hazırda ölkəmiz öz müasir tarixində yeni mərhələyə qədəm qoyur. |
Daha ətraflı “Haber Global”ın süjetində: |
Birləşmiş Ştatlar Tayvana son 30 ildə ən böyük silah və hərbi texnika tədarükünə dair sazişləri təsdiqləyib. |
Bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib. |
“Biz Tayvan boğazında sülhü və sabitliyi qorumaq, adanın özünümüdafiə imkanlarını gücləndirmək üçün onlarla sıx əməkdaşlıq edirik”, - deyə Cenkins bildirib. |
Qeyd edək ki, Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. |
Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. |
ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. |
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya ABŞ hərbi tədarükünün ümumi həcmi 70 milyard dolları ötüb. |
Fevralın 14-dən Baliyə səyahət edənlər üçün turizm vergisi tətbiq ediləcək. |
Bu barədə İndoneziya hökumətinin adanın təbiətini qorumağa yönəlmiş “Love Bali” təşəbbüsünün saytında məlumat verilib. |
Rüsumun dəyəri adambaşına 150 min İndoneziya rupisi (təxminən 10 dollar) təşkil edəcək. |
Rüsum Baliyə çatdıqdan əvvəl və ya sonra “Love Bali”yə ödənilməlidir. |
Bu, diplomatik və ya tələbə vizası sahibləri, habelə rəsmi nümayəndə heyətlərinin nümayəndələri istisna olmaqla, hər kəsə aiddir. |
Bundan əlavə, İndoneziya və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) daxil olan ölkələrin vətəndaşları da rüsum ödəməyəcəklər. |
Vəsaitlər adanın mədəniyyətini və təbiətini qorumaq təşəbbüslərinə xərclənəcək. |
Proqrama mərcan riflərinin bərpası layihələri də daxildir. |
İndoneziya hökumətinin məlumatına görə, 2023-cü ildə təxminən 11 milyon xarici turist Balini ziyarət edib. |
Hakimiyyət turist vergisindən ildə təxminən 180 min dollar toplamağı planlaşdırır. |
“İsrail Qəzza zolağında tam qələbəyə qədər döyüşəcək”"Bunu ölkənin baş naziri Benyamin Netanyahu bəyan edib. |
O bildirib ki, tam qələbə Rəfahda güclü hərəkatın həyata keçirilməsini də nəzərdə tutur. |
Baş nazir qeyd edib ki, bu hərəkat yalnız mülki əhalinin bölgədən çıxarılmasından sonra baş tutacaq. |
“Bizi bu gün çətin oyun gözləyir”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliya “Braqa”sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. |
Braziliyalı oyunçu “Braqa”nın ciddi rəqib olduğunu bildirib:“Onlar ölkə çempionatının son turunda Lissabon “Sportinq”inə məğlub oldular. |
Bu, bizi arxayınlaşdırmamalıdır. |
Komandamızın heyətində Portuqaliya liqası təcrübəsi olan futbolçular var. |
O, “Braqa”ya qalib gəlmək şanslarının olduğunu deyib:“Bu oyunun nəticəsini bir sıra detallar həll edəcək. |
Avropa Liqası turniri fərqli atmosferdir. |
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa”- “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. |
Cavab matçı fevralın 22-də Bakıda olacaq. |
Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq”. |
52 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib:“Çox çətin oyun gözləyirik. |
Rəqib sürətli hücumlar edən komandadır. |
Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. |
Hamı üçün maraqlı matç olacaq”. |
Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını düşünür:“İndi Avropada futbol fərqlidir. |
Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. |
Avrokuboklarda böyük təcrübəmiz var. |
Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. |
Təbii ki, mövsüm boyu eyni səviyyədə oynamaq, sabiqliyi qorumaq çətindir”. |
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. |
Türkiyəli müğənni Tarkanın sosial şəbəkədə sərxoş halda onu təhqir edən həmkarı Sərdar Ortaça cavabı gecikməyib. |
Axşam.az xəbər verir ki, sənətçi ona sosial şəbəkə vasitəsi ilə cavab verib:""Tarkan “Var-dövlətini itirəndə ağlını da itirib, yazıq” sözlərini yazıb. |
Amerika Birləşmiş Ştatları digər müttəfiqlərlə birlikdə Ukraynanı dəstəkləyir və ukraynalılar döyüşdükcə, onlarla birlikdə müqavimət göstərəcək. |
Bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib. |
ABŞ müdafiə nazirinin sözlərinə görə, Kreml hələ də müttəfiq ölkələrin Ukraynaya marağını itirəcəyinə və tərəfdaşların dəstəyinin zəifləyəcəyinə ümid edir. |
“Ancaq indi mən həmişəkindən daha əminəm - ABŞ Ukraynanın yanındadır və bu mübarizədə Ukraynanı dəstəkləyəcək”, - o deyib. |
Ostin vurğulayıb ki, koalisiya üzvləri, o cümlədən ABŞ Ukraynanı ona görə dəstəkləyir ki, Kiyev haqlıdır və bu, Birləşmiş Ştatların özünün əsas təhlükəsizlik maraqlarına uyğundur. |
“Ukrayna da, biz də təslim olmayacağıq”, - Pentaqon rəhbəri qeyd edib. |
Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, bahalı avtomobilin sürücüsü maşının şüşələrinə plyonka vurduğu üçün saxlanılıb. |
“Unikal”ın məlumatına görə, “Mercedes Maybach” markalı, 10-RF-010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib. |
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, “Mercedes” markalı 10-RF-010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqin... |
“O, “saxla” əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirib. |
Görülən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilib. |
Məsələ ilə bağlı ətraflı məlumat veriləcək. |
Sürücünün şəxsiyyəti araşdırılır”, - deyə qurum rəsmisi qeyd edib. |
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. |
Bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb. |
“Yunan-Roma güləşi üzrə Azərbaycan millisindən tarixi uğur! |
Yığma komandamız Azərbaycan güləşi tarixində ilk dəfə Avropa Çempionatında üç qızıl medal qazanmağa nail olub. |
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq, qızıl medala layiq görülüblər. |
Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) gümüş medal, Beka Kandelaki (130 kiloqram) bürünc medal qazanıblar. |
Güləşçilərimizi və məşqçilərimizi bu tarixi uğura görə təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik! |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.