Search is not available for this dataset
text
stringlengths
10
518k
Avropa Çempionatında finala yüksəlmiş Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnikə (59 kiloqram), eləcə də digər qadın güləşçilərimizə və sərbəst güləş üzrə milli yığma komandamızın üzvlərinə müvəffəqiyyətlər diləyirik”, - deyə qeyd olunub.
Yunan-Roma güləşi üzrə #Azərbaycan millisindən tarixi uğur!
Yığma komandamız Azərbaycan #güləş-i tarixində ilk dəfə #AvropaÇempionatı-nda 3 qızıl medal qazanmağa nail olub.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63… pic.twitter.com/5pMBhEUzrM
Müğənni Aysun İsmayılova ailə qurduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.
Aysun nikahdan görüntülər paylaşaraq vəkil sevgilisi ilə münasibətlərini rəsmiləşdirdiyini bildirib.
“Şəxsi həyatımla gündəmə gəlmək istəmirdim.
Bir neçə ay öncə ailə həyatı qurmağıma baxmayaraq, paylaşım etməmişdim.
Lakin çoxlu sayda sual verildiyindən bu xoşbəxtliyimi bütün sevənlərimlə Sevgililər Günündə bölüşmək istədim.
Xoşbəxtlik sakitliyi sevir”, - deyə Aysun paylaşımında bildirib.
Qeyd edək ki, müsahibələrindən birində Aysun İsmayılova həyat yoldaşının ondan 10 yaş böyük olduğunu qeyd edib.
Bir müddət öncə isə müğənni Rəqsanə İsmayılova verilişlərin birində qızına dörd gün toy edəcəyini açıqlamışdı:""“Aysun etdiyi səhvi təkrarlamaz.
Ona deyirdim ki, dörd gün toy edəcəyəm, təki sən ikinci dəfə ailə qur, elə bir toy edəcəyəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək.
Xatırladaq ki, Aysun İsmayılova 2022-ci ilin iyunun 30-da Eşqin adlı bəylə ailə qurub.
Cütlük 2023-cü ilin mayın beşində ayrılıb.
Bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyi idi.Belə ki, Eşqin daha öncə rus xanımla ailəli olub, ondan bir qız övladı var.
Ailənin beş üzvünü amansızlıqla öldürməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədovun psixi problemləri olduğu deyilir, qeyri-adekvat davranışlar etdiyi bildirilir.
Üstəlik, bu vəziyyətdən ailəyə yaxın insanların da xəbəri olub, valideynlərinə onu müvafiq xəstəxanaya yerləşdirmək tövsiyə edilib.
Ailənin isə bu məsləhəti qəbul etmədiyi deyilir.
Sonradan yayılan məlumatlara görə, təqsirləndirilən Əhməd Əhmədovun psixiatrik xəstəxanada qeydiyyatda olduğu və müalicə aldığı müəyyən edilib.
Bəs, ətrafa bu cür təhlükə saçan şəxslərlə bağlı qanunvericilik nə deyir?
Əqli qüsurlu şəxslər hansı hallarda məcburi olaraq xəstəxanaya yerləşdirilməlidirlər?
Türkiyənin “Haber Global” telekanalında İlham Əliyevin prezident seçkisindəki qələbəsi və bu qələbəni təmin edən səbəblər ətrafında fikir mübadiləsi aparılıb.
Proqramın qonağı olan ekspertlər dövlət başçısının uzaqgörən siyasətini xüsusi olaraq vurğulayıblar.
Bildirilib ki, məhz İlham Əliyevin irəliyə doğru baxışı onilliklər öncə yalnız xəyal edilə bilən hadisələri bu gün reallığa çevirməyə imkan verib.
Bu baxımdan məhz Türk Dövlətlərinin Qərb-Şərq ticarətində aparıcı rolu öz üzərilərinə götürmələri və dünya ticarətinin əsas fiqurları halına gəlmələri diqqətə çatdırılıb.
Daha ətraflı “Haber Global”ın videomaterialında:
Azərbaycanla Ermənistan arasında sonuncu müharibənin bitməsindən artıq dörd il keçməsinə baxmayaraq İrəvan hələ də sülh sazişinə imza atmaqdan yayınır.
Bu barədə Türkiyənin “Haber Global” telekanalında efirə çıxan verilişdə bildirilib.
Qeyd olunub ki, Ermənistanı arxayın salan onun himayədarlarıdır.
Bir tərəfdən Fransa, digər tərəfdən AŞPA kimi Avropa strukturları anti-Azərbaycan mövqeyi sərgiləməklə birtərəfli qaydada Ermənistanı dəstəkləyir və onun sülhdən yayınmasına şərait yaradırlar.
Proqramda vurğulanır ki, Azərbaycan xalqı kənardan gələn bütün təzyiqlərə kütləvi şəkildə seçkiyə qatılmaqla və İlham Əliyevə səs verməklə cavab verdi.
Verilişdən kadrları təqdim edirik:
Bakının Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yaşayış binasının zirzəmisinə tullantı suları dolur.
Sakinlər bildiriblər ki, ərazidə həşəratlarla yanaşı, kəskin qoxu vəziyyəti daha dözülməz edir.
Onlar dəfələrdə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
Qusara avtomat satmağa gələn Bakı sakini yaxalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rahib Nuriyev saxlanılıb.
Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.
İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatı ilə Livanın cənubundakı Nəbatiyyə şəhərini vurub.
Bu barədə Livan KİV məlumat yayıb.
Qeyd olunur ki, İsrail Livanın cənubunu, İsrail sərhədindən təxminən 10-25 kilometr aralıda yerləşən bir neçə hədəfi vurub.
İlin məlumata görə, hava hücumu nəticəsində 11 nəfər həyatını itirib.
Hava hücumu zamanı bir nəfər “Hizbullah” döyüşçüsünün öldürdüyü də bildirilir.
Qeyd olunur ki, İsrailin hücumu Livandan atılan raket hücumlarına cavab olub.
Azərbaycan BMT Təhlükəsizlik Şurasına iqlim böhranı ilə mübarizəyə verdiyi töhfə və Ermənistanın işğalının ətraf mühitə və biomüxtəlifliyə fəlakətli təsirini aradan qaldırmaq səyləri barədə məlumat verib.
Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Təhlükəsizlik Şurasında “İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyinin olmaması beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına təsiri” mövzusunda açıq debatda çıxış edib.
Azərbaycanın diplomatik missiyasının bəyanatını təqdim edirik:""“Cənab Prezident,"Əvvəlcə mən Qayana Kooperativ Respublikasının nümayəndə heyətini Təhlükəsizlik Şurasına sədrliyi qəbul etməsi və Qayananın Prezidenti Zati-aliləri Məhəmməd İrfan Əlinin rəhbərliyi altında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi arasında...
Məruzəçilərə dolğun çıxışlarına görə minnətdarıq.
İqlim dəyişikliyi cəmiyyətlərə və ekosistemlərə həyəcanverici təsir göstərərək, aşağı gəlirli və kövrək ölkələrə qeyri-mütənasib şəkildə toxunaraq, dolanışıq vasitələrinə təsir edərək, zəifliklərin əsasını təşkil edərək, qeyri-sabitliyə töhfə verərək və beləliklə də razılaşdırılmış və ardıcıl səylərin, habelə davamlı i...
Baş Assambleya Azərbaycanın həmtəsisçisi olduğu “İqlim dəyişikliyi ilə bağlı dövlətlərin öhdəliklərinə dair Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinin verilməsi sorğusu” adlı 77/276 saylı konsensus qətnaməsində iqlim dəyişikliyinin sivilizasiya miqyasında misli görünməmiş problem olduğunu və bəşəriyyətin indiki ...
İqlim dəyişikliyi problemlərindən ən çox təsirlənən regionlar və ölkələr daha çox dəstək almaq hüququna malikdir və biz Dünya Məhkəməsində verimli prosesləri və onların çoxdan vaxtı çatmış iqlim ədaləti üçün mühüm nəticələrini gözləyirik.
İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi çox vaxt bir-biri ilə bağlıdır və müəyyən regionlarda və ya ölkələrdə təhlükəsizlik və sabitlik səviyyələrinə təsir etmək potensialına malikdir.
İqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusilə həssas olan və ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətlər kimi potensiallarında əhəmiyyətli dərəcədə məhdudiyyətləri olan ölkələrə dəstək üçün çoxtərəfli əməkdaşlıq beynəlxalq fəaliyyət və dəstəyin əsas prioritetləri sırasında olmalıdır.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasının sədri kimi, Azərbaycan Konfransın uğurunu təmin etmək üçün inklüziv və birgə işləməyə sadiqdir və iqlim böhranı ilə mübarizəyə, habelə beynəlxalq həmrəyliyin təşviqi və gücləndirilməsinə ...
Maraqlıdır ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar regional sülh gündəliyinin təşviqi kontekstində qəbul edilib.
Milli potensialımızda əməli addım kimi Azərbaycan Prezidenti zati-aliləri İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Azərbaycan həmçinin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üzrə qlobal öhdəliyə uyğun olaraq, Milli Müəyyənləşdirilmiş Töhfələrdə (MMT) 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmağı qarşısına iddialı məqsəd qoyub.
Bizim əsas prioritetlərimiz 2030-cu ilə qədər 30 %-ə çatmağı hədəfləyən ümumi təyin edilmiş elektrik gücündə bərpa olunan enerji payının artırılmasıdır.
Bu yüksək hədəf, ilk növbədə, enerji səmərəliliyinin artırılması və şəhər mühitində, nəqliyyat sistemlərində və sənayedə innovativ həllərin tətbiqi üçün müəyyən edilir.
Ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının sonlanması ilə Azərbaycan sülh gündəmi təşəbbüsü ilə çıxış edib və müharibənin ətraf mühitə və regionun biomüxtəlifliyinə mineral ehtiyatların talan edilməsi, meşələrin kütləvi şəkildə məhv edilməsi, su hövzələrinin çirklənməsi və keçmişdə işğal olunmuş ərazilərdə i...
Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərində münaqişədən sonra geniş bərpa, yenidənqurma və reinteqrasiya səyləri həyata keçirir.
Bu fəaliyyətlər iqlimə əlverişli, ekoloji təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır.
Azərbaycan 2050-ci ilə qədər bu əraziləri “yaşıl enerji” zonalarının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər və minlərlə hektar ərazini əhatə edən meşələrin bərpası proqramları kimi innovativ yanaşmalarla yadda qalan “Karbon Neytral” zonasına çevirmək ə...
Yekunda vurğulamaq istərdim ki, bu gün dünyanın üzləşdiyi çağırışlar, o cümlədən iqlim böhranı və kəskin ərzaq təhlükəsizliyi və bununla bağlı qəbul edilməli olan praktiki və mənayüklü həllər və strategiyalar, ilk növbədə, qlobal birlik və həmrəyliyin gücləndirilməsini, həmçinin BMT-nin Nizamnaməsi və beynəlxalq hüquqa...
Ali Məhkəmədə tanınmış güləşçi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
İttiham aktına görə, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyad şərtidir) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyad şərtidir) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Bundan başqa, o, həmin ilin sentyabrın 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib.
D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub.
Bu zaman Z.Əliyev də evdə olub.
İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib.
Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.
Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.
E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.
Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub.
2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb.
O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb.
Daha sonra karyerasını başa vurub.
Ali Məhkəmədə xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, polisin nəzarəti altına verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza alıb.
Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub.
Bu hökmdən həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş tərəf narazı qalıblar və apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlayıb.
Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-in başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-n...
İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərind...
Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıq...
29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edilməlidir ki, axtarış elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.
Bildirək ki, D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən məşhur “Izvestiya Hall” konsert binasındakı yanğın söndürülüb.