Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Həmin şəxsdən uzaqlaşmaq üçün Nihat maşını yüksək sürətlə, yəni 140-150 km/saat sürətlə idarə etməyə başladı. |
Bir qədər getdikdən sonra avtomobil ani olaraq yoldan çıxıb çayın dərəsinə aşdı. |
Sonra huşumu itirmişəm və xəstəxanada özümə gəlmişəm”. |
Quba Rayon Məhkəməsinin hökmü ilə Nihat Nəsirova 4 il müddətinə azadlıqdan məhrumetmə və 2 il 6 ay sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. |
Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib. |
Müğənni Doğuş özəl xəstəxanaların birində əməliyyat edilib. |
Oxu.Az xəbər verir ki, Doğuş “Instagram” səhifəsində xəstəxanadan video paylaşaraq “Çox vacib üç əməliyyat keçirdim” deyə bildirib. |
Qeyd edək ki, Doğuşun böyrəyində kista əmələ gəlmişdi. |
İranın Sistan və Bəlucistan əyalətində terror törətmək istəyən şəxs təsadüfən özünü partladıb. |
Bu barədə Zahedanın (rayonun inzibati mərkəzi) prokuroru Mehdi Şəmsabadi məlumat verib. |
Onun sözlərinə görə, terrorçular iki nəfər olub. |
“İki terrorçu Mohammadan rayonunda nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul avtomobilini partlatmaq məqsədi ilə ölkəyə daxil olub, lakin onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb”, - deyə Şəmsabadi bildirib. |
Onun sözlərinə görə, qaçmağa müvəffəq olan ikinci cinayətkarın axtarışlarına başlanılıb. |
Şəmsabadi digər xəsarət alanlar barədə məlumat verməyib. |
Qeyd edək ki, Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan əyaləti İran üçün gərginlik mənbələrindən biridir. |
Bakıda marşrut avtobusları sərnişinlər və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb. |
Bu barədə görüntüləri Baku.ws yayıb. |
Bildirilib ki, hadisə Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasına gedən yolda qeydə alınıb. |
Videodan da aydın olur ki, avtobus sürücüləri nəqliyyat vasitəsini sağ zolaqla sürmürlər. |
Hadisə şahidinin sözlərinə görə, onlar saatda 100 km/saatdan çox sürətlə hərəkət edirdilər. |
Sözügedən görüntüləri təqdim edirik: |
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, dörd rayona yeni prokuror təyin olunub. |
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. |
Məlumata görə, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə... |
Sumqayıtda avtomobildən pul kisəsi oğurlanıb. |
Baku.ws xəbər verir ki, hadisə fevralın 27-si gecə saat 3 radələrində, şəhərin Kotec qəsəbəsi adlanan ərazisində, ev 26 ünvanında qeydə alınıb. |
Naməlum şəxs avtomobilin ön şüşəsini qıraraq içəridə olan pul kisəsini götürüb və oradan uzaqlaşıb. |
Baş verənlər ərazidəki təhlükəsizlik kamerasına anbaan əks olunub. |
Zərərçəkmişin sözlərinə görə, pul kisəsində 1500 manat pul olub. |
Hadisə ilə bağlı Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verilib. |
Oğurluq anının görüntülərini təqdim edirik: |
Ali Məhkəmə sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə qərar qəbul edib. |
Zərərçəkmiş tərəfdən verilən şikayət təmin olunmayıb. |
Qeyd edək ki, zərərçəkmiş E.Bağırov 2008-ci ildə H.Abdullayevin atasından etibarnamə əsasında daşınmaz əmlak alıb. |
Məhkəmənin qərarı ilə sabiq deputatın cinayət işi üzrə həmin əmlaka həbs qoyulub. |
Zərərçəkən tərəf apellyasiya şikayəti verib, lakin təmin olunmadığı üçün Ali Məhkəməyə müraciət edib. |
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. |
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. |
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb. |
Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. |
Fransa Prezidenti Emmanuel Makron Qətər əmiri Təmim bin Həməd Al-Taninin səfəri münasibətilə Yelisey sarayında qonaq olan PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappeyə müraciət edib. |
Futbolçu Makronla görüşəndə prezident ona:“Bizim üçün daha çox problemlər yaradacaqsan”, - deyib. |
Bundan sonra Mbappe Qətər əmiri ilə salamlaşıb, onu dinləyib və yoluna davam edib. |
Makronun Mbappenin “Real Madrid”ə mümkün keçidinə işarə edib-etmədiyi bilinmir. |
Bundan öncə mətbuatda xəbər yayılmışdı ki, Fransa prezidenti, Qətər əmiri və PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Mbappeni cari mövsümün sonunda İspaniyanın “Real Madrid” klubuna keçməkdən imtina etməyə razı salmaq niyyətində deyillər. |
Qeyd edək ki, Kilian Mbappe bütün klub yarışlarında PSJ-nin heyətində 32 matçda 32 qol vurub və yeddi məhsuldar ötürmə edib. |
Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb. |
Qonaqlara hərbi institutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim edilib, iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb. |
Türkiyə nümayəndə heyəti institutun ərazisindəki muzeydə ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb. |
Qonaqlar burada kursantların tədris prosesinin gedişatı ilə də maraqlanıblar. |
Hərbi institutun akt zalında keçirilən tədbirdə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. |
Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri ifa edilib. |
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə igid, qorxmaz oğullarımızın azadlıq uğrunda apardıqları mübarizədən, tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən, bu əlaqələrin bütün türk dünyası üçün mühüm əhəmiyyətə malik olmasından, qardaş ölkə ... |
Sonda birgə xatirə şəkli çəkdirilib, qarşılıqlı hədiyyələr təqdim olunub. |
“Google”un musiqi striminq xidməti “YouTube Music” kompüterlərdə oflayn oxutmaq üçün mahnı yükləmək seçimini əlavə edib. |
Bu barədə “Android Polis” xəbər yayıb. |
Məlumata görə, bunun üçün “YouTube Music”in veb-versiyasında alboma və ya fərdi səhifəyə baxarkən “Kitabxanada saxla” düyməsi seçilməli və yükləmə indikatoruna basılmalıdır. |
Yadda saxlanılmış fayllar “YouTube Music”in “Kitabxana” səhifəsində “Yükləmələr” bölümündə olacaq. |
Mahnıların kataloqu istifadəçinin aktiv internet bağlantısını saxlaya bildiyi, yəni ən azı 30 gündə bir dəfə xidmətə daxil olduğu müddətcə əlçatan olacaq. |
O da vurğulanır ki, veb-versiyanın yeni funksionallığı masaüstü kompüterlər üçün ayrıca “YouTube Music” tətbiqinin olmaması problemini həll edəcək. |
Hələlik yeni funksiya yalnız bəzi istifadəçilər üçün əlçatandır. |
Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. |
İTV hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun evində olub. |
R.Pənahovun anası bildirib ki, oğlu ilə dünən danışıb:""“Ruslanın 19 yaşı var. |
O, keçən ilin iyulun 8-də hərbi xidmətə gedib, dünən danışdım onunla. |
Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. |
Hamıdan kömək istəyirəm, oğlumu geri qaytarsınlar”. |
R.Pənahovun nənəsi Xanım Pənahova bildirib ki, xidməti dövründə hər şeydən razı olub:"“Həmişə razılıq edirdi ki, bura yaxşıdır. |
Bu sabah öyrəndik ki, uşaq yoxdur, yolu azıb. |
Xahiş edirəm, mənim balama kömək etsinlər, geri qayıtsın”. |
Qeyd edək ki, Ruslan Pənahov ailənin üç övladından biridir. |
13:36"Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. |
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. |
Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb. |
Bizim.media əlverişsiz hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun atası ilə əlaqə yaradıb. |
Xəbəri yeni eşidən Eldəniz Pənahov oğluna görə narahatlığını ifadə edib:""“Xəbəri indi eşitdik. |
Yeddi aydır ki, Laçında hərbi xidmətdə idi. |
Sonuncu dəfə oğlumla dünən danışdıq. |
Səhhətinin yerində və hər şeyin qaydasında olduğunu dedi. |
Ümumiyyətlə, oğlumla mütəmadi danışırdıq, heç bir narahatlığının olmadığını bildirirdi”. |
Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib. |
Qeyd edib ki, ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoyub, onun çoxşaxəli fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşdırılıb, nazirliyin səlahiyyətləri genişləndiri... |
Prezident Administrasiyasının rəhbəri bildirib ki, hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə sisteminin inkişafı məsələlərini və ümumilikdə hüquq islahatlarını daim diqqət mərkəzində saxlayır. |
Dövlətimizin başçısının təsdiq etdiyi qanunvericilik aktları ilə Ədliyyə Nazirliyinin yeni fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, ədliyyə orqanlarında qulluqkeçmənin qaydaları və şərtləri müəyyən olunub, ədliyyə orqanlarının inkişaf etdirilməsi məqsədilə müvafiq addımlar atılıb. |
Azərbaycan Prezidentinin hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dövlət başçısının qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verdiyini aydın göstərir. |
Qarşıdan gələn dövrdə nazirliyin qarşısında duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş nazirə və kollektivə uğurlar arzulayıb. |
Bu gün Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan sənətkar Eldar Bəhram oğlu Mansurovun 72 yaşı tamam olur. |
İctimai TV sənətkarın doğum günündə onunla birgə uşaqlığının keçdiyi İçərişəhərdən süjet hazırlayıb. |
Həmin görüntüləri təqdim edirik:""Xatırladaq ki, Eldar Mansurov 1968-72-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974-79-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiq... |
“Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, beş simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. |
Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. |
1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. |
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. |
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. |
2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. |
2007-12-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib. |
Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib. |
Berlində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasındakı müzakirələr cümə axşamı, fevralın 29-da davam etdiriləcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.