Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bunu Ermənistan Xarici İşlər Nazirliyi təsdiqləyib. |
“Berlində Almaniya xarici işlər nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar davam etdirilib. |
Müzakirələr planlaşdırıldığı kimi sabah da davam edəcək”, - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial şəbəkədə bildirib. |
28.02.2024, 17:51"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir. |
APA xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli görüş davam edir. |
Foreign Minister of Azerbaijan @Bayramov_Jeyhun together with the Armenian Foreign Minister meets with the Federal Minister of Foreign Affairs @ABaerbock of Germany, as part of the bilateral negotiations on a draft peace agreement in Berlin. |
pic.twitter.com/sNJAyGfOI9"13:27"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında Berlində görüş başlayıb. |
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. |
Görüş “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir. |
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istehlakçılar arasında əsassız məlumatları yaymaqla sui-istifadə hallarına yol verən bəzi provayderlərlə bağlı şikayətlər daxil olur. |
Məlumata görə, İKTA-ya daxil olan şikayətlərdən müəyyən edilir ki, rəqib internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiə... |
Agentliyə daxil olan şikayətlərdə səslənən iddialara görə, bu hərəkətlərlə həmin internet provayderləri abunəçini rəqibin xidmətindən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər. |
İKTA telekommunikasiya bazarında yaranmış bu cür qeyri-sağlam halların olmasından narahatdır və bəyan edir ki, internet provayderlər işgüzar münasibətlərini sağlam rəqabət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurmalıdırlar. |
Belə haqsız sui-istifadə üsullarından istifadə yolverilməzdir. |
Eyni zamanda, tənzimləyici qurum bildirir ki, Azərbaycanda internet fəaliyyəti göstərən provayderlər İKTA tərəfindən uçota alınır və yalnız fəaliyyətini hər hansı formada dayandıran şirkətlərin uçotu ləğv olunur. |
İstehlakçılar internet provayderlərin mövcud siyahısı ilə bu linkdə tanış ola və provayderin fəaliyyətdə olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər. |
Yuxarıda qeyd olunan hallarla qarşılaşan istehlakçılar agentliyin yaratdığı “E-şikayət” sistemi vasitəsilə tənzimləyici quruma müraciət edə bilərlər. |
İKTA bəyan edir ki, internet provayderlərin uçota alınmadan fəaliyyəti “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun pozulması halıdır və belə halların qarşısının alınması məqsədilə tənzimləyici tərəfindən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək. |
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir. |
Rusiyada xarici agent siyahısına daxil edilən artist, yumorist və şoumen Maksim Qalkin ona məxsus olan qəsri itirə bilər. |
Belə ki, Qalkinin Moskva yaxınlığındakı Qryazi kəndində yerləşən qəsri müsadirə edilə bilər. |
Rusiya Baş Prokurorluğuna Silahlı Qüvvələr haqqında saxtakarlığa görə əmlakın müsadirə edilməsi haqqında yeni qanunla bağlı belə bir müraciət daxil olub. |
Bildirilir ki, xaricə gedən yumorist demək olar, bütün kontentini Rusiya ordusunu və müharibəni gözdən salmaq üzərində qurur. |
Qalkin öz çıxışlarında Rusiya qoşunlarını Ukraynadakı cinayətlərdə ittiham edir. |
O, Buçadakı vəhşiliklər, yerlə-yeksan edilən Mariupol, Odessaya raket hücumları və s.bağlı söhbətlər edir. |
Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bununla bağlı Baş Prokurorluğa müraciət edib. |
Əgər yoxlama zamanı qanun pozuntuları aşkar edilərsə, Qalkinin 2024-cü il fevralın 14-də qəbul edilmiş ordu ilə bağlı saxtakarlıqlar haqqında müvafiq qanuna əsasən dəbdəbəli qəsri müsadirə oluna bilər. |
Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı martın 1-də dəfn olunacaq. |
Oxu.Az-ın məlumatına görə, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış özünün “X” hesabında yazıb. |
Bildirilir ki, dəfn mərasimi Borisov qəbiristanlığında keçiriləcək. |
Xatırladaq ki, fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. |
Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər. |
“Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçiriləcək”. |
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı:problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. |
Sədr bildirib ki, 10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq 14 xarici şirkət bu prosesdə iştirak edir:""“Texniki su istifadə ediləndə insanla təmas etməməlidir. |
Virusu tapmaq o qədər də asan deyil. |
Biz texniki suyu bakterioloji təmizləyə bilərik. |
Texniki sudan yalnız sənayedə və dekorativ yaşıllaşdırmada istifadə edə bilərik”. |
Hüquq və İnsan Haqları İnstitutunun və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə fevralın 28-də jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib. |
Oxu.Az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə media nümayəndələrini salamlayıb və İnstitutun fəaliyyəti haqqında onlara ümumi məlumat verib. |
Sədr insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində İnstitutun gördüyü işlərin mütəmadi olaraq mətbuatda işıqlandırılmasında media nümayəndələrinin böyük rolu və əziyyəti olduğunu bildirib. |
M.Quluzadə qeyd edib ki, bu təlim mediada paylaşılan xəbərlərdə rast gəlinən insan hüquqları pozuntularının aradan qaldırılması məqsədilə təşkil olunub. |
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında İnstitutun insan hüquq və azadlıqlarının qorunması istiqamətində keyfiyyətli xəbər istehsalının təmin edilməsinə yönələn təşəbbüsünü yüksək dəyərləndirib, keçirilən təlimin jurnalistlərin bu növ informasiyanın əldə olunması, ötürülməsi və yayımı ... |
Ə.İsmayılov Medianın İnkişafı Agentliyinin jurnalistlər və media subyektləri üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib. |
İnstitutun təlimçi-ekspertləri Gülnaz Ələsgərova və Hamlet Babayev “Media və insan hüquqları” və “Xəbərlərin işıqlandırılması zamanı insan hüquqlarının təmin edilməsi” mövzularını əhatə edən təqdimat modulları ilə çıxış ediblər. |
Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. |
Mövzu üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub. |
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az-ın xəbərinə görə, məktubda deyilir:"“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. |
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin Sizin rəhbərliyinizlə bundan sonra da möhkəmləndirilməsi istiqamətində Kubanın qətiyyətli mövqeyini bir daha ifadə edirəm. |
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. |
14:01"Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. |
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm. |
Uzaqgörənliyiniz və liderliyiniz sayəsində Azərbaycan Respublikasının davamlı şəkildə inkişaf edəcəyinə əminəm. |
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərimiz genişlənmişdir. |
Son dövrlərdə enerji, infrastruktur, səhiyyə, “ağıllı kənd” və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən xüsusilə böyük məmnunluq duyuram. |
Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcəkdir. |
Sizə cansağlığı, Azərbaycan Respublikasına daimi inkişaf arzu edirəm”. |
Fransa Milli Assambleyasında demokratik və respublikaçı sol qrupun prezidenti Andre Şasen, Kanak kommunist, respublikaçı, vətəndaş və ekoloji qrupun prezidenti Sesil Çukierman Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin üzvü, senator Rober Zovi tərəfindən “Kanaklar - Yeni Kaledoniya üçün hansı gələcək?” adlı kollokvium... |
Kollokviuma Kanaklar - Yeni Kaledoniyadan, eləcə də Bakı Təşəbbüs Qrupunun İstanbulda keçirdiyi konfransda iştirak etmiş kanak xalqının nümayəndələri də qatılıblar. |
AZƏRTAC xəbər verir ki, tədbirdə bu gün kanak xalqını narahat edən məsələlər, Yeni Kaledoniyadakı siyasi vəziyyət, siyasi dalana çevrilmə ilə bağlı xəbərdarlıq, hüquqi fikir ayrılığına dair mövzular müzakirə olunub. |
Son illərdə kanak xalqı müstəqillik arzusunu reallaşdırmaqda daha qətiyyətli olduğunu göstərir. |
Fransa dövləti isə buna qarşı getdikcə daha çox gücə əl atır. |
Kollokviumda çıxış edən Kaledoniya İttifaqı (UC) siyasi partiyasının vitse-prezidenti, Yeni Kaledoniya hökumətinin üzvü, xarici işlər, mədəniyyət və idman naziri Mikael Forrest adanın siyasi tarixinə nəzər salıb, lobbiçilikdən, eləcə də beynəlxalq səviyyədə atılan addımlardan danışıb. |
Bildirib ki, adanın müstəqilliyini və suverenliyini arzulayan qruplar müxtəlif platformalardan istifadə edirlər. |
O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupunu xüsusi qeyd edib, onun ötən dövrdəki fəaliyyətinə toxunub. |
Qrupun səyləri sayəsində BMT Baş Assambleyasında Fransa hökuməti ilə bağlı qeydləri xatırladan M.Forrest deyib:""“Baş Assambleya rəsmi Parisi hüquq-mühafizə orqanları arasında irqçiliklə bağlı mövcud olan ciddi problemlərini araşdırmağa, dinc toplaşmaq hüququna hörmət bəsləməyə və onun təşviq olunmasına çağırışlar edib... |
Nazir Fransanı yuxarıda sadalanan çağırışlara riayət etməyə və kiçik xalqların hüquqlarına hörmət göstərməyə çağırıb, eyni zamanda, Bakı Təşəbbüs Qrupu sayəsində adanın müstəqilliyi istiqamətində beynəlxalq aləmdə görülmüş işlərdən söz açıb. |
Digər çıxış edənlər bildiriblər ki, kanak xalqı son günlər Yeni Kaledoniyanın müstəqilliyi, eləcə də ölkənin taleyində həlledici rol oynayan seçicilərin müəyyənləşdirilməsi (yəni, bu günə qədər Kanaklar - Yeni Kaledoniyada ən azı 10 il sakin olanlara səsvermə hüququ verilirdisə, indi artıq 7 il sakin olanlar səs verə b... |
Fransa hökumətinin məcburi qaydada həyata keçirmək istədiyi bu iki dəyişiklik kanak xalqını ayağa qaldırıb. |
Buna cavab olaraq, Fransa polisi xalqı susdurmaq üçün beş fəalı saxlayıb. |
Bu isə, onsuz da, Fransa hökumətindən narazı olan kanakların səbir kasasını daşırıb. |
Beləliklə, kanak xalqının nümayəndələri, eləcə də Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarları ölkədəki siyasi vəziyyətlə bağlı maarifləndirmə işlərini intensivləşdiriblər. |
Ona görə də onlar uzaq məsafə qət edərək ölkələrinin taleyi ilə bağlı çox önəmli olan bu kollokviuma qatılıblar. |
Kollokviumda çıxış edənlər 1998-ci ildə Yeni Kaledoniyanın dekolonizasiyasını (müstəmləkəsizləşdirilməsini) möhürləyən və kanakların qanı bahasına başa gəlmiş Numea sazişindən, Fransa polisinin Uvea mağarasına qanlı hücumundan, həmçinin 1980-ci illərdə baş vermiş gərginlikdən söz açıblar. |
Onlar, eyni zamanda, iki əsgərin və başından güllələnərək qətlə yetirilmiş 19 kanakın ölümü ilə nəticələnmiş “Viktor” əməliyyatını xatırladıblar. |
Həmin vaxt ədalətsizliyə, zülmə, Fransa müstəmləkəçiliyinə qarşı üsyana qalxmış kanak fəallarının qətlə yetirildiyini, yaralandığını və həbs olunduğunu qeyd ediblər. |
Bildirilib ki, 1988-ci ilin noyabrında keçirilmiş referendum zamanı fransızlar tərəfindən ratifikasiya edilmiş müqavilələrlə Yeni Kaledoniya Şimal, Cənub və Luayot adası olaraq üç əyalətə bölünüb və adanın qarşıdan gələn 10 il ərzində öz müqəddəratını təyin etməsi nəzərdə tutulub. |
Referenduma fransızların cəmi 37 faizinin getməsinə baxmayaraq, saziş 80 faiz səslə qəbul olunub. |
Cənub əyalətinin sakinlərinin 57 faizi Matinyon sazişinə yox deyib. |
Ancaq 10 ildən sonra bu müddət daha 20 il uzadılıb və bu gün kanak xalqının həmin sazişlərlə yaranmış ümidinə iki qanun dəyişikliyi ilə son qoymaq cəhdi müşahidə olunur. |
Lakin Matinyon və Numea sazişlərindən sonra kanak xalqı suverenliyinin tezliklə təmin olunacağına ümid etsə də, 36 ildir, bu proses hər dəfə təxirə salınaraq uzadılır. |
Diqqətə çatdırılıb ki, sonuncu - 2021-ci il referendumu Fransa dövlətinin kanak mədəniyyətinin fundamental dəyərlərinə hörmətsizliyi və tarixi uğursuzluqdur. |
Vurğulanıb ki, bu gün onlar kanak xalqını dinləməyə, anlamağa vaxt ayırmayan, sadəcə olaraq, müstəqillik layihəsini Kaledoniya siyasi xəritəsindən silmək istəyən və Sakit okean regionundakı ambisiyaları üçün yalnız özünün “böyüklüyünü” qoruyub-saxlamağa çalışan Fransa hökuməti ilə üzləşiblər. |
Bu gün Fransa dövlətinin Yeni Kaledoniyanın respublika daxilində tam inteqrasiyası layihəsini həyata keçirməyə çalışdığı bildirilib. |
Qeyd edilib ki, bu il fevralın 13-də Senatın hüquq komissiyasında konstitusiya qanunları layihəsi ilə bağlı dinləmə zamanı daxili işlər və dənizaşırı ərazilər nazirinin seçkilərin keçirilməsinə razılıq verən və FLNKS siyasi partiyasının məsul şəxslərin imzaladıqları bir sənədə sahib olduğunu deməsi tamamilə yalandır. |
Bu sənədi hələ heç kim görməyib. |
Fevralın 21-də Numeada, 23-də isə Kone, Mare və Uveada keçirilmiş nümayişlərin yerli kanak xalqının bu son iki dəyişikliyə razı olmadığını əks etdirdiyi diqqətə çatdırılıb. |
Bildirilib ki, bu gün Makron hökumətinin barışmazlığı və zorakı addımları tərəflərin hər birində müharibənin qızışdırılmasına səbəb olur. |
Onlar yaranan bu qığılcımı söndürmək, danışıqlara və konsensusa imkan vermək üçün Fransa tərəfindən müdrik yanaşma göstəriləcəyinə ümid etdiklərini deyiblər. |
Kanak xalqı əsas qanunda dəyişiklik edilməsinin əleyhinədir. |
Onlar müstəqillik tələbində qəti olduqlarını bəyan ediblər. |
Kollokvium işini sual-cavab sessiyası ilə davam etdirib. |
Bu əsrin sonunadək Cənubi Koreyanın əhalisi iki dəfə azala bilər. |
Dünyada doğum səviyyəsinin ən aşağı olduğu Cənubi Koreya mütəxəssisləri qeyd edirlər ki, bunun əsas səbəbi qadınların doğuşu təxirə salmaları və ya ümumiyyətlə uşaq sahibi olmaqdan imtina etmələridir. |
“Bu, həmçinin, onların karyera artımı və təhsilin maliyyə xərcləri ilə bağlı narahatlıqları ilə bağlıdır”, - deyə ekspertlər vurğulayırlar. |
Məlumatda qeyd olunur ki, Cənubi Koreyada demoqrafik durum artıq uzun illərdir, dəyişmir. |
Hökumətin bu məqsədlə milyardlarla dollar xərcləməsinə baxmayaraq, 51 milyonluq əhali dördüncü ildir ki, azalır. |
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb. |
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.