Search is not available for this dataset
text
stringlengths
10
518k
Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi-ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının və biznes dairələri arasında işgüzar münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, sənaye, enerji, infrastruktur və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahəyə Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən investisiyaların yatırılması məsələləri müzakirə olunub.Tərəflər əlaqələrin inkişafı, iqtisadi, investisiya və turizm potensialının təşviqi istiqamətində tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.
14:31"İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğulanıb.
Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə (@tfrabiah) ilə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğuladıq.
#İqtisadi tərəfdaşlığın gücləndirilməsi, #turizm və #investisiya-lar sahəsində birgə fəaliyyətin təşviqi… pic.twitter.com/yA0bTAcSX8
Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Səfərəliyev ifadə verib.
Şahid maşın alqı-satqısı ilə məşğul olduğunu, Almaniyadan avtomobil gətirdiyini deyib:“Rəşadı əvvəldən tanıyıram.
Bizim salondan bir neçə dəfə avtomobil alıb, münasibət yaranıb.
Rəşad özü üçün əvvəl “Mercedes”, daha sonra isə “Land Rover Discovery” markalı avtomobil almışdı.
2019-cu il idi, Rəşad mənə zəng elədi.
Həmin vaxt mən Almaniyada idim.
Artıq maşın alıb, Bakıya gəlirdim.
Dedi ki, bizim rəisə maşın lazımdır.
Dedim ki, yoldayam, “Land Rover” gətirirəm.
Rəşad həmin maşını rəis üçün almaq istədiklərini bildirdilər.
Bakıya çatandan sonra Müdafiə Nazirliyinin qarşısına gəldim.
Nazirliyin qarşısında Rəşad, rəis dediyi şəxs və bir neçə adam avtomobilə baxdılar.
Dizel mühərrikli avtomobil idi.40 min dollara maşını razılaşdırdıq.
Onsuz da mən Rəşada da demişdim ki, avtomobili 40 min dollardan aşağı verməyəcəyəm.
Həmin vaxt onlar maşını gömrüyə apardılar.
Çünki maşın gömrük rəsmləşməsindən keçməmişdi.
Bunlar maşını götürüb getdi, rəsmləşdirdilər.
Sonra rəisin köməkçisi pulu gətirib verdi”.
Hakimin suallarını cavablandıran şəxs avtomobili alan adamı tanımadığını deyib:""“Mən orada bircə Rəşadı tanıyıram.
Maşını alan şəxs 50-55 yaşında idi.Üstündən çox vaxt keçib deyə, bir çox şeyi xatırlamıram.
İstintaqa verdiyim ifadəni təsdiqləyirəm”.
Ötən prosesdə Rəşad Məlikzadə Maliyyə və Büdcə İdarəsinin Təftiş Şöbəsinin rəisi, polkovnik Rafael Xələfova “Land Rover Discovery” markalı avtomobilin onun tərəfindən alındığını və 72 min manat pul verdiyini bildirib.
Hakim qeyd edib ki, bu iş üzrə dindirilməyən 3 şahid qalıb.
Onlar Maliyyə Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Təftiş Şöbəsinin sabiq rəisi Rafael Xələfovdur.
Həmçinin şahidlər arasında hazırda xidmətdə olan vəzifəli şəxsin də olduğu qeyd olunub.
Onlardan Nizami Məmmədov və Rafael Xələfov barəsində cinayət işi var.
Hər üç şahid gələn prosesdə məhkəməyə çağırılacaq.
Proses martın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
R.Məlikzadə 9 369 411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
“Fransa hökumətinin istifadə etdiyi üsul qlobal konsensus üçün yaxşı heç nə vəd etmir”.
Məktubda bildirilib ki, Loyalistlər və İttifaq iştirakçıları CCAT-a (Yerlərdə fəaliyyətin koordinasiyası Bölməsi) qarşı şikayət ünvanlayıblar və ötən çərşənbə günü Noumeadakı səfərbərlikdən sonra fevralın 22-də verdikləri bəyanatlarında prezidentdən (Kaledoniya Birliyi nəzərdə tutulur - red.)
iki dəfə sitat gətiriblər:""“Kaledoniya Birliyi Hərəkatı (UC) baş verən toqquşmalardan təəssüflənir.
Lakin heç bir yerli konsensus olmadan on ildən artıq ölkədə yaşayan yerli əhali və sakinlərə seçici hüququnun verilməsinə dair konstitusiya qanun layihəsinin məcburi qəbul edilməsi kaledoniyalıların probleminin həllində barıt çəlləyini dəstəkləyən Fransa hökuməti tərəfindən təxribatdır.
Loyalist və İttifaq liderləri onlayn bəyanatları ilə mərkəzi hökuməti konstitusiya qanun layihəsinin qəbuluna məcbur etməkdə dəstəkləməklə və təmsilçiliyini dəyişdirmək üçün nəzərdə tutulmuş düzəliş təqdim etməyə hazır olduqlarını nümayiş etdirərək Noumea Sazişini ləğv etməyə cəhd etməklə ölkədə sosial sülhə xələl gəti...
Bu şəraitdə Kaledoniya İttifaqı Loyalist və İttifaq nümayəndələri ilə institusional gələcəyə dair bütün müzakirələri növbəti xəbərdarlığa qədər dayandırır, çünki Cənub əyalətinin prezidenti və digərləri heç bir yerli konsensus olmadan Fransanın seçki orqanının açılması siyasətini dəstəkləməyə davam edirlər.
Nəticədə onlar daim ölkənin bütün problemlərinin əsas səbəbi olmaqda ittiham etdikləri müstəqillikçilərə qarşı həqiqi nifrət nümayiş etdirirlər, UC prezidentinə və əleyhinə şikayət etdikləri CCAT-a hücumlara başlayırlar”.
UC həmçinin Fransa Senatının kaledoniyalıların seçicilərinin çoxaldılmasına yönəlmiş konstitusiya islahatına qədər əyalət seçkisini təxirə salmaq qərarını da nəzərə alır:""“Senatorlar növbəti əyalət seçkisini 2024-cü il dekabrın 15-dən gec olmayaraq təxirə salan bu qanun layihəsini 34 əleyhinə 307 səslə təsdiqlədilər, ...
UC xatırladır ki, bu ölkədə sülh həmişə hörmət, konsensus və hamının xidmətində olan qərəzsiz hökumət üzərində qurulub.
Yerli klonlar tərəfindən dəstəklənən mərkəzi hökumətin istifadə etdiyi üsul qlobal konsensus üçün yaxşı heç nə vəd etmir”.
“Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Anadolu” agentliyinə müsahibəsində deyib.
51 yaşlı mütəxəssis Ağdam təmsilçisində işə başladığı vaxtı xatırlayıb:""“Baş məşqçi təyin olunanda klubun prezidenti Abdolbari Gozal mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm.
Bu, mənim üçün böyük motivasiya idi.İlk ildə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq.
UEFA Kubokunda pley-off mərhələsinədək irəlilədik.
Bu, həmin dövr üçün böyük uğur idi”.
Q.Qurbanov Xankəndi şəhər stadionunda MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışıb.
O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın matça baxdıqlarını deyib:""“Şəhid övladları da orada idilər.
Ağdamda stadion tikiləcək və komandamız sonda oraya qayıdacaq”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib.
Səfərdə rəqibinə qalib gələn (2:4) Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.
“Köhlən atlar” bu raundda Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcəklər.
“Ölkəmizdə saxlanılan erməni separatçıların bütün hüquqları tam təmin olunur”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov bildirib ki, vəkillər həmin şəxslərə nəinki dövlət hesabına, hətta müqavilə əsasında da hüquqi yardım göstərirlər.
“Bu, onu göstərir ki, müstəqil Azərbaycan vəkilliyi kimliyindən asılı olmayaraq, hər kəsin konstitusion və beynəlxalq hüquqa əsaslanan hüquqlarını təmin edir.
Törədilən əməlin ictimai təhlükəliliyindən, ağırlığından asılı olmayaraq, hər kəs hüquqi yardımla təmin olunur.
Azərbaycanda istənilən şəxs keyfiyyətli hüquqi yardımla təmin olunmasına cəmiyyətimizlə yanaşı, beynəlxalq ictimaiyyət də şahid oldu.
Bununla bağlı hər hansı şikayətə rast gəlməmişik.
Həmin şəxslərin qohumları, beynəlxalq təşkilatlar tərəfindən hansısa bir narazılıq yoxdur.
Əksinə beynəlxalq təşkilatlar məmnunluq ifadə edirlər.
Hər kəs görür ki, Azərbaycan vəkilləri öz peşə borclarını vəkil andına uyğun olaraq yerinə yetirir”, - deyə A.Bağırov qeyd edib.
Moldovada yanğın xəbərləri ilə əlaqədar parlamentin boşaldılmasına başlanılıb.
“Həyəcan siqnalı verildi, insanlar təxliyə edildilər.
Lakin situasiya araşdırıldıqdan sonra heç bir risk müəyyən edilmədi”, - deyə Moldova Fövqəladə Hallar üzrə Baş Müfəttişliyin sözçüsü Liliana Puskasu bildirib.
Mətbuat isə parlamentin yanğın təhlükəsi səbəbindən boşaldıldığını yazıb.
Martın 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə...
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır.
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:""- İmtahana buraxılış vərəqəsi;"- Şəxsiyyəti təsdiq edən sənədin əsli:""a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;"b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tər...
Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 22-dən etibarən çap edib götürə bilirlər.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.
Martın 3-də keçiriləcək imtahanda 52267 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.
Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Nəzərinizə çatdırırıq ki, martın 3-də Ağdərə rayonu, Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək.
Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.
Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş planına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.
Bu barədə Hesablama Palatası məlumat yayıb.
Bildirilib ki, audit 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək olan dövrdə həyata keçirilmiş ümumilikdə 398,3 milyon manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib.
Satınalmaların təşkili və müqavilələrin icrası ilə bağlı ilkin satınalma planının müvafiq portalda yerləşdirilməsi, bir mənbədən satınalma metodundan istifadənin payının 20%-dən az olması, satınalmalarda qalibin seçilməsi zamanı əksər hallarda aşağı qiymət meyarına əsaslanılması, ortalama iştirakçı sayının minimum tələ...