Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Audit nəticəsində qeyd olunanlarla yanaşı, aşağıdakılar müəyyən edilib:""- Agentlik tərəfindən hesabat ili üçün illik ilkin satınalma planı müvafiq tələblərə riayət olunmaqla dövlət satınalmalarının vahid internet portalında yerləşdirilsə də, hazırlanmış ilkin satınalma planının layihəsinin təsdiq edilməməsi, sonradan ... |
- Agentlik tərəfindən müvafiq dövrdə qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.6-cı maddəsinə əsasən malların həcminin 15 faizə qədər artırılıb-azaldılması müqavilə məbləğinin yekun protokol məbləğindən fərqlənməsinə və bunun nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət D... |
- Satınalmalar üzrə xərclərin vaxtında olması tələbi, habelə müəyyən olunmuş zaman ərzində satınalmaların həyata keçirilməsi və müvafiq müqavilələrin bağlanılması, sifarişçi tərəfindən satınalma məqsədlərinə çatmaq üçün kifayət edən müddətlərin müəyyən olunması və ona riayət edilməsi tələbləri bəzi hallarda gözlənilməy... |
- Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılıb və icra olunmuş satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə ica... |
- Eyni zamanda Agentlik tərəfindən 2022-ci ildə ümumprofilli tibb müəssisələri üçün müxtəlif tipli reaktivlərin satınalması proseduru bəzi hallarda rəqabətli satınalma metodları deyil, satınalmanın bir mənbədən metodu, bəzi hallarda isə açıq tender metodu tətbiq olunmaqla həyata keçirilmiş, nəticə etibarı ilə eyni ildə... |
- Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olub. |
- Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməyib, eləcə də gecikdirilmiş günlərə görə onlara cərimə tam tətbiq edilməyib. |
Seçmə qaydada baxılmış 49 halda satınalma müqavilələri üzrə verilmiş elektron qaimələrə əsasən 9,9 mln. |
manat məbləğində cərimə sanksiyaları tətbiq edilməyib. |
- Dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin alınması üzrə satınalmalarda əksər hallarda tenderin şərtlər toplusunda yararlılıq müddəti ilə bağlı nəzərdə tutulmuş tələblərin müqavilə öhdəliyinə fərqli daxil edilməsi, bəzi hallarda isə müqavilə öhdəliyinə riayət edilməyərək təhvil-təslim aktlarında yararl... |
- Bağlanılmış satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqlar, bir-birini təkzib edən maddələr mövcud olub ki, bu da müqavilələrin icrası üzrə müəyyən çətinliklər yaradıb. |
- Auditin əhatə etdiyi dövrdə Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın 3.1-ci “Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayın... |
- Avans ödənişlər istisna olmaqla satınalma müqaviləsi üzrə ödəmələr Agentlik tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında həyata keçirilsə də, Vergi Məcəlləsinin müvafiq tələbləri gözlənilməyərək malların qəbulu təhvil-təslim aktları əsasında həyata keçirilib, nəticədə həm də bu hesaba cərimə sanksiyal... |
Auditlə vəsaitlərin idarəedilməsi vəziyyəti də araşdırılıb. |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Agentliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fonduna cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyat... |
Lakin, sığorta növlərinin ödənişinin təfərrüatlı əsaslandırma olmadan ümumi prinsiplərlə maliyyələşdirilməsi nizamnamənin göstərilən tələbinə əməl edilməməsi ilə yanaşı, TƏBİB-in tabeliyinə verilmiş və sığorta prinsipləri əsasında fəaliyyətdə olan tibb müəssisələrinə göstərdikləri tibbi xidmətlərin dəyərindən əlavə vəs... |
“Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü və icrası üzrə müəyyən edilib ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Dövlət Xəzinədarlıq Agentliyi t... |
manat) dövlət büdcəsinə geri qaytarılması təmin edilməyərək müvafiq bank hesabına qalıq vəsait olaraq keçirilib. |
Xərc istiqamətlərinin düzgün planlaşdırılmaması, maliyyə ili ərzində vaxtında xərc edilməməsi, gecikdirilmiş satınalma prosedurları və bu prosesin xarakterik hal alması Fondun sərəncamında kifayət qədər əhəmiyyətli vəsaitin sərbəst qalıq formasında qalmasına şərait yaradıb. |
İTS-in sərəncamında əhəmiyyətli məbləğdə sərbəst qalığın və aylıq zəruri xərclər nəzərə alınmaqla gəlir potensialının artırılması üçün münbit şəraitin olmasına baxmayaraq, potensial məbləğdən tam istifadə edilməyib. |
Xidmətlər zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin (1104 tibbi xidmət) tariflərinin təsdiq olunmasına baxmayaraq tibb müəssisələri üzrə nəzarət sisteminin formalaşmaması, elektron uçot sisteminin olmaması, hətta bəzi tibb xidmət növləri üzrə il ərzində vəsaitin daxil olmaması bu ... |
Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə Hesabat formasının (Forma № 1V) mövcud olmasına baxmayaraq, icbari tibbi sığorta ilə bağlı inzibatçılığı həyata keçirilən gəlirlərlə əlaqədar formanın hazırlanmaması icbari tibbi sığorta haqqı ilə bağlı büdcə ilinin əvvəlinə qalıq, artıq ödəmələr, dövr ərzi... |
Masazır dairəsində sürücü yol hərəkət qaydasını kobud şəkildə pozub. |
Avtosfer.az xəbər verir ki, hadisə fevralın 27-də baş verib. |
Belə ki, 99-OT-777 qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcının keçilməsi qaydasını pozaraq qəza şəraiti yaradıb. |
Görüntünü qeydə alan sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verən zaman o, bundan qəzəblənərək yolu kəsib. |
Avtomobildən düşən sürücü haqsız olduğu halda mübahisə etməyə başlayıb. |
Görüntünü qeydə alan sürücünün sözlərinə görə, mübahisənin sonunda o, “sən bilmirsən, hələ mən kiməm” deyərək ərazidən uzaqlaşıb. |
Sözügedən videonu təqdim edirik: |
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z.Məmmədov adına xəstəxananın Vərəm Şöbəsində stasionar şəraitdə müalicə alan xəstələrin sayı çox göstərilib. |
Hesablama Palatasından Oxu.Az-a verilən xəbərə görə, 2023-cü ilin 4 dekabr tarixində 33 xəstənin stasionar şəraitdə müalicə aldığı göstərilsə də, şöbədə faktiki olaraq 14 nəfər, 15 dekabr tarixində 30 xəstənin stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 17 nəfər olub, stasionar müalicədə olan vərəml... |
Ümumilikdə auditin əhatə etdiyi illərdə Xidmətlər Zərfinə daxil olmayan digər xidmətlərin göstərilməsi, eləcə də müvafiq arayışların verilməsi ilə bağlı fiziki şəxslərdən əldə edilən gəlirlər artım dinamikasına malik olub, 2021-ci ildə bu istiqamətdə 175,1 min manat, 2022-ci ildə isə həmin illə müqayisədə iki dəfə, 202... |
Xəstəxananın müxtəlif mənbələrdən formalaşan daxilolmalarının artımı fonunda bu gəlirlər daha sürətli tempə malik olub, nəticədə pay göstəricisi yüksəlib. |
Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə xəstəxana arasında bağlanmış müqavilənin şərtlərinə əməl olunmayıb, xidmətlərin dəyəri gecikmələrlə ödənilib. |
Belə ki, auditin əhatə etdiyi illərdə məlumatlar iki-üç ay gecikmə ilə təqdim olunaraq agentlik tərəfindən iki-üç ay da əlavə olmaqla ekspertizadan keçirilib, hər ilin son iki ayı üzrə göstərilmiş xidmətlər barədə məlumatın təqdim edilməsi, ekspertizadan keçirilməsi və ödənilməsi növbəti ildə həyata keçirilib. |
Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb. |
“Unikal”ın əldə etdiyi məlumata görə, o, sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş. |
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, İbrahim Novruz oğlu Əsədlinin sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib:""“Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün b... |
Həmçinin, mediada işıqlandırılan məlumatlarda insan həyatı və sağlamlığına təhlükə yaradan faktlar əsasında Analitik Ekspertiza Mərkəzi araşdırmalar apara bilər”, - deyə nazirliyin cavabında qeyd olunub. |
Qeyd edək ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. |
Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib. |
Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. |
Artıq iş üzrə ekspertiza təyin olunub. |
Xatırladaq ki, döyülən qadın da həkimdir. |
Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır. |
“Qərb ölkələri ilə Ukrayna arasında təhlükəsizlik təminatlarına dair razılaşmalar Rusiya ilə uzunmüddətli qarşıdurmaya hesablanıb”. |
Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. |
Rusiyalı diplomat vurğulayıb ki, Qərbin Volodimir Zelenski iqtidarına dəstəyi və Kiyevə göstərilən hərbi yardımı onun Rusiyaya qarşı apardığı hibrid müharibəsinin növbəti mərhələsidir. |
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. |
Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi məğlub olacaq. |
ABŞ Ukraynaya yardımı dayandırıb. |
Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan tələb edir ki, hücumdan müdafiə strategiyasına keçsin. |
Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı 2023-cü il ərzində normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. |
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. |
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. |
Əks halda qanun pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən 10 000 manatadək cərimə tətbiq ediləcək. |
Meksikanın ən böyük vulkanı Popokatepetl püskürüb. |
Bu səbəbdən Mexiko hava limanında onlarla reys təxirə salınıb. |
Bu barədə paytaxtın Benito Xuarez adına beynəlxalq hava limanının səhifəsində məlumat verilib. |
Vulkanın yaydığı kül buludunun Meksika körfəzinə doğru hərəkət etdiyi bildirilib. |
Qeyd edək ki, Mexikodan təxminən 70 km məsafədə yerləşən Popokatepetl Latın Amerikası ölkəsinin ən böyük və aktiv vulkanlarından biridir. |
Onun hündürlüyü 5,42 km-ə çatır. |
Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin sayı 582 nəfərə çatıb. |
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. |
Qeyd edək ki, ötən gün Qəzza zolağının şimalında İsrailin daha iki hərbi qulluqçusu həlak olub. |
Bildirilib ki, yeddi hərbi qulluqçu isə ağır yaralanıb. |
“Mətanət” MMC-yə Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib”. |
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. |
Onun sözlərinə görə, şirkət parkın ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradacaq. |
“İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib. |
Mətanət" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" #SənayeParkı-nın rezidenti statusu verilib. |
Şirkət tərəfindən Sənaye Parkının ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq. |
#İnvestisiya dəyəri 5 milyon ₼ olan müəssisədə 60 nəfərlik daimi iş yerinin… pic.twitter.com/scWdQAFDjd |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, ötən gecə Donetsk vilayətinin Kramatorsk, Slavyansk, Çasov Yar şəhərləri Rusiya ordusunun hava hücumuna məruz qalıb. |
Həmçinin qeyd edilib ki, Donetsklə yanaşı, Xerson, Zaporojye, Dnepropetrovsk və Odessa vilayətlərinə də hücum olub. |
“Ukrayna müharibəsində yaya doğru vəziyyət daha da gərginləşir. |
Ukrayna rəhbərliyinin açıqlamasına görə, yaz aylarında Rusiya tərəfindən ciddi hücumlar gözlənilir. |
Lakin Ukraynanın da bu hücumlara hazırlaşdığı və əks-hücum əməliyyatı planlaşdırdığı deyilir”, - jurnalist əlavə edib. |
O da bildirilib ki, son on gündə Donetsk vilayətində Çasav Yar, Konstantinovka və Toretsk şəhərlərində dörd azərbaycanlının evi artilleriya zərbələri nəticəsində dağılıb. |
Texnologiya nəhəngi “Apple” öz elektromobilini yaratmaq ideyasından imtina etmək və bu istiqamətdə bütün işləri dayandırmaq qərarına gəlib. |
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. |
Məlumata görə, 10 ilə yaxındır üzərində işlər davam edən layihənin bağlanması barədə qərar şirkət daxilində bu sahədə çalışan işçilər tərəfindən elan edilib. |
Bildirilir ki, “Apple” bundan sonra bütün diqqətini süni intellekt (AI) texnologiyalarının inkişafına yönəltmək istəyir. |
Bu məqsədlə elektromobilin yaradılması üzərində işləyən “Special Projects Group” komandasının bir çox işçisi generativ süni intellektin inkişafı bölməsinə köçürüləcək. |
Qeyd edək ki, “Apple” mütəxəssisləri 2014-cü ildən layihə üzərində işləməyə başlayıblar, 2021-ci ildə isə onun beş-yeddi il ərzində tamamlanmasının mümkünlüyü barədə xəbər verilib. |
Konsepsiyada elektromobilin adi sükan çarxı və pedallarının olmaması nəzərdə tutulurdu. |
Belə bir avtomobildə hərəkətin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sistemi də hazırlanmışdı. |
“Nar” ADA Universiteti və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” saytı tam yeniləndi. |
İlk elektron jest dili lüğəti nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. |
Saytın yeni versiyasında 4000 sözün videotərcüməsi ilə yanaşı, gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi də təqdim edilib. |
İstifadəçilərin rahatlığını təmin etmək üçün “jestdili.az”ın interfeysi də təkmilləşdirilib. |
ADA Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin tələbələri saytın müasir dizayn, yenilənmiş axtarış sistemi və bir çox digər funksiyalarla zənginləşməsini təmin ediblər. |
“Ünsiyyət hər kəs üçün” adlı konfransda “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin direktoru Əziz Axundov qeyd edib ki, “jestdili.az” saytındakı son yeniliklər bu resursun əhatə dairəsini genişləndirəcək. |
“Biz müştərilərimizə ən yaxın mobil operator olmaqla yanaşı, ünsiyyət məhdudiyyətlərini aradan qaldırmağı hədəfləyir, daha inklüziv cəmiyyətin qurulmasına dəstək oluruq”, - deyə Əziz Axundov vurğulayıb. |
Qeyd edək ki, “jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Golden World Award” mükafatına layiq görülüb. |
“Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar. |
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. |
“Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.