Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Ceyhun Bayramov və Ararat Mirzoyan nəyi müzakirə ediblər?
|
Bir tərəfdən Avropa İttifaqının missiyası şərti sərhədə gəldi.
|
Digər tərəfdən “Akıncı” hücum PUA-larımız havaya qalxdılar.
|
Ermənistan Rusiya ilə diplomatik əlaqələri kəsir?
|
Paşinyandan Putinə qarşı gözlənilməz addım.
|
Yevlaxda sabiq rəisin qanunsuz əməlləri ifşa olundu.
|
Səfərbərlik Xidmətinin isə 136 əməkdaşı saxlanıldı.
|
Yasamaldakı “ətçilər” niyə söküldü?
|
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
|
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir.
|
AYNA-dan bildirilib ki, həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib.
|
Marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır.
|
Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb.
|
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
|
“Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
|
Qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı beş nəfər şəxsə (onlardan iki nəfərin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.
|
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.
|
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”, - məlumatda deyilir.
|
Uzun müddətdir xəstə yatan meyxanaçı Kərimin oğlu meyxanaçılardan giley-güzar edib.
|
Lent.az-a açıqlama verən Kamil bildirib ki, meyxanaçıların bir çoxu efirdə atası ilə maraqlanmaları barədə yalan danışırlar.
|
“Çıxırlar efirə, “Kərim ustaddır, baş çəkirik, yardım edirik” deyirlər.
|
Amma soruşsan, nə mənim nömrəmi bilirlər, nə Kərimin qapısını tanıyırlar.
|
Tez-tez ən yaxın dostu Ağamirzə baş çəkir”, - o bildirib.
|
Kamil bildirib ki, atasının vəziyyəti sabit olaraq qalır:""“Dərmanlarını içiririk, müalicəsi gedir.
|
Vəziyyətində dəyişiklik yoxdur, həmişəki kimidir.
|
Qeyd edək ki, meyxanaçı Kərim bir neçə il öncə insult keçirib və yataq xəstəsidir.
|
Qazaxıstan bu gecədən vahid saat qurşağına keçir.
|
Hökumətin qəbul etdiyi qərara əsasən, fevralın 29-dan martın 1-nə keçən gecə ölkənin qərb bölgəsi istisna olmaqla, digər ərazilərdə saatlar bir saat geri çəkiləcək.
|
Beləliklə, ölkə tamamilə qərb hissədə istifadə olunan saat qurşağına keçəcək.
|
Vətəndaşların mobil telefonlarına saat qurşağının dəyişdirilməsi ilə bağlı məlumatlar göndərilib.
|
Təyyarə və qatarların hərəkət cədvəli ilə bağlı isə “təcili xətt” yaradılıb.
|
Banklar mobil tətbiqlərdə bəzi xidmətlərə girişdə məhdudiyyətlərin ola biləcəyini elan ediblər.
|
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
|
Verilişin budəfəki buraxılışının qonağı Əməkdar artist Elza Seyidcahan olub.
|
O, bayağı mahnıların cəmiyyət tərəfindən daha çox bəyənilməsindən danışıb:""“Artıq camaatı manqurtlaşdırmağa çalışırlar.
|
Bunu edən musiqiçiləri cəzalandırmaq üçün onları televiziyalara çağırmamaq lazımdır.
|
Həmin adamlar sosial şəbəkələrdə qalmalıdırlar.
|
Efirə buraxılmasalar, sənəti öyrənməli olacaqlar”.
|
E.Seyidcahan şeirlərinə görə onu qınayanlara oğlunun münasibətindən də bəhs edib:""“Oğlum artıq məni başa düşür.
|
O həm də mənim dinləyicim, tamaşaçım, oxucumdur.
|
Oğlum baxırdı ki, savadsızın biri onun savadlı anasına söz deyir.
|
Ona görə də mənə söyləyirdi ki, şeir yazma.
|
Amma indi dərk edir ki, mən bunu bəşəriyyət üçün edirəm”.
|
Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək.
|
Artıq bununla bağlı işlərə start verilib.
|
Xezerxeber.az-ın məlumatına görə, Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.
|
Onların çoxu NZS qəsəbəsi ərazisində yerləşir.
|
Bu binaların söküntüsü isə mərhələlə şəkildə həyata keçiriləcək.
|
İlkin mərhələdə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsü aparılacaq.
|
Hətta ünvanlar da artıq bəllidir.
|
Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, həmin binalarda təmir işləri aparmaq mümkünsüz olduğu üçün onların söküntüsü nəzərdə tutulub.
|
Həmin binalarda yaşayanlara isə kompensasiya veriləcək.
|
Sahib Babayev söküntünün fərdi yaşayış evlərinə aid olub-olmayacağına da münasibət bildirib.
|
Qeyd edək ki, NZS qəsəbəsində aparılacaq söküntü işləri “Ağ Şəhər” layihəsinin tərkib hissəsidir.
|
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında (UNEA-6) çıxış edib.
|
Bu barədə COP29-un “X” sosial şəbəkəsində məlumat verilib.
|
“COP29-un prezidenti Muxtar Babayev və komandası Nayrobidə keçirilən UNEA-6-da 179 ölkədən olan yüksək çinli qonaqlara qatılıb.
|
Muxtar Babayev bəyanatında iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş çoxtərəfli səyləri vurğulayıb və Azərbaycanın Tərəflərin Konfransının uğurlu və konstruktiv keçirilməsinə sadiq olduğunu qeyd edib”, - paylaşımda deyilir.
|
Qeyd edək ki, UNEA-6 26 fevral - 1 mart tarixləri aralığında BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki (Keniya) baş qərargahında keçirilir.
|
At @UNEP #UNEA6, a productive meeting was held between @COP29_AZ President Designate, Mukhtar Babayev and UNEP Executive Director, Inger Andersen to discuss ways of expanding collaboration on issues from reducing plastic pollution to scaling up climate finance.
|
Babayev… pic.twitter.com/355XXnrVQ5
|
Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır.
|
Oxu.Az xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək.
|
Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq.
|
Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir.
|
Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verib.
|
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
|
“Son zamanlar bir sıra fundamental məsələlərdə yaranan fərqlər mənim xarici siyasət cəbhəsində iştirakımı mümkünsüz edir”, - deyə o bildirib.
|
Bakıda sürücü marşrut avtobusunu yüksək sürətlə və qapısı açıq idarə edib.
|
Digər bir sürücü isə içərisi sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə daxil olub.
|
Xezerxeber.az-ın məlumatına görə, iddia edilir ki, qapısı açıq şəkildə idarəolunan nəqliyyat vasitəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Qobu istiqamətində hərəkət edən 567 nömrəli marşrut avtobusudur.
|
Sərnişinlərin dediyinə görə, dəfələrlə xəbərdarlıq etsələr də, sürücü buna məhəl qoymayıb.
|
Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan isə “20 Yanvar” - Lökbatan dairəsi istiqamətində hərəkət edən 193 saylı marşrut avtobusdur.
|
567 nömrəli marşrut xətti üzrə daşıyıcı şirkətin mətbuat katibi Nizam Rzayev açıqlamasında yayılmış görüntünün araşdırıldığını bildirdi.
|
193 saylı marşrut xəttinin məsul şəxsi isə sürücü barəsində qanunauyğun şəkildə tədbirlər görüləcəyini dedi.
|
Onun sözlərinə görə, bununla bağlı marşrut xətti üzrə fəaliyyət göstərən digər sürücülərə də bir daha bu halın təkrarlanmaması ilə bağlı xəbərdarlıq edilib.
|
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) isə bildirilib ki, məsələ ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
|
Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olaraq onların həyatını təhlükəyə atan sürücü barəsində də tədbirlər görüləcək.
|
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirildi ki, daxil olan şikayətlərlə əlaqədar hər iki daşıyıcı şirkətə məsələni araşdırmaq və tədbirlər görmək barədə tapşırıqlar verilib.
|
Zığ qəsəbəsində torpaq sürüşmələrinin müşahidə olunduğu ərazidə son zamanlar problem bir qədər də dərinləşib.
|
Sürüşmələrin artmasından narahat olan sakinlər həyatlarının təhlükədə olduğunu bildirərək digər binanın sakinləri kimi köçürülmələrini istəyirlər.
|
Ətraflı “İTV Xəbər”in süjetində:
|
Tovuz rayonunun Cəlilli kəndinin sakinləri hər gün ölümlə üz-üzədirlər.
|
Bakı-Ələt-Qazax Gürcüstan Respublikası ilə sərhəd avtomobil yolunun üzərindəki körpüdə piayadaların hərəkəti üçün keçid olmadığından sakinlər yolun hərəkət hissəsindən istifadə edirlər.
|
Ərazidə iki yerdə yeraltı keçid olsa da, istifadəyə yararsızdır.
|
Ətraflı “İTV Xəbər”in süjetində:
|
Mingəçevirdə evdən meyit tapılıb.
|
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini, 1949-cu il təvəllüdlü Solmaz Həsənovanın Mingəçevir şəhərində yaşadığı ünvanda meyiti tapılıb.
|
İlkin müayinə zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
|
S.Həsənovanın şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
|
“Avropanın lideri kimi Almaniyanın Azərbaycanla Ermənistanın yaxınlaşmasına kömək edən səylərini alqışlamaq lazımdır, bu ölkə hazırda prosesdə fəal iştirak edir”.
|
Onun sözlərinə görə, rəsmi Berlin iki ölkə arasında sülh sazişinin məhz Almaniya platforması sayəsində imzalanmasında maraqlıdır:""“Almaniya Ermənistanın Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması və artıq Rusiyanın hərbi müttəfiqi olmaması faktını alqışlayır.
|
Bununla Almaniya üçün əhəmiyyətli olan məsələyə - Rusiyanı postsovet məkanında təcrid etmək məqsədinə nail olunub.
|
Eyni zamanda, almaniyalı rəsmilər hesab edirlər ki, müasir Avropa “dövrlərin dəyişdiyi” bir vaxtda Azərbaycanın simasında Avropa İttifaqının (Aİ) artıq qəbul etmək istəmədiyi Rusiya təbii qazı əvəzinə Qərb üçün çox mühüm təbii qaz tədarükçüsü əldə edib”.
|
A.Rar qeyd edib ki, Almaniyanın Cənubi Qafqazda sabitliyə marağının digər səbəbi gələcəkdə Azərbaycan və Ermənistan ərazilərindən keçməklə Asiyaya tranzit dəhlizlərini yaratmaq və bununla da yeni İpək yolu konsepsiyasını həyata keçirmək istəyidir:""“Doğrudur, Almaniya platformasının nə dərəcədə effektiv olacağını söyləmək çətindir.
|
Aİ-də Azərbaycanla Ermənistan arasında münasibətlərə fərqli baxışlar var.
|
Məsələn, Fransanın Ermənistana böyük dəstək verdiyi iddia edilir.
|
Başa düşmək lazımdır ki, Türkiyə NATO üzvü kimi Cənubi Qafqazda sülh diplomatiyasından kənarda qalmayacaq və Aİ-nin öz yanaşmasına uyğun olaraq proseslərə müdaxiləsinə imkan verməyəcək.
|
Bundan başqa, Çin və təbii ki, Rusiya Azərbaycan və Ermənistanla münasibətlərdə Avropa İttifaqından fərqli iqtisadi rıçaqlara malikdir”.
|
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.