Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Oxu.Az xəbər verir ki, “Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Parisdə sülh prosesinin üzərindən xətt çəkməsindən və Cənubi Qafqazda yeni müharibə anonsu verməsindən bəhs olunur.
|
Bildirilir ki, N.Paşinyan Fransaya səfərindən bir neçə gün öncə - fevralın 17-də Münhendə Prezident İlham Əliyevin qarşısında sülhdən danışıb, bu görüşü konstruktiv və müsbət adlandırıb.
|
Lakin Münhendən Parisə yollanan Paşinyan adəti üzrə 180 dərəcə siyasi dönüş edib.
|
Səhər bir, axşam başqa söz deyən Paşinyanın Parisdə Makronla görüşdən sonra “Frans24” kanalına müsahibəsində səsləndirdiyi fikirlərin fonunda bölgədə yaşananlar ciddi risklərdən xəbər verir.
|
O, Fransa Prezidenti ilə görüşdən sonra “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiasını irəli sürərək deyib ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımaması “hücuma hazırlıq”dan xəbər verir”.
|
Qeyd olunur ki, N.Paşinyan bir tərəfdən bütün vasitələrlə sülh sazişini imzalamaqdan qaçır, digər tərəfdən Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və sərhədini tanımasını istəyir.
|
Bu ilk baxışda erməni baş nazirin siyasi diletantlığı kimi görünsə də, əslində o, hiyləgərlik edir və məqsədi beynəlxalq ictimai rəydə Azərbaycanı aqressiv tərəf kimi göstərməkdir.
|
Diqqətə çatdırılır ki, Paşinyanın iddiasının əsas istinad nöqtəsi isə Qərbi Azərbaycan məsələsidir:“Bu, Ermənistanı ən çox narahat edir və ona görə bütün vasitələrlə azərbaycanlıların öz yurdlarına qayıdışının qarşısını almağa çalışırlar.
|
Öz yurdundan deportasiya edilmiş azərbaycanlıların geri qayıtması beynəlxalq hüquqa əsaslanır.
|
Bu hüququ ilk növbədə Qərbi Azərbaycan İcması gündəmə gətirir, Azərbaycan dövləti də böyük bir icmanın hüququnun təmin edilməsinə dəstək verir.
|
Lakin məsələ Ermənistanın təqdim etməyə çalışdığı kimi yox, Qərbi azərbaycanlılarının qayıdış haqqının hüquqi yollarla təmin edilməsindən ibarətdir.
|
Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Qərbi Azərbaycana qayıdış tanklarla yox, maşınlarla reallaşacaq.
|
Rəsmi İrəvan da anlayır ki, azərbaycanlıların təhlükəsiz qayıdışını beynəlxalq hüquq tələb edir və Ermənistan gec-tez bunu qəbul etməyə məcbur olacaq.
|
Məhz buna görə azərbaycanlı qaçqınların hüququnu “ərazi iddiası” kimi göstərməyə çalışır”.
|
Sonda vurğulanır ki, erməni baş nazirin iddiasının arxasında Qərbi Azərbaycan məsələsinə qarşı məkrli plan yatır:“Belə görünür ki, hər şey Qərbi Azərbaycan torpaqlarında həll olunacaq və baş verə biləcək mümkün müharibənin tərəflərindən biri təkcə Azərbaycan yox, Rusiya da ola bilər.
|
Moskva bu dəfə İrəvanı xilas etmək üçün yox, cəzalandırmaq üçün hərəkətə keçəcək.
|
Çünki Parisin “mətbəxində” hazırlanan, İrəvanın icra etməsi üçün təqdim edilən plan təkcə Azərbaycana yox, həm də Rusiyanın bölgədəki maraqlarına qarşıdır.
|
Nikol Paşinyanın məlum müsahibəsində Rusiyaya qarşı açıq müharibə elan etməsi də bunu təsdiq edir”.
|
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
|
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
|
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
|
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
|
“Dövlətlər Cənubi Qafqazda sülh istəyirlərsə, regionda qarışıqlığa şərait yaratmamalıdırlar”.
|
Ekspert bildirib ki, Fransanın Ermənistanı silahlandırması prosesi artıq uzun müddətdir davam edir.
|
O, region ölkələrinin bu məsələyə reaksiya verməməsinə, hətta müəyyən mənada şərait yaratmasına da diqqət çəkib.
|
“Bir müddət əvvəl Ukraynaya təklif olunan və Ukrayna tərəfindən qəbul edilməyən “Bastion” tipli zirehli texnika Gürcüstan üzərindən Ermənistana göndərildi.
|
İndi də yeni zenit raket kompleksləri, hava hücumundan müdafiə sistemləri göndərilir.
|
Ancaq nə İran, nə də Gürcüstan bu məsələyə reaksiya verir.
|
Fransanın, Qərbin Ermənistanı silahlandırması Rusiyada da ciddi aqressiya yaratmır”, - ekspert qeyd edib.
|
Politoloq Fransadan başqa, Hindistanın da Ermənistanı silahlandırdığını vurğulayıb:“Hindistanın verdiyi silahların da əksəriyyəti Fransa sertifikatı ilə istehsal olunmuş silahlardır.
|
Azərbaycan belə məsələlərə tolerant yanaşmayacaq, yeni müharibə riskini gözləməyəcək.
|
Əgər Ermənistan tərəfindən təxribat xarakterli addımlar atılarsa, dərhal adekvat addımlar atılacaq”.
|
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp iki əqli qabiliyyət testindən keçərək hazırkı ölkə lideri Co Baydenə də eyni prosedurdan keçməyi təklif edib.
|
“Satılmış Co Bayden ağıl testindən keçməlidir.
|
Bəlkə bu yolla onun niyə belə yarıtmaz qərarlar verdiyini öyrənə bilərik.
|
Mən iki testdən keçdim və hər ikisində də səhvsiz!
|
Bütün prezidentlər və prezident postuna iddia edənlər belə bir sınaqdan mütləq keçməlidir!”, - deyə o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
|
Rusiyanın “Spartak” klubunun niderlandlı futbolçusu Kvinsi Promes Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) pasport nəzarətində saxlanılıb.
|
Qeyd olunur ki, o, komandası ilə Sankt-Peterburqa uça bilməyib.
|
İdmançı təlim-məşq toplanışında olub.
|
Futbolçunun saxlanılmasının səbəbi məlum deyil.
|
Verilən məlumata görə, klubun təhlükəsizlik işçiləri futbolçunun yanında qalıb.
|
Xatırladaq ki, fevralın 14-də Amsterdam məhkəməsi Kvinsi Promesi Antverpen limanına iki partiya kokainin idxalında iştirak etdiyinə görə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib.
|
Bir neçə gün sonra o, beynəlxalq axtarışa verilib.
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr islahatları başlayıb.
|
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xidmət rəisi Mürsəl İbrahimovun əmri ilə bir sıra rayonların rəisləri vəzifəsindən azad edilərək sərəncama götürülüb.
|
Bundan əlavə bəzi rayonların rəislərinin xidməti yerləri dəyişdirilərək rotasiya olunublar.
|
“Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.
|
Bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton bəyan edib.
|
Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun “RS-28 Sarmat” qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub.
|
“Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir.
|
O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”.
|
Pentaqon rəsmisi əlavə edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri də daxildir.
|
Ukraynada müharibə davam edir.
|
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
|
O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib:""“Həm quru, həm də artilleriya döyüşləri gedib.
|
Nəticədə Ukrayna Silahlı Qüvvələri Krasnoqorovka şəhərini azad edib”.
|
Qeyd edilib ki, gecədən səhərədək davam edən ağır döyüşlərdə hər iki tərəf çoxlu itkilər veriblər:""“Rusiya Ordusunun 100 hərbçisini itirdiyi bildirilib.
|
Ukrayna Ordusu tərəfindən də itkilər var.
|
Lakin bununla bağlı dəqiq say açıqlanmayıb”.
|
O da bildirilib ki, Avdiyevka istiqamətində son üç gündə vəziyyət olduqca gərgindir.
|
Məlumata görə, sözügedən ərazi ətrafındakı daha iki kənddən Ukrayna Ordusu geri çəkilib.
|
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
|
Belə ki, “Skania” markalı iritutumlu yük maşınının sürücüsü Asəf Həsənov Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayon sakinini vurub.
|
Zərbənin nəticəsində piyada elə hadisə yerindəcə dünyasını dəyişib.
|
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
|
Faktla bağlı araşdırma aparılır.
|
Qazaxıstan hökuməti Bişkek istilik elektrik stansiyasında (İES) baş vermiş qəza ilə əlaqədar Qırğızıstana humanitar yardım olaraq iki min ton dizel yanacağı göndərib.
|
Bu barədə məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti yayıb.
|
Qeyd olunur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən göndərilən yanacaq “Rezerv” Respublika Dövlət Müəssisəsinin “Zarya” filialından ilkin partiyada min ton həcmində olmaqla 17 vaqon-sisternlə yola salınıb.
|
Humanitar yük Qırğızıstanın Energetika Nazirliyinin nümayəndələrinə təhvil verilib.
|
Xatırladaq ki, Bişkek İES-də qəza fevralın 2-nə keçən gecə baş verib.
|
Partlayışdan sonra köhnə binada yanğın baş verib, yanğın iki saat ərzində söndürülüb.
|
İES-in beş əməkdaşı xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
|
Qəza vəziyyəti ilə əlaqədar bir sıra məhəllələrə isti su və qismən istilik verilişi dayandırılıb.
|
Fevralın 7-də istilik və isti suyun verilməsi bərpa olunub.
|
Fevralın 29-da Bakı şəhərində Azərbaycan və Braziliyanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
|
Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Braziliya nümayəndə heyətinə isə Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi (nazirin birinci müavini) Maria Laura da Roşa rəhbərlik edib.
|
Görüşün əvvəlində Maria Laura da Roşa yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubunu təqdim edərək, ali ünvan sahibinə çatdırılmasını xahiş edib.
|
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, turizm və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə təhsil, mədəniyyət, kənd təsərrüfatı, gömrük işinin təşkili, sərmayələrin təşviqi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə müqavilə-hüquq bazasının yaradılmasına qarşılıqlı dəstək ifadə olunub.
|
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
|
Bu xüsusda cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin həm ikitərəfli, həm də COP Üçlüyü (“Troika”) çərçivəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı diqqətə çatdırılıb.
|
Bu xüsusda ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
|
Qarşı tərəf cari ilin noyabr ayında Braziliyanın sədrliyi ilə keçiriləcək “Böyük İyirmiliyin” (G20) Sammiti qarşısında duran hədəflər və bu xüsusda Braziliyanın prioritetləri barədə məlumat verilib.
|
Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın sülh gündəliyi və bu xüsusda bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
|
Siyasi məsləhətləşmələr zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
|
Aktrisa Oksana Rəsulova neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” adlı bədii filmdə rol alıb.
|
Oxu.Az xəbər verir ki, bu barədə aktrisa “Instagram” sosial şəbəkə hesabında məlumat yayıb.
|
O, fotolar paylaşaraq çəkilişlərin tamamlandığını qeyd edib:""“Bakı Media Mərkəzinin istehsalı olan, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filminin uzunmüddətli çəkilişləri bitdi.
|
Bu filmdə mənim iştirakım da oldu.
|
Tarixdə çox dəyərli sənəti və əxlaqı ilə yadda qalan Məryam Sulkeviçin qəhrəmanını canlandırırdım.
|
Bütün çəkiliş qrupuna təşəkkürümü bildirirəm”.
|
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən film ümumilikdə səkkiz seriyadan ibarət olacaq.
|
Hər seriya bir saat davam edəcək.
|
Həmin görüntüləri təqdim edirik:""A post shared by Oxu.Az (@oxuaz)
|
Qeyri-rəsmi şəkildə birgə yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və başqa ittihamlarla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Samir Ömərovla (şərti) bağlı hökm ləğv edilib.
|
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qanun pozuntuları aşkar edib.
|
Təqsirləndirilən şəxsin şikayəti üzrə beş dəfə ilkin baxış iclası keçirilib, müdafiə tərəfinin etirazları müzakirə edilib.
|
Müttəhimin vəkili Azər Hüseynli vəsatətində müvəkkilinin həm ibtidai, həm məhkəmə istintaqı dövründə hüquqlarının pozulduğunu deyib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.