Search is not available for this dataset
text
stringlengths
10
518k
Həmin qanun pozuntularından biri təqsirləndirilən şəxsin ilkin istintaqın ortalarında dövlət tərəfindən təyin edilmiş vəkildən imtina etdiyi halda imtinasının qəbul edilməməsi və sona qədər həmin vəkillə istintaq aparılmasıdır.
Başqa bir qanun pozuntusuna isə məhkəmədə yol verilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatına verilib.
Sözügedən hakim illər əvvəl təqsirləndirilən şəxsin atasının da cinayət işini araşdırıb.
Həmin vaxt müttəhim Ömərov şahid qismində ifadə verib.
Müdafiə tərəfinin sözlərinə görə, o vaxt müvəkkili ilə sədrlik edən hakim arasında mübahisə olub.
Bu səbəbdən məhkəmənin əvvəlində hakim Azad Məcidova etiraz edilib.
Etiraz əsaslı sayılmayaraq rədd edilib.
Fərid Əyyubovun sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri cinayət işindəki qeyd edilən qanun pozuntularını tanıyıb.
Məhkəmə belə qənaətə gəlib ki, S.Ömərov haqda hökm tamamilə ləğv edilməli, cinayət işi yenidən araşdırılmalıdır.
Qərara əsasən, iş yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu vaxta qədər təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Qeyd edək ki Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham edilən S.Ömərov özünü təqsirli bilmir.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Bəxtiyar İsmayılov bu vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən 2018-ci ildə təyin edilmişdi.
Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol-nəqliyyat hadisəsində həlak olublar.
Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi “Lada Largus” markalı avtomobilin idarəetmədən çıxması olub.
Belə ki, qarşı zolağa çıxan “Lada Largus” qarşıdan gələn “Mercedes-Benz” markalı yük avtomobili ilə toqquşub.
Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir.
Novxanıda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, “Mercedes-Benz” markalı maşın hərəkətdə olan “Toyota Prado” markalı avtomobillə toqquşub.
Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü sol tərəfdən gələn avtomobili gözləmədən yola çıxıb.
Hadisə zamanı sürücülər arasında xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik:
Dağıdıcı tornado ABŞ-nin Ohayo ştatındakı “Rayt-Patterson” aviabazasını vurub, onun obyektlərinə və orada yerləşən Milli Hərbi Hava Qüvvələri (HHQ) Muzeyinə ciddi ziyan dəyib.
Bu barədə bazanın komandanlığı məlumat yayıb.
“Rayt-Patterson”da silah sistemlərinin tədqiqi, inkişafı, əldə edilməsi, sınaqdan keçirilməsi və texniki xidmətinə nəzarət edən HHQ-nin maddi-texniki təchizatı komandanlığın qərargahıdır.
Baza komandiri polkovnik Travis Pond bildirib ki, onlar dağıntıları və yolları yıxılan ağaclardan təmizləyir və dəymiş ziyanı qiymətləndirirlər.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı, hazırda isə “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovun maraqlı görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülər Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Braqa” matçına təsadüf edir.
Ağdam klubunun güclü rəqib üzərindəki qələbəsi klubun sabiq futbolçusunun da sevinc göz yaşlarına səbəb olub.
Qeyd edək ki, Rəşad Sadıqov onun sabiq baş məşqçisi Qurban Qurbanovla həm də yaxın dostdur.
Həmin görüntüləri təqdim edirik:
Həm forması, həm də adı ilə diqqətçəkən Naxçıvandakı Qeysəriyyə abidəsi 17-ci əsrdə Səfəvi hökmdarı Şah Abbas tərəfindən inşa etdirilib.
Həmin dövrdə “Şərq Bazarı” adlandırılan abidə qapalı ticarət mərkəzi kimi fəaliyyət göstərib.
Hazırda Qeysəriyyə abidəsi dünyada üç şəhərdə Səmərqənd, Təbriz və Ordubad şəhərlərində var.
Tarixi abidənin içərisində isə qədim eksponatlar saxlanılır.
Ətraflı “AzTV Xəbər”in süjetində:
Belqradda Nikola Tesla hava limanı partlayıcı ilə bağlı xəbərlərdən sonra fəaliyyətini dayandırıb.
Bu barədə hava limanının Mətbuat Xidməti məlumat verib.
“Sərnişinlərin və işçilərin təhlükəsizliyi prioritet olduğundan aeroportda hava hərəkəti müvəqqəti olaraq dayandırılıb”, - deyə mətbuat xidməti bildirib və əlavə edib ki, “hava limanının bütün personalı xüsusi xidmət orqanları ilə birgə işləyir”.
Məlumata görə, Barselonaya uçmalı olan “Wizz Air” təyyarəsinin minalanması ilə bağlı anonim mesaj daxil olub.
Təyyarə heyəti sərnişinləri dərhal təxliyə etmək qərarına gəlib.
Uçuş zolağı bağlanıb, çox sayda reyslərin gecikməsi və ləğvi gözlənilir.
Son zamanlar uşaqlar arasında Koksaki virusuna yoluxma halları müşahidə edilir.
Virusun əlamətləri daha çox suçiçəyi ilə oxşar olduğundan müalicəsi bəzən səhv aparılır.
Bu isə ağır fəsadlara səbəb olur.
Bəs bu virusa yoluxan zaman müalicə necə olmalıdır?
Qeyd edək ki, son vaxtlar uşaqlar arasında qızılca və rotavirusa yoluxma hallarında artım müşahidə edilir.
Ətraflı “İTV Xəbər”in süjetində:
Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri martın 1-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
06:35"Albaniya Respublikasının Baş naziri Edi Rama martın 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü keçirilən forumda dünyanın 110 ölkəsindən təxminən 4 600 nümayəndə iştirak edir.
Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və antiislamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdır.
Bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə iştirak etmək üçün 100-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı Antalyaya gəlib.
Azərbaycan da daxil olmaqla 60-dan artıq ölkə xarici işlər nazirləri səviyyəsində təmsil olunur.
Qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzunun müzakirə olunacağı forumda “Türk dünyasında təşkilatlanma:XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil:Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi:Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi:Artan çağırış”, “Avropa İttifaqının qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamantarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzular ətrafında fikir mübadilələri aparılacaq.
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyevin moderatorluğu ilə təşkil olunacaq “Türk dünyasında təşkilatlanma:XXI əsrdə TDT” mövzulu paneldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.
Ölkəmizin təmsil olunduğu daha bir, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları” mövzulu paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək.
Tədbirdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclas keçiriləcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak edəcəyi panel iclasda isə “Beynəlxalq ticarət, ünsiyyət və qarşılıqlı asılılıq” mövzusu müzakirə olunacaq.
Üç gün davam edəcək forumu işıqlandırmaq üçün 350-si xarici olmaqla, ümumilikdə 750 media təmsilçisi Antalyaya cəlb olunub.
08:36"Bu gün Türkiyənin Antalya şəhərində Diplomatiya Forumu öz işinə başlayacaq.
Oxu.Az xəbər verir ki, martın 3-dək davam tədbirdə 100 ölkədən 4 000-dən çox qonaq iştirak edəcək.
Forumun əsas mövzusu böhran dövründə diplomatiyanın təşviqi olacaq.
Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
III Antaliya Diplomatiya Forumu 2023-cü il fevralın 6-da Türkiyədəki dağıdıcı zəlzələdən sonra qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının Neftçala rayonunun Mayak kəndi ərazisində apardıqları profilaktiki-nəzarət tədbirləri zamanı Xəzər dənizində kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə balıq ovlayan rayonun Kürkənd kənd sakini E.Şirəliyev saxlanılıb.
Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış 40-dan çox şamayı, külmə, kütüm, qarabel siyənək və kefal balığı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İrlandiya 82 yaşlı prezidenti Maykl Higgins özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.
Əvvəlcə həkimlər dövlət başçısını Dublindəki “Feniks Park” prezident iqamətgahında müayinə ediblər.
İlk müayinə heç bir narahatlıq yaratmasa da, M.Higgins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirilib.
Onun səhhəti ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilir.
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Vüsal Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə ötən il, saat 3 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Bahar” adlı kafedə qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Vüsal Babayev həmin kafedə qardaşı, tanışları və zərərçəkmiş Fərrux Habilovla (şərti) birlikdə spirtli içkilər qəbul edib.
Oradan getmək istədikləri vaxt isə əvvəldən aralarında olan razılaşmaya baxmayaraq, zərərçəkmiş şəxs 25 manatlıq hesabı ödəməyəcəyini bildirib.
Buna görə də təqsirləndirilən şəxs kafedən çıxıb Fərruxu çölə çağıraraq küçədə onunla mübahisə edib.
Mübahisə zamanı o, bıçaqla zərərçəkmişin qarın nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq, ona bədən xəsarəti yetirib.
Hadisədən sonra Vüsal Babayev cinayət məsuliyyətinə cəlb edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl təqsirləndirilən Fərid Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 2023-cü il iyulun 22-də saat 17 radələrində Abşeron rayonu “Mexkalon” yaşayış massivi ərazisində 2005-ci il təvəllüdlü Sərdar Sərxan oğlu Abbasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.