Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Araşdırma zamanı 2005-ci il təvəllüdlü Fərid Nafiz oğlu Mirzəyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla tanışı Sərdar Abbasova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
|
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
|
Fərid Mirzəyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
|
İttihama görə, hadisə qız söhbətinə görə baş verib.
|
Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus Qusarçay çayının üzərindəki körpüdən aşıb.
|
Qəza zamanı xəsarət alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
|
Ali Məhkəmədə dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Zamin Qarayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
|
Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
|
Qərara əsasən, şikayət təmin edilməyib.
|
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Qarayev yeddi il müddətinə azadlıqdan məhrum edilib.
|
Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.
|
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, zərərçəkmişlərin şikayəti təmin olunmayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı apellyasiya protestinə münasibətdə dəyişdirilib və Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddəsi məhkəmənin hökmündən xaric edilib.
|
Qeyd edək ki, Zamin Qarayev Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının şikayəti əsasında həbs edilib.
|
Onlar adıçəkilən şəxsin cinayət əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzinə məlumat veriblər.
|
13 sentyabr 2021-ci il tarixdə faktla bağlı cinayət işi başlanıb.
|
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış ilkin araşdırmalarla Zamin Qarayevin dövlət orqanının və dövlət məmurlarının nüfuzuna şər atmaqla, onların adından sui-istifadə etməklə, icra məmuruna rüşvət verilməsi adı altında ayrı-ayrı şəxslərin ümumilikdə 192 000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
|
Bundan sonra o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
|
Zamin Qarayevə Cinayət Məcəlləsinin 29 (külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.
|
Bakı Apellyasiya Məhkəməsində paytaxt ərazisində qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
|
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
|
Qərara əsasən, şikayət təmin edilməyib.
|
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətə azadlıqdan məhrum edilib.
|
Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul olunub.
|
İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar.
|
Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalıb.
|
Cari il iyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Lianginin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib.
|
O, qısqanclıq zəminində Lianginin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib.
|
Liangin hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
|
Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
|
Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yaranmasından 104 il ötür.
|
Oxu.Az xatırladır ki, AZƏRTAC 1920-ci ildən başlayaraq respublikamızın salnaməsini yazıb, keçdiyimiz yola informasiya işığı tutub.
|
Bu gün isə qalib ölkənin əsas xəbər qaynağı olaraq inkişafının yeni dövrünü yaşayır, fəaliyyətini durmadan təkmilləşdirməyə davam edir.
|
Tarixə nəzər salsaq görərik ki, bir əsrdən çox yaşı olan AZƏRTAC çətin, mürəkkəb və şərəfli bir yol keçib, zaman-zaman bir çox sınaqlarla üzləşib.
|
1920-ci il martın 1-də fəaliyyətə başlayan agentlik müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bildi.
|
Sovet hakimiyyəti dövründə isə SİTA-nın filialına çevrilərək xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşdi.
|
Buna baxmayaraq, öz missiyasını çətinliklə olsa da, axıradək yerinə yetirdi.
|
AZƏRTAC-ın fəaliyyətini tarixi baxımdan bir neçə mərhələyə bölmək olar.
|
Agentliyin həyatında əsaslı dönüş mərhələsi 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başladı.
|
Agentlik müasir texniki avadanlıqla təchiz olundu, xəbər yayımının keyfiyyətində və operativliyində mühüm irəliləyiş əldə edildi.
|
Yalnız onu demək kifayətdir ki, həmin dövrdə AZƏRTAC müttəfiq respublikaların informasiya agentlikləri arasında kompüterlərlə təchiz edilmə baxımından birincilər sırasında idi.""Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illər milli informasiya agentliyi üçün daha bir sınaq oldu.
|
Bu çətin sınaqdan da layiqincə çıxan AZƏRTAC çox keçmədən Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu oynamağa başladı.
|
AZƏRTAC-ın kollektivi ulu öndər Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə yanaşı, dünya informasiya məkanında layiqli yer tutmaq üçün əzmlə çalışmaqdadır.
|
Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalanıb, beş qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparılır.
|
Həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində “Associated Press”, “Reuters”, “Press Association”, DPA, “Sinxua” və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə əməkdaşlıq edir.
|
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir.
|
2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda sədrlik etməklə adını dünya media tarixinə yazdırıb.
|
Ötən il isə İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında AZƏRTAC ATNA-nın baş katibi seçilib.
|
Təkcə 2023-cü il ərzində AZƏRTAC 190 mindən çox informasiya istehsal edib.
|
AZƏRTAC-ın xəbərləri azertag.az saytı, xəbər bülletenləri, həm də sosial şəbəkə hesabları (agentliyin müxtəlif dillərdə və fərqli profilli ümumilikdə 30 sosial şəbəkə səhifəsi var) vasitəsilə yayımlanır.
|
AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə qazandığı uğurlara dair minlərlə xəbəri, videosu və fotosu yayılır.
|
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 20 il AZƏRTAC üçün də əlamətdar bir dövr olmaqla xəbər yayımının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi ilə səciyyəvidir.
|
Göstərilən daimi diqqət və qayğı sayəsində rəqabətədavamlılığı getdikcə artan, ən müasir texnologiyalarla təchiz edilən agentlik iki ildən çoxdur ki, hər cür şəraitə malik yeni binada fəaliyyət göstərir.
|
Bu da informasiyanın keyfiyyətini və operativliyini durmadan yüksəltməyə, dünya informasiya məkanında daha inamla addımlamağa imkan yaradır.
|
AZƏRTAC hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.
|
Agentlik Azərbaycan həqiqətlərini planetimizin, demək olar, bütün guşələrinə çatdırır, dünya səviyyəsində mötəbər, dürüst və qərəzsiz xəbər mənbəyi kimi qəbul olunur.
|
Azərbaycan hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayır.
|
Vətən müharibəsində şanlı Zəfər, eləcə də uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkənin dövlət suverenliyinin tam bərpası, Prezident İlham Əliyevin 7 fevral seçkisində inamlı qələbəsi ilə Azərbaycan yeni mərhələyə qədəm qoyub.
|
Bununla ölkə mediasının qarşısında da geniş üfüqlər açılıb.
|
Mətbuatın modernləşdirilməsi, dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əsaslı islahatlar həyata keçirilir.
|
AZƏRTAC da zamanın çağırışları və müasir tələblərlə ayaqlaşmaq üçün ardıcıl addımlar atır.
|
Son vaxtlar agentlikdə aparılan struktur islahatları, kollektivin peşəkar kadrlarla komplektləşdirilməsi, xarici ölkələrdəki müxbir şəbəkəsinin təkmilləşdirilməsi, kreativ idarəçilik öz müsbət nəticələrini verməkdədir.
|
Bu, xəbər arxitekturasını daim yeniləməyə, informasiya yayımını beynəlxalq standartlar səviyyəsinə çatdırmağa imkan yaradır.
|
Ötən bir ildə agentliyin loqosu və internet saytı yenilənib, işin keyfiyyətinin yaxşılaşdırılması üçün digər mühüm addımlar atılıb.
|
Bütün bu işlər AZƏRTAC-ın fəaliyyətində özünü göstərib.
|
Əsası 104 il əvvəl qoyulan yol bu gün əzmlə davam etdirilir.
|
AZƏRTAC dinamik inkişaf edən, qalib ölkəyə, dünyada nüfuz sahibinə çevrilən Azərbaycanın müasir tarixinin bitkin və real salnaməsini yaradır.
|
Bu gün Media.Az xəbər portalının 6 yaşı tamam olur.
|
Sayt 2018-ci il martın 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu auditoriyası toplayıb.
|
Media.Az bütün sutka ərzində, günün 24 saatı işləyir, saytda rus dilində xəbərlər dərc edilir.
|
Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Media.Az portalı geniş oxucu auditoriyasına malikdir.
|
Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur.
|
Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Media.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.
|
Qeyd edək ki, Media.Az “Global Media Group”a daxildir.
|
Biz də Oxu.Az saytı olaraq həmkarlarımızı ürəkdən təbrik edir, onlara bol-bol uğur arzulayırıq.
|
Abşeron rayonunun ərazisində dəyişiklik edilir.
|
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunacaq.
|
Şəki Apellyasiya Məhkəməsində Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
|
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
|
Qərara əsasən, şikayət təmin edilməyib.
|
Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
|
Nurullah Dibirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
|
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayının 11-də baş verib.
|
Balakən şəhəri R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini Nurullah Dibirov idarə etdiyi QAZ-31 markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub.
|
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
|
Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat edib.
|
Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
|
Bu gün səhər saatlarından etibarən İranın bütün əyalətlərində Dini Ekspertlər Şurası Məclisinə (Məclise-Şuraye-Xübreqan) və İran Məclisinə seçkiyə start verilib.
|
Artıq İranın ali dini rəhbəri Seyid Əli Xamenei də seçkidə iştirak edib.
|
İran Seçki Qərargahının məlumatına görə, seçki məntəqələri 10 saat işləyəcək.
|
Qeyd olunur ki, təxminən 60 milyon iranlı səsvermə hüququna malikdir.
|
Məlumat üçün əlavə edək ki, İranda Dini Ekspertlər Şurasına seçkilər hər səkkiz ildən bir keçirilir.
|
Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatı məlum olub.
|
APA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub.
|
O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş.
|
Hadisə günü də Məhəmməd Kərimov sərxoş halda evə gəlib.
|
Bu zaman arvadı Həlimə Kərimova ona içki içdiyinə görə irad bildirib.
|
Tərəflər arasında mübahisə yaranıb.
|
Məhəmməd Kərimov arvadı Həlimə Kərimovanı döyərkən qadın həyətə qaçıb.
|
Kişi onun dalınca qaçaraq tutmaq istəyərkən Həlimə Kərimova yerdən daş götürərək əri Məhəmməd Kərimovun baş nahiyəsinə bir neçə zərbə vuraraq onu qətlə yetirib.
|
Daha sonra qadın ərinin meyitini quyuya ataraq basdırıb.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.