passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
2606a6256bf9782f | Göygöl rayonu | Ətlik maldarlıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – Hallavey və Zebu cinsindən olan iri buynuzlu mal qara saxlanılır. Taxıl toxumçuluğu üzrə Bağmanlar Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – taxıl toxumu istehsal olunur. Qızılca qırma daş zavodu – qırma daş istehsal olunurŞəxsi müəssisə ... |
34089f3cc390f3ca | Göygöl rayonu | Səmədoğlu şirkəti – 300 baş damazlıq üçün iribuynuzlu mal qara saxlanılır. ASR şirkəti – Makoron, toyuq əti, yumurta, mineral su, limanad və lambrin istehsal olunur. Fəhralı sahibkar müəssisəsi – mineral süfrə suyu və limonad istehsal olunur. Bitki örtüyü Rayon ərazisində əsasən də göl ətrafında yamacları örtən meşələr... |
b3ad6d8c95248cda | Göygöl rayonu | Cənub yamaclarında vələs, şimal yamaclarında fıstıq, fıstıq-vələs, yuxarı meşə zonasında və quru yamaclarda şərq və Qafqaz palıdı, palıd-vələs meşələri inkişaf etmişdir. Şam ağacları massiv əhəngdaşı kəsəkləri üzərində, torpaqdan tamamilə mərhum olan yerlərdə bitir. Meşənin yuxarı sərhədində tozağacı, aşağıda isə itbur... |
c08ab287690dac3e | Göygöl rayonu | Su aynasının sahəsi 80 hektara yaxındır. Gölün uzunluğu 2450 m, eni 595 m, ən dərin yeri 95 m-dir. Buradakı təmiz, şəffaf suyun həcmi 24 mln kub m-ə çatır. Maral-göl dəniz səviyyəsindən 1902 m yüksəklikdə yerləşir, sahəsi 23 hektardır, ən dərin yeri 60 m-dir. Göy-göldən fərqli olaraq, onun ətrafını subalp çəmənlikləri ... |
1b355bb3a5128b2b | Göygöl rayonu | Çaylarda suyun səviyyəsi yaz aylarında artır. Əsas çaylar: Kürəkçay, Gəncəçay və Qoşqarçaydır. Bu çaylardan ən uzunu Kürəkçaydır. Onun uzunluğu 108 km, su toplayıcı sahəsi 2080 kv.km-dir. Mənbəyinin hündürlüyü 3100 m, mənsəbi isə 18 m-dir. Kür çayına tökülür və Kürün sağ qoludur. |
f2c428fe6fe216cf | Göygöl rayonu | Uzunluğuna görə ikinci çay Gəncəçayıdır. Uzunluğu 98 km-dir, su toplayıcı sahəsi 752 kv.km-dir, orta illik su sərfi 4,2 kv m-dir. Gəncəçay çayı da Kürün sağ qoludur, Yenikənd körfəzinə tökülür. Maddi-mədəni irsi Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində ... |
f74c20dc73e175dc | Fuad Poladov | Fuad Ağarəhim oğlu Poladov (24 may 1948, Bakı – 4 may 2018, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti (1987). Fuad Poladov 1948-ci il may ayının 24-də B... |
844632febed67d20 | Bilal Əliyev | Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının xalq artisti (2009). Bilal Şahşirin oğlu Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub. Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə A. Zeynallı adına Musiqi Texnikumunun "Xa... |
0602e575c0581424 | Bilal Əliyev | O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Məd Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Alman... |
46f632d8a11ef664 | Nailə İslamzadə | Nailə İslamzadə (2 noyabr 1961, Balakən rayonu) — Televiziya aparıcısı, diktor, ssenari müəllifi, Azərbaycan Respublikasının əməkdar artisti (1998). 1982-ci ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət Televiziyasında diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. Bu müddət ərzində dövlət bayramlarına, rəsmi tədbirlə... |
df3f4808712fb9e5 | Nailə İslamzadə | 2014-cü ildən isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ideyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi əsasında yaranmış, məramı milli-mənəvi və dini dəyərlərimizin təbliği, erməni saxtakarlıqlarının üzə çıxması... |
bb4175ec128b48ff | Şamaxı rayonu | Şamaxı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1670 km², əhalisi 85,3 min nəfərdir. Rayon ərazisində 3 tibb müəssisəsi, 97 mədəniyyət ocağı fəa... |
9702ec3704897d81 | Şamaxı rayonu | Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər. Şamaxı sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bəzi mütəxəssislər onu qədim yerli tayfa adı ilə bağlayırlar. Ərazidən tapılmış qədim Roma və Makedoniya İmperiyalarına məxsus antik s... |
cda8443475a5a39e | Şamaxı rayonu | X əsrin əvvəllərindon Şamaxı Şirvanşahlar (Məzyədilər) dövlətinin paytaxtı olub Yəzid ibn-Məzyədin şərəfinə Yəzidiyyə adlanırdı. Şirvanşah II Mənuçöhrün dövründə Şamaxı daha da qüdrətləndi. Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildikdən sonra qədim Şamaxı şəhərini bərpa etdirdi və Şirvanşahlar dövlətinin paytax... |
a139fa4524ad0aca | Şamaxı rayonu | Sonrakı dövrlərdə Şamaxı Şirvan bəylərbəyliyinin mərkəzinə çevrildi. 1734-cü ildə Nadir şah Şamaxını dağıdaraq indiki Ağsu şəhərinin yaxınlığına — Yeni Şamaxıya köçürdü. Nadir şahın ölümündən sonra (1747) yaranan Şamaxı xanlığı sonradan Osmanlı işğalına məruz qaldı. Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şa... |
92a90cf20a55f3f1 | Şamaxı rayonu | XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı 1805-ci ildə Rusiya imperiyası hakimiyyətini qəbul etdi. Şamaxı şəhəri 1846-cı ildə quberniya mərkəzi oldu. O, müxtəlif dövrlərdə Xəzər vilayətinin, Şamaxı qəzasnın, Şamaxı quberniyasının mərkəzi olmuşdur. 1667, 1859, 1902-ci illərdə Şamaxıda fəlakətli zəlzələlər olmuşdur... |
48f4c14926960118 | Şamaxı rayonu | Ona görə də şəhərdə qədim tarixi abidələr, demək olar ki, qalmamışdır. 1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olmuşdur. Bu hadisə tarixi ədəbiyyatda Mart soyqırımı ilə birgə hall... |
bdc8a3771ffb3bfa | Şamaxı rayonu | I minilliyin sonu — antik dövrə aid qədim qəbiristanlıq mövcuddur. Bundan başqa Göylər kəndində XII–XIV əsrlərə aid Pir-Mərdəkan Xanəgahı var. Bir versiyaya görə dövrünün görkəmli alimlərindən olan Seyid Mərdəkaninin qəbri buradadır. Dədəgünəş kəndi yaxlığında köhnə qəbiristanlıq və "Piri-Sultan Dədəgünəş" məqbərəsinin... |
5b15070f1507d550 | Şamaxı rayonu | O, zəmanəsinin tanmmış həkimi, həm də görkəmli filosofu olmuşdur. Burada Kəfiəddin Ömər ibn Osmanın təşkilaiçılığı və rəhbərliyi ilə bütün Şərqdə məşhur tibb akademiyası olan "Mədrəsəyə tibb" (tibb mədrəsəsi) və müalicəxana fəaliyyət göstərmişdir. Şamaxıda XIX əsrə aid türbələr kompleksi də mövcuddur. Şamaxı hakimi Mus... |
edc46b5890b8ba51 | Şamaxı rayonu | Kələxana kəndində XVII əsrə aid memarlıq kompleksinin isə 9 türbəsindən 8-i qalmışdır. Türbələrdən biri üzərindəki kitabədə abidənin 1663-cü ildə sərkar Əbdüləzim Əmirəli oğlu tərəfindən İbrahim Əmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilib. Şamaxı şəhəri yaxınlığında IX əsrə aid Gülüstan qalası da bu günə ... |
73b2f33b88f14cfe | Şamaxı rayonu | Şamaxı rayonu çox nadir geoloji təbiət abidələri ilə də zəngindir. Ərazidə bir sıra karst mağaraları mövcuddur. Əsrarəngiz və nadir geoloji təbiət abidəsi Dəmirçi kəndi yaxınlığındakı "Dəmirçi palçıq vulkanı"dır. Qövsi-qüzeh çaları gözəlçiçəkli bitki xalısı fonunda və seyrək çaytikanı kollarının əhatəsində yer almış bu... |
2eb0c4c6cda4febc | Şamaxı rayonu | Maksimal hündürlük 2500 m-ə çatır. Səthi, əsasən, dağlıdır Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Ondan cənubda xırda plato və silsilələr sahəsi yerləşir Rayonun şərq hissəsi Qobustana daxildir. Pir-saatçaydan qərbdə, şimal-qərbdən cənub-şərqə doğru Ləngəbiz silsiləsi uzanır. Rayonun cənub hissəs... |
014ca8850f88b407 | Şamaxı rayonu | Rayonun dağlıq hissələrində təbaşir yaşlı, alçaq dağlıq və dağətəyi zonalarda Paleogen yaşlı, cənubda Antropogen yaşlı çöküntülər yayılır. Faydalı qazıntılara bitium, gil, əhəngdaşı, qum-çınqıl aiddir. Mineral bulaqlar (Çuxuryurd) vardır. Rayon ərazisində Şirvan düzündən Dübrar silsiləsinə qədər yarımsəhra və quru çöl ... |
a9417152473bdc5e | Şamaxı rayonu | Landşaftları və bioloji müxtəlifliyi İqlimi cənubda qışı quraq keçir) mülayim-isti yanmsəhra və quru çöl tipli, şimalda yayı quraq keçən mülayim-istidir. Çimli dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-qara, qonur dağ-meşə, dağ tünd-şabalıdı, şabalıdı, boz-qonur, şorakətvan boz-qonur, boz-çəmən və çəmən-boz torpaqlar yayılmışdı... |
4a52f7400c017d24 | Şamaxı rayonu | Ərazinin dendroflorası, əsasən, qafqaz vələsi, şərq fıstığı, iberiya palıdı və iritozcuqlu palıddan ibarətdir. Meşələrdə, həmçinin, adi göyrüş, çöl ağcaqayını, çinaryarpaq ağcaqayın, vələsyarpaq qarağac, şərq qarağacı, qaraçöhrə, tozağacı, söyüd, şərq alması, qafqaz armudu, çaytikanı, əzgil, adi qoz, doqquzdan, itburnu... |
620c3d4f164425c5 | Şamaxı rayonu | Vətən müharibəsi şəhidləri Məmmədov Rza Əskər oğlu Qəniyev İsaxan İsaman oğlu Soltanov Nadir Nəzir oğlu Əliyev Rauf İlyas oğlu Mikayılov Ramiq Namiq oğlu İbrahimov Əlövsət Seyidxan oğlu Heydərov Sabir Ceyhun oğlu Beydiyev Nazim Eynulla oğlu Ağakərimov Elvin Eldəniz oğlu Əliyev Yusif Asif oğlu Qurbanlı Nurlan Süleyman o... |
b11b3b2ddb003d50 | Şamaxı rayonu | Rayonun ən məşhur turizm zonalarından biri Pirqulu kəndidir. Bələdiyyələr Rayonda 1 şəhər, 3 qəsəbə və 46 kənd bələdiyyəsi fəaliyyət göstərir. Bələdiyyə sistemində 372 nəfər işləyir. Qardaş şəhərlər İğdır (Türkiyə) Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 871. // Azərbaycan Milli En... |
f90e6b7c3fc0029d | Şamaxı rayonu | 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017 Xarici keçidlər Youtube-da bax: Şamaxı mahnısı (02.03.2014) Youtube-da bax: Şamaxı abidələri (05.05.2014) |
5f7168a87c8d8ccf | Dördgünlük müharibə | Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında... |
e209b2ff3967aa70 | Dördgünlük müharibə | Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də erkən saatlarda Birləşmiş Ştatlarda Nüvə Təhlükəsizliyi Sammitindən evə qayıdırdılar, bu zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində genişmiqyaslı döyüşlər baş verdi. Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas... |
edb99d363a3184cc | Dördgünlük müharibə | Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksə... |
5ba665ced25c4a16 | Dördgünlük müharibə | Hər iki tərəf Seysulan kəndinin öz nəzarətində olmasını iddia edir.Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.Aprelin 5... |
7ce4df8ce65dabf0 | Dördgünlük müharibə | Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.Aprel döyüşlərindən... |
ee917f651daba517 | Dördgünlük müharibə | Sınaqdan keçirilən texnologiyalar Bəzi xarici KİV-lərin verdiyi məlumata görə, döyüşlərdə Azərbaycan qüvvələri İsrailin istehsal etdiyi IAI Harop "Kamikadze" PUA, ThunderB nəzarət dronları və Spike TƏİR-ləri, Rusiya istehsalı olan TOS-1A 24-barrel termobarik (uzun məsafədə alovsaçan) raket sistemləri tətbiq olunub. Rus... |
20ca76fc44c5375a | Dördgünlük müharibə | Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsind... |
424d263a7b7859cc | Dördgünlük müharibə | Ermənistan tərəfi Ermənistan tərəfin məlumatlarına əsasən döyüşlərdə 91 hərbçi həlak olmuşdur. Azərbaycan tərəfin məlumatlarına əsasən isə 560 nəfər ölmüşdür. Şübhəli ölümlər Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, 2016-cı ilin aprel ayının 11-ində sıravi Qarnik Qamletoviç Avetisyan bədbəxt hadisə nəticəsind... |
8dc45c87be99e76f | Dördgünlük müharibə | Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.Aprel döyüşləri vaxtı, hər iki ölkədə iqtidar və müxa... |
2c31321381fd392c | Dördgünlük müharibə | Habelə Ermənistan təmas xətti boyu öz müdafiə istehkamlarını möhkəmləndirmişdi, xüsusən şimal istiqamətində beton bunkerlər şəbəkəsi qurmuşdu. Həmin bunkerləri 44 günlük müharibədə 1 tonluq aviabombalar belə dağıda bilmirdi.Aprel döyüşləri zamanı 2000-dən artıq insan Qarabağı tərk edib Ermənistana köçüb. Məcburi köçkün... |
dea26410108f4d2c | Dördgünlük müharibə | BMT — Baş katib Pan Gi Mun bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırıb. Avropa Şurası Parlament Assambleyasının Prezidenti, Pedro Aqramunt iki tərəfi atəşkəs rejiminə hörmət edib, dinc danışmalara qayıtmağa və həmçinin Birləşm... |
61a14663c89fd937 | Dördgünlük müharibə | Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan başqa bir açıqlamasında isə "çox təəssüf ki, neçə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki müna... |
f42907cacea9252c | Dördgünlük müharibə | İran — Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan(en) ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər. Danışıqlar zamanı, general-mayor H. Dehqan İran İs... |
1d41b1c2038f2a0f | Dördgünlük müharibə | İctimaiyyətdə Aprel döyüşləri zamanı tanınmış siyasi-ictimai şəxslərdən Azərbaycan tərəfini Türkiyə milli futbol komandasının futbolçusu Arda Turan, basketbolçu Hidayət Türkoğlu, televiziya aparıcısı Acun Ilıcalı, müğənnilər Mustafa Sandal və Demet Akalın, Ermənistan tərəfini isə prodüser Timur Vaynşteyn, maneken Kim K... |
2e7f8f5dc449c7c1 | Dördgünlük müharibə | Aksiyalar ABŞ-nin Çikaqo və Nyu-York şəhərlərində də keçirilib. Avstraliya — 2016-cı il 5 apreldə Kanberra şəhərində yaşayan bir qrup azərbaycanlı və burada təhsil alan tələbələr Avstraliya parlamentinin binası qarşısında aksiya keçiriblər. Almaniya — 2016-cı il 6 apreldə Almaniyada yaşayan azərbaycanlılar, Berlində Er... |
7077e6cf625d8c16 | Dördgünlük müharibə | Aksiyada müğənni Vaqif Nağıyev də iştirak edib. Latviya — 2016-cı il 7 apreldə Riqada azərbaycanlı tələbələr orduya dəstək məqsədilə aksiya keçiriblər. Litva — 2016-cı il 7 apreldə Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri paytaxt Vilnüsdə və Kaunas şəhərlərinin mərkəzində keçirdikləri "Qarabağ Azərbaycana məxsus... |
d73cb5dfe10e9bff | Dördgünlük müharibə | Danimarka — 2016-cı il 7 apreldə Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib. Türkiyə — 2016-cı il 7 apreldə İstanbulun Taksim meydanında Qarabağa dəstə... |
13f541819cbf0b58 | Dördgünlük müharibə | Aksiyalar Tbilisidə və Qori şəhərlərində keçirilib. İsveç — 2016-cı il 9 apreldə İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar ermənilərin təxribatçı hərəkətlərinə qarşı Stokholmun mərkəzində, Sergeltorg meydanında etiraz aksiyası keçirib... |
b7fc946aed28a700 | Dördgünlük müharibə | Birləşmiş Krallıq — 2016-cı il 11 apreldə Londonda yaşayan azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz əlaməti olaraq aksiya keçiriblər. Trafalqar meydanında toplaşan azərbaycanlılar buradan Böyük Britaniya baş naziri Devid Kemeronun iqamətgahının qarşısına qədər yürüyüblər. Aksiya iştirakçıları arasında Pakistan və... |
dbd5a862e28bef68 | Dördgünlük müharibə | Kanada — 2016-cı il 11 apreldə Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və Erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib. İsrail — 2016-cı il 15 apr... |
bb361ce500610b2c | Qara dəniz | Etimologiya Qara dəniz öz adını Osmanlı türklərindən alıb. Orta əsrlərdə türklərdə "Qara" (Kara) sözü "Şimal", "Qırmızı" (Kızıl) sözü "Cənub", "Ağ" (Ak) sözü isə "Qərb" mənasında işlənib. Beləliklə, Anadolunun şimalında olan dənizi türklər Qara dəniz, onun qərbinda yerləşən dənizi Ağ dəniz, cənubunda yerləşən dənizi is... |
478782331525bac8 | Qara dəniz | Rusiyada yaşayan türk xalqı yakutların yerləşdiyi Yakutiyanın şimalında olan dəniz də eynilə "Qara dəniz" adlanır. Hidrologiya və Hidrokimyası Qara dəniz dünyada ən böyük meromiktik su hövzəsidir. Belə su hövzələrində suyun alt təbəqəsi onun atmosferdən oksigen alan üst təbəqəsi ilə qarışmır. Bunun nəticəsi olaraq Qara... |
732c17de0122c9dc | Qara dəniz | Qara dənizin suyunda oksigen miqdarı yüksəkdir, bu da dənizdə bioloji aktivliyin yüksək olmasının əsas səbəblərindəndir. Suyun temperaturu mövsümdən asılı olaraq 8 °C ilə 30 °C arasında dəyişir. Qara dəniz qədim dövrlərdən bəri müxtəlif sivilizasiyalar üçün nəqliyyat dəhlizi olmuşdur. Dənizi əhatə edən regionlar qədimd... |
bb6b96783242ed1e | Qara dəniz | İddia olunur ki, Arqonavtlar bu dənizdən üzərək keçmişlər. Qədim yunanlar Qara dənizin şərq sahillərini (indiki Gürcüstan) dünyanın ən ucqar nöqtəsi hesab edirdilər. Bu dənizin sahillərində çoxlu sayda qədim limanlar var, onların bəzilərinin tarixi piramidalardan daha keçmişə gedib çıxır. Birinci dünya müharibəsi və İk... |
591454f8d1014b8a | Qara dəniz | Qədim dövlətlərin burada mövcud olması və suyun dərinliyinin anoksit olması səbəbindən burada qədim gəmilərin axtarılmasına böyük əhəmiyyət verilir. Belə ki, suyun dərinliyində oksigenin olmaması burada agacdan hazırlanmış gəmilərə ziyan vuran orqanizmlərin mövcud olmamasına səbəb olmuşdur. İqtisadiyyat Qara dəniz sahi... |
b4ca337b0cb09c29 | Qara dəniz | Burada həmçinin ərzaq məhsulları, meşə məhsulları, müxtəlif maşınqayırma məhsulları da daşınır. Həmçinin sərnişin gəmiləri də işləyir. TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) dəhlizi də bu dənizdən keçir. TRACECA Orta Asiya və Qafqaz ölkələrini Şərqi Avropa ölkələri ilə birləşdirən nəqliyyat dəhlizidir. Qara ... |
1536fa634f7d6f47 | Qara dəniz | Ekologiyası Qara dənizin sahili və ona tökülən çayların hövzəsi hələ qədim dövrlərdən bəri insanlar tərəfindən sıx məskun edilmiş, yüksək antropogen təsirə məruz qalmış ərazilərdir. Bütovlüklə Qara dənizin ekoloji vəziyyəti əlverişsiz hesab olunur. Dənizin ekoloji sistemində tarazlığı pozan əsas amillər kimi aşağıdakıl... |
4227622df16fade6 | Bahariyyə | Bahariyyə — klassik Şərq ədəbiyyatında baharı təsvir edən lirik şeirlər, yaxud böyük bir poemanın baharı əks etdirən hissəsi. Bahariyyə qəzəl, qəsidə, məsnəvi formasında və başqa şəkillərdə ola bilər. Bahariyyələr həm də ozan-aşıq yaradıcılığında geniş yer tutur. Ustad aşıqların əksəriyyəti yazın gözəlliklərini vəsf ed... |
4fff68537aa11fd9 | Moldova | Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadra... |
b1803ca63502013e | Moldova | Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. Etimologiya Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. Vətəndaşlıq 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasın... |
da0dbca0a19cd91a | Moldova | — Milliyyətini göstərməyənlər. Hal-hazırda Moldovada rəsmi dil Moldovan dilidir. Bu dil Rumın dili ilə eynidir, lakin rumınlardan fərqli olaraq, Moldovanların öz xüsusi dialekti var. Ölkədə, əsasən də paytaxt Kişinyovda moldovanlar rus dilində də danışırlar. *Qeyd: m.g. — Milliyyətini göstərməyənlər. |
43ffe23dc57d59dd | Moldova | İqtisadiyyatı Moldaviyanın təsərrüfatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. K/t-da üstün yeri bitkiçilik tutur, onun aqrar sahələri üzümçülük-şərabçılıq, meyvə-tərəvəz konservi, aqrar-sənaye kompleksidir (ASK). Üzümçülük-şərabçılıq mərkəzi-Kodrlarda, tərəvəzçilik Dnestr subasarlarında, meyvəçilik hər yerində ... |
cdac0ffbf88af914 | Moldova | ASK-si tərkibində müxtəlif maşınqayırma (bağçılıq traktorları, soyuducular, yeyinti avadanlıqları) sahələri inkişaf etdirilmişdir. İstilik və su elektrik stansiyaları fəaliyyət göstərir. 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalmasının yekunlarına əsasən: Ümumi ölkə əhalisinin sayı: 3,383,332 nəfər olmuşdur. Onlardan: 1... |
31af7aa78d599c17 | Moldova | Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. H... |
c423840edcd3ecb8 | Cənubi Afrika Respublikası | Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən b... |
c2bc904fc6e67326 | Cənubi Afrika Respublikası | Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövc... |
7c3974c9f8e18231 | Cənubi Afrika Respublikası | Bu siyasət uzun və qanlı mübarizəyə gətirib çıxarıb ki, burada aparıcı rolu qara fəallar - Stiv Biko, Desmond Tutu və Nelson Mandela oynayıb. Daha sonra onlara bir çox ağdərililər, eləcə də hind mənşəli Cənubi Afrikalılar qoşuldular. Aparteidin iflasında beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlər də müəyyən rol oynayı... |
929df4351a50f1a7 | Cənubi Afrika Respublikası | Həmçinin, CAR nüvə silahı olan, lakin könüllü olaraq ondan imtina edən ilk dövlətdir. Etimologiya Cənubi Afrika Respublikasında 11 rəsmi dil qəbul olduğundan, ölkənin 11 rəsmi adı var: Republiek van Suid-Afrika (Afrikaans) Republic of South Africa (İngilis dili) IRiphabliki yeSewula Afrika (cənubi Ndbele) IRiphabliki y... |
2472c62d25be1f80 | Cənubi Afrika Respublikası | Sahil xəttinin uzunluğu 2798 km-dir. CAR 1 221 038 km² sahəsinə malikdir və bu göstərici üzrə dünyada 24-cü yeri tutur. Cənubi Afrikanın ən yüksək nöqtəsi Dragon dağlarında Njesuchi dağıdır. CAR-da müxtəlif iqlim zonaları, Namib quru çölündən Şərqdə, Mozambik sərhədində və Hind okeanının sahillərində subtropiklərə qədə... |
eeb7922f98d02c92 | Cənubi Afrika Respublikası | Geoloji quruluş və faydalı qazıntılar Cənubi Afrika Respublikası ərazisinin böyük hissəsi Kembriyəqədər yaşlı Afrika platformasının cənub kənarı hüdudlarındadır; yalnız Kap dağları Hersin qırışıqlığı vilayətinə aiddir. Transvaal massivi, Arxey, Orta və Son Proterozoyun mütəhərrik qurşaqları, Karru və Kalaxari sineklizl... |
8687ee1275748bad | Cənubi Afrika Respublikası | Fanerozoyun çökmə çexolunu Paleozoy-Mezozoyun terrigen və kömürlü çöküntüləri, Erkən Yura yaşlı bazaltlar (Karru sineklizi və bir sıra qrabenlər, şərqdə Mozambik çökəyi), Kaynozoyun qumları (Kalaxari sineklizi) təşkil edir. Cənubda Ordovik – Alt Karbonun miogeosinklinal çöküntülərindən ibarət Kap qırışıqlıq qurşağı Kar... |
fcdddab40e9fb674 | Cənubi Afrika Respublikası | Ölkə ərazisinin çox hissəsini plato və yastıdağlıqlar tutur: şm.-ş.-də şiş zirvəli kristallik silsilələrlə (Soutpansberge, Vaterberq, Vitvatersrand), həmçinin yastızirvəli qalıq massivlərlə müşayiət olunan Veld platoları seriyası, Vaal çayının sağsahilboyunda Kuruman, Langeberq və s. qalıq dağlar ilə Kap platosu, cənub... |
6dc10e7d56271451 | Cənubi Afrika Respublikası | Daxili rayonların iqlimini Hind okeanından gələn rütubətli küləklərin qarşısını kəsən Böyük Çıxıntı formalaşdırır. Sahilboyu ovalıqlarda və Böyük Çıxıntının küləktutan yamaclarında il ərzində 1000–2000 mm, daxili rayonlarda və cənub -qərbdə 150 mm-ədək yağıntı düşür. Yastıdağlıqda yay aylarının orta temperaturu 18–27 °... |
85c656c625b689ea | Cənubi Afrika Respublikası | Atlantika okeanı sahilində səhra iqlimi hakimdir; temperatur yayda 18–24 °C, qışda 11–15 °C, yağıntı 100 mm-dək olur. Bitki örtüyü və heyvanlar aləmi Ölkədə, əsasən, qırmızı, qırmızı-qonur, qara və boz-qəhvəyi torpaqlar yayılmışdır. Qırmızı-qonur torpaqlar səhra-çöl sahələri, qırmızı torpaqlar isə quru çöllər üçün səci... |
8789d11d7eedaf02 | Cənubi Afrika Respublikası | Sahilboyu rayonların torpaqları müxtəlifliyi ilə fərqlənir. Cənub-qərb sahilboyu münbit qonur torpaqlar sahəsidir. Yamacların düzgün şumlanmaması, mal-qaranın otarılması torpağın strukturunun pozulmasına və eroziyaya uğramasına səbəb olur. Quru iqlim süni suvarma problemi yaradır. Torpaqların cəmi 15%-i kənd təsərrüfat... |
e757d7063cf0906e | Cənubi Afrika Respublikası | Ölkənin bitki aləmi zəngin və rəngarəngdir. İki floristik vilayətə (Kap və Paleotropik) aid olan təqribən 15 min bitki növü vardır. Savanna, yarımsəhra və səhra zonalarının bitkiləri üstünlük təşkil edir. Daha rütubətli rayonlarda müxtəlif palmalar, baobablar, podokarpuslar, qiymətli ağac cinsləri və taxıl otları bitir... |
582928d68f6ae5e2 | Cənubi Afrika Respublikası | Şimal-qərb rayonlarında sukkulentlər, yaxud “daş bitkilər” bitir; Namibiya ilə sərhəddə, qumlu torpaqlarda taxıllar üstünlük təşkil edir. Böyük Veldi otlu çöllər (qrasveld) tutur. Qrasveld ərazisinin 60%-dən çoxu taxıllarla örtülmüşdür, Rütubətli şərq rayonlarında hündür temeda (1m-ədək), quraq rayonlarda alçaq temeda ... |
ff71a1ab6c5e8e81 | Cənubi Afrika Respublikası | 6,7%-ni meşələr tutur. Şərq sahilboyunda tipik savannalar, 30 °C.e.-ndən c.-da kiçik sahələrdə müxtəlif lianalar və epifitlərlə qarışıq fikuslardan, Kap şümşad ağacı, Kap qırmızı ağacı və Kap ebenasından ibarət subtropik və sərtyarpaqlı həmişəyaşıl kolluqlar, meşələr, dağ yamaclarının bəzi yerlərində subtropik musson m... |
7d7e7b0ce220eb2a | Cənubi Afrika Respublikası | Heyvanlar aləmi qoruqlarda və milli parklarda yaxşı mühafizə edilmişdir. Krüger, Kalaxari–Gemsbok və s. milli parkları, çoxsaylı qoruqlar, faunistik rezervatlar vardır. Etnik müxtlifliyə sahib olan Cənubi Afrika Respublikasının tarixi keçmişi ümumilikdə 5 mərhələyə ayılır: Müstəmləkədən əvvəlki mərhələ Müstəmləkə mərhə... |
a9f0abb9f61ec843 | Cənubi Afrika Respublikası | İngilis kolonyaları: Keyp koloinyası, Natal kolonyiası, Transvaal koloniyası və Orang koloniyası Birlik qanunalarının qüvvəyə minməsindən sonra 1934-cü ildə Britaniya İmperatorluğu tərkibində özü-özünü idarə edən bir dövlət oldu. Bu müstəqillik 1960 referendumunda qərəra alınmış və 31 may 1961 ci il tarixində reallaşmı... |
957c0c0e76e4a4d7 | Cənubi Afrika Respublikası | Ölkədə 1996-cı ildə qəbul olunmuş Konstitusiya var. O, bütün beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını qoruyur və təmin edir. Amma sağ CAR heç də həmişə humanist və tolerant. Uzun müddət orada "aparteid"adı almış qara əhaliyə qarşı ayrı-seçkilik gücləndi. Aparteidin siyasi əsasının aşağı düşməsi və 1990-cı illərd... |
5ecb295f771b0eab | Cənubi Afrika Respublikası | 1994-cü ildə ölkədə Konstitusiya Məhkəməsi yaradılmışdır. Cinayət hüququ Cənubi Afrika Respublikası cəza hüququnun İngilis nümunəsinə uyğun fəaliyyət göstərdiyi azsaylı ölkələrdən biridir. Məhkəmə sistemi aşağıdakı instansiyalardan ibarətdir: Ali Apellyasiya Məhkəməsi Yüksək Məhkəmələr Magistratura məhkəmələriAli Apell... |
6ee40a071e7347b9 | Cənubi Afrika Respublikası | Məhkəmə və istintaq olmadan 5 gün müddətinə insanları saxlamağa icazə verildi. Aparteidin düşməsindən sonra bir çox normalar yenidən nəzərdən keçirildi. 1994-cü ildə daxili təhlükəsizlik aktı ləğv edilmiş, 1995-ci ildə ölüm hökmü verilmiş, 1997-ci ildə isə hüquqi cəza almışdır. 90-cı illərdə hüquqi sistemin yenidən nəz... |
ce15e7b9849ccafc | Cənubi Afrika Respublikası | Ölkənin ərazisi 9 əyalətə bölünür (İnzibati mərkəzləri ilə): Qərbi Burun vilayəti (Keyptaun) Şimali Burun vilayəti (Kimberli) Şərqi Burun vilayəti (Bişo) Kvazulu-Natal vilayəti (Pitermaritzburq) Fri Steyt vilayəti (Blumfonteyn) Şimal-Qərb vilayəti (Mafikenq) Qautenq vilayəti (Yohannesburq) Mpumalanqa vilayəti (Nelsprey... |
8aefa5230731247c | Cənubi Afrika Respublikası | Pretoriya rəsmi olaraq Cənubi Afrikanın əsas paytaxtı sayılır, çünki ölkənin hökumət binası orada yerləşir. Hakimiyyətin digər iki qolu digər iki şəhərdə yerləşir: Keyptaunda parlament, Blomfonteyndə Ali Məhkəmə. Onlar da paytaxt hesab olunur. Bu onunla bağlıdır ki, Cənubi Afrika əvvəlcə konfederativ dövlət idi, bununl... |
7fb17b1b70990204 | Cənubi Afrika Respublikası | Cənubi Afrika Respublikasının (CAR) əsas xüsusiyyəti cəmiyyətin sonsuz müxtəlif olmasıdır. Burada 11 dil dövlət dili hesab olunur, ölkədə tanınmış ictimai xadimlər arasında ravvinləri (yəhudi ruhanisi), tayfa başçılar, reqbi üzrə çempionları və geri qayıdan mühacirləri görmək olar, CAR-da yaxın-yaxına küçələrdə ənənəvi... |
15ddc95338bc249a | Cənubi Afrika Respublikası | Azlıq təşkil edən ağ irq hökumətinin ictimai yenidənqurma sahəsində böyük fikirləri var idi, bura böyük irqi seqreqasiya və minlərlə insanın zor gücünə köçürülməsi daxil idi. Ölkənin daxilində rejim əleyhdarları partladılır, yaxud zəhərləndirilirdi. CAR hakimiyyəti qonşu ölkələrdə məqsədyönlü şəkildə vəziyyəti qarışdır... |
efc7bc2e38ea802c | Cənubi Afrika Respublikası | CAR-ın qarşısında həll edilməli bir sıra problemlər var. Bütün bunlara baxmayaraq, rejimin dəyişməsindən sonra burada üç dəfə ümummilli və bir neçə dəfə yerli seçkiləri keçirilib. Respublikada yavaş-yavaş demokratiya mədəniyyəti möhkəmlənir və xalq, az da olsa, onun gələcəyini müəyyənləşdirən qərarların seçiminə təsir ... |
9ba9c5ed7f9b6166 | Cənubi Afrika Respublikası | CAR faydalı qazıntıların aparıcı ixracatçısıdır. Buna baxmayaraq, valyuta gəlirlərinin əsas mənbəyi turizmdəndir. Bir çox afrikalılar əvvəlki kimi yoxsuldur, işsizlik isə yüksək səviyyədə qalmaqdadır.Cənubi Afrika ən qədim insan fosillərinə sahib ölkələrdən biridir. Müasir zamanlarda Buşman və Bantu xalqları bu torpaqd... |
797767419ebeba37 | Cənubi Afrika Respublikası | 1867-ci ildə almazın və 1886-cı ildə qiymətli metal olan qızılın kəşf edilməsi ilə bölgənin sərvəti sürətlə artdı. Bu vəziyyət qısa müddətdə bölgənin yerli əhalisinin böyük miqrasiyasına və köləliyinə gətirib çıxardı. Bu gün Cənubi Afrika təbii qaynaqlarla zəngin, yaxşı inkişaf etmiş maliyyə, hüquq, kommunikasiya, ener... |
58e3f1d04d97c2b7 | Cənubi Afrika Respublikası | Ölkənin ümumi işsizlik nisbəti yüzdə 27-dir və bu nisbət qara dərili gənclər arasında daha yüksəkdir. Ölkə məhsullarını şəhər mərkəzlərinə effektiv şəkildə yaymaq üçün infrastrukturun olmasına baxmayaraq, elektrik enerjisində çətinliklər ölkənin inkişafına mane olur. Dövlət elektrik paylayıcı şirkəti olan Eskom, ölkəni... |
a8b58f7a38c9a60a | Cənubi Afrika Respublikası | Sənayenin aparıcı sahələrindən biri mədən çıxarma sənayesidir. Yanacaq-enerji resurslarının əsası daş kömürdür. Elektrik enerjisi başlıca olaraq İES-də istehsal olunur. CAR qızıl, platin, almaz, xromit, manqan filizi, vanadium, antimonit, həmçinin asbest hasilatına, uran konsentratlarının istehsalına görə düyada aparıc... |
10dbc317a95eb0e5 | Cənubi Afrika Respublikası | Emal sənayesi sahələrindən ən çox maşınqayırma və metal emalı inkişaf etmişdir (mədən avadanlığı, qaldırıcı kranlar, qazanlar, d.y. vaqonları və s. istehsalı; əsas mərkəz ləri – Cermiston, Sprinqs, Ferinixinq); qara (Pretoriya, Fanderbeylpark, Ferinixinq, Nyukasl) və əlvan metallurgiya (Sprinqs, Cermiston, Pretoriya, O... |
06418b83c6e8101c | Cənubi Afrika Respublikası | Limanları: Durban, Keyptaun, Riçards-Bey, Saldanya, Port- Elizabet, İst-London. Kənd təsərrüfatı Cənubi Afrika respublikasında artıq çoxdandır ki, torpağın kimə məxsus olması barədə məsələ ölkənin gündəmində durur. Kənd təsərrüfatı torpaqlarının böyük hissəsinə indi əvvəlki kimi ağ irqin nümayəndələri sahibdirlər. İndi... |
dce9d51606f52628 | Cənubi Afrika Respublikası | Kənd təsərrüfatı məhsullarının böyük hissəsi avropalılara məxsus fermer təsərrüfatlarından daxil olur. Ölkə ərazisinin 10,8%-ini becərilən sahələr, 66,7%-ini çəmən və otlaqlar, 6,7%-ini meşələr tutur. Əsas k.t. bitkiləri: qarğıdalı, buğda, şəkər qamışı. Meyvəçilik (şaftalı, ərik, alma və s.) və üzümçülük inkişaf etmişd... |
f8ae52295b1e1324 | Cənubi Afrika Respublikası | Sitrus meyvələri, həmçinin banan, ananas, tütün becərilir. Heyvandarlıq, xüsusən qoyunçuluq mühüm əhəmiyyət kəsb edir. Qara mal və davar yetişdirilir (Afrikada aparıcı yerlərdən birini tutur); quşçuluq inkişaf etmişdir. Xarici ticarəti Mineral və kənd təsərrüfatı xam malı, mədənçıxarma sənayesi yarımfabrikatları, kimya... |
79def1abc2c4fc10 | Cənubi Afrika Respublikası | Əsas xarici ticarət tərəfdaşları: Çin, Almaniya, ABŞ, Yaponiya, Hindistan. CAR HİV və QİÇS xəstələrinin sayına görə dünyada ikinci yerdə durur. Ölkədə hər yeddi vətəndaşdan birində QİÇS xəstəliyi qeydə alınıb. İndi milli səhiyyə sistemi pulsuz antiretrovirus preparatları yayılaraq, xəstəliyin sayının azaldılmasına çalı... |
48bcf00578d8ae61 | Yallı | Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə),... |
7c3e95a14f2ef167 | Yallı | Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur. Həyatın enerjisini, dövrünü, həmrəyliyi, hərəkəti, dayanıb davam etməyi və ritmi ehtiva edər. (Al Hal) sözcüyünün odla yəni həyati enerjiylə bağlı olması bu oyuna verilən əhəmiyyəti göstərir. Primitiv formasının adı Allı olaraq bilinər. Qobustan adlı bölgədə qayalara... |
1574b4f1475a9429 | Yallı | Beytin izahında "Çöppü" sözünün yallıyabənzər, kollektiv oyun olduğu bildirilir. Deməli, Q. Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, ondan əvvəlki əsrlərdə də Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzər "Çöppü" adlı kütləvi oyunun icra edildiyi ehtimalı özünü doğruldur.Yallı — rəqs sənətinin ilkin f... |
1e97c3b70cff644a | Yallı | Yallılar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində çox geniş yayılmışdır. Bu bölgələrdə, əsasən toylarda və el şənliklərində yaşlı insanlardan başlayaraq uşaqlara kimi hər kəs dəstə tutub yallı gediblər. Ümu... |
128d22a49757cdc9 | Yallı | Xalq rəqslərimizin araşdırıcılarından Kamal Həsənov "yallı" sözünün mənasını açıqlayaraq yazır ki; "Yal – cərgədir, zəncir xəttidir. "Yallı"nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar". "Yallı" – həmrəylik rəmzidir. Azərbaycanın bəstəkarı Əfrasiyab Bədəlbəyli "yallı" oyununa yüksək qiymət ve... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.