passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
f0a7aec0a3fef1a0
Yallı
Ona xalq arasında "yallıbaşı" deyirlər. Yallıbaşı əvvəldən axıradək rəqsin ümumi gedişinə, iştirakçıların nizamlı hərəkətinə, hər bir ayaq hərəkətinin bütün iştirakçılar tərəfindən eyni qaydada yerinə yetirilməsinə, rəqsin düzgün başlamasına və vaxtında sona yetməsinə nəzarət edir. Bu işdə "yallıbaşı"ya ondan sonra gəl...
6c792ed47fcc4299
Yallı
Çox zaman bu rəqs qarışıq ifa olunur. Oyun zamanı iştirakçılar əl-ələ verərək və ya qollarını yana geniş açmaqla əllərini digər iştirakçının çiyninə qoyaraq rəqs edirlər. Bu zaman hər bir iştirakçı "yallıbaşı"nın etdiyi bütün hərəkətləri olduğu kimi, onunla bərabər eyni vaxtda təkrar etməlidirlər. Hər hansı bir hərəkət...
bc743893d363fa3b
Yallı
Yallılar xoreoqrafik məzmununa görə iki yerə bölünür. Bunlardan birincisi "süjetli yallılar"dır. Bu növ yallıların xoreoqrafik quruluşu və ifa tərzi müəyyən bir süjeti tərənnüm edir. Belə yallılar teatrlaşmış xalq oyunları olduğu üçün "oyun-yallı" adlanır. "Qazı-qazı", "Çöp-çöpü", "Köçəri", "Dırqoyu" kimi yallılar buna...
1d3ca743c610626f
Yallı
Yallılar musiqi müşayiətinə görə də iki yerə bölünürlər. Mahnı (reçitativ) müşayiəti ilə ifa olunan yallılar. Musiqi (instrumental) müşayiəti ilə ifa olunan yallılar.Mahnı ilə müşayiət olunan yallılarda instrumental ifa yoxdur. Daha doğrusu, belə yallılar əvvəllər musiqi çalğısı olmadan, yalnız mahnı kimi oxunurdu. Bel...
56a76399666ea77e
Yallı
Təkcə zərb alətinin müşayiəti ilə oxunaraq oynanılan yallılar öz quruluşu etibarilə "halay"ların quruluşuna çox yaxındır.Musiqi məzmununa mətn (şeir) əlavə edilərək mahnı kimi ifa olunan yallılardan "Qaladan-qalaya", "Tirmə-şal" ("Arzumanı" kimi də adlanır), "Tello", "Ləyli xani", "Hoynare", "Güleynare", "Mərcanlar" və...
d4af2e8df685de45
Yallı
Yallını oynayan kollektivin rəhbəri (yallıbaşı) işarə etdikdən sonra musiqiçilər tərəfindən temp artırılaraq sürətlənir, ritm tezləşir. "Tello" yallısının melodik dili onun, onun mahnı kimi oxunan musiqisindən də nisbətən fərqlidir. Nümunə üçün yallının musiqisini izləyək. 2. Yallının digər növü isə instrumental musiqi...
6a4ecc7814eafa02
Yallı
Hal-hazırda "yallı" rəqslərini müşayiət edən müxtəlif tərkibli musiqiçi dəstələri (ansambllar) mövcuddur. Bu ansambllar üç, dörd və daha artıq musiqiçidən ibarət olur. Məsələn, Naxçıvan bölgəsində yallıları üç nəfərdən ibarət musiqiçi dəstəsi müşayiət edir. Bura 2 zurna, 1 nağara ifaçısı daxildir. Zurna ifaçılarından b...
0d95d5c72b2adce2
Yallı
Buradakı "yallı" ansambllarının tərkibi isə dörd nəfərdən; yəni 2 zurna, 2 nağara ifaçılarından ibarət olur. Kollektivdə zurnaçıları müşayiət edən iri nağara – "kos" adlanır. İki çubuqla çalınan digər kiçik diametrli nağara isə "bala nağara" və ya "dümbək" adlanır. Bu çubuqlardan biri düz formada, ikincisi isə ucu geri...
e601afa839e0984c
Yallı
Yallılar özünün musiqi məzmununa görə 1, 2 və ya 3 hissədən ibarət olur. Bir hissəli yallılarda musiqi məzmunu dəyişmədən əvvəlcə ağır, sonra isə get-gedə sürətlənərək tez tempdə ifa olunur. Belə yallılar əsasən, 6/8 ölçüdə (bəzən 3/8 ölçüdə), ardıcıl ritmlə ifa olunurlar. Bir hissəli yallılardan "Qazı-qazı", "Zülfanı"...
f3e5e866e0f6d1f1
Yallı
Belə yallılardan "Ürfanı", "Köçəri", "Tənzərə", "Çınqı-çınqı" ("Xərəc" kimi də adlanır), "Dəlilo", "Delasoru" ("Buğda" kimi də adlanır), "Qara Pir", "Şərur", "Çopudum", "Dəhnə" ("El yallısı" kimi də adlanır) iki hissəli, "İrəvan" ("Dördayaq" kimi də adlanır), "Gopu", "Kürdün ağırı" və başqaları üç hissəlidir. Ümumiyyət...
c5c0da35d99150dd
Yallı
"Yallı" xalqı sülhə səsləyən musiqisi ilə, möhtəşəm ritmik ahəngi ilə çox böyük emosional təsirə malikdir. Bu musiqinin qüdrəti insan mənəviyyatının saflığını ön plana çəkir. Yallı təkcə musiqi və rəqs növü deyil, o qədim türk tarixinin başlıca möhürü, Azərbaycanın mənəvi emblemi və Azərbaycan xalqının azərbaycançılıq ...
5c817af27602cb98
Yallı
Yallı gedərkən çox vaxt yallıbaşı kamanı bir əlində tutub silkələyərək həm səsləndirir, həm də rəqsin ölçüsünü oynaya–oynaya qeyd edir. Yallı rəqsi üç hissədən ibarətdir: rəqs əvvəlcə təntənəli və aram addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb tullanma hərəkətlərlə davam etdiril...
0ee418140c5e7119
Yallı
Çünki bura zurna ifaçılıq sənətinin çox inkişaf etdiyi bölgələrdəndir. Bu da səbəbsiz deyil. Əgər Şirvan zurna ifaçılıq sənətinin təməli Əli Kərimovun adı ilə bağlıdırsa, Şəki zurna ifaçılıq məktəbinin banisi Həbibullah Cəfərovdur. Bu məktəbi zirvələrə çatdıran isə Ələfsər Şəkili (Rəhimov) olmuşdur. Onun virtuoz, əzəmə...
0ab286fe6d251a87
Peyğəmbər
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. Peyğəmbərlik Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə ...
9eb214d4cab72164
Peyğəmbər
Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir. İlkin cəmiyyətlərdə ilahi əmrlərə əsaslanaraq kitabələrə yazılan qanunların qəbulu...
e7cbc84b0488855f
Peyğəmbər
Yazı və yazı materiallarının inkişafı ilə bu təcrübə ilahi ilhamla kitab yazma iddiaları və diktə edilən/ilham edilən şəxsin xüsusi, seçilmiş, göndərilmiş şəxs olması iddiaları ilə davam etdi. Bu gün də bu iddia ilə qanunlar, kitablar, korpuslar yaradılmağa və özlərinə tətbiq sahəsi tapmağa davam edir. Mustafa İslamoğl...
29ef71c6295a7bfe
Peyğəmbər
İslama görə Məhəmməd peyğəmbər Allahın göndərdiyi sonuncu peyğəmbər olub və peyğəmbərlərin möhürü sayılır. İslam peyğəmbəri İslam inanclarına görə, bəşər tarixində 124 min peyğəmbər olmuşdur. Amma vəhyalma xüsusiyyətlərinə görə onlar bir-birindən fərqlənmişlər. Məhz bu deyilən xüsusiyyətə görə biri digərindən üstün olm...
119361fc955b1fc0
Peyğəmbər
Mötəbər mənbələr bu sayı 313 göstərirlər ki, onların sırasından da 5 peyğəmbər ulul-əzm adlanır — yəni əzm və iradə sahibləri. Ulul-əzm peyğəmbər: Həzrət Nuh (Nuh peyğəmbər) Həzrəti İbrahim (İbrahim peyğəmbər) Həzrəti Musa (Musa peyğəmbər) Həzrəti İsa Məsih (İsa peyğəmbər) Həzrəti Məhəmməd (Məhəmməd peyğəmbər).Ulul-əzm...
ae1556c260797efc
Peyğəmbər
Əlbəttə ki, mədəni mənada bənzər anlayışlar daha böyük bir sürətlə yerləşmiş və bütünleşmiştir. Məsələn Mani dinindəki İşıqlıq və Qaranlığın əzəli və əbədi döyüşü (Türkcədə Yaruk və Karanuk adlı iki güc olaraq yer tapmışdır), mədəniyyətimizin digər elementləriylə sürətlə uyğunlaşma təmin etmişdir. Türklər ən son olaraq...
31ce6521ad2a0f8d
Peyğəmbər
Kəlmeyi-şəhadət "Şahidlik Sözü" bu şəkildədir: "Şahidlik edərəm ki Allahdan başqa Tanrı yoxdur. Və yenə şahidlik edirəm ki, Məhəmməd onun qulu və yalvacıdır." Yalvac sözü (Yal) kökündən yaranır. Yalvamaq felindən gəlir. Yalvarmaq, xəbər vermək mənalarını daşıyır. Yal monqolcada cəzalandırmaq deməkdir. Arxivləşdirilib 2...
5e7a98b15181ee63
Vanqa
Vanqa (əsl adı Vangeliya Pandeva Quşterova (Surçeva), 3 oktyabr 1911, Strumitsa[d] – 11 avqust 1996 və ya 11 noyabr 1996, Sofiya) — Ekstrasens. 1911-ci ildə Makedoniya Respublikasında anadan olmuşdur. 1996-cı il 11 avqust tarixində vəfat etmişdir. "Başıma kiminsə əli toxundu" …Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzü...
ca193baa72ee11ce
Vanqa
Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…" Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur. 1925-ci ildə o...
e64906bc12089597
Vanqa
Korluğa, böyük ailənin yükünün ağırlığına, kasıblığa baxmayaraq, onların evlərində həmişə səliqə-sahman hökm sürürmüşdür. Gümüşü paltarlı atlı Bu gün Vanqanın ilk görücülüyünün nə vaxta təsadüf etməsini və nədən ibarət olmasını dəqiqləşdirmək çətindir. Ancaq ədəbiyyatlarda və xatirələrdə daha çox atasının itirdiyi qoyu...
2e7cd50be7b9fa13
Vanqa
Ətraf kənddəki insanların onun bacarığına inanmağa başlamaları Vanqanın ilk qlobal görücülüyü ilə baş tutub. Hələ yeniyetməlik vaxtlarından gözlərinə cəngavər geyimli atlının göründüyünü deyən Vanqa, 1941-ci ildə həmin atlını bir daha görür. Özünün dediyinə görə, ay işığı altında parıldayan gümüşü geyimli bu atlı onun ...
0244a57dfff0a4c8
Vanqa
Bu sözləri eşidən Vanqa bacısından soruşur: "Sən buradan bir atlının necə çıxdığını gördünmü?" "Nə atlı, yəqin yuxu görmüsən" deyə bacısı cavab verir. Ancaq bacısının yuxu hesab elədiyi bu olaydan təxminən iki ay sonra — aprel ayının 6-sı, 1941-ci ildə alman qoşunları Yuqoslaviya sərhəddini keçir… Hər şey məhz Vanqanın...
806dc7c878ecdb0c
Vanqa
Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə cəlb olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn hadisələri dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öngörümlər düz bir il davam edib və bu bir il ərzində Vanqa gün ərzində 2–3 saat yuxu yatıb. Onun görünüşü hamını heyrətə saldığından, yanına gəl...
37fc5559426d8e50
Vanqa
Beləcə, Vanqa haqqında yarıhəqiqət, yarıfantaziyadan ibarət bir mif formalaşırdı. Sədaqətli Vanqa Vanqanın qeyri-adi qabiliyyəti barədə xeyli ədəbiyyatlar olsa da, onun şəxsi həyatı çox vaxt ikinci plana keçir. Ancaq burada da xeyli maraqlı məqamlar mövcuddur. Bir dəfə onun yanına Dmitri Quşterov adında bir əsgər gəlir...
f5166c59927e5517
Vanqa
Çünki indi lazım deyil. Sən onların sonunu özün görəcəksən". Bu hadisədən bir müddət sonra — aprelin 20-də Vanqa bacısına Dmitrinin onunla evlənmək üçün kəndə gələcəyini bildirir. Həqiqətən, 1942-ci il may ayının 10-da Dmitri onunla evlənir və gənc ailə Petriç şəhərində məskən salır. Bir müddət sonra Dmitri səfərbərliy...
418cf8ca84511f8d
Vanqa
Dmitri 1962-ci ildə elə bu xəstəliklə də yatağa düşür. Şəfaverici Vanqa sevimli Dmitrisinin bu xəstəlikdən qalxmayacağını bildiyindən əlindən ancaq ağlamaq gəlir. Xəstənin başının üstünü bir an belə tərk eləməyən Vanqa ərinin ölümüylə dərin yuxuya gedir, bir də mərhumun dəfni zamanı ayılıb deyir: "Mən onu qalmalı olduğ...
3a48c99cf3cdc760
Vanqa
Bədxahlar tərəfindən görücünün bu sözü lazımi yerlərə çatdırıldıqdan sonra onu həbs edirlər. Təbii ki, öncəgörüm düz çıxmasaydı, yəni Stalin 1953-cü ildə ölməsəydi, görücünün nə vaxta qədər həbsxanada qalacağı da bilinməzdi. Sonda onu bu kimi problemlərdən təsadüfi bir hadisə xilas edir. Hansısa yüksək rütbəli dövlət m...
2c38ed573f19fc06
Vanqa
Bolqar hökuməti isə Vanqaya təşəkkür əlaməti olaraq "xalq hakimiyyəti üçün faydalı insan" xarakteristikası verir. Həmin olaydan sonra Bolqarıstan rəhbərliyi bu möcüzənin qarşısını almaqdansa, Vanqanın özünəməxsus seanslarını leqallaşdırmaq qərarına gəlir. Dövlət onun evinin yanında xəzinə qutusu qoyur və görücünün xidm...
00dc01a92b8e0889
Vanqa
Vanqaya hətta dövlət qulluqçusu kimi 200 levlik təqaüd də təyin olunur". Fırıldaqçı loğman qovuldu Bu xeyirxah kəndli qadını insanların əllərindəki şəkər parçası ilə onlara talelərindən xəbər verir, əvəzindəsə sevgiylə verilən istənilən xırda hədiyyəni götürərək, onları tez-tez sığallamaqdan zövq alır, bircə-bircə bu h...
88b8efe0c4fa7998
Vanqa
"Bütün xəstəlikləri otlarla müalicə edirəm" deyən bu adama Vanqa qapısı ağzında növbəyə durmuş istənilən bir adamı seçib diaqnoz qoymağı və müalicə yolunu göstərməyi xahiş edir. Qrabov bir oğlanın üstündə dayanaraq Vanqanı inandırmağa çalışır ki, bu uşağı çobanyastığı ilə müalicə edə bilər. Qrabov xəstənin atasına oğlu...
3ef1daf30ffd0729
Vanqa
Ancaq o, belə olaylardan sonra günlərlə özünə gəlməz, acıqlı-acıqlı gəzişərmiş… Jurnalistin şoka düşəcəyi hadisə 1969-cu ildə Rusiya qəzetlərindən birində işləyən Andrey Tigrov adlı jurnalist Vanqadan müsahibə almaq üçün Bolqarıstana gedir. Vanqa ilə evində görüşür, ondan müsahibəsini alır. Vanqanın həyətində isə, bu z...
9fa9eaabd76247fc
Vanqa
Hamımızın "Baharın 17 anı" bədii filmindən daha çox tanıdığımız məşhur aktyor Vyaçeslav Tixonov 1979-cu ildə Vanqanı ziyarət etməyə gəlir. Aktyor içəri girən kimi Vanqanın sualı ilə qarşılaşır: "Sən nəyə görə dostun Yuri Qaqarinin arzusunu yerinə yetirmədin? Axı, son uçuşundan qabaq sənə zəngli saat almağı xahiş etmişd...
c8ab139b90be0ae2
Vanqa
Kim tərəfindən tutulmağını isə Vanqa demir… Uzun illər Vanqanın yanında işləmiş loğman Lüdmila Kim xatırlayır: "1990-cı ildə Vanqa xəstələnəndə, onu ziyarət etmək üçün Rupiteyə getdim. Petriç şəhərinin meri məndən görücünün nə qədər yaşaya biləcəyini soruşdu. Dedim ki, istərdim, 100 il yaşasın, ancaq məncə, 19 il yaşay...
b1c0c245840fa19c
Vanqa
Cuna deyir ki, onunla birinci dəfə görüşəndə 12 ildən sonra ona çox ağır olacağını deyib: "Həqiqətən, düz 12 ildən sonra oğlum avtomobil qəzasına düşərək həlak oldu. Mənim Vanqa ilə münasibətlərim çox yaxşı olub. Onun bir xüsusiyyəti vardı ki, çox zaman qəbul etdiyi xəstələrin sadəcə, əlindən tutar və xəstəliyini təyin...
0b93c8557cbb3847
Vanqa
Vanqa isə ona "bilirəm, sən böyük rəissən" deyə cavab verir. Dünyanın ən böyük dövlətinin rəhbəriylə görücünün söhbəti 2 dəqiqədən də az çəkir. Təbii ki, onun bütün öngörümləri haqda danışmaq mümkün deyil. Təsəvvür edin ki, Vanqa fenomenininin tədqiqatçısı professor Rozanov belə olaylardan 7 minini toplayıb. Ancaq hamı...
5b8ece1123f52304
Vanqa
28 avqust 1943-cü ildə Bolqar çarı Boris vəfat etdi. 1968-i ilin yanvar ayında Vanqa deyir: "Praqanı xatırlayın. Praqa tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli, bəli, məhz belə də olacaq". 1968-ci ilin avqustunda Sovet qoşunları Çexoslovakiyaya girdi. 1989-cu ildə Vanqa xəbərdarlıq edir: "Qor...
d2bfb99cc85c27c2
Vanqa
Günahsız insan qanı axacaq". 2001-ci ildə terrorçuların təyyarələrlə hücumundan sonra Amerikada Dünya Ticarət Mərkəzinin "əkiz bina"sı dağılır, xeyli günahsız insan tələf olur. 90-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa deyir: "Hamı elə bilir ki, onun Rusiyada mövqeləri hələ güclüdür. Ancaq hakimiyy...
9cdb721f176aa22d
Vanqa
Bir neçə il sonra bütün dünyanı dəhşətə gətirən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu öngörümdən sonra isə çoxları qoca görücünün ağlını itirdiyini düşünürdülər: "Əsrin axırında, ya 1999, ya da 2000-ci ildə Kursk su altında qalacaq və bütün dünya ona matəm tutacaq". Bəli, insanlar Kursk kimi bir şəhər...
108100a000180377
Vanqa
Bundan sonra həmin yolda bir dənə də qəza baş vermir. Vanqa məhz bu yerdə illərdən bəri arzusunda olduğu məbədin ucaldılması işinə başlayır. Müqəddəs Pyotrun adını daşıyan bu məbədin yerləşdiyi məkana gələn insanlar Vanqanın buranı əbəs yerə seçmədiyinə inanırlar. Həqiqətən, ətrafdakı sakitlik, həzinlik, relyefin qeyri...
6f75b8484fd07be8
Vanqa
Nəhayət, ali dini qurumdan mitropolit gəlir və məbədin kilsə qanunları ilə açılışını həyata keçirir. Görücünün bacısı qızı həmin günü belə xatırlayır: "Elə bil, Vanqaya ikinci həyat vermişdilər. Adamların arasında dayanıb, sakitcə, bir az da kədərlə açılışı gözləyirdi. Ətrafda baş verənlərə elə tez reaksiya verirdi, hə...
9d49d3e6295bc525
Vanqa
Həkimlər bu müddət ərzində görücünü yalnız venadaxili inyeksiyalarla saxlayırlar. 80 yaşlı qadın ölümündən qabaq komadan ayılır və öz qabiliyyətlərini Fransadan olan bir qıza ötürdüyünü deyir. 1996-cı il avqustun 11-də Vanqa vəfat edir. Şahidlər onun ölümqabağı son sözlərinin bütün bəşəriyyətə ünvanlandığı qənaətindədi...
17adf80f62116dfd
Vanqa
Böyük görücünün özü bunu belə etiraf edirdi: "Siz gecələr yatırsınız, mən isə bəşər varlığının səhifələrini vərəqləyir və insanların faciələrini yaşayıram…" Vanqanın dəhşətli proqnozları 2011 – Yerin şimal yarımkürəsində radioaktiv sızma olacaq. Heyvanlar və bitkilər sağ qalmayacaqlar. Müsəlmanlar sağ qalmış avropalıla...
3690fcfc9b367e7a
Vanqa
2028 – Yerin yeni enerji qaynağı olacaq. Böyük ehtimalla bu, termonüvə reaksiyalarının nəzarət altına alınmasıyla əldə ediləcək. Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq. 2033 – Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək. 2043 – Müsəlman bir dövlət yenidən Av...
1f6df49e62ff9ca9
Vanqa
2066 – Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq. 2076 – İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq. 2084 – Təbiət yenidən yaranacaq. 2088 – Yeni xəstəlik yayılacaq, insanlar bir n...
a242f7c7cb11f537
Vanqa
2100 – İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq. 2125 – Macarıstanda kosmosdan siqnal alınacaq və insanlar təkrar Vanqanı xatırlayacaqlar. 2130 – Yadplanetlilərin tövsiyəsilə su altında yaşayış koloniyaları salınacaq. 2154 – Heyvanlar yarı insana çevriləcəklər. 2167 – Ye...
79645ea059943259
Vanqa
2201 – Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək. 2256 – Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək. 2262 – Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək. 2288 – Zaman yolculuğu başlayacaq, yad planetlilərlə yeni təmaslar olacaq. 2299 – Fransada islam...
750ca0320b50e361
Vanqa
Dünya yenidən qaranlıqda qalacaq. 3005 – Marsda savaş başlayacaq. 3797 – Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar. Xarici keçidlər Vanqanın xoşbəxtliklə bağlı 20 tövsiyəsi
7a61d27f04627ac3
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlə...
9b4020a1e1df4e4a
Təhsil
Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir. Bəzi ölkələrdə təhsil illərini...
e5c5316a9bf40eae
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ...
bd88a1d741dee83e
Kainat
O, bir gün borunun bir ucuna çökək, o birinə isə qabarıq linza bərkitmək qərarına gəlir və nəticəsi durbin olur. Beləliklə, ilk durbin Niderlandda XVII əsrin əvvəllərində ixtira edilmişdir. Bundan sonra durbinin bir neçə müəllifi də olmuşdur. Onlar da elmdən kənar adamlar idilər, lakin onlar birbirindən xəbərsiz bu dur...
be4ddb4a87352891
Kainat
Leonardo da Vinçinin əlyazmalarında iki linzalı teleskopun sxemi də aşkar edilmişdir, lakin onun özünün teleskop düzəltməsi və göy cisimləri üzərində müşahidələr aparması məlum deyil. XIX əsrin ortalarında spektral analiz kəşf olundu. Bu analiz spektroskop adlanan cihazla aparılır. Müşahidələr zamanı müəyyən edilmişdir...
bc56945402fad8a8
Kainat
Güzgülü radioteleskopların diametri onlarla metrə çatır. Tərpənməz radioteleskopların diametri isə bir neçə yüz metr ola bilər. Belə teleskoplarla kainatın ən uzaq nöqtəsindəki obyektin fiziki təbiətini, hərəkətini, kimyəvi tərkibini və temperaturunu öyrənmək mümkündür. Radar adlanan cihazın köməyi ilə bizə yaxın olan ...
9b68a024b24800a8
Kainat
Qeyd edək ki, yalnız qalaktikaların kütləsi nəzərə alındıqda Kainatın orta sıxlığı üçün 10 − 31 / m 3 alınır, lakin Kainatda qalaktikalardan başqa sönmüş ulduzlar, qara dəliklər, ionlaşmış qazlar və s. kimi materiya da mövcuddur. Bundan əlavə, maddənin çətin müşahidə edilə bilən "gizli" kütləsinin mövcudluğu da istisna...
6d6dcfcb4db346e7
Kainat
İlk mərhələ, 1014 il davam edir. Kainatın əsas maddəsi (əvvəlcə hidrogen, sonra isə heliumun yanması hesabına) ulduzlarda tükənir. Hidrogen-helium yanacağı qurtardıqdan sonra, növbə ilə daha ağır elementləri yanır və ulduz öz fəaliyyətini dayandırır. Müxtəlif ulduzlarda bu proses müxtəlif sürətlə getsə də, 1014 il ərzi...
5f86f4baeb0948e7
Kainat
Kainat tədricən elektron-pozitron qazı, neytron və fotonlarla dolur. Hesablamalara görə bu proses 10100 il davam edəcək. Kainatın sonuncu mərhələsi qara dəliklərin kvant "buxarlanması" mərhələsi adlanır. Qeyd edək ki, Kaiantın orta sıxlığı dəqiq məlum olmadığına görə onun taleyini müəyyən edən istiqaməti seçmək çətindi...
0a083f9564388cf9
Liberalizm
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokr...
68bd8c145061c171
Liberalizm
Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avt...
0c653d6a3b524c19
Liberalizm
XIX əsrin axırları və XX əsrin əvvəllərində Osmanlı imperiyasında, o cümlədən Orta Şərqdə güclənən liberal cərəyan Tənzimat və Ərəb maarifçiliyi (ərəb. النهضة العربية) kimi islahat dövrlərinin baş verməsinə, eləcə də konstitusionalizm, milliyətçilik və sekulyarizmin yüksəlməsinə gətirib çıxarmışdır. Bu dəyişikliklər di...
78abfa670fc83489
Liberalizm
Liberal partiyalar indiki dövrdə də dünya boyunca əhəmiyyətli qüvvə və təsirə malikdir. Buna baxmayaraq, Afrika və Asiyada liberalizmə qarşı çıxılır. Müasir cəmiyyətin fundamental elementləri liberalizmə əsaslanır. Erkən liberalizm dalğaları iqtisadi fərdiyyətçilik anlayışını populyarlaşdırmış, eyni zamanda konstitusiy...
2cb980c8dfca5e31
Liberalizm
Liberallar mülki hüquqların təmin edilməsi dalğası zamanı gender və irqi bərabərliyi müdafiə etmişdir. XX əsrdə baş vermiş lobal mülki hüquq hərəkatları hər iki hədəfdə böyük nailiyyətlər əldə etmişdir. Adams, Ian. Ideology and politics in Britain today. Manchester: Manchester University Press, 1998. ISBN 0-7190-5056-1...
c8668b62d5f49217
Liberalizm
Why We're Liberals. New York: Viking Adult, 2008. ISBN 0-670-01860-0 Ameringer, Charles. Political parties of the Americas, 1980s to 1990s. Westport: Greenwood Publishing Group, 1992. ISBN 0-313-27418-5 Amin, Samir.
a5f1cbe90131e59a
Liberalizm
The liberal virus: permanent war and the americanization of the world. New York: Monthly Review Press, 2004. Antoninus, Marcus Aurelius. The Meditations of Marcus Aurelius Antoninus. New York: Oxford University Press, 2008. ISBN 0-19-954059-4 Arnold, N. Scott.
f4383f6df58385c1
Liberalizm
Imposing values: an essay on liberalism and regulation. New York: Oxford University Press, 2009. ISBN 0-495-50112-3 Auerbach, Alan and Kotlikoff, Laurence. Macroeconomics Cambridge: MIT Press, 1998. ISBN 0-262-01170-0 Barzilai, Gad. Communities and Law: Politics and Cultures of Legal Identities University of Michigan P...
58d832457a535efe
Liberalizm
ISBN 978-1-84275-167-1 George Brandis, Tom Harley & Donald Markwell (editors). Liberals Face the Future: Essays on Australian Liberalism, Melbourne: Oxford University Press, 1984. Alan Bullock & Maurice Shock (editors). The Liberal Tradition: From Fox to Keynes, Oxford: Clarendon Press, 1967. Chodos, Robert et al. The ...
93be508028778d43
Liberalizm
Halifax: James Lorimer & Company, 1991. ISBN 1-55028-337-5 Coker, Christopher. Twilight of the West. Boulder: Westview Press, 1998. ISBN 0-8133-3368-7 Colomer, Josep Maria. Great Empires, Small Nations.
8ceeeeb6d7d0b57b
Liberalizm
New York: Routledge, 2007. ISBN 0–415–43775-X Cook, Richard. The Grand Old Man. Whitefish: Kessinger Publishing, 2004. ISBN 1–4191–6449-X Delaney, Tim. The march of unreason: science, democracy, and the new fundamentalism.
34995abbce970011
Liberalizm
Santa Barbara: ABC-CLIO, 2006. ISBN 1-85109-553-5 Dorrien, Gary. The making of American liberal theology. Louisville: Westminster John Knox Press, 2001. ISBN 0-664-22354-0 Farr, Thomas. World of Faith and Freedom.
69d6b1a1da269468
Liberalizm
New York: Oxford University Press US, 2008. ISBN 0-19-517995-1 Falco, Maria. Feminist interpretations of Mary Wollstonecraft. State College: Penn State Press, 1996. ISBN 0-271-01493-8 Fawcett, Edmund. Liberalism: The Life of an Idea.
04925c215a36a304
Liberalizm
Princeton, NJ: Princeton University Press, 2014. ISBN 978-0-691-15689-7 Flamm, Michael and Steigerwald, David. Debating the 1960s: liberal, conservative, and radical perspectives. Lanham: Rowman & Littlefield, 2008. ISBN 0-7425-2212-1 Frey, Linda and Frey, Marsha. The French Revolution.
e0090cfa9a64309e
Liberalizm
Westport: Greenwood Press, 2004. ISBN 0-313-32193-0 Gallagher, Michael et al. Representative government in modern Europe. New York: McGraw Hill, 2001. ISBN 0-07-232267-5 Gifford, Rob. China Road: A Journey into the Future of a Rising Power.
93a135d2dfa16c81
Liberalizm
Random House, 2008. ISBN 0-8129-7524-3 Godwin, Kenneth et al. School choice tradeoffs: liberty, equity, and diversity. Austin: University of Texas Press, 2002. ISBN 0-292-72842-5 Gould, Andrew. Origins of liberal dominance.
79fb1ae8fb9d522c
Liberalizm
Ann Arbor: University of Michigan Press, 1999. ISBN 0-472-11015-2 Gray, John. Liberalism. Minneapolis: University of Minnesota Press, 1995. ISBN 0-8166-2801-7 Grigsby, Ellen. Analyzing Politics: An Introduction to Political Science.
717da795efd7938a
Liberalizm
Florence: Cengage Learning, 2008. ISBN 0-495-50112-3 Gross, Jonathan. Byron: the erotic liberal. Lanham: Rowman & Littlefield Publishers, Inc., 2001. ISBN 0-7425-1162-6 Hafner, Danica and Ramet, Sabrina. Democratic transition in Slovenia: value transformation, education, and media.
58a3fdb9740a1781
Liberalizm
College Station: Texas A&M University Press, 2006. ISBN 1-58544-525-8 Handelsman, Michael. Culture and Customs of Ecuador. Westport: Greenwood Press, 2000. ISBN 0-313-30244-8 Hartz, Louis. The liberal tradition in America.
cf246770126e8d4b
Liberalizm
New York: Houghton Mifflin Harcourt, 1955. ISBN 0-15-651269-6 Hodge, Carl. Encyclopedia of the Age of Imperialism, 1800–1944. Westport: Greenwood Publishing Group, 2008. ISBN 0-313-33406-4 Jensen, Pamela Grande. Finding a new feminism: rethinking the woman question for liberal democracy.
d6e69fdde72d5a0c
Liberalizm
Cambridge: Polity Press, 2005. ISBN 0-7456-3291-2 Kirchner, Emil. Liberal parties in Western Europe. Cambridge: Cambridge University Press, 1988. ISBN 0-521-32394-0 Knoop, Todd. Recessions and Depressions Westport: Greenwood Press, 2004.
37fc08720c19f97a
Liberalizm
ISBN 0-313-38163-1 Koerner, Kirk. Liberalism and its critics. Oxford: Taylor & Francis, 1985. ISBN 0-7099-1551-9 Leroux, Robert, Political Economy and Liberalism in France: The Contributions of Frédéric Bastiat, London and New York, 2011. Leroux, Robert, Davi M. Hart (eds), French Liberalism in the 19th Century, London...
9a63acf5bde38585
Liberalizm
Europeanizing social democracy? : the rise of the Party of European Socialists. New York: Routledge, 2005. ISBN 0–415–34803-X Losurdo, Domenico. Liberalism: a counter-history. London: Verso, 2011 Lyons, Martyn.
a646e9246644fae0
Liberalizm
Napoleon Bonaparte and the Legacy of the French Revolution. New York: St. Martin's Press, Inc., 1994. ISBN 0-312-12123-7 Mackenzie, G. Calvin and Weisbrot, Robert. The liberal hour: Washington and the politics of change in the 1960s. New York: Penguin Group, 2008. ISBN 1-59420-170-6 Manent, Pierre and Seigel, Jerrold.
38b533fd0bf789aa
Liberalizm
An Intellectual History of Liberalism. Princeton: Princeton University Press, 1996. ISBN 0-691-02911-3 Donald Markwell. John Maynard Keynes and International Relations: Economic Paths to War and Peace, Oxford University Press, 2006. Mazower, Mark. Dark Continent.
20d113dccf89fbdb
Liberalizm
New York: Vintage Books, 1998. ISBN 0–679–75704-X Monsma, Stephen and Soper, J. Christopher. The Challenge of Pluralism: Church and State in Five Democracies. Lanham: Rowman & Littlefield, 2008. ISBN 0-7425-5417-1 Palmer, R. R. and Joel Colton. A History of the Modern World.
a96dd0a2e1eb53c9
Liberalizm
New York: McGraw Hill, Inc., 1995. ISBN 0-07-040826-2 Perry, Marvin et al. Western Civilization: Ideas, Politics, and Society. Florence, KY: Cengage Learning, 2008. ISBN 0-547-14742-2 Pierson, Paul. The New Politics of the Welfare State.
30ba607bca5b7096
Liberalizm
New York: Oxford University Press, 2001. ISBN 0-19-829756-4 Puddington, Arch. Freedom in the World: The Annual Survey of Political Rights and Civil Liberties. Lanham: Rowman & Littlefield, 2007. ISBN 0-7425-5897-5 Riff, Michael. Dictionary of modern political ideologies.
ecefaff1773866f3
Liberalizm
Manchester: Manchester University Press, 1990. ISBN 0–7190–3289-X Rivlin, Alice. Reviving the American Dream Washington D. C.: Brookings Institution Press, 1992. ISBN 0-8157-7476-1 Ros, Agustin. Profits for all? : the cost and benefits of employee ownership.
5fdabea186d9b90d
Liberalizm
Humanity Books: 1970. ISBN 978-1-57392-404-7. Ryan, Alan. The Making of Modern Liberalism (Princeton UP, 2012) Ryan, Alan. On Politics: A History of Political Thought: From Herodotus to the Present. Allen Lane, 2012.
3a19573ef240dc98
Liberalizm
ISBN 978-0-87140-465-7. Shell, Jonathan. The Unconquerable World: Power, Nonviolence, and the Will of the People. New York: Macmillan, 2004. ISBN 0-8050-4457-4 Shaw, G. K. Keynesian Economics: The Permanent Revolution. Aldershot, England: Edward Elgar Publishing Company, 1988.
fa9005c47f6d0295
Liberalizm
ISBN 1-85278-099-1 Sinclair, Timothy. Global governance: critical concepts in political science. Oxford: Taylor & Francis, 2004. ISBN 0-415-27662-4 Song, Robert. Christianity and Liberal Society. Oxford: Oxford University Press, 2006.
3e10405e6db96e5d
Liberalizm
ISBN 0-19-826933-1 Stacy, Lee. Mexico and the United States. New York: Marshall Cavendish Corporation, 2002. ISBN 0-7614-7402-1 Steinberg, David I. Burma: the State of Myanmar. Georgetown University Press, 2001. ISBN 0-87840-893-2 Steindl, Frank.
623116eee1f4f111
Liberalizm
Understanding Economic Recovery in the 1930s. Ann Arbor: University of Michigan Press, 2004. ISBN 0-472-11348-8 Susser, Bernard. Political ideology in the modern world. Upper Saddle River: Allyn and Bacon, 1995. ISBN 0–02–418442-X Van den Berghe, Pierre.
695b0a01dbd82907
Liberalizm
The Liberal dilemma in South Africa. Oxford: Taylor & Francis, 1979. ISBN 0-7099-0136-4 Van Schie, P. G. C. and Voermann, Gerrit. The dividing line between success and failure: a comparison of Liberalism in the Netherlands and Germany in the 19th and 20th Centuries. Berlin: LIT Verlag Berlin-Hamburg-Münster, 2006. ISBN...
71422c168765e871
Liberalizm
Countries of the World & Their Leaders Yearbook 08, Volume 2. Detroit: Thomson Gale, 2007. ISBN 0-7876-8108-3 Venturelli, Shalini. Liberalizing the European media: politics, regulation, and the public sphere. New York: Oxford University Press, 1998. ISBN 0-19-823379-5 Wallerstein, Immanuel.
c056ba3173307486
Liberalizm
The Modern World-System IV: Centrist Liberalism trimphant 1789–1914. Berkeley and Los Angeles: University of California Press, 2011. Wempe, Ben. T. H. Green's theory of positive freedom: from metaphysics to political theory. Exeter: Imprint Academic, 2004. ISBN 0-907845-58-4 Whitfield, Stephen.
86a1c0e8e7279369
Liberalizm
Companion to twentieth-century America. Hoboken: Wiley-Blackwell, 2004. ISBN 0-631-21100-4 Wolfe, Alan. The Future of Liberalism. New York: Random House, Inc., 2009. ISBN 0-307-38625-2 Worell, Judith.
f440412c211c1556
Ayna Sultanova
Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 3 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet ...
43b5dbe1d893007a
Ayna Sultanova
Ayna Sultanovanın "Dərnəgül şosesi"nin kənarında, metronun "Gənclik" stansiyasından bir qədər aralı heykəli ucalır. 1965-ci ildə Azərbaycan, 1976-cı ildə isə rus dillərində H.Sultanovanın müəllifi olduğu "Ayna Sultanova" adlı kitablar nəşr olunub. Ayna Mahmud qızı Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi...
032560c23643463f
Ayna Sultanova
Onun 1918-ci ilin iyunundan Kommunist Partiyasına daxil olması bir daha sübut edir ki, A.Sultanova Azərbaycanın müstəqilliyinə düşmən münasibət bəsləyib. Nəzərə almaq lazımdır ki, bu tarixdə artıq Azərbaycan Xalq Cümhuriyyəti mövcud idi və Bakı S.Şaumyanın rəhbərlik etdiyi kommunanın əlində olduğuna görə paytaxt hələ G...