passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
f70e13782c28e5d2 | Ayna Sultanova | Moskvadakı fəaliyyəti haqqında o, öz xatirələrində belə yazır: "Xalq Xarici İşlər Komissarlığının partiya özəyi məni, qadın qulluqçular tərəfindən rayon partiya komitəsinə təhkim olunmuş nümayəndə təyin etdi. Mən qadınların qızıl ordu üçün alt paltarı tikmək və yamamaq, xəstəxanaların, uşaq bağçalarının və yeməkxanalar... |
62a5d1aa3cde96e4 | Düz xətt | Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir. Düz xəttin aşağıdakı xassələri vardır: İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar. Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöq... |
765cc5d78d0460fe | Düz xətt | Paralel düz xətlər Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xəttlər adlanır. Çarpaz düz xətlər Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır. Düz xətt tənlikləri Düz xəttin bucaq əmsalı tənliyi OX oxuna perpendikulyar olmayan hər hansı düz xəttin verilməs... |
8e820513af53744e | Düz xətt | olduqda tan olur və beləliklə də olur. Bu halda düz xətt absis oxuna paralel olur və düz xətt tənliyi şəklində olur. Bu isə ordinat oxundan b uzunluqda parça ayırıb, absis oxuna paralel olan düz xəttin tənliyidir. Əgər düz xətt absis oxuna perpendikulyar olarsa, onda π 2 olur, bu halda isə tan π 2 olacaq, yəni k-nın bu... |
2fb2a994fd28079d | Düz xətt | Aşağıdakı cədvəl bu halları əhatə edir. Düz xəttin parçalarla tənliyi Şəkildə göstərildiyi kimi düz xətt koordinat oxlardan uyğun olaraq {\displaystyle (a\neq 0,\;b\neq 0)} parçalarını kəsib keçir. Onda A {\displaystyle (a,\;0)} {\displaystyle (0,\;b)} olar. Bu nöqtələri nəzərə alaraq Düz xəttin parçalarla tənliyi aşağ... |
a151e88fbd905594 | Beynəlxalq vahidlər sistemi | Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır. Əsas vahidl... |
f2378d2e9e097309 | Beynəlxalq vahidlər sistemi | 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli... |
f722dbda479bd971 | Karbon | Karbon (C) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 6-cı element. Karbon Mendeleyevin dövri sistem cədvəlində 2-ci dövr, 4-cü qrupda yerləşir. Karbonla eyni yarımqrupa silisium Si, germanium Ge, qalay Sn, qurğuşun Pb elementləri daxildir. Valent elektronlarının sayı 4-dür. Karbon təbiətdə çox tapılan qeyri-met... |
b8c1a02db2c37e23 | Karbon | Birləşmələrin 94% — in (4 milyondan çoxunun) tərkibində karbon vardır. Xüsusiyyətləri Canlılardakı maddənin təxminən 18 % — ni karbon birləşmələri (geriyə qalanı əsasən sudur) təşkil edir. Bu birləşmələr canlı hüceyrələrdə əsasən yeni huceyrə yaradılmasında istifadə olunur. Həmin karbon birləşmələri yaşıl bitkidə işıq ... |
52e8628e47a61c9a | Karbon | Təbii karbonun 1,11%-ni təşkil edən karbon-13 (13C), ikinci izotoptur. Karbonun beş radioaktiv izotopu məlumdur; bunlardan karbon-14 (14C) (yaranma müddəti 5 730 il) ən stabil və ən faydalı olandır. Karbon bioelement olub orqanizmin qurulmasında və həyat fəaliyyətinin təmin olunmasında iştirak edən bütün üzvi birləşməl... |
81dfb4e8f78e1561 | Karbon | Karbohidratların oksidləşməsi zamanı lazımi enerji ayrılır. Canlıların orqanizmlərində karbon orta hesabla kütləcə 21 % -dir. Kalsium karbonatın tərkibində karbon əksər onurğasızların xarici skeletində əmələ gəlir, mərcanlarda yumurta qabığında olur. Əzələnin 2/3 kütləsi və sümük toxumasının 1/3 kütləsi karbondan ibarə... |
0ba233f298dd5f0a | Karbon | Karbon dioksid (karbon qazı) maddələr mübadiləsi prosesində əmələ gəlir və nəfəsalma mərkəzinin stimullaşdırıcısıdır, nəfəs almanın və qan dövranının tənzimlənməsində mühüm rol oynayır. Karbon birləşmələrinin orqanizmə daxil olmasının əsas mənbələri: bütün meyvə və tərəvəzlərin nazik qabığı. Paxlalılar: noxud, göy noxu... |
592c68d60065350f | Karbon | O da məlum deyil ki, allotropik şəkildəyişməndən olan qrafit və almazdan hansı daha əvvəl kəşf olunub. Karbon daş kömürün 99 % -ni, boz kömürün 72 %-ni, torfun 57 % -ni təşkil edir. Kütləsi 70 kq olan insanın bədənində 15 kq karbon vardır. İnsan qanında karbonun miqdarı 25000 mq/l, sümük toxumalarında 28000 mq/l miqdar... |
e81a2c309d9bf354 | Karbon | Onun nəfəs alınan havada öldürücü dozası cəmi 0,2 %-dir. Dəm qazının (CO) molekulu oksigen molekulundan daha davamlıdır və qanın hemoqlobini ilə əlaqələnmə qabiliyyətinə malik olub orqanizmin toxumalarına oksigen daxil olmasını pozur. Tərkibində CO olan texniki qazlar yanar qaz kimi istifadə olunur. CO2 bir çox kimyəvi... |
cb555882e12d9bcc | Karbon | O dövrün çöküntülərində böyük daş kömür ehtiyatları var. Dövrün adı da buradan götürülüb. O dövrdə meşələrdə böyüyən ağacların hündürlüyü 45 metrə çatırdı. Bitki kütləsi o qədər sürətlə artırdı ki, torpaqda yaşayan onurğasız heyvanlar sadəcə ölmüş bitki materialını mənimsəməyə çatdırmırdılar və nəticədə ölmüş biokütlə ... |
9256ff4513dcfa18 | Karbon | Əgər su altında qalaraq dəyişməyə uğrasa, C (karbon) miqdarı artaraq kömürləşmə başlayır. C miqdarı 60% isə türban, C miqdarı 70% isə linyit, C miqdarı 80–90% isə daş kömürü, C miqdarı 94% isə antrasit adını alır. Ağac kömürü Ağac kömürü — bataqlıqlarda uyğun nəm və istiliyin meydana gəlməsi, mühitin turşu miqdarının a... |
a40c94ccadde89f5 | Karbon | Kömür laylarının altında və üstündə iştirak edən qayalarda kibritotları, atquyruqları və bir çox bitki qalığında rast gəlinə bilər. Kömürlər sıxlıq, sərtlik və parlaqlıq baxımından fərqlilik göstərə bilər. Ümumiyyətlə kömür növləri bəzi qeyri-üzvi maddələr, kükürd və xlor tərkiblidir. Sümük kömürü Ağac kömürünün katışı... |
f09eaeff57fa0358 | Karbon | Almazdan hər karbon atomu, dörd başqa karbon atomuna bağlanaraq üç ölçülü qatı bir quruluş meydana gətirər; qrafitdə isə karbon atomları, üst-üstə yığılmış geniş, yastı lövhələr meydana gətirəcək şəkildə, iki ölçülü müstəvidə bir-birlərinə bağlanmışdır. Bu lövhələr bir-birlərinin üzərindən asanca sürüşür; qrafit yaxşı ... |
e3806e23ab181c93 | Karbon | Elektriki keçirmir. Rəngsiz və şəffaf olmasına baxmayaraq, başqa minerallarla birləşdikdə, istənilən rəngi ala bilir. Almaz, kimyəvi baxımdan reaktiv deyil, amma yüksək dərəcələrdə xüsusilə havada yanması təmin edilə bilər. 1955-ci ilə qədər, vulkan mənşəli təbii yataqlar tək almaz qaynağıykən, o tarixdən bu yana qrafi... |
d91c90db11f68319 | Karbon | Buna görə, təbəqələr bir-birlərinin üzərindən asanca sürüşür. Qrafit, yağ halına gətirilib maşınlarda, çalışan parçaların bir-birinə sürtülərkən aşılmasını azaltmaq ya da maneə törətmək məqsədiylə yağlayıcı olaraq istifadə edilər. Sadə karandaşların içindəki uc da, içinə gil qatılaraq bir az sərtləşdirilmiş qrafitdir. ... |
3cd6cc44c459ff99 | Karbon | Karbin — narın, qara kristallik tozdur. Elektriki keçirmir. 2 cür karbin vardır: α karbin (poliin), β karbin (polikumulen). C atomları sp hibridləşmə halındadır. Həmçinin bax Karbon disulfid Karbon nanoboruları Karbon nanolifləri Xarici keçidlər Karbon turşuları |
7ba39c740e478b27 | Oksidləşmə-reduksiya reaksiyaları | Oksidləşmə-reduksiya reaksiyaları (ing. Reduction-Oxidation; qısa adı:Redox və ya Redox reactions; mənası: Reduction - azaltma, Oxidation - yüksəltmə) — atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə d... |
4f65a28f7b993d43 | Oksidləşmə-reduksiya reaksiyaları | Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya terrine, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksid... |
d8cae50c1e55051f | Oksidləşmə-reduksiya reaksiyaları | Oksidləşmə dərəcəsi Oksidləşmə dərəcəsi (oksidləşmə ədədi və ya elektrokimyəvi valentlik də adlanır) atomun molekulda şərti yükünü göstərir. Onun hesablanması zamanı bütün birləşmələrin yalnız ionlardan təşkil olunması nəzərdə tutulur. Atomun oksidləşmə dərəcəsi + və ya - işarəli rəqəmlərlə göstərilir. + işarəyə malik ... |
b15c316e9f27eb18 | Oksidləşmə-reduksiya reaksiyaları | Xarakteristika Oksidləşdiricilər və reduksiyaedicilər kimyəvi elementlər, sadə və mürəkkəb ionlar ola bilər. Tipik metallar kimyəvi reaksiyalarda özlərini reduksiyaedici kimi aparır. Hidrogen müxtəlif elementlərlə (qələvi və qələvi-torpaq metallardan başqa) qarşılıqlı kimyəvi təsir zamanı özünü həmçinin tipik metal kim... |
8030720bf80ba7e0 | Oksidləşmə-reduksiya reaksiyaları | Müsbət yüklü sadə ionlar valent elektronlarını itirən metal atomlarından əmələ gəlir. Belə ionlar elektron qəbul etməklə oksidləşdirici xassə göstərir. Element minimum oksidləşmə dərəcəsində yalnız reduksiyaedici, aralıq oksidləşmə dərəcəsində həm oksidləşdirici, həm də reduksiyaedici, maksimum oksidləşmə dərəcəsində i... |
69156fa358de20e0 | Oksidləşmə-reduksiya reaksiyaları | 4.Konmutasiya (yəni əks öz-özünə) isə disproporsiyanın tərsidir. Oksidləşmə-reduksiya reaksiyalar nəzəriyyəsinin aşağıdakı 5 əsas müdəası vardır. Onlar aşağıdakılardan ibarətdir: Atom, molekul və ya ionların özlərindən elektron verməsi Oksidləşmə adlanır. Atom, molekul və ya ionların özlərinə elektron birləşdirməsinə R... |
eba935c6a1e1aa75 | Oksidləşmə-reduksiya reaksiyaları | Bir maddənin oksidləşməsi digərinin reduksiyası ilə, əksinə, bir maddənin reduksiyası digərinin oksidləşməsi ilə müşayiət olunur. Reduksiyaedicinin verdiyi elektronların sayı, oksidləşdiricinin aldığı elektronların sayına bərabər olur. Həmçinin bax Peter W. Atkins: Physikalische Chemie. 3. korrigierte Auflage. Wiley-VC... |
92015300d1fbc131 | Oksidləşmə-reduksiya reaksiyaları | Pearson Studium, 2008, ISBN 978-3-8273-7267-3, S. 176, Belitz, Grosch, Schieberle: Lehrbuch der Lebensmittelchemie. 6. Auflage. Springer, 2007, ISBN 978-3-540-73201-3, S. 593, doi:10.1007/978-3-540-73202-0. Xarici keçidlər Oksidləşmə-reduksiya reaksiyaları (rus.) |
f583fb3049ea59c0 | VII Kleopatra | VII Kleopatra (təq. 13 yanvar e.ə. 69, İsgəndəriyyə, Ellin Misiri[d] – ən tezi 10 avqust e.ə. 30 və ən geci 12 avqust e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][…]) — Ptolemeylər sülaləsinin sonuncu çariçası, XII Ptolemeyin (Avletin) qızı, XIII Ptolemeyin bacısı və arvadı; onunla müştərək hökmdar (e.ə. 51-ci ildən). |
b1efa4a11ab7a37f | VII Kleopatra | E.ə. 48-ci ildə Suriyaya qovulmuş, Yuli Sezarın köməyi ilə Misirə qayıtmışdı. E.ə. 41-ci ildən sonra Mark Antoninin müttəfiqi və məşuqəsi olmuş (Roma qaydalarına zidd olaraq Kleopatra ilə evlənmişdi), Oktaviana qarşı mübarizədə onu müdafiə etmişdi. Aktsi döyüşündən sonra əvvəlcə Antoni, sonra da VII Kleopatra intihar e... |
89dc34529488575e | VII Kleopatra | əksini tapmışdır. ABŞ-də VII Kleopatra haqqında tammetrajlı bədii film çəkilmişdir (1965). Azərbaycan səhnəsində Şekspirin "Antoni və Kleopatra" əsəri tamaşaya qoyulmuşdur. Həyatının ilk illəri və hakimiyyətə gəlməsi 7-ci Kleopatra Qədim Misiri ilk öncə özündən kiçik iki qardaşı, daha sonra isə oğlu ilə bərabər demək o... |
dbb2581d128ffbca | VII Kleopatra | Savadlı və ağıllı Kleopatra müxtəlif dillərdə danışa bilirdi və müştərək hakimiyyətdə olduğu dövr ərzində əsas hökmdar olmuşdu. Roma hökmdarları Yuli Sezar ve Mark Antoni ilə romantik məhəbbət əlaqələri ve hərbi tərəfdaşlığı, həmçinin qeyri-adi gözəlliyi və cazibə gücü ona tarixdə və məşhur əfsanələrdə sarsılmaz mövqe ... |
a2fcfc345716f374 | VII Kleopatra | Onun anası hökmdarın arvadı (çox güman ki, onun ögey bacısı) 5-ci Trifaena olduğu güman edilir. E.ə. 91-ci ildə Avletin ölümündən sonra, 18 yaşlı Kleopatra və onun 10 yaşlı qardaşı 13-cü Ptolemey Misir taxtına çıxdı. Sezar və Kleopatra Sezarın Romada güclənmək üçün gəlirlərini təmin etməyə və Avletin borclu olduğu pull... |
306cf291e50c778c | VII Kleopatra | 47-ci ildə Ptolemey Sezar adlı oğlan uşağı dünyaya gətirdi. Güman edilir ki, Ptolemey Sezar Sezarın oğludur. O, Misir xalqı arasında Sezarion yaxud balaca Sezar kimi tanınırdı. Kleopatra e.ə. 46–45-ci illərdə 14-cü Ptolemey və Sezarion ilə bərabər Sezara baş çəkmək üçün Romaya səfər etmişdi. Sezar e.ə. |
6424d2e856fe45f2 | VII Kleopatra | 44-cü ilin mart ayında qətlə yetirildikdən sonra, Kleopatra Misirə geri dönmüşdü. Tezliklə 14-cü Ptolemey vəfat etdi və 3 yaşlı Sezarion 15-ci Ptolemey olaraq anası ilə bərabər Misirin hökmdarı oldu. O vaxtdan etibarən Kleopatra özünü Osirisin bacısı və arvadı, Horusun anası olan ilahə İsida kimi təqdim edirdi. Bu hökm... |
75bd92c68f178405 | VII Kleopatra | Elə bu vaxt Romada Sezarın mütəffiqlərinin ikinci triumviratı (Mark Antoni, Oktavian və Lepid) və Sezarın sui-qəsdçiləri Brut və Kassius arasında münaqişə gedirdi. Hər iki tərəf Misirdən dəstək istədi və bir qədər yubatdıqdan sonra Kleopatra Sezarın Misirdə yerləşdirdiyi dörd Roma legionunu triumvirata dəstək üçün gönd... |
1570f386421f7025 | VII Kleopatra | Antoni onun gözəlliyinə valeh olmuşdu. O, Kleopatranın kiçik bacısı və rəqibi, həmin vaxt sürgündə olan Arsinoeni aradan qaldırmağa kömək edəcəyinə dair vəd verərək Misiri və Kleopatranın taxt-tacını qoruyacağı barədə razılığa gəldi. Kleopatra Misirə geri döndü, ondan az sonra 3-cü arvadı Fulviya və uşaqlarını Romada q... |
7c0656592f1e8aaa | VII Kleopatra | 40-cı ildə Antoni Romaya geri döndükdən sonra, Kleopatranın Aleksandr Helios (günəş) və Kleopatra Selena (ay) adlı əkizləri dünyaya gəldi. Taxtın banisi oldu. Hakimiyyət uğrunda mübarizə Fulviya xəstələnib dünyasını dəyişdikdən sonra Antoni Oktavianın ögey bacısı Oktavia ilə diplomatik evlilik quraraq Oktaviana olan sə... |
cb6ead26ee98a174 | VII Kleopatra | Onlar yenidən sevgili oldular və e.ə. 36-cı ildə Kleopatra Ptolemey Filadelfos adlı daha bir oğlan uşağı dünyaya gətirdi. Parfiyada biabırçı məğlubiyyətdən sonra, Antoni açıq şəkildə arvadı Oktavianın onunla barışmaq cəhdlərini rədd etdi, əvəzində isə, Misirə və Kleopatraya geri döndü. E.ə. 34-cü ildə "İskəndəriyyə bəx... |
c450fce8d196bbd7 | VII Kleopatra | E.ə. 32-ci ilin sonlarında Roma Senatı Antonini təltif edildiyi bütün titullardan məhrum etdi və Oktavian Kleopatraya müharibə elan etdi. Məğlubiyyət və ölüm E.ə. 31-ci il, sentyabrın ikisində Aksi döyüşündə Oktavianın qüvvələri Antoni və Kleopatranın qüvvələrini məğlub etdi. Kleopatranın gəmiləri döyüşü tərk etdi və M... |
de901bd2efbfcb50 | VII Kleopatra | İsgəndəriyyə Oktavianın qüvvələrinin hücumu altında olduğu bir vaxtda Antoni Kleopatranın intihar etməsi barədə şayiə eşitdi. O, qılıncın üstünə atıldı və şayiənin yalan olması barədə xəbər gələn kimi dünyasını dəyişdi. E.ə. 30-cu il, avqustun on ikisində Antonini torpağa tapşırdıqdan və zəfər çalmış Oktavian ilə görüş... |
3b14cb338b821bf4 | VII Kleopatra | Maraqlı fakt Kleopatra xarici gözəlliyə kifayət qədər diqqət yetirir və öz sağlamlığını unutmurdu. Bədənə meyvələrin necə vacib olduğunu bilərək, o, öz baş magistri Amun Karimi yanına çağırmış və cavanlaşdırıcı xüsusiyyətlərə malik olan və ona tonus verən meyvələrdən ibarət eliksir hazırlamaq göstərişini vermişdir. Amu... |
e7f3d8e3c77cd73e | Ateizm | Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam ol... |
7d4fe44770247baf | Ateizm | Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa baş... |
d1d7fdf3b960f77e | Ateizm | İlahi varlıqlara inanmamaq üçün empirik sübutların olmaması, şər problemi, ziddiyyətli dini mətnlər, saxtalaşdırıla bilən anlayışların rədd edilməsi, inancsızlıq arqumentləri irəli sürülür. Bəzi ateistlərin sekulyar fəlsəfəni mənimsəməsinə baxmayaraq, bütün ateistlərin riayət etdiyi bir ideologiya və ya davranış dəsti ... |
f751fc3a67f1f702 | Ateizm | Bununla yanaşı, digər tədqiqatçılar WIN/Gallup göstəriciləri ilə ehtiyatlı olmağı məsləhət görmüşlər. Çünki onilliklər ərzində eyni müşahidədən istifadə edən və daha böyük nümunə ölçüsünə malik olan digər tədqiqatlar ardıcıl olaraq aşağı göstəricilərə çatmışdır. Britan Yayım Korporasiyası (BBC) tərəfindən 2004-cü ildə ... |
963f3a429f83f2c9 | Ateizm | 2015-ci ildə Çin əhalisinin 61 %-nin ateist olduğu müəyyən edilmişdi. Avropa İttifaqında keçirilən 2010-cu il Avrobarometr sorğusuna əsasən, AB əhalisinin 20 %-i "hər hansı bir ruh, tanrı və ya "həyat gücünə" inanmır. Təyini və növləri Ateizmi necə ən yaxşı şəkildə təyin və təsnifləndirmək üzərində fikir ayrılıqları mö... |
8c94694d178d83e5 | Ateizm | Ateizmin təyin edilməsi ilə əlaqədar qeyri-müəyyənliklərin bir qismi, "tanrı" və "ilah" kəlmələrinin tərifi ilə bağlı yaşanan çətinliklərlə əlaqədardır. Tanrı və ilah anlayışlarının çoxluğu ateizmin tətbiqi ilə bağlı fərqli düşüncələrə gətirib çıxarır. Roma papası xristianları ilahiləşdirilmiş bütlərə ibadət etmədiklər... |
c2cbed9271c7e3ee | Ateizm | Ateizm bəzən hər hansı bir ilahi varlığın mövcud olduğuna dair sadə inamın olmaması ilə müəyyən edilmişdir. Bu geniş tərifə yeni doğulmuş və teokratik fikirlərə məruz qalmayan insanlar daxil edilir. Pol Anri Holbax deyirdi: "Hər uşaq ateist olaraq doğulur: onların tanrı haqqında fikirləri yoxdur." Eyni şəkildə, Corc Sm... |
fe92d7b251c5d239 | Ateizm | Bu uşağın tanrıya inanmaması onun ateist olması deməkdir." Örtülü ateizm "şüurlu şəkildə rədd edilmədən teist inancının olmaması" və açıq ateizm isə inancın şüurlu şəkildə rədd edilməsidir. Ernest Naqel Smitin ateizm təriflərinin ziddiyətli olduğunu hesab edir və göstərir ki, sadəcə açıq ateizm "doğru ateizm"dir və ört... |
c738d8b0f26a6f93 | Ateizm | Pozitiv və neqativ Antoni Fliu və Maykl Martin kimi filosoflar pozitiv (güclü) ateizm ilə neqativ (zəif) ateizmin bir-biri ilə ziddiyət təşkil etdiyini hesab edirlər. Pozitiv ateizm açıq şəkildə təsdiq edir ki, heç bir tanrı mövcud deyil. Neqativ ateizm isə daha çox qeyri-teizmin digər bütün formalarına daxildir. Bu tə... |
ba46a6e1b818c5e1 | Ateizm | Ateizmin bu demarkasiyası əsasında, ən çox aqnostiklər neqativ ateist hesab olunur. Misal olaraq, Martinin aqnostisizmin neqativ ateizmə yol açdığını iddia etməsinə baxmayaraq, bir çox aqnostik, öz əqidəsini ateizmdən fərqli görür. Onlar ateizmi teizmdən ya da eyni inanc bərabərliyi tələb edilməsindən daha haqlı olmadı... |
10b131ba7f0985b0 | Ateizm | Şotlandıyalı filosof Con Smart hətta müdafiə edir ki, "bəzən bir ateist özünü hətta ehtirasla, fəlsəfi spektizmin əsasında bizə riyaziyyat və formal məntiqin həqiqətləri xaricində, hər şeyi bilə bilərik deməyi qadağan edən, məntiqsiz bir aqnostiq olaraq təsvir edə bilər." Nəticədə, Riçard Dokinz kimi bəzi ateist müəlli... |
20fbe7f9bcd0e837 | Ateizm | Sem Heyrisin özünün yazdığı Xristian ümmətinə məktub kitabında deyirdi. Praqmatik ateizm Praqmatik ateizm dini inancları, tanrı və ya tanrılara olan inancı rədd etməyi lazım bilən bir görüşdür. Bu görüşə əsasən, bu cür fenomenlər praqmatik həyat üçün lazımsızdır. Bu düşüncə növü apateizm və praktiki ateizmlə əlaqəlidir... |
adb19049df220876 | Ateizm | İkinciyə müxtəlif formalar alan aqnostisizm deyilir. İmmanent fəlsəfəsində ilahilik insan zehni də daxil olmaqla dünyanın özündən ayrılmazdır və hər bir insanın şüuru subyektə kilidlidir. Aqnostisizmin bu formasına görə, perspektivdə bu cür məhdudiyyət tanrıya olan inancdan onun mövcudluğunun iddialarına hər hansı bir ... |
e43f2ad6b229a4f5 | Ateizm | Yum hesab edir ki, bu cür müşahidə edilə bilməyən metafizik anlayışlar "səfehlik və illüziya" olaraq rədd edilməlidir.İqnostisizm də daxil olmaqla ontoloji və epistemoloji olaraq təsnif edilən ateizmin arqumentlərinə görə, "tanrı" kimi əsas terminlər və "tanrı hər şeyə qadirdir" kimi ifadələr mənasız və ya aydın deyil.... |
1d989e9352a3ec78 | Ateizm | Nisbi ateizm idealist monizmlə əlaqələndirilir (panteizm, pananteizm, deizm)." Məntiqi arqumentlər Bəzi ateistlər hesab edir ki, xristianlıqdaki tanrı kimi müxtəlif tanrı anlayışları məntiqi ziddiyət təşkil edən keyfiyyətlərə sahibdir. Bu cür ateistlər tanrının varlığına qarşı onun mükəmməllik, yaradıcılıq statusu, dəy... |
eacb6ea1e163640a | Ateizm | Dinə qarşı reduksionist yanaşmalar Filosof Lüdviq Feyerbax və psixoanalist Ziqmund Freyd hesab edir ki, tanrı və digər dini inanclar insan uydurmaları olub müxtəlif psixoloji və emosional istəkləri və ya ehtiyacları qarşılamaq üçün yaradılmışdır. Bu, həmçinin, bir çox Buddistin də görüşüdür. Feyerbaxın çalışmalarından ... |
d605c08cca2886c7 | Ateizm | Artıq dövrümüzdə belə bəzi ateistlər tərəfindən "Yeni ateizm" adı altında bir hərəkat yaradıldı. "Yeni Ateizm" hərəkatının məqsədi xurafat, din və irrasionalizm kimi fikirlərin, xüsusilə dövlətdə, təhsildə, siyasətdə təsirinin hiss olunduğu hər dövrdə onlarla mübarizə aparmaq, tənqid etmək, yalanlarını ifşa etməkdən ir... |
8d4e200cfa76a637 | Ateizm | Caynizm kainatın əbədi olduğunu və yaradıcı bir tanrıya ehtiyacı olmadığını düşünür, halbuki, onlar zamanın və məkanın sərhədlərini aşan və İndradan daha güclü olan Tirtankaralara ibadət edirlər. Sekulyar buddizim tanrı inancını təbliğ etmir. Erkən buddizim ateistik idi, çünki Quatama Buddanın yolunda tanrıdan bəhs edi... |
44bfc7fbb42bc5d6 | Ateizm | "Lakin müqayisə çətindir, ateizm tanrının varlığını inkar edilə biləcək bir predikat olaraq hesab edir (tanrı mövcud deyil), halbuki, neqativ teologiya tanrının perdikatlarının inkarıdır." "Tanrı və ya ilahi olan" "o nə olandır" ilə əlaqəli keyfiyyətləri göstərmədən neqativ teologiyada pozitiv teologiyanın ilkin şərti ... |
b455c253b2a2da79 | Ateizm | Marks və Freyd bu arqumenti sərhədsiz xoşbəxtlik, tam inkişaf və azadlıq ideyalarını çatdırmaq üçün istifadə etmişdilər. Ateizmin ən çox yayılmış tənqidlərindən biri odur ki, tanrının inkarı ya əxlaqi realtvizmə yol açır və insanı əxlaqi və ya etik əsasdan kənar tutur, və ya onun həyatını mənasız edir və səfilləşdirir.... |
8fff2c16d3407dc6 | Ateizm | Din və əxlaq Dünyagörüşü və sosial davranışlarla əlaqəsi Sosioloq Fil Zakerman sekulyarlıq və qeyri-inanc mövzusundakı əvvəlki sosial-elmi araşdırmalarını təhlil edərək cəmiyyətin rifahının dinsizliklə müsbət şəkildə əlaqəli olduğu nəticəsini çıxartdı. O, təsbit etdi ki, kasıb və az inkişaf etmiş ölkələrdə (xüsusilə Af... |
fdd375c64738ea99 | Ateizm | Son illərdə müəyyən dini məzhəblər açıq şəkildə ateist ardıcılları topladılar, məsələn, ateistik və ya humanistik iudizm və xristian ateizmi.Pozitiv ateizmin ən ciddi anlayışı hər hansı bir tanrıya inamsızlığın xaricində hər hansı spesifik bir inanca yol vermir; ateistlər hər hansı bir sayda spiritual inanca sahib ola ... |
3fa2b104ef519b29 | Ateizm | "Cinayətkarlıq yanlışdır" kimi əxlaqi qanunlar ilahi qanun kimi anlaşılır və ilahi qanunverici və hakim tələb edir. Lakin bir çox ateist hesab edir ki, əxlaqı leqalistik şəkildə gözdən keçirmək səhv analogiyadır və qanunların qanunvericidən asılı olmadığı kimi, əxlaq da qanunvericidən asılı deyildir. Fridrix Nitsşe tei... |
1948585183c29e50 | Ateizm | Sem Heyris əxlaqi reseptin (etik qaydalar qəbulu) yalnız fəlsəfə tərəfindən araşdırılmalı olan bir mövzu olmadığını, bizim mənalı bir əxlaq elmini tətbiq edə biləcəyimiz ideyasını irəli sürür. Bunun kimi istənilən elmi sistemlər naturalistik xətalarda yer alan tənqidlərə cavab verməlidir.Suzan Neiman və Culian Baqqini ... |
2223c7d379042349 | Ateizm | Dinin tənqidi Bəzi görkəmli ateistlər — ən son Kristofer Hitçens, Daniel Dennet, Sem Heyris və Riçard Dokinz və Bertran Rassel, Robert İnqersol və Volter kimi mütəfəkkirlər və romançı Joze Saramaqo dini əməllər və doktrinaların zərərli tərəflərini əsas gətirərək dinləri tənqid edirlər. 19-cu əsr Alman siyasi nəzəriyyəç... |
bc7f721120ba44af | Ateizm | Lenin yazırdı ki, "hər dini ideya və hər tanrı ideyası ifadə olunmaz əclaflıqdır… ən təhlükəli növündən, ən iyrənc növündən olan "yoluxma"dır. Milyonlarla günah, çirkli işlər, zorakılıq aktları və infeksiyalı xəstəliklər… ən ağıllı ideoloji geyimlərlə bəzədilmiş Tanrının incə, mənəvi ideyasından daha az təhlükəlidir…"S... |
8490ffefd8a06049 | Ateizm | Bu iddialara cavab olaraq Sem Heyris və Riçard Dokinz kimi ateistlər deyir ki, Stalinin vəhşiliklərinə ateizm deyil, doqma marksizm zəmin yaratmışdı. Stalin və Mao ateist olduqları halda, öz əməllərini ateizm adına etməmişdilər. Etimologiyası Erkən qədim yunan dilində átheos (ἄθεος, ἀ-inkar prefiksi + θεός "tanrı") "ta... |
ed574240dd4f59fb | Ateizm | Daha sonra ἀσεβής (asebes) termini ortaya çıxdı və hansı ki, digər tanrılara inansalar belə, yerli tanrıları hörmətsiz şəkildə inkar edən insanları ifadə edirdi. Klassik mətnlərin müasir tərcümələri bəzən "átheos" sözünü "ateistik" kimi göstərir. Abstrakt isim olan "atheotes" (ateizm) termini də istifadə olunurdu. Sise... |
bd7a1b8946b801f1 | Ateizm | Heç kim arzulamazdı ki, özünü ateist olaraq adlandırsın." Ateizm ilk dəfə 18-ci əsrin sonlarında Avropaya məxsusi bir inancı təyin etmək üçün istifadə edildi, xüsusi ilə monoteistik İbrahimi tanrıya inamsızlığı ifadə edilirdi. 20-ci əsrdə terminin mənasının genişlənməsində və bütün növ tanrılara inamsızlığın mənasını q... |
94db134501e69b60 | Ateizm | Erkən hind dinləri Ateistik məktəblər erkən hind düşüncəsində rastlanılır və və tarixi Vedik dini zamanından mövcuddur. Hind fəlsəfəsinin altı ortodoks məktəbi arasında ən qədim fəlsəfi düşüncə məktəbi olan Sankhya tanrıyı qəbul etmir və həmçinin erkən Mimamsa da tanrı anlayışını rədd edir. Eramızdan əvvəl 6-cı əsrdə H... |
67200131c3d73566 | Ateizm | Bizim Hind materializmi haqqında biliklərimiz əsasən bunlara əsaslanır. Ateistik olaraq qəbul edilən digər hind fəlsəfələrinə Klassik Sankhya və Purva Mimansa daxildir. Şəxsləşdirilmiş yaradıcı tanrının rədd edilməsi Caynizm və Buddizmdə də rast gəlinir. Klassik antik dövr Qərb ateizminin kökləri Yunan fəlsəfəsinin Sok... |
8b61e86ce332f4a5 | Ateizm | Eramızdan əvvəl V əsrin sonlarında yunanıstanlı lirik şair Meloslu Diaqor Elevsin misteriyalarını lağa qoyduqdan sonra Afinada "tanrısız insan" (ἄθεος) olması ittihamı ilə ölüm cəzasına məhkum edilmişdi, ancaq cəzadan xilas olmaq üçün şəhərdən qaçmışdı. Daha sonra yazıçılar Diaqoru "ilk ateist" olaraq qeyd adlandırdıla... |
d7b614ac80bb42c0 | Ateizm | Protaqor bəzən ateist görüşlü bir filosof olaraq hesab edilsə də, o, daha çox aqnostik fikirləri müdafiə edir və qeyd edir ki, "tanrılarla əlaqəli olaraq mən onların mövcud olub olmadıqlarını və ya formada nəyə bənzədiklərini müəyyən edə bilmərəm, çünki bilgiyə bir çox şey məneə törədir: mövzunun "qaranlıq" olması və i... |
b5018c4fa799c0f7 | Ateizm | Euhemerus tanrıların keçmişin fəthçiləri və qurucuları olan yanlızca ilahiləşdirilmiş hökmdarlar olduğunu və onların məzhəbləri və dinləri mahiyyət etibarilə yox olmuş səltənətlərin və əvvəlki siyasi strukturların davamı olduğunu ifadə edən görüşlərini dərc etdi. Tam olaraq ateist olmasa da, Euhemerus "tanrıları məhv e... |
78f8ea397dfad55a | Ateizm | Onun əsərlərinin nisbətən böyük həcmi sonrakı filosoflara daim təsir göstərdi.Klassik antik dövr ərzində "ateist" sözünün mənası dəyişməyə məruz qaldı. Erkən xristianlar Yunan-Roma tanrılarının varlığına inanmadıqlarına görə "ateist" olaraq adlandırılıb təhqir edilirdilər. Roma İmperiyası dövründə xristianlar ümumən Ro... |
9c7c97f6b5095866 | Ateizm | Elm və fəlsəfədə irəliləyişlərlə yanaşı, ərəb və fars torpaqları açıqsözlü rasionalistlər və ateistlər yetişdirdilər, bu şəxslərin arasına daxil idi: Məhəmməd əl-Vərraq (9-cu əsr), İbn əl-Ravəndi (827–911), əl-Razi (854–925) və əl-Müərri (973–1058). Əl-Müərri yazır və öyrədirdi ki, "dinin özü qədim xalqın ixtira etdiyi... |
3bcd74af91e19dbd | Ateizm | Halbuki, bu dövrdə xristian tanrısının heterodoks anlayışlarının, təbiətin fərqli qavranılması, transsendenslik və tanrını tanımaq da daxil olmaqla inkişaf etdirən hərəkətlənmələr oldu. İohan Skot Eriqena, Dinantlı David, Benalı Amalrik və Azad Ruhun Qardaşları kimi individuallar və qruplar xristian görüşlərini panteis... |
aa419960b3e42d9f | Ateizm | Con Mayrkort və Otrekortlu Nikolas kimi Okamın ardıcılları bu görüşü daha da ilərilətdirdilər. İmanla ağıl arasındakı nəticə bölgüsü Con Uiklif, Yan Qus və Martin Lüter kimi sonrakı radikal və islahatçı teologlara təsir göstərdi.İntibah azad düşüncə və skeptik sorğulama sahəsinin genişləndirməsində böyük təsir göstərdi... |
35c050822aa399d6 | Ateizm | Bleiniyə görə, Barux Spinoza " müasir dövrdə xristian torpaqlarında özünü elan edən tanınmış ilk yarı-ateist idi." Spinoza təbiətin qanunlarının kainatın işləyişini izah etdiyinə inanırdı. O, 1661-ci ildə "Tanrı haqqında qısa traktat" adlı əsərini nəşr etdirmişdi.Müasir mənbələrə görə, 17–18-ci əsrlərdə xristianlığın t... |
d6403317b6ea050f | Ateizm | 18-ci əsrdə Pol Anri Holbax, Jak Andre Nejon kimi ateist mütəfəkkirlər və digər fransız materialistləri ortaya çıxdı. Bunlardan fərqli olaraq, Con Lokk tolerantlıq tərəfdarı olsa da, tanrının varlığının inkar edilməsinin ictimai nizamı pozacağına və xaosa səbəb olacağına inanaraq, hakimiyyəti ateizmə qarşı tolerantlıq ... |
18b121b4a9211144 | Ateizm | Fransa İnqilabının məqsədlərindən biri din xadimlərinin Vətəndaş Konstitusiyası vasitəsilə dövlətə münasibətdə yenidən qurulması və tabeliyi idi. Buna qarşı İtaətsizlik cəhdləri antiklerikal zorakılığına və Termidor çevrilişinə qədər davam edən bir çox klerikin Fransadan qovulmasına səbəb oldu. Radikal Yakobinlər 1793-... |
31de99378ab40c75 | Ateizm | Napoleon dövrü Fransa cəmiyyətinin sekulyarlığını daha da institusionallaşdırdı. XIX əsrin ikinci yarısında ateizm rasionalist və azaddüşüncəli filosofların təsiri ilə irəliləşdi. Bu dövrün bir çox görkəmli Alman filosofu Lüdviq Feyerbax, Artur Şopenhauer, Maks Ştirner, Karl Marks və Fridrix Nitsşe tanrıların varlığını... |
0d184bdb1235c5fb | Ateizm | Sovet İttifaqında ateistik və din əleyhinə siyasət çoxsaylı qanunvericilik aktlarını, məktəblərdə dini tədrisin qadağan edilməsini və Hərbçi Ateistlər Birliyinin yaranmasını ehtiva edirdi. Maodan sonra Çin Kommunist Partiyası ateist bir təşkilat olaraq qalır və materik Çində dini praktikasını tənzimləyir, amma qadağan ... |
acf62724cfcab50a | Ateizm | Məntiqi pozitivizm və ssientizm neopozitivizm, analitik fəlsəfə, strukturalizm və naturalizm üçün yol açdı. Neopozitivizm və analitik fəlsəfə klassik rasionalizmi və metafizikanı sərt empirizm və epistemoloji nominalizmin lehinə rədd etdi. Bertran Rassel kimi tərəfdarları tanrı inancını qəti şəkildə rədd etdi. Lüdviq V... |
c442b52eace650c7 | Ateizm | Con Findley və Con Smart tanrının varlığının məntiqi olaraq zəruri olmadığını müdafiə edirdilər. Con Dyui kimi təbiətşünaslar və materialist monistlər tanrının varlığını, və ya əbədiliyi inkar edərək, təbii dünyanı hər şeyin əsası hesab edirdilər. Digər inkişaflar Hindistanın görkəmli ateist lideri Periyar Ramasami kim... |
58f7a5d2d6176e35 | Ateizm | "Dindən Azadlıq Fondu" Anne Nikol Qeylor və qızı Anni Lori Eylor tərəfindən 1976-cı ildə ABŞ-də təsis edildi. Bu təşkilat kilsə ilə dövlətin ayrılmasını təşviq edir.Berlin divarının sökülməsindən bəri fəal anti-dini rejimlərin sayı xeyli dərəcədə azaldı. 2006-cı ildə Pew Tədqiqat Forumundan Timoti Şah qeyd edir ki, "bü... |
292c91c5af24e179 | Ateizm | Yalnız mormon və yəhudi dindarları ateistlər və aqnostiklərlə bərabər miqdarda xal topladılar.2012-ci ildə Virciniya ştatının Arlington şəhərində ilk "Sekulyarizmdə qadınlar" konfransı keçirildi. "Sekulyar Qadın" 2012-ci ildə dinsiz qadınlara yönəlmiş milli bir təşkilat olaraq quruldu. Ateist feminist hərəkat ateist hə... |
732a18d252f91422 | Ateizm | Hərəkat Sem Heyris, Deniel Dennett, Riçard Dokinz, Viktor Stinqer, Kristofer Hitçens və müəyyən dərəcədə Ayaan Hirsi Əli ilə əlaqələndirilir. Bu müəlliflərin 2004–2007-ci illər arasında nəşr olunan bestseller kitabları Yeni Ateizmin çox hissəsinin əsasını təşkil edir. Xüsusilə yeni ateistlər və Dokinz "saman adam cəfən... |
0ceeb143ab13151d | Ateizm | Dini etiqad sorğularında iştirak edən resbodentlər "ateizmi" fərqli şəkildə təyin edə bilərlər və ya ateizmi qeyri-dini inanclar və qeyri-teistik dini və spiritual inanclar arasında müxtəlif fərqlənmələr qoya bilərlər. Hindu ateist özünü Hindu elan edə bilər baxmayaraq ki, eyni zamanda ateistdir. Britannika Ensiklopedi... |
ea45883d75dccb25 | Ateizm | 2010 Eurobarometer Sorğusuna görə, "hər hansı bir ruhun, tanrının və ya həyat qüvvəsinin mövcud olduğuna inanmırsınız" ifadəsi ilə razılaşan respondentlərin faiz göstəricisi Fransa (40 %), Çexiya (37 %), İsveç (34 %), Hollandiya (30 %) və Estoniyada (29 %) yüksək idi; orta yüksək faiz göstəricisi qeydə alınan ölkələr: ... |
bd98e5ef6e620a56 | Ateizm | 2013-cü il siyahıyaalınmasında Yeni Zelandiyalıların 42 %-nin hər hansı bir dinə etiqad etmədiyi müəyyən olundu. Kişilər qadınlardan daha çox dinin olmadığını bildirirdilər. Amerika Birləşmiş Ştatları Dünya Dəyərləri Araşdırmasına görə, 2014-cü ildə amerikalıların 4,4 % -i özünü ateist olaraq tanıtdırdı. Ancaq eyni sor... |
76192a3f1defd7b4 | Ateizm | 2015-ci il Ümumi Sosioloji Araşdırmasına görə, ABŞ-dakı ateistlərin və aqnostiklərin sayı son 23 ildə nisbətən sabit qalmışdır, 1991-ci ildə nüfuzun yalnız 2 %-i ateist, 4 %-i isə aqnostik və 2014-cü ildə yalnız 3 %-i ateist, 5 %-i isə aqnostik olaraq müəyyən olunmuşdu. Dinlə əlaqəsiz/dini olmayan Amerikan Ailə Tədqiqa... |
f23386f9f29ea1c7 | Ateizm | Qahirə kimi bölgədəki böyük şəhərlərdə, avtoritar hökumətlərin müntəzəm basqınlarına baxmayaraq ateistlər kafelərdə və sosial mediada təşkilatlanırlar. "Gallup International" tərəfindən 2012-ci ildə edilən bir sorğuda müəyyən olundu ki, səudiyyəlilərin 5 %-i özlərini "etiqadlı ateist" olaraq hesab edir. Ancaq ərəb düny... |
34aca380e6af642d | Ateizm | Yeganə istisna 51 % göstəricisi ilə BƏƏ idi. Ateizm, rifah, təhsil Müxtəlif tədqiqatlar ateizm ilə təhsil səviyyələri, rifah və IQ arasında müsbət korrelyasiya olduğunu müəyyən etdi. Təkamülçü psixoloq Nigel Barberin sözlərinə görə, ateizm əhalinin əksəriyyətinin iqtisadi cəhətdən yaxşı olduğu bölgələrdə, xüsusən Avrop... |
7bdfad48111d976d | Ateizm | O, dinin axmaqlığa səbəb olduğuna şübhə edir və bəzi yüksək zəkalı insanların da dindar olduqlarını qeyd edir, lakin daha yüksək zəkanın ağlasığmaz dini inancların rədd edilməsi ilə əlaqəli olmasının inandırıcı olduğunu və zəka ilə dini inancların rəddi arasındakı vəziyyətin olduqca mürəkkəb olduğunu söyləyir. 2017-ci ... |
d1cbfbcdd72579c2 | Ateizm | Ateizmə münasibət Statistik məlumatlara görə, ateistlərə qarşı dünyada pis rəftar mövcuddur. Qeyri-ateistlər və bəlkə də digər ateistlər, ateistlərə kütləvi qətldən tutmuş restoranda pul verməməyə qədər olan əxlaqsız davranışlara meyilli kimi baxırlar. Bundan əlavə, 2016-cı il Pew Araşdırma Mərkəzinin bir nəşrinə görə,... |
168b3fa8aa6c9b58 | Ateizm | Bradlaugh, Charles, Annie Besant and others. (1884) The Atheistic Platform: 12 Lectures. London: Freethought Publishing. The atheistic platform, 12 lectures by C. Bradlaugh [and others]. Buckley, M.J. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.