passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
478a98fe31e26762
Ateizm
25 April 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09. Rosenberg, Alex (2011). The Atheist's Guide to Reality: Enjoying Life Without Illusions. New York: W. W. Norton & Co.
3b0e2f9a01b476d3
Ateizm
ISBN 978-0-393-08023-0 Rosenthal, M.-Yudin, P., Materyalist Felsefe Sözlüğü, Çev. Aziz Çalışlar, İst. 1975 Russell, Paul. Hume on Religion // Edward N. Zalta (redaktor ). Stanford Encyclopedia of Philosophy.
65b01352e364fa48
Ateizm
New York: Continuum. ISBN 978-0-8264-2493-8 Whitmarsh, Tim. (2015), Battling the Gods: Atheism in the Ancient World Zuckerman, Phil. Society without God: What the Least Religious Nations Can Tell Us About Contentment. NYU Press.
ec92ac62d7cf8db9
Ateizm
ISBN 978-0-313-35183-9. Xarici keçidlər The New Atheists in The Internet Encyclopedia of Philosophy, (ing.). Atheism – Təşkilatlara və veb saytlara bağlantılar daxildir. (ing.). Religion & Ethics—Atheism, bbc.co.uk.
b61d79dbc81d985e
Ateizm
(ing.). Secular Web library – Həm tarixi, həm də müasir yazıların kitabxanası, ateizmə dair sərbəst mövcud material üçün hərtərəfli internet mənbəyi. (ing.). Filosof Con Qrey ilə ateizmin növləri haqqında reportaj, (ing. ).
af23d71eb06ce906
Janr
Janr (fr. genre) — bədii yaradıcılığın tarixən formalaşmış həyatın müxtəlif cəhətlərini əks etdirməsi ilə əlaqədar ədəbiyyat və incəsənətdə müxtəlif janrlar yaradılmışdır. Ədəbiyyatda — hər ədəbi növ janra ayrılır. Məsələn, dastan, roman, povest, hekayə, komediya və s. Təsviri sənətdə isə — məsələn, batal, portret, mən...
7bcd299456a3ea87
Mirzə Kazım bəy
Mirzə Kazım bəy (22 iyun 1802, Rəşt – 27 noyabr (9 dekabr) 1870, Sankt-Peterburq) — Azərbaycan əsilli rus şərqşünas, tarixçi, türkşünas və filoloq. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babası. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü. Mirzə Kazım bəy İslam dininə aid əsər də yazmışdır. MİRZƏ KAZ...
3e49474c66b45d64
Mirzə Kazım bəy
Bir qədər sonra atası Dərbənd şəhərinə qazı təyin olunur və ailəsi ilə bu şəhərə köçür. Mirzə Kazım bəy müqəddəs İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənmək ilə yanaşı, həm də rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə "Ərəb dilinin qramatikası" adlı k...
d174dffd97979a0f
Mirzə Kazım bəy
MİRZƏ KAZIM BƏY TARİXÇİ KİMİ Mirzə Kazım bəy bir sıra tarixi mövzularda qələmə aldığı kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466–1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqınd...
fe28c09507058b8d
Mirzə Kazım bəy
Bunun əvəzində Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Mirzə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən, Mirzə Kazım bəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dil...
1ebf440748a8ee37
Mirzə Kazım bəy
1849-cu ildə Mirzə Kazım bəy Sankt-Peterburq Universitetində yenicə açılmış "Şərq dilləri" fakültəsinə dekan təyin göndərilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir. O, şərq mədəniyyətinin öyrənilməsinə maraq göstərən tələbələrin təcrübə ilə əlaqədar olaraq ekskursiyaylara göndərilməsinin təşkili...
daa65c5ca324b984
Mirzə Kazım bəy
Peterburq Universitetinin fəxri doktoru və dekan. Türkşünas və filoloq. Omsk şəhərində tatar dili müəllimi. Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü. Kazan universitetinin fakültə rəhbəri və burada ərəb-fars dili müəllimi. "Aleksandr Kazımbəy: Şərqdən doğan işıq"" (rus dilində), Aleksey Pilev. "Brokhaus və Efron e...
999e053eab8f6047
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Çiçəklərin quruluşu Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək ...
5d567ac86261cc30
Çiçək
Müdafiə — çiçəkyanlığı çiçəyin əsas hissələri olan erkəkcik və dişiciyi qoruyur. Mikro və meqasporların əmələ gəlməsi. Toxum və meyvələrin formalaşması. Çiçəkyanlığı Çiçəkdə ləçəklərdən ibarət parlaq rəngli tac diqqəti cəlb edir. Tacdan aşağıda yaşıl yarpaqcıqlardan ibarət kasacıq və ya çiçək yatağı yerləşir. Tac və ka...
52c388d0bfdc2061
Çiçək
Sadə çiçəkyanlığının yarpaqcıqları yaşıl rəngə boyanıbsa, belə çiçəkyanlığı sadə kasacıqşəkilli adlanır (çuğundur, çətənə, gicitkan). Əgər sadə çiçəkyanlığının yarpaqcıqları parlaq rənglidirsə, belə çiçəkyanlığı sadə tacşəkilli adlanır (inciçiçəyi, dağ laləsi). Qeyri-tam çiçəklər Cicəkyanlığı olmayan çiçəklər qeyri-tam...
731ce3983a98f5db
Çiçək
Ləçəklərin rəngi piqmentlərdən (antosian, antoxlor) və ya xromoplastların olmasından asılıdır. Sərbəst və bitişikləçəkli taclar ayırd edilir.çiçəklər həmçinin simmetrik (tacdan bir neçə simmetriya oxu keçirmək olarsa) və qeyri-simmetrik (tacdan heç bir simmetriya oxu keçirmək olmaz) olur. Çoxləçəkli çiçəklər anormal ço...
9d539e53c292e196
Çiçək
Dişicik-çiçəyin meyvə əmələ gətirən bir hissəsidir; yarpaq mənşəli olub meyvə yarpaqcıqlarından əmələ gəlir. Dişicik genişlənmiş hissədən yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından ibarətdir. Dişiciyin alt hissəsində yumurtalıq yerləşir; orada toxum əmələ gətirən yumurtacıq formalaşır. Yumurtalıqdan meyvə...
52a5b390f91856b0
Çiçək
Erkən yazdan başlayaraq payızın axırlarına qədər meşələrdə, tarlalarda, bağlarda və parklarda bitkilər çiçək açır. Fındıq və dəvədabanı bitkiləri hələ qar əriməmiş çiçəkləyir. Çiçəyin düsturu və diaqramı Çiçəyin quruluşunun şərti ifadəsi üçün düsturdan istifadə olunur. çiçəyin düsturunu tərtib etmək üçün aşağıdakı işar...
eeb66bb81da02582
Çiçək
Sadə çiçək qrupları: Sadə salxım — salxımın ümumi oxu üzərində saplaqlı tək-tək çiçəklər növbəli yerləşir (inciçiçəyi, kələm, meşəgilası); Sadə sünbül — ümumi oxun üzərində tək-tək saplağı olmayan çiçəklər növbə ilə yerləşir (bağayarpağı); Sadə qıça — sünbüldən fərqli olaraq yoğun lətli oxun üzərində tək-tək saplaqsız ...
20a3b182b347a5eb
Qayınana (film, 1978)
Qayınana — Rejissor Hüseyn Seyidzadənin filmi. Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət ...
53f3eb399f520340
Qayınana (film, 1978)
30 may 1981-ci il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 193–194; 220.
6aa0e019c9f95fba
Qayınana (film, 1978)
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. Xarici keçidlər Filmi izlə (az.) İzlə (rus.) Məşhur "Qayınana"mızla bağlı tarixi müəmma 40 ildir hökm edən "Qayınana"
c94b6e91a0c43ece
Gülüstan qalası (Şamaxı)
Gülüstan qalası – Azərbaycanın Şamaxı rayonu ərazisində yerləşən IX–XII əsrlərə aid qala. Qaladan əldə edilmiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə – XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. El əfsanələrindən birində bu qalanın Şam...
acc617ec6d5d9b1e
Gülüstan qalası (Şamaxı)
Arif Ərdəbili Gülüstan qalasını öyərkən onu da bildirir ki, "gözəllikdə onun tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilmişdir." Söz yox ki, bu qalanın tikintisində Şirvanşahların ən bəlli saray memarları, bənna və daşyonanları çalışmışlar. Gülüstan qalası adi müdafiə tikilisi deyildi. Şirvanşahlar...
6c26879e645a27f0
Gülüstan qalası (Şamaxı)
Qalanın dayanıqlığı və ağır mühasirələrə dözümü o çağın əsərlərində də öyülmüşdür. Dahi Azərbaycan şairi Xaqani Şirvaninin aşağıdakı misralarından da Şamaxının müdafiəsində Gülüstan qalasının oynadığı böyük rol hiss olunur: Dəfələrlə Şirvanşahların son sığınacağı olan bu əfsanəvi qala orta əsrlərdə Şirvan uğrunda gedən...
e25aee7f0432e328
Gülüstan qalası (Şamaxı)
Şamaxı yüzillərcə həm fiziki olaraq, həm də təhlükəsizlik anlamında bu dağ qalasına söykənmişdir. Gülüstan qalası Şamaxının başı üzərində qaldırdığı qalxana bənzəmişdir. Qala şimal-qərbdən cənub-şərqə doğru genişlənən və enişlənən dağın belində tikilmiş və onun mürəkkəb konfiqurasiyasına uyğun biçim almışdır. Qalanın ş...
b374ea092c662929
Gülüstan qalası (Şamaxı)
Qalaya qalxan dolama tək cığır bu yamacdadır. Beləliklə Gülüstan qalası üçün seçilən dağ təbii müdafiə üstünlükləri ilə yanaşı, şəhərlə əlaqə baxımından da çox əlverişlidir. Memarlıq xüsusiyyətləri Şiddətli dağıntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, ...
1cfef3c371ec7543
Gülüstan qalası (Şamaxı)
Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olmuşdur. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı. Ötən yüzildə səyyah Hacı Çələbinin təsvirinə görə Şamaxı Gülüstan qalasında "s...
865b767d34215921
Gülüstan qalası (Şamaxı)
İşqaladan qərbdə geniş və dərin hovuz tikilib ki, onun da yaxınlığında gəzint yeri var. Müxtəlif tikililər qalanın daxilini üç yerə bölür: alt, orta, üst (içqala)..." Bu dolğun təsviri qala ərazisində aparılmış arxeoloji qazıntılar da təsdiq edib.Qala içində olan tikinti qalıqlarından ən dəyərlisi indi içqalanın cənub-...
56cbe83e6c3e8f42
Gülüstan qalası (Şamaxı)
Gülüstan qalasının maraqlı tikililərindən biri yeraltı yoldur. Araşdırmaçıların fikrincə bu yeraltı yol gizli ehtiyat yoludur. Mühasirə zamanı isə əsas su kəməri kəsiləndə qala qoruqçuları onun pilləli yuneli ilə dərəyə enib Zoğalavay çayından su gətirə bilərdilər. Qalanın su kəməri onun qərbində ucalan Meysəri dağında...
97acc5bcf9f3931d
Arif Məlikov
Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019[…], Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (...
11034e772a105c22
Arif Məlikov
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və bale...
2ee91e1e0cec34b9
Arif Məlikov
Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 86 yaşında vəfat etmişdir. Məlikov ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunmuş və I Fəxri Xiyabanda dəfn olunmuşdur. Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 28 may 1965 "Şərəf nişanı" ordeni — 1971 "Azərbaycan SSR xalq artisti" fəxri adı...
72320aa2c6cc0e24
Arif Məlikov
Səkrəyin dastanı (film, 1990) Kamil (film, 1997) Tənha ruh (film, 1998) Tanrıya tapınan Kiş (film, 2001) Hacı Qara (film, 2002) Maestro (film, 2002) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Nəfəs alətləri (film, 2004) Oqtay Ağayev. Ötən günlər (film, 2004) Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəz...
b73987d62fc97b38
Instagram
Instagram (azərb. İnstaqram) — şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə. Kevin Sistrom və Mayk Kriger tərəfindən qurulan Amerikan foto və video paylaşma sosial şəbəkə xidməti. 2012-ci ilin aprel ayında Facebook Inc xidməti təqribən 1 milyard ABŞ dollarına nağd pul və səhm şəklində əldə etdi. Tətbiq istifadəç...
04a69a36d438304f
Instagram
İstifadəçilər fotoşəkilləri bəyənə və məzmunlarını şəxsi lentə əlavə etmək üçün digər istifadəçiləri izləyə bilərlər.Instagram əvvəlcə məzmunun yalnız o zamankı iPhone ekran eninə uyğun olması üçün 640 piksel ilə kvadrat (1:1) aspekt nisbətində çərçivəyə salınmasına icazə verməsi ilə fərqlənirdi. 2015-ci ildə bu məhdud...
04b64961df79a42e
Instagram
yüklənmişdir. İnstaqram təsirinə görə təriflənsə də, xüsusilə yeniyetmələrin psixi sağlamlığına mənfi təsir, siyasət və interfeys dəyişiklikləri, senzura iddiaları və istifadəçilər tərəfindən yüklənən qeyri-qanuni və ya düzgün olmayan məzmuna görə tənqid obyektinə çevrilib. 2021-ci ilin dekabrına olan məlumata görə, ən...
f0b4f28c995395c5
At
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. 7 müasir və 1 nəsli kəsilmiş növü var. Müasir növləri Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənl...
bd91c652ec10ab0f
At
Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir. Vəhşi atların tək dırnaqlı forması üst pliosen dövründə meydana gəlmiş və tədricən Asiya və Avropanın geniş düzənliklərin...
476a595059570826
At
Bu atları xüsusən bunların balalarını insanlar özlərinə ram etmiş, öyrətmiş və beləliklə vəhşi atları tədricən əhliləşdirmişdir. İbtidai-icma şəraitində yaşayan insanlar bu atlar vasitəsilə digər heyvanların ovuna çıxmış və sonralar onları tədricən minikdə və qoşquda istifadə etməyə başlamışdır. Güman edilir ki, əhlilə...
1d7c3885cb1c04dd
At
Burada da atçılıq qədim bir tarixə malikdir. Arxeoloji məlumatlar göstərir ki, Zaqafqaziyada maldarlıq Daş-tunc (eneolit) dövründən inkişaf etməyə başlamışdır. Xanlar şəhəri ətrafında aparılan qazıntılarda çoxlu miqdar ev heyvanlarının (qaramal, at, qoyun, keçi və donuz) lülə sümükləri tapılmışdır. Bu materiallar göstə...
7be70f2b5e76d9a3
At
Atın rəngi irsi əlamət olduğu üçün cinsi xüsusiyyətdir. Məs. Qarabağ cinsində ən çox təsadüf edilən xarakter rəng narıncı və qızılı kürən, qabardin və Vladimir atlarında isə kəhər rəngdir. Çarpazlaşdırma zamanı boz rəng çox zaman digər rənglər üzərində üstün gəlir. Tüklərin rəngi piqmentin az-çoxluğundan asılı atın iş ...
b5dec296fb9892b8
At
Minik atlarında örtük tükləri iş atlarına nisbətən nazik və seyrək olur. müdafiə tükləri boyun üzərində – yal, peysər nahiyəsində – saç, quyruq və buxovluq oynağı ətrafında yerləşən qalın tüklərdən ibarətdir. hiss tükləri . Göz, burun dəlikləri və dodaqların ətrafında yerləşən seyrək, qalın tüklərdən ibarətdir. Bunlar ...
6800150734a05a50
İnhisar
İnhisar və ya monopoliya (yun. μονο — tək; πωλέω — satıram) – müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi hal. Başqa sözlə inhisar, bazarda bir satıcının və çoxlu sayda alcının olduğu bazardır. Bu bazar rəqabətin və əvəzedici əmtəələrin yoxluğu, eləcə də yüksək mənfəət əldə etm...
9a6fdf2d7a1a318c
İnhisar
Məlum olduğu kimi, bazarın geniş miqyasda inhisarlaşması XIX–XX əsrlərin hüdudlarında (qovuşağında) baş vermişdir. Azad rəqabət İngiltərədə, klassik kapitalizm dövründə müəyyən qədər özünü göstərmişdir (XIX əsrdə). müasir dövrdə "azad rəqabətə" az hallarda (qiymətli kağızlar bazarında, kənd təsərrüfatı məhsulları bazar...
6870af7716dfd6d8
İnhisar
Sövdələşmə: istehsal ediləcək məhsulun miqdarı haqqında; əmtəələrin satış qiymətləri haqqında; xammal mənbələri haqqında; bazarları öz aralarında bölmək haqqında və s. üzrə olur. İnhisar bazarının xüsusiyyətləri İndi isə inhisar bazarının xüsusiyyətlərinə daha sistemli bir şəkildə nəzər yetirək: Yalnız bir satıcı vardı...
d0c8f920621c7bd1
İnhisar
Burada bir satıcı fəaliyyət göstərir, satış üçün nəzərdə tutulan əmtəələrin miqdarı və onun qiymətinə tam nəzarət edir. Başqa birisi buraya daxil ola bilməz. b) milli təsərrüfat səviyyəsində mütləq inhisar yaratmaq olar. Bu dövlətin yaxud onun bir təsərrüfat orqanının əlində olur (məsələn, xarici ticarət inhisarı və s....
da53157673f04e47
İnhisar
Bu inhisar növündə istehsal olunan əmtəənin əvəzləyicisi olmur. B) Açıq inhisar. Bu qanuni əsasda yaradılır. Inhisarın bu növü rəqabətdən qorunmaq üçün yaradılır. Bunlara aiddir: patent sistemi, müəlliflik hüququ, əmtəə nişanları. Süni inhisar Şərti süni adlandırılan bu inhisar yüksək mənfəət götürmək məqsədilə yaradıl...
4caef8fde579ff52
İnhisar
Kartel – bir sahənin bir neçə sənaye müəssisəsinin ittifaqıdır. Onun iştirakçıları istehsal vasitələri və məhsul üzərində mülkiyyətini saxlayır, yaradılmış məhsulu bazarda özü satır. Fəaliyyət kvota əsasında (istehsal olunan məhsulda hər kəsin payı, qiymət, satış bazarı haqqında razılaşma və s.) həyata keçirilir. Sindi...
2e8cd919d908b9fa
İnhisar
Bu ittifaqa sənayenin müxtəlif sahələri, ticarət, nəqliyyat və banklar daxil olur. Baş firma qalanlarının fəaliyyətinə maliyyə nəzarəti həyata keçirir. Müasir dövrdə konsernlər geniş miqyas almışdır. Konqlomerat – aralarında istehsal və digər funksional əlaqə olmayan bir çox firmaların iri bir inhisar birliyi tərəfində...
7af0be12b866cd9b
İnhisar
Beləliklə, oliqopoliya şəraitində bazar ya bir neçə istehsalçı arasında bölünmüşdür, yaxud da bazarın bir hissəsi iri firmaların əlindədir, qalan hissəsi isə çoxsaylı xırda istehsalçıların (inhisarçı rəqabətçilərin) ixtiyarındadır. Nə qədər az sayda istehsalçı bazarı öz aralarında bölürsə, orada inhisarçılıq güclüdür. ...
a3b50a52dd0d6c98
İnhisar
Biri iş görmək istədikdə başqalarının marağını da nəzərə almalıdır. Çünki, onun mənfəətinin miqdarı digər partnyorların müəyyən etdikləri istehsalın həcmindən və qiymətlərdən asılıdır. Məsələn, əgər oliqopolist firma çox az istehsal edirsə, onda məhsulun qiyməti yuxarı olacaq, əksinə çox istehsal edərsə qiymətlər sahən...
defb06e699ce81df
İnhisar
Gizli sövdələşmə isə risklidir, üstü açıla bilər. Qiymət ayrı-seçkiliyi Qiymət ayrıseçkilkiyi inhisarçıya daha çox mənfəət əldə etməyə imkan verən bir haldır. Belə ki, bu zaman satıcı məhsulu hər alıcıya müxtəlif qiymətə sata bilir. Başqa sözlə alıcı, inhisarçının mənfəətini yüksəltmək üçün hər alıcıya uyğun olaraq məh...
6b2a6e935dedf951
İnhisar
Bu səbəbdən Afrikada kitabın qiyməti 20 dollara, Avropada isə 150 dollara satışa çıxarılır. Bu nə qədər Avropalı alıcılar üçün ədalərsiz görünsə də müəllifin bu hərəkəti Afrikalı alıcıların cibinə uyğun olduğundan onlar kitab əldə edə bilir. Nəticə də qiymət ayrı-seçkiliyi iqtisadi səmərəni artırır. İnhisar müəssisəsin...
bcdbf160d594e33d
Balakən rayonu
Balakən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Balakən şəhəridir. Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş,...
f4cab432cb85a5df
Balakən rayonu
Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar. XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan t...
14424e8e23230aca
Balakən rayonu
Rusiyanın ilk hədəfi Balakən bölgəsi olur. Çünki bu yerlər rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda maneə, İran və Türkiyə üçün Rusiyaya qarşı mübarizədə mühüm strateji məntəqə idi. Balakənin tutulması Kürün üzərindəki Şəki, Gəncə və Şamaxıdan keçərək Bakı və Tiflisi birləşdirən yolun təhlükə...
67f5c9c031b4c877
Balakən rayonu
Bu zaman general-mayor Qulyakov böyük bir qüvvə ilə yerli əhalini cəzalandırmaq məqsədilə Balakənə yürüş edir. Qəsbkarlara qarşı qəhrəmancasına vuruşan yerli əhali rus qoşunlarını məğlubiyyətə uğradır, general Qulyakov isə döyüşdə öldürülür. Yalnız təsadüf Qulyakovun dəstəsindən olan qraf Benkendorfu (sonralar Rusiya j...
905f7d248054e2e6
Balakən rayonu
Bu bölgəni nəzarətdə saxlamaq üçün çarizmin apardığı tədbirlərdən biri də yerli əhalinin zorla xristianlaşdırması idi. XIX əsrdə çarizm bu yerlərdə bir neçə dəfə xristianlaşdırma siyasəti aparmağa cəhd etsə də, onların hamısına yerli müsəlmanlar üsyanla cavab verir. Balakənin mərkəzində xristian kilsəsinin bünövrəsinin...
1ef7f691f5eb524d
Balakən rayonu
Yerli əhalinin qəzəbindən qorxuya düşən çar məmurları kilsənin tikintisini dayandırırlar. (Həmçinin bax:Qallacov Abdulla) Rusların bu yerlərdə apardığı xristianlaşdırma siyasəti onların özlərinə Qafqazda dayaq hesab etdikləri ermənilərin bu bölgəyə axını üçün şərait yaradır. Bu diyarın iqtisadiyyatının tarmar edilməsin...
41b7a3ae69528b20
Balakən rayonu
Burada onların hər cür silahlara və partlayıcı maddələrə malik gizli millətçi komitəsi fəaliyyətə başlayır. Varlı ermənilər tərəfindən maliyyələşdirilən bu komitə bölgənin nüfuzlu adamlarına qarşı gizli terrorla məşğul olur. Əhalinin haqlı narazılığına səbəb olmuş müstəmləkəçilik siyasətinin amansızlığı bu yerlərdə qaç...
ba9aef1e328edf73
Balakən rayonu
Doğulduğu torpağın təşəbbüsünü çəkən ziyalılar pis niyyətli qüvvələrin qarşısını almaq üçün böyük sayıqlıq göstərirlər. Belə adamlardan biri də Qori seminariyasında dahi bəstəkar Ü.Hacıbəyovla birgə oxumuş, sonralar onunla qohum olmuş, Qabaqçöllü avar Həmzət bəy Xəlilov idi. O, Zaqafqaziya Seymi dağıldıqdan sonra başçı...
66365f9b1291a5d2
Balakən rayonu
Müharibədən sonrakı bərpa illərində Balakən rayonu keçmiş SSRİ kimi nəhəng bir dövlətin ərazisində yeganə rayon olmuşdur ki, eyni vaxtda 18 nəfər adam o dövrün ən yüksək dövlət təltifinə – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. XX əsrin 70–80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sü...
5a93af501733e366
Balakən rayonu
Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya uymadılar. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər. Coğrafi mövqeyi Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 km² sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası ...
188dd3f1bcbe6792
Balakən rayonu
Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən xarıbülbül adlı məşhur gül Balakən rayonunda bitir. Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrin...
57b2a8e2d0dedca1
Balakən rayonu
Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır. Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iql...
4bc6c9f13ae3a3c3
Balakən rayonu
Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 37 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir. İnzibati bölgü Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə 2013-cü ilə olan vəziyyətinə əsasən rayon inzibati cəhətdən 1 şəhər, 1 q...
03f6936f2f123baa
Balakən rayonu
Bu tarixədək mövcud olmuş (Qaracabinə və Qasbinə kəndlərini əhatə edən) Qasbinə bələdiyyəsi və (Çorçorbinə və Poştbinə kəndlərini əhatə edən) Poştbinə bələdiyyəsi 978-IVQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən ləğv edilmiş, Çorçorbinə və Poştbinə kəndləri Gərəkli bələdiyyəsinə, Qaracabinə və Qasbinə kəndlə...
40725f544082ec72
Balakən rayonu
Bunlardan sayca ən böyükləri azərbaycanlılar, qafqazdilli avarlar, ingiloylar və farsdilli qaraçılardır. Qafqazdilli avarlar (şəhərdə əhalinin 14%–i) Balakən şəhərində, Qabaqçöl qəsəbəsində, Solban, Meşəşambul, Cincartala, Beretbinə, Mazımçay, Roçəhməd, Cederovtala, Katex, Mahamalar, Sarıbulaq və Göyəmtala kəndlərində ...
6e7d6afb46a74603
Balakən rayonu
Laləzar Mustafayeva — aktrisa. Mustafa Mustafayev — texniki elmlər namizədi. Qeybulla Qeybullayev — professor. Qurban Əhmədov — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru. Rəbiyyət Aslanova — fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı. Rüfət Əhmədzadə — şair, "Kirp...
008d5e64155c2f97
Balakən rayonu
Rəsul Çunayev — idmançı, Dünya (2015) və Avropa (2008, 2010) çempionu, Dünya Kuboku (2015) və Avropa Oyunlarının (2015) qalibi. Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). İqtisadi xarakteristikası Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçi...
f3cbab2e97956a0e
Balakən rayonu
Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları vardır. Mədəniyyət, təhsil və səhiyyə müəssisələri Balakən rayonunda 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi, texniki-peşə və musiqi məktəbləri, 44 kitabxana...
29622d6853239014
Balakən rayonu
Ümumtəhsil məkətəblərində çalışan müəllimlərin 3 nəfəri Əməkdar müəllim, 3 nəfəri orden və medallarla təltif olumuş, 19 nəfəri ali kateqoriyalı müəllimdir. Məktəblərdən 18-i, məktəbəqədər uşaq tərbiyə müəssisələrindən 8-i bir tipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 36 məktəb beş günlük iş həftəsi i...
1c0d52e4693b9fca
Balakən rayonu
Fəaliyyətə başladığı vaxtdan 2007-cı ilə qədər liseyin 362 məzunu olmuş, onlardan 313 nəfəri ali məktəblərə qəbul olmuşlar. 34 nəfər fənn olimpiadalarının respublika turunun qalibi olmuş, 37 nəfər məzun liseyi fərqlənmə attestatı ilə bitirmiş və respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar. Ümumiyyətlə, r...
ba0a29189dc597ec
Balakən rayonu
Həmin müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, inkişaf etdirmək, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlarda təşkilatçılığı aşılamaqdır. Həmin müəssisədə 62 qrupda müxtəlif profilli dərnəklərə 992 məktəbli cəlb edilmişdir. 23 qrupu müəssisədə, 39-u ümumtəhsil məktəblərində fə...
bc0ce8222fffbcc2
Balakən rayonu
Qrupların 2-si şəhər, 9-u kənd məktəbində fəaliyyət göstərir. Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri respublika üzrə hər il keçirilən "Uşaq və yeniyetmələrin texniki yaradıcılıq müsabiqəsi"ndə fəal çıxış edirlər. Maddi-mədəni irsi Talalar kilsəsi — Talalar kəndi ərazisində qədim alban məbədi. Katex kilsəsi ...
b5fd2470fce9a352
Balakən rayonu
Sac üzərində bişirilən, günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, halva, cüttü, ət, şor, gicitkən, qabaq qutabları (yerli dialektdə xitəb adlanır), soğança, boş xəngəl balakənlilər tərəfindən ustal...
c6976949bb1f0379
Balakən rayonu
Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017 "Arxeoloqlar Balakəndə tariximizin yeni səhifələrini açır... — Strategiya.az". İstifadə tarixi: 7 iyul 2015. Xəbərin onlayn yayınlanma tarixi: 11:13 14 sentyabr 2012. Arxivləşdirilib. "Balakən-Zaqatala bölgəsinin qədim tarixi ab...
1b15c670a82cf07e
Balakən rayonu
Xəbərin onlayn yayınlanma tarixi: 09:37 21 fevral 2013. Arxivləşdirilib. "Şimal-qərbi Azərbaycan (Bölgənin tarixi-toponimlərin dili ilə) — Strategiya.az". Archived from the original on 2015-07-07. İstifadə tarixi: 7 iyul 2015.Xəbərin onlayn yayınlanma tarixi: 11:31 17 iyul 2013.. Azərbaycanın əhalisi (statistik büllete...
9f2c054364aac807
Balakən rayonu
Bakı — 2015, 134 səhifə. Azərbaycanın əhalisi (statistik bülleten). Müəllifi: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Buraxılışa məsul şəxs: Rza Allahverdiyev. Bakı — 2016, 132 səhifə. Qallacov Abdulla Xarici keçidlər Azərbaycan rayonları Arxivləşdirilib 2012-10-12 at the Wayback Machine Balakən mənzərəl...
7046a6d071189f5c
Şimali Kipr Türk Respublikası
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq ...
361eade8ee9a4b4b
Şimali Kipr Türk Respublikası
Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3...
01e4826701f41fe5
Şimali Kipr Türk Respublikası
Adanın cənub sahilində Aetokremnos, qərb sahilində isə Akamas bölgələrində aparılan arxeoloji qazıntılar zamanı burada yaşayan ovçu icmalarından ibarət ilk insanların neolit dövründə məskunlaşdığı məlum olmuşdur. Mədəni inkişaf və ticarət səbəbilə çiçəklənən iqtisadiyyat bir tərəfdən Kipr üçün sərfəli olsa da, adanın k...
18cb23aa5d4b1f3e
Şimali Kipr Türk Respublikası
Hal-hazırda Şimali Kiprdə Türkiyə Silahlı Qüvvələrinə məxsus əsgərlərinin yerləşdirilməsi bu münaqişə həlli yolunu daha da ləngidir. Mövcudluğu Şimali Kipr hökuməti tərəfindən dəstəklənsə də, Kipr Respublikası da daxil olmaqla bütövlükdə Avropa Birliyi və beynəlxalq ictimaiyyət tərəfindən işğal olaraq qiymətləndirilir ...
a0ca629c47307b42
Şimali Kipr Türk Respublikası
Tətbiq olunan embarqolarla əlaqədər olaraq iqtisadiyyat baxımından Türkiyədən asılı hala gəlmişdir. Rəsmi dil türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur. Əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardan ibarətdir. Şimali Kipr dünyəvi dövlətdir və bütün din nümayəndəçilərinə azadl...
46969d7d6878f474
Şimali Kipr Türk Respublikası
Eramızdan əvvəl Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir. Adanın cənub sahilində Aetokremnos, qərb sahilində isə Akamas bölgələrində aparılan arxeoloji qazıntılar zamanı burada yaşayan ovçu icmalarından ibarət ilk insanların neolit dövründə məskunlaşdığı məlum olmuşdur. Bəş...
5502c74ea2fef5f7
Şimali Kipr Türk Respublikası
Keçmişdə sülhün hakim olduğu Kipr adası, e.ə. 3000-ci illərdə mis yataqlarının kəşfi və o dövrdə hazırlanan bir çox alətlər üçün misin istifadə edilməsi ilə adaya yaxın bölgələrdən Misir, Suriya və Fələstindən insanlar köçərək məskunlaşmışdır. Mislə birlikdə adanın təbii sərvəti Aralıq dənizi bölgəsində yaşayan insanla...
6ca40f2df8285a6c
Şimali Kipr Türk Respublikası
Lakin, bu əlifba bir çox araşdırmalara baxmayaraq açıqlana bilməmişdir. Mədəni inkişaf və sürətlə artan ticarət səbəbilə çiçəklənən iqtisadiyyat Kipr üçün sərfəli olsa da, adanın kifayət qədər qorunmaması, sərvətindən istifadə etmək istəyən güclü qonşuları özünə cəlb etmişdir. Son tunc dövründə Misir fironu III Tutmos ...
4f8c6711cdea593c
Şimali Kipr Türk Respublikası
Xet mənbələrində Kipr Alaşiya adı ilə verilmişdir. Xüsusilə Karpaz yarımadasındakı Nitoviklada məskunlaşan xetlər, hakimiyyətləri dövründə mis ehtiyaclarını buradan qarşılamış, həmçinin buranı sürgün adası olaraq istifadə etmişlər. Əmisi III Hattuşili tərəfindən taxtdan endirilən III Murşili Uhri-Teşup da daha sonradan...
77caa3aba39df574
Şimali Kipr Türk Respublikası
Həm Misir, həm də xet hakimiyyəti dövründə Kiprin əhəmiyyətli bir ticarət məskəninə çevrilməsi səbəbilə, əsasən də Dori istilasından sonra Egey və Anadoludan bir çox millətlər Kiprə köçərək müstəmləkələr qurmuşdur.Beləliklə, ada sivilizasiya mərkəzlərindən birinə çevrilmişdir. Yeni gələnlər öz dillərini yaymış və ticar...
1283bd1624f00726
Şimali Kipr Türk Respublikası
1150–1050-ci illər arasında baş verən zəlzələlər adanın bir çox məskunlaşma mərkəzlərinin dağılmasına səbəb olmuş və adanın tarixi müəyyən dərəcədə qaranlıq bir dövrə qədəm qoymuşdur. Anadoludan gələn semit mənşəli finikiyalılar, adanın cənub-şərq sahillərində məskunlaşaraq burada koloniyalar qurmuş və bütün adaya haki...
6cf746456315201f
Şimali Kipr Türk Respublikası
Bu krallıqlar daha çox Egey və Aralıq dənizi mənşəli koloniyalardan ibarət olmuşdur. Bu səbəbdən Kipr yunanları, adada ellinizm göstəricilərinin bu dövrdə formalaşdığını və daha sonralar enozis hərəkatı altında adanın bir hissəsinin Yunanıstan ilə birləşməli olduğunu bildirmişlər.Kiprdə Misir hakimiyyəti, II Amasisin ö...
69ed2701391b5f1c
Şimali Kipr Türk Respublikası
333-cü ildə Makedoniyalı İsgəndərin İss vuruşmasında farsları məğlub etməsi ilə bu bölgədə farsların hegemonluğuna son qoyulmuşdur. E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra isə varisləri ada üzərində müharibə başlatmış və Kipr krallıqlarının qısa müddətli muxtar idarəçiliyi bu dövrdə başa çatmışdır. Make...
e1f196b05e303b18
Şimali Kipr Türk Respublikası
Ptolemeylər dövründə, e.ə. 320-ci ildə Qüdsün alınmasından sonra yəhudilər Kiprə göndərilmişdir. Yəhudilər isə uzun müddət bu adada misgərlik ilə məşğul olmuşdur. Roma İmperiyası dövrü Kipr Roma İmperiyası tərəfindən fəth edildikdən sonra, ada Anadoludakı Kilikiya əyalətinin bir hissəsi olaraq idarə edilmiş və böyük na...
001349c4e4154b02
Şimali Kipr Türk Respublikası
Bu dövrdə ada dörd bölgəyə – Amatus, Lapafus, Pafos və Salaminə bölünmüşdür. İdarəetmə mərkəzi Pafos, ticarət mərkəzi isə Salamin olmuşdur. E.ə. 15-ci ildə Pafos şəhəri dağıldıqdan sonra sahilə təxminən 17 km məsafədə Avqusta adı altında yeni şəhər salınmışdır. İmperator Avqust, Pafosda yer alan Afrodisias məbədi əsası...
63c4e09ba399fccf
Şimali Kipr Türk Respublikası
Marium, Qolqoy, Amafus, Tamassos və Soli şəhərlərində böyük mədən mərkəzləri qurulmuşdur. Roma dövründə adada sülh təmin edilmiş, mədənçilik, sənaye və ticarət inkişaf etdirilmiş, əldə edilən gəlirin bir hissəsi Kiprlilərə firavanlıq təmin edərkən digər hissəsi də eyni zamanda Roma xəzinəsinə köçürülmüşdür. Bundan əlav...
5c1f1d9564d06441
Şimali Kipr Türk Respublikası
İki missioner, imperatorun tolerantlığı ilə xristianlığı bütün Kiprə yaymaq üçün çalışmış və yalnız xalqı deyil, həm də bir çox Roma hökmdarlarını bu dinə inandırmağı bacarmışlar. Paulus, Roma İmperiyasında xristianlığı qəbul edən ilk roma əsilli qubernator olmuşdur. Buna görə də Kipr, Roma İmperiyasında xristian tərəf...
23a7b720a6cb97b5
Şimali Kipr Türk Respublikası
Belə olduqda Kipr də Bizans İmperiyasının payına düşmüşdür. Roma dövründə inkişaf edən digər maraqlı bir hadisə isə 70-ci ildə Qüds dağıdıldıqdan sonra çox sayda yəhudinin Kiprə gəlməsi olmuşdur. 115-ci ildə Kirenada başlayan Yəhudi üsyanı tezliklə Misir və bütün Kiprə yayılmışdır. Artemionun rəhbərlik etdiyi yəhudilər...
bbe2b140ae0a880c
Şimali Kipr Türk Respublikası
Bizans İmperiyası dövrü Bizans İmperiyasının bir hissəsi olan Kipr, 800 il boyunca Finikiya, Fələstin, Suriya və Kilikiya əyalətlərinə bağlı olaraq bizanslılar tərəfindən idarə edilmişdir. Bizans dövründə Kipr, səliblərin yürüşlərinə qədər sakit bir dövr keçirmişdir. Bizans rəhbərliyi ictimai quruluşu qanunlarla öz anl...
95e918b7bffeed7d
Şimali Kipr Türk Respublikası
Mərkəzi idarəetmə sisteminə əsaslı olaraq dövlət məmurları birbaşa imperatora bağlı idilər. Xalqa belə bir qanunlar qoyulsa da, zəngin torpaq sahibləri və tacirlər ilə bağlı qanunlar qüvvəyə minmədi və köhnə dövrlərdən bəri imtiyazları qorunub saxlandı. Bu dövrdə kilsə və ruhanilərlə əlaqəli əhəmiyyətli inkişaflar baş ...