passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
fb234c895a81c832 | Şimali Kipr Türk Respublikası | Bizans dövründə Kipr adası ərəb dövlətlərinin də diqqətini çəkmiş və 632–964-cü illər arasında Kipr dörd dəfə mühasirəyə alınmışdır. Osman ibn Əffanın dövründə Dəməşq qubernatoru Muaviyə ibn Əbu Sufyan Əməvilər sülaləsini qurmuş və müsəlmanların 5-ci xəlifəsi olmuşdur. 1700 gəmidən ibarət donanması ilə 649-cu ildə Kipr... |
92e516ec3c1ccd82 | Şimali Kipr Türk Respublikası | 688-ci ildə xəlifə Əbdülməlik bin Mərvan, imperator II Yustinian ilə müqavilə imzalayaraq və Kiprdən alınan verginin iki dövlət arasında paylanmasına razı olmuşdur. Lakin verginin bölüşdürülməsində problem yaşandıqda, Bizans və Ərəb müsəlmanları arasında müharibə baş verdi. Daha sonra, Əməvilər dövləti qurulduqdan sonr... |
c23d6f293227ccb5 | Şimali Kipr Türk Respublikası | 965-ci ildə II Nikiforos Kofanın dövründə Kipr yenidən Bizans hakimiyyəti altına girdi. Bizans İmperiyasının siyasi və hərbi zəifləməsi torpaq itkisinə səbəb oldu və bu Kiprə də təsir etdi. XII əsrdə Bizans İmperatorunun qardaşı oğlu Tarsus qubernatoru İsaak Komnin, ermənilərlə müharibədə əsir götürülmüş və sərbəst bur... |
2a4f5a76a548e4fd | Şimali Kipr Türk Respublikası | Üçüncü Səlib yürüşünə rəhbərlik edən ingilis kralı I Riçard, adada 7 il zalım və cani kimi məşhur olan İsaak Komninin hakimiyyətinə son vermişdir. Osmanlı İmperiyası dövrü Osmanlı İmperiyasının Kipr adasına olan marağı Rodos, Krit və Misiri ələ keçirdikdən sonra başladı. İmperiya Aralıq dənizində genişlənmiş və Kipr Os... |
b58a1517f0acefc3 | Şimali Kipr Türk Respublikası | 1489-cu ildə, venesiyalılar adanı ilhaq etdikdə, Osmanlı donanması Karpaz yarımadasına hücum edərək, çoxlu qənimət və əsir götürmüşdür. Yavuz Sultan Səlim 1517-ci ildə Misiri fəth etdikdən sonra, Kipr yenidən Osmanlı İmperiyası üçün gündəmə gəlmiş və venesiyalıların Kipr üçün məmlüklərə ödədikləri 8000 dukat vergisinin... |
c6c06820f817ab8f | Şimali Kipr Türk Respublikası | 1539-cu ildə Osmanlılar Kipr, Limassola hücum edərək şəhəri yerləbir etmişdir. Osmanlılara qarşı riyakar siyasət yürüdən və quldurlarla birlikdə hərəkət edən venesiyalıların Kipri Aralıq dənizindəki pirat bazasına çevirməsi Osmanlıları Kipri ələ keçirməyə təhrik etdi. II Səlimin dövründə Misirdən ona göndərilən hədiyyə... |
029d67b110038c80 | Şimali Kipr Türk Respublikası | Osmanlılar 1570-ci ildə venesiyalılara kipri geri qaytarmağı təklif etmişdir. Lakin venesiyalılar bu təklifi rədd etdikdə, Osmanlılar adaya basqınlara başlamışdır. Lələ Qara Mustafa Paşanın komandanlığı altında, atlı və piyada olmaqla ümumilikdə 60.000 nəfərdən ibarət olan Osmanlı ordusu, 1570-ci il iyulun 2-də Limasol... |
ae81c5d836486946 | Şimali Kipr Türk Respublikası | Osmanlı İmperiyası, bu köməyi, daha sonralar ada sakinlərinə müəyyən dərəcədə azadlıq hüquqları verərək mükafatlandırmışdır. Kiriniyadan sonra digər şəhərləri ələ keçirmək üçün hərəkətə keçən Osmanlı ordusu, Famaqustada müqavimətlə qarşılaşmış, 1570-ci ilin sentyabrında başlayan müqavimət, 4 avqust 1571-də Famaqusta qa... |
6980bb6b6f53561a | Şimali Kipr Türk Respublikası | Osmanlı hökmranlığından sonra adada yaşayan latınların əksəriyyəti ya ekspedisiya əsnasında öldürülmüş ya da adanı tərk etmişlər. Şəhər mərkəzlərində ümumilikdə 76 kənd və bir çox tarlalar boşaldıldı. Daha sonra, Anadolu türkləri boşaldılan ərazilərə gətirildi. 1572-ci ildə başlayan Osmanlı köçürmə siyasəti 1689-cu ild... |
58728a8f450a8449 | Şimali Kipr Türk Respublikası | Bu gün, ikiyə ayrılan Kipr quruluşu içərisində bu abidələrin bir hissəsi Şimali Kipr, digər bir hissəsi isə Cənubi Kiprdə qalmışdır. Osmanlı dövrünə aid abidələr Şimali Kiprin Lefkoşa, Kiriniya, Lapta ve Lefka, Cənubi Kiprin isə Nikosiya, Larnaka, Limasol və Pafos şəhərlərində yer alır. Şimali Kiprdəki əsərlərə Bayrakt... |
4e6f1a234c6f606b | Şimali Kipr Türk Respublikası | Ada Osmanlı mülkiyyəti olaraq qalsa da, idarəetmə tamamilə İngiltərənin əlinə keçmişdir. Ada "komissar" adlandırılan yüksək vəzifəli məmurlarla idarə olunmuşdur. 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsində, Osmanlı İmperiyası Almaniya ilə birlikdə İngiltərəyə qarşı müharibəyə başladıqdan sonra İngiltərə adanı ilh... |
40a978231d182063 | Şimali Kipr Türk Respublikası | 1931-ci ilin oktyabrında enozis hərəkatı əsasında yunanlar burada ingilis rəhbərliyinə qarşı qiyam qaldırdı. Belə olduqda, İngiltərə idarəetmə siyasəti daha da sərtləşdi. Yunan və türk tarixinin tədrisi, iki ölkənin bayraqlarının istifadəsi və milli qəhrəmanlarının nümayişi qadağan edildi. Daha sonradan, türk icması en... |
5c29769efa7dc6a1 | Şimali Kipr Türk Respublikası | 1954-cü ildə Yunanıstan, Kipr üçün millətlərin öz müqəddəratını təyin etmə hüquqlarını həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatına müraciət etdi. Türkiyənin də qarşı çıxdığı bu müraciət, daha sonradan Birləşmiş Millətlər Təşkilatı tərəfindən rədd edilmişdir. 1 aprel 1955-ci ildə adada EOKA fəaliyyətə keçdi.... |
2187383da1fe8e1a | Şimali Kipr Türk Respublikası | 15 noyabr 1957-ci ildə Türk Müqavimət Təşkilatı quruldu. 1958-ci ildə gündəmə gələn MacMillan planına əsasən Kipr, Millətlər Birliyinin üzvü olmuşdur. Müasir dövr 1960-cı ildə qurulan Kipr Respublikasında, cəmiyyət qurumlarında 70% yunanlar və 30% türklər təmsil haqqına sahib olmuşdur, lakin Kipr Respublikasının prezid... |
838d3b4736d5d727 | Şimali Kipr Türk Respublikası | Kipr türklərinin bu dəyişikliyə qarşı çıxması ilə birlikdə 21 dekabr 1963-cü ildə Kipr türkləri ilə Kipr yunanları arasında icmalararası qarşıdurmalar baş tutdu. Bu qarşıdurmalarda Kipr türklərinin hökumətdəki təmsilçiliyi sona çatmış, bir çox yerlərdə türklərə qarşı soyqırımlar baş vermiş oldu. Təxminən 25.000 Kipr tü... |
3e3d98bc0d398aa7 | Şimali Kipr Türk Respublikası | Yunan ordusunun 15.000 əsgəri adada qeyri-rəsmi olaraq yerləşdirildi. Yunanıstan və Türkiyənin baş nazirləri arasında türklərə qarşı davam edən haqsızlıqları dayandırmaq üçün yığıncaq təşkil edildi və Türkiyə Ordusunun müdaxilə edəcəyi açıqlandı. Türkiyə Böyük Millət Məclisi hökumətin Kiprə müdaxilə etməsinə icazə verd... |
1de1613b61929a7a | Şimali Kipr Türk Respublikası | Lakin ABŞ-nin vasitəçiliyi ilə Yunanıstan ordusunu geri çəkdi və Türkiyənin həyata keçirdiyi hərbi əməliyyat dayandırıldı. Yunanıstan qoşunları üç türk kəndindən geri çəkildi. Daha sonra, 1964-cü ildə Rauf Denktaş gizli şəkildə Kiprə getdi. Bir müddət sonra yunanlar tərəfindən həbs olunan Denktaş, Türkiyə və ABŞ-nin et... |
cae9ee9fc1a1176d | Şimali Kipr Türk Respublikası | 15 iyul 1974-cü ildə hərbi xunta Kipr Milli Qvardiya Birliyinə, Kipr prezidentini istefaya göndərməyi və adanın yunan zabitləri tərəfindən idarə edilməsini əmr etdi. Həmin gün Lefkoşada yerləşən Prezident Sarayı Kipr Milli Qvardiya Birliyi tərəfindən basılmış və II Makarios istefaya göndərilmişdir. Daha sonra Nikos Sam... |
b7db7827ab3f2e90 | Şimali Kipr Türk Respublikası | Türk qoşunları adaya endikdən qısa müddət sonra adanın böyük şəhərlərindən biri olan Kiriniyaya daxil oldular və qısa müddət sonra Lefkoşaya doğru hərəkət etməyə başladılar. Lakin, qısa müddət sonra atəşkəs elan olundu və əməliyyat yarımçıq qaldı. Müvəqqəti atəşkəs elan olunsa da, yunan qoşunlarının bu atəşkəs qaydalar... |
ff04c526ab61a8fa | Şimali Kipr Türk Respublikası | Şimalda yaşayan 170.000 Kipr yunanı ərazidən köçürüldü və qısa müddət sonra 50.000 Kipr türkü və daha sonra Türkiyəyə gələn immiqrantların çoxu buraya yerləşdirildi. Kipr əməliyyatından sonra 1976-cı ildə Kipr Türk Federal Dövləti quruldu. 15 noyabr 1983-cü ildə Kipr Türk Federasiya Dövlət Şurası, öz müqəddəratını təyi... |
1e25200f2c546454 | Şimali Kipr Türk Respublikası | Təhlükəsizlik Şurası 18 noyabrda çıxardığı bir qərarla ölkənin müstəqillik qərarını qınadı. 13 may 1984-cü il tarixində isə Təhlükəsizlik Şurası 550 saylı qərarı ilə Şimali Kipr Türk Respublikasının separatçı bir hərəkat olduğunu elan etdi. Kipr münaqişəsi dünya gündəminə gəldiyindən bəri, Birləşmiş Millətlər Təşkilatı... |
55f01bfab88afe38 | Şimali Kipr Türk Respublikası | Adanın üçdə birini təşkil edən Şimali Kipr, 3.355 kvadrat kilometr əraziyə sahibdir. Şimali Kipr ətrafındaki ölkələrdən Türkiyəyə 70 km, Suriyaya 110 km, Misirə 370 km, Yunanistanın Krit adasına 550 km məsafədə yerləşir. Biomüxtəliflik İqtisadiyyat İnfrastruktur Şimali Kipr Türk Cümhuriyyətinin təhsil sistemi ümumiyyət... |
b48b8001f07d70f5 | Şimali Kipr Türk Respublikası | 5 yaşa qədər məktəbəqədər təhsil əsas təhsilə daxil olsa da, məcburi deyil. [88] İcbari əsas təhsildən sonra orta təhsil dövrü gəlir. Bu müddət məcburi deyil və müddəti dəyişə bilər. Ali məktəb, lisey kollec, peşə liseyi, elm liseyi və praktiki incəsənət məktəbində təhsil üç ildir. Gözəl sənətlər liseyi, Anadolu liseyi... |
986c92d97885f935 | Şimali Kipr Türk Respublikası | [88] Orta təhsildən sonra ali təhsil dövrü gəlir. Bu dövrdə önlisans, bakalavr, magistratura və doktorantura təhsili verilir. Orta təhsili 18 və ya 19 yaşında bitirmiş tələbələr isteğe bağlı olaraq ali təhsili davam etdirə bilərlər. [88] 2017–2018-ci tədris ilinə ölkədə ibtidai və orta məktəb səviyyəsində təhsil səviyy... |
f4fa19ed43f3c582 | Şimali Kipr Türk Respublikası | İlçələr, dövlətin ən yüksək inzibati vahididir. Bu ilçələr isə ümumilikdə on iki bucağa bölünmüşdür. Hər bir ilçə, milli hökumətin yerli təmsilçisi olan bələdiyyə başçısı tərəfindən idarə olunur. Bələdiyyə başçısı mərkəzi hökumət ilə əlaqə saxlayır və bölgədəki fəaliyyətləri mərkəzi hökumətə bildirir. İlçələr Türkiyə D... |
dd391062e5a2e0cf | Şimali Kipr Türk Respublikası | Parlament seçkilərində ilçələr seçim statusuna sahibdir və millət vəkilləri ilçə bazasında seçilir, lakin bu sistemin regionalizmə səbəb olduğu və mənfi təsir göstərdiyi tənqid olunaraq və dəyişdirilməsi təklif edilmişdir. Gözəlyurd və İskələ ilçələri 1998-ci ildə qurulmuşdur. Bu tarixdən əvvəl Gözəlyurd Lefkoşa ilçəsi... |
fa4df5da1dec1d01 | Şimali Kipr Türk Respublikası | Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin əhalisi 2014-cü ilə olan məlumata görə 313.000 nəfərdir. [80] Müxtəlif mənbələr Şimali Kipr Türk Cümhuriyyətinin müsəlman əhalisinin 98,71%-dən 99%-ə qədər olduğunu göstərir. [83][84] Əhalinin 0,5%-nin pravoslav xristian, 0,2%-nin maronit xristian, qalanlarının isə başqa dini ina... |
1aeac3d104973cd4 | Şimali Kipr Türk Respublikası | Dini İşlər İdarəsi müsəlmanların dini ehtiyaclarını ödəməyə çalışır. Dini xidmət göstərən kadrların bir qismi Türkiyədən gətirilir. Şimali Kipr Türk Respublikasında ələvi azlıq var. [85] Onun əhalisinin çox az hissəsini təşkil edən pravoslav yunanlar və katolik maronitlər də var. Kipr türkləri müsəlman dünyasının ən dü... |
65befd48cc1ccc2d | Şimali Kipr Türk Respublikası | [86] 2006-cı ildə Dünya Dəyərləri Anketi adlı dünya səviyyəsində aparılan bir araşdırmaya görə, Kipr türklərinin 75%-i Allahın həyatlarında çox vacib olduğunu bildirib. Kipr yunanları arasında bu nisbət 91% təşkil edib. Məscid və kilsə kimi ibadət yerlərinə ziyarətlər də Kipr türkləri arasında yaygın deyil və Kipr Ruml... |
1bffd77fdc2a8610 | Şimali Kipr Türk Respublikası | Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyədə fəaliyyət göstərən çoxlu Kipr türk sənətçiləri var. Önə çıxanlar bunlardır: Cemaliye Gülten Kıyıcı, Ali İrfan Peksoylu, Kamran Əziz, Rüya Taner, Ziynet Sali, Işın Karaca, Babutsa, Koray Çapanoğlu, Cyprus Music Travels, Grup SOS, Fikri Karayel, Buray Hoşsöz. Kinematoqrafiya Kip... |
046466bbe97dc1dd | Operativ yaddaş qurğusu | Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri öz... |
611371a8b0ef51f9 | Operativ yaddaş qurğusu | Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri xarici yaddaş qurğularında saxlamaq tələb olunur. Kompüterin operativ yaddaşı Kompüterin operativ yaddaşının həcmindən asılı olaraq müəyyən etmək olar ki, bu kompüterdə hansı proqra... |
ec2c229b682a06cc | Operativ yaddaş qurğusu | Digər sadalanan sistemlərdə isə proqramların iş sürəti böyük olmayacaq. 8 Mbayt – Windows 3.1 və Windows for Work Groups sistemlərindən rahat istifadə etmək mümkün olacaq. Digər yeni sistemlərdə isə burada iş məsləhət bilinmir. 16 Mbayt – ən yeni Windows 95 və OS/2 sistemlərində rahat iş tə’min edilir. 32 Mbayt və daha... |
30b5bfcdfa48e86d | Operativ yaddaş qurğusu | Bu tip yaddaşın səciyyəvi xüsusiyyəti onun yüksək oxunma-yazılma sürətinə malik olmasıdır. Statik yaddaşın sürətini məhdudlaşdıran amil onu təşkil edən aktiv elementlərin (tranzistorlatrın) bir dayanıqlı vəziyyətdən digərinə keçmə sürətidir. Statik yaddaşda bir baytı təşkil edən elektron elementlərin sayının nisbətən ç... |
0b45ed01b1c7110b | Operativ yaddaş qurğusu | Bu zaman dolmuş kondensatorlar məntiqi "1"-i, boş kondensatorlar isə məntiqi "0"-ı ifadə etmiş olacaqlar. Təbii ki, dinamik yaddaşda informasiyanın daim saxlanması üçün xüsusi mexanizm- bərpa (Refresh) mexanizmi nəzərdə tutulmalıdır. Bu mexanizmin funksiyası yaddaşın periodik olaraq oxunub yenidən yazılmasından (bərpas... |
f408e901294caee6 | Operativ yaddaş qurğusu | Kontrollerin bu mərhələlərə ayırdığı zaman parçalarına yaddaşın tayminqi deylilir. Yaddaşın fiziki strukturu müəyyən sayda sətir və sütünlardan ibarətdir. Hər belə "massiv" Səhifə, səhifələr toplusu isə Bank adlanır. Yaddaşa müraciət zamanı kontroller bankın, həmin bankda səhifənin, sətir və sütunun nömrəsini göstərməl... |
f85bf340f0cbe03d | Operativ yaddaş qurğusu | Bu parametri kiçik olan yaddaş daha sürətlə işləyir. Lakin, bu ədədin daha kiçik qoyulması yaddaşın etibarlı bərpasını şübhə altına salır. Məsələn, CAS Latency 2, məlumatların Read əmrindən yalnız iki taktdan sonra alına biləcəyini göstərir. RAS Precharge (RP). Bu RAS# siqnalının təkrar verilməsi üçün perioddur. Bu per... |
5b55060ec6a16c02 | Operativ yaddaş qurğusu | Ancaq, bəzən tayminqi ardıcıllığına görə deyil, onun "əhəmiyyətinə" görə göstərirlər- CL-RCD-RP. SDRAM Idle Timer (və ya SDRAM Idle Cycle Limit) səhifənin açıq olması zamanı takt sayını göstərir. Bundan sonra səhifə məcburi olaraq, ya digər səhifəyə müraciət etmək üçün, ya da yenilənmə (refresh) üçün bağlanır. Burst Le... |
277ee483925dd434 | Operativ yaddaş qurğusu | Ancaq yüksək maliyyə və alternatif modellər səbəbiylə standartlaşmamışdır. DDR: Double Data Rate DDR SDRAM, SDRAM-ın transfer sürətini iki dəfə artırmışdır. 184 pin DIMM, 200 pin SO-DIMM və 172 pin Micro-DIMM paketləri istifadə olunur. Bu RAM-larla bərabər fərqli bir adlandırma da istifadə olunmuşdur (DDR400, 200 MHz s... |
1189ce9b7d9f3b85 | Operativ yaddaş qurğusu | DDR2 SDRAM-ların 4 sürət adlandırılması mövcuddur (saat sürəti, DDR I/O sürəti, DDR sürət adlandırılması, Pc sürət adlandırılması). Məlumatların giriş-çıxış sürəti DDR2-nin iki qatı qədər artırılmışdır. DDR2-də olduğu kimi DDR3 DIMM modulu da əvvəlkilərlə uyğunluq təşkil etmir. İnkişaf sadəcə sürətlə bağlı deyildir, da... |
59cc46de4955cf9f | Operativ yaddaş qurğusu | R.Q. ƏLƏKBƏROV, AMEA İnformasiya Texnologiyaları M.A.Camalbəyov, R.Ə.Fərəməzov.IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh. R.MAHMUDZADƏ, İ.SADIQOV, N.İSAYEVA. "İnformatika – 6. Ümumtəhsil məktəbləri üçün dərslik" Bakı, “Bakınəşr”... |
eec0d414943dcf7d | Əbdürrəhman Vəzirov | Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı – 10 yanvar 2022, Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri. Əbdürrəhma... |
60102bd4f3b3bf46 | Əbdürrəhman Vəzirov | Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur. 1954-cü ilin yanvar ayında o, Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsinin (LKGİ MK) təbliğat üzrə... |
95084ecd714521ac | Əbdürrəhman Vəzirov | 1979–1985-ci illərdə SSRİ-nin Nepaldakı səfiri olub. 1985-ci ildə Mixail Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi, lakin diplomatik işi daha üstün tutan Vəzirov o vaxt bu təklifdən imtina etdi. Buna səbəb kimi Azərbaycanda mövcud olan klan-korrupsiya sistemi və yerlibazlıq şəraitində iş... |
15c01a58e676b70c | Əbdürrəhman Vəzirov | Azərbaycan KP MK Birinci Katibi Ə. Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuşdur. Vəzirov özü 12 il xaricdə işlədikdən sonra Azərbaycana qayıdanda bu müddət ərzində respublikada Kommunist Partiyasının nüfuzunun necə ciddi sarsıldığını,... |
d802ce35526b6e1b | Əbdürrəhman Vəzirov | Bundan başqa Vəzirov əvvəlki illərdə Azərbaycana rəhbərlik etmiş H. Əliyevin dövründə baş vermiş korrupsiya hallarının ifşa edilməsi üçün kampaniya başlatmışdı, lakin Qarabağdakı kəskin münaqişə fonunda Vəzirovun erməni separatizminə qarşı deyil, H. Əliyevə qarşı mübarizə aparması xalqda Vəzirova qarşı kəskin etiraz fo... |
f928e3af74d5c6f4 | Əbdürrəhman Vəzirov | Bu qarşıdurmalara Xankəndi talanları və Gəncə hadisələri aid idi. Bundan başqa, 18 iyul 1988-ci ildə SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti idarəetməsini Bakının nəzarətindən çıxararaq Arkadi Volskinin rəhbərlik etdiyi xüsusi komitəyə verdi, Ə. Vəzirov isə bunun qarşısını almaqda da heç bir fəaliyyət göstərmədi... |
adba07ccc3edc59b | Əbdürrəhman Vəzirov | Vəzirov həmçinin 20 yanvarda Sovet ordusunun Bakıya yeridilməsindən xəbərsiz olduğunu iddia edir və bu hadisənin baş verməsində ilk növbədə Xalq Cəbhəsini günahlandırır. 1989-cu ilin payız aylarında Azərbaycanda Sovet hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları böyüməyə başladı. 1990-cı ilin yanvar ayında isə vəziyyə... |
196468da893d632c | Əbdürrəhman Vəzirov | Vəzirova qarşı Xalq Cəbhəsi hakimiyyəti dövründə cinayət işi qaldırılmadı. Onun respublikaya gəlib-getməsinə təminat verilmişdi və o da bundan yararlanaraq bir neçə dəfə Azərbaycana gəlmişdi. Lakin sonrakı illərdə Azərbaycanda onun haqqında cinayət işi qaldırıldı. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 14 fevral 1992... |
cff812c44ecad648 | Əbdürrəhman Vəzirov | 2007-ci ildə Əbdürrəhman Vəzirovun prezident İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi İlham Əliyevə müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini yazmışdır. Lakin ertəsi gün o, bu xəbərin doğruluğunu təkzib etmiş və bunu özünə qar... |
53652d14b8cfa751 | Əbdürrəhman Vəzirov | Atası Xəlil Vəzirov Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır. Anası Tovuz Vəzirova isə Füzuli rayonunun (keçmiş Karyagin) KP birinci katibinin bacısı idi. Anası tərəfdən babası Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında... |
88ec6b873edd6d6e | Əbdürrəhman Vəzirov | Ə. Vəzirov milliyətcə rus olan İrina adlı qadınla evli olub. Onların Eldar adında bir oğlu, Aliyə və Xəlil adlarında iki nəvəsi var. Xarici keçidlər Azərbaycanın sabiq rəhbəri Vəzirov 22 il sonra – FOTOLAR Ayaz Mütəllibov: "Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi" — MÜSAHİBƏ Əbdürrəhman Vəzirovun trilo... |
d08e8d22ec2561dd | Onurğa beyni | Onurğa beyni – lat. medulla spinalis (yun. μύελος) çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər uzvdür; onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək lat. conus medullaris adını daşıyır. Ümumi məlumat Onurğa beyni aşağı sinif ... |
ba8942d83f62e68d | Onurğa beyni | teleostei) başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda (lat. anura) və məməlilərdə (lat. mammalia) onun kaudal ucu nazik sap şəklini alır, belə ki, onurğa kanalının kaudalhissəsini bel və oma sinirlərinin kökləri tutur; bunlar at quyruğu adlanan törəməni təşkil edir. Onurğa beyni ilə onurğa kanalının uzu... |
e0c386e2d0a7099e | Onurğa beyni | chelonia), quşlarda və məməlilərdə inkişaf edir. ayaqsız amfibi və kərtənkələlərdə, ilanlarda onurğa beyninin qalınlaşmaları olmur. Dəyirmiağızlarda (lat. cyclostomata) onurğa beyninin ağ maddəsi mielinsiz liflərdən təşkil olunur. Qanqlioz hüceyrələr tədricən onurğa beyninin mərkəzi kanalı ətrafındatoplaşmağa başlayır ... |
24eae98c2ba96259 | Onurğa beyni | Onurğa beynində sinir hüceyrələri çıxıntılarının miqdarı artdıqca mərkəzi kanalın divarları qalınlaşır, onun mənfəzi xüsusilə dorzal hissədə daralır. Məməlilərdə onurğa beyni əsas bir xüsusiyyətə malikdir; aşağı sinifdən yuxarı sinfə qalxdıqca, beyinin çəpgən hissəsinin tədricən artması ilə əlaqədar olaraq, ön və yan p... |
3729c90739018271 | Onurğa beyni | qadınlarda isə 43 sm olur. Onurğa beyninin uzunluğu onurğanın uzunluğuna olan nisbəti daimi deyildir; orta hesabla onurğanın uzunluğunun onurğa beyninin uzunluğuna olan nisbəti 100:64 olan nisbəti kimidir. Onurğa beyninin sagital ölçüsü frontal ölçüsündən kiçikdir. Həcmi 33 sm³ və en kəsiyinin səthi orta hesabla 63 mm²... |
e29286f60495511b | Onurğa beyni | O, onurğa kanalını tamamilə tutmamışdır; əgər onurğa beyninin en kəsiyinin səthi 63 mm² təşkil edirsə, onurğa kanalının en kəsiyinin səthi 254 mm²-ə bərabərdir; beləliklə onurğa kanalında onurğa beyninin tutduğu yerdən başqa artıq sahə qalır; buranı onurğa beyni qişaları, damarlar və beyin-onurğa beyin mayesi tutur. bu... |
c08f8412654a6b5f | Onurğa beyni | Topoqrafiya cəhətcə onurğa beyni üç hissəyə bölünür: boyun hissə – lat. pars cervicalis, döş hissə – lat. pars thoracica, və bel hissə – lat. pars lumbalis. Bunların qalınlığı eyni deyildir; boyun və bel hissədə qalınlaşmalar vardır: Boyun qalınlaşması – lat. intumescentia cervicalis – II boyun fəqərəsi ilə II döş fəqə... |
b8e5d7d4c6cbc78d | Onurğa beyni | Bel qalınlaşması – lat. intumenscentia lumbalis – IX–X döş fəqərəsi ilə I ya II bel fəqərələri arasında olur.Bu qalınlaşmaların əmələ gəlməsi, onurğa beyninin ətrafında gedən sinirlərə müvafiq seqmentlərində sinir hüceyrələrinin çoxluğu ilə izah olunur. Onurğa beyni iki maddədən təşkil olunmuşdur: xaricdən ağ maddə – l... |
ffe7112e4a09f293 | Onurğa beyni | fissura meniana anterior və arxadakı dal orta şırım – lat. fissura mediana posterior adlanır. Ön yarıq dal şırıma nisbətən dərindir. Bunlar onurğa beynini iki simmetrik hissəyə bölür. Ön orta yarığa və dal orta şırıma paralel olaraq onurğa beyninin yan sahələrilə digər iki şırım da gedir; bunlardan qabaqdakına ön yan ş... |
42d302925c4ff304 | Onurğa beyni | dal yan şırım öndəkindən daha zəif gözə çarpır. Qey olunan şırımların vasitəsilə onurğa beyninin hər yarısının ağ maddəsi üç ciyəyə bölünür: ön, yan və dal ciyələr; bunlardan ön ciyə – lat. funiculus anterior ön orta yarıqla ön yan şırım arasında, yan ciyə – lat. funiculus lateralis ön yan şırımla dal yan şırım arasınd... |
e69a050d290aaefa | Onurğa beyni | faciculus cuneatus, içəridəkinə isə nazik dəstə – lat. fasciculus gracilis deyilir. Onurğa beyninin yuxarı hissəsində bu dəstələrdə daha artıq gözə çarpır. Onurğa beyninin ön yan şırımında ventral (ön) kök – lat. radix ventralis (anterior – BNA), dal yan şırımından isə – arxa ya dal kök – lat. radix dorsalis (posterior... |
2c4dee3b58b00990 | Onurğa beyni | Arxa köklər əslində onurğa beyninə daxil olur və onurğa beyni qanqlionlarının yalançı unipolyar hüceyrələrinin neyritlərindən əmələ gəlmişdir. Ventral və arxa köklər fəqərəarası dəliklərə doğru gedir; burada arxa kök qalınlaşma onurğa beyni qanqlionunu – lat. ganglion spinale (intervertebrale – BNA) təşkil etdikdən son... |
087080f1281bf25e | Onurğa beyni | n. coccygeus adlanır. Onurğa beyninin aşağı ucu – lat. conus medullaris uc sap – lat. filum terminale deyilən törəməyə keçir. Uc sap onurğa beyni konusundan başlayaraq II büzdüm fəqərəsinin sümüküstlüyünə çatır və burada tamam olur. Bunun yuxarı hissəsi sərt qişa kisəsi daxilində, aşağı hissəsi isə xaricində yerləşir. ... |
ef4fdf71e7aba806 | Onurğa beyni | Onun aşağı hissəsi (lat. filum durae matris spinalis) onurğa beyni qişalarının ardını təşkil edir, uzunluğu 8 sm-ə çatır və aşağıda II büzdüm fəqərəsinə bitişir. Onurğa beyni qişaları Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa beyninin sərt qişası – lat.... |
6d946bafc0437ca7 | Onurğa beyni | Onurğa beyninin sərt qişası – lat. dura mater spinalis sərt birləşdirici toxumadan təşkil olunmuş uzun və geniş bir kisə şəklindədir; Hörümçək torunabənzər qişa Hörümçək torunabənzər qişa – lat. arachnoidea spinalis damarsız nazik birləşdirici toxuma qişadır; Yumşaq qişa Yumşaq qişa – lat. pia mater bir-birilə çarpazla... |
07d0c5f4d64b194c | Onurğa beyni | columna grisea anterior və dal boz sütun – lat. columna grisea posterior. Onurğa beyninin sağ yarısında olan boz maddə sol yarısındakı boz maddə ilə atma – mərkəzi ara maddə – lat. substantia intermedia (grisea – BNA) centralis vasitəsilə birləşmişdir; bunun mərkəzində sinir borusu mənfəzinin qalığı hesab olunan mərkəz... |
a28f7366f96973c5 | Onurğa beyni | commissura grisea posterior (BNA) deyilir. Onurğa beyninin mərkəzi kanalı yuxarıda IV mədəciklə birləşir, aşağı ucu isə uc sapın yarısınadək çatır və büzdüm siniri kıklərinin başlandığı yerdə bir genişlik təşkil edir: bina uc mədəcik – lat. ventriculus terminalis (Krausi) deyilir; bu mədəciyin ön-arxa ölçüsü 0,8–1,0 mm... |
5d43dc56d223f349 | Onurğa beyni | cornu anterius və dal boz sütununun en kəsiyinə dal buynuz ß lat. cornu posterius deyilir. Dal buynuz ön buynuzdan uzun və nazikdir. Onurğa beyninin orta hissəsində VIII boyun, I–XII döş və I–III bel seqmentləri səviyyəsində mərkəzi ara maddə yanlara doğru çıxaraq yan ara maddəni – lat. substantia intermedia lateralis ... |
6d04833f119e9632 | Onurğa beyni | cornu laterale deyilir. Burada olan sinir hüceyrələri yığıntısı simpatik sinir sisteminin mərkəzini təşkil edir və lat. nucleus intermediolateralis adlanır. boyun nahiyəsində ön və dal, döş nahiyəsində dal və yan buynuzlar arasında ağ maddə daxilində nazik boz maddə atmaları yerləşmişdir; bunlar bir-birilə çarpazlaşara... |
baffb2d22685bace | Onurğa beyni | Dal buynuz nisbətən kiçik hüceyrələrdən təşkil olunmuşdur; bu hüceyrələr dal kökləri təşkil edən aksonlala rabitədə olur. Dal buynuzun öndən arxaya doğru düzülmüş əsası (kökü) – lat. radix cornus (cilumnae – BNA) posterioris, boynu – lat. cervix cornus posterioris, başı – lat. caput cornus posterioris və tamamilə dalda... |
67334db4d3b1d06d | Onurğa beyni | substantia gelatinosa (Rolandi) ilə örtülmüşdür. bu maddə daxilində bir sıra kiçık sinir hüceyrələri vardır; bunlar öz çıxıntıları vasitəsilə onurğa beyninin müxtəlif seqmentlərini bir-birilə birləşdirir. Jelatinəbənzər maddə arxa tərəfdən süngəri məntəqə – lat. zona spongiosa adlanan qliya toru ilə əhatə olunmuşdur. B... |
c47d5cf40ca10469 | Onurğa beyni | Dal buynuzun əsasının içəri tərəfində VIII boyun və II bel seqmentləri arasında bir qrup böyük sinir hüceyrələri yerləşmişdir; bunlara döş nüvəsi – lat. nucleus thoracicus (n. dorsalis Clarkii-Stillingi – BNA) deyilir. dal buynuzun mərkəzində olan sinir hüceyrələri onun öz xüsusi nüvəsini – lat. nucleus proprius conus ... |
6e14da61481fcff0 | Onurğa beyni | nucleus intermediolateralis adlanaraq simpatik sistemin onurğa beyni mərkəzini təşkil edir. Həmin hüceyrələrin aksonları onurğa beynindən VIII boyun, bütün döş və üç yuxarı bel sinirlərinin ön kökləri tərkibində xaric olur. Ara-bayır nüvədən başqa bir də ara-içəri nüvə – lat. nucleus intermediomedialis vardır. beləlikl... |
203dc6554babf41f | Onurğa beyni | Bu dəstələr onurğa beyninin özündən başlayaraq orada da tamam olur; ağ maddədə yerləşdiklərinə baxmayaraq onurğa beyninin seqmentar aparatına daxildir. bu aparata bir də dal buynuzların hüdudi məntəqəsi (lat. zona terminalis) aiddir. Ağ maddə onurğa beyninin xarici səthində olan boylama ön-yan və dal-yan şırımlar vasit... |
38ae5f811c537c6f | Onurğa beyni | commissura alba vasitəsilə birləşmişdir; bu bitişmə ön ciyə liflərinin orta xətdə çarpazlaşması nəticəsində əmələ gəlmiş və özü də ön boz bitişməyə ön tərəfdən söykənmişdir. Arxa kökləri təşkil edən liflər onurğa beyninə daxil olub dal buynuzun içəri tərəfində dar bir sahə tutur; bu sahəyə köklərin daxil olan məntəqəsi... |
2eb33856aa62bfed | Onurğa beyni | Nəhayət, içəriyə doğru gedən arxa kök lifləri onurğa beyninin dal ciyələrini təşkil edir. Onurğa beyninin ciyələri aparıcı yollardan ibarətdir. Aparıcı yollar Ön ciyədə olan aparıcı yollar Ön piramid yol ya ön qabıq-onurğa beyni yolu – lat. tractus pyramidalis s. corticospinalis anterior Örtük-onurğa beyni yolu dəhliz-... |
0b23f8231c25bbf4 | Onurğa beyni | tracus pyramidalis s. corticospinalis lateralis qırmızı nüvə – onurğa beyni (Monakov) yolu – lat. tracus rubrospinalis (Monakowi)Qalxan yollar: Ön onurğa beyni-beyincik (Qovers) yolu – lat. tracus spinocerebellarlis anterior (Gowersi) Dal onurğa beyni-beyincik (Fleksiq) yolu – lat. tracus spinocerebellaris posterior (F... |
8fc7bb3a3f85356e | Onurğa beyni | fascisulus lateralis proprius (Flechsigi) Dal ciyədə olan aparıcı yollar Nazik (Qoll) dəstə – lat. fasciculus gracilis (Golli) pazabənzər (Burdax) dəstə – lat. fasciculus cuneatus (Burdachi) Vaskulyarizasiyası Onurğa beyni onurğa boyu bir çox mənbələrdən (lat. a. vertebralis, a. cervicalis profunda və seqmentar arteriy... |
c5d4e98128878619 | Onurğa beyni | Bunu qidalandıran əsas magistral arterial şaxələrə ön onurğa beyni arteriyaları – lat. aa. spinales anteriores, dal onurğa beyni arteriyaları – lat. aa. spinales posteriores ön və dal kök arteriyaları – lat. aa. radiculares anteriores et posteriores aiddir. |
19cdeb464694fb4a | Onurğa beyni | lat. Aa.spinales anteriores lat. Aa.spinales anteriores cüt olub onurğa arteriyalarından başlayır; yaxın məsafədə bir-birilə birləşərək arterial yol – lat. tractus arteriosus anterior təşkil edir. bu arterial yol ön orta yarıqla aşağıya doğru gedir. lat. Aa. |
62273963219928af | Onurğa beyni | spinales posteriores lat. Aa. spinales posteriores onurğa arteriyalarından (onların kəllə boşluğuna daxil olan yerlərindən) başlayaraq cüt arterial yol (lat. tractus arteriosus posterior) şəklində onurğa beyninin dal səthi ilə – dal köklərin çıxan cizgiləri ilə aşağıya doğru gedir. Ön və dal arterial yollar onurğa beyn... |
8d0909da66688597 | Onurğa beyni | Rami spinales onurğa və dərin boyun arteriyalardan, seqmentar arteriyaların dal şaxələrindən (lat. rr. posteriores) başlayaraq fəqərəarası dəliklərdən onurğa kanalına daxil olur və orada onurğa kanalının divarını, onurğa beyni qişalarını və onurğa beyninin özünü qidalandırır. lat. Rami spinales lat. Rami spinales ventr... |
bf764eef16ded9df | Onurğa beyni | radiculares anterior et posterior deyilən şaxəciklər verir. bunlar ventral və arxa kökləri müşayiət edərək, yuxarıda təsvir olunan arterial yollara çatdıqdan sonra qalxan və enən şaxələr, arterial yollara anastomoz şaxələr verir. Kök arteriyalarının qalxan və enən şaxələri onurğa boyu bir birilə anastomozlaşaraq arteri... |
14e69817ea5f0aa3 | Onurğa beyni | Bəzi məlumata görə (B. V. Oqnev, İ. D. Lev) onurğa beyni kütləsinə daxil olan şaxəciklər bir-birilə zəngin surətdə anastomozlaşır; deməli orada olan damarlar uc arteriyalar qismində deyildir. Onurğa beyni sinirlərinin ön və dal kökləri yuxarıda qeyd olunan ön və dal kök arteriyalarından (lat. aa. radiculares anteriores... |
5b02945948115b8a | Onurğa beyni | Onurğa beynindən limfa yuxarıda qeyd olunan perivaskulyar (damarətrafı) limfa sahələrinə toplanır və buradan hörümçək torunabənzər sahəyə axır. İnkişaf və anomaliyaları Onurğa beyninin inkişafı Onurğa beyni sinir borusunun kaudal hissəsindən inkişaf edir. İlk dəfə sinir borusunun divarları eyni qalınlıqda olur. bir qəd... |
2aa6eb12ba2bfeed | Onurğa beyni | Sinir borusunun yan divarları qalınlaşdığı üçün, onun mənfəzi daralır, sanki yanladan basılmış olur; bu mənfəzin qalığından onurğa beyninin mərkəzi kanalı (lat. canalis centralis) əmələ gəlir. Sinir borusunun kaudal ucu zəif inkişaf edir və konus şəklini alır; buna lat. conus medullaris deyilir. Beyin borusunun divarla... |
7bdc9e114b3ab0ee | Onurğa beyni | Bəzi müəlliflər güman edirlər ki, sonralar da sinir hüceyrələri əmələ gəlir. Embrional həyatın dırdüncü həftəsinin axırında sinir borusunun mənfəzi ətrafında bir qisim hüceyrələr də diferensasiya edir; bunlara ependim hüceyrələri deyilir. Bu hüceyrələr silindr şəklində olub mərkəzi kanalı və beyin mədəciklərini (beyin ... |
a929cf53d65a00a7 | Onurğa beyni | Bu üsulla onurğa beyninin boz maddəsi inkişaf edir. Onurğa beyninin ağ maddəsinə gəldikdə o, sinir borusu divarlarından inkişaf edən neyroblastların çıxıntılarından əmələ gəlir. Neyroblastların buraxdıqları aksonlar ilk dəfə çılpaq olur; bunlar tədricən mielin qişası ilə örtülməyə başlayır; bu hadisəyə mielinizasiya de... |
db6a6b6505fb91d9 | Onurğa beyni | Beyin və onurğa beznində mielinizasiya embrional həyatın dırdüncü ayının axırında ya beşinci ayın əvvəllərində başlayır (P. İ. Karuzin). Onurğa beyninin sinir liflərinin mielinizasiyası bir yaşında tamam olur. Beyin və onurğa bezni sinirlərinin mielinizasiyası embrional həyatın beş aylığında başlayır; bu proses beyin s... |
89300e8170710c22 | Onurğa beyni | Bunun nəticəsində onurğa beyni yuxarıda qalır, onun aşağı hissəsi reduksiya prosesinə uğrayaraq sap şəklini alır ki, bina da uc sap – lat. filum terminale deyilir. Dılün altı aylığında onurğa beyninin aşağı ucu hələ oma kanalında olur, sonradan tədricən yuxarıya doğru yerini dəyişir, beləki. yəni doğulmuşda III və yeti... |
83cc3e359f7a5f6b | Onurğa beyni | Bunlar onurğa kanalında uc sapı əhatə edərək at quyruğu – lat. cauda equina deyilən törəməni əmələ gətirir. Onurğa beyninin hərəki məntəqəsində olan neyronların aksonları onurğa beyninin ön səthindən xaric olaraq ventral (hərəki) kıkləri – lat. radices ventrales əmələ gətirir. Onurğa beyninin arxa (hissi) kökləri – lat... |
e81a2d88aa7b2eaf | Onurğa beyni | Əgər onurğa kanalının yarılması (lat. spina befida s. rachischisis) meydana çıxarsa, o zaman onurğa beyninin özü ya onun qişaları onurğada əmələ gəlmiş yırtıqdan xaricə çıxıb müxtəlif ölçüdə qabarıqlar (yırtıqlar) əmələ gətirir; məsələn: lat. meningocele – onurğa bezni qişalarının xaricə çıxması (yırtığı); lat. myeloce... |
1c83292d374d1649 | Onurğa beyni | 19–37, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Anatomy: Embryologie Xarici keçidlər Spinal Cord Histology Arxivləşdirilib 2006-09-10 at the Wayback Machine (ing.) Spinal Cord Medical Notes Arxivləşdirilib 2008-05-27 at the Wayback Machine (ing.) eMedicine: Spinal Cord, Topographical and Functional Anatomy (ing.) Spina Bifida ... |
26ae0f6259ac7616 | Qafqaz xalqları | Qafqaz xalqları morfoloji quruluşlarında Əşrəf irqinin əlamətləri müşahidə olunan noqaylar, habelə Qafqazın Rusiya tərəfindən işğalından sonra buraya köçürülən ruslar istisna olmaqla böyük ağ irqin cənub qoluna aid olunurlar. Morfoloji baxımdan Qafqaz xalqları arasında kəskin fərqlərin olmaması, ayrı–ayrı antropoloji t... |
16d39fe09cc8bf38 | Qafqaz xalqları | Qərbdə adıgey xalqları (şapsuqlar, abxazlar və s.), şərqdə isə Dağıstan xalqları (avarlar, darginlər, ləzgilər) məskunlalmışlar. Qərb qrupları şərqdəkilərdən uzunbaşlılıqları, başlarının daha az enliliyi, baş göstəricisinin kiçikliyi daha düz burunluluqları, IIIsaç örtüyünün daha az inkişafı, daha ucaboyluluqları, qara... |
59aabc90a11a0abc | Qafqaz xalqları | Bu bölgənin əhalisi həm də bütün Qafqazda öz ucaboyluluqları ilə seçilirlər. Terek qrupunu qərblilərlə gözlərinin açıqrəngliliyi, şərqlilərlə əyriburunluluğu yaxınlaşdırır. Morfoloji baxımdan çeçenlər də Terek tipinə uyğun gəlsə də bu qrupdan göygözlülükləri, əyriburunluluqları,üçüncü saç örtüyünün zəif inkişafı ilə se... |
500fc3acee92e5e5 | Qafqaz xalqları | Qərb gürcüləri (quriyalılar, meqrellər, lazlar, çanlar) şərqlilərdən (kartalinlər, kaxetinlər) həm də I qan qrupuna aid olunmaları ilə fərqlənirlər. Coğrafi baxımdan ortalıq mövqedə dayanan imerlər qan qrupuna və piqmentasiyaları ilə qərb gürcülərinə, III saç örtütüyünün inkişafına görə isə şərq gürcülərinə bənzəyirlər... |
3d1919189e4a4f0e | Qafqaz xalqları | Görkəmli antropoloqlarından olan Fişer 1923–cü ildə Azərbaycan türklərini və türkmənləri oriental (Şərq) irqə daxil etmişdir. Sovet antropoloqları arasında isə bu məsələ uzun zaman mübahisə obyekti olmuşdur. Belə ki, Yarxo, Roqinski, Levin və Abduşelişvili Kaspi tipini Şimali Hindistan və Orta Asiya xalqlarının mənsub ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.