passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
d6fba30c5ed68b14
Qafqaz xalqları
Bu məsələ ilə bağlı daha ziddiyyətli mövqe V.V.Bunaka məxsusdur. 1951–ci ildə, görünür daha çox baş göstəricilərini nəzərə alan alim Kaspi tipini Pont tipi ilə birlikdə Aralıq dənizi kiçik irqinə aid etmişdi. Sonrakı araşdırmalarında isə Bunak Kaspi tipini L.V. Oşanin tərəfindən Mavərənnəhr, Yarxo tərəfindən isə Pamir–...
390f3d4e27284902
Qafqaz xalqları
Buna görə də, eyni antropoloji irqi əlamətlər kompleksinə sahib olan iki qardaş xalqların mənsub olduqları irqi tipi Oğuz tipi adlandırmaq daha düzgün olardı. Orta əsr ərəb tarixçiləri oğuzların Xilafət ərazisində yaşayan digər xalqlardan öz uzunbaşlılıqları (dolixokranlılıqları) ilə seçildiklərini xüsusi olaraq vurğul...
9e5be1708775c463
Qafqaz xalqları
Oğuz tipi cənubdan Xəzər dənizinin düzənlik və dağətəyi sahilləri ilə Dağıstan, Samur və Çıraxqala çayı vadilərinə də yayılmışdı. Belə ki, morfoloji əlamətlərin Oğuz tipinə uyğun kombinasiyası ləzgidilli qruplar və kumıklar arasında da geniş yayılmışdır. Antropoloqların əksəriyyəti Oğuz adlandırdığımız, ensiz sifətli, ...
847054c497e30deb
Qafqaz xalqları
Bunak tərəfindən müəyyənləşdirilmiş Elbrus tipinə aid edilirlər. Azərbaycan Respublikasının cənub–şərqində məskunlaşmış talışlar antropoloji baxımdan bir–birlərindən xeyli fərqlənirlər. Belə ki, Astara rayonunun talışları daha braxikefal olduqları halda, Lerik rayonunun talışları mezokefaldırlar. Ümumiyyətlə, talışlar ...
0de97c53a204c7bb
Saat qurşağı
Saat qurşağı — Yerin müəyyən hissəsində uyğun qanuna əsasən təyin olunmuş xüsusi zaman qurşağı. Yer öz oxu ətrafında fırlandığından qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında...
769487feebcd62a9
Saat qurşağı
Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır. 0-cı (24-cü) saat qurşağı Qrinviç meridianından başlanır. Xarici keçidlər Google Maps-də göstərilmiş saat ...
d01da68ce6e6379d
Ağdaş rayonu
Ağdaş rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir. İnzibati mərkəzi Ağdaş şəhəridir. Ağdaş rayonu 8 avqust 1930-cu ...
7edaeb5d030f1259
Ağdaş rayonu
Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci i...
030d5d1b74e11ae2
Ağdaş rayonu
1930-cu ildə Ağdaş rayonu yaradılır. Rayonun inzibati mərkəzi XVI əsrdə salınmış, 1900-cü ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir. 1999-cu il iyun ayının 4-də Ağdaşda orta güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində insan itkisi olmasa da, 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür....
73914acfc1f42b31
Ağdaş rayonu
Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntüləri yayılmışdır. Ərazisində gil çıxarılır. Rayonun ərazisindən Türyançay, cənub-qərb sərhədi boyu isə Kür çayı axır. Baş Şirvan kollektoru Ağdaş rayonu ərazisindən başlanır. Türyançayda su qovşağı yaradılmışdır. Rayonda, əsasən, boz-çəmən torpaqları yayılmı...
ffd4927da3d1babf
Ağdaş rayonu
Heyvanları: canavar, tülkü, çöldonuzu, quşlardan kəklik, turac, qırqovul, kərkəs, sürünənlərdən gürzə, kələz məskunlaşmışdır. Rayonun ərazisindən Bakı-Tiflis, Bakı-Qəbələ dəmir yolu, Bakı-Qazax şose yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir. Rayonun iqlimi düzənlik yerlərdə mülayim isti və quru-subtropikdir. Ra...
99d9727ec70b410d
Ağdaş rayonu
Əhalinin sıxlığı – 1 km²-də 109 nəfərdir. Əhalisinin 34%-i şəhərdə, 66%-i kəndlərdə yaşayır. Rayon əhalisinin çoxu yerli əhalidən ibarətdir. Rayonda eyni zamanda çox sayda qaraçılar da məskundur. Etnik tərkibi Ağdaş rayonu : 2009-cu il siyahıya alması Görkəmli şəxsləri Səməd Abdullayev (1920–1943)- Sovet İttifaqı Qəhrə...
e6b76cf176972323
Ağdaş rayonu
Məhsul tədarükü və xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın inkişafına səbəb oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-...
f05d649a1b2f6a26
Ağdaş rayonu
1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi. Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cü ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək xarici bazarlara daşınmışd...
902da49fe1349db4
Ağdaş rayonu
Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil bazasına malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi. XX əsrin əvvəlində Ağdaşda "Nəşri-Maarif" cəmiyyəti, qiraətxana, "Səadət" qızlar məktəbi, "Darülirfan", "Ruşdiyyə" kimi tədris ocaqları fəaliyyət göstərirdi. Bu məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə, Həsən Əfə...
363de0afe101d37e
Ağdaş rayonu
1960-cı ildən teatr Xalq Teatrı kimi fəaliyyət göstərir. Maddi-mədəni irsi Hələ neçə yüz illər öncə tacirlər ticarət məqsədilə Ağdaşın ərazisindən tranzit dəhlizi kimi istifadə etmişlər. Rayon ərazisində karvansaraylar indi də qədim mədəniyyət abidələri kimi qalmaqdadır. Rayon ərazisində həmçinin tarix-diyarşünaslıq mu...
8aa59d50eec7d27c
Ağdaş rayonu
"Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1932–1937-ci illərdə "Ağdaş pambıqçısı", 1938–1962-ci illərdə "Pambıq uğrunda mübarizə", 1962–1966-cı illərdə – Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub...
208102d5e9443bce
Ağdaş rayonu
"Əmək" qəzetində "Zərrəbin" satirik guşəsi və "Tər çiçəklər" ədəbi birliyi fəaliyyət göstərmişdir. Qəzet ayda iki dəfə nəşr olunur. "Gənc Pedaqoq" qəzeti Ağdaş Dövlət Humanitar Kollecinin orqanıdır və 2000-ci ildən nəşr olunmağa başlanmışdır. Qəzet ayda bir dəfə çap olunur. Xarici keçidlər Ağdaş rayonu haqqında sayt Ar...
1277910cb596b924
Altsheymer xəstəliyi
Altsheymer xəstəliyi — demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast ...
2c207a6b4311611c
Altsheymer xəstəliyi
Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması halları müşahidə olunur. Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Altsheymer tərəfindən xəstə Auquste D. adlı bir qadında müəyyən edilmişdir. Xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. ...
0219ddd1e93b1b60
Altsheymer xəstəliyi
Altsheymer xəstəliyi beyinə təsir edən fiziki xəstəlikdir. Altsheymer xəstələrinin beyinlərində bəzi kimyəvi maddələr çatışmır. Bu kimyəvi maddələr isə beyinə məlumatların ötürülməsinə xidmət edirlər. Altsheymer irəliləyən/proqressiv bir xəstəlikdir. Bu da tədricən, zamanla beynin daha çox hissəsinin zədələnməsi deməkd...
cc815fa7f2e2fe4a
Altsheymer xəstəliyi
Altsheymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə onlar: çaşa və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini, son zamanlar baş vermiş hadisələri unuda bilərlər; özünə inamları itə, ya d...
7696deb6285dc911
Altsheymer xəstəliyi
Bəzi insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər. Yaş Altsheymerin ən böyük səbəbidir. Bu, 65 yaşdan sonra hər 14 insandan biridə 80-dən sonra isə hər 6 nəfərdən birində müşahidə olunur. Buna baxmayaraq Altsheymer yalnız yaşla məhdudlaşmır. Belə ki, Böyük Britaniyada 65 yaşdan ...
151288c8b9c42909
Altsheymer xəstəliyi
Hal-hazırda alimlər Altsheymer xəstəliyinin irsilik dərəcəsini araşdırırlar. Altsheymer xəstəliyinə tutulmağa səbəb ola biləcək ekoloji faktorlar artıq müəyyənləşdirilmişdir. Bir neçə il əvvəl almüminium təsirlərinin Altsheymerə səbəb ola biləcəyi haqqında narahatlıqlar var idi. Buna baxmayaraq artıq bu qorxular elə də...
d31b88bc8aaf4741
Altsheymer xəstəliyi
Başlarına davamlı zərbələr alan boksçular da risk altındadırlar. Həmçinin tədqiqatlar göstərir ki, siqaret çəkən, yüksək qan təzyiqi, xolestreni və şəkəri olan insanlar da yüksək risk daşıyıcısıdırlar. Siqaret çəkməməklə, sağlam pəhrizlər saxlamaqla və orta yaşdan etibarən daima qan təzyiqinizi və xolestreninizi yoxlat...
0bf039c9b0ec39a6
Altsheymer xəstəliyi
Neyropatologiya və patogenez Altsheymer xəstəliyinin kliniki diaqnozunda olduğu kimi patoloji diaqnostikasında da dəqiq bir kriteriyaya əsaslanmaq mümkün deyildir. Məsələn, Pik xəstəliyində Pik cisimciklərinin aşkar olunması həmin xəstəliyin diaqnozunu qoymaq üçün kifayətdir. Altsheymer xəstəliyində isə NFY-nin (neyrof...
cb216e2a52955844
Altsheymer xəstəliyi
Tau zülalı 17-ci xromosom tərəfindən kodlanan Microtubule Assosiaced Protein (MAP) ailəsinin bir üzvüdür. Mikrotubullar, xüsusən, aksonlarda yerləşirlər. Onlar aksonlarda vezikulların (mediator və s.) nəql olunması və sitoskeletin təşkil olunması kimi bir çox vacib funksiyaları yerinə yetirirlər. Belə ki, mikrotubullar...
c176f60a45effc27
Altsheymer xəstəliyi
İkincili xəbərçilərin köməkliyi ilə postsinaptik neyrondakı bütün intrasellulyar proteinlər kimi tau proteini də protein kinazalar vasitəsilə fosforilləşərək mikrotubuldan ayrılır. Funksiyalarını yerinə yetirmək üçün fosforilləşmiş tau zülalları yenidən defosforilləşərək mirokrotubul ilə birləşməlidir. Taunun fosforill...
cdbf515181f46afb
Altsheymer xəstəliyi
Amiloid maddəsi Bir qədər öncə də qeyd etdiyimiz kimi Altsheymer xəstəliyinin neyroptoloji diaqnostikasının əsasını təşkil edən əsas və vacib kriteriyalardan biri də sinir sistemində amiloid maddəsinin (AM) müəyyən edilməsidir. AX-nə dair aparılan tədqiqatlar nəticəsində neyronlarda AM-i ilk dəfə 1984-cü ildə Qlenner v...
1cbfbf0b1b10db5c
Altsheymer xəstəliyi
Amiloid betta proteinin sinir sistemində toplanmasına dair müxtəlif nəzəriyyələr vardır. Bunlardan ən çox dəstəklənəni genetik mutasiya nəzəriyyəsidir. Amiloid betta peptidinin sintezinin qarşısının alınması gələcəkdə Altsheymer xəstəliyinin əsas müalicə strategiyasını müəyyən edəcəkdir. Xolinergik itki Bütün korteksin...
7d69c75c68943c9e
Altsheymer xəstəliyi
Xolinergik buton da adlandırılan presinaptik xolinergik terminalda rast gəlinən xolin asetil tranferaza enzimi (ChAT) həm mitoxondrilərdə əmələ gələn xolindən, həm də asetilxolinin sinaptik yarıqda parçalanması zamanı əmələ gələn xolindən asetilxolin (Ach) sintez edir. Asetilxolin vezikullarda toplanaraq sinaptik yarığ...
3d3a85b917fe2149
Altsheymer xəstəliyi
AX-nin erkən dönəmində kompensator olaraq a7nAchR-nın miqdarının artmasına baxmayaraq, zaman keçdikcə tarazlığın nikotinik əleyhinə və muskarinik leyhinə dəyişməsi xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Belə ki, Altsheymer xəstəliyində həm nikotinik, həm də muskarinik reseptorların sıradan çıxmasının səbəbi kimi ...
8969d4f43ba58477
Altsheymer xəstəliyi
Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya şüurun aşağı səviyyədə olmasından əziyyət çəkirlər, onlar əqli gerilik səbəbindən bunu hiss etməsələr də, ailə üzvləri üçün əsl çəkilməz bir "əzab" kimi yaşayırlar. Əmələgəlmə və inkişaf səbəbi kimi hipotiroez, toksiki maddələr, xüsusilə, metal ilə zəhə...
4c29c09577bbe0cd
Altsheymer xəstəliyi
Get-gedə xəstələr özlərini idarə edə bilməyəcək vəziyyətə çatırlar. Ən sonda isə adi hərəkətləri belə (qapını açmaq, çay içmək və s.) bacara bilməmə mərhələsinə çatırlar. Bu mərhələdə xəstələr 24 saat kontrol altında saxlanılmalıdırlar. Xəstəliyin klinikasına nəzər saldıqda görürük ki, bəzi əlamətlər normal yaşlanmalar...
c005ce6a797ac70e
Altsheymer xəstəliyi
Simptomlar: İlkin mərhələ: Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq, Tanış əşyaları tanımamaq, Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik, Dezorientasiya, Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq).Son mərhələ: Hallüsinasiyalar, fantastik ideyalar, Yaxın şəxsləri h...
e1dbaac30accd0ff
Altsheymer xəstəliyi
Eksiba digər dərmanlardan fəqli təsir göstərir və həm orta və ciddi Altsheymer xəstələri üçün tövsiyə olunan yeganə dərmandır. Əks təsirləri isə baş gicəllənməsi, baş ağrıları və yorğunluq, nadir hallarda isə hallüsinasiya və ya özünü itirmə ola bilər. Bu dərmanlar çarə deyildir. Sacədə müəyyən vaxt çərçivəsində, xüsus...
5f6f292290e41b14
Altsheymer xəstəliyi
Bunlardan donepezil gündə bir doza olmaqla 5 və 10 mq tabletlər şəklində istifadə olunur. Başda qastrointestinal sistem olmaqla dərmanın əlavə təsirlərinin qarşısını almaq üçün 4 həftə ərzində dozanı qaldırmaq məsləhət görülür. Rivastiqmin 1,5, 3, 4,5, və 6 mg-lıq kapsullar şəklində buraxılır. Gün ərzində 2 dəfə istifa...
287297607705a1f4
Altsheymer xəstəliyi
Maye forması gündə 2 doza olmaqla 4 həftə ərzində 8 mg dozadan 16 mg/gün-ə qədər qaldırılır. Kapsul forması isə eyni qayda ilə gündə bir doza ilə qəbul edilir. Siz nə edə bilərsiniz: Erkən mərhələdə diaqnozun qoyulması olduqca əhəmiyyətlidir. Ailə üzvləriniz arasında yaşlı hesab olunan insanların öz sağlamlıqlarına big...
24687c65e7411d02
Altsheymer xəstəliyi
Mütəxəssisdirsə, özü lazımi müalicə tədbirləri təyin etməli, əks halda sizi peşəkar-psixiator, nervopatoloq və herontoloqa lazımi müayinə və müalicə tədbirləri təyin etmək üçün istiqamətləndirməlidir. Hal-hazırda xəstəliyin tam müalicəsi tapılmasa da, onun inkişaf tempini əhəmiyyətli dərəcədə azaldan medikamentoz üsull...
4e8c7434b91f264e
Altsheymer xəstəliyi
Gündəlik rejimlər xəstələrə həyatlarında təhlükəsiz hiss etmələrinə kömək edəcəkdir. Yüngül məşq və fiziki fəaliyyətlər də alzheimer xəstələrinə ümumi sağlamlıqlarını qorumağa kömək edir. Bu, həm də sosial qarşılıqlı əlaqəni təşviq edə bilər. Musiqi terapiyası və bədii fəaliyyətlər emosional ifadəni dəstəkləyir və beyi...
412f2475e79e25b5
Altsheymer xəstəliyi
Alzheimer xəstəliyi ilə yaşamaq səbir və qayğı tələb edir. Bununla belə, müvafiq strategiyalar və dəstək ilə həyat keyfiyyəti yaxşılaşdırıla və xəstələrə daha mənalı həyat sürməyə kömək oluna bilər. İnteqrativ Təbabətdə bu xəstələrə boyun və başda olan bioloji aktiv nöqtələrə inyeksiya olunur, xəstənin öz qanı ilə prep...
12c1c304b6b7df61
II Mehmed
II Mehmed və ya Fateh Sultan Mehmed (Osmanlı türkcəsi: السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə – 3 may 1481, Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın s...
613d243211635d28
II Mehmed
Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaş...
1ba3f7664d92ccfb
II Mehmed
Həmin ilin sonlarında böyük qardaşı olan Amasiya sancaqbəyi Şahzadə Ələddin Əlinin vəfat etməsi ilə taxtın yeganə varisi oldu. Taxtdan çəkilməyi planlaşdıran atası Sultan Murad 1444-cü ilin yazında onu Manisadan yanına gətirtdi. 12 iyun 1444-cü ildə Ədirnədə Macar kralı, Serb hakimi və Yanoş Hunyadi ilə bağlanan sülh m...
d61bb601c1af1f11
II Mehmed
Dövlətin hələ 12 yaşında olan təcrübəsiz bir şahzadənin əlinə buraxılması daxildə və xaricdə böyük böhranlara səbəb oldu. Balkanlarda və Anadoluda Sultan Murad dövründə ələ keçirilən torpaqlar boşaldıldı. Belə ki, 1440-cı ildə tamamilə fəth olunan Serbiya hakimliyi keçmiş sahibi Corc Brankoviçə təhvil verilmiş, Valaxiy...
c51cb351a079030a
II Mehmed
Ədirnədə bağlanan 10 illik sülhün şərtlərini pozan macarlar isə artıq yeni bir səlib yürüşünü planlaşdırır və bu dəfə Qaramanoğullarını da öz sıralarına çəkmişdilər. Sultan Mehmed eyni zamanada böyük bir daxili böhranla da qarşı-qarşıya qalmışdı. Həmin ilin yayında paytaxtda paşalar arasındakı rəqabət və çəkişmə, Ədirn...
49aeaf53b13f75fa
II Mehmed
Həmin ilin yayında Bizansın himayəsində olan Osmanlı şahzadəsi Orxan Çələbi taxtı ələ keçirmək üçün Konstantinopoldan yola düşmüş, özünə tərəfdar toplaya bilməyib yenidən Konstantinopola qaçmışdı. Səlib ordusu 18–22 sentyabrda Dunay çayını keçdi. Bu orduda ən önəmli düşmən isə Valaxiya çarlığı idi. Xüsusi hazırlanan bi...
e7c4a5b5bc677067
II Mehmed
Nəticədə Sultan Murad idarəsindəki Osmanlı ordusu səlib ordusu ilə Varnada qarşılaşdı və səlibçilər məğlub edildilər. Çandarlı Xəlil Paşa, Varna qələbəsindən sonra yenidən siyasi gücünü qazanan Sultan Muradı əsl padşah olaraq görür, onun yenidən dövlət idarəsinə gəlməsi üçün fəaliyyətə başlamışdı. Sultan Murad isə dövl...
1b532f997bfb185d
II Mehmed
Sultan Murad da oğlunu taxt mübarizəsinə qurban verməmək və vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyəti ələ almaq fikrinə düşmüşdü. O əsnada Ədirnədə böyük bir yeniçəri ayaqlanması baş verdi. Tarixdə baş verən ilk böyük həcmli yeniçəri üsyanı olan Buçuktəpə üsyanında yeniçərilər, II Mehmedin sarayında gizlə...
8babed9826157178
II Mehmed
Çandarlının göndərdiyi gizli məktubla 5 may 1446 tarixində yola çıxan Sultan Murad Ədirnədəki üsyan səbəbilə bir müddət Bursada gözlədi və avqust ayında Ədirnəyə gələrək yeniçərilərin dəstəyi ilə yenidən taxt çıxdı. II Mehmed isə dərhal Manisaya göndərildi. Zağanos Paşa və Şəhabəddin Paşa isə ona lələ olaraq təyin edil...
48aa1bccfc2937e0
II Mehmed
Yanoş Hunyadiyə qarşı tərtiblənən II Kosova müharibəsində mənbələrin yazdığı kimi "Mehmed xan" sağ cinahda vuruşurdu. 1450-ci ildə Sultan Muradın İkinci Albaniya səfərinə də qatıldı. Akçahisar yaxınlığındakı məğlubiyyətin təsiri isə Ədirnədə heç hiss olunmadı. Belə ki, bu əsnada Ədirnədə Mehmed Çələbi ilə Dulqədiroğlu ...
ff9b9e878670f871
II Mehmed
O əsnada atasının ölüm xəbəri yayılmış və Ədirnədə yeniçərilər ayaqlanmışdı. Çandarlı Xəlil Paşa dərhal qapıqulu əsgərlərindən bir dəstəni üsyançıların üzərinə göndərdi və yeni padşahın adından yeniçərilərə cülus vəd etdi. Yeniçərilər Çandarlı Xəlil Paşaya olan hörmətlərindən və bağlılıqlarından üsyanı dayandırdılar. I...
0b62ac9e32170c66
II Mehmed
II Mehmedin cülusu düşmənləri ümidləndirdi. İlk səltənəti əsnasında dövlətin düşdüyü vəziyyəti xatırlayanlar Osmanlı dövlətinə yeni bir zərbə endirməyi planlaşdırırdılar. Balkanlarda və Anadoluda Osmanlıya tabe olan dövlətlər, hətta yalnız İstanbulla məhdud olan Bizans imperiyası sərhəd bölgələrinə hücumlar edirdilər. ...
e1fbac2a63201147
II Mehmed
II Mehmed atasının serblər və Bizanslılarla bağladığı sülh müqavilələrini təsdiqlədi. Anadoludakı siyasi vəziyyət səbəbilə Serb hakimi Corc Brankoviçə bəzi torpaqlar ilhaq edildi. Bizans imperatoru Konstantin isə Çorluya qədər olan bəzi torpaqları ələ keçirmiş, əsirlikdə saxlanılan Şahzadə Orxan Çələbi üçün illik 300 m...
3f5804b578b4865e
II Mehmed
Yolda yeniçərilər qənimətdən pay istədilər. 10 kisə axca paylansa da, Çandarlı Xəlil Paşanın yaxın adamı olan yeniçəri ağası Qurdçu Doğan vəzifədən alındı və yeniçərilər sərt cəzalandırıldılar. Ədirnəyə döndükdən sonra yeniçəri ocağı əsaslı şəkildə yenidən quruldu. Padşah Çandarlı Xəlil Paşaya Anadolu hisarının qarşısı...
89ce9c72df7eef45
II Mehmed
Məhz bu əsnada II Mehmed imperatora Konstantinopolu təslim etməsini, əks halda müharibəyə hazırlıq işlərinin başlayacağını bildirərək müharibə elan etdi. Konstantinopolun fəthi Usta bir diplomat və dövlət adamı olan Çandarlı Xəlil Paşa hələ 15 sentyabr 1451 tarixində Venesiya ilə bağlı keçmiş əhdnaməni yeniləmiş, buğda...
c6529d508293972c
II Mehmed
Ancaq Zağanos Paşa və Şəhabəddin Paşaların təsirində olan II Mehmed Konstantinopolun fəthini iqtidarın ilk şərti olaraq görürdü. Padşah Ədirnədə böyük bir məşvərət məclisi topladı və şəhərin fəthi məsələsini müzakirəyə qoydu. Bu məşvərətdə dövlət adamları iki qrupa ayrılsalar da, azlıq çoxluğa tabe oldu və şəhərin fəth...
6c4f147244c41128
II Mehmed
Toplanan hərbi məclisdə Çandarlı Xəlil Paşanın qərb dünyasını təşviq etmənin nələrlə nəticələnə biləcəyi haqqında çıxışı Zağanos Paşa tərəfindən cavablandırıldı. Ümumi hücumun nə vaxt olacağı isə Zağanos Paşaya tapşırıldı. Həm Osmanlı, həm də Bizans mənbələrində toplarla qala divarlarının dağıdılması, Bizanslılarla kat...
923634af4f5aedbb
II Mehmed
Bir çox Bizans tarixçiləri müqavimətin şəhər əhalisi tərəfindən deyil, köməyə gələn katoliklər tərəfindən göstərildiyini qeyd edir. İmperator isə qərb dünyasını köməyə çağırmaq üçün 12 dekabr 1452-ci ildə Ayasofyada iki məzhəbin birləşdirilməsi üçün ayinlər keçirmiş, ancaq şəhərin katoliklərin əlinə keçməsinə qarşı çıx...
63e54a2e946213f4
II Mehmed
Padşah isə şəhəri dağıdılmadan ələ keçirmək istəyirdi. Bir çox mənbələrə görə, katolik latınlar yunanları müqavimətə məcbur edirdilər. Çünki yunanlar yalnız Konstantinopolu, latınlar isə bütün müstəmləkə torpaqlarını itirməkdən qorxurdular. Fəthdən sonra padşah, latınlarla müttəfiq olan yerli əsilzadələrlə yaxşı davran...
97ed154c91f8df14
II Mehmed
İstanbulun fəthi xəbəri bütün Avropada həyəcanla qarşılandı. Papa V Nikolay İtaliya dövlətləri arasında birlik istədi və bütün xristianları xaç altında birləşdirdi. Vyanada imperator III Fredrix və Napoli kralı V Alfonso bu xaçlı ordusunun rəhbərliyinə keçmək istəyirdi. Reqensburqda toplanan məclisdə bütün xristian dün...
91cc7b7c8bbf6346
II Mehmed
Ancaq Rodos cəngavərləri papaya bağlı olduqlarını və heç vaxt padşaha vergi ödəməyəcəyini bildirib müharibə şəraitini davam etdirdi. 1456-cı ildə Sultan Mehmed Egey dənizinin şimalında Limni, İmroz və Enez adalarını aldı. 1456-cı ildə baş tutan Belqrad mühasirəsində Papa tərəfindən göndərilən 16 gəmilik böyük bir donan...
4612dcf252f9333a
II Mehmed
Sultan Mehmed 1461-ci ildə Trabzon səfərinə çıxarkən Rodos cəngavərləri ilə bir atəşkəs bağladı. 1454–1456-cı illərdə isə serblərin aqibəti əsas məsələyə çevrilmişdi. 1451-ci ildə Sultan Mehmed taxta çıxanda serblər Alacahisar qalasını və ətraf bölgələri ələ keçirmiş ancaq İstanbulun fəthindən sonra bu bölgələri tərk e...
c08fc241a4c47b42
II Mehmed
Nəhayət ard-arda edilən hücumlarla serblər sülh imzalamağa məcbur oldular. Serbiya çarı illik 3 milyon axca xərac ödəməyi və səfərlərə müəyyən miqdarda əsgər göndərməyi qəbul etdilər. Sultan Mehmed isə bütün Serbiyanın ələ keçirilməsi üçün macarların əlində olan Belqradı hədəfləmişdi. Serblər bitərəf vəziyyətə gətirilm...
21a2811103662ecf
II Mehmed
1457-ci ildə Papa III Kalliktus şəxsi donanmasını Egey dənizinə göndərmiş, Uzun Həsən və gürcülərlə Osmanlı əleyhində ittifaq qurmaq planları qurmuşdu. Xələfi II Piy isə yeni bir səlib yürüşü üçün bütün katolik dünyasını Mantuada məşvərət məclisinə çağırmışdı. Serb çarı Corc Brankoviçdən sonra oğlu Lazarın da qısa müdd...
c308c5843282a64f
II Mehmed
Macar kralı isə atasının yeritdiyi siyasəti davam etdirərək qışın gəlməsini və Osmanlı ordusunun geri çəkilməsini gözlədi. Sultan Mehmed isə bu planı başa düşüb o qışı Skopyedə keçirdi (1458-ci ilin yazına qədər burada qaldı). Dunay çayını keçərək Tahtaluya hücum edən kralın qüvvələri geri püskürdüldü. Bu qələbədən son...
3a34954425308a93
II Mehmed
Səməndirə səfəri vaxtından tez bitdiyi üçün həmin ilin yayında Qara dəniz sahilindəki Amasraya gələn Osmanlı ordusu burada Genuyaya məxsus torpaqları döyüşsüz təslim aldı. Səməndirənin itirilməsi katolik dünyasına ağır zərbə oldu və papa toplanan Mantua məclisində yeni bir səlib yürüşü elan etdi. Bu əsnada Moreyada keç...
7583a776d56efe58
II Mehmed
1461-ci ildə Sultan Mehmed birbaşa Valaxiya knyazı üzərinə hücuma keçdi. Valaxiya knyazı III Vlad isə Macar kralı ilə ittifaq quraraq padşahın Trabzon səfəri səbəbilə cəbhədən uzaqlaşmasından istifadə edərək Dunay çayı sahilindəki bəzi qalalara hücum etdi. Bunun ardından Sultan Mehmed 1462-ci ilin yayında Valaxiyanı iş...
8c16c8ea15af7106
II Mehmed
Bütün bu hadisələr 1463-cü ildə Bosniyanın fəthiylə nəticələndi. 1463-cü ildə Papanın səyləri ilə Venesiya və Macarıstan krallığı Osmanlılara qarşı ittifaq qurdular. Bu isə II Mehmedin Avropadakı fəthlərində dönüm nöqtəsi oldu. 1464-cü ilin mayında müttəfiq qoşunları hücuma keçdi. Osmanlı torpaqlarının necə bölüşdürülə...
64a8697aa86c347d
II Mehmed
Moreya yarımadasındakı bir çox şəhər üsyan edərək Venesiyalılarla birləşdilər. Yarımadada yaşayan müsəlmanlar isə qalalara gizləndilər. Eyni tarixdə Macar kralı Bosniyanın paytaxtı Yaytse şəhərini zəbt etdi (16 dekabr 1463). Venesiya donanması isə Çanaqqala boğazına gəlib çıxmışdı. Bütün bu hadisələrin önünü almaq üçün...
7ece41f32dbdc839
II Mehmed
1464-cü ilin əvvəllərində isə Venesiyalılar Moreyada məğlub oldular və yarımada bird aha Osmanlı tabeliyinə keçdi. 1464-cü ilin yazında isə Sultan Mehmed Bosniyaya doğru irəlilədi. Həmin yaz Yaytse şəhərini mühasirəyə alan Osmanlılar şəhəri ələ ala bilmədilər və qışı Sofyada keçirdilər. Sofyada ikən Macar kralının Bosn...
593b67e9b579784f
II Mehmed
Digər yandan Sultan Mehmedin də səhhəti pisləşmişdi. Müzakirələr əsnasında Venesiya Moreya və Midilli adasını özü üçün, Bosniyanın şimal bölgəsini isə müttəfiqi macarlar üçün istəyirdi. Sultan Mehmed isə Bosniyadan çəkilmək istəmirdi. Bu səbəblə 1465-ci ildə davam edən müzakirələr nəticəsiz qaldı. Növbəti ilin yazında ...
19b002a9928abf1c
II Mehmed
Sultan Mehmed isə bu bölgənin tam mərkəzində, strateji bir nöqtədə İlbasan qalasını inşa etdirib geri döndü. Ancaq Osmanlıların çəkilməsinin ardından albanlar bölgədəki Osmanlı qoşunlarını məğlub edib İlbasan qalasını mühasirəyə aldı. Mühasirə xəbərini eşidən Sultan Mehmed olduqca hiddətləndi və 1467-ci ildə ikinci Alb...
9ddb364969dee9db
II Mehmed
Xəlil Paşa edam edilməzdən əvvəl 40 gün Qızıl qapıda məhbəs həyatı keçirmişdir. 10 iyulda isə edam edildi. Sonra isə oğlu İbrahim Paşa tərəfindən İznikə aparılıb türbəsində basdırıldı. Xəlil Paşa edam edilən ilk Osmanlı sədrəzəmidir. Yeni fəthlər İstanbulun fəthindən sonra Osmanlılarla əlaqə quran və tutduqları bəzi qa...
21cfb2e0cd131938
II Mehmed
Belqrad xaric bütün serb torpaqları tutuldu. Serb kralı Bronkoviçin ölməsi ilə başlayan taxt uğrunda mübarizədən istifadə edən Osmanlı serblərdən vergi almağa başladı. Taxt mübarizəsinin yenidən alovlanmasının ardınca Fateh serb məsələsini bitirməyi əmr etdi. Mahmud Paşa 1459-cu ildə paytaxt Səməndirəni tutaraq Səməndi...
9a0aef2b2554d22b
II Mehmed
Turahanoğlu Ömər bəy akınçılarla hərbi müdaxilə etdi. İki qardaş arasında mübarizə başladı. Moranı işğal etmək planlarını bilən Fateh 1458-ci ildə hərəkətə keçdi. Korenti tutan Fateh Moranın bir hissəsini mərkəzə qataraq burada sancaqlıq yaratdı. Afina və digər ərazilər Osmanlı hakimiyyətini qəbul etdi. Qardaşı Dmitriy...
1e89690020c1de00
II Mehmed
Tomas papanın yanına qaçdı. Əraziyə çoxlu türk yerləşdirildi. Venesiyalılar əhalini Osmanlıya qarşı üsyana qaldırmağa çalışırdı. Bunda uğur qazana bilməyən Venesiya Osmanlı qoşunları tərəfindən məhv edildi (1465). Fateh Sultan Mehmet 1477-ci ildə Krım xanlığını Osmanlının hakimiyyəti altına aldı. Candaroğullarının haki...
01d1b1faf74c8248
II Mehmed
Genuyada Amasranı tutdu. 1479-cu ildə sülh bağlayaraq Venesiya ilə apardığı 16 illik müharibəni bitirdi. Venesiya Albaniyadakı qalaları Osmanlıya verdi. Qarşılığında isə Moradakı bəzi limanlardan istifadə hüququ qazandı. Fateh ardınca 1480-ci ildə İstaliyanın cənubundakı Ortanto limanını tutdu. Otrantonun tutulması Avr...
cd4206507c3071cd
II Mehmed
Bosniya ilə müharibə Albaniya ilə müharibə Trabzon imperiyasının süqutu Ağqoyunlularla və Qaramanlılarla mübarizə Qaramanoğlu İbrahim bəyin ölümündən sonra (1469) mərhum bəyin oğullarından Pir Əhməd bəy (Sultan Mehmedin bibisi oğlu) və qardaşları Konyada, vəliəhd seçilən İshaq bəy isə Silifkədə bəyliyi idarə etməyə baş...
99d7858963542622
II Mehmed
İshaq bəy isə taxtını gücləndirmək üçün bir tərəfdən Misir sultanı ilə, digər tərəfdən isə Sultan Mehmedlə danışıqlara keçmişdi. Sultan Mehmed isə sülh şərti olaraq 1391-ci ildə Qaramanoğlu Mehmed bəylə İldırım Bəyazidin bağladığı sülh şərtlərinin eynilə təsdiqlənməsini istəyirdi. Bu səbəblə sülh təmin olunmadı. Digər ...
7894c6abfe873b59
II Mehmed
Osmanlı qüvvələrinin köməyilə irəliləyən Pir Əhməd bəy İshaq bəyi məğlub edərək Silifkə istisna olmaqla, bütün bəyliyi öz hakimiyyəti altında birləşdirdi (iyun 1465). Qaçaraq Uzun Həsənə sığınan İshaq bəy isə çox keçmədən vəfat etdi (avqust 1465). O tarixə qədər bir yandan səlibçilərin hücum təhlkəsi, digər yandan Qara...
7de7884db6f64443
II Mehmed
Qaraman bölgəsində başlayann siyasi hadisələr, 1465-ci ildə Misir sultanının Venesiyaya elçi göndərməsi, Uzun Həsənin Fərat çayı sahilinə ordu ilə yaxınlaşması isə bu iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirmişdi. Nəhayət, Misir sultanı elçisi Nurəddin Kuşeyrini dostanə bir məktubla Sultan Mehmedə göndə...
1ce08778afcf5572
II Mehmed
Qərb cəbhəsində İskəndər bəy vəfat etmiş (17 yanvar 1468), Sultan Mehmed isə Venesiya və macarlarla ikinci sülh müzakirələrinə başlayaraq onları məşğul etdi. Həmin ilin yazında Afyona gələn Sultan Mehmed Pir Əhməd bəy və Şahsüvar bəydən bağlılıq əlaməti olaraq ordugaha gəlmələrini istədi. Ancaq may ayında sultana Pir Ə...
0418317e3aeb5dcf
II Mehmed
1469-cu ildə Qaramanoğulları Konya düzünün şərq hissəsini yenidən ələ keçirdi. Sultan Mehmed 1470-ci ildə Əyriboğaz səfərində ikən Qaramanoğlu Qasım bəy Ankaraya qədər irəlilədi və buradakı yerli qüvvələri məğlub etdi. Nəhayət, Osmanlı ordusu 1471-ci ildən etibarən bütün Qaraman elini özünə tabe etmək üçün ard-arda səf...
ee3a910a131dfc2a
II Mehmed
Gədik Əhməd Paşa, Pir Əhməd bəyin ailəsini və xəzinəsini gizlətdiyi Mokan hasarını, sahildə Kurku və Gülək qalalarını ələ keçirdi. Bu əsnada qərbdən yaxınlaşan səlib donanması və şərqdən yaxınlaşan Uzun Həsən Qaraman torpaqlarına girdilər. Beləliklə, Qaraman məsələsi dövlətlərarası bir səviyyəyə yüksəldi və Sultan Mehm...
84131b3453d2c71e
II Mehmed
İpək yolu üzərindəki Tokat şəhərində ipəyə qoyulan ikinci gömrük vergisi isə əsas münaqişə səbəbi oldu. 1471-ci ildə Osmanlılar, Qaramanoğullarına qarşı ciddi tədbirlər gördü və nəticədə bəylikdən qaçanlar Uzun Həsənə sığındılar. Bu səbəblə Rodos cəngavərlərinə, Kipr kralına və Alaiyə bəyinə məktub göndərərək oğlu Zeyn...
acf21aded929d248
II Mehmed
Əvvəlcə, Vəli Mahmud Paşa yenidən sədarətə gətirildi. Şahzadə Mustafaya isə Afyon və ya Kütahyaya çəkilərək Anadolu bəylərbəyi Qoca Davud Paşa ilə birlikdə Bursa şəhərini müdafiə etməsi tapşırıldı. Beyşəhər yaxınlığında önü kəsilən Ağqoyunlular ağır məğlubiyyətə uğradı. Uzun Həsənin qardaşı oğlu Yusif Mirzə əsir düşdü,...
b2d95838e315703e
II Mehmed
İttifaqa görə, Venesiyagəmiləri odlu silahlarla dolu bir neçə gəmini Qaraman sahillərinə gələrək burada Ağqoyunlu qoşunu ilə birləşməli idi. Venesiyanın qurduğu plana görə, Uzun Həsən Anadolunu ələ keçirəcək, zəifləyən Osmanlı Moreya, Midilli, Əyriboğaz və Arqos qalalarını Venesiyaya təhvil verəcəkdi. Venesiya, Napoli,...
15074fcd2fab0231
II Mehmed
Hər şey Fərat çayı sahilində baş tutacaq döyüşün nəticəsindən asılı idi. Otluqbeli döyüşü Sultan Mehmed meydan müharibəsi edərək qəti qələbə qazanmaq istəyirdi. Uzun Həsən isə geri çəkilərək Osmanlı ordusunun ərzaq ehtiyatının azalmasını və əsgərlərin yorulmasını gözləmək niyyətində idi. Sultan Mehmedin ordusu təxminən...
37406c583c0b2b6e
II Mehmed
Qoca Davud Paşa və Mahmud Paşa isə strateji yüksəklikləri ələ keçirmişdi. Sol cinahda Şahzadə Mustafanın idarəsindəki Anadolu birliklərinin uğurlu basqınları və Uzun Həsənin oğlu Zeynal bəyin öldürülməsi döyüşün nəticəsini müəyyənləşdirdi. Sultan Mehmedin idarəsindəki qapıqulu ordusunun döyüşə girməsinə ehtiyac belə qa...
76b200f297d58899
II Mehmed
Sultan Mehmed bir daha Osmanlı torpaqlarına hücum edilməməsi və Qarahisardan əl çəkilməsi şərtilə sülhü qəbul etdi. Uzun Həsən yenə eyni elçini İstanbula göndərərək bu şərti ikinci dəfə qəbul etdi. Buna baxmayaraq qısa müddət sonra Uzun Həsənin xristian dünyasını Osmanlı əleyhinə təhrik etməsini öyrənən Sultan Mehmed, ...
27b4aef4891eec94
II Mehmed
Daha sonra 1472-ci ildən bəri Qaraman elində hakimiyyəti ələ alan Qasım bəyi aradan qaldırmaq üçün 1474-cü ildə Gədik Əhməd Paşa yeni bir səfərə çıxdı. Səfərin sonunda bu bölgə tamamilə zəbt edilmiş, səfərin davamı isə Şahzadə Cemin lələsi Rum Mehmed Paşa tərəfindən idarə olunmuşdur. Venesiya və Macarıstan krallığı ilə...
dc84f901e424d3af
II Mehmed
Gəlibolu sancaqbəyi Mahmud Paşa donanma ilə dənizdən hücuma keçmiş, digər yandan ada istiqamətində bir körpü inşa etdirərək adaya əsgər çıxarmış, ard-arda edilən hücumlarla 11 iyul 1470 tarixində qala ələ keçirilmişdi. Qapıqulu əsgəri ilə birlikdə ordunu Qaramana göndərən Sultan Mehmed, Əyriboğaz qalasının ələ keçirilm...
cf9f19e3adb7de85
II Mehmed
Bu əsnada Rumelidə kiçik üsyanlar başlamış, hətta Şahzadə Cemə taxta keçməsi məsləhət görülmüşdür. Bu məsləhəti görən Süleyman bəy və Nasuh bəy Sultan Mehmed İstanbula döndükdən sonra dərhal edam edildilər. Digər yandan Sultan Mehmed macarlara qarşı müdafiə tədbirləri gördü. Macar kralının hücumları nəticəsində Bosniya...
b92ab47d9f61c0ee
II Mehmed
Belqrad qalası yaxınlığındakı Havalə qalası ilə Göyərçinlik qalasının tərk edilməsi və ya dağıdılması tələb edilirdi. Ancaq bu təkliflər Sultan Mehmed tərəfindən qəbul edilmədi və Yaytse qalasının Osmanlılara verilməsini istədi. Bu əsnada Mihaloğlu Əli bəyə Macarıstan üzərinə axınlara çıxmasını əmr etdi. Mihaloğlu Əli ...
2c219d4892d9e1fe
II Mehmed
Ancaq Boğdan səfərindən dönən Sultan Mehmed bu xəbəri eşitmiş, əsgərin yorğun olmasına baxmayaraq qış ortasında Səməndirəyə gəldi. 1477-ci ildə isə bütün qüvvələr Venesiyaya yönəldi. Venesiya ilə sülh bağlandıqdan sonra (1479) Macarıstana qarşı Osmanlı hücumları yenidən artdı. Sultan Mehmed 1474–1478-ci illərdə Venesiy...
88cc1643f6c42f6c
II Mehmed
Ertəsi il isə Boğdan səfərinə çıxdı. 1477-ci ildə Venesiyaya qarşı yenidən hücuma keçdi. Süleyman Paşa bu dəfə də Venesiyaya aid İnəbaxdı qalasına hücum etdi. Dənizdən yardım qüvvələri alan qala bu səbəblə alına bilmədi. Həmin tarixdə Venesiya tərəfindən qorunan Akçahisar qalası Evrenesoğlu Əhməd bəy tərəfindən mühasir...
a404ced6e2450830
II Mehmed
Yenə həmin ilin payızında Bosniya bəyi İsgəndər Paşa idarəsindəki bir ordu Venesiyanın şimali İtaliyadakı torpaqlarına hücum etdi. Osmanlı süvariləri bölgəni darmadağın edib geri çəkildi. Növbəti il bölgəyə yenidən hücum edildi. 1478–1479-cu illərdə Moreyada Venesiyaya aid qalalara hücum edən Turhanoğlu Ömər bəy donanm...
a820863a9579028a
II Mehmed
Mühasirə davam edərkən ətrafdakı digər 3 qala ələ keçirildi. Qalanı dənizdən təcrid etmək üçün Boyana çayının hər iki sahilində 2 qala tikdirdi. Qalanın mühasirəsi davam edərkən Sultan Mehmed geri döndü (8 sentyabr 1478). Evrenesoğlunun mühasirəyə aldığı Kruya qalası isə daha tez ələ keçirildi (16 iyun 1478). Həmin ili...
9c4931007b86e6b2
II Mehmed
Qarşılığında isə Osmanlılar Moreya, Albaniya və Dalmatsiya bölgəsində ələ keçirdiyi digər yerləri geri qaytardı. Azad ticarət hüququ ilə yanaşı illik 10 min qızıl xərac ödəməyi qəbul edən Venesiya borclu olduğu 100 minlik xəracı da gələcəkdəki 2 ildə ödəyəcəyini qəbul etdi. Venesiya İstanbula bir səfir (balyos) göndərm...