passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
7d1184e203342f8b | II Mehmed | Rodos qalası önlərində 90 gün davam edən uğursuz mühasirədən onra Osmanlı ordusu ağır itkilər verdi və geri çəkildi (mühasirə 23 may 1480-ci ildə başlamışdı). Gədik Əhməd Paşa isə 1479-cu ildə Ayamavra, Kefalinya və Zanta adalarını almış, Napoli krallığının daxil işlərinə qarışmağa başlamışdı. Ardından 132 gəmi və 18 m... |
b54ba8a79a3f9535 | II Mehmed | Gədik Əhməd Paşa yorğun düşən orduya yeni birliklər toplamaq üçün Rumeliyə gəlmiş, bu sənada Sultan Mehmedin vəfat etdiyini və iki oğlu arasında taxt mübarizəsinin başladığını eşitdi. Ardından Sultan Bəyazidin əmriylə Gədik Əhməd Paşa Otrantoya doğru yola çıxsa da, Otrantodakı Osmanlı qüvvələri birləşən səlib ordusu tə... |
d6cef7305d392518 | II Mehmed | Uzun müzakirələrdən sonra Genuyalılar Osmanlı padşahına 3 min və Krım xanına 1200 qızıl xərac verməyi qəbul etdi. Həmin ilin yayında Osmanlı donanması Akkirman qalasına da hücum etmiş, Boğdan çarından xərac istəmişdi. Şimal ticarət yolunun əsas mərkəzi hesab edilən Boğdan çarlığı 5 oktyabr 1455 tarixində Osmanlı himayə... |
e59aeb43bff67e75 | II Mehmed | Sultan Mehmed 1479-cu ilədək bütün bu dövlətləri (Boğdan çarlığı istisna olmaqla) fəth etdi. Əvvəlcə 1459-cu ildə Amasranı, 1461-ci ildə Sinop və Trabzon bölgəsini alaraq Qara dənizin Anadolu sahillərini Osmanlı torpaqlarına qatdı. Digər tərəfdən şimal sahillərində yerləşən Kəfə və digər Genuya koloniyaları Osmanlı işğ... |
2b176362f069751a | II Mehmed | 1469-cu ildə Yaqub bəy idarəsindəki Osmanlı donanmasının Kəfəyə hücumunu, Krım xanı I Məngli Gəray Sultan Mehmedə "qardaşım" xitabıyla yazdığı məktubla etiraz etdi. Bütün bunlara baxmayaraq Sultan Mehmed öz siyasətini davam etdirdi. 1470-ci ildə Kəfənin xəracını daha da artırdı. Bölgədə baş verən siyasi hadisələr isə S... |
f99e54973a4f52f9 | II Mehmed | Çar 1469-cu ildə Boğdana hücum edən Krım qüvvələrini məğlub etmiş, Əminək Mirzə əsir düşmüşdü. 1473-cü ildə Osmanlı ordusunun Uzun Həsənə qarşı səfərə çıxmasından istifadə edən çar Valaxiyaya hücum edərək Osmanlı tabeliyində çar radunu ölkədən qovdu və öz adamını Valaxiya çarı elan etdi. Sultan Mehmed isə onu sülhə dəv... |
98f82566b4280250 | II Mehmed | Belə ki, Osmanlı tərəfdarı olan Əminək bəy ölən qardaşının yerinə Krım xanlığının başbəyi olmuşdu. Ancaq Genuyanın artan təzyiqi səbəbilə Məngli Gəray onu bu vəzifədən uzaqlaşdırmış, nəticədə Əminək Krım xanına qarşı üsyan qaldırmışdı. Krım xanı məğlub edildi və qaçıb Genuyalılara sığındı. Əminək bəyin çağırışı ilə Osm... |
716fb0d4d4794923 | II Mehmed | 4 günlük mühasirədən sonra Kəfə şəhəri Əhməd Paşaya təslim oldu (6 iyun 1475). Daha sonra Kəfəyə bağlı olan Genuya koloniyalarını ələ keçirən Gədik Əhməd Paşa ardından Azak qalasını ələ keçirdi. alınmazlığı ilə məşhurlaşan Manqup qalası mühasirəyə alındı və bir müddət sonra ələ keçirildi. Trabzon imperatoru və Boğdan b... |
4cf7b344d9c4ce0a | II Mehmed | 1476-cı ilin iyulunda Boğdana gələn Sultan Mehmed, digər yandan Əminək bəy idarəsindəki Krım qüvvələrini də bura gətirdi. Nəticədə Boğdan ordusunu məğlub edən Osmanlı ordusu mərkəz şəhərləri dağıdaraq yandırdı, ancaq Çar Stefanı ələ keçirə bilmədi. Osmanlı ordusu geri çəkildikdən sonra çar yenidən bölgəyə gələrək hücum... |
2b848bc27435cc49 | II Mehmed | Sulta Mehmed Qızıl Ordu xanı Seyid Əhmədə məktub yazaraq Krım xanlığının və xanının Osmanlı himayəsində olduğunu xatırlatdı. Ancaq daha sonra xanlıq yenidən qarışdı. Əminək bəyin təklifi ilə Məngli Gəray yenidən Krıma göndərildi. 1478-ci ildə Məngli Gəray ikinci dəfə Krım taxtına oturdu. Sultan Mehmed bir il sonra Qara... |
9bb51769892936f2 | II Mehmed | Daxili siyasət Fateh Sultan Mehmedin daxili siyasətindəki əsas məsələlər bir yandan İstanbulun abadlaşdırılması və yüksəlməsi, digər yandan isə səfərlər və fəth olunan bölgələrin qorunması üçün mərkəzləşdirilmiş hərbi sistemin yaradılması idi. Bu iki məsələ xərclərin artmasına və bu səbəblə yeni vergilərin qoyulmasına ... |
94c1befe07c30c21 | II Mehmed | İstanbulun paytaxt olaraq bərpası və sıxlaşan səfərlər səbəbilə məsrəflər artmışdı. Sultan Mehmed yeni axca çıxarmaq və keçmiş axcaları beşdə bir dəyərində dəyişmək üçün fəaliyyətə başladı. Belə ki, 1451, 1460, 1470, 1475 və 1481-ci illərdə yeni axcalar kəsildi. Tez-tez yeni axcaların kəsilməsi o qədər narazılığa səbəb... |
578dddcc77e59691 | II Mehmed | Nişançı Mehmed Paşanın sədarəti dövründə baş tutan bu torpaq islahatı ölkədə narazılığa səbəb olmuşdu. Bu islahatın əsas məqsədi isə timarlı sipahilərin sayını artırmaq idi. Bir müddət atasıyla münasibətləri pisləşən Şahzadə Bəyazid bu qanunun öz sancaqbəyliyində (Amasya, Tokat və Trabzon) tədbiq edilməsinin qarşısı al... |
59cad61a95df6bd2 | II Mehmed | Osmanlı imperiyasının müxtəlif bölgələri arasında formalaşan ticarətdə italyanların yerinə, türk əsilli müsəlmanlar, yəhudi, yunan və erməni yerli tacirlər gəlmişdi. Yeni bir imperiyanın həqiqi mənada qurucusu olan Fateh Sultan Mehmed yeni bir səfər üçün Üsküdara keçdikdən sonra Üsküdarla Qəbzə arasında Maltəpə yaxınlı... |
6216e89fd7b4c48f | II Mehmed | Taxta keçdiyi ilk illər siyasi olaraq çətin bir dövr idi. Bu məqsədlə İstanbulun fəthindən dərhal sonra iqtidarını məhdudlaşdıran Çandarlı Xəlil Paşa ilə bir müddət taxta mübarizəsi apardığı Orxan Çələbini aradan qaldırdı. Çandarlı Xəlil Paşadan sonra sədarətə gətirdiyi sədrəzəmlərdən Nişançı Mehmed paşa istisna olmaql... |
a628e2d8e14ead96 | II Mehmed | Fateh Sultan Mehmed birbaşa özünə tabe olan qapıqulu ordusunu yenidən təsnifləşdirdi və saylarını artırdı. Nüfuzunu məhdudlaşdıran yeniçəriləri və uc bəylərini özünə tabe etdi. Sultan Mehmed taxta çıxar-çıxmaz hələ südəmər qardaşı Şahzadə Əhmədi boğdurmuş, "Karındaşlarını nizâm-ı âlem için katletmek câizdir" hökmü ilə ... |
6968edb8c77c443b | II Mehmed | Nəhayət, məşhur Venesiyalı rəssam Bellinini İstanbula dəvət etdi (onun İstanbulda qaldığı dövr: sentyabr 1479 – yanvar 1481). Bellini bundan başqa yeni sarayın (Topqapı sarayı) divarlarını Rönesans üslublu freskolarla bəzəmişdir. Hərəmxanası Əminə Gülbahar Xatun Helena Xatun — Son Bizans imperatoru XI Konstantinin qard... |
7d547fafcad891d8 | Pifaqor | Samoslu Pifaqor ya da Pithaqoras, Pisaqor, Pitaqor (yun. Πυθαγόρας ὁ Σάμιος, lat. Pythagoras, təxminən m. ö. 570 – 490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi. Həyatı və fəaliyyəti Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən verilmişdir. O, Samos şəhərində dünyaya... |
e8463520bd22e2ea | Pifaqor | Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o "Tərbiyə haqqında", "Dövlət haqqında" və "Təbiət haqqında" adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur. Pifaqorun elmi bilgiləri qədim Babil və Misir kahinlərindən alması haqqında rəv... |
fccdb57f07d44055 | Pifaqor | Daha sonra Pifaqor Krotonada "Pifaqorçular ittifaqı (ya da məktəbi)" adlı dini-fəlsəfi cəmiyyət yaratmış və ona başçılıq etmişdir. Ancaq bir sürə sonra Krotonada siyasi durum gərginləşmiş, şəhər sakinləri pifaqorçuların fəaliyyətindən ehtiyat edərək, bu məktəbi darmadağın etmişdirlər. Pifaqorun da o hadisələrdə öldürül... |
dab54b2b47c702dc | Pifaqor | Onun təliminə görə insanlar yetkinliyə doğru inkişaf etməlidir. Buna da yalnız gözəlliyə, eləcə də faydalı şeylərə yönəlməklə çatmaq mümkündür. Pifaqor həm də ruhların bir bədəndən başqasına köçməsinə (reinkarnasiyasına) inanırdı. Onun fikrincə, hər şey müəyyən vaxtdan sonra dünyaya yenidən gəlir və əslində yeni olan h... |
13bcd1c9a84eef8a | Pifaqor | Buna görə də, mənəvi həyat yaşamaq üçün ət və paxla kimi bəzi yeyəcəklərdən çəkinmək lazımdır. Burada isə qeyd etmək lazımdır ki, Pifaqorun bu kimi yanaşması ilə hind dünyagörüşü arasında bənzərliklər vardır. Siyasi baxışları Pifaqor və onun ardıcılları hakimiyyət məsələlərinə də diqqət yetirirdilər. Onların fikrincə, ... |
a529685eaf7da0ce | Pifaqor | Tanrılardan sonra hökmdarlar, hörmətli insanlar, valideynlər və ən sonda qanunun aliliyi gəlir. Beləliklə, hakimiyyət iyerarxik sistemlə qurulmalıdır. Dünyanın quruluşu haqqında Pifaqorun və onun ardıcıllarının kosmoqonik baxışlarına görə, hər şey 4 ünsür: od, su, yer və havadan yaranmışdır. Yer isə kürə şəklindədir. O... |
b96ca55cf3232b3f | Pifaqor | Bu səbəbdən məkan, zaman, göy cisimləri və onların hərəkəti yaranır. Dünyanın mərkəzində od, baş tanrı Zeusun məbədi və təbiətin qanunu ("fatum" və ya "loqos") durur. Sonra isə oddan yaranmış və onun ətrafında fırlanan yer, planetlər və ulduzlar gəlir. Beləliklə, Pifaqor və onun ardıcılları yeri kürə şəklində təsəvvür ... |
06c6c45296be7f76 | Pifaqor | Sonralar isə inkişaf edən elm sübut etmişdir ki, yer dünyanın mərkəzində yerləşmir. Pifaqor, həm də "kosmos" anlayışını müasir anlamda, bütün dünyanı əhatə edən sonsuzluq mənasında işlətmiş, onun ahəngini və qanunauyğunluqlarını göstərməyə çalışmışdır. Riyazi bilikləri Pifaqorun çox maraqlı rəqəmlər fəlsəfəsi olmuşdur.... |
c662ee553ee64e0a | Pifaqor | Əlbəttə, dağ dağdır, insan insandır, daş daşdır. Ancaq, bu kimi müxtəlifliyin bir başlanğıcı, birləşdirici nöqtəsi vardır. Bu da rəqəmlərdir. Onlar hər şeyin pərdə arxası və başlanğıcıdır, çünki istənilən şeyi rəqəmlə göstərmək mümkündür, hər şeyin rəqəmlə ölçülən ölçüsü vardır. Məsələn, suyun miqdarını litrlə, ağırlığ... |
e3fa22783c380e97 | Pifaqor | Sonralar bu fikri Platon daha da inkişaf etdirərək ideyalar haqqında təlimlə çıxış etmişdir. Bu baxımdan Pifaqoru fəlsəfi idealizmin yaradıcısı hesab etmək olar. Ancaq onu da qeyd etmək lazımdır ki, bu kimi fikirlər ondan öncə Misir və Babil kahinlərinin arasında da yayılmışdır. Ehtimal olunur ki, Pifaqor mistikanı məh... |
877d0dcbba4496f0 | Pifaqor | Nöqtə Bir rəqəmini ifadə edirdi. Bu rəqəm isə hər şeyin başlanğıcı və əsası hesab edilirdi. Pifaqor üçün Bir rəqəmi həm də Tanrıdır. Başqa şeylər isə müxtəlif rəqəmlərin cəmidir. Belə ki, iki nöqtədən düz xətt alınır, üç nöqtə isə artıq düz müstəvidir. Dörd nöqtə isə fəzadır. |
3e8d18337ae2c68a | Pifaqor | Bu rəqəm dörd ünsür olan od, yer, su və havanın təməlində durur ki, bu da hər şeyin başlanğıcında duran səbəbdir.Həmçinin, bu nöqtələrdən üçbucaq, dördbucaq və s. fiqurlar yaranır. Üçbucaq dünyaya gəlmənin və hər şeyin yaradılmasının səbəbidir. Dördbucaq Tanrı təbiətinin təcəssümüdür. Pifaqor, dövrünün ən bilikli adaml... |
89c9200ac298abad | Pifaqor | Qarşı tərəf ifadəsi də doğrudur: iki tərəfinin uzunluqlarının kvadratlarının cəmi üçüncü tərəfin uzunluğunun kvadratına bərabər olan üçbucaq. Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 42-48. ISBN 5-89968-061-X. |
80a819a3ec725f36 | Pifaqor | 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16. Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116 s. Adil Əsədov. |
8382fd5d4e1777d6 | Pifaqor | Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008. Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. |
052337018fdc05cd | Hidrosfer | Hidrosfer (q.yun. Yδωρ — su və σφαῖρα — sfera-kürə, təbəqə) – Yerin su təbəqəsi. Bura okean və dənizlər, qurudakı su obyektləri olan buzlaqlar, yeraltı sular, çaylar və göllər daxildir. Hidrosferin mənşəyi Su yerdə ən çox yayılmış mineraldır. Su ilə zənginlik Yerin kosmik xüsusiyyətidir. A.P.Vinoqradova görə Yer böyüyə... |
8828272838b7f35e | Hidrosfer | Yer səthi tədricən soyuduqca su buxarından su təbəqəsi — hidrosfer formalaşmışdır. İlk vaxtlar mantiydan ayrılan maddənin 92%-ni bazalt və 8%-ni su kütləsi təşkil etmişdir. Su müasir vulkan lavalarında da təqribən o qədərdir. Paleozoyun əvvəlində Yerin hodrosferi müasir həcminə yaxın olmuş və o zamandan bəri çox dəyişm... |
47484a946fbcd3c2 | Hidrosfer | Su atmosferə və materikə nüfuz etmişdir. Çaylar, göllər, yeraltı sular və buzlarqlar meydana gəlmişdir. Hidrosferin yaranması Müəyyən edilmişdir ki, planetdəki maye suyun ümumi miqdarı 2 milyard km3-dən çoxdur. Həcminə görə birinci yer okean suları, ikinci yeri buzlaq və daimi qar suları, üçüncü yeri yeraltı sular və n... |
925427f3b8bf7d70 | Hidrosfer | Belə ki, Yerin planetar inkişaf mərhələsinin "Ay erası"nda kütləvi surətdə püskürərək yer səthinə çıxan qızmar mantiya maddəsinin soyuması nəticəsində, həmin maddələrin tərkibində ayrılan müxtəlif qazlar və su buxarı yerətrafı məkana daxil olmuşlar. Yerdə və yaxud su planetində maye suyun yaranmasının ikinci mənbəyi ko... |
c981d111cb41679f | Hidrosfer | Hidrosferin(həm də atmosferin) inkişafında fotosintez fəal iştirak etmişdir. Paleozoyda Lavrasiya və Qondvana şiddətli dağ əmələgələ inkişafı keçirmişdir. Okean və dənizlərin sahəsi böyümüşdür. Mezozoyda və paleogendə Lavrasiyanın və Qondvananın parçalanması nəticəsində müasir okeanlar yarandı. Okeanların yaşı müxtəlif... |
46d7f22894ef8c0e | Hidrosfer | həcmi kiçilmişdir.Hidrosferin sabitliyi hipotezinə görə suyun əmələ gəldiyi hidrogen və oksigen atomlarının sayı geoloji dövür ərzində sabit kəmiyyətdir. Bu müddəa ümumi məlum faktlara: 1) Yer ilə kosmos arasında maddələr mübadiləsi faktına, 2) təbiətin inkişafı faktına ziddir. Alimlərin çoxu hidrosferin fasiləsiz böyü... |
985effd2e8f8927b | Hidrosfer | Hidrosferə, adətən, atmosferin buxarşəkilli və damla-maye suyunu aid etmirlər. Son hesablamara görə hidrosferin həcmi təqribən 1,5 mlrd.km³-ə bərabərdir. Suyun əsas kütləsi-1 370 322 min km³-i(94%-ə yaxın)okeanlarda cəmlənmişdir. Hazırda hidrosferin yeraltı hissəsinin həcmi aşağıdaki kimi qiymətləndirilir: suyundan ist... |
8fa3af43ce392836 | Hidrosfer | Buzlaqlardakı suyun həcmi hidrosferin 1,65%-ni və Yerdə şirin su ehtiyatının 90%-ə qədərini təşkil edir. Qurunun səth suları planetin suyunun kiçik bir hissəsidir (0,04–0,06%). Göllərdə 230 min km³, su anbarlarında 5 min km³ su vardır. Çaylarda cəmi 1,2 min km³ su və ya bütün hidrosferin təqribən 0,0001%-i toplanmışdır... |
6a63535db5f3a73d | Hidrosfer | Göl suları 3,5 il ərzində, torpaq suları 8–11 ay ərzində, çay suyu isə 12 günə təzələnir. Dünya okeanı Dünya okeanını okeanologiya elmi öyrənir. Dünya okeanının arasıkəsilməz su səthi planetimizin səthinin 70,8% sahəsini tutur. Coğrafi təbəqənin ən mühüm cəhətləri maddənin və enerjinin planetar mübadiləsi ilə müəyyən o... |
52d3cb672fd42d13 | Hidrosfer | 1650-ci ildə coğrafi kəşflər düvüründən sonra beş okean müəyyən olundu: Böyük, yaxud Sakit, Atlantik, Hind, Şimal Buzlu və Cənub Buzlu okean. 1845-ci ildə bu bölgü London coğrafiya cəmiyyəti tərfindən tasdiq olundu. XIX əsrin sonunda Şimal və Cənub Buzlu okeanlarının müstəqilliyi şübhə altına alındı. Şimal Buzlu okeanı... |
6b0d5531fffdc840 | Hidrosfer | Materiklərin və okeanların təmasetmə xarakterindən asılı olaraq dənizlər üç qrupa bölünür: Kənar dənizlər. Okeandan ya adalar arxipelaqı ilə və ya yarımadalarla ayrılır. Daxili dənizlər. Bunlar materiklərin içərilərində və ya materiklər arasında olur.. Adalararası dənizlər. Adalarla əhatə olunur.Dənizlərlə bərabər Düny... |
4d2cf80342921144 | Hidrosfer | Quru suları Göllərdə, çaylarda, bataqlıqlarda, su anbarlarında, buzlaqlarda, habelə yeraltında olan sulara quru suları deyilir. Quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını çay adlanır. Hər bir çay uzunluğu, dərəsinin eni, düşməsi, meyilliliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyunun ... |
fad1a7fe1ecd9284 | Hidrosfer | Buzlaq mənşəli göllər. Kars gölləri. Eol gölləri. Su-erozion-akkumlyativ göllər. Bataqlıqlar Yer səthinın ifrat nəmlənmiş və 30 sm-dən az olmayaraq torf qatı ilə örtülmüş əraziləri bataqlıq adlanır. Bataqlıqlar quru və su obyektləri arasında keçid vəziyyətdə olan ərazilərdir. Bataqlıqlar Avrasiya və şimalı Amerikanın ş... |
470a89350d229fd4 | Hidrosfer | Qurunun 11%-dən çoxunu tutan buzlaqlar Antaraktida materikini və Qrelandiya adasını, Şimal və cənub qütüb ətrafındakı adaları tamamilə örtən örtük buzlaqlardan (buzlaqların 98%-i) və qar xəttindən yüksəkdə yerləşən dağ buzlaqlarından ibarətdir. Elmdə qar və buz təbəqəsini xionosfer (yun.xionos-qar) adlandırırlar. Su an... |
d7f7fabcb6f7e4bd | Hidrosfer | Onun suyu qrunt suyu adlanır. Qrunt sulardan altda artezian suyu yerləşir. Hidrosferdə su dövranı Yer səthində suyun dövranı dairəvi olaraq baş verir, bütün əraziləri və su hövzələrini əhatə edir. Bu dövranda hidrosferin bütün elementləri iştirak edir, eyni zamanda onlar üçün qidalanma mənbəyidir. Günəş şualarının təsi... |
00147897050cb3b0 | Hidrosfer | Okeanlardan gətirilən sulara, məhz, burda qurudakı hövzələrdən buxarlanan sular qoşulur. Onların xeyli hissəsi bitkilərdən olan transpirasiyanın payına düşür. Torpağa düşən suyun bir hissəsi aşağı hopur(infiltirasiya olunur), torpaqda su ehtiyatını artırır, yeraltı suları qidalandırır, bir hissəsi Yer səthi ilə çaylara... |
601584c9edfced1d | Hidrosfer | Suyun dövranı prosesində onun bir hissəsi atmosferin yuxarı qatlarına qalxarkən günəş şüalarının təsiri altında oksigen və hidrogen ionlarına parçalanır, sonra kosmik fəzaya uçub gedir. Lakin, dövrüyyədən çixan sular vulkan püskürmələri zamanı Yerin dərin qatlarından çıxan suyun hesabına bərpa olunur. Vulkan püskürməsi... |
da1ec1ccf7b30f11 | Hidrosfer | Su hidrogen qrupunun digər birləşmələrindən müqayisədə bir çox fiziki anomaliyalara malikdir. Yer səthinin təbiətində bu anomaliyalar mühüm rol oynayır. Suyun fiziki xassələrinin anomaliyası onunmolekullarının strukturu ilə izah olunur. Buzun və suyun özünəməxsus daxili strukturu vardır. Buzda hər molekul qonşu molekul... |
84cde2a858cc04d3 | Hidrosfer | Məhz bu cəhətinə görə su yeganə mineraldır ki, Yer səthinin termodinamik şəraitində üç halda olur(maye, qaz və buz) və asanlıq bir haldan o birinə keçir. Fotosintez prosesində su oksigenə və hidrogenə parçalanaraq atmosferi sərbəst oksigenlə təchiz edir və coğrafi təbəqədə bioloji kütlənin toplanmasına imkan yaradır. B... |
03daeb08c35d7627 | Hidrosfer | Temperatur 4-dən 0°-yə düşdükdə suyun sıxlığı azalır. Soyumuş daha yüngül su üzdə qalır, dərinlikdə isə nisbətən daha ilıq su toplanır. Su universal həlledicidir. Bu cəhət coğrafi təbəqədə maddələrin aparılmasını, o cümlədən duz mübadiləsini təmin edirş Suyun xüsusi istilik tutumu yüksəkdir. Su kapillyarlarla qalxa bil... |
ebf7dbcd742941ca | Hidrosfer | Bütün qatışıq yerində qalır. Hidrosferin mühafizəsi Hidrosferin çirklənməsi qlobal xarakterli problemlərdən biridir. Onun çirklənməsinin başlıca səbəbi sənaye, kənd təsərrüfatı, eləcə də məişət tullantılarının su hövzələrinə axıdılmasıdır. Hər il okeanlara 100 milyon tondan artıq tullantı atılır, orta hesabla 15 milyon... |
b8dfb30904a1504f | Hidrosfer | Əks halda insanların gələcək həyatının təhlükə qarşısında olacağını bildirmişdir.Sondövürdə Dünya okenının mənimsənilməsi xüsusilə güclıənmışdir. Dəniz ticarətinin həcmi(3,7 trilyon ton) bir neçə dəfə artmışdır. Okean və dənizlərdə neft hasilatı sürətlə artır. Dünyada çıxan neftin 30%-ə qədəri okean və dənizlərin payın... |
89331635f226f613 | Oruc | Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. Etimologiya "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. Ramazan ayının orucu hər bir hədd... |
7527b0f50696a2cf | Oruc | Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurt... |
edad9fc29261076c | Oruc | (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsə... |
fead2858e64e5c01 | Oruc | Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 183–185-ci ayələr) Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız (bir... |
bc89ee0365142acc | Oruc | (Bəqərə surəsi, 187-ci ayə) Orucun hökmləri Oruc, insanın Allah-təalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından şam azanına qədər, irəlidə izah olunacağı işlərdən çəkinməsidir. İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; "sabah oruc tutacağam" deyərək niyyət etməsi şərtdir. ... |
b506bd517e5f9d56 | Oruc | Yəni ehtiyat vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır. Orucu batil edən işləri görməyən şəxs, şam azanına az bir vaxt qalmış olsa belə, günün hər hansı vaxtında müstəhəb bir oruc niyyət edərsə, orucu səhihdir. ... |
7ade891ea342490c | Oruc | Amma Ramazan ayında "Ramazan ayının orucunu tuturam" deyə niyyət etməsi lazım (ilzami) deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi oruclarda nəzir qəsdi etmək lazım deyil. Əgər Ramazan ayının olduğunu bilsə v... |
7dca1c57e5a864ac | Oruc | Əgər sübh azanından qabaq niyyət edib, sonra məst olarsa və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir. Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu səhihdir. Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, z... |
34409ee45cfd75e1 | Oruc | Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-büluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil. Amma əgər müstəhəb oruc tutmaq qəsdi etsə, ehtiyat müstəhəbə əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır. Meyyitin orucunu tutmaq üçün əcir olan və ya bo... |
55d146d7516b816f | Oruc | Amma əgər zöhrdən sonra agah olarsa, ehtiyata əsasən orucu batildir. Əgər şam azanından sonra xatırlayarsa, orucu səhihdir. Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzr etmiş olsa, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, oruc... |
06e158c5bdeceace | Oruc | Hətta əgər niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə, yaxud oruc tutub-tutmamaq barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və zöhrdən əvvəl niyyət etsə, orucu səhihdir. Əgər kafir Ramazan ayında, zöhrdən əvvəl müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil... |
0c70624bd490e929 | Oruc | Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma əgər "Ramazan ayı olduğu təqdirdə, Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın" deyə niyyət edərsə, orucunun səhih olması uzaq nəzər deyil, amma qəza və bu kimi oruc niyyəti etməsi daha yaxşıdır. Belə ki, əgər so... |
79f050ed8a0f5bff | Oruc | Əgər yenidən oruc niyyəti etsə ehtiyat vacib budur ki, o günün orucunu tamamlayıb sonradan da qəzasını tutsun. Müstəhəb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edərsə və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, əgər həmin işi gör... |
547bd4ad5fe5ab9b | Oruc | Qadınlarda isə şəhvətlə çıxan, "inzal" adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət xaric olması halına uyğundur və bu hal cənabətə səbəb olur). 4. Ehtiyat vacibə əsasən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə) yalan isnad vermək – (onlar... |
e51efc2288de8441 | Oruc | Həmçinin təngənəfəslik (astma) üçün istifadə olunan isperi də eynilə; əgər dərmanı təkcə ağ ciyərə daxil etsə, orucu batil etməz. Eləcə də gözə və ya qulağa dərman tökülməsi də orucu batil etməz, hətta onun dadı boğaza çatsa belə. Əgər dərmanı buruna tökslər və o, boğaza çatmasa orucu batil etmir. Əgər oruc tutan dişin... |
18e3c6b93b4fb73c | Oruc | Ağız suyunu udmaq, turş və turşa bənzər şeyi xəyala gətirməklə ağızda toplaşan suyu udmaq orucu batil etmir. Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. Amma vacib ehtiyat odur ki, ağız boşluğuna daxil olsa, onu udmasınlar. Əgər oruc tutan şəxs susdayarsa və su içmədiyi təqdirdə, öləcəyind... |
d08c28f21c412e4b | Oruc | Əgər Ramazan ayıdırsa, lazım ehtiyata əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin. Adətən yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün yeyintini çeynəmək və ya yeməyin dadına baxmaq (təsadüfən boğaza yetişsə belə) orucu batil etməz. Amma əgər insan, əvvəlcədən yem... |
3ff0a2b6c99ddca0 | Oruc | Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, orucu batil olur. Əgər qəsdən cima etmək istəsə və sünnət yeri qədər daxil olub-olmadığında şəkk edərsə, bunun hökmü 1551-ci məsələyə müraciət etməklə aydın olar. Əgə... |
d863f24578a67c4b | Oruc | Əgər oruc tutan istimna etsə orucu batil olar. Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir. Oruc tutan şəxs, gündüz yatacağı təqdirdə, mühtəlim olacağını (yəni yuxuda ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə belə, yatması caizdir. Əgər yataraq mühtəlim olarsa, orucu batil olmaz. Əg... |
23061141df3b1654 | Oruc | Mühtəlim olmuş oruc tutan şəxs, məcrada məni qaldığını və əgər qüsldən qabaq bövl etməzsə, qüsldən sonra məninin xaricə çıxacağını bilirsə, qüsldən qabaq bövl etməsi ehtiyat-müstəhəbdir. Məni xaricə çıxarmaq məqsədi ilə zarafat edən, yaxud özü ilə oynayan şəxsdən məni gəlməsə, yenidən oruc qəsdi etməsə orucu batildir. ... |
f7a8f259d93249f7 | Oruc | Allaha və Peyğəmbərə(s) yalan isnad vermək Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s.ə.v.v) və on iki imamlardan (ə) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, hətta sonra dərhal "yalan dedim" deyərək tövbə etsə belə, lazım-ehtiyata əsasən orucu batil ... |
e2b71b725a4a2be6 | Oruc | Amma əgər o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur. Əgər oruc tutandan "Peyğəmbər (səlləllahu ələyhi və alihi) belə bir söz buyurmuşdurmu" deyə soruşsalar "yox" əvəzinə qəsdən "bəli" desə, yaxud "bəli" əvəzinə qəsdən "yox" desə, lazım ehtiyata əsasən orucu batil olur. Əgər Allahın və Peyğəmbər (səlləll... |
0dbd8de37412429d | Oruc | İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun. Qatı olmayan tozun boğaza yetişdirmək orucu batil etmir. Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, vacib ehtiyata əsasən... |
3ec25c8b74bbd8dc | Oruc | Əgər oruc olduğunu unudub, diqqətsizlik edərsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına yetişərsə, orucu batil olmaz. Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var. 6. Sübh azanına qədər cənabət heyz və nifas halinda qalmaq Əgər cünub olan şəxs, Ramazan ... |
ba8874499580e527 | Oruc | Əgər qəsdən olmasa, o gün oruc tuta bilər, baxmayaraq ki, ehtiyat onu tərk etməkdədir. Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacib və müstəhəb orucda, cünub insan qəsdən sübh azanına qədər cənabətli qalsa, o günü oruc tuta bilər. Ramazan ayı gecəsində cünub olan bir şəxs, əgər qəsdən vaxt daralıncaya qədər ... |
d352e0d58be3dcd9 | Oruc | Əgər qüsl üçün vaxt olmadığını bilsə və özünü cünub etsə, yaxud vaxt ola-ola qəsdən vaxt daralıncaya qədər qüslü təxirə salsa, günahkar olmasına baxmayaraq təyəmmüm etsə, orucu səhihdir. Ramazan ayı gecəsində cünub olan şəxs, yatdığı təqdirdə, sübhə qədər oyana bilməyəcəyini bilərsə, ehtiyat vacibə görə qüsl etmədən ya... |
8db0dd251e895a6b | Oruc | Ramazan ayı gecəsində cünub olan və yatarsa, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal verən bir şəxs, oyanacağından sonra qüsl etmək istəməzsə, əgər yatarsa və sonra oyanmazsa, o günün orucunu tamamlamalıdır, qəza etməsi və kəffarə də verməsi lazımdır. Oyanacağından sonra qüsl edib-etməmək barəsində tər... |
73c97e3973690f8f | Oruc | Əgər oruc tutan gündüz mühtəlim olsa, dərhal qüsl etməsi vacib deyil. Ramazan ayında, sübh azanından sonra oyanıb mühtəlim olduğunu görərsə, azandan qabaq mühtəlim olduğunu anlasa belə, orucu səhihdir. Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanından sonra oyanıb, mühtəlim olduğunu görərsə ... |
677ca0823294964b | Oruc | Əgər qadın, sübh azanından əvvəl Ramazan ayında heyz, yaxud nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü belədir. Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olsa və qüsl və təyəmm... |
c7fa071aa18c41fd | Oruc | Amma əgər səhlənkarlıq etməzsə və məsələn; qadınlar hamamının açılmasını gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməzsə, orucu səhihdir. Kəsirə istihazəli olan qadın, hərçənd boynuna vacib olan qüslləri istihazə hökmlərinə, 394-cü məsələsində deyildiyi şəkildə əməl etmə... |
f5f9aa51d4b239ff | Oruc | Hərgah oruc tutan qəsdən qussa, əgər xəstəlik və bu kimi səbəblərin çarəsizliyindən olsa da, orucu batildir. Amma əgər ixtiyarsız və ya səhvən qussa, eybi yoxdur. Əgər gecə, gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi yeyərsə, orucu səhihdir. Əgər oruc tutan qusmasının qarşısını ala bilsə, əgər onun təbinə hadis ... |
b211a3b6d7706369 | Oruc | Amma əgər qusmanın ona zərəri, ya da artıq məşəqqəti olsa, xaricə çıxarması lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu qusaraq çıxarsa da orucu batil olur. Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu mədəsinə daxil edəcəy... |
4a8f2bd572807a79 | Oruc | Əgər ixtiyarsız udarsa, orucu səhihdir. Orucu batil edən şeylərin hökmləri Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs, əgər 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma əgər ... |
41dcab2ddbc39afa | Oruc | Əgər oruc tutan bir şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma əgər onu, orucunu yemək, içmək və ya cima ilə pozmağa məcbur etsələr, məsələn; əgər ona "yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik" desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar. Bu üç şey... |
e8b3091bf8415fc1 | Oruc | Oruc tutana məkruh olan şeylər Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır: 1. Dadı və ya qoxusu boğaza yetişdiyi təqdirdə gözə dərman tökmək və gözə sürmə çəkmək. 2. Qan almaq və hamama getmək kimi zəifliyə səbəb olan hər bir iş. 3. |
c31dbc2bf3a08e01 | Oruc | Yaş çöplə dişləri təmizləmək. 10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi axan şey almaq. Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya şəhvətini qaldıran hər hansı bir iş görsün. Qəza və kəffarə vacib olan hallar Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya ([[sübh... |
b614cccfc194e25a | Oruc | Əgər bir şəxs, bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, ona kəffarə də vacib olmaz. Həmçinin, həddi-büluğun əvvəllərində olan uşaqlar kimi, orucun onlara vacib olduğunu bilməyənlərin də hökmü eynidir. Orucun kəffarəsi Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna ... |
eb2a8999a8d45c9e | Oruc | Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur. İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs, ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutulması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır. Ardıcıl olaraq oruc tutmalı olan bir şəxs, əgər onların ... |
742ecb8c36e95ce4 | Oruc | Əgər hər üçü ona mümkün olmasa, onların hər hansı biri mümkündürsə, onu da yerinə yetirsin. Əgər oruc tutan, Allaha və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm)-ə qəsdən yalan nisbət versə kəffarəsi yoxdur, amma müstəhəb ehtiyat odur ki, kəffarə versin. Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə ye... |
decdb08a81dd8793 | Oruc | Onun qəzasını tutacağı kimi, kəffarə də ona vacib olur. Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, məsələn, gəyirdiyi zaman ağzına qan və ya yemək halından çıxmış bir yemək maddəsi gələrsə və o, onu udarsa, yaxşı olar ki, cəm kəffarəsi versin. Müəyyən bir gündə oruc olacağını nəzr etsə, əgər o günün orucunu qəsdən b... |
ceca03b9534b9ac3 | Oruc | Qəsdən orucunu batil edən şəxs, əgər zöhrdən sonra səfərə çıxsa, yaxud kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta əgər günortadan əvvəl bir müsafirət onun qarşısına çıxsa, ona kəffarə yenə də vacibdir. Oruc tutan şəxs, qəsdən orucunu pozduqdan sonra heyz, nifas v... |
1547d49b64d54e6a | Oruc | Əgər bir qadın oruc tutan ərini özü ilə cimaya məcbur etsə, vacib deyildir ki, ərinin orucunun kəffarəsini versin. Əgər oruc tutan Ramazan ayında öz arvadını cimaya məcbur etsə və cimanın arasında arvadı razı olsa, hər birinə bir kəffarə vacib olur. Müstəhəb ehtiyat odur ki, kişi iki kəffarə versin. Əgər oruc tutan, Mü... |
608cd4596ad1e674 | Oruc | Amma onu məcbur etsə, kişiyə kəffarə vacib deyil. İnsan gərək kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməsin, amma lazım deyildir ki, dərhal onu yerinə yetirsin. Əgər insana kəffarə vacib olsa və bir neçə il onu yerinə yetirməsə, ona bir şey əlavə edilməz. Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan bir ... |
23032cd8155154a4 | Oruc | Əgər altmış nəfər fəqir tapa bilməsə, məsələn, əgər təkcə otuz nəfər fəqir tapsa, hər birinə iki müdd təam verə bilər. Amma ehtiyat vacibə görə hər vaxt imkanı olsa, digər otuz fəqir də hər birinə bir müdd təam versin. Ramazan ayının orucunun qəzasını tutan şəxs, əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən biri... |
4e5aac4fba179b82 | Oruc | Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc olmamasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, 1551-ci məsələdə deyilənlərə əsasən; 3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, ya bir neçə gün oruc tutarsa. 4. Ram... |
02fb506681619dc5 | Oruc | Sözü onun üçün şərən höccət olan, yaxud səhvən onun verdiyi xəbərin höccət olmasına inanan bir şəxsin sözünə əsasən iftar edərsə və sonra iftar vaxtı olmadığı məlum olarsa; 8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ iftar vaxtı olmadığı məlum olarsa; amma əgər buludlu və bu kimi bir... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.