passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
adb23862f405e3d6
Oruc
Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, yaxud suyu burnuna çəksə və ixtiyarsız udsa, qəza ona vacib deyildir. Çox məzməzə etmək, oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə tökməsi daha yaxşıdır. Əgər insan məzməzə etdiyi zaman ...
d7b75af6f0a24618
Oruc
Amma əgər sübh olub-olmadığında şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər. Qəza orucunun hökmləri Dəli olan şəxs ağıllanarsa, dəlilik zamanında tutmadığı orucları qəza etməsi vacib deyildir. Əgər kafir, müsəlman olsa vacib deyildir ki, kafir olduğu vaxtın orucunun qəzasını tutsun. Amm...
7636e5d0159e6248
Oruc
Üzrlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs, sonradan üzrünün nə zaman aradan qalxdığında şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını etməsi vacib deyildir. Məsələn; Ramazandan qabaq səfərə çıxıb, Ramazanın beşinci günü, yoxsa altıncı günü səfərdən qayıtdığını bilməzsə və ya məsələn; Ramazanın sonunda...
ed8f0160d92fa094
Oruc
Daha yaxşı olar ki, meyyitin qəza orucunu tutmuş olan şəxs zöhrdən sonra orucunu batil etməsin. Əgər şəxs xəstəlik, heyz, yaxud nifas səbəbindən Ramazan ayının orucunu tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmişdən əvvəl ölərsə, o orucların qəzası yoxdur. Əgər şəxs, bir xəstəlik üzündən Ramazan or...
a9dd58fc51c8c8bc
Oruc
Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa, Ramazandan sonra üzrü aradan getsə və gələn orucluğa kimi qəsdən qəza orucunu tutmasa, gərək orucunu qəza etsin və hər bir gün üçün də fəqirə bir müdd təam versin. Əgər orucun qəzasında səhlənkarlıq etsə və vaxt dar olsa və vaxt darlığında bir üzr peyda olsa, gərək qəzası...
8cf0f5566e5762af
Oruc
Əvvəlki illərin təxirinə görə, hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı neçə illərin təxiri üçün ona heç bir şey vacib deyil. Əgər Ramazan orucunu qəsdən tutmasa, gərək onun qəzasını yerinə yetirsin və hər bir günü üçün iki ay oruc tutsun ya altmış fəqirə təam versin, yaxud bir qul azad etsin. Bel...
5df2641df1010706
Oruc
Ata vəfat edəndən sonra ən böyük oğul, gərək lazım ehtiyata əsasən onun qəza orucunu, namaz hökmündə deyilən qayda ilə əmələ gətirsin və əgər vərəsələr razı olsa, hətta meyyitin malından belə hər gün üçün bir müdd təam fəqirə versin. Əgər ata Ramazan orucundan başqa digər vacib orucu tutmasa, yaxud əcir olub tutmasa, o...
f570522083c07329
Oruc
Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, belə ki, icarə, ya bu kimi şeylə vacib olmuş olsa, ya etikafın üçüncü günü olsa, o gündə səfər edə bilməz və əgər səfərdə olsa, belə ki, mümkündürsə, gərək on gün bir yerdə qalmaq qəsdi etsin və o günü oruc tutsun. Amma əgər o günün oru...
3e5b3de90733a951
Oruc
Müsafir hacət istəməkdən ötrü Mədineyi-təyyibədə üç gün müstəhəb oruc tuta bilər, əhvət budur ki, o üç gün çərşənbə (III – gün), cümə axşamı (IV – gün) və cümə (V – gün) günü olsun. Müsafirin orucunun batil olmasını bilməyən şəxs, əgər səfərdə oruc tutsa və gün ərzində məsələni başa düşsə, orucu batil olar və əgər axşa...
209bab2e680304b7
Oruc
Əks təqdirdə, ona kəffarə vacib olar. Müsafir, zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə yetişərsə, istər fəcrdən əvvəl səfərə çıxsın, istərsə də oruc tutub səfərə çıxmış olsun, əgər orucu batil edən bir iş görməmişdirsə, ehtiyat vacəbə əsasən o gün oruc tutmalıdır, bu halda onun qəzası yoxdur. Əgər ...
b3795067b7cd6599
Oruc
Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda, arpa, ya çörək və ya bu kimi şeylər) versin. Qocalığa görə oruc tutmayan şəxs, əgər Ramazan ayından sonra oruc tuta bilsə, müstəhəb ehtiyat odur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin. Əgər insanda susuzluq xəstəliyi olsa və bu susuzluğa dözə b...
89e076b37b34f3df
Oruc
Uşağa süd verən qadının, istər uşağın anası olsun, istər dayəsi və istərsə ücrətsiz süd versin, südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər verərsə, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda tutmadığı orucları gərək qəza etsin. Amma ehtiyat vacibə ə...
6184da542ff8378c
Oruc
"Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır" (əl-Buxarı, 1901). • Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir. Peyğəmbər (s.a.s) demişdir: "Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən birin...
aefb2361c12e87b1
Oruc
• Orucu pozan şeylər: qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğ...
9559405a7b93dc2f
Oruc
• Bayram namazı: orucluğun qurtarmasından sonra, səhəri gün qılınır. Oruc tutanın, iftarını açarkən etdiyi dua: Zəhəbə-z-zəməu vabtəlləti-l-uruq va səbətə-l-əcr in şəAllah (Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi). Allahummə inni əsəlukə birahmətikə-l-ləti vasiat kul...
63e0d61a96176036
Oruc
Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür: — vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları; — qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün,(Şaban ayının 30-u yoxsa Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin...
5081549a8405711a
Oruc
ORUÇ İLMİHALİ. Diyanet İşleri Başkanlığı Yayınları. ANKARA - 2010. — 152 s. — ISBN 978-975-19-4332-3 Şeyhulislâm İbn Teymiyye Abdullah Ebâ Butayn. Muhammed b. İbrahim Âl Şeyh Abdurrahman es-Sa'dî. İbn Bâz.
924827e1e152c6d9
Oruc
İbn Useymîn İbn Fevzân. İbn Cibrîn. Çeviren Dr. Ahmet İyibildiren. Kur'an ve Sünnetten Delilleri İle Sorulu Cevaplı ORUÇ İLMİHALİ. Cağaloğlu - İstanbul 2006. — 743 s. — ISBN 975-8810-30-8 Lütfi ŞENTÜRK.
dcb67e13a2acb699
Səyavuş Aslan
Səyavuş Məmmədağa oğlu Aslan (5 sentyabr 1935, Saray – 27 iyun 2013, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı. A...
b45f5aed72db5d92
Multimedia
Multimedia — Kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu. Bu qurğu özündə mikrofonu, veb-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video in...
20d3d3ee6bf2ac92
Multimedia
Başqa sözlə, multimedia dedikdə qrafika, mətn, video, fotoqrafiya, animasiya, səs effektləri kimi informasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur. Multimedia qurğuları Multimedia — kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğudur. Bu gün işlədilən multimedia 199...
7af1e45471a8ef02
Multimedia
Multimedia qurğusunun köməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər. 1. İnteraktiv proqram təminatı vasitəsilə vizual və audio effektlərin qarşılıqlı əlaqəsidir. Adətən mətn, səs və qrafiklərin, son zamanlar isə daha çox animasiya və videonun qarşılıqlı uzlaşmasın...
7353b6903ebcf198
Multimedia
Mətn, səs və rəqəmli siqnalların, eləcə də hərəkətli və hərəkətsiz təsvirlərin uzlaşmasını bildirən anlayışdır. Multimedia məlumatlar bazası mətn və təsvir tipli informasiyaları, video klipləri özündə birləşdirir. Multimedia telekommunikasiya xidməti istifadəçiyə istənilən tip informasiyanı göndərmək və qəbul etmək imk...
2dcb44bc5bb5b755
Rüstəm Usubov
Rüstəm Sabir oğlu Usubov — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri. 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olmusdur. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rusiya Federasiyası prokurorluq orqanlarında ...
582803bfc8ac2958
Maddələr mübadiləsi
Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir. Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. B...
01f793d4009af135
Maddələr mübadiləsi
Orqanizmdə bir reaksiyanın başlanğıc maddəsindən məhsula çevrilməsi müddətində meydana gələn kimyəvi dəyişikliklərə ara maddələr mübadiləsi, bu dəyişikliklər əsnasında meydana gələn ara məhsullara metabolitlər adı verirlər. Maddələr mübadiləsini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: Həzm mədə-bağırsaqda həzme...
f5201aa8b32afefe
Maddələr mübadiləsi
Qidada monosaxaridlərin miqdarı yalnız şirniyyatda çox olur. Karbohidratların əsas funksiyası hüceyrə üçün enerji hasil etməkdir. Karbohidratlar digər birləşmələrdən fərqli olaraq enerji substratıdır. Bundan başqa monosaxaridlər və onların törəmələri müxtəlif bioloji molekulun qurulmasında iştirak edir. Başqa sözlə, on...
c3a0d9a8151308c1
Maddələr mübadiləsi
Çünki orqanizmdə sellüloza fermenti olmur. Ona görə də həmin maddələr həzmdə əlavə rol oynayır. Onlar bağırsağın mexaniki fəaliyyətini artırır. Normal insanın karbohidrata gündəlik təlabatı 400 – 500 qr-dır. Onun 400 qr-ı nişastanın payına düşür. Yerdə qalan hissəni isə disaxaridlər, əsasən də saxaroza təşkil edir.
a4e2b88f9865590c
Maddələr mübadiləsi
Karbohidratların həzmi və sorulması Sorulmuş monosaxaridlərin aqibəti Qanda həll olan monosaxaridlər qaraciyərdən keçərək müxtəlif fermentlərin təsiri ilə qlükozaya çevrilir. Qlükozanın bir hissəsi qlikogen əmələ gətirir, qalan hissəsi qan vasitəsilə müxtəlif toxumalara daşınır. Yerdə qalan qlükoza qlikogen, piy və əvə...
d611f187e3aab6e2
Maddələr mübadiləsi
Katabolizmin I ümumi yolu Katabolizmin I ümumi yolu qlükozanın katabolizmin əsas yolu aerob orqanlarda aeorob parçalamadan ibarətdir. Bu prosesi üç hissəyə bölmək olar: Qlükoza üçün səciyyəvi parçalanması və piruvatin əmələ gəlməsi ilə başa çatması. Buna aerob qlikoliz deyilir; Katabolizmin ümumi yolu. Buna piruvatin o...
d4dedb45e612aff0
Maddələr mübadiləsi
Aerob qlikoliz Qlükozanın piruvata qədər parçalanmasını 2 mərhələyə ayırmaq olar: 1. Qlükozadan qliseraldehidfosfatın alınması; 2. Qliseraldehidfosfatdan piruvatın alınması. Birinci mərhələdə fosfat qalığı qlükozanın tərkibinə daxil olur. İkiknci mərhələdə isə heksoza triozaya çevrilir. Aerob qlikoliz reaksiyalarında a...
4c860c98ce329611
Xırdalan
Xırdalan — Azərbaycan Respublikasında şəhər, Abşeron rayonunun inzibati mərkəzi. XIV əsrin əvvəllərində kənd kimi yaranan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930–1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı ill...
53261262520d7ec2
Xırdalan
Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır. Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir. Havanın nəmliyi 76%, illik yağıntı 163 mm. Küləklərin əsas istiqamətləri: şim...
0c3110abee04d630
Xırdalan
Plana əsasən, şəhərin ümumi sahəsi 1702,00 ha təşkil edir. Şəhərdə 20 sənaye müəssisəsi var, onların ümumi işçilərinin sayı 1698 nəfərdir. Mənzil fondunun ümumi sahəsi 1297,8 m² təşkil edir. Təhsil obyektlərinin arasında 920 uşağın təhsil aldığı uşaq bağçaları və 7304 uşağın təhsil aldığı məktəbləri qeyd etmək lazımdır...
11097158eb983a59
Xırdalan
Elektrik enerjisinin əsas mənbələri müvafiq olaraq istehsal gücü 220/110/35/10 və 110/35/10 kVt olan "Xırdalan" və "Əliağa Vahid" yarımstansiyalarıdır. Hələlik şəhərdə mərkəzləşdirilmiş istilik sistemi yoxdur. İstilik təchizatı 53 qazanxanaların köməyi ilə həyata keçirilir. DSX qaz təminatı mənbəyi Masazır qəsəbəsində ...
cdce9589d221ac80
Xırdalan
Görkəmli şəxsləri Mirəsədulla Mirqasımov — tibb elmləri doktoru, akademik. Nəbi Xəzri — Azərbaycan SSR Xalq şairi. Ağahüseyn Cavadov — aktyor, Azərbaycan SSR Xalq artisti Oqtay Mirqasımov — kinorejissor, ssenarist, Azərbaycan SSR Xalq artisti Mirəli Mirqasımov — heykəltaraş, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Teym...
14114aa069b9263a
Qızıl Orda
Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsin...
b98e45186b42f2cb
Qızıl Orda
Bərkə xan Monqol dövləti daxilində baş verən çəkişmələrdən istifadə edərək dövlətin müstəqilliyini daha da möhkəmləndirdi. Qafqaz uğrunda digər qüdrətli monqol dövləti olan Hülakülərlə toqquşmalı oldu. Hülakülərlə münasibətlərin kəskinləşməsi Qızıl Orda ilə Misir məmlükləri arasında hərbi-siyası ittifaqın qırılmasına s...
19b5a6c8f6d3d556
Qızıl Orda
1291-ci ildə hakimiyyətə gələn Toqta xan uzun mübarizədən sonra 1300-cü ildə Noqay xana qalib gələrək onu öldürtdü. Bu vaxtdan etibarən Aşağı İdil, Yayik (Ural) və Əmbə çayları ətrafında yaşayan və Noqay xana tabe olan tayfalar Noqaylar adlanmağa başladı. Qızıl Orda xanları 1282-ci ilədək dövlətin uluslara ayrılması me...
4c378a2f8f6c3ea3
Qızıl Orda
O, Azərbaycanı işğal etdi, rus knyazlarından alınan vergi sistemində dəyişiklik etdi. Onun və oğlu Canı bəyin dövründə (1342-1357) dövlət hərbi cəhətdən də xeyli qüvvətlənmişdi. Canı bəyin öldürülməsindən sonra dövlətdə yenidən daxili çəkişmələr gücləndi. 1357-1380-ci illərdə Qızıl Ordada 25-dən artıq xan dəyişmişdi. X...
d5f4d7b1f2d4ed6b
Qızıl Orda
Bu zaman Qızıl Ordada hakimiyyəti ələ alan Toxtamış xan (1380-1395) mərkəzi hakimiyyəti gücləndirməyi bacardı. 1382-ci ildə Toxtamış Moskvanı tutaraq yandırdı. Sonra isə Əmir Teymura qarşı mübarizəyə başladı. Türk dünyasının bu iki mahir sərkərdəsi arasında baş verən mənasız çarpışmalar 1395-ci ildə Toxtamışın Terek dö...
3aad5636616e115b
Qızıl Orda
Qızıl Orda ərazisində Noqay Ordası dövləti, həmçinin Qazan, Həştərxan, Özbək, Sibir və digər xanlıqlar yaradıldı. Coğrafiyası Bu dövlət qərbdə Dunaydan Fin körfəzinə, şərqdə İrtış hövzəsindən Ob çayının aşağı axınına, cənubda Qara dəniz, Xəzər dənizi, Aral dənizi və Balxaş gölünə, şimalda Novqorod torpaqlarınadək ərazi...
a806143076df8564
Qızıl Orda
Xan evindən başqa Dövləti Qızıl ordanın varlı şəxsləri və Bəyləri (Noyonlar) idarə edirdilər.Hərbi işlərlə Bəylər-bəy məşğul idi, digər işlərlə isə Vəzirlər. Vergi yığan şəxs Baskak adı daşayırdılar. Ordunun başında "oğlanlar" idi Qızıl Orda ticarət karvanlarının yollarında yerləşirdi, belə ki,buraya Qafqazdan, Misirdə...
b626816fac4b9bb5
Alp Arslan
Alp Arslan (20 yanvar 1029 – 15 dekabr 1072, Ceyhun, Qövr) — Səlcuq sultanı. Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029–1032-ci illər arasında götürülür. Böyük Səlcuq Dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu olan Alp Arslan, kiçik yaşlarından hərbi işlərlə mə...
a9e41b8a14afc4ad
Alp Arslan
Alp Arslan bacarıqlı döyüşçü nüfuzunu hakimiyyətə gəldikdən bir il sonra Heratı tutmaqda qazandı. Fars və Girman ərazisində nəzarətdən çıxan bölgələrdə nizam-intizam yaratdı, Məkkə və Mədinəni Fatimilərin əlindən aldı. Hələbi ələ keçirdi.Fatimilərin qızını oğlu Məlikşahla evləndirməsi dövlətin şərq və cənub sərhədlərin...
c107b49620deb3ec
Alp Arslan
İmperator II Vasili (976–1025) köçərilərin qarşısını almaq və səlcuqlardan qorunmaq üçün imperiyanın cənub-şərqində bufer zonası yaratmaq istədi. Lakin cənub-şərq sərhədində görülən bütün tədbirlərə baxmayaraq, Bizans ərazisində yaşayan İslam tərəfdarları möhkəmləndirilmiş bufer zonaya daim hücum edən müsəlman orduları...
33a315b30088b9e0
Alp Arslan
Erməni hakimi əvəzində Tavrda yerləşən Sivası almaqla güzəştə getməyə razı oldu. Bizansın zəif nöqtəsini Toğrul hələ 1045-ci ildə müəyyənləşdirmişdi, o vaxt səlcuq qoşunları Van və Qarsa qədər gedib çıxmışdılar. 1047-ci ildə bizanslılar Ərzurumu ələ keçirməyə çalışan Səlcuq qoşunlarının qarşısını güclə ala bilmişdilər....
6479611a33c80ab0
Alp Arslan
Maliyyə ixtisarı təkcə hərbi işə yox, həm də hərblə bağlı sahələrə-hərbi bazalara da mənfi təsir göstərdi. Sərhəd qarnizonları gözəçarpan şəkildə ixtisara salındı. Alp Arslanın daxili siyasəti Sultan Alp Arslan atasının əmisi oğlu Qutalmışın Savə şəhərini tutaraq, Rey üzərindən onun üstünə gəldiyini eşitdi. Sultan ona ...
7ca6b3887fc08c39
Alp Arslan
Mərənd şəhərində dayanan sultana "azsaylı bir dəstə ilə rumluları pərişan edən əmir Tuğ Təkin" də qoşularaq ona bələdçilik etməyə başladı. Alp Arslan və Gürcüstan Tuğ Təkin gürcülərin diyarının rumlular üçün artım, küfr və zülm ocağına çevrildiyini bildirdi. Sultan o dövrdə Bizansla Böyük Səlcuq dövlətinin sərhəddində ...
8ea536eeb3509e6f
Alp Arslan
Bu hədiyyəni qəbul edən sultan gürcü şahzadəsini də vəziri Nizamülmülkə ərə verdirdi. Sultan IV Baqratdan ya islamı qəbul etməyi, ya da cizyə verməyi tələb etdikdə abxaz-gürcü hakimi ikincisini seçdi. Qars, Ani, Loru və Taşlıordu (Cavaxeti) əhalisi sultanın hüzuruna çıxaraqhaqq dinini qəbul etdilər. Bundan böyük sevinc...
afbf9ad47f731f99
Alp Arslan
460-cı ildə (miladi təqvimlə 1067 – 1068) abxaz-gürcü hakimi IV Baqratın Bərdəni qarət etməsi sultanın qərbə doğru yeni yürüşə çıxmasına səbəb oldu. Yürüşün önündəki qoşuna Savtəkin Alxas başçılıq edirdi. Rumluların ordusunun içərisində ən döyüşkən dəstələr firəng süvarilərindən və Şəki piyadalarından ibarət idi. Şəki ...
81591798c9deb1c5
Alp Arslan
Məlik Axsartan şəhadət gətirdikdən sonra ona sünnət edildi və yanına göndərilən fakih Quran surələrini izah etdi. 1067-ci ilin dekabrında sultan Alp Arslan Tiflis əmiri Əli ibn Cəfər və Gəncə hakimi Fəzlun ibn Əbüləsvarın müşayiətilə Tiflis şəhərinə gəldi. O, burada Süleyman peyğəmbərin tikdirdiyi hamamı gördü. Bu hama...
24cbd9950a9cfc74
Alp Arslan
Sultan Alp Arslanın ordusunda isə 15 min atlı var idi. O, vəziri Nizamülmülkə və arvadına belə bir məktub göndərdi:"Mən yanımdakı ordumla düşmən üzərinə gedirəm. Əgər sağ qalsam bunu Allahın mərhəməti sayacağam, şəhid olsam bu Allahın lütfüdür. Mənim varisim oğlum Məlikşah olsun". 14 avqust 1071-ci ildə sultan Əhlətlə ...
8170ef725d846f79
Alp Arslan
Döyüşə atılan sultan öz döyüşçülərinə belə müraciət etdi : "Kim istəyirsə çıxıb gedə bilər çünki, burada nəyəsə icazə və ya qadağa qoyan sultan hakimiyyəti yox, Allahın hökmü keçir! "Ox- yayını yerə atan sultan qılıncı əlinə aldı və atını dulladı" (Qədim türk ənənəsinə görə döyüşdə öldürülmüş əsgərin atının quyruğu ya ...
b978a49f25730a86
Alp Arslan
Gürcü mənbələrinə görə əsir tutulan Bizans imperatoru ilə sultan Alp Arslan arasında belə söhbət olmuşdur: Alp Arslan: Sən məni əsir tutsaydın nə edərdin? Roman IV Diogen : Mən səni dəhşətli ölümə məhkum edərdim. Alp Arslan : Axı sizin dininizə görə adam öldürmək günah sayılır? Roman IV Diogen : Bunun müsəlmanlara aidi...
0c735495cc3a66cb
Alp Arslan
Çünki, sultanı ağır yaralayan Yusif, onun erməni fərraşı tərəfindən mızraqla öldürüldüyündən bu sui-qəsdi tam araşdırmaq mümkün olmamışdır. Ağır yaralanmış sultan 465-ci il rəbüiləvvəl ayının sonuncu şənbə günü (miladi təqvimlə 8 dəkabr 1072-ci il) vəfat etdi və Mərvdə atası ilə əmisinin yanında dəfn olundu. Eldəniz Əl...
f9899b77f3e04890
Həcm
Həcm – skalyar fiziki kəmiyyət. Həcmi BS-də m3 ilə SQS sistemində isə sm3 ilə ölçürlər. Bundan başqa mayelərin həcminin ölçmək üçün litrdən də istifadə olunur. Maye və bərk cisimlərin həcmini ölçmək üçün menzurkadan istifadə olunur. Hesablanması Cismin həcmi sıxlıq və kütləsinə görə aşağıdakı düstürla hesablanır: m ρ
2b6616ac126b62c8
Ümumdünya cazibə qanunu
Buna baxmayaraq Nyutona qədər heç kim cəzbetmə qanununu və planetlərin hərəkəti qanununu( Kepler qanunu) onun qədər aydın və riyazi şəkildə izah edə bilməmişdi. İ.Nyuton 1686 cı ildə özünün möhtəşəm Natural fəlsəfənin riyazi əsasları əsərində o dövrdə məlum olan emprik Kepler qanununa əsaslanaraq cəzbetmə qanununu hazı...
a8566309a7988e8a
Ümumdünya cazibə qanunu
Sonrakı tədqiqatlar göstərdi ki, planetlər Günəş ətrafında deyil, ümumi mərkəz ətrafında hərlənirlər. Belə ki, tək Günəş deyil, planetlər də Günəşi cəzb edir. Həmçinin planetlərin də bir – birinə təsirini nəzərdən qaçırmaq olmaz. Müəyyən dövrdən sonra elmi arşdırmalar nəticəsində aydınlaşdı ki, ümumdünya cazibə qanunu ...
207aeb4774458e7d
Ümumdünya cazibə qanunu
Son dövrlərdə Merkurinin nəzəri və müşahidə yerdəyişmələri arasında müəyyən fərqlər vardır. Nyutondan sonra iki yüz il ərzində fiziklər onun cəzbetmə qanunun təkmilləşdirilməsi üzərində çalışıblar. Bu ancaq 1915-ci ildə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi yarandıqdan sonra mümkün oldu. Bununla da Nyuton nəzəri...
85a7c7912abfc889
Sevil (opera)
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Opera 1957-ci il...
35d9b72ef5ae7f51
Sevil (opera)
Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir. Fikrət Əmirovun "Sevil" operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın yenilikçi fikirlərini ...
39fc810f86b4305a
Sevil (opera)
Mən Cabbarlının əsərlərinə vurğunam. Ancaq onun ən çox xoşuma gələn "Sevil" operasına olan məhəbbət onu mənim tərcümeyi-halıma yazmışdır. Mən "Sevil" operasını əzbərləyə-əzbərləyə ona musiqi yazmışam və hər gün də Cəfər Cabbarlının qarşısında hesabat vermişəm. Yəni hər musiqi parçasından sonra "Görəsən bu Cəfərin xoşun...
ece1138fdcbfa5d3
Sevil (opera)
Biz bu əsərdə Fikrət musiqisinin orijinallığını bir daha görürük. "Süleyman Ələsgər qeyd edir ki, "görkəmli dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi musiqi dramaturgiyası üçün möhkəm əsas və bəstəkar üçün geniş yaradıcılıq imkanı vermişdir. Fikrət Əmirovun da "Sevil" pyesinə müraciət etməsini məhz bununla izah etm...
2df36c6f29fa01b0
Sevil (opera)
İştirakçıların ictimai və psixoloji mahiyyətlərinin bir-birinə zidd olması operada obrazlı-tematik və kompozisiya-struktura ziddiyətini şərtləndirir. İştirakçılarından xarakteristikasından ibarət olan iki musiqi mövzuları kompleksi də təzadlıdır. Hadisənin inkişafı prosesində Sevili və onun dostlarını səciyyələndirən m...
573f47b3bf84674f
Sevil (opera)
Operada Sevil və Balaşın "şəxsi faciə" leytmotivi – həzin, dramatik-dolğun, ahəngdar mövzusu mühüm rol oynayır. Əvvəlcə hər iki qəhrəmanın hislərini səciyyələndirən həmin leytmotivi tədricən Sevil mövzusundan uzaqlaşır və yalnız Balaşın hissəsində qalır. Operanın digər iştirakçıları da leytmotivlərlə səciyyələndirilir....
3ec2bc6662c5e968
Sevil (opera)
Ariozo xalq mahnıları ruhunda yazılmışdır. Müqəddimənin kədərli melodiyasında təkildə səslənən orqan punktu üzücü məhkumluq hissini gücləndirərək, bir növ bütün ariozo üçün ümumi olan çarəsizlik əhvali-ruhiyyəsi yaradır. Mahnı melodiyasının kiçik diapozonu və onun obrazlı-emosional quruluşu arizonu həzn-lirik xalq mahn...
b8811be03de26447
Sevil (opera)
Balaşın qonaqlarını səciyyələndirən musiqinin səslənməsi nəzərə çarpacaq təzad yaradır. Dilbər obrazını təsvir edən musiqi sahəsi operanın bütün iştirakçılarının xarakteristikasından kəskin şəkildə fərqlənir. Dilbər mövzusunda XIX əsrin sentimental romansı ruhunda stilləşdirilmə, tanqo ritmi, major-minor nəzərə çarpır....
f6487a2c1669f09a
Sevil (opera)
Bu pərdədə Sevilin "Ayrı düşdüm Günduzümdәn" ariyası zorla oğlundan ayrılmış Sevilin kədərini, əzab-əziyyətini göstərir. Ariyanın əsasında dayanan Sevilin leytmotivi burada qəmli, yanıqlı səslənir, ariyanın həzin-dramatik, emosional-ifadəli musiqisi proloqla səsləşir. Ariyada intizar, kədər əhvali-ruhiyyəsi unison təhk...
f04c6c07ef01ad34
Sevil (opera)
Dilbər bu dəfə evdə sentimental romans ifa edir. Üçüncü pərdədə epizodik olaraq yenə vals xatırlanır. Burada ansambl səhnələrinə də (sekstet, Balaş və Sevilin dueti) geniş yer verilir. Opera Balaşın "Məhv oldun, Balaş!" nidası ilə bitir və obrazın faciəviliyi operanın sonunda daha qabarıqdır. "Sevil" operası müasir tem...
881077ad6a3f713b
Sevil (opera)
Birinci və üçüncü bölmələr instrumentaldır. Üvertüra-proloqun mərkəzi bölməsi isə vokaldır.Orqan punktu üzərində səslənən birinci mövzu məşəqqət və zorakılıqla bağlıdır. Ağır mövzu şüştər ladındadır. Faciəvi melodiyaya malik olan bu mövzunu şur ladında xalqın tutqun, eyni zamanda mübariz obrazı əvəz edir. Bu mövzu inki...
21fb7a3bc534af46
Sevil (opera)
Mövzu orkestrdə müxtəlif taxta nəfəsli alətlərdə ifa edilir. Pərdə endikdə xalqın şur ladında olan mövzusu səslənir. Bu mövzudan əvvəl orkestrdə hümayun ladında qısa motivlər eşidilir. Orkestr postlyudiyası (Moderato maestoso) Sevilin mövzusu üzərində (şüştər ladı) qurulmuşdur. Sevilin mərkəzi çıxışı ("Ayrı düşdüm") bu...
efd8dd25658660bd
Sevil (opera)
Sadə müşayiət fonunda həzin, lirik bir melodiya səslənir. Laylaya orkestr girişi Gündüzün leytmotivinə əsaslanır. Laylanın vokal partiyasında maraqlı an Sevilin zümzüməsi fonunda orkestrdə klarnet solosunun səslənməsidir. Laylanın, ümumiyyətlə kədərli ruhda olmasına baxmayaraq, sonda Sevilin bu çıxışı işıqlı şəkildə ta...
d42a679f63fc6001
Sevil (opera)
Sevilin övladına olan hisləri bu muğamın emosional dairəsi ilə açılır. Melodiya muğam intonasiyaları ("Ayrı düşdüm") ilə başlanır, sonra onun həzn, plastik, kantilena ("Aylar keçdi, illər dolandı") əvəz edir. Ariyada orkestr interlüdiyasında Sevil və Balaşın şəxsi faciə leytmotivləri səslənir.Ariyanın ikinci hissəsi ek...
973ec6831cacdbc2
Sevil (opera)
Başlanğıc reçitativ çox zildə səslənir. Monoloqun başlanğıcı Gündüzün leytmotivi fonunda səslənir.Balaşın mahnısı (birinci pərdədə) onun xarakterinin bir sıra cizgilərini açır. Bu ariyanın mövqeyi operanın müxtəlif redaktələrində bir birindən fərqlənir. Bəzi redaktələrdə bu ariya operanın tutqun səhnələrindən sonra ver...
781b4d38c5473e3c
Sevil (opera)
Ariyanın bütün birinci hissəsi bu leytmotivə əsaslanır. Birinci hissənin mövzusu bayatı-şiraz ladındadır. İkinci hissə "özüm öz könlümü" sözləri ilə başlanaraq, Balaşın peşmançılıq hislərini ifadə edir, orkestrin həyəcanlı müşayiəti fonunda səslənir.Balaşın "Ağla, gözüm ağla" ariyası ruhdan düşmüş, sarsılmış qəhrəmanın...
f495e3877a212595
Sevil (opera)
İlk dialoq şəxsi faciə leytmotivinin əvvəl orkestrdə; sonra isə Sevilin partiyasında səslənməsi üzərində ("Balaş, nədir günahım") qurulur. Sevil və Balaşın son dueti yenə şəxsi faciə leytmotivi üzərində qurulur. Son redaktədə səhnə elə bu duet səhnəsi ilə tamamlanır ("Məhv oldun Balaş"). Bu səhnədə Balaşın iztirabları,...
2f1c70edead2f559
Sevil (opera)
Bu enerjili, mübariz xarakterli mövzu çahargah ladındadır. Giriş mövzusunun xarakteri Gülüşün kəskin, qətiyyətli reçitativ frazaları ilə səsləşir.Ariozonun vokal partiyası orkestrin eyni səs üzərində yaradılan müşayiəti fonunda səslənir. Belə ifadə tərzi iradəli obrazı yaradır. Ariozonun mövzusu bayatı-şiraz ladındadır...
ef146127cf78bae1
Sevil (opera)
Çıxışların belə yerləşdirilməsi Balaşın və Dilbərin əhatəsinin, onların mühitinin göstərilməsi ilə bağlıdır. Dilbərin mahnısında P.Sarasatenin "Qara çətir" romansının transformasiya edilmiş intonasiya və ritmləri istifadə olunmuşdur. Operada xalq içindən çıxmış sadə obrazların səciyyəsi də maraqlı tərzdə verilir.Atakiş...
cfc0aa467efda7bd
Sevil (opera)
Əbdüləli bəylə Məmmədəli bəyin duetində meyxana janrının xüsusiyyətləri görünür. Operada parlaq instrumental nömrələrdən biri olan vals mühüm mövqeyə malikdir. Vals yüngül təbiətli Dilbərin obrazı ilə assosiasiya yaradır. Müxtəlif redaktələrdə bu vals müxtəlif pərdələrdə yerləşdirilir.İkinci pərdədə vals yenidən fraqme...
3fc6154867d0c262
Sevil (opera)
Xalq rəqsinin mövzusunun valsa daxil edilməsi təzadı daha da gücləndirir. "Sevil" operasının səhnələşdirmələrindən birində musiqi rəhbəri olmuş, Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov orkestri, xoru və ayrı-ayrı solistləri, vokal ansamblları idarə etmişdir. Dirijor operanın təfsilatını başa düşmüşdür. O, operanın...
219bbdc08e1df18c
Sevil (opera)
Müğənninin ifasında vokal baxımından xüsusilə lirik parçalar son dərəcə emosional və təbiidir. Lakin bu əsrarlı gözəllik və məlahətlə müqayisədə, xüsusən yuxarı registrdə səsin böyük genişliyini tələb edən dramatik anlarda müğənni əsas məqsədə nisbətən az nail olur. Məsələn, Sevilin çadrasını ataraq Balaşın üzünə bütün...
f9af9800cc632a86
Sevil (opera)
Teatrın baş xormeysteri Nicat Məlikov və xormeyster Rəziyyə Yusifova xor parçaları üzərində böyük həvəslə işləmiş və onun yaxşı səslənməsinə nail olmuşdular. Xüsusən ikinci pərdənin final xoru, proloq və epiloqdakı xorlar çox yaxşı təsir bağışlamışdır. Dirijor asistenti – Əməkdar artist, orkestrın konsertmeysteri Nazim...
6bb323d2ba859edf
Sevil (opera)
Onların içərisində bir qadın tamaşaçıların diqqətini daha çox cəlb edir. Bu qadın – operada taleyi ilə tanış olacağımız Sevildir. Dramatik və çox ahəngdar səslənən xor Sevilin və bir çox sevillərin – Azərbaycan qadınlarının ağır və hüquqsuz həyatlarını təsvir edir. Xorun fonunda uzaqdakı minarədən gələn azan səsləri bu...
f932740cf7627c91
Sevil (opera)
İş yoldaşı olan Dilbər xanımla Balaşın yaxın münasibəti operada öz əksini tapmışdır. Balaş bir müddətdən sonra evini tərk edir.Balaş obrazını səciyyələndirən Aslan Aslanov qeyd edir ki, "münasibətlər burulğanının mərkəzində dolaşan Balaşın obrazı mahiyyətcə səciyyəvidir. O, içərisindən çıxdığı sinfin, atasının, ailəsin...
26eb888544fd312b
Sevil (opera)
Bəlkə də o, vəziyyəti və ətrafındakı insanları real qiymətləndirsəydi, onlara görə utanmaq əvəzinə özünün və onların mədəni inkişafına çalışar, bununla da sonda məğlub olaraq tək qalmaz, başına döyməzdi." Balaş obrazı Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Birinc...
f1fb2b076c54de2b
Sevil (opera)
Sevil öz bədbəxtliyinin səbəbini əvvəlcə acı taleyində görür və ondan şikayətlənir. Balaşın atası Atakişinin balaca Gündüzlə (Sevilin oğlu) evə gəlməsi də Sevili qəmli düşüncələrdən ayıra bilmir. Atakişi mahnı-rəqs xarakterli kupletlər oxuya-oxuya nəvəsini əyləndirir.Balaş şad halda evə gəlir. O, qonaqları gözləyir. Çü...
8093a3f8671a00ef
Sevil (opera)
Balaş Babakişini evdən qovur. Hiddətlənmiş Atakişi – Balaşın atası onunla birlikdə oğlunun evini tərk edir. Yüngülxasiyyət Dilbərə bənd olan Balaşın qovduğu Sevil ümidsiz bir halda gedir. Balaşın bacısı Gülüş də onun evini tərk edir. İkinci pərdə Küçə. Sonra isə Balaşın evi. Dilbər artıq bura köçmüşdür. Balaşın həyatı ...
3c7e85d020d42652
Sevil (opera)
O, artıq bankda neft işçisi olaraq qulluq etmir. Dilbər və onun dostları Balaşa nifrətlərini bildirirlər.Balaşın ariyası səslənir. Balaşın acı hisləri, öz səadətini həmişəlik itirən bir insanın faciəsi bu ariya ilə təsvir edilir.Zavod və fabriklər həyəcanla fit verirlər. İnqilabi mahnılar eşidilər. Bunu tətil edən fəhl...
10528078f917e69e
Sevil (opera)
O, oğlundan ötrü ürəyinin kədərini boşaldır. Sevilin görüntüsü onun kədərini, əzab-əziyyətini açır.Balaş təkdir. Sevili bihuş halda gətirirlər. O, özünə gələrək, sevinclə oğlunu bağrına basır. Dostları ilə içəri girən Dilbər Sevilin qovulmasını tələb edir. Balaş onun tələbini yerinə yetirir. Bu yerdə Sevilin qəlbində ç...
72a2982fb18c5153
Sevil (opera)
Onun görünüşünün əsası oyanmış iradə və etirazdır. Sevil Gülüşlə birlikdə küçəyə qaçır və nümayişçilərin coşğun kütləsinə qoşulur. Üçüncü pərdə Hadisələrin üzərindən on il keçmişdir. Gülüşün evində Sevilin oğlu Gündüzün anadan olan gününü bayram edirlər. Atakişi ilə Babakişi qonaqların arasındadırlar. Onlar hər ikisi a...
c4ab81d87f76ce99
Sevil (opera)
Sevil gəlir. O, başqalamışdır, şəndir. Onda özünə inam hiss olunur.Sevil Moskvada oxumuş, Qadınların müstəqilliyi haqqında kitab yazmışdır. İndi o, həyatda fəal iştirak etməyə hazırlaşır. Balaş bağışlanmasını xahiş edir. Lakin Sevil qəzəblə onu itələyir. O, doğma ölkəsində əldə etdiyi səadət haqqında, yeni həyat haqqın...
764b8b18da4d265d
Sevil (opera)
9 oktyabr 1953-cü il tarixində – operaya birinci ictimai baxışda bir sıra tənqidi fikirlər söylənilmiş, bəstəkar əsər üzərində əlavə işləmişdir. Həmin ilin 21 dekabr tarixində operaya ikinci ictimai baxış keçirilmişdir. Nəhayət, operanın ilk tamaşası böyük uğur qazanmışdır. Tamaşanı quruluşunu SSRİ Xalq artisti Mehdi M...
2a42a5209a1b9e57
Sevil (opera)
Xatırladaq ki, "Sevil" operası Azərbaycan sovet dramaturgiyasının sahibi Cəfər Cabbarlının eyniadlı dramının süjeti əsasında yazılmışdır. Librettonun müəllifi şair Tələt Əyyubovdur. Dirijorluq işini Əfrasiyab Bədəlbəyli öz üzərinə götürmüşdü. Tamaşanın bədii tərtibatını Əməkdar incəsənət xadimləri Ənvər Almaszadə və İz...
6051513af8e31255
Sevil (opera)
Məsələn, Sevilin Moskvaya getməsi, oxuyub gəlməsi, yenidən Balaşla qarşılaşması əhvalatlarının təsviri əsərin opera variantı üçün bir növ artıq görünürdü. Yeni variantda isə bütün bu əhvalatlar əsərin ümumi ruhunda əks olunmuşdur. Tamaşaçı həmin prosesləri özü xəyalında yaradır. "Aslanov əlavə edir: "Yeni variantda, ey...
0c78d25414591e8c
Sevil (opera)
Rəşid Behbudovun ifası çox emosional və təsirlidir. Bu obrazda Rəşid Behbudov təcrübəli bir opera artisti kimi özünü göstərir. Gülüş rolunda çıxış edən Respublikanın əməkdar artisti Rəhilə Cabbarovanın vokal və artislik bacarığı onun Gülüş obrazını müvəffəqiyyətlə yaratmasına imkan yaratmışdır. Atakişi rolunu böyük məh...
5d6687fac0c4e6a1
Sevil (opera)
Bu tamaşada da rolları əsas etibarilə premyeradakı artistlər ifa edirdilər. Operanın ikinci redaktəsinə əsaslanan tamaşada bəzi rolların ifaçılarında dəyişikliklər aparıldı. Belə ki, Sevil rolunda Firəngiz Əhmədova, Balaş rolunda Kazım Məmmədov çıxış edirdi.Operanın üçüncü redaktəsi 1959-cu ilin mart ayının 21-də həyat...
52f87b6b2ab7b05f
Sevil (opera)
Teatra yeni cəlb edilmiş İbrahim Cəfərovun Balaş obrazı da gözəl təsir bağışlayır. İbrahim Cəfərov bu obrazı dərindən dərk etmiş, ona xas olan xarakteri ustalıqla verməyə müvəffəq olmuşdur. Gülüş rolunda çıxış edən Respublikanın əməkdar artisti Rəhilə Cabbarovanın vokal və artislik bacarığı onun Gülüş obrazını müvəffəq...
b61305a26499b844
Sevil (opera)
Xüsusən ikinci pərdənin final xoru, proloq və epiloqdakı xorlar çox yaxşı təsir bağışlamışdır. Dirijor asistenti – Əməkdar artist, orkestrın konsertmeysteri Nazim Rzayev orkestrdə simli alətlər üzərində müxtəlif işlər aparmışdır. Yeri gəlmişkən qeyd etməliyik ki, "Sevil" operasının yaranması ilə əlaqədar olaraq Opera T...
37526a06e85e5e62
Sevil (opera)
Süleyman Ələsgərov yazır ki, "Xalq artisti, Stalin mükafatı laureatı, teatrın baş dirijoru, sənətkar Niyazi bəstəkarın partiturasını ustalıqla açıb orkestr ilə ayrı-ayrı solistlər, xor və rəqs parçaları arasında vəhdət yaratmış, orkestrin ifasını professional səviyyədə qaldıraraq, əsərin ideyasını yüksək bədii tərzdə d...