passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
ebdbbe89aa2ca0f7 | Sevil (opera) | "Sevil" operasının beşinci redaktəsində əsər iki pərdə, 15 şəkildən ibarətdir. Film-operanın ssenarisinin yazılmasında Tələt Əyyubovdan başqa filmin quruluşçu rejissoru Vladimir Qorikker də iştirak etmişdir. Burada reçitativlər ixtisar edilmiş, mənfi personajların iştirak etdiyi bir sıra səhnələr çıxarılmışdı. Mənfi iş... |
72f376d168452e06 | Sevil (opera) | Filmin ssenarisini Vladimir Qorikker, Tələt Əyyubov və Andrey Donatov yazmışdı. Filmin quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamı isə Elbəy Rzaquliyev idi. Filmin bəstəkarı Fikrət Əmirov idi. Səs operatoru Qriqori Korenblyum idi. Filmin geyim tərtibatı Bədurə Əfqanlı tərəfindən verilmişdir. Film-operanın di... |
df6657172db8d40e | Sevil (opera) | Yeni tamaşanın əlamətdar cəhətlərindən biri budur ki, orada opera sənətimizin nisbətən yaşlı nəslinə mənsub ustalarımızla (SSRİ Xalq artisti Lütfiyar İmanov, Azərbaycan SSR Xalq artisti R.Atakişiyev) yanaşı, əsasən, gənc nəslin nümayəndələri iştirak edirdilər. Sevil obrazını yaradan gənc, istedadlı müğənni Fidan Qasımo... |
240056af4fd39e0d | Sevil (opera) | Keçmiş Bakını, İçərişəhəri təsirli boyaların köməyi ilə xəyalda canlandıran rəssamın verdiyi tərtibat hər bir səhnənin öz musiqi dili ilə daxili uyğunluq təşkil edir, əsərin ideya-bədii məziyyətlərini anlamaqda kömək edirdi. "Sevil" operasının musiqi rəhbəri, Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov orkestri, xoru ... |
ec8ed8e84e665cc0 | Sevil (opera) | Ona görə də əsərin yenidən canlandırılması, səhnəyə gəlməsi Azərbaycanın mədəni həyatında, incəsənətdə, ümumiyyətlə respublikamızın ictimai həyatında mühüm hadisədir. "16 mart 2011-ci il tarixində "Mir muğam" festivalı çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Sevil" operası tamaşaya qoyulmuşd... |
927af481cb79d15f | Sevil (opera) | Operanın dirijorluq işi Əyyub Quliyev tərəfindən həyata keçirilmişdir.2016-cı ilin 10 yanvar tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında operanın tamaşası baş tutmuşdur. Tamaşada əsas partiyaları – əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa etmişdir. Tamaşada həmçinin əməkdar artistlər Səb... |
48f90730d07ba73e | Sevil (opera) | Bu Cəfər Cabbarlının pyesi üçün inandırıcı musiqi həllini tapmış bəstəkarın böyük yaradıcılığı uğurudur. O, yüksək peşəkarlıq səviyyəli operalar yaratmışdır. Operanln dəyərli cəhəti ondadır ki, bəstəkar qəhrəmanların şəxsi taleyini deyil, məhz yüksək vətəndaşlıq pafosu ilə sosial dramını ön plana çəkmişdir. "Bəstəkar S... |
7a1f4388537aced3 | Sevil (opera) | Lakin xalq musiqisi ilə sıx bağlılıq, iştirakçıların intonasiya baxımından dəqiq səciyyələndirilməsi – hər iki operanın müəyyənedici xüsusiyyətləridir. "Bəstəkar Qara Qarayev yazırdı: "Koroğlu operası Üzeyir Hacıbəylinin böyük və mürəkkəb yaradıcılıq yolunda kulminasiya nöqtəsi idi…Bu operanın respublikamızın opera sən... |
55bc4f3f8a360139 | Sevil (opera) | Səməd Vurğun bu operada Fikrət Əmirovun muğam sənətinə dayaqlanan ecazkar melodiyalarına yüksək qiymət vermişdir.Otar Taktakişvili qeyd etmişdir ki, "Sevil operasının müəllifi öz qeyri-adi istedadını göstərə bilmişdir. Onun yaradıcılığı üzvi surətdə bütün zənginliyi və rəngarəngliyi ilə hiss etdiyi xalq yaradıcılığına ... |
6d2fe6d91f87492a | Sevil (opera) | "Azərbaycanlı memar Fuad Əbdürrəhmanov 1960-cı ildə Bakı şəhərində "Azad qadın" heykəlini hazırlamışdır. Əbdürrəhmanov heykəli hazırlayarkən Cəfər Cabbarlının "Sevil" pyesinin və Fikrət Əmirovun "Sevil" operasının əsas qəhrəmanı olan Sevil obrazından ilhamlandığını bildirmişdir. Bürcəliyev, Anar. Opera səhnəmizin Koroğ... |
3a99bae0f2b0bc74 | Sevil (opera) | 2002. Həmçinin bax Sevil (pyes) Fikrət Əmirov Azərbaycan klassik musiqisi Fikrət Əmirovun əsərlərinin siyahısı Xarici keçidlər Mirmehdi Ağaoğlu. "Azərbaycanda ilk dəfə tele-opera çəkilib". Mədəniyyət ( (az.)). ona.az. 15 aprel 2019. İstifadə tarixi: 7 iyul 2019. |
033e5ad9b8db6f8e | Əli Tudə | Əli Qulu oğlu Cavadzadə (31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — Müasir Azərbaycan şeirinin yaradıcılarından biridir. 75 illik ömrünün 50 ildən çoxunu milli poeziyanın inkişafına həsr etmişdir. İlk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur. İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır və bu ... |
26e8c1aa15950ae0 | Əli Tudə | Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib. O, nənəsi Qəribin himayəsində böyüyüb. 1937-ci il keçmiş Sovet İttifaqının ərazisinə dəhşətli represiya tufanı ilə gəlir. 1938-ci ilin yazında 14 yaşlı Əlini d... |
c15f777761aa4d07 | Əli Tudə | O, 1950-ci ilin yayında Aşıq Hüseyn Cavanın təkidi ilə evlənmək qərarına gəlir. Aşıq gənc şairin əvvəldən tanıdığı Usta İbrahiminqızı Kürdəmirdə məktəbdə dərs hissə müdiri işləyən Şəfiqəni məsləhət görür. Aşığın təklifi ilə qız Bakıya gəlir və Əli ilə ğörüşürlər. 1950-ci ilin yayında keçirilən toyuna yalnız yoldaşları,... |
e67656d1a904a5de | Əli Tudə | 1956-cı ilin yayında otaylı həkim Cavad Təqdisi ilə Latviyaya, Liepaya şəhərində yerləşən sanatoriyaya müalicəyəyə gedir. Beləliklə, orta məktəb illərində Bakıdan başlanan yaradıcılıq yolu, erkən gənclik çağında Təbriz ədəbi mühiti, sonradan yenə qaynar Bakı ədəbi həyatı Əli Tudənin həqiqi vətənpərvər ziyalı, sevilən ş... |
5247fc008576ce19 | Əli Tudə | 5-ci sinifdə ikən rəsm çəkməkdən dönüb ilk dəfə şeir yazmağa başlayıb. 6-cı sinifə keçəndə Əli bu təhsil ocağı ilə də vidalaşıb 150 saylı orta məktəbə girir. O, 1937-ci ilin yazında məktəbdə keçirilən bir müsamirədə valideyinlər qarşısında " Yeni yol" qəzetində yenicə çap olunmuş "Vətən nəğməsi" adlı ilk şeirini oxuyur... |
9cd3f4b658be7f7a | Əli Tudə | BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947–1952). Yalnız 1947-ci ildə ali təhsil almaq imkanı yaranmış Əli Tudə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirir "Azərnəşr"ə redaktor vəzifəsinə göndərilir. Azərbaycan De... |
8cd7878e8cea1566 | Əli Tudə | Tez bir zamanda ona sicilli alırlar. Həmin sənəddə "Mirzəəli"nin "Mirzə"sini ixtisara salıb öz adını Əli, "Ələmqulu"nun "Ələm"ini atıb atamın adını Qulu yazdırdım. Familiyamın isə əslini saxladım: Cavadzadə! Əli İran Xalq Partiyasının Ərdəbil Vilayət Komitəsi tərəfindən təşkil edilən, Ərdəbilin Cahargah meydanında yeni... |
c367c64ff960734b | Əli Tudə | Əli də birincilər sırasında olur. 1945-ci ilin 12 dekabırında yaradılan Milli hökumət geniş fəaliyyətə başlayır. İnqilabın qələbəsindən sonra Əli Tudə Ərdəbildə şair İbrahim Zakir və Rəsul Abdullahi ilə birlikdə bir müddət fədailər qərargahında çalışır. Bu ərəfədə Ərdəbildəki sovet konsulxanasına çağırılan Əli Tudəyə b... |
2189029b68154716 | Əli Tudə | Onlarla birgə azərbaycanlı şair və yazıçılarda cənubu tərk edirlər. 1946-cı ilin yazında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə olaraq Təbrizdə Azərbaycan Dövlət Filarmoniyası açılması barədə qərar verir. Bu yeni sənət ocağına 22 yaşlı Əlini müdir təyin edirlər. Təbriz Filarmoniyası cəmi dörd ay yaşasa da bu... |
0dbb0873819a21b5 | Əli Tudə | Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. Vətənin birliyi, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınmışdır. Ana, Vətən kimi müqəddəs duyğulardan sonra şair ən çox müraciət etdiyi mövzulardan biri də doğma yurdun təbiətinin... |
85448cfb1bc45b15 | Əli Tudə | "Ədəbiyyat və incəsənət" eləcə də "Azərbaycan" qəzetlərində, həmçinin Azərnəşrdə işlədiyi müddətdə həm publisist, həm də naşir kimi təcrübəli bir mütəxəssis olduğunu sübüta yetirmişdir. O, mükəmməl tərcüməçilik fəaliyyəti göstərmiş, bir sıra əsərləri dilimizə çevirmişdir. Cənubda ilk dəfə işıq üzü görən Azərbaycan dili... |
09035f9a6a3ddd58 | Əli Tudə | Onun 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm olaraq işıq üzü görür. "Ana dili" kitabının tərtibi və çap olunmasında x... |
ad97eeea3ab19a5f | Əli Tudə | Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu. Kitablarının siyahısı Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950 (Kiril əlifbası ilə), 99 səh. Bakının işıqları. Bakı: ... |
f4b3fd0d0b4cd231 | Əli Tudə | Vətən sevgisi. Bakı: Azərnəşr, 1951 (Kiril əlifbası ilə), 64 səh. Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952 (Kiril əlifbası ilə), 28 səh. Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954 (Kiril əlifbası ilə), 48 səh. Şerlər. Bakı: Azərnəşr, 1955 (Kiril əlifbası ilə), 76 səh. |
1ee5bec1feaa4a8c | Əli Tudə | Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956 (Kiril əlifbası ilə), 131 səh. Qartal. Bakı: Azərnəşr, 1959 (Kiril əlifbası ilə), 170 səh. Qəzəb. Bakı: Azərnəşr, 1960 (Kiril əlifbası ilə), 98 səh. Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962 (Kiril əlifbası ilə), 227 səh. |
d14523e4cfee5642 | Əli Tudə | Buludlar. Bakı: Azərnəşr, 1964 (Kiril əlifbası ilə), 132 səh. Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966 (Kiril əlifbası ilə), 187 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968 (Kiril əlifbası ilə), 321 səh. Şerlər. Bakı: Gənclik, 1970 (Kiril əlifbası ilə), 68 səh. |
ea8e08341239ac77 | Əli Tudə | Sevinc. Bakı: Gənclik, 1973 (Kiril əlifbası ilə), 112 səh. Şəlalə. Bakı: Azərnəşr, 1974 (Kiril əlifbası ilə), 183 səh. Ömrün illəri. Bakı: Gənclik, 1976 (Kiril əlifbası ilə), 164 səh. Həyat sınağı. Bakı: Yazıçı, 1978 (Kiril əlifbası ilə), 232 səh. |
0b41dff8b6c41b66 | Əli Tudə | İran Xalq Partiyası. Təbriz: 1358 (ərəb əlifbası ilə). Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh. Nəğməli gecələr. Bakı: Yazıçı, 1981 (Kiril əlifbası ilə), 210 səh. Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983 (ərəb əlifbası ilə), 87 səh. |
c94f42425768c268 | Əli Tudə | Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983 (Kiril əlifbası ilə), 145 səh. Araz üstə palıd. Bakı: Yazıçı, 1984 (Kiril əlifbası ilə), 303 səh. Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986 (Kiril əlifbası ilə), 161 səh. Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988 (Kiril əlifbası ilə),... |
9e29b089844f68da | Əli Tudə | Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990 (Kiril əlifbası ilə), 276 səh. Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı , 1996 (Kiril əlifbası ilə), 240 səh. Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997 (Kiril əlifbası ilə), 328 səh. Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998 (Kiril əlifbası ilə), 386 səh. |
e6a27bc4ee48463e | Əli Tudə | Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh. Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh. Latın əlifbası ilə çap olunmuş kitabları (20 cilldə) 1. Cənub nəğmələri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 336 səh. |
c96b7ae90c0bae17 | Əli Tudə | "Azərbaycan" nəşriyyatı – 2021, 416 səh. 19. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 320 səh 20. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2022, 336 səh ƏLİ TUDƏ 100 Sona Xəyal. ƏLİ TUDƏ (yaradıcılığı əsasında), Bakı-"MBM"-2010, 100 səh. Ağahüseyn Şükürov. |
620a5e36c4b8a6ec | Əli Tudə | Savalandan Süzülən Pak Duyğular (elmi iş), " Xan" nəşriyyatı, 2014, 108 səh. Ağahüseyn Şükürov. ƏLİ TUDƏNİN YARADICILIQ YOLU Xarici keçidlər Sabir Nəbioğlu. Kökdən düşməyən rübab. Arxivləşdirilib 2010-11-21 at the Wayback Machine |
86bb12b6561efe20 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı — ABŞ Konqresi Kitabxansının 2008-ci ilin əvvəlinə aid kataloqların məlumatları əsasında hazırlanıb. Siyahı konkret bu şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilib. Karl Marks (Marx) (1818–1883) — alman filosofu, 3180 İmmanuel Kant (Kant) (1724–1... |
4fc40868662bbc6f | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Adolf Hitler (Hitler) (1889–1945) — alman siyasətçisi, 1773. Fridrix Hegel (Hegel) (1770–1831) — alman filosofu, 1654. Ziqmund Freyd (Freud) (1856–1939) — Avstriya psixoloqu, psixoanaliz elminin banisi, 1537. Mahatma Qandi (Gandhi) (1869–1948) — hind mütəfəkkiri və ictimai xadimi, 1487. Fridrix Nitsşe (Nietzsche) (1844... |
2995ff58bd1d59f5 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Martin Lüter (Luther) (1483–1546), alman din xadimi, 1390. Foma Akvinski (Thomas Aquinas) (1225–1274), italiya filosofu və teoloqu, 1382. Martin Haydeqqer (Heidegger) (1889–1976), alman filosofu, 1300. Platon (Πλάτων) (427–347 b.e.ə. ), yunan filosofu, 1263. |
9d0d4cc311373c45 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Aristotel (Ἀριστοτέλης) (384–322 b.e.q. ), yunan filosofu, 1227. Mao Tsedun (毛泽东, Mao Zedong) (1893–1976) — Çin Xalq Respublikasının qurucusu və ilk rəhbəri, 1150. Corc Vaşinqton (Washington) (1732–1799), ABŞ Prezidenti, 1124. İosif Stalin (1879–1953), SSRİ dövlət xadimi, 1108. |
05f06c2d2fbfe5ae | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Xristofor Kolumb (Colombo, Colón) (1451?—1506) — İspaniya qulluğunda olan Genuya səyahətçisi, 1092. Napoleon Bonapart (Napoléon) I (1769–1821) — Fransa imperatoru, 1002. Franklin Ruzvelt (Roosevelt) (1882–1945), ABŞ prezidenti, 988. Avreli Avqustin (Augustinus) (354–430), filosof və teoloq, 950. Rixard Vaqner (Wagner) ... |
da9150550f1415a3 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Karl Qustav Yunq (Jung) (1875–1961), İsveçrə psixoloqu, 826. Volfqanq Amadey Motsart (Mozart) (1756–1791), Avstriya bəstəkarı, 759. Yohann Volfqanq Göte (Goethe) (1749–1832), alman yazıçısı, 758. Tomas Cefferson (Jefferson) (1743–1826), ABŞ prezidenti, 755. Rene Dekart (Descartes) (1596–1650), fransız filosofu, 755. |
c9cfd6b7434d10ff | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Jan Jak Russo (Rousseau) (1712–1778), fransız yazıçısı və mütəfəkkiri, 735. Bencamin Franklin (Franklin) (1706–1790), ABŞ alimi və siyasətçisi, 709. Teodor Ruzvelt (Roosevelt) (1858–1919), ABŞ prezidenti, 708. Lüdviq Vitgenşteyn (Wittgenstein) (1889–1951), Avstriya və Böyük Britaniya filosofu, 694. Lüdviq van Bethoven ... |
d3cfa051f3f52391 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Lev Tolstoy (1828–1910) rus yazıçısı, 681. Sorn Kyerkeqor (Kierkegaard) (1813–1855), Danimarka mütəfəkkiri, 679. Edmund Husserl (Husserl) (1859–1938), alman filosofu, 659. Vudro Vilson (Wilson) (1856–1924), ABŞ prezidenti, 641. Sokrat (Σωκράτης) (469?—399 b.e.ə. |
b0deb3010b7b88c3 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | ), yunan mütəfəkkiri, 601. İohan Sebastyan Bax (Bach) (1685–1750), alman bəstəkarı, 599. Şarl de Qoll (de Gaulle) (1890–1970), Fransa prezidenti, 594. Fridrix Engels (Engels) (1820–1895), alman filosofu, 584. Con Kennedi (Kennedy) (1917–1963), ABŞ prezidenti, 572. |
7e6db02780df593d | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Benedikt Spinoza (Spinoza) (1632–1677), holland filosofu, 568. Albert Eynşteyn (Einstein) (1879–1955), alman və amerika fiziki, 553. Leonardo da Vinçi (Leonardo da Vinci) (1452–1519), İtaliya alimi və rəssamı, 536. Vinston Çörçill (Churchill) (1874–1965) — Böyük Britaniyanın sabiq baş naziri, 533. Pablo Pikasso (Picass... |
bad8ea46d99c4e19 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Karl Bart (Barth) (1886–1968), alman mütəfəkkiri, 492. Rabindranat Taqor (Tagore; ঠাকুর) (1861–1941), hind yazıçısı, 488. Jan Kalvin (Calvin) (1509–1564), İsveçrə din xadimi, 483. Jan-Pol Sartr (Sartre) (1905–1980), fransız yazıçısı və filosofu — 479. Çarlz Darvin (Darwin) (1809–1882), Britaniya bioloqu — 468. |
24b34daeb48d6701 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Mikelancelo (Michelangelo) (1475–1564), İtalyan rəssamı, heykəltaraşı, arxitektor, şair — 465. Vilyam Şekspir (Shakespeare) (1564–1616), Britaniya dramaturqu və şairi — 454. Rembrandt (Rembrandt) (1606–1669), holland rəssamı — 452. Aleksandr Puşkin (1799–1837), rus şairi və yazışısı — 443. Qotfrid Leybnits (Leibnitz) (... |
61c4b92f6b09287c | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Frederik Şopen (Chopin) (1810–1849), polyak və fransız bəstəkarı — 441. Den Syaopin (鄧小平, Deng Xiaoping) (1904–1997), Çin siyasətçisi — 440. Devid Yum (Hume)(1711–1776), Britaniya filosofu — 436. Teyyar de Şarden (Teilhard de Chardin) (1881–1955), fransız almi və müətəfəkkiri — 435. Fyodor Dostoyevski (1821–1881), rus ... |
f6aae47379cc1bc3 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Dante Aligyeri (Dante) (1265–1321), italyan yazıçısı — 427. Jan Piaje (Piaget) (1896–1980), İsveçrə psixoloqu — 420. Qautama Budda (गौतम बुद्ध) (563–483 b.e.ə.?) — Buddizm dininin banisi — 411. Ronald Reyqan (Reagan) (1911–2004), ABŞ prezidenti — 383. |
7b4cf630f4726c63 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Blez Paskal (Pascal) (1623–1662), fransız alimi və mütəfəkkiri — 381. Mustafa Kamal Atatürk (Atatürk) (1881–1938), Türkiyə prezidenti — 379. Nikkolo Makiavelli (Machiavelli) (1469–1527), italyan mütəfəkkiri — 372. Jak Lakan (Lacan) (1901–1981), fransız psixoloqu — 365. Maksim Qorki (1868–1936), rus yazıçısı — 365. |
4e8fc70780a58e25 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Dvayt Eyzenhaver (Eisenhower) (1890–1969), ABŞ prezidenti — 359. Volter (Voltaire) (1694–1778), fransız yazıçısı və mütəfəkkiri — 359. Mişel Fuko (Foucault) (1926–1984), fransız filosofu — 350. Antonio Qramşi (Gramsci) (1891–1937), italyan mütəfəkkiri və siyasətçisi — 344. Con Lokk (Locke) (1632–1704), Britaniya filoso... |
af0bf2f8c43fe70d | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Anri Berqson (Bergson) (1859–1941), fransız filosofu — 341. Konfutsi (孔夫子, Kong Fuzi) (551–479 b.e.ə.) — çin filosofu — 335. Qalileo Qaliley (Galilei) (1564–1642), italyan alimi — 332. Tomas Hobbs (Hobbes) (1588–1679), Britaniya filosofu — 330. |
08fe11e34db8cc1c | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Fransisko Qoya (Goya) (1746–1828), ispan rəssamı — 328. Qxoş (শ্রী অরবিন্দ, Ghose) (1872–1950), hind mütəfəkkiri — 320. Viktor Hüqo (Hugo) (1802–1885), fransız yazıçısı — 307. Makedoniyalı İskəndər(Böyük İsgəndər) (Ἀλέξανδρος ὁ Μέγας) (356–323 b.e.ə. ), Makedoniya və Asiyanın çarı — 303. |
bf2bd589b23a8190 | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Yohann Qotlib Fixte (Fichte) (1762–1814), alman filosofu — 295. Volt Vitmen (Whitman) (1819–1892), ABŞ şairi — 294. Ernesto Çe Gevara (Guevara) (1928–1967) — argentina inqilabçısı — 294. Jak Derrida (Derrida) (1930–2004), fransız filosofu — 291. Artur Şopenhauer (Schopenhauer) (1788–1860), alman filosofu — 289. |
c885f5ae8a73317c | Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı | Desiderius Erasmus (Erasmus) (1469–1536), holland mütəfəkkiri — 287. Fridrix Şiller (Shiller) (1759–1805), alman yazıçısı — 277. Benedetto Kroçe (Croce) (1866–1952), italyan filosofu — 275. Onore de Balzak (Balzac) (1799–1850), fransız yazıçısı — 271. Fridrix Şellinq (Schelling) (1775–1854), alman filosofu — 270 |
e0b9d0c8c3acfee9 | Bizans İmperiyası | Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İta... |
d4eebfb1ae2def33 | Bizans İmperiyası | Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi. Bizansın idarəçiləri özlərini Roma İmperatorluğunun gerçək mirasçıları ola... |
58f1819af5c36ef5 | Bizans İmperiyası | Etimologiyası Sözün mənşəyi "Bizans imperiyası" adı tarixçilərin Şərqi Roma imperiyasına verdiyi addır və imperiyanın mövcud olduğu dövrdə heç bir mənbədə adı belə keçməmişdir. İmperiyanın yunanca adı "Basileia tön Romania" (Roma imperiyası) və ya sadəcə olaraq "Romania" idi. Şərqi Roma xalqı da özlərini romalı olaraq ... |
05e690c8aac74298 | Bizans İmperiyası | Papalar ya da Qərbdəki idarəçilər Şərqi Roma imperatorlarından bəhs edən zaman "Imperator Romæorum" deyirdilər, çünki "Imperator Romanorum" adı Şarlman və onun xələflərinə aiddir. Bu səbəblərdən tarixçilər belə qənaətə gəlir ki, "Bizans" termininin istifadə olunmasında məqsəd, Müqəddəs Roma imperiyasının rəqibi Şərqi R... |
9fd9817a61624d6f | Bizans İmperiyası | Qərbi Roma İmperatorluğu torpaqlarına hücum edən vestqotlar 410-cu ildə Romanı ələ keçirdilər. Digər barbar qövmlərdən vandallar Şimal Afrikanı, İspaniyanı və İtaliyanı yağmaladılar. Barbar axınlarının ardı-arası kəsilmədi və V əsrin sonlarında germanlar Qərbi Roma İmperatorluğunu süquta uğratdılar. Bizans İmperatorluğ... |
f82d015f21dc9f64 | Bizans İmperiyası | Bu münaqişələr 532-ci ildə xalq üsyanına çevrildi. Tarixdə "Nika ayaqlanması" adıyla tanınan bu qiyam, komandir Velisariy tərəfindən paytaxtdakı Hippodromda (bugünkü Sultanahmet meydanı) yatırıldı və 30 min adam öldürüldü. Beləcə ölkə daxilində sabitliyi təmin edən I Yustinian müxtəlif sahələrdə islahatlara başladı. On... |
29b32b1300f76969 | Bizans İmperiyası | Bu dövrdə ərəblər İslam dinini yaymaq üçün hücumlara başlamışdılar. Ərəb orduları 632-ci ildə Suriya və Fələstini ələ keçirdi. Aleksandriyanın təslim olmasından sonra ərəblər 642-ci ildə Misirin bütün ərazisini öz nəzarətləri altına aldılar. 674–678-ci illər arasında ərəblər bir neçə dəfə Konstantinopolu mühasirəyə als... |
03e2d3acfcf4219a | Bizans İmperiyası | I Vasileos və ardıcılı VI Levin (886–912) hakimiyyətləri dövründə imperatorluğun hüquq sistemi yenidən təşkil edildi. II Nikifor Foka (963–969) Krit və Kipri yenidən imperatorluğa qatdı, Suriya və Balkanlarda yeni torpaqlar ələ keçirdi. II Vasili (976–1025) 1001-ci ildə Şimal Suriyanı dövlətin tərkibinə qatdı. 1018-ci ... |
164a562f86a1357f | Bizans İmperiyası | 1074-cü ildə paytaxtı İznik (Nikéa) olan Anadolu Səlcuqlu Dövləti quruldu. Bu dövrdə Konstantinopolun güclü patrixi ilə papa arasındakı görüş ayrılıqları sərt mübahisələrə gətirib çıxardı və 1054-cü ildə Roma Katolik Kilsəsi ilə Şərq Ortodoks Kilsəsi müstəqil kilsələr halına gəldilər. Xaç yürüşləri (1081–1204) Latın İm... |
1c446229addc6b80 | Bizans İmperiyası | Varlı valideynlərin uşaqları bu məktəblərdə yazmağı və hesablamağı öyrənirdilər. Məktəblərdə dini kitablardan başqa qədim dövrün alimlərinin əsərlərini, Homerin poemalarını, Esxilin və Sofoklun tragikomediyalarını öyrənirdilər. Avropada ilk ali məktəb Konstantinopolda açılmışdı. Burada ali tibb məktəbi də yaradılmışdı.... |
ce6a34cd8a24c83a | Bizans İmperiyası | Neft və qatran qarışığından düzəldilən yunan odunu su ilə söndürmək olmurdu. Onu xüsusi olaraq düzəldilmiş borulardan düşmən gəmilərinə, qalalarına yönəldir və yandırırdılar. Bizanslılar yunan odunun köməyi ilə quruda və dənizdə bir çox qələbələr qazanmışdılar. Bizansda tarix və coğrafiya da çox inkişaf etmişdi. Coğraf... |
fea1a99a12b4286b | Bizans İmperiyası | Bolqarıstan, Serbiya və Kiyev Rus dövləti xristian dinini Bizansdan qəbul etmişdir. Yunan dilindən slavyan dillərinə çoxlu kitab tərcümə olunmuşdu. Kiyev Rus dövlətində ilk daş məbədləri Bizans memarları tikmişlər. Bizansda antik yazıçıların və alimlərin çoxlu əlyazıları qalmışdı. Bunun sayəsində həmin əsərlər dövrümüz... |
e121fd88f2c6b2c9 | Bizans İmperiyası | Onun baş küçələrində onlarla möhtəşəm imarətlər və məbədlər ucalırdı. Əzəmətli binalar belə fikir oyatmalı idi ki, imperator hakimiyyəti qüdrətli və möhtəşəmdir. Xristian dini məbəd tikintisində də dəyişikliklər edildi. Məbəd tikilərkən qarşıya qoyulan məqsəd dəyişdi. Qədim yunan məbədləri içərisinə allahların heykəllə... |
6ce198b8d63baf1b | Bizans İmperiyası | Buna görə də memarlar məbədin daxilindəki otaqların gözəl olması üçün xüsusi səy göstərirdilər. Bizans memarlığının ən gözəl nümunəsi Yustinian zamanında Konstantinopolda tikilmiş Müqəddəs Sofiya kilsəsidir. Bu kilsəni möcüzələr möcüzəsi adlandırır, şerlərdə tərənnüm edirdilər. Qədimdən bəri sənət möcüzəsi hesab olunan... |
df018627dd34afbe | Bizans İmperiyası | Nəhəng (30 metrlik diametrə malik) günbəzinin səmaya ucalır. Kilsə memarlığında iki memarlıq forması — bazilika və xaçlı günbəz üstünlük təşkil edirdi. Bazilika düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünürdü. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olurdu. Bazilikanın şərq t... |
bd3aec3dcdcdd8ba | Bizans İmperiyası | Günbəzə birləşən yarımdairəvi qübbələr kəsişərək düzbucaqlı xaç əmələ gətirir. Məbədlərin və sarayların divarlarını mozaikalar, müxtəlif rəngli xırda daşlarıdan və şəffaf olmayan rəngli şüşə qırıqlarından — smaltadan düzəldilmiş təsvirlər bəzəyirdi. Smaltanı təzə vurulmuş suvağın üstünə müxtəlif mailliklə düzürdülər. T... |
0929a4e6e374cf92 | Bizans İmperiyası | İmperiyanın torpaqlarında müxtəlif tayfalar və xalqlar: yunanlar, frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş kiçik asiya tayfaları, qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Onların arasında yunanlar hakim mövqedə dururdular və yunan dili imperiyanın rəsmi dili idi. Bizansda ordun... |
0b189ff8a3cc3312 | Bizans İmperiyası | Xüsusilə Qara Dəniz və Aralıq Dənizini birləşdirən boğazlar üzərində hökmranlıq etməsi Bizansda dənizçiliyin və dəniz ticarətinin inkişafına kömək edirdi. Bizans tacirləri şərqdə Hindistan, Taproban (Seylon) və Çinə, cənubda Aksum Krallığına (Efiopiya), habelə Ərəbistana gedib çıxırdılar. İran və Soqdiana ilə quruda ti... |
f30a600cb6f517e9 | Çanaqqala müharibəsi | Çanaqqala müharibəsi — Birinci dünya müharibəsi əsnasında 1915–1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşü. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida ... |
0342e2ca7fffacc0 | Çanaqqala müharibəsi | Alman donanmasına məxsus bu gəmilərin boğazdan keçməsinə icazə vermək döyüş səbəbi sayılacaqdı. Ancaq Osmanlı dövləti bu gəmilərin Almaniyadan satın alındığını açıqlayaraq gərginliyi azaltmışdır. Haqqında danışılan gəmilər 16 avqust 1914-cü ildə Yavuz və Midilli adlarıyla Osmanlı donanmasına qatıldı. Bu gəmilərdəki Alm... |
c59fc5cdcdace512 | Çanaqqala müharibəsi | Qələbə çalacaqları təqdirdə Osmanlının idarəsində olan Süveyş Kanalı, İngiltərənin Uzaq şərq nəqliyyat yolunu təmin etmiş olacaqdı. Rusiya ilə Qaradəniz üzərindən dəniz nəqliyyatının açılması xüsusilə əhəmiyyətli idi. Boğazların ələ keçirilməsi İngilis və Fransız firmaları üçün böyük qazanclar gətirəcəkdi. Müharibənin ... |
de2e452ef00cb328 | Çanaqqala müharibəsi | Hücum iki cəbhədən, Seddülbahir Cəbhəsindən və Arıburnu Cəbhəsindən edilmişdir. Savaş əsnasında Seddülbahir Cəbhəsindəki ingilis və fransız birliklərinin ilk hədəfi Çirkdə Kəndi və şimalındakı Alçıtəpə olmuşdur. Üç dəfə hücum edilməsinə baxmayaraq müvəffəqiyyətsizliyə uğrayan cəbhə komandirləri, ingilis komandir H. Wes... |
d0d21870d9b044f2 | Çanaqqala müharibəsi | Günortadan sonra ehtiyatdakı ingilis briqadasının girişdiyi hücumda ingilislər, üçüncü xətt sipərlərinə girsə də Osmanlıların hücumlarıyla yenidən köhnə mövqesinə çəkilmişdirlər. Növbəti hücum, 6 avqustda Çirkdə kəndi istiqamətində başlamışdır. İngilislər, ilk xətt sipərlərinə daxil olmuş, ancaq qarşı hücumla geri atıl... |
ef2319524ad712c6 | Çanaqqala müharibəsi | İkinci ümumi hücumuyla eyni gündə, 21 avqustda Anzak birliklərinin Bomba Təpə hücumu nəticəsiz və Çanaqqala Döyüşünün son müharibəsi olmuşdur. Bomba Təpədəki qarşıdurmalar isə 29 avqust tarixinə qədər davam etsə də təpə, Osmanlıların əlində qalmışdır. Osmanlı qüvvələrinin müqaviməti qarşısında cəbhələr bağlanmışdır. Bo... |
d149dd8c9e5f6288 | Çanaqqala müharibəsi | Mustafa Kamal bu döyüşdə Conkbayırı Anafartalar və Arıburnunda hərdi vəzifələr yerinə yetirmişdir. Döyüşlərin ilk günü Conkbayırındakı müdaxiləsi və döyüşün son mərhələlərində üzərinə götürdüyü vəzifələr, Mustafa Kamalın əsgəri qabiliyyətlərini ortaya çıxarmış, "Anafartalar Qəhrəmanı" olaraq tanınmasını təmin etmişdir.... |
9e490012fd02bbdc | Çanaqqala müharibəsi | Şəfəq xidmətləri Avstraliyada da keçirilir; Yeni Zelandiyada şəfəq xidməti bu günü qeyd etməyin ən populyar növüdür . Anzak Günü, Avstraliya və Yeni Zelandiyada müharibə itkiləri və qazilərinin xatirə gününü (Sülh Günü) üstələyərək ən əhəmiyyətli anım mərasimi olaraq qalır. Həmçinin bax Osmanlı imperiyası Birinci dünya... |
bafef72412fbe224 | Daxili yanma mühərriki | Daxili yanma mühərriki — ardıcıl olaraq yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğudur. Yanacaq xaricində baş verən mühərriklər (məsələn buxar maşını, stiril mühərrik və b.) buraya aid deyildirlər. Qaz turbinləri isə daxili yanma mühərriki sayılır. Daxili yanma mühərrikləri (DYM) avtomobillərd... |
4c9f2434e197327a | Daxili yanma mühərriki | İşləmə prinsipi DYM-də ümumi olaraq hava-yanacaq qarışı kamerada alovlandırılır və yandırlır. Yanacaq zamanı ayrılan istiliyin nəticəsində kamerada olan qazın genişlənməsi silindrdə olan porşeni və ya turbinin pərini itələyir. Vankel mühərrikində porşenlər ardıcıl olaraq işləyirlər. Çünki DYM çoxunda bunlardan Dizel pr... |
d03004d9164af45e | Daxili yanma mühərriki | Bu proses aşağıdakı addımlardan ibarətdir: 1-ci gediş:Sorma (Qaz və ya yanacaqla hava qarışığı) və ya yanacaq kamerasının sərbəst doldurulması. Giriş ventil açılır və çıxış ventil isə bağlı saxlanır. Kolba aşağı ölü nöqtəsində yerləşir. 2-ci gediş: Sıxma (Yanacaq qarşığı sıxılır. Ventillərin ikisi də bağlı olur. |
9e65310c905bc843 | Daxili yanma mühərriki | Porşen aşağıya hərəkət edərək yanacaq-hava qarışığını sıxır. Porşen aşağı nöqtədən yuxarıya hərəkət edir. Bu nöqtəyə bir az qalmış yanacağa od vurulur. Bu Otto mühərriklərində kənar alışqanın hesabına, Dizel mühərriklərində isə öz-özünə avtomatik olaraq yerinə yetirilir. 3-ci gediş: İşləmə (Yanacaq qarşığı yanır və por... |
cdcf1e06a006ca34 | Daxili yanma mühərriki | Ventillər bağlı qalır.Temperaturun qalxması və qazın həcminin genişlənməsi nəticəsində kamerada təzyiq artır. Bu porşeni aşağı ölü nöqtəsinə qədər itələyir. Bu zaman porşen ilə şatunla əlqədə olan dirsəkli val hərəkətə gəlir və irəli-geri hərəkət fırlanma hərəkətinə çevrilir. 4-ci gediş:İxracetmə (Yanmış qazın xaric ed... |
a339446bbb496c2d | Daxili yanma mühərriki | Qaz xüsusi borularda təmizlənərək ətraf mühitə ötürülür.Sonuncu gedişlə bərabər olaraq kameraya yeni yanacaq sorulur və proses təkrarlanır. Yanancaq qarşığının sıxılması kimyəvi enerjinin mexaniki enerjiyə çevrilməsinə xidmət edir. İki cür DYM mövcuddur. Onların iş tsiklləri bir-birindən fərqlənirlər. İki gedişli mühər... |
7a2f2b3043f2cff6 | Daxili yanma mühərriki | Burada da yuxarıda qeyd olunan tsiklin bütün mərhələləri baş verir. Sadəcə olaraq onlar 2 gedişli mühərrikdə kombinasiya olunublar. Onun üçün tam iş tsikli üçün 4 yox 2 gediş tələb olunur. Bu mühərriklərdə sorma və yanacaq qarşığının sıxılması mühərrikdən kənarda baş verir (çox vaxt dirsəkli valın alt hissəsində). Bu k... |
628ecac0707d7a6b | Daxili yanma mühərriki | Qaz dəyişilməsi açıq halda baş verdiyindən, yanmış qazla təzə qazın nisbi qarışması baş verir. DYM-inin aşağıdakı növləri vardır: 1.Termodinamiki xüsussiyətinə görə-Otto mühərriki. -Dizel mühərriki.2. İş üsuluna görə-İki gedişli, -Dörd gedişli.3. Hərəkət formasına görə:-Porşenli mühərrik (dirsəkli val, qol və porşenin ... |
a8b9026294c98270 | Daxili yanma mühərriki | Vankel və ya sferik mühərrik), -Xətti porşenli mühərrik, -Dönən porşenli mühərrik (irəli-geri hərəkət), -Mederer-mühərriki (porşen qol ilə birlikdə hazırlanır).4.Silindrlərin sayına və quruluşuna görə- Bir silindrli (1), - Ardıcıl silindrli (2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 14, 16), -U formalı (4, 12, 16), -V formalı (2... |
b324e45fdf9fad2f | Daxili yanma mühərriki | Bu problem 1860-cı ildə belqiyalı mühəndis Jozef Lenoar (fransızca Joseph Etienne Lenoir) tərəfindən həll edilir. O, ilk qaz mühərrikini düzəldir. Mühərrik əsasən içərisində kolba yerləşdirilmiş silindrdən ibarət idi. Mühərrikin işləmə prinsipi buxar maşınları ilə oxşar idi. Fərq orasında idi ki, burada qaz sıxılmamış ... |
a59b2b4dde6bf6c9 | Daxili yanma mühərriki | Qazın yandırılması elektrik induksiya aparatının köməyi ilə yerinə yetirilirdi. Burada yenilik qaz qarışığının işçi kamerada partladılmasından ibarət idi. Apardığı sınaqlar nəticəsində Lenoara məlum olmuşdur ki, bu mühərrikin arabalarda tətbiqinin texniki baxımdan çoxlu çatışmamazlıqları vardır. Ancaq ağac qırıntıların... |
638361919401cfbf | Daxili yanma mühərriki | Bu mühərrikin ixtirası ilə avtomobilin yaranması istiqamətində ilk addım atılmış olur. 1867-ci ildə Parisdə keçirilən dünya sərgisində Otto düzəltdiyi qaz mühərrikini nümayiş etdirir. O dövrdə məlum olan başqa mühərriklərlə müqayisədə Otto mühərriki təxminən 60% az yanacaq işlədirdi. 1876-ci ildə o dörd taktlı mühərrik... |
234c4ec04cf16e30 | Daxili yanma mühərriki | 1884-cü ildə Otto qaz mühərrikləri üçün elektrik alışqanı ixtira edir. Bununla daxili yanma mühərriklərində başqa yanacaqlardan da istifadə etmək mümkün olur. Sigvard, St. Die Maschine. Geschichte, Elemente, Funktion. Ein enzyklopädische Sachsbuch. |
8acc9da1a10fc2f9 | Daxili yanma mühərriki | Augusburg, 1992, 240 S. Richard Shelton Kirby at al. Engineering in History. Dover Publications INC., New York, 1990, 530 p. Troitzsch, U. Technik – von den Anfängen bis zur Gegenwart. Braunschweig: Westermann, 1982, 640 S. Sass, F. Geschichte des Verbrennungsmotorenbaues 1860-1918. Berlin, 1962. |
e50046ee76a39a11 | DOST Agentliyi | 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub. 7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub.... |
cc71fbee2b2da38b | DOST Agentliyi | Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA — ISSA) ilə əməkdaşlıq "BSTA Tanınma Proqramı". Əhaliyə xidmətlərin çatdırılma səviyyəsini və əməliyyatları inkişaf etdirmək üçün DOST Agentliyi 2021-ci ilin avqust ayında BSTA Tanınma proqramına müraciət edib. Hazırda Agentlik "Xidmət Keyfiyyəti Təlimatları üzrə İş Kitabı"... |
0609241bb88c1977 | DOST Agentliyi | Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir. 01.04.2022 — DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Memorandumda birgə ə... |
abc65646624c662a | DOST Agentliyi | BMT mükafatı (UN Public Service Award) 2022 müsabiqəsində iştirak. 03.12.2021 tarixində DOST Agentliyi "İnklüziv və ədalətli (bərabər) xidmətlərin təqdim edilməsi üçün innovasiyaların tətbiqi" (Fostering innovation to deliver inclusive and equitable services) nominasiyasında "DOST: Smart Model for Sustainable Social Se... |
ad531d1e7da9aea3 | Həzrəti Yusif (teleserial, 2008) | Həzrəti Yusif (fars. یوسف پیامبر, ing. Joseph, the Prophet, ing. Yousuf-e Payambar) – 2008-ci ildə çəkilən İran televiziya serialıdır. Serialda Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ... |
76a10b22aa44865d | Həzrəti Yusif (teleserial, 2008) | Bir gün Yusif gecə vaxtı bir yuxu görür. Yusif həmin yuxunu atasına danışır. Yusif yuxusunda on bir ulduzun, Günəş və ayın özünə səcdə etdiklərini görər. Yusifin atası Həzrəti Yaqub peyğəmbər ona bu yuxunu əsla qardaşlarına danışmamasını deyir. Atası Həzrəti Yaqub yuxudan başa düşür ki, Allah taala Yusifin məqamını uca... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.