passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
decd2f94bc69f202 | Həzrəti Yusif (teleserial, 2008) | Yusif qardaşlarıyla çıxdığı bir səfərdə özünü qısqanan qardaşları tərəfindən səhrada bir quyuya atılır. Qardaşları evə döndükdə atalarının onlara inanmaları üçün qoyunlardan birini kəsərək qanını Yusifin köynəyinə bulayırlar. Qardaşlar evə qayıtdıqda Yusifin qana bulaşmış köynəyini atalarına göstərərək Yusifi qurdların... |
e35e81046b98ebe2 | Həzrəti Yusif (teleserial, 2008) | Yusif Putifar adında sahibə satılr. Karvan sahibi əməlindən hər nə qədər peşman olsa da, onu geri qaytara bilmir. Putifar Yusifi Züleyxaya hədiyyə olaraq verir. Züleyxa isə onu oğlu kimi qəbul edir. Yusif yavaş-yavaş Potifarın evində böyüməyə başlayır. Böyüdükcə isə başqalarının heyrətinə səbəb olur. Putifarın həyat yo... |
e2985ebabf69c9d4 | Həzrəti Yusif (teleserial, 2008) | Yusif otağa daxil olan zaman Züleyxa qapını bağlatdıraraq, ona eşqini bildirir. Yusif isə bundan imtina edib, otağı tərk edir. Yusif otağı tərk edən zaman Putifar onu görür. Züleyxa yalandan deyir ki, guya Yusif zorla otağına girmişdi. Birdən-birə yaxında olan bir xidmətçinin qucağındakı körpə, dil açaraq Yusifin haqlı... |
cea326c9cc7355a8 | Həzrəti Yusif (teleserial, 2008) | Xidmətçilərindən həmin yuxunu yozmalarını istəyir. Onlar yuxunu yoza bilmirlər. Xidmətçilərdən biri zindandan Yusifi çıxartdıraraq bura gətirir. Yusif fironun yuxusunu yozur. Bundan sonra Yusif Exnatonun yaxın köməkçilərindən biri olur. İllər keçdikdən sonra Züleyxa artıq qocalmışdır. Bir gün ona bir qadın rast gəlir. ... |
c1ba913b7c4bdc8c | Həzrəti Yusif (teleserial, 2008) | Qadın onun gözlərinin görə bilmədiyini və ağır xəstələndiyini görərək, onu saraya aparır. Fironun yanına gətirdikdə, Yusif onu tanıyır. Yusif Allahın istəyi ilə möcüzə nəticəsində onu cavanlaşdırır. Bir neçə müddət sonra isə onunla ailə həyatı qurur. Sonda Yusifin atası ilə görüşmə arzusu həyata keçir. Səhrada Yusif at... |
376e50c3cef165db | Həzrəti Yusif (teleserial, 2008) | Onların görüşməsindən bir müddət keçdikdən sonra onlar öz vətənlərinə geri dönürlər. Film heyəti Filmin aktyor heyəti də diqqəti cəlb edir: Cəfər Dehqan (Putifar), Katayun Riyahi (Züleyxa), Mahmud Pakniyyət (Yəqub), Fərəhşteh Sarabandi (Ləya), Davud Şeyx (Yəhuda), Nəsrin Nəkisa (Dinə), Rəhim Novruzi (Exnaton), Elham Hə... |
7adfccb23ccaabc5 | Həzrəti Yusif (teleserial, 2008) | Eləcə də Züleyxa obrazını canlandıran aktrisa Ketayun Riyahini də çətinliklə tapa bilib. "Həzrət Yusif" serialında baş rol ifası üçün sınaq çəkilişində 3000 adamın içindən Yusif roluna seçilmişdir. İran televiziyası ilə bağlanmış müqaviləyə əsasən siması daima tərtəmiz və qüsursuz görünməliydi. Çəkilişlər ərzində hər g... |
beeb1ab43b5aa712 | Həzrəti Yusif (teleserial, 2008) | Fərəcullah Sələhşur müsahibəsində deyir: "Həzrət Yusif" serialı Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayımlanıb. Fərəcullah Sələhşurun məlumatlara görə, film yayımlandığı bütün ölkələrdə müsbət qarşılanıb. Fərəcullah etiraf edir ki, filmin heyət... |
2aa38742ecb88138 | Həzrəti Yusif (teleserial, 2008) | "Yusif peyğəmbər (ə)" serialı Türk, ərəb, ingilis, fransız, urdu, ispan, və italyan dilində də dublyaj edilərək, dünyanın bir çox telekanalında nümayiş etdirilmişdir. "CIMAFilm senter"in istehsalı olan bu çoxseriyalı bədii film Azərbaycanın efir məkanında yayımlandı və Ramazan ayı boyunca tamaşaçılar tərəfindən böyük m... |
e8c4789e793f88f6 | Həzrəti Yusif (teleserial, 2008) | Zaman keçdikcə Yusif böyüməyə başlayır. 2 Mövsüm: Zindandan Saraya: Bu mövsümdə Züleyxanın Yusifə eşqə düşməsindən və onun eşqinin qəbul etməsindən ötrü Yusifi zindana atdırmasından söhbət açılır. 3 Mövsüm: Vüslət: Bu mövsümdə Yusif Axnetanonun köməyi sayəsində vəzifəsinə geri qayıdır, Züleyxa ilə evlənməsindən və sonr... |
d4ca44319a2d0bcf | ISBN | Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. Nömrənin tərkibi Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin ed... |
51771eff5d1ba926 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında — 2016-ci ilin 6-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Rio-de-Janeyro Olimpiadasında 56 idmançı ilə 17 idman növündə təmsil olundu.Azərbaycan Milli Olimpiya Komandası Rio-de-Janey... |
c990387188eb328a | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min ₼ (onun məşqçisinə 200 min ₼), gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 2 nə... |
b016c897ecd45ac1 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Lorenso Sotomayor isə çıxış elədiyi idman növü üzrə olimpiada finalında mübarizə aparan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Təbliğat işləri Olimpiadadan əvvəl CBC Sport-da Salam, Rio! adlı verilişində, həmçinin İdman Azərbaycan TV-nin idman xəbərləri buraxılışlarında Bizim Olimpiyaçılarımız adlı süjetlərd... |
7ced6033e542147b | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Olimpiadadan sonra Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən isə XXXI Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan ... |
2781c43524a29a47 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Mərasimin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra dövlət başçısı İlham Əliyev nitqlə çıxış elədi. İlham Əliyev idmançılara qələbələr və uğurlar arzuladı. Daha sonra gənclər və idman naziri Azad Rəhimov nitqlə çıxış elədi və Azərbaycanın son beş Olimpiya Oyunlarında qazandığı nəticələr barədə qısa məlum... |
80de13115d198fc2 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Tədbirin sonunda isə Azərbaycan Milli Olimpiya Komandasının üzvü, yunan-roma güləşi üzrə Dünya Çempionatının qalibi Rəsul Çunayev idmançılar adından olimpiya andının mətnini oxudu. Rəsul Çunayev Azərbaycanın bayrağının qaldırılması, dövlət himnimizin səsləndirilməsi naminə sona qədər əzmlə mübarizə aparacağımıza and iç... |
90642081b7ed8855 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Azərbaycan Olimpiya Oyunlarında birinci dəfə oxatma, kanoe slalom, trek velosipedi və triatlon turnirlərində təmsil olundu. Komandanın heyətində 56 idmançıdan 32 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 34 idmançıdan doqquz nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — son oli... |
b14331f7741646cd | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Təsnifat mərhələsinin A qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti 6:40.52 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti beş idmançı sırasında sadəcə Yeni Zelandiya nümayəndələrindən geri qaldı olimpiadanın yarım-final mərhələsinə adladı. Bu mərhələ avqustun... |
265f2e548833c739 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Q — növbəti mərhələyə adladıRio-de-Janeyro Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 6-14 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Ruslan Lunyov təmsil elədi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı. Avqustun 6-d... |
9093f5556447972c | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış elədi. Bədii gimnastika Q — növbəti mərhələyə adladıRio-de-Janeyro Olimpiadasında bədii gimnastların idman növü üzrə turnirlər 18–22 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə fərdi turnirdə Marin... |
0b8b0c85eee22654 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Halqa ilə turnirdə də Marina Durunda uğursuz çıxış elədi və 17.466 balla 12-ci pillənin sahibi oldu. Daha sonra Marina Durunda gürzlərlə turnirdə 17.682 bal topladı və 8-ci pillənin sahibi oldu. Lentlə turnirdə də Marina Durunda uğurla çıxış elədi və nəticədə 17.734 balla yeddinci pillənin sahibi oldu. Bununla da ümumi... |
ff42f043e1513677 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Daha sonra Marina Durunda halqa ilə turnirdə mübarizə apardı və 17.542 balla doqquzuncu pillənin sahibi oldu. Gürzlərlə turnirdə Marina Durunda 17.716 balla altıncı pillədə qərarlaşdı. Sonda Marina Durunda lentlə turnirdə çıxış elədi. Bu turniri Marina Durunda 17.542 balla altıncı pillədə başa vurdu. Ümumi nəticədə isə... |
6e938ed7d77cb425 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | — qalib gəldi Məğ. — məğlub olduRio-de-Janeyro Olimpiadasında bu idman növü üzrə turnirlər 6-21 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 11 idmançı təmsil elədi. Kişilər turnirində Azərbaycan yığması tam heyətlə — 10 idmançı ilə mübarizə apardı. Komandanın üzvlərindən Albert Səlimov WSB göstəricilərinə, Elvin... |
af7a47a7a6fbc866 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | turnirində çıxış edən Rüfət Hüseynov Rio-de-Janeyro Olimpiadasında avqustun 6-da mübarizə apardı. Rüfət Hüseynov 2015-ci il Avropa Çempionatının bürünc medalçısı idi. Olimpiadanın 1/16 final mərhələsində onun rəqibi Namibiya idmançısı Matias Hamunyela oldu. Görüşün birinci raundunda Rüfət Hüseynov qalib gəlsə də, növbə... |
c59b76e44cb0a030 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Elvin Məmişzadə 2015-ci ildə Dünya Çempionatının və Avropa Oyunlarının qalibi olmuşdu və Azərbaycanın olimpiada da əsas medal ümidi hesab olunurdu. Təsnifat mərhələsindən azad olan Elvin Məmişzadə turnirin 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Oljas Sattibayev ilə üz-üzə gəldi. Avqustun 15-də baş tutan görüşdə ... |
d7c2cd3f906620ea | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | -56 Kq. turnirində çıxış edən Cavid Çələbiyev isə Rio-de-Janeyro Olimpiadasında avqustun 11-də mübarizə apardı. Cavid Çələbiyev 2013-cü il Dünya Çempionatının qalibi idi. Olimpiadanın 1/16 final mərhələsində onun rəqibi Qazaxıstan idmançısı Kayrat Yerəliyev oldu. Görüşün birinci raundunda Cavid Çələbiyev qalib gəlsə də... |
600ede5a62704f9f | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | turnirində Azərbaycanı Albert Səlimov təmsil elədi. Albert Səlimov son Dünya Çempionatının finalçısı və Avropa Oyunlarının qalibi idi. Təsnifat mərhələsindən azad olan Albert Səlimov olimpiadanın 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Devid Coyze ilə üz-üzə gəldi. Avqustun 9-da baş tutan görüşdə Albert Səlimov rə... |
6106010d195f45db | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Avqustun 12-də baş tutan görüşdə Albert Səlimov gözlənilmədən rəqibinə 0:3 hesabı ilə məğlub oldu. Medalın bir addımlığında mübarizəsini dayandıran Albert Səlimov nəticədə Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu. -64 Kq. turnirində Azərbaycanı Lorenso Sotomayor təmsil elədi. Lorenso Sotomayor 2015-ci il... |
8ef9e1b65a24afa7 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu yarım-qrupun favoriti 2012-ci il London Olimpiadasının bürünc medalçısı olan Kuba nümayəndəsi Yasniel Toledo idi. Lorenso Sotomayor 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Ukrayna nümayəndəsi Volodimir Matveyçuh ilə üz-üzə gəldi. Avqustun 11-də baş tutan görüşdə Lorenso Sotomayor rəqibi üzərində ... |
0abbd60b58e7e2bb | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Görüşdən sonra Lorenso Sotomayor rinqdə hərbi salam verdi. 1/4 final mərhələsində Lorenso Sotomayorun rəqibi Kuba nümayəndəsi Yasniel Toledo oldu. Prinsipial əhəmiyyətə sahib olan görüş avqustun 16-da baş tutdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Lorenso Sotomayor Yasniel Toledoya 3:0 hesabı ilə qalib... |
bcd4ccb25f49ec2d | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Avqustun 19-da baş tutan görüş Azərbaycan idmanının tarixinə düşdü. Lorenso Sotomayor rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazanaraq olimpiadanın final görüşünə vəsiqə qazandı. Bununla da o, Olimpiya Oyunlarının final görüşündə rinqə çıxacaq birinci azərbaycanlı idmançı olaraq tarixə düşdü. Həlledici görüşdə Lorenso S... |
dca0e13e099732d2 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Rio-de-Janeyro Olimpiadasının final görüşün avqustun 21-də baş tutdu. Final görüşünün birinci raundunda üstün tərəf Sotomayor oldu — (10:9, 10:9, 10:9). Görüşün növbəti raundun da Qaibnəzərov zərbələrinin sayını artırdı. Nəticədə həmin raundda üstün tərəf Qaibnəzərov oldu — (10:9, 10:9, 9:10). Üçüncü raund gərgin idman... |
0f8e118adf3b8631 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Raund ərzində zərbələrin sayının hesablanması bitəndən sonra, final görüşünün ümumi nəticəsi referiyə təqdim olundu. Görüşün nəticəsində referilər Fazliddin Qaibnəzərovu qalib elan elədi. Referilərin nəticələrinə əsasən Fazliddin Qaibnəzərov üçüncü raundda 2:1 (10:9, 10:9, 9:10) hesabı ilə qalib gəldi. Bununla da Loren... |
24f7f751213e0016 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş Katibi, Milli Məclisin deputatı Ağacan Abıyev müsahibəsində görüşün idarə edən referiləri "satqınçılığda" ittiham elədi: "Lorenso Sotomayor raundlar ərzində rəqibindən üstün idi. Görüşün 2-ci raundunda rəqib Lorenso Sotomayoru nokdauna salmamışdı. Fazliddin Qaibnəzərovun ... |
e3b760d402f74a8f | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Onun qələbəsini əlindən aldılar". Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Olimpiada da uğur qazanan idmançılara və məşqçilərə dövlət təltiflərini təqdim edən zaman Lorenso Sotomayor haqqında bunları dedi: "Lorenso Sotomayor Olimpiya çempionudur. Onun qələbəsi referilər tərəfindən oğurlanıb." Lorenso Sotomayo... |
6846780c093246ba | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Azərbaycan mənim evimdir. Azərbaycan üçün qızıl medal qazanmaq istəyirdim, amma referilər mənə qarşı qərəzli qərar verdilər". -69 Kq. turnirində çıxış edən Pərviz Bağırov Rio-de-Janeyro Olimpiadasında avqustun 11-də mübarizə apardı. Pərviz Bağırov 2015-ci il ərzində Dünya Çempionatının bürünc medalına, Avropa Oyunların... |
509ae2bde1050303 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Görüşün nəticəsinə əsasən Pərviz Bağırov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və Rio-de-Janeyro Olimpiadasında mübarizəsini başa vurdu. -75 Kq. turnirində isə Azərbaycanı Kamran Şahsuvarlı təmsil elədi. Komanda da Dünya və Avropa Çempionatlarında uğuru olmayan yeganə idmançı olan Kamran Şahsuvarlı nə olimpiadanın favori... |
0d519aa260a45f88 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Həmin görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi 2010-cu il Avropa Çempionatının qalibi olan Rusiya nümayəndəsi Artyom Çebotarev oldu. Avqustun 12-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 2:0 hesabı ilə qalib gəld... |
b2410593ae8244cb | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Avqustun 15-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı. Bununla da Kamran Şahsuvarlı olimpiadanın bürünc medalını təmin elədi. Görüşdən sonra Kamran Şahsuvarlı müsahibəsində bunları bildirdi: Mən ... |
9a95c4cfbc7cc493 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Görüşdən sonra Kamran Şahsuvarlı müsahibəsində məğlubiyyətini şərh elədi: Rəqibim həddən artıq güclü və təcrübəli idi. Ona yaxınlaşa bilmədim, nəticədə də özüm zərbələr buraxdım. -81 Kq. turnirində çıxış edən Teymur Məmmədov Azərbaycanın əsas medal ümidi hesab olunurdu. Teymur Məmmədov dörd il əvvəl olimpiadanın bürünc... |
ba04e02df1afcf21 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Avqustun 7-də baş tuta görüşdə Teymur Məmmədov rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və Rio-de-Janeyro Olimpiadasının 1/8 final mərhələsinə adladı. Görüşdən sonra müsahibəsində Teymur Məmmədov rəqibin zəif idmançı olmadığını, qələbənin asan əldə edilmədiyini bildirdi. Rio-de-Janeyro Olimpiadasının 1/8 final mər... |
9ccc677beb11ba3e | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Avqustun 15-də baş tutan görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Teymur Məmmədov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu. Azərbaycan yığmasının məşqçisi Nəriman Abdullayev görüşdən sonra müsahibəsində Teymur Məmmədovun məğlubiyyətini rəqibin tə... |
e76433f4f3b29fc0 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Abdulqədir Abdullayev 2015-ci ildə Qətərdə Dünya Çempionatının bürünc, Azərbaycanda Avropa Oyunlarının isə qızıl medalına sahib olmuşdu. Təsnifat mərhələsindən azad olan Abdulqədir Abdullayev olimpiadanın 1/8 final mərhələsində Fransa Pol-Omba Bionqolo ilə üz-üzə gəldi. Həmin görüşün üçüncü raundunda Abdulqədir Abdulla... |
fc47b718a93bbaec | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | +91 Kq. turnirində isə Azərbaycanı Məhəmmədrəsul Məcidov təmsil elədi. Dörd il əvvəl Londonda olimpiadanın bürünc medalına sahib olan Məhəmmədrəsul Məcidov 2011 və 2013-cü illərdə Dünya Çempionatlarının, 2013-cü ildə isə Avropa Çempionatının qalibi olmuşdu. Məhəmmədrəsul Məcidov bu səfər qələbəyə iddialı idi. 18 idmanç... |
7db033397a3021ac | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi İvan Dıçxo oldu. Məhəmmədrəsul Məcidov bundan əvvəl İvan Dıçxonu 2 dəfə — 2011-ci ildə Dünya Çempionatının yarım-final mərhələsində və 2013-cü ildə Dünya Çempionatının final görüşündə məğlub eləmişdi. Görüşdən əvvəl Məcidov müsahibəsində Dıçxo haqqında bunları dedi: "Qaza... |
f659acf582401b09 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | İdman mütəxəssislərinin rəyinə əsasən bu qarşılaşma finala bərabər görüş hesab olunurdu. Məhəmmədrəsul Məcidov və İvan Dıçxo arasında görüş avqustun 13-də baş tutdu. Görüşün birinci raundu gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə referilər rəyinə əsasən raundun qalibi İvan Dıçxo oldu. Göüşün növbəti raund... |
1b21c453e70ca9d9 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu qərara Məcidov etiraz eləsə də, tibb personalı görüşün davam edəcəyi halda onun görmə qabiliyyətində problemlərin ciddi olacağını bildirdi. Referilər görüşün davam eləməsinə icazə vermədi və İvan Dıçxo görüşün qalibi elan edildi. Məhəmmədrəsul Məcidov isə Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. Bu onu... |
b342522f28721631 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Yin Yuanhua 2014-cü ildə Dünya Çempionatının bürünc medalçısı idi. Avqustun 15-də baş tutan görüşdə qalib gələn idmançı olimpiadanın bürünc medalını təmin edirdi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Yana Alekseyeva rəqibinə 0:3 hesabı ilə məğlub oldu və Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa... |
c8c51bd991534fea | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Azərbaycanı bu idman növü üzrə altı cüdoçu təmsil elədi. Beynəlxalq Cüdo Federasiyası (IJF) olimpiya reytinq cədvəlinə əsasən cüdo üzrə Azərbaycan yığmasının altı üzvü olimpiya lisenziyasına sahib oldu. Avqustun 6-da -60 Kq. turnirində çıxış edən Orxan Səfərov mübarizə apardı. Orxan Səfərov son Avropa Çempionatının fin... |
6061fd8bbf891e21 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu mərhələdə onun rəqibi Qırğızıstan nümayəndəsi Orar Bestayev idi. Bu görüşdə də Orxan Səfərov rəqibi üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Yarım-finala gedən yolda onun rəqibi Braziliya nümayəndəsi Felipe Kitadai oldu. Felipe Kitadai 2012-ci il London Olimpiadasının bürünc meda... |
5cccd71f9869a10d | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Rəqib 2015-ci ildə Astanada Dünya Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Orxan Səfərov görüşün sonuna 20 saniyə qala vaza-ari fəndi ilə hesabda geri düşdü və nəticədə rəqibinə məğlub oldu. Bürünc medal uğrunda görüşdə isə onun rəqibi Yaponiya nümayəndəsi Naohisa Tahato oldu. Rəqi... |
a49ee9f5e83bec8d | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Avqustun 7-də -66 Kq. turnirində çıxış edən Nicat Şıxəlizadə mübarizə apardı. Nicat Şıxəlizadə 2003-cü il Dünya Çempionatının bürünc medalçısı idi. Təsnifat mərhələsindən azad olan Nicat Şıxəlizadə olimpiadanın 1/16 final mərhələsində İspaniya nümayəndəsi Suqoi Uriarte ilə üz-üzə gəldi. Rəqib 2010-cu il Avropa Çempiona... |
ee246d13496840eb | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Turnirin qalibi isə məhz Fabio Bazil oldu. -73 Kq. turnirində isə Azərbaycanı Rüstəm Orucov təmsil elədi. Apreldə Kazan şəhərində Avropa Çempionatının qalibi olan Rüstəm Orucov avqustun 8-də mübarizə apardı. Turnirin təsnifat mərhələsindən azad olan Rüstəm Orucov 1/16 final mərhələsində Qazaxıstan nümayəndəsi Didar Xəm... |
8f0701dc55965cb5 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə nə Didar Xəmzə, nə də Rüstəm Orucov fənd tətbiq edə bilməsə də, şido cərimə ballarının hesabına Rüstəm Orucov qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Avstraliya cüdoçusu Cey Bensted oldu. Həmin görüşdə Rüstəm Orucov rəqib... |
3b82f25261819d89 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu minvalla da Rüstəm Orucov olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İsrail nümayəndəsi Saqi Mui oldu. Rəqib 2015-ci il Avropa Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rüstəm Orucov rəqibi üzərində çətin qələbə qazandı və olimpiadanın final görüş... |
b4a47289c6c7531e | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Rəqib dörd dəfə Dünya Çempionatının qızıl medalına sahib olan təcrübəli və titullu cüdoçu idi. Həmin görüşdə Rüstəm Orucov titullu rəqibinə üç dəqiqə tab gətirə bildi. Görüşün sonuna 1 dəqiqə 45 saniyə qala Rüstəm Orucov rəqibinə ippon fəndi ilə məğlub oldu. Bununla da Rüstəm Orucov olimpiadanı gümüş medalla başa vurdu... |
319bcecdea73df19 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Kiril Denisov 2013 və 2015-ci illərdə Avropa Çempionatının qalibi olmuşdu. Bərabər səviyyədə baş tutan görüşdə nə Məmmədəli Mehdiyev, nə də Kiril Denisov beş dəqiqə ərzində fənd tətbiq edə bilmədi. Şido cərimə ballarının sayı da bərabər olduğuna görə qızıl hissə baş tutdu. Bu hissədə Kiril Denisov daha fəal olsa da, gö... |
2b495869e0ae1086 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Rəqib təcrübəli cüdoçu idi. 34 yaşlı Tiaqo Kamilov 2007-ci ildə Dünya Çempionatının qalibi, 2000-ci il Sidney Olimpiadasının isə finalçısı idi. Görüşün birinci dəqiqələrində rəqib irəlidə olsa da, növbəti dəqiqələrdə Məmmədəli Mehdiyev rəqibini osaecomi fəndinə saldı. Rəqibini 11 saniyə fənddə saxlamağı bacaran Məmmədə... |
cf113c6a997d7994 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Məhz buna görə Məmmədəli Mehdiyev dörd dəfə şido cərimə balı ilə cəzalandırıldı. Qaydalara əsasən isə dörd dəfə şido cərimə balı alan cüdoçu görüşü məğlub başa vurur. Bununla belə Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə vəsiqə verən təsəlliverici görüşdə çıxış elədi. Bu görüşdə onun rəqibi Monqolustan nümayəndəs... |
341e73055593f0c2 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Avqustun 11-də 100 Kq. turnirində çıxış edən Elmar Qasımov mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Elmar Qasımov olimpiadanın 1/16 final mərhələsində Rusiya nümayəndəsi Tahir Xaybulayev ilə üz-üzə gəldi. Rəqib son olimpiya çempionu, həmçinin Dünya və Avropa Çempionatının qalibi idi. Titullu rəqibi ilə görüşdə... |
99bb299e87cae420 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Elmar Qasımov isə qələbə qazanaraq olimpiadanın 1/4 final mərhələsinə adladı. Yarım-finala gedən yolda onun rəqibi Misir nümayəndəsi Ramazan Dərviş oldu. Həmin görüşdə Elmar Qasımov rəqibi üzərində asan qələbə qazandı. Görüşün cəmi 54-cü saniyəsində Elmar Qasımov rəqibinə ippon fəndi tətbiq elədi və rəqibi üzərində qəl... |
8ccc816156366202 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Görüşün 2-ci dəqiqəsinin ortalarında Elmar Qasımov rəqibinə ippon fəndi tətbiq elədi və rəqibi üzərində qələbə qazanaraq olimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Çexiya nümayəndəsi Luhaş Krpale oldu. Rəqib Dünya və Avropa Çempionatlarının qalibi olan titullu idmançı idi. Həmin görüşdə E... |
b6dc60c6936869dc | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Olimpiadanın cüdo turnirlərinin son günündə — avqustun 12-də +100 Kq. turnirində çıxış edən Uşanqi Kokauri mübarizə apardı. Uşanqi Kokauri olimpiadanın 1/16 final mərhələsində Latviya nümayəndəsi Arturs Nihiforenho ilə üz-üzə gəldi. Həmin görüşdə Uşanqi Kokauri rəqibindən üstün idi. Nəticədə Uşanqi Kokauri görüşün sonl... |
7799fcb3dde09dc0 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Həmin görüşdə Uşanqi Kokauri rəqibinə ipponla məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu. Cüdo üzrə Azərbaycan yığması olimpiadanı 2 gümüş medalla başa vurdu. Bundan əvvəl cüdo üzrə Azərbaycan yığması olimpiada da 8 il əvvəl medala sahib olmuşdu. Həmin olimpiada da Azərbaycan cüdoçuları bir qızıl və bir bürünc... |
afff3fec50a4bec4 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | — qalib gəldi Məğ. — məğlub olduRio-de-Janeyro Olimpiadasında güləş idman növü üzrə turnirlər 14-21 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 14 güləşi təmsil elədi. Sərbəst güləş turnirlərində Azərbaycan yığması tam heyətlə — altı idmançı ilə mübarizə apardı. Yunan-roma güləşi turnirlərində beş idmançı, qadın... |
05f7d402b7483073 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | 2016-cı ildə baş tutan Avropa Olimpiya Təsnifat Turnirində Cəbrayıl Həsənov, 1. Dünya Olimpiya Təsnifat Turnirində Mircəlal Həsənzadə, 2. Dünya Olimpiya Təsnifat Turnirində isə Rəsul Çunayev olimpiya lisenziyalarına sahib oldular. Olimpiadadan əvvəl sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaido... |
f2d602f908f83baa | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Komandanın heyətinə 2008 və 2012-ci illərdə olimpiadalarının finalçısı olan Rövşən Bayramov, 2015-ci il Dünya Çempionatının qalibi Rəsul Çunayev, 2015-ci il Dünya Çempionatının bürünc medalçısı Saman Təhmasibi, 2015-ci il Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev və 2015-ci il Avropa Oyunlarının finalçısı Sabah Şəriət... |
778c7d8477a27882 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Rövşən Bayramov rəqibi üzərində 9:0 hesabı ilə inamlı qələbə qazanaraq Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, Yaponiya nümayəndəsi Şinobu Ota ilə üz-üzə gəldi. 22 yaşlı Şinobu Ota yarım-final mərhələsinə gedən yolda titullu və təcrübəli güləşçiləri məğlub eləmişdi. Əvvəlcə o, Lond... |
b7742a8e962e4317 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bununla da o, final görüşünə vəsiqə qazandı. Rövşən Bayramov isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaqdı. Bu görüşdə onun rəqibi Norveç təmsilçisi Stig-Andre Berge ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əvvəlində Rövşən Bayramov bir xal qazandı. Daha sonra isə Stig-Andre Berge d... |
20f2b5be7cc493aa | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Qaydalara əsasən son xalı qazanan güləşçi görüşün qalibi hesab olunurdu. Məhz buna görə də Stig-Andre Berge bürünc medalın sahibi oldu. Rövşən Bayramov isə Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu. Həmin gün çıxış edən digər güləşçi 2015-ci ildə Avropa Oyunlarının qalibi olan Elvin Mürsəliyev idi. Elvin ... |
f2bdcf1c2094df11 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Doscan Kartixov oldu. Doscan Kartixov Dünya Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Elvin Mürsəliyev rəqibi üzərində 5:1 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Macarıstan nümayəndəsi Peter Baçsi oldu.... |
4d258071e6724285 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | 85 Kq. turnirində çıxış edən Saman Təhmasibi son Dünya Çempionatının bürünc medalçısı idi. Olimpiadanın təsnifat mərhələsində Saman Təhmasibi Rusiya nümayəndəsi David Çaxvetadze ilə üz-üzə gəldi. David Çaxvetadze 2015-ci il Avropa Oyunlarının qalibi idi. Həmin görüşdə Saman Təhmasibi rəqibinə 0:3 hesabı ilə məğlub oldu... |
8e49d86a0b2f761d | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Nəticədə Saman Təhmasibi Rio-de-Janeyro Olimpiadasında 12-ci pillədə qərarlaşdı. Həmin gün həm də 130 Kq. turnirində çıxış edən Sabah Şəriəti mübarizə apardı. 2015-ci il Avropa Oyunlarının finalçısı olan Sabah Şəriəti olimpiadanın 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Birləşmiş Ştatlar nümayəndəsi ... |
c2ad3c6664535148 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bundan əvvəl Sabah Şəriəti rəqibi ilə 2 dəfə üz-üzə gəlmişdi və hamısında məğlub olmuşdu. Bu səfər də görüşdə üstün tərəf Kayaalp oldu və o, rəqibi üzərində təmiz qələbə qazandı. Rıza Kayaalp olimpiadanın final görüşünə vəsiqə qazandığına görə Sabah Şəriəti təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun bir... |
83f01fcc0cf75dad | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bundan əvvəl Sabah Şəriəti rəqibi ilə 2 dəfə üz-üzə gəlmişdi — 2015-ci ildə Avropa Oyunlarında qalib gəlsə də, 5 ay əvvəl Latviyada baş tutan Avropa Çempionatında məğlub olmuşdu. Görüşün əvvəlindən üstün tərəf Sabah Şəriəti idi. Eduard Pop isə passiv güləşirdi. Məhz buna görə də referilər görüşün 1:15-ci dəqiqəsində Ed... |
23750fb9bcaddf23 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu minvallada Sabah Şəriəti XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Sabah Şəriəti təltitetmə mərasimindən sonra jurnalist Qabil Mehdiyevə verdiyi müsahibəsində medal qazandığı üçün şad olduğunu və qələbəsini Azərbaycana həsr elədiyini bildirdi. Avqustun 16-da isə Azərbaycanın əsas qızıl medal ümidi, 2... |
a6d8cfee929938c3 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu mərhələdə onun rəqibi 2008-ci il olimpiadasının qalibi, 2009-cu ilin Dünya Çempionatının və 2016-cı ilin Avropa Çempionatının qızıl medalçısı olan Rusiya Federasiyası təmsilçisi İslam-Bəy Albiyev oldu. Rəsul Çunayev İslam-Bəy Albiyevi bundan əvvəl 2013-cü ildə Kazan şəhərində baş tutan Universiada Oyunlarında 30 san... |
15144c40d11afef8 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Həmin görüşdə Rəsul Çunayev Tarix Benaissaya 10:2 hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, 2015-ci ildə I Avropa Oyunlarının gümüş medalçısı olan Ermənistan təmsilçisi Miqran Arutyunyan ilə qarşılaşdı. Bundan əvvəl Rəsul Çunayev Ermənistan güləşçiləri üzərində dəfələrlə qəl... |
e52205b494fb7bbf | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu vəziyyətdə hücum edən tərəf Çunayev, müdafiə olunan tərəf isə Arutyunyan oldu. Rəsul Çunayev rəqibin parter vəziyyətində olmasından istifadə edə bilmədi. Görüşün növbəti dəqiqələri də gərgin idman mübarizəsi şəraitində baş tutdu. Birinci hissənin bitməsinə 16 saniyə qala referilər bu səfər Rəsul Çunayevin görüşü par... |
a64906e4436fa5e2 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Görüşün növbəti hissəsində Rəsul Çunayev sadəcə 2 xal qazana bildi. Bununla da Miqran Arutyunyan 4:2 hesabı ilə qalib gəldi və final görüşünə adladı. Rəsul Çunayev isə mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Bürünc medal uğrunda görüşdə Rəsul Çunayev 2013-cü il Dünya Çempionatının qalibi olan Cənubi Koreya... |
962c359caf2a27dd | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Komandanın heyətinə son olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifov, 2008 və 2012-ci illərdə olimpiadanın bürünc medallarına sahib olan Xetaq Qazyumov, 2014 və 2015-ci illər Dünya Çempionatının qalibi Hacı Əliyev, Avropa Çempionatının qalibi Cəbrayıl Həsənov və son Dünya Çempionatının finalçısı Camaləddin Məhə... |
c90e04ea0ac9a62b | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu mərhələdə Hacı Əliyev prinsipial rəqiblərindən olan və cəmi beş ay əvvəl Latviyada Avropa Çempionatının yarım-final mərhələsində məğlub olduğu Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gəldi. Görüşün birinci hissəsindən sonra Hacı Əliyev 1:0 hesabı ilə üstün tərəf idi. Amma görüşün növbəti dəqiqələri gər... |
9c7f12ec274a9698 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Nəticədə Hacı Əliyev 10:8 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu mərhələdə Hacı Əliyev dəfələrlə qalib gəldiyi Bolqarıstan nümayəndəsi Vladimir Dubov ilə qarşılaşdı. Görüşün əvvəllərində üstünlüyü Vladimir Dubov ələ aldı və məhz bunun nəticəsində hesabda 4:0 öndə idi. Amma Hacı Əliy... |
8d5584688ee94c02 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Olimpiadanın 1/8 final mərhələsində Cəbrayıl Həsənov Kolumbiya nümayəndəsi Karlos İzqerdo ilə üz-üzə gəldi. Həmin görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Yaqub Maqaraşvili oldu. B... |
81dd919dbc37e6e3 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Amma görüşün son dəqiqələrində Aniuar Qeduyev yaddaqalan geridönüş elədi və rəqibinə 5:4 hesabı ilə qalib gəldi. Bununla da Cəbrayıl Həsənov mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Bəyzod Abdurahmonov oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində... |
d5ba0fba6508c671 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Avqustun 20-də olimpiada da Şərif Şərifov və Camaləddin Məhəmmədov mübarizə apardı. Son olimpiya çempionu Şərif Şərifov bu səfər də Azərbaycanın əsas medal ümidlərindən biri hesab olunurdu. Şərif Şərifovun olimpiadanın 1/8 final mərhələsində rəqibi Çin nümayəndəsi Bi Şenqfenq oldu. Həmin görüşdə Şərif Şərifov rəqibi üz... |
3a52f5387116579f | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Abdulrəşid Sadulayev oldu. Karyerası ərzində cəmi bir dəfə məğlub olan Abdulrəşid Sadulayev Avropa və Dünya Çempinonatlarının qalibi idi. Həmin görüşdə Şərif Şərifov rəqibinə 1:8 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüş... |
51db926ccc660177 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Amma alınmadı. Bürünc medalla razıyam".Həmin gün 125 Kq. turnirində mübarizə aparan son Dünya Çempionatının finalçısı Camaləddin Məhəmmədov isə uğursuz çıxış elədi. Olimpiadanın 1/8 final mərhələsində Camaləddin Məhəmmədov ABŞ nümayəndəsi Tervel Dlaqnev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan gör... |
ebe39696fd22b76e | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Camaləddin Məhəmmədovun görüş zamanı zədəli olması onun uğursuz çıxışının əsas səbəbi idi. Avqustun 21-də, olimpiadanın son günündə sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas medal ümidləri mübarizə apardı. Son Olimpiya çempionu Toğrul Əsgərov və 2008-2012-ci illərdə olimpiadaların bürünc medallarına sahib olan Xeta... |
565550e0dd2e6bd1 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu səfər də Toğrul Əsgərov rəqibinə qalib gəldi (10:0) və olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi İtaliya nümayəndəsi Franx Çamizo oldu. Əsgərov və Çamizo 2015-ci ildə Dünya Çempionatında üz-üzə gəlmişdi və onda Çamizo qalib gəlsə də, sonradan referilər Əsgərovun qalib olmalı old... |
a0f77f9d11b3f949 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bu görüşdə Toğrul Əsgərov rəbiqinə vaxtından əvvəl 0:11 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Final görüşündən dərhal sonra Toğrul Əsgərov idman jurnalisti Qabil Mehdiyevə müsahibəsində "yarım-final mərhələsindən sonra yorğun olduğunu, final görüşünün birinci dəqiqələrində r... |
4ffe76d973bf75b5 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bununla da Xetaq Qazyumov Rio-de-Janeyro Olimpiadasının 1/8 final mərhələsinə adladı. Bu mərhələdə o, prinsipial rəqiblərindən biri, 2011 və 2013-cü illərin Dünya Çempioatının qalibi olan İran təmsilçisi Reza Yazdani ilə qarşılaşdı. Qazyumov Yazdani ilə sonuncu dəfə 2013-cü il Dünya Çempionatının həlledici görüşündə üz... |
1db51c2446cd05ca | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Həmin görüşdə Xetaq Qazyumov rəqibindən birbaşa üstün oldu və 12:3 hesabı ilə inamlı qələbə qazandı. Bununla da o, Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, 2012-ci il London Olimpiadasında məğlub olduğu Ukrayna təmsilçisi Valeri Andreytsev ilə qarşılaşdı. Bu görüşdə Xetaq Qazyumovrə... |
2284a1d02024fc64 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Xetaq Qazyumov rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Bu minvalla da Xetaq Qazyumov XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Görüşdən sonra o, müsahibəsində bunları bildirdi: "Çıxışıma görə məyusam. Qızıl medal qazanmaq istəyirdim, amma alınmadı. Rəqib ... |
9a26889f269c22f6 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Amma gümüş medalı məğlub olub, alırsan". Xetaq Qazyumov həm də Mariya Stadnikdən sonra üç dəfə olimpiadanın medalına sahib olan növbəti azərbaycanlı idmançı oldu. Ümumi nəticələrə əsasən sərbəst güləşçilərdən ibarət Azərbaycan yığması XXXI Yay Olimpiya Oyunlarını 2 gümüş və 3 bürünc medalla başa vurdu. Olimpiada da alt... |
b18d863b83e12985 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Qadın güləşi Qadın güləşi üzrə Azərbaycan yığması olimpiada da üç idmançı ilə mübarizə apardı. Komandanın heyətinə 2008 və 2012-ci illərdə olimpiadalarının medalçısı olan Mariya Stadnik, 2012-ci il London Olimpiadasının bürünc medalçısı Yuliya Ratkeviç və 2016-cı il Avropa Çempionatının qalibi Nataliya Sinişin cəlb edi... |
32ddfc95dc7968c0 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Nəticədə Mariya Stadnik rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Polşa nümayəndəsi İvona Mathovsha oldu. Bu görüşdə də Mariya Stadnik rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı. Finala g... |
5be427d6109a5712 | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Bir il əvvəl Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının final görüşündə Mariya Stadnik rəqibinə gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində məğlub olmuşdu. Mariya Stadnik və Eri Tosaha arasında baş tutan Rio-de-Janeyro Olimpiadasının final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu.... |
83783b615c804e8f | Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında | Görüşün başa çatmasına 20 saniyə qala Mariya Stadnik müdafiə olunmaq əvəzinə, hücuma başladı. Nəticədə isə görüşün başa çatmasına üç saniyə qala Mariya Stadnikin hücumu uğursuz oldu və nəticədə Eri Tosaha rəqibindən bir bal verildi — 2:3. Bununla da Mariya Stadnik sona üç qala Olimpiya Oyunlarının qızıl medalını əldən ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.