passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
4959ccb40e9870ca
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Mariya Stadnik olimpiadadan sonra müsahibəsində bunları bildirdi: "həmin yaponiyalı qıza Dünya Çempionatının final görüşündə də son saniyələrdə məğlub olmuşdum. İndi də son saniyələrdə məğlub oldum. Ciddi hazırlığım var idi. Hazırlıq prosesi aylarla davam eləmişdi. Məğlubiyyətə görə məyus olsam da, medal qazana bildiyi...
e1f8a81241c1d781
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Olimpiadanın 1/8 final mərhələsində Yuliya Ratkeviç Ukrayna nümayəndəsi Oxana Herhel ilə üz-üzə gəldi. Oxana Herhel 2015-ci il Dünya Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Yuliya Ratkeviç rəqibi üzərində 7:5 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. ...
1dccf1e7d96d13dd
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Finala gedən yolda onun rəqibi Yaponiya nümayəndəsi Kaori İço oldu. Kaori İço Olimpiya Oyunlarında üç dəfə, Dünya Çempionatlarında isə on dəfə qızıl medala sahib olan titullu və məğlubedilməz güləşçi idi. Bu görüşün favoriti Kaori İço idi və elə gözləniləndə oldu. Yuliya Ratkeviç rəqibinə 0:10 hesabı ilə məğlub oldu və...
2c5501c02b33dcdc
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Bununla da Yuliya Ratkeviç olimpiadanı beşinci pillədə başa vurdu. Avqustun 18-də olimpiada da Nataliya Sinişin mübarizə apardı. Son Avropa Çempionatının qalibi olan Nataliya Sinişinin 1/8 final mərhələsində rəqibi Yaponiya nümayəndəsi Saori Yoşida oldu. Saori Yoşida üç dəfə Olimpiya Oyunlarının, dörd dəfə Asiya Oyunla...
bd97446d3e5c9a08
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Seneqal nümayəndəsi İzabella Sambu oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibinə 4:0 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Venesuela nümayəndəsi Betzabet Argüello oldu. Gərgin idman mübarizəsi şəraitində...
1a50f23a13f18dcf
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Kişilərin turnirində çıxış edən Oleq Stepko və Petro Paxnyuk avqustun 6-da mübarizə apardı. Petro Paxnyuk əvvəlcə dayanqla tullanmada və halqalarda mübarizə apardı. Nəticədə Petro Paxnyuk dayaqla tullanma turnirini 14.300 balla, halqalarla turnirini isə 13.600 balla başa vurdu. Daha sonra Petro Paxnyuk sərbəst və gimna...
46a0e429babdc829
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Petro Paxnyuk parallel qollar turnirində 14.166 balla 51-ci pillədə, turnik turnirində isə 13.783 balla 50-ci pillədə qərarlaşdı. Ümumi nəticədə Petro Paxnyuk təsnifat mərhələsini 84.215 balla 34-cü pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.Son Dünya Çempionatının bürünc medalçısı Oleq Stepko isə əv...
bf8302bac3608858
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Oleq Stepko parallel qollar turnirində 15.300 balla 18-ci pillədə, turnik turnirində isə 13.600 balla 57-ci pillədə qərarlaşdı. Ümumi nəticədə Oleq Stepko təsnifat mərhələsini 86.208 balla 20-ci pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Bununla da o, Azərbaycanın Olimpiya Oyunları tarixində f...
356af127d973f017
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
— məğlub olduRio-de-Janeyro Olimpiadasında oxatma idman növü üzrə turnirlər 5-12 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Olqa Senyuk təmsil elədi. Olqa Senyuk 2016-cı ildə Birləşmiş Krallıqda baş tutan Avropa Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Olqa Senyuk həm də Azərbaycanı ...
aebfc3a04b788207
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Bu nəticəyə əsasən Olqa Senyuk mərhələni 64 idmançı sırasında 37-ci pillədə başa vurdu.Avqustun 9-da baş tutan 1/32 final mərhələsində isə Olqa Senyuk Çin nümayəndəsi Ço Huy ilə üz-üzə gəldi. Həmin görüşdə Olqa Senyuk rəqibinə 1:7 hesabı ilə məğlub oldu və olimpiadanı 33-cü pillədə başa vurdu. Kanoe slalom Q — növbəti ...
d48731f510ee87eb
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Yure Meqliç Rio-de-Janeyro Olimpiadasında avqustun 7-də mübarizə apardı. Təsnifat mərhələsinin birinci gedişində Yure Meqliç 95.12 saniyə nəticə göstərdi və 14-cü pillənin sahibi oldu. Növbəti gedişdə isə Yure Meqliç 90.70 saniyə nəticə göstərdi və mərhələni 8-ci pillədə başa vurdu. Bununla da təsnifat mərhələsinin nət...
29e0e229f5b72f19
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Kanoe sprint Q — növbəti mərhələyə adladıRio-de-Janeyro Olimpiadasında bu idman növü üzrə turnirlər 15-20 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Valentin Demyanenko və İnna Osipenko-Radomska təmsil elədi. Valentin Demyanenko və İnna Osipenko-Radomska 2015-ci ildə İtaliyada baş tutan Dünya Çempionatının nəti...
abd9057d3ff48f07
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Həmin gün baş tutan mərhələdə də İnna Osipenko-Radomska uğurlu çıxış elədi. 38.802 saniyə nəticə göstərən İnna Osipenko-Radomska birinci pillənin sahibi oldu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Avqustun 16-da baş tutan final görüşü Azərbaycan idmanı tarixi üçün əlamətdar oldu. 8 idmançının mübarizə apardı...
cdd4ba954b7b50e9
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
İnna Osipenko-Radomska bu idman növü üzrə olimpiya medalına sahib olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Qılıncoynatma Qəl. — qalib gəldi Məğ. — məğlub olduRio-de-Janeyro Olimpiadasında qılıncoynatma idman növü üzrə turnirlər 6-14 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Səbinə Mikina təmsil e...
d27a9be55c149b98
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Tunis nümayəndəsi Azza Besbes ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 12:15 hesabı ilə hesabı ilə məğlub oldu və olimpiadanı 17-ci pillədə başa vurdu. Şosse velosipedi DNF — bitirmədiRio-de-Janeyro Olimpiadas...
5291048f6daa9741
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
— qalib gəldi Məğ. — məğlub olduRio-de-Janeyro Olimpiadasında bu idman növü üzrə turnirlər 17-20 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə dörd idmançı təmsil elədi. Kişilər turnirində Azərbaycan yığmasının heyətinə Dünya Çempionatının qalibi Radik İsayev və Avropa Çempionatının qalibi Milad Beygi, qadınların ...
d9c41275c2d56bd8
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Onun 1/8 final mərhələsində rəqibi Serbiya nümayəndəsi Tiyana Boqdanoviç oldu. Patimat Abakarova həmin rəqibinə yanvarda İstanbul şəhərində baş tutan turnirin final görüşündə məğlub eləmişdi. Bu səfər də görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə bu səfər Patimat Abakarova rəqibinə 2:3 hesabı ilə məğl...
c445c32cb84bb254
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Vu Yinyu 2008 və 2012-ci il olimpiadalarının qalibi olan təcrübəli idmançı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə 5:4 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə onun rəqibi Fransa nümayəndəsi Yasmin Əziz oldu. Həmin görüş Azərbaycan...
b4aeb7639fda22d3
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Milad Beygi olimpiadanın 1/8 final mərhələsində Mali nümayəndəsi İsmayıl Kulibali ilə üz-üzə gəldi. İsmayıl Kulibali son Dünya Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Milad Beygi rəqibi üzərində 13:6 hesabı ilə qələbə qazandı və nəticədə olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İran...
d83f3bf3c57d973d
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibinə 7:12 hesabı ilə məğlub oldu. Bununla da Milad Beygi mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Polşa nümayəndəsi Pyotr Pazinsi oldu. Bu görüşdə Milad Beygi rəqibi üzərində vaxtından əvvəl 12:0 hesabı ilə qələbə ...
21d629b61f524324
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi Nigar Tursunqulova oldu. Rəqib gənc və son Asiya Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Fəridə Əzizova rəqibi üzərində 5:1 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Cənubi Koreya nümayəndəsi O Hi-Ri...
44c93859567ea3be
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Bu görüşdə Fəridə Əzizova rəqibinə 1:7 hesabı ilə məğlub oldu və olimpiadanı beşinci pillədə başa vurdu. Avqustun 20-də son olaraq 2015-ci il Dünya Çempionatının qalibi olan Radik İsayev mübarizə apardı. Radik İsayev turnirin reytinq cədvəlində 16 idmançı sırasında üçüncü pillədə qərarlaşmışdı. 1/8 final mərhələsi çərç...
762ef2e69a3bc183
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibini 12:8 hesabı ilə məğlub elədi və Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Maham Ço oldu. Həmin görüşdə də üstün tərəf Radik İsayev oldu. Radik İsayev rəqibi üzərində 4:1 ...
ebc29c54ecf5b09d
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Radik İsayev bu idman növü üzrə Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı oldu. Trek velosipedi Q — növbəti mərhələyə adladı Qəl. — qalib gəldi Məğ. — məğlub olduRio-de-Janeyro Olimpiadasında bu idman növü üzrə turnirlər 11-16 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Olqa İsmayılova təmsil...
162f1d1b18464980
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Olqa İsmayılova 2016-cı ildə Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Olqa İsmayılova Rio-de-Janeyro Olimpiadasında avqustun 13-də mübarizə apardı. Keyrin turnirində çıxış edən Olqa İsmayılova təsnifat mərhələsinin 4-cü qrupunda 11.696 saniyə nəticə göstər...
8de010988dbdd722
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Təsnifat mərhələsində Olqa İsmayılova 11.152 saniyə nəticə göstərdi və mərhələni 27 velosipedçi sırasında 18-ci pillədə başa vurdu. 1-18-ci pillələrin sahibi 1/16 final mərhələsinə vəsiqə qazandı. Olqa İsmayılova bu mərhələdə Dünya Çempionatının qalibi Birləşmiş Krallıq nümayəndəsi Bessi Ceyms ilə mübarizə apardı. Nəti...
3fc8741e19d49b1d
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Nəticələrə əsasən Olqa İsmayılova 11.784 saniyə nəticə göstərdi və sadəcə Anna Maresdən geri qaldı. Bununla da Olqa İsmayılova olimpiadada mübarizəsini dayandırdı və turniri 21-ci pillədə başa vurdu DNF — bitirmədiRio-de-Janeyro Olimpiadasında triatlon idman növü üzrə turnirlər 18 və 20 avqustda baş tutdu. Azərbaycanı ...
64964ea6ad9dba51
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Q — növbəti mərhələyə adladıRio-de-Janeyro Olimpiadasında üzgüçülərin turniri 6-14 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Boris Kirillov və Fatimə Alkərəmova təmsil elədi. Boris Kirillov və Fatimə Alkərəmova Beynəlxalq Su idmanı Federasiyası (FINA) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübari...
1a5e38847c541908
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Bu nəticələrə əsasən Kirillov ümumi nəticədə olimpiadanı 26 üzgüçü sırasında sonuncu - 26-cı pillədə başa vurdu.100 metr məsafəyə sərbəst üsulla üzmə turnirində çıxış edən Fatimə Alkərəmova isə təsnifat mərhələsinin A qrupunda 58.44 saniyə nəticə göstərdi. Bu nəticələrə əsasən Alkərəmova ümumi nəticədə olimpiadanı 46 ü...
43c65e32f55d5457
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Təsnifat mərhələsinin B qrupunda çıxış edən Anna Skidan 70.08 metr nəticə göstərdi. Bu nəticələrə əsasən Anna Skidan 32 idmançı sırasında mərhələni 13-cü pillədə başa vurdu. Reqlamentə əsasən 1-12-ci pilləni tutan atletlər final mərhələsinə vəsiqə qazandı. Bu minvalla da Anna Skidan Rio-de-Janeyro Olimpiadasında mübari...
95dc57b6a1299ba9
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
Bununla da Nazim Babayev Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. 5000 metr məsafəyə qaçış turnirində çıxış edən Hayle İbrahimov avqustun 18-də mübarizə apardı. Təsnifat mərhələsinin birinci qrupunda çıxış edən Hayle İbrahimov 14:26.11 dəqiqə nəticə ghöstərdi. Bu nəticələrə əsasən Hayle İbrahimov qrupda 2...
f49582ba6f1ee092
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
2 saat 15 dəqiqə 30 saniyə nəticə göstərən Evans Kiplaqat 155 atlet sırasında Rio-de-Janeyro Olimpiadasını 28-ci pillədə başa vurdu. Olimpiadadan sonra Rio-de-Janeyro Olimpiadasından sonra Azərbaycan Milli Olimpiya Komandasının heyətindən bir sıra idmançılar və məşqçilər təltif edildi. Azərbaycan Prezidenti İlham Əliye...
adb05fa9b3bbeccb
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və də...
69a8aedf956fc5ce
Audit
Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rə...
b0b60e9b8d4f5a1d
Audit
Auditin meydana gəlməsi bilavasitə şirkətləri idarə edənlərin (müdiriyyət, menecer) və onların fəaliyyətlərinə pul qoyanların (mülkiyyətçilər, səhmdarlar, investorlar) mənafelərinin ayrılması ilə bağlıdır. Sonuncular yalnız təşkilatlarının rəhbərlərinin və onların tabeliyindəki mühasiblərin təqdim etdikləri maliyyə inf...
fb7af60e7c50263f
Audit
Məcburi audit yoxlanması bilavasitə qanunvericilikdə müəyyənləşdirilmiş hallarda və yadövlət orqanlarının tapşırığı ilə keçirilir. Məcburi auditin həcmi və keçirilmə qaydası qanunvericilik normaları ilə tənzimlənir. Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici investisiyalı müəssisələr, banklar və digər kre...
41eab7cc74075a0e
Audit
Belə yoxlamanın xarakterini və miqyasını sifarişçi müəyyən edir. Daxili audit idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat olnunla əlaqədardır ki, rahbarliyin yuxarı pilləsi təşkilatın və aşağı idarəetmə sturukturların fəaliyyətinə gündəlik nəzarətlə məşğul olmur. daxili audit bu fəaliyyət...
a6f0764902bbc639
Audit
Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir. Daxili və kənar audit bir-bi...
c212dccfeb554a7a
Audit
Təsərrüfat fəaliyyətinin auditində müəyyən fəaliyyət növlərinin obyektiv tədqiqi, hər tərəfli təhlili nəzərdə tutulur. Audit informasiya kommunikasiya sahəsində İnformatikada audit - toplanan informasiyanın analizidir. Audit operativ (demək olar ki, real vaxtda) və ya dövri (məsələn, gündə bir dəfə) aparıla bilər. Prot...
feaaa9bc4495417d
Abbas ibn Əli
Abbas ibn Əli, Əbəlfəzl Abbas (ərəb. العباس بن علي) ( 4 Şaban 26 AH – 10 Məhərrəm 61 AH; təqribən 15 may 647 – 10 oktyabr 680) Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu. Abbas ibn Əli tarixdə daha çox, qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-B...
0cc27d87ba728bf7
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq...
3b06b59818bb4510
Hemofiliya
Hemofiliya – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlarda öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanl...
9a677eb14daa0c3c
Hemofiliya
Xəstəliyin üç tipi fərqləndirilir (A, B, C). Adətən xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulsalar belə, çox yaşamırlar. Hemofiliya xəstəliyi ilə doğulan qız uşağı əksər hallarda ölü doğulur, yaşasa da bu sadəcə cinsi yetişkənlik dövrünə qədər mümk...
d9e81c3d62e7874a
Hemofiliya
Hemofiliya A-da faktor 8 zülalı əskikdir. Hemofiliya B-ə nisbətən daha geniş yayılmışdır. Hemofiliya xəstələrinin 80 faizi bu qrupdadır. Bu faktor 8 zülal qanda olması lazım olan miqdarın yarısından az olduğuna görə hemofiliya yaranır. Qanda zülalın miqdarı nə qədər azdırsa, xəstəlik o qədər şiddətlidir. Hemofiliya B i...
d8f4842df9bc4db2
Hemofiliya
Simptomlar müşahidə edilmədən irəliləyə bildiyindən qandakı faktor səviyyəsinin təyin olunması ilə diaqnoz qoyular. Hemofiliyanın əlamətləri Hemofiliyanın şiddəti, qandakı faktorların nə qədər əskik olduğuna bağlıdır. Əlaməti qanamadır. Uşaqlıq çağında ortaya çıxan beyin qanaması ölümə səbəb ola bilər. Ümumiyyətlə, bu ...
23b5f4548b8dfbef
Hemofiliya
Oynağın hərəkətlərini məhdudlaşdırır, hətta tamamilə oynaqları hərəkətsiz qoya bilir. Sümüklərin qaynaşmasına səbəb olur. Bundan əlavə, qanamalar qaraciyər, böyrək kimi daxili orqanlarda da ortaya çıxır. Yaş artdıqca xəstəliyin fərqinə varan şəxs daha diqqətli bir həyat sürür. Beləliklə uzun illər həyatını davam etdirə...
1dbea36e79f91ca5
Hemofiliya
Kiçik qanamalardan sonra qarşısı alınmaz qan itkinləri meydana gələ bilər. Hemofiliya diaqnozu həyatın hər dövründə təyin edilə bilər. Yeni doğulan uşaqda da bu xəstəlik təsbit edilir. Həkim müayinəsinə getdiyinizdə, sizdən ailədə belə bir xəstəliyin daha əvvəl olub olmadığı soruşulacaq. Xəstəliyin yaranmasında anadan ...
edd47a4ea48271c1
Hemofiliya
Hemofiliyanın müalicəsi uzun sürür və bundan sonra xəstəni və ailəsini ciddi və uzun bir müddət gözləyir. Qanda faktor 8 və faktor 9 adlı iki zülal olur. Hemofiliya vəziyyətində bunlar qanda əskikdir. Bu iki zülalın qanda olmaması, miqdarının azalması ya da funksiyasının pozulması vəziyyətində qan laxtalanmır və qanaxm...
08e16aa82a7400bc
Hemofiliya
Hemofiliyada problem qanamada deyil, qanama müddətinin uzanmasında, yəni, qanın daha geç laxtalanmasındadır. Cəmiyyətdə hemofiliya xəstəliyinə tez-tez rast gəlinir. Hər 4 min insandan birində müşahidə edilir. Kişilərdə yaranma sıxlığı qadınlara nisbətən daha çoxdur. Qadınlarda görülməsi çox nadir bir vəziyyətdir. 1985-...
6e77604aad0c9dfa
Hemofiliya
Hemofiliyanın müalicəsi Hemofiliyanın müalicəsi ömür boyu sürür. Çünki bu xəstəlik genetik bir xəstəlikdir və hələ müalicələr bu mərhələyə gəlməmişdir. Orqanizmdə əskik olan faktorlar (zülallar) iynə vasitəsilə bədənə vurulur. Bu şəkildə xəstədə qanama baş verdiyində laxtalanmanın meydana gəlməsi təmin edilər. Lakin bu...
34426b4a1088d0d0
Hemofiliya
Xəstəliyin diaqnozu erkən qoyulduğunda, bu üsulla xəstə gündəlik həyatını digər insanlardan fərqsiz bir şəkildə davam etdirə bilir. Bu xəstəliyin müalicəsi üçün aparılan araşdırmalar davam etməkdədir. Xüsusilə, Amerikada 40 könüllü xəstə üzərində gen müalicəsi tətbiq olunmaqdadır. Xəstələrə zəiflədilmiş [virus] verilir...
051d3afeeb206bde
Hemofiliya
Üzgüçülük, stolüstü tennis hemofiliya xəstələri üçün faydalıdır. Yalnız irəli dərəcədə hemofiliya xəstəsi olan şəxslərin həkimin təklif etdiyi məşq proqramına riayət etməsi daha faydalıdır. Bəzi idman növləri bu xəstələr üçün risk meydana gətirə bilər. Hemofiliya Avropa kral ailələrində Hemofiliya xəstəliyi İngiltərə k...
51d945206ae6072b
Hemofiliya
Viktoriyadan qabaq kral ailəsində bu xəstəlik müşahidə edilməmişdir. Rus çarı II Nikolay kraliça Viktoriyanın hemofiliyanı daşıyan nəvəsi Aleksandra ilə evlənmiş və onların övladları şahzadə Aleksey hemofiliya xəstəsi olmuşdur. Hemofiliya Azərbaycanda Hemofiliyalı xəstələrin 50-55 faizini məktəbəqədər, məktəbyaşlı uşaq...
26c5bbfc94415b86
Hemofiliya
Belə ki, 1-2 faiz ağır, 5 faizə qədər orta ağır, 10 faizə qədər yüngül, 20 faizdən yuxarı gizlin hemofiliya sayılır. Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikasında hemofiliya və talassemiya irsi qan xəs...
451cff84a7311165
Hemofiliya
İrsi qan xəstəliyi olan şəxslərə tibbi yardım 5.1. İrsi qan xəstəliyi olan şəxslərə göstərilən tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi və qaydası, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfi...
5148114f11187bf2
Hemofiliya
İrsi qan xəstəliyi olan şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi 6.1. İrsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. 6.2. İrsi qan xəstəliyi olan şəxslərin müayinəsi və müalicəsi ilə bağlı tədbirlər bələd...
29758208afe65d0d
Hemofiliya
Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri istisna olmaqla, istənilən iş yerlərində işləmək; 7.0.5. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xü...
bc80d8f31b1bfdc6
Hemofiliya
9.2. İrsi qan xəstəliyi olan şəxslərə əlillik qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir. 16 yaşına çatmamış şəxslərə əlillik müddətsiz təyin olunur. 9.3. İrsi qan xəstəliyi olan işçilərə müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesab...
5042154da54b6132
Hemofiliya
Maddə 11. Qanunun qüvvəyə minməsi Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 may 2005-ci il Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine↑ "odlarmed". 2019-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-28. ↑ M.Axundov, İnsan Genetikası...
8bb76dff93d03cbe
A vitamini
A vitamini yağda əriyən vitaminlərdəndir, əsasən qaraciyərdə toplanır. Yüksək miqdarlarda alınması toksik reaksiyalarına (zəhərlənmə) səbəb ola bilir. A vitamininin miqdarı Retinol Equivalant ilə ölçülür. Orta yaşlı kişilərdə A vitamininin lazımi miqdarı 1000 Retinol, orta yaşlı qadınlarda isə 800 Retinol tələb olunur....
718b476a4fbd9744
A vitamini
İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin, dırnaqların və saçların sağlam qalmasını təmin edir. Diş və diş ətləri üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir. Sinir sistemi xəstəliklərində, soyuqdəymə, ayrıca olaraq böyrəklərdə, ağciyərlərdə problemlər yaranarsa A vitamini müsbət təs...
a9cbb3cfc1cbd77d
A vitamini
Olduğu qidalar Bu vitamin ən çox balıq yağında mövcuddur. Tez-tez süd və yumurtalı yeməklər yeyən insanlar bu vitamini kifayət qədər və hazır olaraq götürməkdədirlər. Ayrıca ərik, quşqonmaz, cəfəri, ispanaq, kök, kərəviz, kahı, portağal, pomidor, qırmızı istiot, yerkökü, kərə yağında da A vitamini vardır. Retinol, A vi...
1e2ac33294ab7676
Bərabəryanlı üçbucaq
Bərabəryanlı üçbucaq — iki tərəfi bərabər olan üçbucağa deyilir. Bərabəryanlı üçbucaqda bərabər tərəflər yan tərəflər, üçüncü tərəf isə oturacaq adlanır. Bərabəryanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdir. Bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, həm median, həm də təpədəki bucağın tənbölənidir. B...
0df207e371efe55d
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalic...
185a5f55b82f4896
Bel ağrısı
İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itm...
60c0f1094c617395
Bel ağrısı
Bəzi insanlarda isə bel ağrısının hər hansi spesifik bir səbəbi tapılmır. Aşağıdakı spesifik səbəblər müəyyən edilir: Bel ağrıları ən çox ağır yük qaldırmaq və ya yöndəmsiz sərt hərəkətlər nəticəsində əzələ və bağların dartılmasından əmələ gəlir. Bəzən isə əzələ spazmı ağrılar yarada bilər. Struktur problemləri Bir çox...
c992078e4937b66b
Bel ağrısı
Qabarmış və ya yırtılmış fəqərələrarası disklər oturaq sinirini sıxaraq beldə, sağrı nayihəsində və aşağı ətrafın arxasında kəskin ağrı hissi yaradır. Artritlər. Osteoartrilər (sümük iltihabi) ən çox bud, əl, diz və beldə olan oynaqları zədələyir. Bir çox hallarda belde olan artritlər (oynaq iltihabı) onurğa beyin ətra...
47a5187f8e2c6148
Bel ağrısı
Osteoparoz zamanı bel fəqərələri kövrək olurlar ki, bu da onlarda sinıqlar və ya çatların əmələ gəlməsinə səbəb olur.Aşağıda bel ağrılarının az-az rast gəlinən, amma ciddi aqibəti olan patologiyalar qeyd olunur: Cauda equina syndromu ciddi nevroloji problemdir və bel və aşağı ətrafları innervasiya (sinir təminatı) edən...
bf1c25af505e1e61
Bel ağrısı
Əks halda həkimə müraciət edin. Aşağıdakı hallarda mütləq həkimə müraciət edin, çünki bel ağrıları ciddi sağlamlıq probleminə işarə edə bilər: Sabit və intensiv ağrılar olarsa, xüsusilə də axşamlar və uzanan zaman ağrıların azalmayaraq stabil davam etməsi Ağrılar bir və ya hər iki aşağı ətraf boyu hiss edilirsə, xüsusi...
90e66b50b8f8e2d8
Bel ağrısı
Bir neçə gün ağrıkəsicilərin qəbul edilməsi və yataq rejimi ağrıları tam aradan qaldıra bilər. Amma bunu bir neçə gündən çox etmək olmaz və həkimə müraciət etmək lazımdır. Həkiminiz sizə qeyri-sterioid iltihabəleyhinə dərmanlar, bəzi hallarda əzələ relaksantları (boşaldıcılar) təyin edə bilər. Kəskin ağrılar zamanı nar...
b58708fd6b1b3eb9
Bel ağrısı
Cərrahi əməliyyat əsasən yirtılmış disklərlə bağlı olur. Əməliyyatdan sonra ağrılar, eləcə də aşağı ətrafın hərəkiliyində olan zəifliklər aradan qalxır. Aşağıdakı tip əməliyyatlar mövcuddur: Birləşdirmə. Bu cərrahi əməliyyat zamanı iki fəqərə bir-birinə fərqli vasitələrlə bərkidilərək birləşdirilir. Əməliyyatın çatışma...
686c86ac98272fe7
Bel ağrısı
Əməliyyat zamanı disk bütövlükdə deyil, yalnız onun siniri sıxan hissəsi çıxarılır. Fəqərənin hissəvi çıxarılması. Əgər bel fəqərələrində sümük qabarması əmələ gəlirsə və onurğa beyini və ya sinirləri sıxırsa onun kiçik bir hissəsi kəsilib çıxarılır. Profilaktika Bel ağrılarının meydana çıxmasının qarşısını çox asanlıq...
7aac210894c607b1
Bel ağrısı
Əzələ güçünü və hərəkiliyini artır. Qarın və bel əzələlərinin birlikdə məşq etdirilməsi bel ağrılarının profilaktikası üçün əhəmiyyətlidir. Bu iki əzələ qrupu sanki bel üçün təbii korset əmələ gətirir və onu struktur problemlərindən qoruyur. Siqaretin buraxılması. Siqaret çəkən insanlarda toxumalarda oksigenin miqdarı ...
4db473db8a65ba51
Bel ağrısı
Əgər uzun zaman ayaq üstündə durmalısınızsa ayaqlarınızın hərəkəti ilə belə düşən yükü zaman zaman azaltmağa çalışın. Düzgün oturuş. Elə stul və ya kreslo seçin ki, belin düzgün qövsünü saxlayacaq çıxıntısı olsun və ya belinizlə stolun arxası arasına kiçik yastıq və ya dəsmal qoyun. Oturan zaman diz və budunuzu eyni sə...
db2a5aad7cbfaaed
Məşədibaba
Məşədibaba (13 fevral 1971, Maştağa – 10 yanvar 2011, Maştağa) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. Məşədibaba Aydəmirov 1971-ci ilin 13 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olmuşdur. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, qəzəl, qəsidə müəllifidir. Məşədibaba Aydəmirov uşaq...
431ca72c7ca2a993
Məşədibaba
Valideynləri Məşədibabanın bu istedadını görüb onu orta məktəbdən çıxardırlar. Beləliklə, balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Məlahətli səsi və şeirləri ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Artıq o, yazdığı qəzəlləri meyxanaya çevirir. İlk meyxana de...
034f9e2a2988604d
Məşədibaba
Qısa zamanda kənd camaatı arasında hörmət qazanan meyxanaçı müxtəlif məclislərə dəvət almağa başlayır. İlk dəvəti hələ 1989-cu ildə 18 yaşında ikən, Lənkərandakı meyxana məclisinə olur. 1991-ci ildə Bakı Dövlət Sirkində keçirilən Azərbaycanda ilk meyxana yarışında üçüncü yeri tutub. Kasıb ailədə böyüdüyü üçün kənddə bi...
eeee4703e401de46
Məşədibaba
Toylarına çox az qalmışdı ki, meyxanaçı həbs olunur. Məşədibaba 1994-cü ilin 11 fevral tarixində yaxın dostu olan meyxanaçı Elçin Atakişiyev ilə aralarında yaranan münaqişə zamanı ona bıçaq ilə xəsarət yetirir. Elçin xəstəxanaya gec çatdırıldığı üçün normadan artıq qan itirərək dünyasını dəyişmişdir. 6 il dəmir barmaql...
c03ca14b42c966f2
Məşədibaba
Bir müddət sonra bu xoşbəxt ailə arasında soyuqluq yaranmağa başlayır. Buna da səbəb içki olur. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur və 9 il sonra ailəsi dağılır. Həyat yoldaşı və övladı evdən çıxıb gedirlər. Ustadı olmayıb, söz sənətinin Allah tərəfindən olduğuna inanır: "Bu meyxanə belə şeydi ki, bunun ustadı y...
c5090c87a04c4d40
Məşədibaba
— ANS TV-yə verdiyi müsahibəsindən. 39 yaşlı Məşədibaba Aydəmirov qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq şairi xilas etmək mümkün olmayıb. Şeir və qəzəlləri Xarici keçidlər Məşədibaba Aydəmirov "Meyxana...
b1074c977d8aba35
Rəşid Mahmudov (fizioloq)
Mahmudov Rəşid Mahmud oğlu (28 noyabr 1938, Kəsəmən, Gədəbəy rayonu) — tibb elmləri namizədi. Həyatı və fəaliyyəti Rəşid Mahmudov 28 noyabr 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur.1952–1955-ci illərdə Füzuli adına Böyük Qaramurad kənd orta təhsil almışdır. 1955-ci ildə, Azərbaycan Dövlət Tibb İn...
b9549affa39422cf
Həndbol
Həndbol ('ing. handball; hand — əl, ball — top) və ya əltopu — əllə oynanılan idman oyunu. Handball adlandırılan bu idman növü XIX əsrin sonlarında Hollandiyada yaranmışdır. Çox qısa vaxt ərzində həndbol maraqlı və emosional idman növü kimi bütün dünyaya yayıldı. Bir komandanın 6-sı sahə, 1-i qapıda olan 7 oyunçu ilə i...
d90d04520f837583
Həndbol
Oyun müddəti 30 dəqiqəlik iki dövrədən ibarətdir. İlk illərində böyük stadionlarda 11 nəfər ibarət komandalar halında oynanan həndbol, 1950-ci illərdən sonra bir salon idmanı olmuş və açıq sahədə həndbol gedərək məşhurluğunu itirərək itmişdir. İndiki vaxtda Həndbol, xüsusilə Avropa qitəsində böyük diqqəti cəlb etməkdəd...
7b5fefa04a20e818
Həndbol
Həm kişilərdə, həm də qadınlarda Asiya qitəsinin ən yaxşısı olan Koreyalılar, Avropanın nəhəngləri İsveç, Almaniya, İspaniya, Rusiya, Danimarka, Norveç və Fransaya baş ağrısı vermişdi. Afrikada futboldan sonra ən çox diqqəti cəlb edən ikinci komanda idmanı olan həndbol, son illərdə Quru Qitədə böyük irəlləyiş etmişdir....
6a797d108c6bde47
Qoç (astrologiya)
Qoç (♈︎) (lat. Aries) — Zodiakın birinci bürcü. Fəza koordinat sisteminin ilk 30 dərəcəsini (0° ≤ λ <30°) əhatə edir və eyni adlı bürcə aiddir. Tropik bürc altında Günəş bu bürcü hər il təxminən 20 mart – 21 aprel arasında keçir. Bu tarix Hicri təqvimində ilk aydır. Tropik astrologiya sisteminə görə Günəş orta hesabla ...
81c997ec5e1e6faf
Qoç (astrologiya)
Qoç Zodiakdakı ilk atəş bürcüdür, digər atəş bürcləri Şir və Oxatandır. Bu tarixlər arasında anadan olanlara, hansı astrologiya sistemini seçdiklərinə görə, Arians və ya Ariens deyilə bilər. Qoçun rəngi qırmızıdır. Astrologiyada Qoç atəş triqonunun əsas elementidir. Altı müsbət elementdən biridir.Planeti Marsdır. Hind ...
a4f518d0a7b5b037
Olimpiya simvolları
Olimpiya simvolu — Olimpiya Oyunlarını təbliğ etmək üçün Beynəlxalq Olimpiya Komitəsi tərəfindən istifadə olunan nişanlar, bayraqlar və rəmzlərdir. Olimpiya Hərəkatının dəyərlərini və mənasını simvollarla ifadə edirlər. Bu simvollar həm də sadə və dolayı yolla Oyunlar haqqında məlumat verir. Olimpiya şüarı Citius (daha...
e50043eac40a8196
Olimpiya simvolları
Kuberten deyirdi: "Bu üç söz mənəvi gözəlliyin proqramını təmsil edir. İdmanın estetikası hiss olunmayandır." Şüar 1924-cu ildə Parisdə keçirilən Olimpiya Oyunlarında təqdim olunub. Daha çox qeyri-rəsmi olan, ancaq daha çox səslənən bir fikri də Kuberti təqdim edib:" Ən vacib olan şey qalibiyyət deyil, iştirak etməkdir...
70951efc245c2f80
Olimpiya simvolları
Simvol ilkin olaraq Baron Pyer de Kuberten - müasir Olimpiya Oyunlarının həmtəsisçisi tərəfindən 1912-ci ildə hazırlanıb. Kubertenin sözlərinə görə, ağ fondakı rəngli halqalar o vaxt Olimpiya Oyunlarında yarışan bütün milli bayraqlarda görünən rənglərdən xəbər verir. Bu simvolun ilk təqdimatında 1912-ci ilin Olimpiadas...
3399e1bc8cac93fd
Olimpiya simvolları
Bu səbəbə görə o, həmin yerdə Olimpiya halqaları ilə mərhələnin başlanması üçün yerin tikintisinə və Berlinə buradan üç nəfərin müşaiəti ilə məşəlin daşınmasına göstəriş verdi. Bu mərasim təntənə ilə qeyd edilmişdir, ancaq burdakı mərhələnin başlanması yerində qurulmuş daş heç vaxt götürülməmişdir. Sonralar iki Britani...
d48c1b0a061e7c15
Olimpiya simvolları
1951-ci ilə qədər, rəsmi rəhbərlik bəyan etmişdir ki, hər bir rəng xüsusi olaraq bir qitəyə uyğundur: göy rəng Avropanı, sarı rəng Asiyanı, qara rəng Afrikanı, yaşıl rəng Avstraliya və Okeaniyanı , qırmızı rəng isə Amerikanı təsvir edir. Ancaq bu ideya aradan qaldırılmışdır, çünki Kubertenin bu fikirdə olmasına aid heç...
caed2577133eb65d
Olimpiya simvolları
Çünki bu məqsədlər üçün xüsusi bayraqlar yoxdur. Ümumilikdə stadionun üzərində dövrə vuran bayraqlarda kiçik rəng dəyişiklikləri və nəzərəçarpacaq dərəcədə hər bir halqanın ətrafında ağ konturun olması kimi incə fərqlər var. Antverpen bayrağı İlk Olimpiya bayrağı, Belçikanın Antverpen şəhərində baş tutmuş 1920-ci il Ya...
2d045848f4d39fef
Olimpiya simvolları
1924-cü ildən sonra bayrağın 1988-ci il Seul Yay Olimpiya Oyunlarına qədər istifadəsi davam etdi. 1988-ci ildə Seulda bu bayraqdan imtina edildi. 1997-ci ildə ABŞ Olimpiya Komitəsi tərəfindən təşkil olunmuş ziyafətdə , jurnalist 1920-ci il ABŞ Olimpiya yığmasının hümdürlükdən suya tullanma üzrə bürünc medal qazanmış üz...
de9f676a3035b347
Olimpiya simvolları
Antverpen Olimpiadasının sonunda, komanda yoldaşı dalğıc Duke Kahanamoku tərəfindən cəsarətləndirilən Prieste bayraq dirəyinə çıxdı və Olimpiya bayrağını oğurladı. 77 il ərzində bayraq onun çamadanın alt hissəsinin saxlanılırdı. Bayrağı 103 yaşlı Preiste Beynəlxalq Olimpiya Komitəsinə 2000-ci ildə Sidney Yay Olimpiadas...
aafdd8fba033b09a
Olimpiya simvolları
Hazırda faktiki Oslo bayrağı xüsusi qutuda saxlanılır və tam surəti son bağlanış mərasimləri zamanı istifadə olunmuşdur. Seul bayrağı Antverpen bayrağının davamçısı kimi, Seul bayrağı Cənubi Koreyanın Seul şəhərində 1988-ci il Yay Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunub və o vaxtdan bəri Yay O...
f87a61fd77afc7d0
Olimpiya simvolları
Məşəl və məşəlin estafeti Olimpiya məşəlinin estafetlə Yunanıstandan Oyunlar keçiriləcək şəhərə hərəkətinin müasir ənənəsi 1936-cı ildə Berlin Yay Olimpiya Oyunları zamanı başladı. Oyunların başlanmasından bir neçə ay əvvəl Olimpiya məşəli Yunanıstanın Olimpiya şəhərində Qədim Olimpiyanın yerləşdiyi yerdə Günəş şüaları...
29f8ba1415ebdc02
Olimpiya simvolları
Məşəlin estafetinin son günündə, məşəl Açılış Mərasiminin keçirildiyi stadiona gətirilir və oyunların başlanmasını bildirən Olimpiadanın məşəlini yandırmaq üçün istifadə olunur. Qalibləri təltif etmək üçün hazırlanmış Olimpiya medalları Olimpiya oyunları ilə bağlı olan simvollardan biridir. Medal qızıl suyuna salınmış ...
16b70af433c67455
Olimpiya simvolları
Hər bir Olimpiya oyunları etiketlər dəyişdirilir və oyunların ev sahipi əks etdirənlərlə əvəz olunur. 2004-cü ildə medalların üz tərəfində oyunların Yunan xarakterli olmasına daha çox istinad edilmişdir. Bu dizaynda ilahə Nika oyunların bərpasını əks etdirən Panatinaikos stadionun üzərindən uçan şəkildə təsvir olunub. ...
bce9036a083ea031
Olimpiya simvolları
Həm şair, həm də bəstəkar Beynəlxalq Olimpiya Komitəsinin ilk Prezidenti olmuş yunan Dimitrios Vikelasın seçimi idi. Himn ilk dəfə 1896-cı il Olimpiya Oyunlarının açılış mərasimi zamanı ifa olunmuşdur, lakin 1957-ci ilədək, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi himni qəbul edilməmişdir. Sonrakı illərdə, 1960-ci İl Roma...
57b1139f806879a7
Olimpiya simvolları
1951-ci ildə isə bu fanfara yenidən gündəmə gəlmiş və 1952-ci ildə onun istifadə olunması qərara alınmışdı. Məşhur Fanfara 1953-cü ildə lentə yazılmışdı. Şeypurçunun Arzuları: 1958-ci ildə Leo Arnaud tərəfindən bəstələnmişdi. Şeypurçunun arzuları xüsusilə Amerikada çox məşhur idi və Olimpiya Oyunlarının melodiyası kimi...