passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
d0e8c8369b9ee6c1 | Olimpiya simvolları | Olimpiya fanfarası və melodiyası: Los Anceles 1984-cu il Yay Olimpiya Oyunları üçün Con Vilyams tərəfindən bəstələnib. Melodiya Kapitan David Deitrickin dirijorluğu ilə, Birləşmiş Ştatlar Ordusunun Carçı Trumpeti tərəfindən açılış mərasimi zamanı ifa olunmuşdur. Olimpiya ruhu: Bu melodiya 1988-ci ilSeul Yay Olimpiya Oy... |
b3ad35445841bc46 | Olimpiya simvolları | Talismanlar 1968-ci il Qrönobl Qış Olimpiya Oyunlarından bəri hər bir Olimpiya Oyunlarının talisanı var. Talismanlar adətən, həmin ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən heyvan və bəzən də insan fiqurlarından ibarət olur. Olimpiya Oyunlarında ilk belə talisman 1980-ci il Moskva Yay Olimpiya Oyunlarındakı Mişa ... |
7a5d85aefd84c104 | Olimpiya simvolları | 1924-cü il Paris və 1936-cı il Berlin Yay Olimpiya Oyunlarının rəsmi posterlərində Olimpiya salamının təsvirini görmək olar. Həmçinin 1936-cı ildə Fransa və Kanada komandalarının Berlində Olimpiya stadionuna daxil olanda qollarını qaldıraraq salamlaması da çox məşhurdur. Olimpiya çələngi Olimpiya çələngi Herakl tərəfin... |
1b5c68119b4aa599 | Olimpiya simvolları | Fermopil vuruşmasından sonra I Kserks bəzi Arkadiansları dindirərək, onlardan məlumat alırdı. O maraqlanırdı ki, nə üçün Fermopilin müdafiəsində az Yunanıstanlı kişi dayanmışdı. “Bütün digər kişilər Olimpiya Oyunlarında iştirak edirlər“ deyə cavab verildi. “Qaliblər üçün hədiyyə nədir?” deyə soruşuldu. “Zeytun çələngi ... |
d59114bbd6a41da0 | 9 May Qələbə Günü | Qələbə günü Azərbaycanda Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və... |
10646046a782012c | 9 May Qələbə Günü | İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tari... |
033ef33ef847c944 | 9 May Qələbə Günü | Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ... |
c9531d95e666c6ab | Şotlandiya | Şotlandiya (ing. Scotland; şot.kelt Alba) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının şimal hissəsində yerləşir. Paytaxtı Edinburq, ən böyük şəhəri isə Qlazqodur. Şotlandiya özünün qalaları və dağlıq peyzajı ilə tamamilə başqa ölkə təəsüratını yaradır. Şotlandiyada 787 ada... |
a3b232a7d87c1eab | Şotlandiya | Məşhur Haylənds ("yüksək yerlər") vilayəti – ölkənin şimal-qərbində dağlar dənizlərlə, çəmənlər, meşələrlə əvəz olunan təkrarolunmaz təbii landşaftdır. Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var. 1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi ... |
5d4525de3cb03302 | Şotlandiya | 11-ci əsrdə Albania və ya Albani, həmdə şotland kelt dilində Alba sözləri ilə yanaşı, "Scotia" sözü Fort çayının şimalında olan Şotlandiyaya deyilirdi. Scots və Scotland sözləri yalnız Orta əsrlərin sonlarında istifadə olunurdu. Hakimiyyət və siyasət Konstitusiya dəyişiklikləri İnzibati ərazi bölgüsü Hüquq və ədalət si... |
fc63011cbcbc0c96 | Şotlandiya | Birləşmiş Krallığdan fərqli olaraq, Şotlandiyanın təhsil sistemi həmişə geniş təhsil xarakterikləri üzərində yönəlmişdir. 2011-ci il siyahıyaalmasında Şotlandiya əhalisinin yarıdan çoxu (54%) özünü Xristianlıq dininə aid etsə də, əhalinin 37%-i ateist kimi qeyd olunub. 1560-cı il Şotlandiya reformasiyasından sonra, mil... |
d45a106f69179709 | Şotlandiya | Şotlandiyada əhəmiyyətli Roma Katolik əhalisi var, əhalinin 19%-i, xüsusilə qərbdə, katolik kimi qeyd olunub. Reformasiyadan sonra, Şotlandiyada Katoliklik Haylends və Uist və Barra kimi qərb adalarında davam etdirilmiş və 19-cu əsrdə İrlandiyadan gələn immiqrasiya nəticəsində güclənmişdir. Şotlandiyada digər xristian ... |
fad1aae086bd496f | Şotlandiya | 2013-cü ildə Böyük Britaniyanın müdafiəyəsinə xərclənən pulun, təxminən £3,3 milyon Şotlandiyaya aid edilə bilər. Şotlandiya musiqisi milli mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Məşhur ənənəvi Şotlandiya musiqi aləti Qreyt Haylend tuluq zurnası — çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır... |
c74f61aab00edca2 | Şotlandiya | Erkən qalmış ədəbiyyatda, VI əsrdən qalmış Britonik nitq Şotlandiyada yaransa da, Uels ədəbiyyatının hissəsi kimi saxlanılır. Gec orta əsrlər ədəbiyyatına latın, şotland kelt, qədim ingilis və fransız dillərində əsərlər daxildir. Erkən şotland dilində ilk əsas qalan mətn, 14-cü əsr şairi Con Barburun dastanı olan Bryus... |
9c61f255aff0c7b1 | Şotlandiya | Əsər Şotlandiyanın xalq şairi kimi tanınan Robert Bernsə və Valter Skotta böyük təsir etmişdir. Viktoriya dövrünün sonunda Robert Lyuis Stevenson, Artur Konan Doyl, C. M. Berri və Corc Makdonald kimi Şotlandiya yazıçıları beynəlxalq nüfuz qazanmışdılar. 20-ci əsrdə Şotlandiya intibah dövrü ədəbi fəaliyyətin dalğasını g... |
b7b5ea08b6648352 | Şotlandiya | Şotlandiyada televiziya əsasən Britaniyada göstərilən verilişlərlə eyni olsa da, milli yayımçı BBC Scotland-dır. BBC Scotland-a üç milli televiziya stansiyaları, və milli radio stansiyaları — BBC Radio Scotland, BBC Radio nan Gaidheal və başqaları daxildir. Şotlandiyada bəzi verilişlər şotland kelt dilində yayımlanır. ... |
a66f99362d12c55a | Şotlandiya | Vacib regional qəzetlərdən, Edinburqun Edinburgh Evening News, Dandinin The Courier və Aberdinin The Press and Journal qəzetlərini qeyd etmək olar. Şotlandiya həm də Celtic Media Festivalda təmsil olunur, harda ki, Kelt ölkələri film və televiziya verilişlərini sərgiləyirlər. 1980-cı ildən başlayan festivalda Şotlandiy... |
d4f19b306d1e5eac | Şotlandiya | Şotlandiya bir çox beynəlxalq idman tədbirlərində, o cümlədən FİFA Dünya Kuboku, Reqbi Dünya Kuboku, Reqbi Liqası Dünya Kuboku, Kriket Dünya Kuboku və Birlik Oyunlarında müstəqil ölkə kimi, Olimpiya Oyunlarında isə, şotland idmançılar Böyük Britaniya komandasının bir hissəsi kimi təmsil olunur. Şotlandiyanın Şotlandiya... |
f9fbe1a218f98102 | Şotlandiya | Müasir qolf oyunu Şotlandiyada 15-ci əsrdə yaranmışdır və ölkə qolfun evi kimi təbliğ olunur. 1574-cü ildə Sent-Endryüsdə yerləşən "Old Course", bir çox qolfçular üçün ziyarət bir məkanı kimi hesab olunur. Dünyanın ən köhnə qolf turniri olan The Open Championship, ilk dəfə Prestvick Qolf Klubunda 17 oktyabr 1860-cı ild... |
f1c19774afeae8ce | Şotlandiya | 1930-cu ildən Şotlandiya hər Birlik Oyunlarında iştirak etmiş və 356 medal (91 qızıl, 104 gümüş və 161 bürünc) qazanmışdır. Birlik Oyunlarına Edinburq iki dəfə — 1970 və 1986-cı illərdə, Qlazqo isə 2014-cü ildə ev sahibliyi etmişdir. Milli simvolları İlk dəfə Şotlandiya krallığında X-formalı çarmıxda Həvari Andreyin rə... |
e35d037e167ce376 | Şotlandiya | Şotlandiyanın digər rəsmi və ya qeyri-rəsmi rəmzlərindən şeytanqanqalı, Arbrot bəyannaməsi, Şotlandiya Kral Standartında əks olunan qırmızı rəngli şiri qeyd etmək olar. 1782-ci ildə Ceyms Qream, Montrozun 3-cü hersoqunun 1747-ci il Aktını ləğv etməsi nəticəsində, haylendlilər qadağadan sonra yenidən tartan geyinə bilmi... |
f3dc5516ae1247a3 | Üzüm | Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi.Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq,... |
cf8e19a0b79f5cec | Üzüm | Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır. Üzümün giləsi və şirəsi ürə... |
5dea1b355c4eebef | Üzüm | Status — arealı azalmaqda olan nadir növdür. Yayılması — Quba rayonu (Alpan kəndi), Zaqatala rayonu (Muxax kəndi), Hadrut rayonu (Domu kəndi), Zəngilan (Ağbənd kəndi), Astara (Maşhan kəndi) rayonları. Azərbaycandan kənarda – Moldoviya, Krım, Ön Qafqaz, Dağıstan və Türkmənistan, Qərbi Avropa, Aralıq dənizi, Kiçik Asiya ... |
59ae6ea219cddb28 | Üzüm | Becərilməsi — məlumat yoxdur. Qəbul edilmiş qorunma tədbirləri — xüsusi mühafizə tədbirləri hazırlanmamışdır. Zəruri qorunma tədbirləri — botanika bağlarında əkmək, mövcüd yasaqlıqlarda və qoruqlarda qiymətli bitki kimi qorumaq lazımdır. Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989 "Quran"da üzüm haqqında ... |
c0b684f8c66c590c | Üzüm | İnfarkt xəstəliyini azaldır. Pis xolesterolu azaldıb, yaxşı xolesterolu yüksəldir. Diabet xəstələrinə müsbət təsir edir. Qan damarlarını gücləndirir. Kapilyar damarları gücləndirərək yüksək təzyiqə yaxşı kömək edir. Gözdəki damarları gücləndirib qan dövranını yaxşılaşdırır. Gözün şəffaf təbəqəsini qoruyur. |
7d55b449cd175315 | Üzüm | Yaşla birlikdə artan görmə zəifliyinə mane olur. Kataraktanın əmələ gəlməsinə mane olur. Qan və limfa dövranını nizamlayır. Dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasına mane olur. Allergiya problemlərinin qarısını alan özəlliyi vardır. Diş əti qanamalarında müalicəvi özəlliyə sahibdir... |
ea1901667a6b375e | Üzüm | Saç hüceyrələrini inkişaf etdirir. Qan yaradır, qan azlığının qarşısını alır və qanı təmizləyir. Böyrək və bağırsaqları təmizləyir. Revmatizm xəstəliyinə müsbət təsir edir. Üzüm:The Plant List saytında takson barədə məlumat. (ing.) Xarici keçidlər Meyvələrin sirri Arxivləşdirilib 2011-08-13 at the Wayback Machine |
6762e9098487ec84 | Afaq Bəşirqızı | Afaq Bəşirqızı (15 avqust 1955, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı (1993) "Şöhrət" ordeni laureatı (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru. Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası. Afaq Bə... |
cc7cd57b843340a8 | Afaq Bəşirqızı | İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində ba... |
1c223418ba3aa492 | Abel Məhərrəmov | Abel Məmmədəli oğlu Məhərrəmov (5 yanvar 1950, Ağdam) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri. Abel Məhərrəmov 1950-ci i... |
1c34e137f595ce2d | Abel Məhərrəmov | 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik disse... |
2d8988f40715a01a | Abel Məhərrəmov | Üzvi kimya sahəsində İlk dəfə olaraq, üzvi kimyada "Dopinq effekti" kimi tanınan yeni sintez metodu müəyyən edilmişdir. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir. İlk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmiş, sonra ... |
6bb1dcc2431cda42 | Abel Məhərrəmov | Asimmetrik Hans reaksiyası əsasında bir çox optiki aktiv birləşmələr sintez edilmiş, xiral üzvi katalizatorun təbiətinin və temperaturun reaksiyanın çıxımına və optiki təmizlik dərəcəsinə təsiri araşdırılmışdır. Ariləvəzli 1,2-xlorhidrinlərin müxtəlif aminlərlə qarşılıqlı təsirindən tərkibində aromatik halqa saxlayan 1... |
51d7ccbdc09f8afa | Abel Məhərrəmov | Kompleks birləşmələrin quruluşları ilə xassələri arasında asılılıqlar müəyyənləşdirilmişdir. Neft kimyası sahəsində Alkenilfenolların homolitik tiilləşmə, fosforilləşmə, aminometilləşmə, simmetrik dihalogenalkanlarla kondensləşmə reaksiyaları sistemli şəkildə tədqiq edilmişdir. Sintez olunmuş birləşmələr yanacaq, yağla... |
7f8dace2585c0bfe | Abel Məhərrəmov | Nanomaterialların sintezi və tətbiq sahələrində İlk dəfə olaraq, aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və s.) alınma texnologiyasının elmi əsasları işlənilmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirilmi... |
ce25dba6c03e289e | Abel Məhərrəmov | 11 fevral 2000-ci il – "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2000-ci il – Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) "Qızıl medal"ına layiq görülmüşdür. 2001-ci il – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.... |
929b9b24d280cd4b | Abel Məhərrəmov | 2004-cü il – Rumıniyanın Komandor dərəcəli ali "Qızıl ulduz" ordeni ilə təltif olunmuşdur. 2005-ci il – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "Dünyanın aparıcı təhsil xadimi" seçilmişdir. 2007-ci il – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə "Qızıl buta" mükafatına layiq gör... |
877e731d43f2fc4b | Abel Məhərrəmov | 2009-cu il – "Rusiyanın Həmkarlar İttifaqının 100 illiyi"nə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur. 30 oktyabr 2009-cu il – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 2009-cu il – "Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 2010-cu il – "Avrasiyada ... |
7c684c54f0660cf2 | Abel Məhərrəmov | 2010-cu il – Amerika Bioqrafiya İnstitutu tərəfindən "Qızıl medal"la təltif edilmişdir. 2010-cu il – "ECO-2010" Gənclər Koalisiyasının "Ekologiyanın Dostu" milli mükafatı verilmişdir. 2010-cu il – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. 2011-ci il – Birləşmiş Millətlərin İ... |
9b57238c5fc25b1a | Abel Məhərrəmov | 2011-ci il – Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur. 2011-ci il – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə "Turizmə dəstək" Gənclər Koalisiyası tərəfindən "Turizm-2011" mükafatı ilə təltif edilmişdir. 2012-ci il – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı ... |
ea7f1e4cf61e3244 | Abel Məhərrəmov | 2013-cü il – Avropa elmi-sənaye palatasının "Qızıl medal"ı və diplomu ilə təltif edilmişdir. 2013-cü il – "Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilmişdir. 2013-cü il – Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə "Zəfər" yüksək idman nailiyyətləri mükafatı ilə təltif olu... |
14f5451b3a97fa3a | Abel Məhərrəmov | 2015-ci il – "Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə" diplomu, "Qızıl medal"ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir. 2015-ci il – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin "Qazax xanlığının 550 illik yubileyi"nə həsr olunmuş diplomu ilə... |
33df77f8f00ce33a | Abel Məhərrəmov | Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1998-ci il – Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir. 1999-cu il – Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü seçilmişdir. 11 yanvar 1999 – 15 noyabr 2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur. 2000... |
42fd9248001721aa | Abel Məhərrəmov | 2004-cü il – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının vitse-prezidenti seçilmişdir. 2005–2010 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir. 2007-... |
88dfbf7b6eb38e6e | Abel Məhərrəmov | 2010-cu il – Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir. 2010-cu il – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun... |
f79fa4de41ed59ed | Abel Məhərrəmov | 2015-ci il — Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti seçilmişdir. 2016-cı ilin oktyabrın 28-dən etibarən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Seçilmiş əsərləri Non-covalent interaction in the synthesis and design of new compounds. New-York: "Wiley" publisher, 2015, 450 p. Abel M. Maha... |
10f95ff3f2491f02 | Abel Məhərrəmov | Leonid G. Voskressensky, Nikita E. Golantsov, Abel M. Maharramov A new approach to ferrocene derived alkenes via cop.er-catalyzed olefi nation // Journal of Organic Chemistry. 2015, p. 2072–2078, V. M. Muzalevsky, A. V. Shastin, A. D. Demidovich, N. G. Shikhaliyech, V. N. Khrustalev, R. D. Rakhimov, S. Z. Vatsadze, V. ... |
0eea3b5de288ae2a | Abel Məhərrəmov | 14–22. Zhen Ma, Manas Sutradhar, Atash V. Gurbanov, Abel M. Maharramov, Rafiga A. Aliyeva, Farqana S. Aliyeva, Fidan N. Bahmanova , Vusala I. Mardanova, Famil M. Chyragov, Kamran T. Mahmudov Nano-coupling of cephalosporin antibiotics with Fe3O4 nanoparticles: Trojan Horse approach in antimicrobial chemotherapy of infec... |
a2b5f439d8a5e103 | Abel Məhərrəmov | A. Agamaliyev, Y. V. Parfyonova, S. F. Hajiyeva, F. V. Hajiyeva, S. B. Veliyeva Barbituric acids as a useful tool for the construction of coordination and supramolecular compounds // Coordination Chemistry Reviews. 2014, 265, p. 1–37. Mahmudov, Kamran T.; Kopylovich, Maximilian N.; Kurbanova, Malahat M.; Gurbanov, Atas... |
5e543f73456f7d60 | Abel Məhərrəmov | 37–39. K. T. Mahmudov, X. I. Hasanov, A. N. Azizova, K. Q. Ragimov, R. K. Askerov, M. N. Kopylovich, Z M.hen, A. J. L. Pombeiro Regioselective CAC bond cleavage in arylhydrazones of 4,4,4-trifl uoro- 1-(thiophen-2-yl)butane-1,3-diones // Journal of Molecular Structure. 2013, vol.1050, p. 180–184. Reza Solhnejad, F. N. ... |
2242795b1e784d81 | Abel Məhərrəmov | S. Aliyeva, A. V. Kurbanov, R. A. Aliyeva, F. M. Chyragov, K. T. Mahmudov, M. N. Kopylovich Uranyl complex with phenolate–sulphonate and diphenyldiazenecarbohydrazonate ligands // Inorganic Chemistry Communications. 2013, vol.35, p. 13–15. Reza Solhnejad, F. N. Bahmanova, A. V. Kurbanov, R. A. Aliyeva, F. M. Chyragov, ... |
26f5ece752d24060 | Abel Məhərrəmov | S. Mahmudova, K. T. Mahmudov, M. N. Kopylovich Zinc(II)-1,3,5-triazapentadienate complex as effective catalyst in Henry reaction // Catalysis Today. 2013, Vol.217, p. 76–79. N. Q. Shixaliyev, A. V. Kurbanov, V. G. Nenajdenko, V. M. Muzalevskiy, K. T. Mahmudov, M. N. Kopylovich New cobalt(II) and nickel (II) complexes o... |
b7b203a69036475d | Abel Məhərrəmov | 72–76. Perizad A. Fatullayeva, Ajdar A. Medjidov, Atash V. Gurbanov, Rizvan K. Askerov, Karim Q. Rahimov, Maximilian N. Kopylovich, Kamran T. Mahmudov, Armando J. L. Pomberio Thermadinamics of dissociation of ortho-hydroxyphenylhydrazo- β-diketones and of their complexation with cop.er (II) in aqueousethanol solutions ... |
d7b8a1d9195b9447 | Abel Məhərrəmov | A. Aliyev, A. A. Azizov, Armando J. L. Pomberio Synthesis of hydroacridines and 1,8-dioxo octa hydroxanthenes using primary amino alcohols as reagent or catalysis via three-component condensation reactions // Journal of Chemical and Pharmaceutical Research. 2012, 4(2), p. 955–965. Shaaban K. Mohamed, A. A. Abdelhamid, ... |
660a9023b0195a5a | Abel Məhərrəmov | 2012, 8, № 6. Mohammad Reza Saboktakin, Roya M. Tabatabaie, Fahimeh Satarzade Amini, Mohammad Ali Ramazanov Composite oligomer constructed from tri- and tetranuclear butyltin (IV) / 25th International conference on organometallic chemistry. Portugal, 2012, PB.258. Kamran T. Mahmudov, Armando J. L. Pombeiro, Malgorzata ... |
1befef7f115217ef | Abel Məhərrəmov | Alieva Irada, Ramazanov Mahammadali, Abbasova Gultekin, Nabiev Naqif, Omarova Asmar Ailəlidir, iki övladı, beş nəvəsi vardır. Şəfiqə Məhərrəmova — anasıdır. Adil Məhərrəmov — qardaşıdır. Xarici keçidlər Abel Məhərrəmovun məmur qardaşları- Onlar kimdir? Arxivləşdirilib 2020-02-24 at the Wayback Machine Abel Məhərrəmov B... |
4ce4a7d9e460beae | Bakı Olimpiya Stadionu | Bakı Olimpiya stadionu — UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandaki ən böyük stadiondur. 650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri Fevral, 2015-də tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazi... |
3bfafc10b80a13a4 | Bakı Olimpiya Stadionu | Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir. Stadionun tikintisi podratçı şirkətin məlumatına əsasən 640 milyon dollara başa gəlib. Başqa bir mənbədə isə stadionun tikintisinin 775 milyon dollara başa gəldiyi yazılıb. İlkin işlər 2008-ci ildə ilk... |
b4b6aca38d79cc8e | Bakı Olimpiya Stadionu | 2014-cü il fevral ayının 28-də, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, stadionda aparılan tikinti işləri ilə tanış olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Rövnəq Abdullayev, cənab prezidentə tikintinin gedişatı haqqında məlumat vermişdir. Stadionun rəsmi açılışı Preziden... |
53a1f8ac4da71673 | Bakı Olimpiya Stadionu | dam altı zolaqlı avtomobil yolu olaraq nəzərdə tutulmuşdur və qərb sərhəd sahəsi təmsil olunur. Bundan əlavə, stadionun istiqaməti kanalizasiya quraşdırılmış və Waterfront bulvar bulvar xətti boyunca salınan və stadiona getmək. Böyükşor gölünün tam bərpa ikinci mərhələsi göl su səviyyəsi ekosistemi bərpa ayarlar təbii ... |
2babb400689c3dc2 | Bakı Olimpiya Stadionu | Stadionunun VVİP, VİP və CİP suitləri ümumi 127 otaq və 720 tamaşaçı tutumuna, xüsusi hazırlanmış 25.200 m². interyer və ümumi 3078 avtomobillik əraziyə malikdir. 1800 tamaşaçı tutumlu isinmə meydançası, MES binası, Məlumat Mərkəzi və 2 xarici bina, dizayn və mühəndislik xidmətləri və tikintiyə nəzarət və planlama xidm... |
e743bc33f8dc9730 | Kargüzarlıq | Kargüzarlıq — sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi, əldə edilməsinin rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və saxlanması prosesi başa düşülür. Kargüzarlıq özü 2 yerə bölünür: ümumi kargüzarlıq və xüsusi kargüzarlıq. Müəssisə və t... |
591a70edf26d7ab7 | Azərbaycan (şeir, Səməd Vurğun) | Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. Yazılma tarixi "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi.1959-cu ildə şeir... |
9e5f99f2e2e3b166 | Motivasiya | Motivasiya — özünü və başqalarını özünün şəxsi və ya ictimai məqsədlərə nail olunması üçün fəaliyyətə vadar etmə prosesidir. Bu, insan fəaliyyətinin təşkilidir.Motivasiyadan danışarkən tələbat və ehtiyac və mükafatlandırma anlayışlarından geniş istifadə olunur. Tələbat dedikdə, insanın bütün bu keyfiyyətlərindən asılı ... |
d6398352107ca75a | Motivasiya | Xarici mükafatlandırma dedikdə isə insana yerinə yetirdiyi işin keyfiyyət və miqdarından asılı olaraq təşkilat tərəfindən verilən əmək haqqı, əlavə haqqlar, vəzifəcə irəli çəkilmə, kolleltiv tərəfindən alqışlatma və s. nəzərdə tutulur. Motivləşdirmə- anlayışı çox aspektli və çox istiqamətlidir. Fred Lyutens göstərir ki... |
aa71c50246557015 | Motivasiya | İşdən asılı olmayaraq nəticə etibarilə istənilən məqsəd işin heyata keçirilməsdir. XX əsrin ortalarına qədər motivasiya ancaq psixoloqları sahələrindən birinə cevrilmişdir. Canlı aləmin davranışını müşahidə edən hər kəs şübhəsiz ki, insanın və heyanın xarici mühitdə müəyyən obyekti axtarmasına rast gəlmişdir. Motivasiy... |
efaaec9ada440c35 | Motivasiya | Göstərilən bu motivasiyalar, anadan gəlmə olmaqla, irsi mexanizmlər əsasında formalaşır. Biolojı motivasiyalar inkişafın müxtəlif dövrlərində secici və ardıcıl olaraq yaranır. Yəni ibtidai heyvanlar dünyaya gələrkən aclıq, susuzluq və qorxu motivasiyalarının mexanizmləri artıq yaranmış olur. Sonralar aqressiya, cinsi v... |
a7402ae64d28e103 | Motivasiya | Bununla yanaşı bioloji motivasiyalar acici və "azadedici"(Releasing) mühit faktorları adlanan xüsusi xarici stimullara, məsələn, görmə, cinsi, qida və s kimi qiciqlandırıcılarla tənzimlənə bilər. Xarici qiciqlandırıcılarla əmələ gətirilən motivasiyaların da əsasında anadangəlmə, irsi daxili mexanizmlər durur. Adrenalin... |
2eb2ef275c2a7a10 | Motivasiya | Bütün bu faktorlar sosial-bioloji motivasiyanın əsasında duran şəraiti kəskin dəyişdirir. Fiziloji müşahidələr göstərir ki, daxili metabolik ehtiyac hər şeydən əvvəl, müəyyən orqanların fəaliyyətində və qanın tərkibindəki dəyişikliklərdə öz əksini tapır. Biloji ehtiyac haqqında hakim sinir və humoral siqnallar baş beyn... |
c5a2ae243e339c2d | Motivasiya | Beləliklə, hipotalamusun neyronları müəyyən daxili ehtiyacın resepsiyası xüsusiyyətinə malikdir. Spesifik metabolizmin və hipotalamusun müxtəlif şöbələrinin iştirakı sayəsində motivasiya mərkəzləri təşkil olunur. Hipotalamik motivasion mərkəzlər beynin başqa şöbələri, ilk növbədə, limbiq və retikulyar törəmələrlə, bura... |
94affa048c6a5d2a | Motivasiya | Əsasında bu və digər növ yazılsa da iki növu daxili və xarici motivasiyadır. A. Maslouya görə tələbatlar ierarxiyası İnsan üçün motivasiyanın mənbəyi tələbatlar hesab olunur. A. Maslou tələbatlar ilkin və ikinci tələbatlara bölünür. Öz növbəsində ilkin və ikinci tələbatlar da yarımqruplara bölünür. İlkin tələbatların i... |
83b7ed05890b4973 | Motivasiya | Onun əsas ideası iqtisadi üsullarla və həvəsləndirməklə məhsuldarlığın artırılmasına nail olmaqdır. Fərdi işçiyə yönəlmiş maddi həvəsləndirmə bu sistemin əsasını təşkil edir. Bu nəzəriyyəni hətta iqtisadi insan nəzəriyyələridə adlandırırlar. Teylorun fikrinə görə idarəetmədə əsas qrup yox, insandır. O insanı tapşırıqla... |
696d5e91e86b7ec7 | Qida | Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar,... |
d93d43b6e9f3ca35 | Qida | Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun. πρώτειος sözündən) adlandırmışlar. Bu da "birinci yeri tutan" deməkdir. Zülallar orqanizmdə aşağıdakı fəaliyyətləri tənzimləyir: Böyümə və yenilənmə Orqanizm hissələrinin yaradılması Ene... |
fb73c7751deedaa9 | Qida | Yağlar orqanizm üçün həm əsas həm də ehtiyat enerji mənbələridir. Karbon, oksigen və hidrogendən əmələ gəlib karbohidratlar ilə oxşardır, lakin karbohidratlardan daha az oksigen molekuluna sahibdir. Suda həll olmur. Karbohidratlar Qidanın digər tərkib hissəsi də karbohidratlardır. Bu tanıdığınız nişasta və şəkərdir. Sı... |
d67b630295983614 | Qida | Onlar parçalanarkən, insanın orqan və əzələləri işi üçün lazım olan enerji alınır. 5. Karbohidratlar, onların quruluşu,xassələri,təbiətdə yayılması və əhəmiyyəti. Bitki və heyvan orqanizmlərində olan üzvi birləşmələrdən bir qrupu da karbohidratlardır. Bunlara sulu karbonlar və ya qlüsidlər də deyilir. Karbohidratlar he... |
02687712ecfe1795 | Qida | Karbohidratlar əsas üç elementdən: karbon, oksigen və hidrogen-dən ibarətdir. Bu elementlər molekullarda 1:2:1 nisbətində, yəni hər bir karbon atomu iki hidrogen və bir oksigen atomu ( ) CH2O ilə birləşir. Bu formuladan belə güman etmək olar ki, hər karbon atomuna bir su molekulu uyğun gəlir. Odur ki, triozalar C3H6O3 ... |
f81012ec0b9cedad | Qida | Çünki başqa üzvi birləşmələr də vardır ki, onların molekul tərkibləri yuxarıda göstərilən qaydaya uyğun gəlir, amma karbohidrat deyildir. Bunlara misal sirkə turşusunu (CH3COOH), süd turşusunu (CH3CHOHCOOH) və s.-ni göstərmək olar. Ancaq sulu karbon adı elmdə çoxdan işlədildiyindən ondan hazırda da istifadə edilir. Kar... |
3bb74905cb4ff4e9 | Qida | Bunların mürəkkəb formalarına daha çox rast gəlinir. Yalnız sellüloza təbiətdə olan bütün üzvi maddələrin yarıdan çoxunu təşkil edir. Mürəkkəb karbohidratlar (sellüloza, nişasta, qlikogen, inulin, pentozanlar və s.) monosaxaridlərin bioloji polimerləridir. Karbohidratlar mühüm bioloji vəzifə daşıyır. Belə ki, onlar vac... |
0df305a9a081fd51 | Qida | Bu birləşmələr bitkilərdə istinad toxuması, insan və heyvanlarda müdafiə, habelə antikoaqulyant, antifriz və sürtkü materialı funksyasını yerinə yetirir. Zəhərli maddələri zərərsizləşdirir. Nuklein turşularının, aromatik amin turşularının biosintezində, hüceyrələrin bir-birilə və xarici mühitlə əlaqəsinin yaranmasında,... |
ace51632baa762a2 | Qida | Vitaminlər iki yerə bölünür: yağda həll olan vitaminlər (A, D, E, K) suda həll olan vitaminlər. (B, C) Qeyri Üzvi Maddələr Minerallar və duzlar Mineral maddələr bədəndəki bütün orqanlarda, toxumalarda, mayelərdə var. Bədənin heç bir orqanı, heç bir hüceyrəsi natrium, kalsium, fosfor və başqa mineral olmadan yaşaya bilm... |
aeaa43a229bc67f3 | Qida | Su orqanizmin əsas fəaliyyəti üçün lazımdır. Əgər insan 3–4 gün ərzində su içməsə, bədəndəki suyun ehtiyatı azalar və o məhv olar. Bitkilər digər üzvi və qeyri üzvi maddələri su vasitəsilə təmin edir. Suyun belə əhəmiyyətli olması onun çox yüksək səth gərginliyinə sahib olması ilə izah olunur. Kapillyarlar vasitəsilə s... |
d9bcc2db59ac4e11 | Azərbaycan florası | Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ayrı sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdar... |
e011e65f26630e1e | Azərbaycan florası | Azərbaycan florasının tərkibində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, ... |
4ef723f7f8f69794 | Azərbaycan florası | Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm əngəllik yaradır və həm də başqa cəngəlliyin tərkbində rast gəlirlər. Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, sıcaq yerlərdə qo... |
a1de8aaef40277d0 | Azərbaycan florası | Xüsusilə subalp qurşaqlarında su-bataqlıq bitkiləri çox geniş sahələrdə yayılmışdır. Bu qurşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçələr vardır. Geniş Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərdə səhra və yarımsəhra tipli bitki örtüyü üstünlük təşkil edir. Səhralarda qaraşoranlıq geniş yaylımışdır. Qaraşoran... |
88ff1ceefa030dda | Azərbaycan florası | Şahsevdilik səhrasında yuxarıda göstərilən səhralardakı bitkilərdən fərqli olaraq 5-6 növ efemer bitkiyə təsadüf edilir. Şərqi Şirvanda və bir qədər də dağətəyi rayonlarda çərən səhrası əmələ gəlir. Şorangənin 3 növü Kür-Araz ovalığında geniş sahələrdə çox məhsludar yarımsəhralıqlar yaradır. Xüsusilə dağşorangəsi gəngi... |
674d80b4de406f53 | Azərbaycan florası | Meyvələmə zamanı çox əlvan görünən şorangə cəngəlliklərinə Şəki yaylasının az şorlaşmış torpaqlarında təsadüf edilir. Yovşanlıq ən geniş yayılmış səhra tiplərindən biridir; müxtəlif torpaqlarda, xüsusilə boz və zəif şorlaşmış torpaqlarda rast gəlir. Çox zaman yovşan şorangə və yaxud çoxillik taxıl otları ilə birlikdə b... |
95288f776eed9615 | Azərbaycan florası | Abşeronun qumsal sahələrində çox zəngin və nadir bitkilər qısaömürlü olsa da, inkişafını yazda fəallaşdırır və tez də solurlar. Yarımbozqırlar və bozqırlarda qifav, daraqvarı qiyaqotu və çoxillik müxtəlif otlar bolluq təşkil edən bitkilərdəndir. Dağ kserofit bitkiliyi çox vaxt bozqırlara birləşərək xüsusi formasiyalar ... |
68ad3cb5895c50ed | Azərbaycan florası | Tumil sahələri üçün murdarça, çölnanəsi, karvanqıran və s. çox səciyyəvidir. Bu tip sahələrdə südləyən, boymadərən, zirinc kimi bitkilər də olur. Respublikada lokal formada şibləklərə, yəni qaratikanlığa, murdarçalığa, dovşanalmalığına, badamlığa, tovulqalığa, yabanı armudluğa, quşarmudluğuna rast gəlmək olur; şaqqılda... |
18efe8bd4da6b03e | Azərbaycan florası | Burada ən çox çaytikanı, iydə, söyüd, sumağ, sarağan, yulun, tut, ölməz kol, nar, itburnu, böyürtkən və s. yayılmışdır. Çaytikanı ən çox Şin, Kiş, Dəmiraparaq, Türyan, Göyçay, Ağsu, Vəlvələ və Tərtər çaylarının vadilərində yayılmışdır. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradırl... |
620e599546b2a6e8 | Azərbaycan florası | Alazan-Həftəran vadisi meşəliklərində yuxarıda göstərilən növlərdən başqa, ağcaqayın, cökə, göypüş, qarağac, armud kimi ağac növləri, sarmaşan bitkilərdən isə ağ əsmə, daşsarmaşığı, yabanı üzüm çox yayılmışdır. Düzən meşəliklərində uzunsaplaq palıdın onlarca müxtəlif forması mövcuddur. Talışın düzən meşəliklərinin səci... |
ecb4f646f54a30ac | Azərbaycan florası | Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqaları xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda ... |
14be75b465dc4cdd | Azərbaycan florası | Çox sıx fıstıq meşəliyində ot örtüyü olmur, ancaq bir qədər seyrək fıstıqlıqda kol cinsləri ilə birlikdə ot örtüyü də inkişaf edir. Meşə altında sarı rododedron, böyürtkən, gərməşov, gəndalaş, ayıdöşəyinin bir çox növləri və onlarca müxtəlif taxıl otları rast gəlir. Dağların yamacında gürcü palıdı, qarağat və quşarmudu... |
fb7ac98e95009cfa | Azərbaycan florası | İynəyarpaqlılardan qaraçöhrə və ardıcın bir çox növəri dağ-meşə zonalarında geniş yayılmışdır. Böyük Qafqazın şimal-qərb zonasında, xüsusilə Zaqatala-Balakən rayonlarının subalp qurşağında kiçik sahələrdə Qafqaz rododendronluğu cəngəlliyi yerləşir. Dəniz səthindən 1800-3200 m yüksəklikdə müxtəlif tərkibli subalp və alp... |
771a4a4da61bb782 | Azərbaycan florası | Subalp qurşağında müxtəlif tərkibdə çəmənliklər, az nəm və mezofil çəmənliklər, quru kserofitlər, bozqırlaşmış çəmənlər yayılmışdır. Subalp çəmənliyinin əsasını ağbığ, ala tonqalotu, Qafqaz nazikbaldırı, bənövşəyi arpa, alp dişəsi, topal və üçyarpaq yoncanın bir çox növləri, ətirşah, şehduran, iriçiçək, andız təşkil ed... |
21452c685fbb0b19 | Analar Günü | Analar Günü — anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün Beynəlxalq Qadınlar Günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar Günü" may ayının ikinci bazar günü qeyd edilir. İngiltərədə ... |
954df012625f0aa2 | Analar Günü | Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi. ABŞ-də "Analar Günü" ilk dəfə 1872-ci ildə məşhur ingiltere pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C.Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə bir... |
de2cfed31947e54d | Analar Günü | O, ilin bir gününün analara həsr olunması, yəni bu münasibətlə "Analar Günü"nün qeyd olunması təklifi ilə dövlət idarələrinə, qanunvericilik orqanlarına və görkəmli şəxslərə məktub yazmışdır. 1910-cu ildə ilk olaraq Virciniya ştatı "Analar Günü"nü rəsmi bayram kimi tanımışdır. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson m... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.