passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
1e3d296f557f5623 | Analar Günü | Rusiya Federasiyası Prezidentinin "Analar Günü haqqında" 30 yanvar 1998-ci il 120 saylı fərmanına müvafiq olaraq noyabr ayının sonuncu bazar günü ölkədə "Analar Günü" kimi qeyd olunur. Bu bayramın təsis olunması təşəbbüsü RF Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri Komitəsi tərəfindən irəli sürülmüşdür. Həmin va... |
606432f4992c3c45 | Metonimiya | Metonomiya (yun. μετονυμία addəyişmə)- məcaz növlərindən biridir. Bir əşyanın, hadisənin əvəzinə onunla əlaqədar olan başqa əşya və hadisənin adı çəkilir. Metonimiya və yaxud istiarədə məcazi söz birləşməsindəki iki, üç və s. sözdən ibarət söz sırasının təyin olunan tərəfi ixtisara düşür. Ancaq təyin edən bir, bəzən is... |
61e85ec73a79b4f7 | Metonimiya | Çox vaxt neft əvəzinə "qara qızıl", "Azərbaycan" əvəzinə "Odlar yurdu" deyildiyini və yazıldığını bilirik. Eləcə də fikrin "Mən Türkiyəyə baxıram" (Türkiyənin televiziya verilişləri nəzərdə tutulur), "Nizamini başdan-ayağa oxudum" (Nizaminin əsərlərinə işarə edilir) şəklində ifadə olunduğunu eşitmisiniz. Rəsul Rzanın "... |
06f0bf484dbe9d47 | Metonimiya | Şeirdə misraların uzunluğu sabit olduğundan onların içində hər cür fikrin ifadəsinə nail olmaq şeir dili üçün həmişə problemdir. Çox zaman bir söz şəklində qalan istiarə-obraz qısa sətirlərdə həm fikri yığcam ifadə etməyə, həm də qafiyə yaratmağa şərait yaradır. Mirzə Ələkbər Sabirin bir beytinə diqqət edək: Burada iki... |
64bee4b83f8bc39a | Məhəmməd Əli | Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi pe... |
d5b9d8a9b81cc3b7 | Məhəmməd Əli | O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Ey... |
b6822b93f8c27d51 | Məhəmməd Əli | Məhəmməd Əli ESPN tərəfindən idman tarixin ən yaxşı idmançısı seçilib. O bu siyahıda Maykl Cordan, Lui Armstronq, Tayqer Vuds, Dieqo Maradona və Ueyn Qretski kimi əfsanəvi idmançıları geridə qoyub. Məhəmməd Əlinin ən məşhur və az qala əfsanəyə çevrilən deyimlərindən biri də bu olmuşdur: Əsla mənə yaxşı olduğumu söyləmə... |
35646d3dae30bef3 | Məhəmməd Əli | Məhəmməd Əlidən sonra gələn Lennoks Lüis,Larri Holms, Evander Holifild, Mayk Tayson, Sugar Ray Leonard, Pernell Whitaker, Roy Jones, Manny Pacquiao, Floyd Mayweather, Vladimir Kliçko, Vitali Kliçko və.s kimi onlarla əfsanəvi boksçu və hazırkı, yeni dünya çempionları Tyson Fury, Deontay Wilder və Anthony Joshua məhz Əli... |
8e5e5baade88fa7a | Məhəmməd Əli | Məhəmməd Əli boks tarixində ən sürətli ağırçəkili boksçu kimi qəbul edilib. Məhəmməd Əli və məşhur döyüş sənəti ustası Brüs Linin zərbə sürətləri eyni olub, saniyənin 1/20-i. Əlinin yumruq zərbəsinin ağırlığı isə təxminən 1 tona bərabər olmuşdur. Qapalı məkan üçün satılmış biletlərin sayına görə də rekord hələ ki Məhəm... |
33573bbeb3b475a8 | Məhəmməd Əli | Dahi boksçunun hazırkı sərvəti 80 milyon dollar dəyərində qiymətləndirilir. Günümüzdə də dünyanın ən məşhur universitetlərinin əksəriyyətində "Məhəmməd Əlinin həyat fəlsəfəsi və prinsipləri" adlı seminarlar keçirilməktədir. 21 illik karyerası ərzində həmişə təkrarladığı "Bütün zamanların ən güclü boksçusu mənəm" sözünü... |
c3591954b8f867d4 | Məhəmməd Əli | Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-nin Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsəsinin üzvü olan atası öz həyat yoldaşına oğullarını anasının istəyinə görə yetişdirməyə - Baptist kils... |
2724810b41f4dbab | Məhəmməd Əli | Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Artıq növbəti gün Kasius Martinin boks zalında məşq edirdi. Beləliklə boksla məşğul olmağa başlayan Kley bir neçe ay ərzində artıq ştatlar arası keçirilən məşhur "Qızıl Əlcək" turnirinin qalibi olur. Daha sonra da 5 dəfə bu titulu ... |
19a5a7facd1a6529 | Məhəmməd Əli | Əli "Olimpiya Oyunları" tarixində ən gənc Olimpiya Çempionu olan boksçu kimi tarixdə qalmaqdadır (cəmi 18 yaşında). Məhəmməd Əli 1960-cı ilədək həvəskar karyerası ərzində keçirdiyi 105 döyüşün 100 də qələbə qazanaraq yalnız 5 döyüşdə məğlub olub. 1960-cı ildən 18 yaşlı Əli artıq peşəkar rinqdə döyüşməyə başlayır. Məhəm... |
18dccc555790ebc7 | Məhəmməd Əli | Əlinin olimpiya qızılı hələdə Ohio çayının dərin sularını bəzəyir və hər il milyonlarla turist dahi "Boks Kralı"nın olimpiya medalının üzdüyü Ohio çayını görmək üçün Luisvill şəhərinə üz tutur. 1996-cı il Atlanta Olimpiya Oyunlarının mənşəlini alovlandırmaq məhz əfsanəvi Məhəmməd Əliyə həvalə olunmuşdur. Xeyli sayda id... |
4139819725bce482 | Məhəmməd Əli | Dördüncü raundda isə Kley rəqibini nokauta göndərir. 1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb. Kley İslamı qəbul edir Məhəmməd: 1964-cü ildə Sonni Listonu məğlub edərək Dünya Çempionu olduqdan sonra Kley İslamı qəbul edir. Artıq Kasius Kle... |
ca87f47ae5b6baca | Məhəmməd Əli | Təşkilatın rəhbəri Aliya Məhəmməd təşkilata yeni üzv seçilən boksçuya Malkolm X-in razılığından sonra Kasius X adını verir. 1964-cü il mart ayının 6-da Malkolm X onu özü ilə birlikdə Birləşmiş Millətlər Təşkilatına dörd günlük səfərə aparır. Həmin gecə Aliya Məhəmməd Kasiusun adının dəyişdiyini və bundan sonra onun Məh... |
d27401c8646df8eb | Məhəmməd Əli | Müsahibələrinin birində Əli ağ və qara dərili insanların inteqrasiyası fikrini tənqid edərək, ağlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdi. Əli öz fikrində israr edirdi. Onun fikrincə, ağdərili insanların qaraları görən gözü yox idi. 1975-ci ildə Aliya Məhəmmədin vəfatından sonra Əli əsas islam cərəyanı olan sünni... |
b206bcffa0d9bfbf | Məhəmməd Əli | Bu zaman ABŞ Vyetnam ilə müharibəyə girişmişdi. Əli orduda xidmət etməkdən imtina edir. O, özünü könüllü imtinaçı adlandırırdı. Əli ABŞ-nin başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edirdi. "Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xr... |
3247eb392fc32c2b | Məhəmməd Əli | Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada "qara zənci" çağırmayıblar. Bu ədalətsiz bir müharibədir" - deyə Əli açıq şəkildə bildirirdi.Məhəmməd Əlinin minlərlə insanın önündə etdiyi bu çıxış isə tarixin yaddaşına həkk olundu. "Luisvill-də insanların hələ də pis zənci d... |
08fe2d87447b2be9 | Məhəmməd Əli | Belə bir rəftar içində olmağın mənə milyonlarla dollara başa gələcəyini söylədilər. Amma daha əvvəl də söylədim və yenə deyirəm. Mənim xalqımın gerçək düşməni burada, Amerikadadır. Öz azadlığı, öz ədaləti və bərabərlik üçün döyüşən o günahsız insanları kölələşdirmə də bir yardımçı olmayacağam. Dinimi, xalqımı və özümü ... |
5a8dd3cded2ad5dd | Məhəmməd Əli | Öz inandığım dəyərlər üçün mübarizə aparıram. İtirəcək heç bir şeyim yoxdur. Mənə bu hərəkətinin ölümlə cəzalandırılacağını söylədilər heç bir qüvvə məni öz inanclarımdan geri döndərə bilməz! Məni həbsə atacaqlarmış,nə olacaq sanki? Onsuz da 400 ildir həbsdəyik". Bundan sonra ABŞ-nin Boks Federasiyası onun bütün titull... |
5fcc3ebebd2b8e5b | Məhəmməd Əli | Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman Əlini dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı. Əli ictimaiyyətin hörmət və ehtiramını qazanırdı,dinindən və irqindən asılı olmayaraq hər kəs ona hörmət edirdi,tarixdə heç kə... |
b8ed04cb2d681b21 | Məhəmməd Əli | Belə ki, o zaman Corcia ştatı ABŞ-də boks lisenziyası olmadan döyüşlərin keçirildiyi yeganə ştat idi. 1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında "Əsrin döyüşü" adlandırılan döyüş baş tutur. Döyüş Freyzerin qələbəsi ilə başa çatır. Bu iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəm... |
39af5b5a4824791a | Məhəmməd Əli | 1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlir və onu məğlub edir. Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Həyatın belə bir prinsipi var geclülər zəifləri hər zaman məğlub edir,lakin Məhəmm... |
c699f12ccd58da7c | Məhəmməd Əli | 1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin ssenarisinin "əsasını qoyur". Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr "yeyən" və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlir. 1975... |
f80781780741e971 | Məhəmməd Əli | Bu döyüş "Manilada Triller" adını qazanır və hələdə dünyada bu gunə qədər keçirilmiş ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir. Döyüşdən sonra Əli Freyzeri özündən sonra bütün dövrlərin ən yaxşı boksçu adlandırır. Məhəmməd Əli və Co Freyzer rəqabəti hər zaman boks dünyasının ən məşhur və ən böyük rəqabəti ol... |
d2b348d371f51ae6 | Məhəmməd Əli | Bu zaman boks kralının artıq 38 yaşı var idi və həmin zaman artıq dünya boksunda yeni məğlubedilməz çempion var idi, bu Əli-nin vaxtı ilə məşq partnyoru olmuş Larry Holmes idi. Hər kəs Larry Homes'i Məhəmməd Əli'nin tələbəsi adlandırırdı çünki Holmes'in peşəkar boksçu kimi inkişaf etməsində Əli'nin böyük rolu olmuşdu.Ç... |
7fb304681dc2f35c | Məhəmməd Əli | Əli ən nüfuzlu boks jurnalı "Ring"in tərəfindən ən çox ilin boksçusu elan edilən boksçudur. 1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı Məhəmməd Əli Bulvarı kimi dəyişdirilir. Bir neçə il sonra əfsanəvi boksçuya rəsmən Parkinson diaqnozu qoyulur.Əli boksu tərk etsə də onun danışığı və refleksləri pi... |
5e22cdb175d8fbb1 | Məhəmməd Əli | 1984-cü ildən parkinson xəstəliyi ilə mübarizə aparırdı. Ancaq bütün bunlar içindəki döyüşçünü hələ də öldürə bilməmişdi. 1990-cı illər bütün dünyanın gözü İraqa, Səddam Hüseynə çevrilmişdi. Küveyti işğal edən diktator ölkəsində yaşayan 700'ü Amerikalı olmaqla 2.000 xaricini girov götürmüşdü. Bir müsəlman olaraq dövrəy... |
50869e6b2c15d697 | Məhəmməd Əli | "Bağdada bir siyasətçi olaraq deyil, bir müsəlman olaraq gəldim" deyərək uzun sürən görüşdən sonra girovları özü ilə birliktə Amerikaya geri aparmışdı. Bu fəaliyyətin işə yaradığını görən digər dövlətlər eyni taktikanı tətbiq etsələr də, bir nəticə vermədi. 1991-ci ildə Tomas Hauzer tərəfindən "Məhəmməd Əli: Onun həyat... |
2984fff7e78f81fa | Məhəmməd Əli | 1996-cı ildə Məhəmməd Əlinin həyatından və uğurlarından bəhs edən, Leon Gast'ın rejissorluğunu etdiyi "Bir Zamanlar Biz Kral Olarkən" bədii filmi işıq üzü görür. Film "Oscar" mərasimində ən yaxşı sənədli film kateqoriyasında "Oscar" mükafatının sahibi olur. 2001-ci ildə Əlinin həyatı ekranlaşdırılır. Əli filmində əsas ... |
92783a903ecdf0c8 | Məhəmməd Əli | Smitin dediyinə görə, Əlinin onun haqqında dediyi ilk söz: "Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən" olub. Bundan əlavə 1978-ci ildə "Ən Böyük",1981-ci ildə "Azadlıq Yolu", 2013-cü ildə "Əlinin Ən Böyük Döyüşü", 2014-cü ildə "Mən Əliyəm", 2009-cu ildə "Məhəmməd Əliyə qarşı" kimi filmlər işıq üzü görmüşd... |
4cbfa07ec640a2ac | Məhəmməd Əli | Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilir. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi. Lakin bütün bu mükafatlardan daha önəmli mükafat illər ötdükçə azalmayan əksinə dahada artan Məhəmməd Əli-ə qarşı olan bəşəri sevgidir. Dünyanın hər bir yerində dinindən və irqindən asılı olma... |
a4b832dd0b0398c0 | Məhəmməd Əli | Həyat yoldaşlarına qarşıda hər zaman qayğı və sevgi ilə yanaşıb. Ailəsinə qarşı hər zaman əyləncəli bir adam olan Əlinin qadınlara olan düşkünlüyü hər kəsə bəlli idi məhz bu səbəbdəndə Boks Kralının bir neçe uğursuz nigahı olmuşdur. Məhəmməd Əli'nin üçüncü xanımı Amerika gözəli olmuş Veronica Porsche'də 4 il davam edən... |
a5cf093d9034256d | Azərbaycan Universiteti | Azərbaycan Universiteti və ya qısaca AU — Azərbaycanda fəaliyyət göstərən ilk özəl universitet. Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov... |
bb450ed680f3eaff | Azərbaycan Universiteti | Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır. 2016-cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Azərbaycan Universiteti" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddət... |
03206850d0c986ab | Azərbaycan Universiteti | Tədris Azərbaycan və ingilis dillərindədir. İngilis dilində tədris olunan ixtisaslara qəbul olan tələbələr üçün bir il dil hazırlığı proqramı tətbiq olunur. Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslara müsabiqə... |
016d70112175106d | Azərbaycan Universiteti | Tələbə və məzun sayı Azərbaycan Universitetində bakalavriat pilləsində 16 ixtisas, magistraturada 13, doktoranturada 13, dissertanturada 11 ixtisaslaşma üzrə 1305 bakalavriat, 93 magistrant, 29 doktorant və 30 dissertant təhsil alır. 1995–2019-cu illər ərzində bakalavriat pilləsi üzrə 4302, 1999–2019-cu illər ərzində m... |
f7c9608998d55c08 | Azərbaycan Universiteti | 28 yanvar 2015-ci il tarixindən 13 mart 2017-ci il tarixinə qədər Azərbaycan Universitetinin rektoru vəzifəsini hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov icra etmişdir. 13 mart 2017-ci il tarixindən isə Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin olunmuşdur. Azərbaycan Universitetində 4 fakültə və... |
df272ef04e1faa43 | Azərbaycan Universiteti | İnformasiya — kommunikasiya texnologiyaları fakültəsi 4. Magistratura və doktorantura şöbəsi Beynəlxalq əlaqələr Azərbaycan Universiteti "Erasmus+", "Mevlana", DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür. "Erasmus+" proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya un... |
780b7de9d16115f6 | Azərbaycan Universiteti | İkili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılır. Proqrama müraciətləri qəbul olunan bakalavriat tələbələri birinci və ikinci tədris ilini Azərbaycan Universitetində, üçüncü və dördüncü tədris ilini isə Xarkov Milli Radioelektronika Universitetində oxuyurlar. Magistratura təl... |
a24a978eab4ff84a | Azərbaycan Universiteti | Universitetdaxili İki Diplom Proqramı Universitet Daxili İki Diplom Proqramı (UDİD) tələbələrə 4 ildə 2 ayrı ixtisas üzrə 2 diplom alma imkanı yaradır. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85–100... |
1b09a59977937c02 | Azərbaycan Milli Kitabxanası | Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası — Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş ... |
872fc4a2d991fe4e | Azərbaycan Milli Kitabxanası | Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artaq maraqla bağlı olaraq "Şərq haqqında ... |
b6c810211db9c750 | Azərbaycan Milli Kitabxanası | 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan... |
fb37a0ac4990606d | Azərbaycan Milli Kitabxanası | 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir. Kitabxananın binası Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən binası 1959-cu ildə tikilmiş, açılışı isə 1961-ci ildə olmuşdur. Binanın layihəsi tanınmış memar Mikayıl Hüseynova məxsusdur. Binanın... |
9ac65458abf02f77 | Azərbaycan Milli Kitabxanası | Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. Milli Kitabxana artıq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası ab... |
270585aaa7b9a9b3 | Azərbaycan Milli Kitabxanası | İl ərzində oxucuların sayı 34000 nəfərə, kitabxanaya gələnlərin sayı isə 245000 nəfərə çatmışdır. İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi 2005-ci ildən beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir. Artıq kitabxananın "Kitabxana siyasəti və metodik rəhbərlik" ... |
01e6efb6d97507b7 | Azərbaycan Milli Kitabxanası | Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan oldu. Bu da kitabxananın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa və ümümdünya layihələrində iştirakına real imkanlar yaradacaq. Bu təşkilat özündə 54 Avropa ölkəsinin kitabxanalarını birləşdirir. Avropa kit... |
655c50f3c12bae37 | Mətanət İsgəndərli | Mətanət Məhəmmədəli qızı İsgəndərli (17 iyun 1963) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006). Mətanət İsgəndərli 17 iyul 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansa... |
f1fd9aba3ae0d52f | Mətanət İsgəndərli | Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır. 16 sentyabr 2006-cı ildə Azərbaycanın əməkdar artisti adına lay... |
dd84ec0a0096eea2 | Yemişan | Yemişan (lat. Crataegus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. ASE və bəzi başqa qaynaqlarda cinsin adı səhvən Grataegus kimi verilmişdir. Ağac və ya iri kol bitkisi olub, növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı mişarvaridir. Ağ rəngl... |
562797c485c13006 | Yemişan | Bitki may-iyun aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvələri yetişir. [mənbə göstərin] Azarol yemişan (Crataegus azarolus L.) Korolkov yemişanı (Crataegus korolkowii L. Henry) Birdişicikli yemişan (Crataegus monogyna Jacq.) Beşdişicikli yemişan (Crataegus pentagyna Waldst. et Kit.) Lələkvari-kəsikyarpaq ye... |
04b78084b2001dc1 | İlon Mask | İlon Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — Cənubi Afrika Respublikasında doğulmuş ABŞ sahibkar, mühəndis, investor və milyarderi. Mask SpaceX şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru, Tesla-nın ilkin investoru, baş icraçı direktoru və məhsul... |
dd574ebf6b766579 | İlon Mask | Təhsilini Stenford Universitetində davam etdirmək üçün 1995-ci ildə Kaliforniyaya köçdü, amma burada qardaşı Kimballa birlikdə veb-proqram təminatı şirkəti Zip2-ni quraraq biznes karyerasına başladı. Bu startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara satın alındı. Elə həmin il Mask Confinity ilə birləşərək 20... |
791e3de09e367b8a | İlon Mask | Mask 2015-ci ildə süni intellekti təbliğ edən qeyri-kommersiya tədqiqat şirkəti OpenAI-nin da həmtəsisçisi olmuşdur. 2016-cı ildə beyin-kompüter interfeyslərini inkişaf etdirməyə yönəlmiş neyrotexnologiya şirkəti Neuralink-in həmtəsisçisi oldu və tunel tikintisi ilə məşğul olan The Boring Company şirkətini təsis etdi. ... |
dbbd1b1009fb101c | İlon Mask | Mask 2019-cu ildə Tamlanq mağarasının xilas edilməsində məsləhət verən ingilis mağaraçı tərəfindən ona qarşı qaldırılan böhtan məhkəməsində qalib gəldi. Mask, həmçinin, COVID-19 pandemiyası haqqında dezinformasiya yaydığına və süni intellekt, kriptovalyuta və ictimai nəqliyyat kimi məsələlərlə bağlı digər fikirlərinə g... |
02c0956fa47a83f3 | İlon Mask | Ana tərəfdən babası Yoşua Haldeman macəraçı Amerika əsilli kanadalı macərapərəstdir və ailəsini tək mühərrikli Bellanca təyyarəsində Afrika və Avstraliyaya səyahətlərə çıxarmışdır. Mask uşaq olanda həkimlər onun kar olduğundan şübhələndiyi üçün adenoidləri çıxarılmışdı. Ailəsi vaxtilə çox varlı idi; Errol Mask bir dəfə... |
5794bf6be313aebb | İlon Mask | İlon uşaqlığında Anqlikan Sendi məktəbində oxumuşdur.Mask təxminən 10 yaşında kompüter və video oyunlarla maraqlanmağa başladı və Commodore VIC-20 aldı. O, şəxsi olaraq proqramlaşdırma öyrəndi və 12 yaşında BASIC əsaslı yaratdığı Blastar adlı video oyunu "PC and Office Technology" jurnalına təxminən 500 dollara satdı. ... |
41ea9e41bd63f5c2 | İlon Mask | Mask 1989-cu ilin iyun ayında Kanadaya gəldi və bir il Saskaçevanda ikinci əmisi oğlu ilə yaşadı. O burada fermada və taxta fabrikində əlavə işlərdə çalışdı. 1990-cı ildə Ontario ştatının Kinqston şəhərində yerləşən Kuens Universitetinə daxil oldu. İki il sonra isə Pensilvaniya Universitetinə qəbul oldu və oranı 1995-c... |
57ff448cbfd2459a | İlon Mask | proqramına qəbul olundu. Mask Netscape-də işə düzəlmək üçün sorğu göndərsə də, sorğuları cavabsız qaldı. O, iki gündən sonra Stenforddan ayrılaraq dotkom köpüyünə qoşulub startap yaratmaq qərarına gəldi. 1995-ci ildə Mask, Kimbal və Qreq Kori mələk investorların köməyi ilə Zip2 veb proqram təminatı şirkətlərini qurdula... |
072a23f0b4a65e0d | İlon Mask | Kimballa biznes qərarlarında razılığa gələ bilməyəndə, fikir ayrılıqlarını güləşərək həll edirdilər. Maska deyirdi ki, "Veb-sayt gündüzlər işləyirdi və mən onu həftənin yeddi günü, hər zaman gecə kodlayırdım". Mask qardaşı ilə "The New York Times" və "Chicago Tribune" ilə müqavilələr əldə etdilər və idarə heyətini City... |
346347dec88f34ac | İlon Mask | X.com və PayPal Mask 1999-cu ilə qardaşı ilə birlikdə onlayn maliyyə xidməti verən və e-poçt ödəniş sistemi olan X.com şirkətini təsis etdi. Startap ilk federal sığortalı onlayn banklardan biri idi və fəaliyyət göstərdiyi ilk aylarında 200.000-dən çox müştəri qazanmışdı. Şirkətin investorları Maskı təcrübəsiz hesab etd... |
4e67f75ad27cd27e | İlon Mask | Yaranan texnoloji problemlərə və vahid biznes modelinin olmamasına görə, idarə heyəti Maskı vəzifədən uzaqlaşdırdı və 2000-ci ilin sentyabrında onu Til ilə əvəz etdi. Şirkət Tilin rəhbərliyi altında PayPal xidmətinə diqqət yetirdi və 2001-ci ildə PayPal adını aldı. PayPal 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollar... |
dd9a2f9dae51e6ce | İlon Mask | Onlar NPO Lavochkin və Kosmotras şirkətləri ilə görüşdülər, lakin Maska təcrübəsiz kimi baxırdılar və hətta rus baş dizaynerlərindən biri ona tüpürdü. Qrup ABŞ-yə əliboş qayıtdı. 2002-ci ilin fevralında üç ədəd ICBM almaq üçün yenidən Rusiyaya qayıtdılar. Onlar Kosmotras ilə başqa bir görüş keçirdilər və ruslar 8 milyo... |
0a31d257dc73b3d1 | İlon Mask | 2021-ci ildən etibarən o, şirkətin icraçı direktoru (CEO) olaraq qalır və eyni zamanda texniki direktor (CTO) titulunu da daşıyır.SpaceX ilk dəfə 2006-cı ildə Falcon 1 raketini buraxmağa cəhd etdi. Raket Yerin orbitinə çata bilməsə də, həmin ilin sonunda NASA tərəfindən Kommersiya Orbital Nəqliyyat Xidmətləri (COTS) pr... |
f3febf052d2d10dd | İlon Mask | Enişlər daha sonra okean əsaslı bərpa platforması olan avtonom-kosmodrom dron gəmisində həyata keçirildi. SpaceX 2018-ci ildə Falcon Heavy-ni buraxdı. Raketin missiyası İlon Maskın şəxsi Tesla Roadster-ini kosmosa aparmaq idi. Şirkət 2017-ci ildə SpaceX-in bütün buraxılış xidməti təminatçısı imkanlarını dəstəkləyəcək y... |
f86c4ea0341d29ee | İlon Mask | İkinci sınaq peykləri və bürcün bir parçasının ilk yerləşdirilməsi 2019-cu ilin may ayında ilk 60 operativ peyk buraxılanda baş verdi. Bürcün layihələndirilməsi, qurulması və yerləşdirilməsi üçün onillik davam edən prosedurun ümumi dəyəri SpaceX tərəfindən təqribən 10 milyard dollar məbləğində təxmin edilir.Şirkət Star... |
2c03b1d14af5020f | İlon Mask | Mask şirkət daxilində fəal rol oynayırdı və Roadster məhsulunun dizaynına nəzarət edirdi, amma gündəlik iş əməliyyatlarında dərindən iştirak etmirdi. 2007-ci ildə bir sıra gərginləşən münaqişələrdən və 2008-ci il maliyyə böhranından sonra Eberhard şirkətdən uzaqlaşdırıldı. Mask 2008-ci ildə baş icraçı direktor və məhsu... |
60222b945c373153 | İlon Mask | Təxminən 2500 avtomobilin satışı ilə bu, litium-ion batareyalarından istifadə edən ilk tamamilə elektrik avtomobildən ibarət olan kütləvi istehsal oldu. Tesla 2012-ci ildə dörd qapılı Model S sedanını tədarük etməyə başladı. Krossover Model X isə 2015-ci ildə istehsal edilməyə başladı. Kütləvi istehsal sedanı Model 3 i... |
56342a1bff7a3db7 | İlon Mask | Tamamilə elektriklə işləyən pikap Cybertruck 2019-cu ildə təqdim edildi. Maskın rəhbərliyi altında Tesla həmçinin Nevadada Gigafactory 1 və Çində Gigafactory 3 kimi çoxlu litium-ion akkumulyator və elektrik avtomobillərinin yığılması fabrikləri tikib. 2010-cu ildə ilkin ictimai təklifdən sonra Tesla səhmləri əhəmiyyətl... |
98e3cb56cb237937 | İlon Mask | 3,5 milyondan çox Twitter hesabı satışı dəstəklədikdən sonra Mask noyabrın 12-də həftəsonu Tesla-nın 6,9 milyard dollarlıq səhmini satdı və ilin sonuna qədər 16,4 milyard dollarla 10%-lik hədəfə çatdı. Wall Street jurnalı 2022-ci ilin fevralında həm İlon, həm də Kimbal Maskın satışla bağlı mümkün insayder ticarətinə gö... |
39e4f14bba3de10e | İlon Mask | Nəticədə Mask və Tesla hər biri ayrılıqda 20 milyon dollar cərimələndi və Mask üç il Tesla sədri vəzifəsini tərk etmək məcburiyyətində qaldı, lakin CEO olaraq fəaliyyətdə qala bildi. İşçilərə münasibəti Maskın idarəçilik tərzi və işçiləri ilə rəftarı ciddi tənqidlərə məruz qalmışdır. Business Insider xəbər verir ki, Te... |
8cea45754ad0e0a7 | İlon Mask | Keçmiş icraçı Wired məqaləsində "Tesla-da hər kəs İlon ilə təhqiramiz münasibətdədir." demişdir. SolarCity və Tesla Energy Mask əmisi oğulları Lindon və Piter Rivin 2006-cı ildə birgə təsis etdiyi SolarCity üçün ilkin konsepsiya və maliyyə kapitalı təmin etdi. Şirkət 2013-cü ilə qədər ABŞ-də günəş enerjisi sistemlərini... |
3b06b82c351447ce | İlon Mask | Razılaşmanın elan olunması Tesla-nın səhmlərinin qiymətinin 10%-dən çox azalması ilə nəticələndi. Həmin vaxt SolarCity likvidlik problemləri ilə üzləşirdi; lakin bu haqda Tesla səhmdarlarına məlumat verilmədi. Nəticədə, bir çox səhmdar qrupları Mask və Tesla-nın direktorlarına qarşı məhkəmə iddiası qaldıraraq, SolarCit... |
a323603a9b4852d7 | İlon Mask | Tesla direktorları 2020-ci ilin yanvarında problemi həll etdilər və Mask yeganə cavabdeh olaraq qaldı. Mask 2016-cı ildə insan beyninin maşınlarla birləşməsini asanlaşdırmaq üçün insan beyninə daxil edilmiş qurğular yaratmaqla insan beynini süni intellektlə (AI) inteqrasiya edən neyrotexnoloji startap şirkəti olan Neur... |
18ca0cfe23eb8f4e | İlon Mask | The Boring Company Mask 2016-cı ildə tunel tikintisi üçün The Boring Company-ni təsis etdi. Şirkət 2017-ci ilin əvvəlində tənzimləyici orqanlarla müzakirələrə başladı və heç bir icazə lazım olmadığı üçün SpaceX-ə məxsus ərazidə eni 9,1 m (30 ft), uzunluğu 15 m (50 ft) və dərinliyi 4,6 m (15 ft) olan "sınaq quyusu"nun q... |
387aa8bae65a3feb | İlon Mask | 12 avqust 2013-cü ildə Hyperloop layihəsi təqdim edili. Sistemin alfa dizaynı Tesla və SpaceX bloqlarında nəşr olundu. Layihə konsepsiyasında Los-Anceles və San-Fransisko şəhərlərini birləşdirən 6 milyard dollara hazırlana bilən sürət qatarı sistemi yer alır. Əgər təklif bu büdcəylə hazırlana bilsə uzun səyahət üçün di... |
89a0f1a64739c2dc | İlon Mask | Şirkətin tezisi "super kəşfiyyat sistemlərinə sahib olmaqla həddindən artıq güc əldə edə bilən böyük korporasiyalara və hökumətlərə qarşı mübarizə"dir. Mask 2018-ci ildə Tesla Autopilot vasitəsilə süni intellektə daxil olarkən Tesla-nın CEO-su olduğuna görə gələcəkdə OpenAI ilə mübahisələrin yaranmasının qarşısını alma... |
f9858e6afe4f56d6 | İlon Mask | İlon Mask 2019-cu ilin mart ayında Tailand şahzadəsi — Vaçıralonqkorn tərəfindən xilasetmə işlərində iştirakına görə Direkgunabhorn ordeni kimi mükafatlara layiq görülən 187 nəfərdən biri oldu. Mask 30 mart 2019-cu ildə SoundCloud platformasında Emo G Records şirkəti vasitəsilə "RIP Harambe" adlı hip hop treki yayımlad... |
68b50eb251532be0 | İlon Mask | Fond 2002-ci ildən indiyədək 350-dən çox müxtəlif töhfələr verib. Bunların yarısını elmi tədqiqat və ya təhsil qeyri-kommersiya təşkilatlarına edilmişdir. İanə etdiyi təşkilatlar arasında Vikimedia Fondu, Pensilvaniya Universiteti və Kimbalın Big Green qeyri-kommersiya şirkəti yer alır. Vox veb saytı fondu "sadəliyi il... |
997ec6fcce321459 | İlon Mask | Mask 2012-ci ildə Bağışlama əhdi (Giving Pledge) verdi və bununla da sərvətinin böyük hissəsini ya sağlığında, ya da öz vəsiyyəti ilə xeyriyyəçilik işlərinə verməyi öhdəsinə götürdü. Forbes 2020-ci ildə Maska xalis sərvətinin 1%-dən azını ianə etdiyi üçün hələ də 1 xeyriyyəçilik balı verdi.Mask savadsızlığın aradan qal... |
3d2ac751372a8e46 | İlon Mask | Mask şirkətdəki payının 5%-i keçdikdən sonra 10 gün ərzində SEC-i xəbərdar etməyə məhəl qoymadı, bu da ABŞ qiymətli kağızlar qanunlarını pozurdu. Mask 4 aprel 2022-ci ildə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının 13G sənədinə investisiyasını açıqladıqda, Twitter səhmləri 2013-cü ildən bəri ən böyük gündaxili ar... |
224926304f773f7c | İlon Mask | Twitter özəl şirkət kimi transformasiya edilməlidir." Buna cavab olaraq, Twitter-in idarə heyəti səhmdarların hüquqları planını qəbul etdi ki, hər hansı bir investor üçün idarə heyətinin təsdiqi olmadan şirkətin 15%-dən çoxuna sahib olmağının dəyəri əhəmiyyətli dərəcədə bahalaşdırılsın.Twitter aprelin 25-də Maskın təkl... |
1d625503e1f009de | İlon Mask | Məsələn, sentyabr ayında Bloomberg milyarderlər siyahısı tarixində ən böyük fərqlə 16,3 milyard dollar azaldı. Həmin ilin noyabr ayında Mask Facebook-un həmtəsisçisi Mark Zukerberqi keçərək dünyanın üçüncü ən varlı adamı oldu; bir həftə sonra isə Microsoft-un həmtəsisçisi Bill Geytsi keçərək ikinci ən varlı adam oldu. ... |
414dde0f7aa32d05 | İlon Mask | Mask Tesla-dan maaş almır; 2018-ci ildə şəxsi qazancını Tesla-nın qiymətləndirilməsi və gəliri ilə əlaqələndirən şuranın təzminat planı ilə razılaşdı. Müqavilədə Maskın təzminatı yalnız Tesla müəyyən bazar qiymətinə çatdıqda alacağı nəzərdə tutulmuşdu. Bu müavilə CEO və idarə heyəti arasında edilən ən böyük belə razıla... |
912fe89538845640 | İlon Mask | Mask 2021-ci ildə "digər planetlərdə yaşamağı təmin etmək və şüur işığını ulduzlara yaymaq üçün resurslar topladığını" deyərək sərvətini qorudu. 2000-ci illərin əvvəllərində Mask özəl pilot idi, onun sevimli təyyarəsi L-39 Albatros idi, baxmayaraq ki, 2008-ci ilə qədər pilotluğu dayandırmağa qərar verdi. Mask SpaceX-ə ... |
d7588892dda69675 | İlon Mask | Mask Donald Trampı iqlim dəyişikliyi ilə bağlı mövqeyinə görə tənqid edib və Trampın iki biznes məsləhət şurasına qoşulduqdan sonra Mask 2017-ci ilin iyununda Trampın ABŞ-ni Paris sazişindən çıxarmaq qərarına etiraz olaraq hər ikisindən istefa verdi. Mask 2020-ci il Demokrat prezident seçkilərində namizəd Endrü Yanı də... |
6b021b06849ea3d3 | İlon Mask | Bu siyasətdən kənarda qalmağı üstün tutduğunu söylədi." Milyarderlərə vergilərin artırılması ilə bağlı demokrat təkliflərə gəlincə, Maskın cavablarına tənqidi siyasət şərhləri və senator Ron Uayden kimi tərəfdarları təhqir etmək daxildir.2020-ci ilin iyul ayında Mask partnyoru Qrims də daxil olmaqla Twitter-də əhəmiyyə... |
75223ae7f7ff07ee | İlon Mask | Onun bu mövqeyi "ikiüzlü" adlandırılıb, çünki biznesləri milyardlarla dollar subsidiyalar alıb. Bundan əlavə, Tesla Kaliforniyada federal səviyyədə təklif edilən sıfır emissiya kreditlərinin hökumət tərəfindən başlatdığı sistemlərdən böyük məbləğlər qazanmışdır. Bu, Tesla avtomobillərinin ilkin istehlakçıların qəbulunu... |
e692b53407290592 | İlon Mask | Mask həmçinin kriptovalyutaları mütəmadi olaraq təbliğ edərək, onları ənənəvi hökumət tərəfindən buraxılan fiat valyutaları üzərində dəstəklədiyini bildirib. Onun onlar haqqında yazdığı tvitlərin dəyişkən təsirlərini nəzərə alsaq, kriptovalyutalarla bağlı açıqlamaları Nuriel Rubini kimi tənqidçilər tərəfindən bazar man... |
f5d5a5b3331c042d | İlon Mask | 2021-ci ilin dekabrında Wall Street jurnalıın CEO Şurasının iclasında danışan Mask doğum nisbətlərinin və əhalinin azalmasının bəşər sivilizasiyası üçün ən böyük risklərdən biri olduğunu bildirmişdir.Mask Rusiyanın Ukraynanı istila etməsini pislədi və Ukraynanın müdafiəsini dəstəkləmək üçün ölkəyə pulsuz Starlink giriş... |
055a0bdc0290966a | İlon Mask | Twitter müəyyən etdi ki, "Tvitin ümumi konteksti və nəticəsi" nəzərə alınmaqla, onların COVID-19 şərhi ilə bağlı qaydalarını pozmayıb; The Verge bu qərarı "məsuliyyətsiz" adlandırdı.Mask həmçinin "koronavirus panikası…axmaqdır" ifadəsini işlətmişdir. Mask dəfələrlə karantin qaydalarına əsasən müəssisələrin bağlanmasını... |
713bd498120bfa3b | İlon Mask | İnvaziv ventilyatorların qiyməti 50.000 dollara qədər olarkən, CPAP aparatları isə təxminən 500 dollara alına bilər.2021-ci ildə SpaceX-in həkimlər və akademik tədqiqatçılarla birlikdə yaratdığı antikor testi proqramının tapıntıları həmmüəllif kimi qeyd olunan Maskla Nature Communications-da dərc olundu. Süni intellekt... |
af8a728749a38f01 | İlon Mask | 2021-ci ilin dekabrında virtual reallıq (VR) ilə idarə olunan metakainat haqqında fikrini bildirən Mask, "məcburi bir metakainat vəziyyəti görə bilmədiyini" dedi və daha sonra qeyd etdi ki, "Məncə, metakainatda yox olmaqdan çox uzağıq. Bu, sadəcə olaraq, bir növ cızıq-söz kimi səslənir." İctimai nəqliyyat Şirkətlərinin... |
949d6c06fae9f104 | İlon Mask | Misir arxeoloqu Zahi Havass Maskın iddialarını rədd edərək, bunu "tam hallüsinasiya" adlandırıb. Mask daha sonra BBC-nin məqaləsini tvit edərək, "Bu BBC məqaləsi bunun necə edildiyi barədə ağlabatan xülasə təqdim edib." dedi. Din və tale Bəşəriyyətin "sadəcə fizika"dan ibarət olmadığını, "bir növ talenin mövcud olduğun... |
62c2d92d7af6190c | İlon Mask | Beləcə, ortaya bir sual çıxır. Məncə, həqiqətən bunu fizikanın əsas qanunları ilə izah edə bilərsiz. Bilirsiniz ki, bu sadə elementlərdən ibarət mürəkkəb fenomendir. [daha etibarlı mənbəyə ehtiyac var] "Elm və dinin birgə mövcud ola biləcəyini düşünürsən?" sualına Mask "Yəqin ki, yox" cavabını vermişdir.SpaceX-in Drago... |
e7eb77e2f3fc0f89 | İlon Mask | demişdir. Şəxsi həyatı Mask ilk həyat yoldaşı, kanadalı yazıçı Castin Vilson ilə Kuins Universitetində oxuyarkən tanış olub, 2000-ci ildə ailə həyatı qurmuşdur. O, 2000-ci ildə Cənubi Afrikada tətildə olarkən malyariyaya yoluxmuş və az qala ölürmüş. 2002-ci ildə ilk övladları olan Nevada Aleksander Mask, 10 həftəlik ol... |
7980fe997ba0cbdc | İlon Mask | Cütlük 2008-ci ildə boşanıb və beş oğlunun qəyyumluğunu paylaşmışdır.2008-ci ildə Mask ingilis aktrisası Talula Rayli ilə münasibətə başladı və 2010-cu ilin sentyabrında cütlük Şotlandiyanın Dornok-Katedral qəsəbəsində evləndi. Mask 2012-ci ildə Raylidən ayrıldığını açıqladı. 2013-cü ildə Mask və Rayli yenidən evləndil... |
25afe85963ad77a4 | İlon Mask | Mask daha sonra Conni Depp tərəfindən hələ Hörd ilə evli ikən münasibətdə olmaqda tənqid edildi. Mask və Hörd hər ikisi münasibəti inkar etdilər.2018-ci ilin may ayında Mask və kanadalı musiqiçi Qrimes görüşdüklərini açıqladılar. Qrimes 2020-ci ilin may ayında oğullarını dünyaya gətirdi. Musk və Qrimesə görə, onun adı ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.