passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
2791092e88db06b4 | İlon Mask | Mask 2021-ci ilin sentyabrında "yarı ayrıldığı" xəbərini təsdiqlədi; 2021-ci ilin dekabrında Time-a verdiyi müsahibədə isə subay olduğunu dedi. Qrimes 2022-ci ilin mart ayında Mask ilə münasibəti haqqında "Yəqin ki, mən onu sevgilim adlandırardım, amma biz çox axıcıyıq" dedi. O, daha sonra Y ləqəbli Eks Dark Siderael M... |
00f8a56adf1c4a81 | İlon Mask | Ailə üzvləri əyləncə və iş dünyasında seçilir, onlardan biri də İlon Maskdır. İlon Mask (1971) — SpaceX və Tesla kimi fəaliyyətləri ilə məşhur olan sahibkar və biznes maqnatı, hazırda dünyanın ən varlı adamıdır və Time jurnalı tərəfindən 2021-ci ildə "İlin adamı" seçilmişdir. Errol Mask (1946) — Cənubi Afrikalı elektro... |
3eb2e329a5317b07 | İlon Mask | İlon Maskın keçmiş həyat yoldaşı. Kimbal Mask (1972) — sahibkar, xeyriyyəçi və restoranlar şəbəkəsi sahibi. 1998-ci ildə qardaşı İlon Maskla birlikdə Zip2-ni qurub və daha sonra onu 307 milyon dollara Compaq-a satmışdır. Big Green şirkətinin həmtəsisçisi və sədridir. Mey Mask (1948) — 50 ildən artıqdır ki, model və die... |
c57c9e643fe1ee50 | İlon Mask | İlon Maskın anasıdır. Toska Mask (1974) — kinorejissor, OTT əyləncə yayım platforması və istehsalçı şirkət Passionflix-in həmtəsisçisi. İlon Maskın bacısıdır. Lindon Riv (1977) — SolarCity-nin həmtəsisçisi və 2017-ci ilə qədər onun baş direktoru vəzifəsini icra edən iş adamı. İlon Maskın xalasıoğludur. İctimai tanınma ... |
51895b9eb2ebabf4 | İlon Mask | (2016) və Qara geyimli adamlar: Beynəlxalq (2019) filmlərində rol almışdır. Çəkildiyi teleseriallara isə Simpsonlar ("Yerə düşən Mask", 2015), Böyük partlayış nəzəriyyəsi ("Platonik permutasiya", 2015), Cənubi Park ("Yalnız üzvlər", 2016), Rik və Morti ("Krevkus Morti üzərində ekipaj", 2019) və Canlı şənbə gecəsi (2021... |
db08dfede8b3dedc | İlon Mask | Mask Time 100 siyahısına 2010, 2013, 2018, və 2021-ci illərdə daxil edilmişdir. O, həmçinin Time jurnalı tərəfindən 2021-ci ildə "İlin adamı" seçilmişdir. Time-ın baş redaktoru Edvard Felsental yazır ki, "İlin adamı təsir göstəricisidir və çox az adam Yerdəki və Yerdən kənardakı həyata Maskdan daha çox təsir göstərmişd... |
bc7586dc9e085e5a | İlon Mask | AIAA-dan Corc Lov tərəfindən "2007/2008-ci illərdə kosmik səyahət sahəsindəki ən yaxşı töhfə" mükafatına layiq görüldü. ABŞ Milli Vəhşi Təbiət Federasiyası tərəfindən 2008-ci ildə Tesla və SolarCity üçün "Milli Təbiəti Qoruma Uğuru" mükafatına layiq görüldü. ABŞ Milli Kosmik Cəmiyyətinin 2008/2009-cu illərdə "kosmos sa... |
894d430c8091f154 | İlon Mask | Kitti Hok fondu tərəfindən Falcon 9 və Dragon-u yaratdığı üçün 2010-cu ildə "Yaşayan aviasiya əfsanəsi" seçildi. Forbes tərəfindən 2011-ci ilin fevral ayında "Amerikanın 40 və daha aşağı yaşlı ən güclü 20 CEO-su" siyahısına daxil oldu. 2011-ci ilin iyun ayında kosmosun kommersiyalaşdırılmasındakı irəliləyişlərinə görə ... |
c0a07eae8597eef2 | İlon Mask | 2014-cü ildə "karyerası boyu innovasiyalara sadiqliyinə" görə "Edison uğuru mükafatı"na layiq görüldü. 2015-ci ildə Yel Universitetinin 314-cü məzuniyyət mərasimində mühəndislik və texnologiya üzrə "Fəxri doktor" dərəcəsi aldı. 2015-ci ildə IEEE-nin "Fəxri üzvü" seçildi. Business Insider veb saytı tərəfindən 2016-cı il... |
e360390e7df7ee30 | İlon Mask | 2018-ci ildə London Kral Cəmiyyətinin üzvü seçildi. 2010, 2013, 2018 və 2021-ci illərdə "Time 100" siyahısında yer aldı. 4 mart 2019-cu ildə Tailandın Tam-Lanq mağarasında aparılan xilasetmə əməliyyatına verdiyi töhfəyə görə Direkqunabornun "Ən təqdirəlayiq ordeni"nin üzvü (beşinci dərəcəli) kimi təltif edilib. 2019-cu... |
d7bcac0ca88b175a | İlon Mask | 1 dekabr 2020-ci ildə "Axel Springer mükafatı"na layiq görüldü. Fortune jurnalı tərəfindən 2020-ci ildə "İlin sahibkarı" siyahısında birinci sırada yer aldı. 7 yanvar 2021-ci ildə Bloomberg tərəfindən "Dünyanın ən varlı adamı" seçildi. 10 yanvar 2021-ci ildə Forbes-in "Milyarderlər siyahısı"nda birinci sırada yer aldı.... |
33e3c37976669bdd | İlon Mask | Time jurnalı tərəfindən 13 dekabr 2021-ci ildə "İlin adamı" seçildi. 9 fevral 2022-ci ildə ABŞ Milli Mühəndislik Akademiyasının üzvü seçildi. Qeydlər və istinadlar Belfior, Maykl. Raketçilər. Nyu-York: HarperCollins. 2007. |
cb7cc72850b03c60 | İlon Mask | İlon Mask: SpaceX və Tesla-nın milyarder baş direktoru gələcəyimizi necə formalaşdırır. HarperCollinsPublishers. 2015. ISBN 978-0-7535-5563-7. Xarici keçidlər C-SPAN-da göstərilənlər — IMDb səhifəsi İlon Mask — TED səhifəsi İlon Mask — Twitter səhifəsi İlon Mask — Forbes səhifəsi İxtira və patentlərinin siyahısı |
947d1f42eed09218 | Determinant | Determinant — çoxluq bir matris ilə bağlı xüsusi düzülüş. Bir A matrisin determinantı det(A) və ya det A şəklindədir. Determinant modul işarəsi tərkibində yazılır. 2 × 2 ölçülü matris halında determinant belə hesablanır: | A | | a b c d | a d − b c . Oxşar olaraq, 3 × 3 ölçülü A matrisinin determinantı: | A | | a b c d... |
65c6e828009be94a | Determinant | Buradan belə nəticəyə gəlmək olar ki, determinantda sətir və sütunlar eyni hüquludur.Determinantda iki sətrin (və yaxud sütunun) bir-birilə yerini dəyişsək determinantən ancaq işarəsi dəyişər. İki sətri (və yaxud olan sütunu)eyni determinant sıfıra bərabərdir (Laplas teoreminə görə determinantda bir sətir (və ya sütun)... |
b96b17b58b7fcd7e | İnklüziv təhsil | İnklüziv təhsil (fr. inclusif — "özünə daxil edən", lat. include — "daxil edirəm") — ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. İnklüziv t... |
f44e565c9122a91c | İnklüziv təhsil | İnklüziv təhsillə bağlı beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10% olmalıdır. Azərbaycanda mövcud vəziyyət Hal-hazırda Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən, 1105-i xüsusi ... |
799017f775176fde | İnklüziv təhsil | Sağlam uşaqlar da eyni zamanda, bu və ya digər məkanda xüsusi qayğıya ehtiyacı olan uşaqla rastlaşdıqda ona təəccüblə baxır, sanki o tamam başqa bir dünyadan gəlib, bəzən isə gülür və ələ salırlar. Bunun əsas səbəbi isə onlar arasında ünsiyyətin, əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar bir-birilərini dərk etm... |
0155a40db651347c | İnklüziv təhsil | Onlarda özünə inam hissi formalaşır. Onlar cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşır. Gələcəkdə onların məşğulluq kimi problemi də aradan qaldırılmış olur. Xarici keçidlər IDEAdata.org — current statistics about IDEA, including the number of American children and youth who are educated all... |
088409e633266d7c | Cəlalilər hərəkatı | XVI əsrin son rübündə Osmanlı-Səfəvi müharibəsinin gedişində Azərbaycanın əksər ərazilərinin işğal olunması nəticəsində Azərbaycan dövlətçiliyinin inkişafına ağır zərbə vuruldu, əhali fəlakətlə üzləşdi. İşğalın ilk mərhələsində Osmanlı hakim dairələri Səfəvi hakimiyyəti dövründə müəyyən olunmuş vergi məbləğləri və mükə... |
3a2970ce12411354 | Cəlalilər hərəkatı | İqtisadi həyatdakı böhranın təzahürləri geniş əraziyə malik olan Osmanlı imperiyasının bütün vilayətlərində nəzərə çarpırdı. Ucqar vilayətlərdə, xüsusilə fəth olunmuş ölkələrdə iqtisadi böhranın nəticələri xüsusilə acınacaqlı idi. Osmanlı hakim dairələri həmin ərazilərdə başlıca diqqəti istehsalın təşkilinə deyil, zəbt... |
2f7e19d951d49f40 | Cəlalilər hərəkatı | Qara Yazıcı- Dəli Həsənin başçılığı altında üsyan isə A.Tveritinova tərəfindən araşdırılmışdır. 1591-ci ildə Təbriz əhalisinin üsyanı Cəlalilər hərəkatının növbəti təzahürü idi. Bu üsyanda şəhərdə yerləşdirilmiş Osmanlı qarnizonunun bir hissəsi də iştirak edirdi. Osmanlı əsgərlərinin bu üsyanın fəal iştirakçısı kimi çı... |
64d85d9f2c555814 | Cəlalilər hərəkatı | Əksinə, Şah I Abbasın həyata keçirdiyi siyasət, xüsusilə böyük əhali kütləsinin vətəndən zorla köçürülməsi Cəlalilər hərəkatının genişlənməsi üçün əlverişli şərait yaratdı. Arakel Təbrizlinin verdiyi məlumata görə, Cəlalilər hərəkatı "İstanbuldan İrəvana, Bağdaddan Dəmirqapıyadək olan torpaqları" əhatə etmişdi. Şərqi A... |
0907a67482bc542e | Cəlalilər hərəkatı | Arakel Təbrizli baş vermiş hərəkata kilsə-feodal mövqeyindən yanaşır, həmin hərəkatın tezliklə yatırılmasını arzulayırdı, lakin hərəkata düşmən mövqeyində durmuş salnaməçi cəlalilərin "əsilzadə, hər şeyə qalib döyüşçü, əyilməz cəngavər olduqlarını" etiraf edirdi. Arakel Təbrizli Cəlalilər hərəkatını sırf islam hadisəsi... |
1ee7a60d0f37aaa6 | Cəlalilər hərəkatı | 1608-ci ildə Ərzurum ətrafında 20 minlik Osmanlı qoşununa qarşı son döyüşdən sonra cəlalilər qızılbaşlar ölkəsinə pənah gətirmiş, Çuxursəd hakimi Əmirgünə xan Qacar onların Azərbaycanda yerləşməsinə razılıq vermişdi. Səfəvi şahı cəsur və cəngavər cəlalilərin böyük dəstəsindən hə tabe olmaq istəməyən kürd feodallarına, ... |
b909df07c8a705ff | Cəlalilər hərəkatı | 1610-cu ilin ortalarına doğru 500 nəfərlik dəstə istisna olunmaqla bütün Anadolu cəlaliləri Osmanlı imperiyasına qayıtdılar. Qara Səidin və Hacı Məhəmmədin rəhbərliyi altında cəlalilər Şah I Abbasa sədaqətli qalaraq Ali Divanın şəxsi xidmətçiləri sırasına daxil olundular. Cəlalilər hərəkatına başçılıq edən rəhbərlər ar... |
266bde64694c0411 | Cəlalilər hərəkatı | Xalqın qəhrəmanlıq və ədalətli hakim idealları Koroğlu obrazında əksini tapmışdır. Türkiyə tarixçisi Faruq Sümer Başbakanlıq Osmanlı Arxivində Mühimmə Dəftərlərində Koroğlu ilə bağlı saxlanılan 8 ədəd sənədi 1987-ci ildə nəşr etdirərək onun fəaliyyəti haqqında tarixi gerçəklikləri aşkara çıxardı. 1580-ci il 25 oktyabr ... |
b3ebfab9de87a6f3 | Cəlalilər hərəkatı | Mühimmə dəftərindəki 20 iyul 1583 və 16 avqust 1584-cü il tarixli sənədlərdən aydın olur ki, Koroğlu dörd ildən çox Bolu bölgəsində fəaliyyət göstərmişdi . F. Sümerin fikrincə, Osmanlı ordusu Səfəvilərlə müharibəyə cəlb olunduğu üçün Koroğlunun fəaliyyəti üçün geniş imkanlar açılmışdı. Bununla yanaşı, Koroğlunun yaratm... |
7ce1a20ae63a82fb | Cəlalilər hərəkatı | Koroğlu Tokatdan keçən karvanlardan "yol bacı" almışdı. Dastanda onun karvanbaşı ilə deyişməsi də bunu təsdiq edir. Koroğlu Çənlibeldə də sıxışdırıldığı zaman Azərbaycana gedərək Şah Abbasın xidmətinə girmişdi. Bunu dövrün mənbələri də təsdiq edir. 1602-ci ildə cəlali Qara Yazıcını məğlub etdikdən sonra qışı keçirmək ü... |
273597d3748a39e7 | Cəlalilər hərəkatı | Şərqi Anadolu və Azərbaycan rəvayətlərində dastan qəhrəmanımızın aqibəti barədə deyilir: "Səfəvi hökmdarı Şah Abbas Koroğlunun igidliyindən xəbər tutaraq ondan komandanları arasında yer almasını istəyir. Ancaq Koroğlu "şahlar insan dəyərini bilməzlər" söyləyərək şahın təklifini qəbul etmir. Səfəvi hökmdarı təklifinin m... |
9e31cbbb894df237 | Cəlalilər hərəkatı | Onlar öncə Qıratı öldürürlər. Koroğlu bu iki adamın hücumu qarşısında Qıratsız heç nə edə bilməyəcəyini bilərək boynunu vurmaları üçün onlara uzadır. Onlar Koroğlunun başını Şaha aparırlar. Şah Abbas qəhrəmanın başına baxan zaman ətəyinə bir damcı qan damır. Buna görə o, "bu məsum qanıdır, siz onu igidcəsinə öldürmədin... |
28cb9eb36637350d | Cəlalilər hərəkatı | Müharibə dövründə olsa da, bütün təbəəsini bir anda hərəkətə keçirməyi bacaran mükəmməl bir təşkilata sahib olan dövlətin hökumət mərkəzinə yaxın ərazilərdə fəaliyyət göstərməsi onun cəsur olmaqla yanaşı, tədbirli bir insan olduğunu göstərir. Çətinliklərə çarə tapması, təhlükələrdən xilas olması dastan qəhrəmanı olması... |
cf129143eaee79a7 | Cəlalilər hərəkatı | Sənəddə Giziroğlu Mustafa bəyin 3–4 ildir fəaliyyət göstərdiyinin qeyd edilməsi onun 1584-cü ildən fəaliyyətdə olduğunu söyləməyə imkan verir. F. Sümer yazır ki, Ömər bəy əmr edilən işi bacarmadığı üçün 1588-ci il sentyabrın 22-də Sivas bəylərbəyinə göndərilən hökmdə Giziroğlu Mustafa bəyin öz fəaliyyətini durmadan gen... |
d8717474d6072011 | Cəlalilər hərəkatı | Diyarbəkr bəylərbəyi Xosrov paşa vəzir təyin edilərək cəlalilər üzərinə göndərildi. Tokata göndərilən Hafiz Əhməd paşa da Dəli Həsənlə bacarmadı, lakin Dəli Həsən 1603-cü ilin iyulunda Osmanlı sultanının tərəfinə keçərək Bosniya bəylərbəyi təyin olundu. O, sərdar Lələ Mehmed paşanın qüvvələri ilə birləşmək üçün on min ... |
939f7d12a611351f | Bosniya və Herseqovina | Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar. İngiliscədə və daha bir çox dildə etnik şəxsiyyət nəzərdə tutulmadan bütün Bosniya-Hersoqovina xalqına Bosniyalı deyilir. Ancaq türkcədə tarixdən gələn yaxınlıqdan ötəri Bosniyalı deyildiyi anda Boşnaklar yəni Bosni... |
344ffce07a81566a | Bosniya və Herseqovina | Ölkə rəhbərlik baxımından iki eyni dövlətçiliyə bölünmüş vəziyyətdədir. Bunlar, Bosniya-Hersoqovina Federasiyası və Serb Respublikasıdır. Ölkəni, şimal, qərb və cənubdan Xorvatiya, şərqdən Serbiya, yenə cənubdan Monteneqro çevirməkdə, Adriatik dənizinə isə Nəm şəhərinin yerləşdiyi yerdə yalnız 20 km-lik (limanı olmayan... |
acfe19c24547f310 | Bosniya və Herseqovina | Ölkənin əksəriyyətini örtən Bosniya bölgəsində ılıman yer iqlim görülər, bu bölgədə yayları isti, qışları qar, yağmurlu və soyuqdur. Ölkənin cənub sahillərindəki daha kiçik Hersoqovina bölgəsində isə tipik Aralıq dənizi iqlimi . Bosniya-Hersoqovina təbii sərvətlər baxımından da zəngin bir ölkədir. Adın etimologiyası Bo... |
ca4e78f0ac03f43c | Bosniya və Herseqovina | Müstəqilliyini 260 ildən çox bir müddət qoruyan Bosniya Krallığı bu müddət boyunca macarlar və serblərə qarşı torpaqlarını müdafiə etmək məcburiyyətində qalmışdır. 1463-cü ildə Osmanlı idarəsi altına keçən Boşnaklar eyni zamanda Müsəlmanlığı da mənimsəmişdir. Müsəlmanlığı qəbul edən boşnakların dini öhdəçiliklərini yer... |
6f4decf91cb1c704 | Bosniya və Herseqovina | Bu inkişafların böyük Serbiya qurulmasını məqsəd qoyan Rusiyanın mali dəstəyi ilə reallaşdığı şübhəsizdir. Bosniyadakı Müsəlman nufüsun Osmanlı idarəsi altındakı digər torpaqlara köçü və onların tərk etdiyi yerlərə Serblərin yerləşməsiylə Bosniyadakı etnik quruluşun dəyişməsi bu dövrdə yaşanmışdır. 1918–1941-ci illər a... |
02029d69336dad2b | Bosniya və Herseqovina | Qərbin dəstəyi ilə Yuqoslaviyada döyüşün izləri tez silindi. Qərbli ölkələr Yuqoslaviyanı yalnız iqtisadi deyil eyni zamanda əsgəri və siyasi sahədə də dəstəklədi. 1970-ci illərdə Sovet müdaxiləsi riski ilə qarşılaşıldığında Amerika Birləşmiş Dövlətləri Yuqoslaviyanı müdafiə etmək üçün nüvə gücə müraciət edə biləcəyini... |
13450d9d99669fa9 | Bosniya və Herseqovina | Bu dövrdə 10.000in üzərində Boşnak həyatını itirdi. Serblərin başda Saraybosna olmaq üzrə əhatə etmə altında tutduğu şəhərləri bombalamasına, sniper atəşi ilə günahsız vətəndaşları öldürməsinə, başda ziyalılar olmaq üzrə seçilmiş kəslərin toplama düşərgələrində öldürülməsi ilə reallaşdırılan etnik təmizlik hərəkətinə q... |
221a30c06982fb6d | Bosniya və Herseqovina | Ancaq şəhəri çevirən təpələrində köməyiylə Srebrenizka hücumlara qarşı özünü müvəffəqiyyətlə müdafiə etdi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı altı məskunlaşma vahidini "etibarlı bölgə" elan etdi, Srebrenitsada bunlardan biri idi. Məqsəd sərhədləri qoruna bilər hala gətirərək barış üçün görüşülə bilər bir zəmin ... |
097c23b9ab1d248d | Bosniya və Herseqovina | Bu hadisə, düşərgənin yaxınlarındakı təxminən 20,000 Boşnağın Serblərin ölüm hədəsinə qarşı savunmasız qalmasına yolaçtı. Serblər bölgədəki Boşnakları çıxarmağa başladığında Hollandiyalı birliklər müdaxilə tapılmadı, hətta əməliyyatların düz bir şəkildə reallaşdırılması üçün təşkilatda köməkçi belə oldu. Qadın və uşaql... |
4640eb88da5c0713 | Bosniya və Herseqovina | Hava istilikləri, ən isti aylar olan İyul və Avqustda 30 dərəcəyə qədər çıxarkən, ən soyuq günlər isə, Dekabr və Yanvar aylarında yaşanmaqda və istilik −20 dərəcəyə qədər düşməkdədir. Ümumiyyətlə 4 mövsüm bol yağış alan/sahə ölkədə ən yağışlı ay İyun (110–115 mm), ən quraq ay isə Dekabrdır (40–70 mm). Ölkənin cənub-qər... |
bf8dd25393f16796 | Bosniya və Herseqovina | Başlıca təbii qaynaqları kömür, dəmir, boksit, manqan, meşələr, mis, xrom, sink, güllə, duz, barit, asbest, kaolin və gipsdir. Ölkədəki əlavəs(n)ilə bilər torpaqların nisbəti %14, otlaq və meraların nisbəti %20, meşə və ağaclıq sahələrin nisbəti %39, digər torpaqların nisbəti də %27'dir. Sulana bilən ərazi 20 km2 İnzib... |
9a9180118efa33f1 | Bosniya və Herseqovina | Demokratik Hərəkat Partiyası, lideri S. Tixiç; . Bosniya və Herseqovina Uğrunda Partiya, lideri S. Xəliloviç; . Demokratik Xalq İttifaqı (bosniyalılar), lideri F. Abdıç; . Demokratik Xorvat Birliyi, lideri B. Kolak; . Serb Demokrat Partiyası, lideri D. Kaviç; . Bosniya və Herseqovina Sosial – Demokratik Partiyası, lide... |
8f9b3ae41b8bb07e | Bosniya və Herseqovina | Brçko Dairəsi Brçko dairəsi eyni zamanda həm Bosniya və Herseqovina federasiyasının həm də Serb Respublikasının tərkib hissəsidir. Xarici əlaqələr Silahlı qüvvələr Bosniya-Herseqovina Silahlı Qüvvələri İqtisadiyyat İxracat: Paltar, kimyəvi maddələr, mebel. İdxal: Maşın və avadanlıqlar alıcı təlabatı malları, ərzaq mall... |
e0d0c65bfd0a2330 | Azad Rəhimov | Azad Arif oğlu Rəhimov (8 oktyabr 1964, Bakı – 30 aprel 2021, Nyu-York, Nyu-York ştatı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının gənclər və idman naziri (2006–2021). Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Onun babası 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sove... |
8a8763f146f20794 | Azad Rəhimov | 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır. 1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzif... |
e95ba5bd4b3251c6 | Leyla Şıxlinskaya | Leyla Fərrux qızı Şıxlinskaya (12 iyun 1947, Moskva) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti (1998), sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri. 12 iyun 1947-c... |
da7be3cffb452715 | Atmosfer təzyiqi | Atmosfer təzyiqi — atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Hər bir nöqtədə Atmosfer təzyiqi o nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sutununun ağırlığı ilə muəyyən olunur. Okean səviyyəsində, 450 en dairəsində, 00 C temperaturda yer səthinin 1sm2 sahəsinə atmosfer sütunu 1033,2 qr. ağırlıqla tə... |
484686f9ac4bdbfe | Atmosfer təzyiqi | Normal atmosfer təzyiqi 760 mm hundurluyundə civə sutununun ağırlığına bərabərdir. Atmosfer təzyiqini olçmək ucun təzyiq vahidi olaraq bar qəbul edilmişdir. Atmosfer təzyiqi barometrlə ölçülür.2 cür barometr olur:civəli və metal barometr. Havada toz hissəcikləri və havanın öz çəkisi atmosfer təzyiqini əmələ gətirir. De... |
f5e2602dbd676493 | Atmosfer təzyiqi | Reallıqda isə o çox yüngüldür. Dəniz sahilində 1 m³ havanın çəkisi 1 kq 300 qramdır. Yer səthinin hər bir sm² üçün hava 1 kq 33 qram qüvvə ilə təsir göstərir. Yerin hər bir nöqtəsində atmosfer təzyiqi həmin nöqtədən atmosferin yuxarı sərhədinə qədər olan hava sütununun ağırlığına bərabərdir. Həmçinin bax Dekompression ... |
bbc0f60a2cb1a012 | Murad Dadaşov | Murad Əli oğlu Dadaşov (21 dekabr 1978, Bakı) — şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, "M Group Production" şirkətinin prezidenti, "20-ci əsrin çempionları" titulunun sahiblərindən biri (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2014) və Azərbaycan... |
12f063ef33d43271 | Murad Dadaşov | Burada 2008-ci ilədək baş direktor vəzifəsində olub.2003-cü ildə Lider telekanalında M Group Production şirkətinin ilk layihəsi olan "Mərc şou", 2005-ci ildə isə həmin telekanalda "Maşın" realiti şousu efirə gedib. Hər iki layihənin müəllif və aparıcısı Murad Dadaşov olmuşdur.2008–2010-cu illərdə "Lider Media Holdinq" ... |
346772fd383f95cc | Murad Dadaşov | Anası Əliyeva Tamilla Abuzər qızı ixtisasca musiqiçidir, fortepiano müəlliməsidir. Qardaşı Fərid Dadaşov "KOKON" yaradıcılıq agentliyinin təsisçilərindən biridir. Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Əhsən Dadaşov Murad Dadaşovun atasının əmisidir.2001-ci ildə ixtisasca şərqşünas olan Əliyeva Aytən Elxan ... |
8db06b54039f845d | Zakir Fərəcov | Zakir Fərəc oğlu Fərəcov (3 fevral 1954, Qazıdərə, Laçın rayonu) — Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı. Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfo... |
cf3a9cd49fa46336 | Zakir Fərəcov | 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var. Nazim Fərəcovun qardaşıdır. Siyasi fəaliyyəti 23 dekabr 1999-cu il tarixində keç... |
297cd5f59f9ddcc3 | Zakir Fərəcov | Mükafatları Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il ta... |
466d050054b88463 | İordaniya | İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية; ərəb. الأردن) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzind... |
e37eeef70975170a | İordaniya | Coğrafiyası İordaniyanın əksər hissəsi səhradır. Ancaq, İordaniya çayının şimal-qərb hissəsi, Münbit Hilal (Fertile Crescent) adlanan bölgənin bir hissəsidir. Paytaxt Əmman şimal qərbdə yerləşir. İordaniya Krallığının ümumi ərazisi 89,342 km², əhalisi isə 5 milyondan artıqdır. Şəhər əhalisi — 72%, kənd əhalisi — 28%-di... |
cb1e8cd85c5de227 | İordaniya | 2015-ci ildə İordaniyada ev sahiblərinin ümumi sayı 1,977,534 nəfər olmuşdur ki, bu da orta hesabla hər ev sahibinə 4.8 nəfər düşdüyünün göstəricisidir. Əhalinin 98%-ni ərəblər, 1,2%-ni çərkəzlər təşkil edir. Paytaxt Amman şəhərinin əhalisi 1946-cı ildə 65,574 nəfər təşkil edirdisə, 2015-ci ildə paytaxt əhalisi 4 milyo... |
0306bb96092c2c17 | İordaniya | Həmçinin rumi katoliklər, yaxud melkit katoliklər, erməni-qriqoryan, süryani ortodokslar və az sayda protestantlar (anqlikan, lüteran, baptistlər və s.) da vardır. Ən çox diqqət çəkən məkanlardan biri də Amman şəhərində olan Roma teatrıdır. Bu teatr öz qədimliyi ilə seçilir. Burada 33 sırada 5000-ə qədər tamaşaçı otura... |
de4b96027d4c82b2 | İordaniya | Cümə günü hətta mağazalar da işləmir. Burada İslam dini ilə bağlı bayramlarla yanaşı, Avropa təqviminə uyğun bayramlar da qeyd edilir. Bunlar: 1 yanvar — Yeni il, 1 may — Əmək günü, 15 yanvar — Ağac günüdür. Ağac günü İsanın xurma ağacı altında doğulduğu gündür. Həmin gün bütün İordaniyada ağac əkirlər. 25 may (1946) —... |
a30b15353ba24d81 | İordaniya | Ölkənin səhiyyə sistemi dövlət və özəl sektor arasında bölüşdürülmüşdür. 1 iyun 2007-ci il tarixində ən böyük dövlət hospitalı olan "Jordan Hospital" JCAHO beynəlxalq akkreditasiyasını əldə etmişdir. İordaniya əhalisinin 66%-i tibbi sığortaya sahibdir. İordaniya təhsil sistemi iki illik məktəbəqədər təhsil, on illik mə... |
7d64081eada646c9 | İordaniya | Hər il 200,000-dən çox şagird universitetlərə daxil olur. Bundan başqa, hər il 20,000 şagird isə ali təhsil almaq üçün əksəriyyəti ABŞ və Avropa olmaqla xarici ölkələrə üz tutur. Dünya universitetlərinin reytinqində İordaniyanı üç ali təhsil müəssisəsi təmsil edir. Bu universitetlər İordaniya Universiteti (UJ), İordani... |
5346e3b5a0bfef0f | Leykositlər | Leykositlər (q.yun. λευκός— ağ və κύτος — cisim) və ya ağ qan hüceyrələri — nüvəsinin olması və müstəqil rənginin olmaması ilə fərqlənən müxtəlif görünüş və funksiyalara malik olan, insanlarda və heyvanlarda qan hüceyrələrinin heterogen qrupu. Onlar qırmızı sümük iliyində əmələ gəlir və bütün bədəndə olur. Leykositləri... |
7ebcc1bc4dad6a21 | Leykositlər | Monositlər və neytrofillər faqositoz qabiliyyətinə görə faqositlər kimi təsnif edilirlər. Qanda leykositlərin sayının azalması və ya artması patoloji prosesin mövcudluğunun mühüm göstəricisidir. Normalda, yetkin bir insanda leykositlərin sayı 4 × 10 9 / l ilə 1,1 × 10 10 / l arasında dəyişir ki, bu da ümumi qan həcmini... |
ac7a57e7a95cb6cc | COVID-19 koronavirus pandemiyası | Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ild... |
6c30afae63bc224d | COVID-19 koronavirus pandemiyası | Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi. 26 yanvar 2022-ci il tarixinə olan məlumata görə dünyada koronavirus infeksiyası... |
d76a880039e328a4 | COVID-19 koronavirus pandemiyası | Yeni xəstəliyin dünyada yayılmasından görünür ki, virus soyuq və quru hava şəraitinə üstünlük verir. Digər bir dərc olunmamış tədqiqat işində də yüksək temperaturlu iqlimlə Covid-19 hallarının aşağı düşməsi arasında bir əlaqəyə diqqət yetirilib, amma bu da qeyd olunub ki, təkcə yüksək hava temperaturu xəstəliyin qlobal... |
021dc051bd5a0a80 | COVID-19 koronavirus pandemiyası | Digər zərfli viruslar üzərində aparılan tədqiqatlar göstərib ki, bu cür yağlı örtüyə malik viruslar belə örtüyü olmayanlarla müqayisədə istiyə daha çox həssasdır. Soyuqda həmin yağlı örtük rezinə bənzər bir hala gəlir, bişmiş ətin yağı kimi, soyuduqca daha çox bərkiyir və beləliklə, virusun bədən xaricində daha uzun mü... |
fd63c2026bc32864 | COVID-19 koronavirus pandemiyası | Halbuki 70 dərəcədən artıq hərarətdə 5 dəqiqə ərzində fəalsızlaşır. Kağız üzərində üç saatdan sonra aşkarlanan koronavirus paltar və emal olunmuş taxta üzərində iki günədək, şüşə üzərində 4 günədək, plastik üzərində də 7 günədək qalır. Həmçinin tibbi maskaların üz tərəfində də koronavirusun 7 günədək qalmaq iqtidarında... |
479af3d181d6dca5 | COVID-19 koronavirus pandemiyası | Heç bir maddələr mübadiləsi olmur, hüceyrənin xaricində kristallaşaraq və cansız yaşayır, hüceyrə içərisindəki RNT-ni tərk edərək hüceyrə içərisinə çıxaraq hüceyrələrin nüsxələrini çıxarır, hüceyrə partlayır, yeni istehsal edilən viruslar digər hüceyrələrə təsir göstərir. 1 COVID-19 diametri 100 mm, diametri 1500 atom,... |
9f5437d870bb88c0 | COVID-19 koronavirus pandemiyası | Yoluxmaların 80 faizində simptomlar zəif olur. Çində fevralın 11-dək qeydə alınmış 44672 yoluxmanın 36 minindən çoxunda, yəni 80 faizində xəstəlik yüngül keçib. Xəstəliyin şiddətinə görə daha iki qrup var: sərt və kritik. İndiyədək bu virusa yoluxanların 14 faizində simptomlar sərt və yalnız 5 faizində kritik olub. Xəs... |
e0955ed58c416011 | COVID-19 koronavirus pandemiyası | Kritik kateqoriyaya düşənlər daha böyük təhlükə ilə üzləşirlər. Çindəki müşahidələrə görə bu kateqoriyada olanların 49 faizi vəfat edib. Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa qitəsinin koronavirus pandemiyasının episentrinə çevrildiyini bəyan edib. Qarşısının alınması Şəxsi ehtiyat tədbirləri Hal-hazırd... |
1b095522f3f3a426 | COVID-19 koronavirus pandemiyası | Xəstələrin olması səbəbi ilə sağlamlıq mərkəzlərinə baş çəkilməməli və sağlamlıq müəssisəsinə getmək lazım olduğu hallarda digər xəstələrlə əlaqə minimuma endirilməlidir. Yaşlılar və xroniki xəstəliyi olanlar həkimləri və səhiyyə işçiləri ilə məsləhətləşərək riskli bölgəyə səyahətlərini planlaşdırmalıdırlar. Qida təhlü... |
535507fd355e11c7 | COVID-19 koronavirus pandemiyası | Uçuş və qatarlar, ictimai avtobuslar, metro sistemi və Uhana gedən və uzun məsafəli avtobuslar növbəti elana qədər dayandırıldı. Çinin Sinhua Xəbər Agentliyinə görə, bu təşəbbüs Uhandan virusun yayılmasını dayandırmaq və insanların sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün göstərilmiş mühüm bir səydir. Genişmiqya... |
62b61b336b386c5f | COVID-19 koronavirus pandemiyası | Sent-Luis Vaşinqton Universitetinin bir eksperti verdiyi hesabatında deyilir ki, COVID-19 dünya təchizat zəncirinə 300 milliard ABŞ dollarıdan böyük təsir edəcək və belə vəziyyət daha iki il davam edə bilər. Fevralın 24-də Çindən kənarda yoluxma halların sayının əhəmiyyətli artımına görə, qlonal fond birjaları düşüb. H... |
a06b8e423057a992 | COVID-19 koronavirus pandemiyası | Virusa məruz qalan Çinlilərə həm offlayn həm də onlayn dəstək göstərilib, fəqət eyni zamanda, Uhan və Hubei sakinləri özlərinə qarşı bölgə əsasında diskriminasiyadan xəbər verirlər. Virus başqa ölkələrə yayılmayanda, Avropadaki pandemiyanın mərkəzi olan İtaliyadan insanlar da şübhə və ksenofobiyaya məruz qalıblar.Müxtə... |
80f049ac6839c0a5 | Dəvəquşu | Dəvəquşu (lat. Struthio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dəvəquşukimilər dəstəsinin dəvəquşular fəsiləsinə aid heyvan cinsi. Dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla, dünyanın hər yerində yetişdirilir. Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı y... |
4f8d68b7b212f9c4 | Dəvəquşu | Uzun boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində "sərçə dəvəsi" mənasını verməkdədir. Xüsusiyyətləri Dəvəquşular 90–130 kq ağırlığında olur. Bəzi erkək dəvəquşuların ağırlığı 155 kq-ma qədər çıxır. Yetkin erkək dəvəquşuların tükləri əsasən qaradır, qanadlarında və quyruğ... |
72d8fc6e0e4e03d1 | Dəvəquşu | Dəvəquşuların tükləri yumşaqdır.Dəvəquşunun qüvvətli ayaqları tüksüzdür. Dəvəquşunun Gözləri qalın, qara kirpiklərlə əhatələnmişdir. Dəvəquşular bütün quru heyvanlar içərisində ən böyük gözlərə malikdir. Erkək dəvəquşular cinsi yetkinliyə (2–4 yaşları) boyları 1,8–2,7 m, dişi dəvəquşular isə 1,7 –2 m olduqda çatırlar. ... |
7065700c10b8e0e8 | İlin fəsilləri | Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uy... |
745203b7bf19cf3c | Venesiya | Venesiya (it. Venezia) və ya Venedik — İtaliyanın şimal-şərqində şəhər. Adriatik dənizinin Venesiya körfəzi sahilindədir. Venesiya "Dənizlər kraliçası" adlanır. Veneto vilayəti və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. |
539543176b1553fd | Venesiya | Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr–16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3–4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm veri... |
6fce30c07546709b | Venesiya | Venesiya şəhəri 9-cu əsrin əvvəlində Rialto adalarında salınmışdır. 9–10-cu əsrlərdə Qərbi Avropa ilə Şərq arasındakı ticarətdə ən böyük vasitəci mərkəzə çevrildi. Venesiyada metal, ağac, xəz-dəri emalı, parça, şüşə istehsalı meydana gəldi, gəmiqayırma inkişaf etdi. 10-cu əsrin sonlarında yaxın Venesiya artıq müstəqil ... |
4ea0bd3ebf77b538 | Venesiya | Göndərdiyi səfirlərdən bəzisi (Alessandri, Zeno, Barbaro, Kontarini və b.) Azərbaycanda olmuşdur. 11–12-ci əsrlərdə Venesiya güclü donanması sayəsində Adriatik dənizində hegemonluğu ələ aldı. Səlib yürüşləri zamanı səlibçilərə kömək edən Venesiya Aralıq dənizi rayonunda imperiyaya çevrilərək Konstantinopolun bir hissəs... |
e8d6212f8abee9fa | Venesiya | 14–16 əsrlərin əvvəllərində Venesiyanın ərazisi daha da genişləndi, lakin türklərin Konstantinopolu tutması və coğrafi kəşflərlə əlaqədar ticarət yollarının Aralıq dənizindən Atlantik okeanına keçməsi Venesiya respublikasının qüdrətinə ağır zərbə vurdu. Venesiya-Türkiyə müharibələri (17–18 əsrlər) nəticəsində Venesiya ... |
f3f9938656957bd0 | Venesiya | 1848 ildə Venesiya yenidən respublika elan olundu, lakin 1849 ilin avqustunda Avstriya ordusunun zərbələri altında respublika süqut etdi. 1866-cı ildə Vyana sülhünə görə Venesiya İtaliya krallığının tərkibinə daxil edildi. Alman işğalı dövründə (1943–45) Venesiya Müqavimət hərəkatının mühüm mərkəzlərindən idi. 1945-ci ... |
7a3eedb5d654f97b | Venesiya | Qışda hərdən qar yağır və havanın temperaturu mənfi olur. Su qabarmaları Venesiya yavaş-yavaş su altına gedir– bu artıq orta əsrlərdən məlum olan faktdır. Bu faktla qarşılaşan şəhər artıq iki dəfə yenidən qurulub — şəhər daha hündür adalara köçürülüb. Karnavallar Venesiyalılların dünyada məşhur olan karnavalı fevral ay... |
5cea0f19c09c21d0 | Venesiya | Bayram ərəfəsində qullar azad vətəndaşlarla bir sürfə arxasında əyləşir, sahibləri isə onlara şərab gətirərdi, lakin şərti qaydaların şənliyi pozmaması üçün iştirakçılar sifətlərinə maska taxırdılar. Mərasimdə seçilən yalançı şah özünü öldürməli idi. Birinci karnavalın keçirilməsi ilə əlaqədar müxtəlif versiyalar var. ... |
2ec0d329b38c60ba | Venesiya | Bir şeyi də unutmayın ki, hər il bu buraya səfər edən 7 milyon turistdən məhz 500 mini karnavala qoşulmaq üçün gəlir. Görməli yerlər Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən kəlməni eşitməmiş olsun: "Avropanın ən qəşəng mehmanxanası San... |
250b6c44d175ba72 | Venesiya | Fincanı da 10 avroya. Soruşa bilərsniz niyə belə baha? Ona görə ki, burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. |
1a25089262b4bb6d | Venesiya | Əvvəllər taxtadan olsa da, XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar. Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanı... |
8efeb8a0fcb347fe | Venesiya | Qardaşlaşmış şəhərləri Sujou, Çin; Nitsa, Fransa; Sarayevo, Bosniya və Hersoqovina; Bakı, Azərbaycan; Lissabon, Portuqaliya; Tallin, Estoniya; Sankt-Peterburq, Russiya; İstanbul, Türkiyə; İrəvan, Ermənistan; Dubrovnik, Xorvatiya. Astronomiyada 1902-ci ildə italyan astronomu Luici Karnera tərəfindən kəşf edilən 487 sayl... |
8e552257d146191d | Aleksandra imperator rus-müsəlman qız məktəbi | İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. B... |
ace0d8f880b32696 | Aleksandra imperator rus-müsəlman qız məktəbi | Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir. Məktəbin ərsəyə gəlməsində dövrün b... |
e8b16301bd0b3262 | Aleksandra imperator rus-müsəlman qız məktəbi | Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardım göstərir, məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər. Proble... |
4489d533558ce183 | Aleksandra imperator rus-müsəlman qız məktəbi | Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. "Qaragüruhçu iri əmmaməli, qara əbalı ruh... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.