passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
7083032fc0677278
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı möhtəbər, rəsmi din xadimlərindən mücdəhidlərindən hamısı...
04f0113a929176f4
Aleksandra imperator rus-müsəlman qız məktəbi
İngiltərəyə, Fransaya gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərd...
8c807c02247c3cd6
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün.
e43a4101c28dd716
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, aç...
dd323e6641e59d03
Aleksandra imperator rus-müsəlman qız məktəbi
bu düzdü 1901-ci ildə bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. "Kaspi" qəzeti həmin hadisəni belə təsvir edərək yazır: "Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi ...
00a1bd2a03e3e44e
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: "Çox yaşa Zeynalabdin!". Keçirilən dərslər Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl i...
5c20a0e8625baeb9
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutul...
bc1bd3fae8fb6151
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunurdu. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı yaraşıqlı uniforma geyinirdilər. Bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdə...
b58fc44ff72a635e
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur. Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti davam etdirdi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası ümumi...
06ed5f6df5e85e04
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. Rəhilə Hacıbababəyova Şəhrəbanu Şabanova Şəfiqə Əfəndizadə Səkinə Axundzadə Məryəm Qembitskaya Nazlı Tahirova (Naxçıvanda qızlar məktəbi açan) Liza Muxtarova (Bakıda "Qadın Xeyriyyə Cə...
f21bc364e10f7038
Aleksandra imperator rus-müsəlman qız məktəbi
O zaman belə bir məktəb nəinki Rusiyada, Bakıda, hətta butun İslam aləmində yox imiş. Məhz 5 ildən sonra, 1906-cı ildə Tiflisdə ilk belə müsəlman qızlar üçün məktəb açılır. Tağıyev bu məktəbin tikintisinə 300 min rubldan çox pul xərcləyibmiş. Tağıyevin qızlar məktəbinin binasında 1918–1920-ci illərdə Azərbaycan Demokra...
caaef5d52c122f15
Aleksandra imperator rus-müsəlman qız məktəbi
Müəllimləri Nazlı Nəzərbabayeva Məryəm Sulkeviç Adilə xanım Şahtaxtinskaya Gülbahar xanım Əhriyeva Məryəm Gembitskaya Şəfiqə Əfəndizadə Mina xanım Aslanova Gövhər Qazıyeva Nabat xanım Nərimanova Şəhrəbanı xanım Şabanova Səkinə Axundzadə (1865–1927; ilk qadın dramaturq, yazıçı). Həmçinin bax Müqəddəs Nina qız gimnaziyas...
fd43a27f1fa28728
Rəhim Qazıyev
Rəhim Həsən oğlu Qazıyev (17 fevral 1943, Nuxa) — Azərbaycan Respublikasının Müdafiə naziri (1992–1993), Azərbaycan SSR Ali Sovetinin deputatı (1990–1993), 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından biri. Rəhim Qazıyev 17 fevral 1943-cü ildə Azərbaycan SSR-in Şəki şəhərində həkim ailəsində ...
90ec879a779e5240
Rəhim Qazıyev
Pedaqoji fəaliyyətinnən ayrılmadan dissertant kimi MDU-nun Mexanika-riyaziyyat fakültəsinin "Qaz və dalğa dinamikası" kafedrasında akademik Xəlil Raxmatulinin rəhbərliyi altında "Deformasiyaya uğramayan bərk cisimlərin mexanikası" ixtisası üzrə elmi tədqiqatlar aparır. 1979-cu ildə akademik Raxmatulinin rəhbərliyi ilə ...
4284751ad59d47e7
Rəhim Qazıyev
1992-ci il martından 1993-cü il fevralına qədər Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə Şuşa və Laçın rayonları işğal edilmişdir.1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edil...
c2dd30a8fb6b7792
Parfiya
Parfiya (q.fars 𐎱𐎼𐎰𐎺, Parθava; parf 𐭐𐭓𐭕𐭅, Parθaw; pəhl. 𐭯𐭫𐭮𐭥𐭡𐭥, Pahlaw) — Xəzər dənizinin cənub-şərqində yerləşən qədim vilayət. E.ə. 1500-cü ildən gec olmayaraq İrandilli tayfalar tərəfindən məskunlaşmışdır. E.ə. VI əsrdən Makedoniyalı İsgəndər tərəfindən fəth edilənə qədər Parfiya Əhəmənilər dövlətinin ...
ca912ce83da1c0be
Parfiya
250-ci ildən b.e. 227-ci ilə qədər Parfiya ərazisində Parfiya dövləti mövcud olmuşdur. Selevkilər dövləti tənəzzül etdikcə Parfiya özü də güclənmiş və genişləmişdir. Öz zirvəsində Parfiya dövləti Babilistandan İran vasitəsilə Hind vadisinə qədər uzanırdı. Parfiya çarlığı təqribən 227-ci ildə Sasanilər dövlətinin yaranm...
c1b8e43291557d3a
Baloğlan Əşrəfov
Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu – 26 aprel 2021, Bakı) — Azərbaycanlı müğənni Azərbaycan Respublikasının əməkdar artisti (2007). Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı...
3e8846571dfe21a1
Baloğlan Əşrəfov
İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir. 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər vermişdi. Baloğlan Əşrəfov oxuduğu mahnılarının ...
1ab87f31845b3159
Baloğlan Əşrəfov
"Yuxuma gəl", "Anam mənim", "Günayım", "Nədəndir" "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. Fəaliyyəti dövründə mahnıları ilə 50 il xalq tərəfindən sevilərək gündəmdə qalmağı bacardı. Görkəmli sənətkar 26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etm...
fb5ec1a364a94b39
Qoşma (nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzv...
271e0e21ad8a17a2
Qoşma (nitq hissəsi)
Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. Qoşmaların sinonimliyi kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, oxsatma əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi Qoşmal...
b2500d10b0c0b0f0
Qoşma (nitq hissəsi)
2) Dəryaca ağlın olsa, yoxsul olsan, gülərlər. Bitişik və ayrı yazılanlar: ilə (-la2); üçün (-çün). İlə qoşması bitişik yazılanda ahəngə uyğun olaraq iki cür yazılır. Məsələn: 1) Məktubu ona çatdır qalanı ilə işin yoxdur. 2) Böyük insanların səhvləri axmaqlar üçün təsəllidir. Ayrı yazılanlar: ötrü, savayı, özgə, qeyri ...
f164eeba7ad8cd09
Qoşma (nitq hissəsi)
Qoşmaların qrammatik mənaları Qoşmaların hər birinin ümumi qrammatik mənası var. Ancaq bu mənaların reallaşmasında qoşmaların aid olduğu sözlərin mənası da rol oynayır. Məsələn, kimi qoşması aid olduğu nitq hissəsindən asılı olaraq müqayisə, zaman, məkan, tərz mənaları bildirə bilər. Qoşmaların bəziləri arasında sinoni...
9cf09a9d9cfeec45
Qoşma (nitq hissəsi)
O, parka qədər getdi.Bunlar da göstərir ki, qoşmaların qrammatik məna qrupları arasında qəti fərqlər qoymaq olmaz. Azərbaycan dilində şərti də olsa, qoşmaların aşağıdakı məna fərqlərini göstərmək olur: Qoşmaların məkan münasibəti bildirmələri: qədər, -dək, -cən², sarı. Qoşmaların zaman münasibəti bildirməsi: kimi, dək,...
65c013df28d6a3a1
Qoşma (nitq hissəsi)
Ancaq qoşmalar ismi əvəz edən əvəzliklərlə, məsdərlə, bəzi feili sifətlərlə, zərflərlə, eləcə də substantivləşən başqa sözlərlə də işlənə bilir. Qoşmaların aid olduğu sözlər, hansı nitq hissəsindən olur-olsun, ismin hallarından birində işlənir. Qoşmalar ismin dörd halı ilə işlənir. Adlıq halla: üçün, ilə, qədər, kimi, ...
9f25dc113e9a97e5
Qoşma (nitq hissəsi)
Ayrı yazılanlar: ötrü, savayı, özgə, qeyri və s. İlə qoşmasının yazılışı İlə qoşması saitlə bitən sözlərdə ayrı, samitlə bitən sözlərdə isə iki cür yazılır: Saitlə bitən sözlərdə olduğu kimi, samitlə bitən sözlərdə də ayrı yazılır (onun ilə). İxtisar formasında (-la²) bitişik yazılır (onunla). Qoşmaların qrammatik məna...
ffacb6a5afc40c62
Qoşma (nitq hissəsi)
O, parka doğru gedirdi. Kimi və qədər qoşmaları: O, parka kimi getdi. O, parka qədər getdi.Bunlar da göstərir ki, qoşmaların qrammatik məna qrupları arasında qəti fərqlər qoymaq olmaz. Azərbaycan dilində şərti də olsa, qoşmaların aşağıdakı məna fərqlərini göstərmək olur: Qoşmaların məkan münasibəti bildirmələri: qədər,...
a1e31b4bad8e7327
Qoşma (nitq hissəsi)
İlə qoşması birgəlik və vasitə, aid ilə dair qoşmaları isə aidlik, barədə və haqda mənalarında işlənir. Ş. Sadıq, E. Nəcəfov, A. Əsədov. Azərbaycan dili, dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2009. — 272 s. Həmçinin bax Nitq hissəsi
2acfce7a680c8a63
Rusiya əhalisi
Rusiya əhalisi — Rusiya ərazisində yaşayan sakinlərin tərkibi. 1 yanvar 2020-ci il tarixinə Rosstata görə, Rusiyada 146.745.098 daimi sakin var idi , ölkə əhali sayına görə dünyada 9-cu yerdədir. Rusiya dünya ölkələri arasında ölüm nisbətinə görə 10-cu yeri tutur. Əhali sıxlığı 8,57 nəfər / km² (2020). Əhali olduqca qe...
a1a58a217bca339d
Rusiya əhalisi
Beləliklə, Rusiyanın qərb hissəsində əhalinin konsentrasiyası artmaqda davam edir. Rusiyanın Avropa hissəsində əhalinin sıxlığı 27 nəfər / km², Asiyalıların isə 3 nəfər / km² təşkil edir. Federasiyanın subyektləri arasında ən yüksək əhali sıxlığı Moskvada qeydə alınıb - 4626 nəfər / km², ən kiçik - Çukotka Muxtar Vilay...
ac51d9239ae3ef97
Rusiya əhalisi
Köçəri nəzərə alsaq, əhali 294,500 nəfər artdı . 2015-ci ildə Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, ümumi doğuş nisbəti 1777 təşkil edirdi. 2010-cu il siyahıyaalınmasına əsasən Rusiyada 200-dən çox millətin (etnik qrupların) nümayəndələri yaşayır . Bu həqiqətin əhəmiyyəti Rusiya Konstitusiyasının preamb...
308617c5781c607c
Rusiya əhalisi
Ruslar ölkə daxilində bərabər bölüşdürülməmişdir: Çeçenistan kimi bəzi bölgələrdə əhalinin 2% -dən azını təşkil edir [9], İnquşetiyada isə respublika əhalisinin 0.8%. 1 milyondan çox digər altı etnik qrup da fərqlənir — tatarlar (3.9%), ukraynalılar (1.4%), başqırdlar (1.1%), çuvaşlar (1%), çeçenlər (1%) və ermənilər (...
b508077781fd0bdf
Sillogizm
Sillogizm — üç sözdən ibarət məntiqi fikir : iki giriş (aydınlaşdıran) söz və bir nəticə söz. Sadə qəti sillogizm — deduktiv əqli nəticənin ən çox işlədilən növüdür Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır. Sadə qəti sillogizmlər ...
254dfdc8cb91f732
Sillogizm
Sillogizmlərin qaydaları Terminlərin qaydaları: Hər bir sillogizmdə 3 termin olmalıdır, az və ya çox olarsa nəticə almaq mümkün deyil. Orta termin heç olmasa müqəddimlərin birində ehtiva olunmalıdır. Orta terminlər eyni mənalarda işlənməlidir. Müqəddimələrin qaydaları: İki inkari hökmdən nəticə almaq olmaz. Ən az biri ...
7e338ace74ea8792
Sillogizm
Müqəddimələrdən biri inkaridirsə, nəticə də inkari olacaqdır. İki xüsusi hökmdən nəticə çıxmır. Ən az biri ümumi olmalıdır və müqəddimələrdən biri xüsusidirsə nəticə də xüsusidir.Sillogizm nümunəsi: Ağıllı fikir məqbuldur. İş canın cövhəridir. İsrafilov M. "Məntiq kursu", Bakı, "Turan" nəşrlər evi-2001, 534s.
0d5cda983c44fe19
Fövqəladə Hallar Nazirliyi (Azərbaycan)
Fövqəladə Hallar Nazirliyi — fövqəladə hallar sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, t...
84320e779c166e8e
Fövqəladə Hallar Nazirliyi (Azərbaycan)
Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir. Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların ...
ced6932edae48464
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol...
b22e266e99511cb3
Yol nişanları
Qabaqcıl istiqamət nişanları qovşağından müəyyən bir məsafədə görünür və hər bir istiqamət üçün məlumat verir. Bir sıra ölkələr qarşıdakı yol haqqında məlumat vermirlər ("çəkiliş" nişanları adlanır) və yalnız sağa və sola istiqamətlər üçün olan nişanlardan istifadə edirlər. Qabaqcıl istiqamət nişanları sürücülərə çıxış...
fe7a4c4f61d99723
Yol nişanları
Bu işarədən sonra, bir və ya iki əlavə qabaqcıl istiqamət nişanı adətən faktiki mübadilədən əvvəl gəlir. Ən erkən yol nişanları məsafə və ya istiqamət verən nişanlar idi; məsələn, Romalılar öz imperiyalarının hər yerində Romaya qədər olan məsafəni verən daş sütunlar ucaldırdılar. Strabonun dediyinə görə, Mauryalar yoll...
24219b1c58012c20
Yol nişanları
Bu akt Lissabonun ən dar küçələrində hansı trafikin yol vermək üçün geri çəkilməli olduğunu göstərən prioritet nişanların yerləşdirilməsini nəzərdə tuturdu. Bu nişanlardan biri hələ də Alfama məhəlləsindəki Salvador küçəsində mövcuddur. Geniş miqyasda qurulan ilk müasir yol nişanları 1870-ci illərin sonu və 1880-ci ill...
254cf02cba82d513
Yol nişanları
Avtomobillərin inkişafı mətn əsaslı bildirişlərdən daha çox istifadə edərək daha mürəkkəb lövhə sistemlərinin istifadəsini təşviq etdi. İlk müasir yol nişan sistemlərindən biri 1895-ci ildə İtaliya Turinq Klubu tərəfindən yaradılmışdır. 1900-cü ilə qədər Parisdə Beynəlxalq Turinq Təşkilatları Liqasının Konqresində yol ...
1c35cb444a7e69bc
Yol nişanları
1926–1949-cu illər arasında beynəlxalq yol nişanları üzərində aparılan intensiv iş son nəticədə Avropa yol nişanları sisteminin inkişafına səbəb oldu. Həm Britaniya, həm də Birləşmiş Ştatlar öz təsir dairələrində bir çox başqa ölkələr tərəfindən qəbul edilmiş və ya dəyişdirilmiş öz yol nişan sistemlərini inkişaf etdird...
2c670459e5181719
Yol nişanları
1914-cü ildə AAA tək Los Anceles və Kanzas Siti arasında bir hissədə 4000-dən çox işarə quraşdıraraq vahid transkontinental lövhə layihəsinə başladı.İllər keçdikcə dəyişiklik tədricən baş verdi. Pre-sənaye əlamətləri daş və ya ağac idi, lakin Darbinin koksla boyanmış çuqundan istifadə edərək dəmir əritmə metodunun inki...
14aa09d8819e3e4c
Yol nişanları
Elektron displeylərə əsaslanan yeni nəsil yol nişanları, həmçinin avtomatlaşdırılmış trafik sensorları və ya uzaqdan əllə daxiletmə ilə əlaqəli "ağıllı idarəetmə" təmin etmək üçün mətnlərini (və ya bəzi ölkələrdə simvolları) dəyişə bilər. 20-dən çox ölkədə, real vaxt rejimində "Traffic Message Channel insident" xəbərda...
3245077c8c42dc3c
Yol nişanları
Nəhayət, 1914-cü ildə dünyanın ilk elektrik trafik siqnalı avqustun 5-də Ohayo ştatının Klivlend şəhərində Evklid prospekti ilə Şərqi 105-ci küçənin küncündə yerləşdirildi. Dəmir yolu nəqliyyatı Dəmir yolu nəqliyyatı ölkələr arasında çox vaxt fərqlərə malikdir və yol nişanları ilə çox oxşarlıq yoxdur. Dəmir yolu nəqliy...
ada318d7c3ab6cdd
Kamal Sunal
Əli Kamal Sunal (11 noyabr 1944, İstanbul – 3 iyul 2000, İstanbul ) — Türkiyənin məşhur teatr və kino aktyoru. Komediya janrında filmləri ilə məşhur olmuşdur. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynamışdır. Sənətkar öz profilinin, oynadığı obrazlara görə fərqli olduğunu...
48aa9a3fa7df0588
Kamal Sunal
Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənmişdir. Gənclik illəri İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır. Kamal Sunalın Cəmil Sunal və Çingiz Sunal adında iki qardaşı vardır. Sənətkar ibtidai məktəbi Memar Sənan məktəbində oxudu. Vəfa litseyindən mə...
046c29787592adef
Kamal Sunal
Filmoqrafiya Həyatı Boyunca 82 filmdə rol Almışdır. ilk filmi Yardımçı Rolunda Şirin dillim 1972-ci ildə Başlamışdır. 1974-cü ildə Salako filmində Baş Rol Oynamışdır. Әn son filmi 1999-cu ildə Təbliğat filmi olmuşdur. 1977-ci ildə Qapıçılar kralı Rolunda Qızıl Portağal Mükafatına layiq Görülmüşdür. Xarici keçidlər sine...
149b89dd5dd9bdd1
Film
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, t...
61ea28457ea8a089
Film
Filmləri hazırlanması və yayımlanması Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıc...
f5ec2e4e17f393ab
Film
Filmi təşkil edən fərdi təsvirlər kadrlar adlanır. Ənənəvi sellüloid filmlərin proyeksiyasında fırlanan qapaq qaranlıq intervallara səbəb olur, çünki hər bir kadr öz növbəsində proyeksiya ediləcək vəziyyətə gətirilir, lakin tamaşaçı görmənin davamlılığı kimi tanınan təsirə görə fasilələri hiss etmir. Göz mənbəyi yox ol...
50e17331ff7932b1
Film
ABŞ-də filmlər çox zaman movie kimi adlansa da, Avropada film adı daha çox istifadə olunur. Film sözünün ingiliscədə big screen, the silver screen, the movies və cinema kimi sinonimlərinin işlədilməsi səciyyəvidir. Əvvəllər səhifə sözü ekran sözünün əvəzinə işlədilirdi. "Film" ümumiyyətlə uzun standartda çəkilən kommer...
7fbd38898a388f2d
Film
Bu qurğu ilə şüşə üzərində çəkilmiş şəkil ardıcıllığını (diaprojektora oxşar olaraq) divara salmaqla göstərmək olurdu. Qurğu əl ilə işləyirdi. 1832-ci ildə alman Simon Ştamfer və belçikalı Yozef Platyo bir-birindən xəbərsiz eyni vaxtda "canlı çarx"ı düzəldirlər. Bu çarx sehrli lampanın prinsipi ilə işləyirdi. O fırland...
22cc2f6d7cbd4114
Film
Ancaq bu da uzun səhnələrin göstərilməsi üçün yararlı deyildi. İlk filmlərin əsasında cizgi dururdu. Filmin sonrakı inkişafı fotoqrafiya ilə bağlı idi. Yozef Niepse işığın müəyyən səthdə saxlanması üsulunu inkişaf etdirdikdən sonra Luiz Daqürr bu sahədə irəliyə doğru daha bir addım ataraq 1839-cu ildə özünün "Daqürreto...
f26a71002132f267
Film
Ayrıca şəkil üçün tətbiq olunan işıqlandırma vaxtı çox uzun idi. Bu sahədə dönüş 1872-ci ildə fotoqraf Edvard Meybridj tərəfindən atın hərəkətini çəkməsi ilə baş verir. Sonralar Ernst Kolrauş 1890-cı ildə Rayn ətrafında özü düzəltdiyi xronofotoqrafla ardıcıl şəkillər çəkir. Alman ixtiraçısı Ottomar Anşuts və fransız Et...
bbf2842e1389a0ae
Film
1888-ci ildə o bu kamera ilə şəkillər çəkir, bunlara artıq film demək mümkün idi. Luiz Le Prinsin ixtirası ilə tanış olmayan Villiyam Dikson 1891-ci ildə Tomas Edisonun müəssisəsində kinetoskop və kinemotoqrafı ixtira edir. Bu qurğuda sellüloid film lentləri obyektivin qarşısından keçirilə bilirdi. Ancaq bu kinetoskopd...
904f78e473f9bbf0
Film
28-i dekabr 1895-ci ildə Parisdə filmin prezentasiyası baş tutur. Lümyer qardaşlarının düzəltdikləri qurğu Skladovski qardaşlarına mənsub olanı sıxışdırır. Çünki, Lümyer qardaşları bunun üçün böyük kapitala malik idilər. Səssiz filmlər çox qısa idilər. Onlar cəmi bir neçə saniyə göstərilərək, adi həyatı və müəyyən zara...
d9dacc78bbdabad4
Film
Lümyer qardaşlarının çəkdiyi filmlər yalnız fotoqrafiyaya tamamlama kimi baxıla bilərdi. Bu canlı şəkillər yalnız dokumentasiya xarakteri daşıyırdılar. İngiltərəli Qeorq Smit 1902-ci ildə "Doktor" adlı film çəkərək ilk dəfə olaraq filmdə informasiya vermək yolunda addım atır. Onun filmində söhbət pişikdən gedirdi. Pers...
98e3c6f307a68b4b
Film
Bu ilk vestern tipli filmdə qatara hücum, qaçış kimi tamaşalar təsvir olunmuşdur. 1910-cu ildən Hollivudda bir çox film ustaları öz müəssisələrini açırlar. Bu yerin seçilməsində əsas rolu oranın çəkişmələrdən uzaq və günəşli olması idi. Sonuncu amil film materialının işığa güclü həssas olması və günəşin yeganə işıqland...
dcfd8295d5289856
Film
Həmin dövrdə komediyaçı Çarli Çaplinin filmləri çox sevilirdi. 1921-ci ildə çəkdiyi "Uşaq" filmi ilə o çox böyük uğur qazanır. Rus film ustası Sergey Eyzenşteyn montaj texnikasının inkişafına təsir göstərir. Onun məşhur filmi "Potyomkin zirehli gəmisi" (1925) bir gəmidə üsyandan və matrosların Odessada rus ordusu ilə t...
2a46a31d83f74103
Film
Bu vaxtdan başlayaraq Amerika film istehsalçıları tezliklə səsli filmlərə keçirlər və bütün dünya üzrə bunun geniş yayılmasında aparıcı rol oynayırlar. İlk səsli filmlərin çəkilməsi müəyyən texniki problemlərlə bağlı idi. Dəqiq sinxronizasiya etmək çətinlik yaradırdı. Ona görə də, səsli filmlərin çəkilişi əsasən 1930-c...
0bb51afb5f398c50
Film
1939-cu illər klassik Hollivud kinosu ərəfəsi sayılır. Burada çəkilən filmlərin mövzusu bəxt və ümid haqqında fantaziyalı təsəvvürlər idi. Filmlərin sonu isə həmişə yaxşılıqla qurtarırdı. Amerikada hökm sürən iqtisadi böhran zamanı belə filmlər rəğbətlə qarşılanırdı. 1940-cı ildən başlayaraq isə artıq filmlərdə realiq ...
1e93ae2154fcf142
Film
Bir çox film yaradıcıları, o cümlədən Çarli Çaplin və Volt Disneydə anti faşist propaqandası ilə məşğul olurlar. İkinci dünya müharbəsindən sonra Amerikada film sənayesi öz inkişafı ilə irəliləyirdisə, Avropada bunu yenidən başlamaq lazım gəlirdi. Avropa filmi İtaliyadan başlayır. Ancaq bu filmlər kasıb malliyə imkanın...
fda3562b9584c0b4
Film
Ona görə də, tamaşaçıları cəlb etmək üçün kino daha da inkişaf etdirilməli idi. Kinonu maraqlı etmək üçün bir çox texniki yeniliklər baş verir. Buna geniş format, stereo və rəngli filmləri misal göstərmək olar. Sonralar isə 3D filmləri yaradılır. 1960–70-cı illərdə filmin inkişafı Bu ərəfədə Hollivudun "qızıl dövrü" ba...
cdd55f4811a15f7e
Film
Çəkilən filmlər çox vaxt reallıqdan uzaq mövzuları əhatə edirdi. Bununla azalan tamaşaçı kütləsini geri qazanmaq üçün az keyfiyyətli monumental və musiqili filmlərin çəkilməsinə studiyalar küllü miqdarda maliyyə vəsaiti qoyurlar. Bu vaxt Avropada film sənətində yeni kreativ cərəyanlar yaranmağa başlayır. Rejissorlar ke...
e60994dfccdcaa42
Film
O dövrdə İngiltərədə movcud olan "azad kino" buna paralel kimi göstərilə bilər. İngilis filmləri adətən fəhlə təbəqəsindən bəhs edir və sosial problemləri diqqət mərkəzinə gətirirdi. Yazıçı Alan Sillitoenin əsərləri maraqla filmə çəkilirdi. Latın Amerikasında da film sənayesi inkişaf etməkdə idi. Buradakı filmlərin əsa...
8787a14cb30a248e
Film
ABŞ filmləri sonralar yendiən öz fəaliyyətini gücləndirir. Hollivudda yeni mərhələ başlayır. Bu Artur Bonni, Klide və Nik Nikolson (1967) kimi şəxslərin filmdəki rolları ilə başlayır. Amerika filmləri getdikcə siyasi, ictimai və getdikcə daha çox seks və ictimai qəddralıq mövzuları ilə məşğul olmağa başlayır. 1990-cı i...
ac7d8ccbf863569a
Film
Bu dövrdə çəkilmiş "Titanik", "Armaqeddon" və "Jurastik parkı" filmləri böyük gəlir gətirmişdir. Yeni inkişaf mərhələsində "Blokbaster" anlayışı daha populyar olmuşdur. Digər tərəfdən Amerikada azad film studiyaları da mühün nailiyyətlər əldə edirlər. Bu film istqaməti Hollivuddan fərqli olaraq aşağı büdcə və yüksək ak...
4fee2316ce3366c2
Film
Bu arada fantastik filmlər daha geniş yer alır. Üzüklərin Hökümdarı trologiyası, Harri Potter və Ulduz Müharibəsi kimi filmlər tamaşıçılar arasında sevilən filmlərdəndir. Kompüter texnikasının inkişafı film texnikasından da yan keçməmişdir. Müasir filmlərin çəkilməsində animasiya filmləri də özünə geniş yer almışdır. Ə...
dfe134cba52cf666
Film
Azərbaycanda kino Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin"...
da1c9fc3d9ea5724
Film
1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçi...
749d69384e1575c6
Film
Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A...
41c0c6efcb030ff7
Film
XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birin...
ef20af375a4172ac
Film
Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətka...
fb1427687513374b
Film
Sovet kinosu ilk uğuru səssiz filmlər dövründə qazanır. O dövrdə proletar kino sənətinində novatorluq Qərdbdə bir çoxları üçün maraqlı idi. Sergey Eyzenşteynin işləri kinonun inkikşafına öz təsirini göstərir. Çılğınlı 20-ci illərədәn sonra SSRİ-də film sənəti sahəsində sakitlik hökm sürür. İkinci dünya müharibəsindən s...
82f0a4f16432d59a
Film
Digər tərəfdən sovet filmləri üçün xarici bazar ideoloji səbəbədən bağlı idi. Ölkə daxilində isə əksinə Sovet filmləri populyar idilər və kinoteatrlar çox vaxt ağzına qədər dolurdu. Bu ölkəyə küllü miqdarda qəlir gətirirdi. Onu da demək lazımdır ki, film sənətinin bir çox janrları senzura tərəfindən qadağan edilmişdir....
04391de4c51e1344
Film
Hind filmləri Hindistanda filmin tarixi 1896-cı ildə Lumyer qardaşlarının Vatson mehmanxansında öz kinematoqraflarının nümayişi ilə başlayır. Qısa müddət sonra, 1901-ci ildə ilk hind sənədli filmi çəkilir. Sənədli filmlərlə bərabər teatr filmləri də çəkilir. Bu qısa filmlər teatrlarda fasilə zamanı atraksiyon xarakterl...
f8a09631b08481f1
Film
Ənənəvi hind teatrı səhnə, rəqs və mahnı qarışığından ibarət idi. Bu ənənə sonralar filmlərdə də özünə yer alır. Avropada olduğu kimi burada da film istehsalı texnikanın inkişafı ilə ayaqlaşmağa çalışır və illər keçdikcə çoxlu sayda müxtəlif mövzularda filmlər çəkilir. Hind filmi istehsalı əsasən Mumbay (keçmiş Bombey)...
8e47421870c36718
Film
Ancaq hind filmləri keçmiş SSRİ məkanında populyar idi. Bu da müəyyən qədər siyasi durumla bağlı idi. Hind filminin əsas süjetləri gündəlik problemlər, məhəbbət, suç, qisas və bu kimi mövzulara toxunur. Hər bir hind filmini praktiki olaraq musiqili film janrına aid etmək olar. Son zamanlar Hindistanda da Avropa və Amer...
21e6ee8832e4e158
Film
Hal-hazırda Hindistan ölkə kimi istehsal olunan filmlərin sayına görə dünyada birinci yerdədir. Film janrları Bioqrafik filmlər — konkret şəxsin həyat və yaradıcılığından bəhs edən filmlərdir; İstern - əsasən vətəndaş müharibələrindən bəhs edən bu filmlər SSRİ kino sənayesində uğur qazanmışdır; Macəra filmləri — çətin ...
16693463fbf9a8ac
Film
von Geoffrey Nowell-Smith (Hrsg. ): Metzler, Stuttgart 1998, ISBN 3-476-01585-8 Geschichte des deutschen Films, hg. von Wolfgang Jacobsen, Anton Kaes, Hans H. Prinzler, Stuttgart: Metzler, 2. erw. Auflage 2004, ISBN 3-476-01952-7 Werner Faulstich: Filmgeschichte. Fink, Paderborn 2005, ISBN 3-8252-2638-7 Corinna Müller:...
d515e4bf80a08301
Böyük ipək yolu
Böyük ipək yolu — Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan ticarət yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. E.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış....
5e00f86e98cfa5ed
Böyük ipək yolu
Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanmışdır. E.ə.145-ci ildə Çinlərlə Hunlar arasında müharibə başladı. Və e.ə.120-ci ildə Hunlar məğlubiyyətə uğradılar. "İpək yol...
87f162fbd02e6c21
Böyük ipək yolu
Ferdinand von Richthofen) tərəfindən işlədilmişdir. İpək Tayfaları eradan əvvəl l əsrdən başlayaraq IIl minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Danqadan (Xaqan) götürmüşdür. Eramızdan əvvəl dördüncü ə...
0af377af23d11666
Böyük ipək yolu
206-cı il-b.e. 220-ci il), Çində Tanq sülaləsinin (b.e. 613–907-ci illər) və monqol imperatoru Xanatanın (b.e. XIII–XIV əsrlər) hakimiyyət dövrləri idi. Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da Ipək Yolunun bir hissəsi kimi baxmaq olar. Xan sülaləsinin hakimiyyəti dövründə Çin gəmiləri Cənub...
83055f99957c1618
Böyük ipək yolu
VII və VIII əsrlərdə Çin, Koreya və yapon gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. Çin gəmiləri həm də Hindistan və İrana, XV əsrdə isə Afrikaya da üzürdülər. XVI əsrdə isə portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar. Bir çox mühüm elmi və te...
86bfa9151128b9dc
Böyük ipək yolu
Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardır. Hindistana dənız çıxışı tapıldıqdan sonra isə Böyük İpək yoluna demək olar ki, ehtiyac olmamışdır. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək yolu XVI əsrdə tamamilə...
8048cba3528989d7
Böyük ipək yolu
Həmçinin, "Yeni ipək yolu" adı ilə tanınır. Layihənin həyata keçirilməsi sahəsində isə 13 may 1996-cı ildə Sərəxsdə İran və Mərkəzi Asiyanın dəmir yolu magistrallarının birləşdirilməsi mühüm addım oldu. Layihə dövlətlər arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirməyi və proqramın marşurutunun Avropa-Qafqaz-Asi...
66c1d5d65a087677
Böyük ipək yolu
Azərbaycanda Böyük İpək Yolu Böyük İpək yolunun ilk şaxəsi cənubi Azərbaycan ərazisindən keçdiyindən bu ərazi ilə geniş əlaqəsi olan Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradaraq yaranı...
21b2eb5278654c82
Cərəyan şiddəti
Cərəyan şiddəti (və ya sadəcə "cərəyan") qiymətcə naqilin en kəsiyindən {\displaystyle \delta t\,\!} zamanındada keçən {\displaystyle \delta q\,\!} yükün miqdarının δt zamanına olan nisbətinə bərabər olan skalyar kəmiyyət. Cərəyan şiddəti {\displaystyle I\,\!} hərfilə işarə olunur (bəzən də {\displaystyle J\,\!}
9019ad094b7226f4
Cərəyan şiddəti
hərfilə işarə olunur. Amma bunu cərəyan sıxlığı olan j → {\displaystyle {\vec {j}}} vektor kəmiyyəti ilə qarışdırmaq olmaz): δ q δ t Cərəyan şiddəti ilə bağlı məsələ həlli üçün istifadə olunan əsa düstur Om qanunu hesab olunur: Elektrik dövrəsi üçün : U R — cərəyan şiddəti gərginliklə müqavimətin nisbətinə bərabərdir. ...
fa37f31c90ecda61
Rəhim Rəhimli
Rəhim Rəhimli (28 dekabr 1976, Bakı – 30 sentyabr 2022, Bakı) — azərbaycanlı müğənni, bəstəkar, aktyor. Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdamda dünyaya gəlib. 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib. Bülbülə qəbiristanlığında dəfn olunub. Ekstravaqant tərzi ilə daima diqqət çəkmişdir. Çoxsay...
f07d0adbe214d5ad
İlham və Fərizə
İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990) və Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990)) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda q...
4e93bc3f7f348491
İlham və Fərizə
İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornaçı işləyirdi. İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirir. Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonun...
0026f0d1f3d21366
İlham və Fərizə
1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşama yaxın İlham qardaşı...
6b6f0184d8a35383
İlham və Fərizə
O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım idi. Həkimlər onun öz qanını yenidən özünə vurmuşdular. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə b...
c737e7df6e2ba0a9
İlham və Fərizə
O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar. Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı: Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içərək, intihar edir. İntihar zamanı o hamilə idi....
d3d1f7b07c8dc7b5
Ramin Quluzadə
Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021). 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. 1983–1993-cü illərdə Bakı şəhəri Yasamal rayonu 167 ...