passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
f6147e644167c282
Ramin Quluzadə
2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri tə...
d8bea49cb1782d45
Ombudsman
Ombudsman – İsveç mənşəli sözdür. Mənası agent və ya sədr deməkdir. Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyiş...
644b18ee38879819
Ombudsman
Ombudsmanın birinci səciyyəvi əlaməti onun tam müstəqiliyyidir. Dünya təcrübəsinə görə, bu orqan parlament tərəfindən təsis olunur və onun qarşısında hesabat verir. Ombudsman, funksiyalarını vətəndaşların tələbləri və şikayətləri üzrə öz şəxsi təşəbbüsü ilə həyata keçirir. Ombudsmanın hüquq statusu Konstitusiya və digə...
204b627e8bab624d
Ombudsman
Ombudsmana çatdırılan şikayətlərin çoxu idarəyə aid gecikmələr, şəffaflıq əskikliyi, ya da məlumat çatdırılmasının rədd edilməsi kimi məsələlərlə bağlıdır. Avropa qurumları ilə vəzifəliləri arasındakı əlaqələr, işçi heyətin işə alınması və rəqabətin fəaliyyəti kimi məsələlər də Ombudsmanın qarşısına qoyulur. Ombudsman ...
1eda6d33724def7d
Ombudsman
Haqqında şikayət edilən qurum Ombudsmana məlumat verməyə borcludur. Bundan başqa Parlamentə və şikayətçiyə də hesabat verir. Ombudsman Avropa Parlamenti tərəfindən 5 illik müddətə seçilir. Yardımçı katibliyi vardır. Mərkəzi Strasburqdakı Avropa Parlamentinin binasındadır. Ombudsman tamamilə azad və tərəfsiz işləyir, he...
bc130fd0af40f967
Azərbaycan Dəmir Yolları
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu ...
3fdc33fdb2a9832a
Azərbaycan Dəmir Yolları
1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qa...
c9f6fceafe4f6e2f
Azərbaycan Dəmir Yolları
Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batumi limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla t...
c0707fdf5bedf972
Azərbaycan Dəmir Yolları
Bununla Cənubi Qafqaz dəmir yolu Vladiqafqaz dəmir yolu ilə birləşdi və onun vasitəsilə Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşuldu, Azərbaycan və bütövlükdə Cənubi Qafqazla Mərkəzi Rusiya arasında müntəzəm nəqliyyat vasitəsi yaradıldı. 17 avqust 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin verdiyi qərara...
075a656a6647dabf
Azərbaycan Dəmir Yolları
Bu təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi. Əhalinin tələbatı o qədər yüksək idi ki, təkcə 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı. 1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu aldı. Azərbay...
6e3a17ded6df973b
Azərbaycan Dəmir Yolları
Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmlən...
f299f5f9cbaee82a
Azərbaycan Dəmir Yolları
Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti Şərq–Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk "Stadler" qatarı yola düşdü. "A...
d93f60df4fdc38b0
Azərbaycan Dəmir Yolları
Əsas göstəriciləri və fəaliyyət sahələri "Azərbaycan Dəmir Yolları" QSC aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: Yük daşımaları Sərnişin daşımaları "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Abşeron dairəvi dəmir yolu xətti üzrə, habelə ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımaları həyata keçirilir. Ab...
bb0117b2b6a6a510
Azərbaycan Dəmir Yolları
Sumqayıt Dəmiryol Vağzalı Sumqayıt sərnişin stansiyası 1958-ci ildə açılıb, 2015-ci ildə isə yenidən istifadəyə verilib. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən həmin ildə yeni Sumqayıt Dəmiryol Vağzalı inşa edilib. Sabunçu Dəmiryol Vağzalı 1880-ci ildə istifadəyə verilən Sabunçu dəmiry...
d28757563043564e
Azərbaycan Dəmir Yolları
Gəncə Dəmiryol Vağzalı 29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. Qəbələ Dəmiryol Vağzalı 15 may 2021-ci il tarixində Qəbələ Dəmiryol Vağzalının açılışı olub. Stansiyalar Yük stansiyaları Beynəlxalq dəhlizlər Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Şim...
1ebd01d8fe4d299d
Azərbaycan Dəmir Yolları
Şərq-Qərb Nəqliyyat Dəhlizi Şərq-Qərb Nəqliyyat Dəhlizi və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üz...
5568d3f36e6b0c56
Azərbaycan Dəmir Yolları
Şimal-Qərb Nəqliyyat Dəhlizi Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılması Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olub. Bu dəhliz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma əməliyyatlarına hesablanıb. O cümlədən, Şimal-Qərb nəqliyyat dəh...
8bd3915d02946fa8
Azərbaycan Dəmir Yolları
Marşrutun təqdimatı 12 yanvar 2016-cı il tarixində Bakıda keçirilmiş və elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukrayna dəmir yolları və dəniz limanları müəssisələri arasında müzakirələr aparılmış, nəticədə dəhlizin inkişafına dair Protokol imzalanmışdır. Bu sənədə əsasən, sözügedən dəhlizin tam adı "Fars körfə...
2c567b1f9cb28dd9
Azərbaycan Dəmir Yolları
Gürcüstan – 1 520 mm genişliyi. İran – 1 435 mm genişliyi – keçid yalnız Naxçıvan Muxtar Respublikasındandır, çünki Naxçıvana və İrana keçid yalnız Ermənistan ərazisindən və Ermənistan tərəfindəndir. Türkiyə – birbaşa keçid yoxdur – 1 435 mm genişliyi – Gürcüstan ərazisindən keçid Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə...
d9b38dc8e79e15d0
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısı
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısı — İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adı almış azərbaycanlıların siyahısı. Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə ...
c6bc47ecd1404478
Heykəltəraşlıq
Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. Heykəltaraşlıq əsasən 2 növə ayrılır: həcmli və ya dairəvi relyef (barelyef, qorelyef).Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəl...
cc305ab7c1a2e34e
Heykəltəraşlıq
Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltaraşlığı nümunələri sayılır. Azərbaycanın professional heykəltaraşlığı Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qa...
e7609168f1c9ee71
Heykəltəraşlıq
Cəlal Qaryağdının yaradıcılığında "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad dağı yarır" qorelyefini xüsusi qeyd etmək lazımdır. Müasir dövrdə Azərbaycan heykəltaraşlığı Müasir dövrdə Azərbaycan heykəltaraşlığı Ömər Eldarov (H. Cavid, Bakı, 1993, tunc; Atatürk, Bakı, 2010, tunc), Tokay Məmmədov (Koroğlu, B...
cf0945620791aa6b
Heykəltəraşlıq
Müasir dövr Azərbaycan heykəltaraşlığı XX əsr heykəltaraşlıq ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır. İnkişaf tarixi Heykəltaraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltaraşlıq sənətinə yiyələnmələri böyük ro...
8a39231d3a8814c1
Heykəltəraşlıq
Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasınd...
d38cd6bfc2a47e29
Ədliyyə Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — ədliyyə sisteminin tənzimlənməsi, dövlət ittihamçısına nəzarət, hüquq sisteminin və ictimai asayişin qorunması və qanun islahatlarının aparılması məsələləri ilə məşğul olan dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən ça...
02afa43b9884ec59
Ədliyyə Nazirliyi (Azərbaycan)
Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, no...
8b29da6a229d7941
Martina Ştossel
Martina Stoessel (isp. Martina Stoessel; 21 mart 1997, Buenos-Ayres) — argentinalı müğənni, aktrisa, rəqqasə. 21 mart 1997-ci ildə dünyaya gəlib. Anasının adı Mariana Muzlera, atasının adı Alejandro Stoessel, qardaşının adı isə Francisco Ştosseldir. 2016-cı ildə Pepe Barroso ildə partnyor olub. Filmoqrafiya:Serial Film...
4ece74911c806d02
Latviya
1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddi...
5bff70bbb12a54ac
Latviya
Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918-ci ildə elan edilmişdir. 1940–1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır.
3754356f9e4da4ca
Latviya
Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır. Etimologiya Latvija sözü qədim latqallardan gəlir. Onlar digər Hind-Avropa tayfaları və bundan əlavə baltik finlər olan livlər ilə müasir latışların etnik kodu qurdular. "...
f4482ab3126fb58d
Latviya
Əvvəldən almanlar qədim latqalların yaşadığı torpaqları belə adlandırırdılar. Latvija sözü latış dilinə litva dilindən gəlib. Litva dilində bu söz latışların adından (lit. latviai) yaranmışdı. Latviyanın rəsmi dili ölkədə ən çox danışılan latış dilidir.
e4fc4145e8818bf3
Latviya
Ölkədə ikinci ən çox danışılan dil rus dilidir. Bundan əlavə, ölkənin bəzi regionlarda livon (əsasən Kurzemedə) və latqal (əsasən Latqaliyada) dillərindən istifadə edilir. Latviyada ən böyük din Xristianlıqdır, amma əhalinin sadəcə 7%-i müntəzəm şəkildə dini yığıncaqlarda iştirak edir. Ərazisi 100 diyar və 9 Respublika...
4860c560c88c1cbb
Eritrositlərin çökmə sürəti
Eritrositlərin çökmə sürəti - (EÇS) qandakı eritrositlərin çökmə sürətidir. Bu qeyri-spesifik müayinə metodu iltihabi proseslərin mövcud olması barədə şübhələr olduqda və ya onların gedişini öyrənmək məqsədi ilə aparılır. Müayinəyə əsas göstərişlər iltihabi proseslər, infeksion xəstəliklər və profilaktika məqsədi ilə a...
925045a207e86510
Eritrositlərin çökmə sürəti
Bu qarışıq 200 mm uzunluğundakı şüşə yaxud plastik sınaq borusuna tökülür. Bu zaman eritrositlər özlərinin ağırlıq qüvvəsinin təsiri altında çökməyə başlayır. Nəticə, adətən, bir saatdan sonra mövcud çöküntünün uzunluq ölçüsü ilə müəyyən olunur. İkinci göstərici olaraq iki saatdan sonra, gərəkli hallarda isə 3-cü göstə...
8673debb6988cd02
Nuri Sərinləndirici
Nuruyev Vüqar Rəşid oğlu və ya səhnə adı ilə Nuri Sərinləndirici (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir: "Naxçıvanı...
cd682134ea4ca550
Nuri Sərinləndirici
Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib. Məktəbdə təhsil aldığı müddət ərzində öz musiqi kolektivini yarad...
3ebd1dbc395bc40d
Rəşad Mahmudov
Rəşad Məmmədqulu oğlu Mahmudov (18 yanvar 1974, Astara rayonu) — millət vəkili, Milli Məclisinin VI çağırış deputati, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi (2014). Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə As...
b2a27cf79a6977fd
Rəşad Mahmudov
1997–2004-cü illərdə Türkiyə Respublikası "Ege Universiteti"nin ürək-damar cərrahiyəsi mərkəzində, 2004–2005-ci illərdə isə Türkiyə Respublikası Kent xəstəxanasında ürək-damar cərrahı işləmişdir. 2005–2017-ci illərdə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı...
7d39fcfaf4813e4d
Rəşad Mahmudov
20–22 noyabr 2014-cü il tarixləri arasında "20 Noyabr Ümumdünya Uşaqlar Günü"nə həsr olunmuş "Children's hearts beat in Azerbaijan" (Uşaq ürəkləri Azərbaycanda döyünür) şüarı altında "Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Azərbaycan Beynəlxalq Ürək Qr...
57340bbc9b4448f1
Rəşad Mahmudov
28.12.2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi medalı" ilə təltif olunmuşdur. 10.05.2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunmuşdur. 16.06.2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlha...
55710feaa9447dcb
Botanika
Botanika — biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. tədqiq edən elm. Biologiya elmləri sisteminə daxildir. Botanikanın əsas bölmələri: sistematika (bitkiləri qohumluq baxımından qruplaşdırır və tari...
490e35097bd10627
Botanika
E.ə. 4–3-cü əsrlərdə yaşamış filosof Teofrast 10 cildlik "Bitkilərin təbii tarixi" adlı əsərində 450 növ bitkini təsvir etmiş və onların təsnifatını vermişdir. Bitkilərin təsviri və hesaba alınması, yəni bitki sistematikası ilə e.ə. 2-3-cü minilliklərdə Qədim Çin, Hindistan və Misir alimləri məşğul olmuşlar. Qədim yuna...
6f79ea289d553f05
Botanika
I əsrdə Romada yaşamış həkim Dioskrid əsərlərində 600-ə yaxın bitkinin, o cümlədən dərman bitkilərinin təsvirini vermiş və onların rast gəldiyi yerləri göstərmişdir. Pliniy və Dioskridin əsərlərində bir çox bitkilərə latınca ad verilmişdir ki, onlar indi də həmin adlarla tanınır. Orta əsrlərdə yaşamış məşhur Orta Asiya...
f1b99a8bbcad92c7
Botanika
Hacıyeva H.M., Məhərrəmov Ə.M., İsmayılov Q.K., Qafarova İ.V. Biologiyanın inkişaf tari xi və metodologiyası, Bakı – 2009. Azərbaycan maarif komissarlığı. Bitki adları. - Bakı: Azərnəşr, 1927.- 21 s. Xarici keçidlər Həmçinin bax
56fb60141cf4c9fb
Bakı küçələrinin köhnə və yeni adlarının siyahısı
Aşağıdakı siyahıda Bakının köhnə küçələrinin adları, onların necə dəyişməsi və ən nəhayət, hal-hazırkı adları qeyd edilmişdir. Belə ki, "1" - ... - "2" siyahısında "2" hal-hazırkı adı göstərir. 1-ci Alatava — Müzəffər Həsənov 2-ci Alatava — Heydər Hüseynov 3-cü Alatava — Şeyx Məhəmməd Xiyabani 4-cü Alatava — General Mə...
84823dba020425db
Bakı küçələrinin köhnə və yeni adlarının siyahısı
Şamil Əzizbəyov Kirpiçni — Kərpiç Kiyev prospekti — Akim Abbasov küçəsi Kladbişenski — Məzarlıq-a bax Knunyants kecidi — Natəvan döngəsi Kolodezni — Ağamalıoğlu — Rostropoviçlər Kolomiytsev — ? Kolyubakin — Yefim Saratovets — Nigar Rəfibəyli Karqanov — Rəsul Rza Krasnı — Qırmızı əsgər-ə bax Krasnı Asker — Qırmızı əsgər...
be4eceb86135e877
Qalaktika
Qalaktika və ya Kəhkəşan — vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qaranlıq materiya sisteminə verilən addır. Qalaktika sözü yunanca "galaxias" (γαλαξίας) sözündən gəlir və mənası "südlü" deməkdir. Qalaktikalar ölçülərinə görə tərkibinə 100 milyon (108) ulduz...
29e6e84d076d65ba
Qalaktika
2016-cı ilin mart ayına olan məlumata görə, GN-z11 Yerdən 32 milyard işıq ili məsafədə olan ən qədim və ən uzaqdan müşahidə olunan qalaktikadır. Bu qalaktika böyük partlayışdan 400 milyon il sonra yaranmış kimi müşahidə edilmişdi. 2016-cı ildə yayımlanan bir araşdırmaya görə, müşahidə edilən kaintada qalaktikaların say...
97210de3373e10fe
Qalaktika
Qalaktikaların əksəriyyəti cazibə qüvvəsi ilə qrup, topa və super topa şəklində bir yerdə yığılmış olurlar. Süd yolu və Andromeda qalaktikası Lokal Qrupun tərkibinə daxildir. Lokal Qrup isə Virqo super topasının tərkib hissəsidir. Böyük miqyasda bu birliklər ümumən böyük boşluqlarla əhatə olunmuş təbəqə və filamentləri...
56fc693d1de64c04
Qalaktika
Yunan mifologiyasında bəhs edilir ki, Zevs ölümlü bir qadından doğulan körpə uşağını, Heraklı, Heranın sinəsinin üzərinə qoyur ki, körpə onun ilahi südünü içsin və beləliklə, ölməz olsun. Hera ana südü verərkən oyanır və sonra naməlum bir körpəni əmizdirdiyini anlayır:o, körpəni özündən itələyir, südünün bir hissəsi sə...
262b438761c8213f
Qalaktika
Nomenklatura On minlərlə qalaktikalar kataloqlaşdırıldı, ancaq onlardan yalnız bir neçəsinin xüsusi adları var: Andromeda qalaktikası, Magellan buludları, Brulğan qalaktikası, Sombrero qalaktikası və.s. Astronomlar bir neçə xüsusi kataloq üzərində işləyirlər: Messier kataloqu, NGC (Yeni ümumi kataloq— New General Catal...
ae37cc97208be2ce
Qalaktika
450–370) Süd Yolu olaraq bilinən gecə səmasındaki parlaq zolağın uzaq ulduzlardan ibarət olması fikrini irəli sürmüşdü. Ancaq Aristotel hesab edirdi ki, Süd Yolu "böyük, çox sayda və bir-birinə yaxın olan bəzi ulduzların odlu ekshalasiyasının alovlanmasından" qaynaqlanır və "alovlanma atmosferin yuxarı hissəsində, səma...
e9821de9f87b96b9
Qalaktika
Əndəlüs astronomu İbn Bəccə Süd Yolunun demək olar ki, bir-birinə toxunan çoxlu ulduzdan meydana gəldiyini və sublunar materialın səbəb olduğu sınma effektinə görə davamlı bir görüntü şəklində göründüyünü irəli sürürdü. Müşahidələrini sübut etmək üçün dəlil olaraq Yupiter və Marsın gecə səmasında birləşməsinə istinad e...
678a8121dd543d83
Qalaktika
Süd Yolunun formasının və Günəşin mövqeyinin təsvirinin müəyyən edilməsindəki ilk cəhd ilk dəfə Uilyam Herşel tərəfindən 1785-ci ildə həyata keçirildi. O, səmanın müxtəlif bölgələrindəki ulduzların miqdarını böyük dəqiqliklə sayaraq Günəş sisteminin mərkəzə yaxın olduğu qalaktikanın formasının diaqramını hazırladı. Kap...
16d9441d2d5aa09b
Qalaktika
Sufi onu "kiçik bulud" olaraq təsvir etmişdi. Tədqiqatlarını Hərəkətsiz Ulduzlar Kitabında yayımlayan əl-Süfi Böyük Magellan Dumanlığından da bəhs etmişdi, hansı ki, Yəməndən görünüb, yaşadığı şəhər olan İsfahandan görünmədiyinə görə onu "cənub ərəblərin əl-Bəkri" olaraq adlandırırdı. Böyük Magellan Dumanlığını avropal...
7dc80bce96c74d48
Qalaktika
1750-ci ildə Tomas Rayt özünün "Kainatın yeni Hipotezləri və ya Orginal Nəzəriyyə" əsərində "Süd Yolu ulduzların düzləşdirilmiş diskidir və ola bilər ki, gecə səmada görünən bəzi dumanlıqlar başqa Süd Yollarıdır" fərziyyəsini irəli sürdü. 18-ci əsrin sonlarına yaxın Çarlz Messier bulanıq görünüşə sahib 109 ən parlaq gö...
a19537392a4322b9
Qalaktika
Fotoqrafik qeydlərdə axtarış edərək daha 11 yeni nova aşkarladı. Bu novalar bizim qalaktikada baş verənlərdən orta hesabla 10 görünən ulduz ölçüsü qədər daha xəfif idi. Nəticədə, o, məsafənin 150.000 parsek olduğunu təxmin etdi. O, spiral dumanlıqların əslində müstəqil qalaktikalar olduğunu irəli sürən "ada kainatlar" ...
3c4ee031c8276fbb
Qalaktika
Bu müşahidələr qalaktikamızın mərkəzində fırlanan budaq satrukturu hipotezinin yaranmasına səbəb oldu. Təkmilləşdirilmiş radio teleskopları ilə hidrogen qazının izlərinin digər qalaktikalarda da təyin edilməsi mümükündür. 1970-ci ildə Vera Rubin müşahidə olunan qalaktik fırlanma sürəti ilə görünən ulduzların və qazın k...
d825e4e6c095887d
Qalaktika
Xüsusilə, Qaçınma zonasında aparılan qalaktik müşahidələr bir sıra yeni qalaktikaları aşkar etdi. 2016-cı ildə Habbl Kosmik Teleskopu tərəfindən 20 il ərzində toplanan görüntülərin 3D modelləşdirilməsindən istifadə edərək Nottinqem Universitetinin professoru Kristofer Konselisin rəhbərliyini etdiyi, "The Astrophysical ...
e58cf49832cc29ee
Qalaktika
Görünüşləri az struktur göstərir və nisbətən az ulduzlararası maddəyə sahibdirlər. Nəticə etibarı ilə, bu qalaktikalar açıq ulduz topalarının az hissəsinə sahibdir və yeni ulduz formalaşmasının azaldılmış dərəcəsi ilə xarakterizə olunur. Bunun əvəzinə, bu qalaktikalarda ümumi cazibə mərkəzi ətrafında təsadüfi istiqamət...
776d601d2d2d2370
Qalaktika
Nəhəng elliptik qalaktikalar çox vaxt böyük qalaktika topalarının nüvəsinin yaxınlığında olur. Qabıq qalaktika Qabıq qalaktikası qalaktikanın haləsində ulduzların konsentrik qabıqlarda yerləşdiyi elliptik qalaktika tipidir. Elliptik qalaktikaların təxminən onda bir hissəsi spiral qalaktikalarda əvvəllər müşahidə olunma...
28941eecdc11fb6e
Qalaktika
Spiral qalaktikalar spiral fırlancağa bənzəyir. Baxmayaraq ki, bu cür qalaktikalarda yerləşən ulduzlar və digər görünən materiya, əsasən, müstəvidə yerləşir, spiral qalaktikalardakı kütlənin əksəriyyəti görünən komponentdən kənara çıxan qaranlıq maddənin təxminən sferik halosunda olur.Spiral qalaktikalar yaşlı ulduzlar...
6ab9be105784f5d4
Qalaktika
Bəzi spiral qalaktikalar qalın və iri qabarıqlığa sahibdir, bəziləri isə düz diskə, incə və yoğun qabarıqlığa sahibdir, hansı ki, bu cür qalaktikalar daha sürətli fırlanır. Spiral qalaktikalarda spiral qollar təxminən loqaritmik spiral şəklinə malikdir. Ulduzlar kimi spiral qollar da mərkəz ətrafında fırlanır, ancaq sa...
9af7d9eeaa05f148
Qalaktika
Budaqlı spiral qalaktika Süd Yolu qalaktikamız da daxil olmaqla spiral qalaktikaların əksəriyyəti xətti, budaq formalı ulduz qrupuna sahibdir, hansı ki, nüvənin hər iki tərəfindən xaricə doğru uzanır, sonra isə spiral qol strukturuna birləşir. Habbl təsnifat sxemində bunlar SB ilə təyin olunur, sonra spiral qolların fo...
cf05276abf264a7f
Qalaktika
Bu qalaktikalar xeyli miqdarda ultrabənövşəyi və orta miqdarda infraqırmızı işıq istehsal edir. Bu qalaktikaların ulduz formalaşdırma dərəcəsinin çox olduğu düşünülür, təxmini olaraq Süd Yolunun ulduz formalaşdırma dərəcəsindən 30 dəfə çoxdur. Digər morfologiyalar Pekulyar qalaktikalar digər qalaktikalar ilə qravitasiy...
53053f2727709c5e
Qalaktika
Habbl təsnifatında bu qalaktikaların tipi S0 olaraq göstərilir (Budaqlı linzavari qalaktikalar isə SB0 tipində göstərilir). Qeyri-müntəzəm qalaktikalar asanlıqla elliptik və ya spiral olaraq təsnifləşdirmələri qeyri-mümkün olan qalaktikalardır. Irr-I qalaktikaları müəyyən bir quruluşa sahibdir, lakin Habbl təsnifat sxe...
12f46eb171e588b9
Qalaktika
Parlaqlığın olmaması ulduz formalaşdıran qazın olmamasından qaynaqlanır, bu da yaşlı ulduz populasiyalarına səbəbiyyət verir. Cırtdan qalaktikalar Böyük elliptik və spiral qalaktikaların üstünlük təşkil etməsinə baxmayaraq, əksər qalaktikalar cırtdan qalaktikalardır. Bu qalaktikalar digər qalaktik formasiyalarla müqayi...
386f68d368f61407
Qalaktika
Qalaktikanın digər tipləri Qarşılıqlı təsir Qalaktikalar arasındakı qarşılıqlı təsir nisbətən tez-tez olur və qalaktik təkamüldə mühüm rol oynayır. Qalaktikalar bir-birindən yaxın keçişlər edərkən qravitasiya qarşılıqlı təsiri onların deformasiyasına və bir-biriləri ilə qaz, toz mübadiləsi etməsinə səbəbiyyət verir. To...
226b20caded73c58
Qalaktika
Birləşmələr orijinal qalaktikalarla müqayisədə morfologiyada əhəmiyyətli dəyişikliklərlə nəticələnə bilir. Birləşmə zamanı bir qalaktika digərindən daha çox kütləlidirsə, nəticə kannibalizm adlanır. Daha kütləli böyük qalaktika birləşmə nəticəsində deformasiyaya məruz qalmır, kiçik qalaktika isə parçalanır. Hazırda Sag...
228a5818b90b64c8
Qalaktika
Əgər onlar bu templə ulduz yaratmağa davam etsələr, onda qaz ehtiyatlarını qalaktikanın ömründən az olan bir müddət ərzində istehlak edərdilər. Belə ki, ulduzyaratma aktivliyi 10 milyon il dəvam edir; qalaktika tarixində nisbətən qısa perioddur. Ulduzyaradan qalaktikalar kainatın ilkin vaxtlarında daha çox yayılmışdı v...
c873cd19b8391e06
Qalaktika
Qeyri-müntəzəm qalaktikalar tez-tez ulduzyaratma aktivliklərinin aralıq düyünlərini nümayiş etdirir. Fəal Qalaktika Müşahidə olunan qalaktikalarda fəal qalaktik nüvə varsa, onlar aktiv qalaktikalar kimi təsnif edilir. Qalaktikadan buraxılan ümumi enerjinin əhəmiyyətli bir hissəsi ulduzlar, toz və ulduzlararası mühit əv...
df46123ba6257cb1
Qalaktika
Parlaqlığından asılı olaraq təsnif edilən Seyfert qalaktikaları və ya kvazarlar rentgen şüaları şəklində yüksək enerjili radiasiya yayan fəal qalaktikalardır. Hesab edilir ki, Blazarlar Yerə istiqamətlənmiş relyativistik axına sahib fəal qalaktikadır. Radioqalaktika relyativistik axınlardan radio tezliyi yayır. Bu tip ...
ac5efcc74b5c7087
Qalaktika
Zəif ionlaşmış xətlərin həyəcanlaşma mənbələrinə post-AGB ulduzları, AGN və zərbələr daxildir. Yaxınlıqdakı qalaktikaların təxminən üçdə biri LINER nüvələrini ehtiva edir. Seyfert qalaktikaları Seyfert qalaktikaları kvazarlarla birlikdə fəal qalaktikaların ən böyük iki qrupundan biridir. Onların çox yüksək səthi parlaq...
9c3b18934c39ea41
Qalaktika
Kvazarlar son dərəcə parlaqdır və ilk dəfə radio dalğaları və görünən işıq da daxil olmaqla, elektromaqnit enerjisinin yüksək qırmızı yerdəyişmə mənbəsi olaraq müəyyən edilmişdir. Onların parlaqlığı Süd Yolunun parlaqlığından 100 dəfə çox ola bilir. Parlaq infraqırmızı qalaktika Parlaq infraqırmızı qalaktikalar 1011 L☉...
69d2bdfe892da68f
Qalaktika
Maqnetik sahələr qaz buludlarının dağılması və beləliklə, yeni ulduzların formalaşması üçün tələb olunan impuls momentinin daşınmasını təmin edir. Spiral qalaktikalar 10 μG (mikroQaus) və ya 1 nT (nanoTesla) tipik bərabər paylanma gücünə sahibdir. Müqayisə üçün, Yerin maqnit sahəsinin orta gücü təxminən 0,3 G (Qaus və ...
0b593153a17b1e4b
Qalaktika
Formalaşması Erkən kainatın mövcud kosmoloji modelləri Böyük partlayış nəzəriyyəsinə əsaslanır. Böyük partlayışdan təxminən 300.000 il sonra hidrogen və helium atomları formalaşmağa başladı. Təxminən bütün hidrogenlər neytral (ionlaşmayan) idi və asanlıqla işığı udurdu. Bu vaxt ulduzlar hələ formalaşmamışdı. Nəticə eti...
3c8dddfb6016556e
Qalaktika
Bu ibtidai strukturlar sonda bu gün gördüyümüz qalaktikalara çevriləcəkdi. İlkin qalaktikalar Qalaktikaların ilkin ortaya çıxmasına dair dəlil 2006-cı ildə tapıldı; IOK-1 qalaktikası qeyri-adi dərəcədə yüksək qırmızı yerdəyişmə göstəricisinə sahib idi, hansı ki, bu, qalaktikanın Böyük partlayışdan 750 milyon il sonra y...
4969f28e887a8a23
Qalaktika
Erkən qalaktika formalaşması Bir qalaktikanın formalaşmasından bir milyard il ərzində əsas strukturlar ortaya çıxmağa başlayır: kürəvi ulduz topaları, mərkəzi ifrat kütləli qara dəlik və metal baxımından yoxsul II Populyasiya ulduzlarının qalaktik qabarıqlığı formalaşır. İfrat kütləli qara dəliyin formalaşması qalaktik...
14603726066548a9
Qalaktika
Qalaktikaların birləşməsi erkən dövrdə çox yayılmışdı və əksəriyyətinin özünəməxsus morfologiyası var idi. Ulduzlar arasındakı məsafələr nəzərə alındıqda, toqquşan qalaktikalarda ulduz sistemlərinin böyük əksəriyyəti təsirlənmir. Ancaq spiral qolları yaradan ulduzlararası qazın və tozun qravitasiya təsiri ulduzların uz...
57b3f1f9c8b3f63c
Qalaktika
Süd Yolu kimi spiral qalaktikalar spiral qollarında ulduzlararası hidrogenin sıx molekulyar buludları olduğu müddətcə ulduzların yeni nəsillərini əmələ gətirirlər. Elliptik qalaktikalarda bu qaz olmadığından sadəcə bir neçə yeni ulduz əmələ gətirirlər. Ulduz yaradan materialın tədarükü məhduddur: ulduzlar mövcud hidrog...
6705344e643d1da3
Qalaktika
Aşkar edilmişdir ki, araşdırılan qalaktikaların yalnız yüzdə beşi həqiqətən təcrid olunmuşdur. Lakin bu təcrid olunmuş formalaşmalar keçmişdə digər qalaktikalarla qarşılıqlı təsirə girmiş və hətta birləşmiş ola bilər. Təcrid olunmuş qalaktikalar ulduzları normaldan daha yüksək tempdə formalaşdıra bilir, çünki qazları y...
8b71c17c8af589ce
Qalaktika
Bir topadaki kütlənin təxminən 70–80 %-i qaranlıq maddə formasındadır, 10–30 %-i bu qızdırılmış qazdan ibarətdir və qalan bir neçə faizi qalaktikalar şəklindədir.Əksər qalaktikalar bir sıra digər qalaktikalarla qravitasiya vasitəsilə bağlıdır. Bunlar yığılmış strukturların fraktal bənzəri iyerarxik paylanmasını formala...
ab00f25cc4fcceea
Qalaktika
Super topa miqyasında qalaktikalar geniş boşluqları əhatə edən təbəqələr və liflər (filamentlər) halında düzülmüşdür. Bu miqyasın üstündə kainat bütün istiqamətlərdə eyni cür görünür (izotrop və bircins), baxmayaraq ki, bu anlayışı son illərdə bu miqyasdan çox olan genişmiqyaslı strukturların çoxsaylı tapıntıları şübhə...
b4e7408fad16bcd2
Qalaktika
Həmçinin ionlaşmış H II bölgələrini müşahidə etmək və tozlu qolların paylanmasını araşdırmaq üçün spektrin əlverişli hissəsidir. Ulduzlararası mühitdə olan toz görünən işığa qeyri-şəffafdır. Lakin nəhəng molekulyar buludların daxili bölgələrini və qalaktik nüvələri ətraflı şəkildə müşahidə etmək üçün istifadə edilən uz...
00b675e8e45b8b4f
Qalaktika
Fəal nüvələrdən çıxan aktiv axınların xəritələndirilməsində böyük radio interferometrlərdən istifadə edilmişdir. Radioteleskopları kainatın erkən vaxtlarında mövcud olmuş və sonra qalaktikaları formalaşdırmış potensial olaraq ionlaşmamış madə də daxil olmaqla, neytral hidrogeni müşahidə etmək üçün də istifadə edilir.Ul...
781898eb5bebe6ec
Qalaktika
May 3, 2000. 2009-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2007. Biblioqrafiya Xarici keçidlər NASA/IPAC Extragalactic Database (NED) (NED-Distances) Galaxies on In Our Time at the BBC An Atlas of The Universe Galaxies — Information and amateur observations The Oldest Galaxy Yet Found Galaxy classif...
3e926b6b23daf4f4
Firəngiz Mütəllimova
Firəngiz Mütəllimova (Firəngiz Bəhər qızı Mütəllimova; 1 may 1959, Ağcabədi) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019). Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstit...
404760276c4c4d71
Firəngiz Mütəllimova
Firəngiz Bəhər qızı Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. ADMİU-nun dosentidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may...
4e04573d1eef57f1
Firəngiz Mütəllimova
Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova bu evliliyə öz istəyi ilə son qoyub. Filmoqrafiya Acılar bitməz (film, 2009)(tammetrajlı bədii film)-rol: Sıdıka Adam ol! (film, 2005)(tammetrajlı bədii film)-rol: Firəngiz Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film)(Lider tv) Bacanaqlar (film...
82883a40e14a52bb
Fars dili
Fars dili (fars. فارسی, Farsi endonimi ilə də tanınır, [fɒːɾˈsiː] (qulaq asmaq)) — Hind-Avropa dillərinin Hind-İran bölməsinin İran qoluna aid olan Qərbi İran dilidir. Fars dili, əsasən İran, Əfqanıstan və Tacikistanda danışılan və rəsmi olaraq üç qarşılıqlı başa düşülən standart növdə istifadə olunan plurisentrik bir ...
7cde5ee490718c71
Fars dili
Onun qrammatikası bir çox Avropa dillərininkinə bənzəyir. Tarix boyu fars dili mərkəzi Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyada olan müxtəlif imperiyalar tərəfindən nüfuzlu bir dil kimi istifadə edilmişdir. Qədim fars dili qədim fars mixi yazısında eramızdan əvvəl 6–4-cü əsrlərə aid kitabələrdə təsdiq edilmişdir. Orta...
fbbae26d5a7c986b
Fars dili
Orta əsrlərdə ərəb dilinə də müəyyən təsir göstərmişdir. Orta əsrlərdə fars ədəbiyyatının məşhur əsərlərindən bəziləri Firdovsinin "Şahnamə"si, Ruminin əsərləri, Ömər Xəyyamın rübailəri, Nizami Gəncəvinin "Pənc Gənci", Hafizin divanı, Nişapurlu Əttarın "Quşların konfransı"dır. və Sədi Şirazinin Gülüstan və Bustan müxtə...
246a805ab967c303
Fars dili
Etimologiya Fars dili termini Latın Persiānus sözünün ingiliscə törəməsidir, Fars dilinin sifət formasıdır, özü də Yunan Persís (Περσίς), Qədim Fars Pārsa (𐎱𐎠𐎼𐎿 ("Parsi" (") mənasını verən") ellinləşdirilmiş formasından əmələ gəlmişdir. İranın cənub-qərbindəki müasir Fars bölgəsinə uyğun gələn bölgə). Oksford İngil...
a7c88d5e5367ea81
Fars dili
Etimoloji olaraq, farsca termini Farsi öz əvvəlki forması olan Pārsi (orta fars dilində Pārsik ), bu da öz növbəsində İngilis fars termini ilə eyni kökdən gəlir. Eyni prosesdə orta fars toponimi Pārs ("Fars") müasir Fars adına çevrildi. /p/ -dən /f/ -ə fonemik keçid orta əsrlərdə ərəb dilinin təsiri ilə bağlıdır və sta...
3628e7165954302b
Fars dili
bu dialektlərdən. İran, Əfqanıstan və Tacikistanın farsdilli xalqları bir-birini nisbətən yüksək dərəcədə başa düşə bilirlər. Buna baxmayaraq, Encyclopædia Iranicaqeyd edir ki, iran, əfqan və tacik sortları fars dilinin fərqli qollarını təşkil edir və hər bir qolun daxilində müxtəlif yerli dialektlər mövcuddur. Aşağıda...
b9e61c44c66a124b
Fars dili
Yəhudi-Tat. Azərbaycanda, Rusiyada, eləcə də İsrail və Nyu-Yorkdakı immiqrant icmaları tərəfindən danışılan tat-fars dilinin bir hissəsi.İran dil ailəsinin daha uzaq qohum qollarına kürd və bəluç dilləri daxildir. Morfologiya Az sayda prefiks olsa da, şəkilçilər fars morfologiyasında üstünlük təşkil edir. Feillər zaman...
6bf4111c18d6b01b
Fars dili
Obyekt konkretdirsə, predmetdən sonra rā sözü gəlir və ön söz birləşmələrindən əvvəl gəlir: (S) (O + rā ) (PP) V İran fars dilində altı sait və iyirmi üç samit var; həm Dari, həm də Tajiki dillərində səkkiz sait var. Tarixən fars uzunluğu fərqləndirirdi. Erkən Yeni Fars dilində üç qısa sait / æ /, /i/ və /u/ ilə birlik...
9d670b74d8a203cd
Fars dili
Buna görə də, müasir Əfqan Dari dialektləri Erkən Yeni Fars dilinin sait inventarına ən yaxın olanlardır. Mövzu ilə bağlı əksər tədqiqatlara görə (məsələn, Samare 1977, Pisowicz 1985, Najafi 2001), ənənəvi olaraq uzun hesab edilən üç sait (/i/, /u/, /ɒ/) hazırda qısa həmkarlarından (/e/) fərqlənir. /o/, /æ/) uzunluğa g...
e830a0a79ba53d99
Fars dili
Fars dili sözlükləri Fars-Türk dili sözlükləri Şəfəq Əlibəyli. Farsca-rusca-azərbaycanca müxtəsər lüğət (fars sözlərinin transkripsiyası ilə), 2012. Yusif Mirbabayev, M. Əlizadə, M. Əsgərli, Qəmbərova A. Farsca-rusca-azərbaycanca müxtəsər lüğət, 1945. Fars və başqa dillərin sözlükləri Edic Baghdasarian. Armenian-Englis...