passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
968c8e3c0b687418
Klimaks
Klimaks və ya menopauza - orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düş...
277b66f1ebc92b6a
Klimaks
Bütün bunlar, yaşın artması ilə əlaqədar olaraq, qadın orqanizmində progesteron və estrogen kimi, qadın cinsi hormonların hazırlanmasının azalması səbəbindən baş verir. Əvvəlcə aybaşılar qeyri-müntəzəm xarakter alır. Aybaşı bəzən qısa, bəzən uzun çəkir, bəzən bir neçə ay fasilədən sonra yenidən başlayırlar. Daha sonda ...
c7d03267249b88de
Klimaks
Bu zaman yumurtalıqların ölçüləri də kiçilir. Dəyişikliklər qadın orqanizminin digər orqan və sistemlərində də (sinir, qan-damar, həzm, sidik ifrazı və s.) baş verir. Klimakterik dövrün mərhələsi Klimakterik dövr üç mərhələdən ibarətdir: - Menopauzaönü (menofasiləönü) mərhələ. Bu, aybaşı qanaxmalarının kəsilməsindən ön...
cc45758063ed10a6
Klimaks
Qeyd etmək lazımdır ki, klimakterik dövründə də qadın hamilə ola bilər. Belə hesab edirlər ki, qadın yalnız son aybaşından bir il keçdikdən sonra tam sonsuz olur. Əksər qadınlarda aybaşı orta hesabla 50 yaşında kəsilir. Bəzi qadınlarda müntəzəm aybaşılar 55 yaşınadək uzanmış olur, digərlərində isə klimaks artıq 40 yaşı...
01cadbc84905e667
Klimaks
Erkən klimaks isə, adətən, uzun müddət ərzində davam edir və əksər hallarda xoşagəlməz əlamətlərlə müşayiət edilir. Klimakterik dövrə 50 yaşından sonra daxil olan qadınlar üçün bu, müəyyən dərəcədə xeyirlidir. Belə ki, bu zaman qadın cinsi hormonları (estrogenlər) onların orqanizminə daha çox müddət ərzində təsir etdik...
52c80c2a53c9c244
Klimaks
Fərq yalnız ondadır ki, bütün qadınlarda bu heç də eyni bir vaxtda baş vermir və onlar klimaks dövrünü heç də eyni cür keçirmirlər. Klimaksın gedişi bir çox hallarda mərkəzi sinir sisteminin xüsusiyyətlərindən, qadının sağlamlıq vəziyyətindən, həyat və məişət şəraitindən asılı olur. Klimaks dövrünün əvvəlində qadınlard...
7776534a1aba7632
Klimaks
Qəfildən tərləmə tutmalarının yaranması isə qadınlarda hormonal tarazlıqda (balansda) baş verən dəyişikliklərlə əlaqədar olur. “İstilik gəlməsi” hissiyyatı bir çox hallarda gün ərzində 30 dəfəyədək təkrarlana bilər. Əksər hallarda onlar gecə saatlarında (gecə tərləməsi) baş verirlər ki, bu da yuxunun pozulmasına səbəb ...
612f73520ee0d612
Elza Seyidcahan
Elza Seyidcahan (7 iyul 1968, Siyəzən) — Azərbaycan bəstəkarı; müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci...
47307b7b5373eaad
Elza Seyidcahan
H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir. 2002-c...
85bd273ebe04b176
Elza Seyidcahan
2010-cu ildə Azərbaycanda "Ekologiya ili" elan olunanda bu təşəbbüsə qoşularaq respublikanın müxtəlif şəhərlərində — Naxşıvan Muxtar Respublikası, Mingəçevir, Tovuz, Salyan və Xızıda 1200 agacın əkilməsində iştirak edib və bu münasibətlə Heydər Əliyev adına Respublika Sarayında konsert proqramı ilə böyük şou-konsert ve...
f1c576ecba8b51db
Elza Seyidcahan
Novruz bayramı münasibətilə "İki dövlət, bir millət" devizi altında Elazığ şəhər Firat Universitetində müəllim və tələbə heyəti üçün solo konsert proqramıyla çıxış edib. İki dövlət arasında sülh və dostluq münasibətlərinin inkişafında müstəsna xidmətlərimə görə fəxri fərmanla mükafatlandırılıb. 2014-cü ilin noyabr ayın...
10d6d570a49efdef
Elza Seyidcahan
Fortepiano üçün pyesi əməkdar artist Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan Bəstəkarlarının Antologiyasına daxil edilib. İstanbul Türk Ocağının başkanı Dr. Cezmi Bayram tərəfindən İstanbul Türk ocaqlarının 100 illiyi ilə bağlı Azərbaycan-Türkiyə kültür gecələrində iştirakı və Türk Ocaqlarının təşkil etdiyi mədəni tə...
7a74adc487f33989
Elza Seyidcahan
Boluda "Koroglu festivalı"nda, Karabükdə Cümhuriyyət Bayramında "Şer şöləni gecəsi"ndə iştirak edərək ödüllər alıb. Azərbaycanın bölgələrində yaşayan ziyalılarla mütəmadi görüşür, hərbi hissələrdə əsgər və zabitlərin qarşısında çıxış edir. Dəfələrlə hərbi hissə komandanlığının Fəxri Fərmanıyla təltif edilib. 2014-cü il...
3c04c5b89f31044f
Elza Seyidcahan
5 il gənc istedadlara dəstək olmaq üçün Azərbaycanı qarış-qarış gəzərək istedadların üzə çıxmasına, arzularının reallaşasına dəstək olub. "İstedadlar sorağında" müsabiqəsində "Tanıdım səni" və "Azərbaycanın səsi" layihəsində münsiflər heyətinin üzvüdür. İndiyədək Azərbaycanın və bir çox ölkələrin tanınmış qurumlarının ...
1a7364f186d910bc
Elza Seyidcahan
17 fevral 2022-ci ildə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib. Ailə həyatı Bir dəfə rəsmi ailə qurmuş, lakin sonradan boşanmışdır. Həmin evlilikdən Ələkbər adlı bir oğlu, Gülşən adlı bir qızı var. Səmərrux adlı bir qız nəvəsi var Diskoqrafiya 1) Qəlbin Üsyanı 3) Gecə 5-in Yarısı 4) Həyata Küsmərəm Filmoqrafiy...
8e40f659049c0764
Elza Seyidcahan
konsertdən məqsəd diqqəti ölkədə aparılmış yaşıllaşdırma işlərinə cəlb etməkdir. Yaşıllığı qorumaq bizim hər birimizin borcumuzdur. Konsertdə müğənni repertuarına daxil olan köhnə və yeni mahnıları pərəstişkarlarına təqdim etmişdir. Muğam Mərkəzində "6 bəstəkar və 6 şair" layihəsi çərçivəsində konsert Beynəlxalq Muğam ...
090cc233ef4bff02
Elza Seyidcahan
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza məlumat verib ki, türk bəstəkarları Faruk Şahin, Zekai Tuncay, Pinar Göksal, Ugur Top, Özgen Gürbüz və Yaşar Bedük Azərbaycan poeziyasının görkəmli nümayəndələri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Z...
0edf4fe667cf93d8
Elza Seyidcahan
"deyərək fikrin bildirib və hər kəsi İlham Əliyevə səs verməyə çağırıb. Gecədə sənətçinin yaxın insanları və sənət yoldaşları iştirak ediblər: Kərim, Elton, Roza Zərgərli, rep ifaçısı Hüseyn Dərya, əməkdar artist Firuzə İbadova, Gülyanaq Məmmədova, xalq artisti Niyaməddin Musayev, Şeyx Əbdül, aktrisa Nuriyyə Əhmədova, ...
da7a78ca3d56d1db
Elza Seyidcahan
Vüsal Hacıyev 12) Sevgililərin Rekviemi 13) Həyata Küsmə 14) Həsrət Nəğməsi 15) Azərbaycan Odası 16) Ağ Çiçəyim ft. İlhamə Quliyeva 17) Əşyalarım 18) Evdə Qal 19) Skerso ft. Nərgiz Əliyeva 20) Bir Yumruq Olaq (Qələbə Odası) 21) Mənim Qəhrəmanım 22) Dərd ft. Qara Dərviş 23) Mehriban Gəlin Firuzə Məmmədova İlhamə Quliyev...
6772ad5943f0c39e
İudaizm
İudaizm (q.yun. Ἰουδαϊσμός), yaxud musəvilik və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış monoteist ibrahimi din. Ümumi məlumat İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət g...
b1cdec690b67808f
İudaizm
Yəhudilər demək olar ki, dünyanın hər yerinə yayılıblar. Dünyanın əksər ölkərində yəhudilər yaşayır. 2012-ci ilin statistikasına görə dünyada 14 milyondan çox yəhudi yaşayır, onların 58%-i İsraildə, 42%-i isə ABŞ və Kanadada yaşayırlar. Həmçinin bax Yəhudanın öpüşü Yəhudişünaslıq Azərbaycan Sovet Ensiklopediyası, V cil...
0b2c16dba87ec7a2
Şabran rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. 1578 ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazd...
eab1625ab931b780
Şabran rayonu
1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar),...
8462c3d3c29b8161
Şabran rayonu
2010-cu ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Bu vaxt Şabranın tarixi şəhər olduğu, V əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığı, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığı əsas götürülmüşdür. Rayonda tarix...
3d0a39e4883ad9cc
Şabran rayonu
Rayon mərkəzi Şabran şəhərində tarix-diyarşünaslıq muzeyi var. Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında "Çıraqqala uroloci sanatoriyası tikilmişdir. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabal...
d491b80cb26b98c6
Şabran rayonu
Rayonda ənənəvi xalq sənəti olan xalçalığın ənənələrini qoruyub saxlayırlar. "Pirəbədil", "Qollu Çiçi", "Heyratı" tipli yerli xalçalar geniş şöhrət qazanmışdır. Məşhur Qalaaltı kurortu Şabran rayonunun ərazisindədir. Coğrafi mövqeyi Şabran (Dəvəçi) rayonu Bakıdan şimalda, Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Rayonu...
de51390fd34ea2ea
Şabran rayonu
Quba, Xaçmaz və Siyəzən rayonu ilə həmsərhəddir. Bakı-Moskva dəmir yolu, Bakı-Rostov avtomobil yolu, Bakı-Novorosiysk neft kəməri, Samur-Abşeron kanalı, 1914-cü və Sovet dövründə çəkilmiş Şollar-Bakı su kəmərləri rayonun ərazisindən keçir. Şabran rayonu Böyük Qafqazın şimal-şərqində yerləşir. Relyefi çox müxtəlifdir. D...
d67c6017a57c378b
Şabran rayonu
Ərazi neft-qaz (Zağlı-Zeyvə neft yataqları), çınqıl, qum, gil və digər faydalı qazıntılar ilə zəngindir. Rayonda, həmçinin palçıq vulkanları var. Meşələrin sahəsi 21500 hektardır. Bu meşələrin heyvanat aləmində canavar, ayı, tülkü, çaqqal, porsuq, qaban və ceyran, quşlardan isə qırqovul və kəlik daha geniş yayılmışdır....
275508369e97f653
Şabran rayonu
Göldə ov quşlarindan qaz, yaşılbaş ördək və qaşqaldaq qışlayır. Nohurlar kəndindən bir qədər aralıda isə 7 dağ gölü yerləşir. Bir qədər arxaik ada malik olan Dəvəçi şəhəri Camal dağının (təpənin) ətəyində, yaşıllıqlar qoynunda yerləşir. Məşhur Neft (nöyüt) dağı rayonun ərazisindədir. Düzənlik ərazilərdə əsasən isti yar...
a64ef1a9f819b097
Şabran rayonu
Orta illik temperatur 8–10°-dir. Ən isti aylarda temperatur 20°-yə, mütləq maksimum isə 37–39°-yə çatır. Şaxtasız günlərin sayı 185–235 gün təşkil edir. Yay fəsli nisbətən sərindir, iyulun orta aylıq temperaturu 19–24° təşkil edir. Ən soyuq ayın (yanvar) orta aylıq dağlıq ərazilərdə 2–3° şaxta, aranda isə təxminən 1° i...
b6fad43649d4884f
Şabran rayonu
Soyuq hava kütlələrinin təsiri daha çox olduğu üçün qış burada cənub yamaclara nisbətən sərin keçir. Mütləq minimum temperatur bəzən −20°-dək düşə bilir. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir: dağlıq ərazilərdə 50–80 gün, aranda isə 20 gündən artıqdır. Fəal temperatur cəmi 2500–4000° arasında tərəddüd edir. Ərazini...
051f6ebb3b93640f
Şabran rayonu
Ümumi atmosfer yağıntıları 200–600 mm-dir. Sahil boyunca yağıntıların miqdarı cənub-şərqdən şimal-qərbə tərəf artır (250–400 mm). Şərqdən-qərbə hündürlük yüksəldikcə (təqribən 1000 metr) yağıntıların miqdarı da çoxalır. İnzibati-ərazi bölgüsü AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən rayon ərazisində 1 şəhər və 68 k...
6cb0ee9a782ac160
Şabran rayonu
Milli tərkibi Görkəmli və tanınmış şəxsləri Ayna Sultanova — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı, "Şərq qadını" jurnalının redaktoru, maarifçi, Azərbaycan tarixinin ilk qadın kabinet naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Qəzənfər Musabəyov — dövlət xadimi. Tofiq Quliyev – ...
ae5c575ebe3cbeba
Şabran rayonu
Əjdər Həmidov — Azərbaycan Respublikasının əməkdar artisti. Akademik Milli Dram Teatrının artistidir. Ağalar Mirzə — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996). Mübariz Əmirov — pedaqog...
0ad39b4cc3f2f98c
Şabran rayonu
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri Rayon ərazisində 3 məktəbəqədər uşaq müəssisəsi, 20 tam orta, 17 ümumi orta,12 ibtidai ümumtəhsil və 5 sahələr üzrə (şahmat və sair) məktəbi,Diyarşünaslıq muzeyi, 49 kitabxana, mədəniyyət evi,1 musiqi məktəbi, 41 klub var. Şabran Mədəniyyət Sarayı və s. Rayonda boks, karate, s...
b58cf7a167812475
Şabran rayonu
Onun yorulmaz fəaliyyəti nəticəsində sambo güləşi rayonun yeniyetmələri və gəncləri arasında böyük rəğbət qazanmışdır. İlk dəfə Şabran rayonunda cüdo məşqləri respublikanın əməkdar məşqşisi Asif Asim oğlu Abdullayev tərəfindən 2000-ci ildə başlanılmışdır. Bu qısa müddətdə avropa çempionu Davud Məmmədsoy, dəfələrlə resp...
1315578070678625
Şabran rayonu
Boks üzrə dünya çempionu Ağası Məmmədov da bu rayonda doğulmuşdur. Maddi-mədəni irsi Rayonda qədim memarlıq abidələrindən Çaraq kəndində Çıraqqala mühafizə olunur. Gilgilçay səddi, Qədim Şabran şəhəri Şahnəzərli kəndinin və Gülüstani-İrəm şəhərinin xarabalıqlarıda (Padar kəndi) burada yerləşir. Yerli media Şabran rayon...
0b1926c07c61be38
Kosovo
1389-cu ildəki Birinci Kosovo döyüşündən sonra bölgə I Murad tərəfindən Osmanlı imperiyasına keçmişdir. Osmanlı idarəçiliyi dövründə Kosovoya serblər yalnız 1878-ci ildəki Rus-Osmanlı müharibəsi dövründən sonra iddia irəli sürməyə başlamışdılar. 5 əsrdən çox Osmanlı imperiyasının nəzarətində qalan bu ərazi 1912-ci ildə...
c559cfc2af467cee
Kosovo
Ancaq parçalanma bununla da bitmədi. Bələ ki, 2006-cı il may ayının 21-i referendumda 55,5% səs çoxluğu ilə Monteneqro Serbiyadan ayrılıb müstəqil dövlət olur. Beləliklə keçmiş Yuqoslaviya ərazisinin parçalanması nəticəsində yaranan müstəqil dövlətlərin sayı 6-ya çatır, amma parçalanma davam edir və nəticədə 7-ci müstə...
3d75c564dfb6924d
"Hərbi xidmətlərə görə" medalı
"Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının hərbi medalı. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir. "Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. "Hərbi xidmətlərə görə" medalı...
7043de6d5b351063
"Hərbi xidmətlərə görə" medalı
"Hərbi xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Tərəqqi" medalından sonra taxılır. "Hərbi xidmətlərə görə" medalının təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr...
9508b0aef7e386ed
"Hərbi xidmətlərə görə" medalı
Üz tərəfin sağanaqları arasında hörmə həndəsi ornament təsvir edilmişdir. Medalın ortasında bir böyük və iki kiçik hörmə kvadrat, habelə çarpazlanmış təbərzin, qılınc, toppuz təsviri vardır. Medalın aşağı hissəsində "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır. Medalın arxa tərəfində yuxarı hissədə aypara ilə səkkizguşə...
6203bcb5461b153c
"Hərbi xidmətlərə görə" medalı
Medalın hündürlüyü 45 mm, eni 36 mm-dir. Medal ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib yaşıl xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin sol yuxarı və sağ aşağı küncləri sarı-yaşıl rənglidir, 1 mm enində qızılı zolaqlarla ayrılmışdır. :Lentin ümumi eni 19 mm-dir.
8a9cd2f534ab88be
"Hərbi xidmətlərə görə" medalı
Qəlibin ölçüsü 46 mm x 22 mm-dir. Medalın ikinci təsviri Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin təsvirdə qeyd deyilir: "Hərbi xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şü...
b87a22d8af92e89c
"Hərbi xidmətlərə görə" medalı
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə qəhvəyi çalarlı düzbucaqlı xara lentə halda və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur Medalın üçüncü və h...
9fc62d273b436953
"Hərbi xidmətlərə görə" medalı
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Açıq qəhvəyi rəngli xara lentin sağ və sol kənarlarında 1 mm enində açıq boz rəngli zolaq vardır. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü rəngli təbəqə bərkidilmişdir. Me...
62b0d3a5f5b5990f
Cəmşid Naxçıvanski adına hərbi lisey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey.24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı də...
254cea1ffd24bec6
Cəmşid Naxçıvanski adına hərbi lisey
Yalnız II Dünya müharibəsi illərində canlı qüvvəyə olan ehtiyac səbəbindən SSRİ-nin bütün müsəlman xalqları kimi azərbaycanlıların da ön cəbhəyə göndərilməsinə icazə verildi. 1971-ci ildə SSRİ-də hərbi təmayüllü iki internat məktəbi vardı: Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər. Lakin, tədrisin rus dilində ...
f2fb9e9e3be2d10d
Cəmşid Naxçıvanski adına hərbi lisey
Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbayc...
6439e56dc8cf2476
Cəmşid Naxçıvanski adına hərbi lisey
Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. İkimərtəbəli 32 çarpayılıq tibb məntəqəsində funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər, laboratoriy...
abdaaf350c5f90a0
Cəmşid Naxçıvanski adına hərbi lisey
Muzeydə Ulu Öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda nizami ordu quruculuğu, Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması, o cümlədən Hərbi liseyin inkişafına göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolar, sənədlər və nəşrlər nümayiş olunur.Hərbi liseyin tədri...
8af12a4c11d437af
Hacıbala Abutalıbov
Hacıbala İbrahim oğlu Abutalıbov (13 may 1944, Krasnovodsk) — Bakı Şəhər İcra hakimiyyətinin başçısı (2001–2018), Azərbaycan Respublikasının Baş nazirinin müavini (2018–2019). Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin ...
30f37d34a03b5607
Hacıbala Abutalıbov
1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 1999-cu ilin iyul...
d8f7b93ba018da9c
Neymar
Neymar (Tam adı: Neymar Da Silva Santos Junior, (port. Neymar da Silva Santos Jnior; 5 fevral 1992[…], Moji-das-Kruzis, San-Paulu ştatı) — "Əl-Hilal" klubunun futbolçusu, hücumçusu, Braziliya yığmasının kapitanı. İlk klubu Santos olub. O burada 224 oyuna çıxıb və 136 qol atıb. Onu Çelsi, Real Madrid və Inter heyətinə q...
3f3841b0475b5a41
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin...
898f168751fa54aa
Dəri
Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır. Dəri hissiyyatı İnsan oxuduğu kitabın səhifələrini asanlıqla çevirə bilir, çünki əlləri səhifələri hiss etməkdə heç bir problem ...
fb1f5cd08886361f
Dəri
İnsan dərisinin altında yerləşən toxunma sinirləri çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da insana hərəkət asanlığı verir. Bununla yanaşı, kürəkdə də az sayda sinir ucu var. İnsan dərisinin nəfəs alma qabiliyyəti yoxdur. İnsan dərisi bir çox təbəqədən əmələ gələn, içində ...
bf448bb3999e003b
Dəri
Dərinin quruluşu İnsanın dərisi iki qatdan — xarici-dəriüstlüyü və epidermisdən və daxili-xüsusi dəri və ya dermadan ibarətdir. Dərinin altında boş piy toxuması yerləşir ki, bu da dərini bədənin daxili toxuması ilə birləşir. Dəriüstlüyü çoxqatlı epitel toxumasından ibarətdir. Onun üzərində bir-birinə sıx söykənən, rəng...
4ef36ad9df67aca6
Dəri
Lakin bunların altında yerləşən canlı hüceyrələrin fasiləsiz olaraq çoxalması nəticəsində həmin buynuz pulcuqlar yeniləri ilə əvəz olunur.. Xüsusi dəri Sıx lifli birləşdirici toxumadan əmələ gəlmişdir. Xüsusi dərinin hüceyrəarası maddəsi elastik liflərdən təşkil olunmuşdur. Bunun sayəsində xüsusi dəri çox möhkəmliyi və...
a5b5995dc9c22851
Dəri
Bu piy qatı bədənə su və ona zərər yetirə biləcək başqa mayeləri buraxmır. Onlar dərinin yağlanmış qatı ilə axıb tokülür. Tər vəziləri Uzun borucuqlar şəklində olub, adətən, üç hissədə qıvrılaraq yumaqcıq əmələ gətirir. Tər vəzilərinin düz axacağı isə dəri üzərinə açılır. Tər vəziləri yumaqcıqlarını qan kapilyarları əh...
921fd215b9e16912
Dəri
Dəridə tüklər yerləşir. İnsanda dərinin çox hissəsi seyrək yerləşən kiçik tüklərlə örtülmüş olur. Lakin insanda tük ötüyü bu və ya digər dərəcədə reduksiya olunmuşdur. Tüklər dəriüstlüyünün canlı qatındakı epitel hüceyrələrinin çoxalması sayəsində daim uzanır. Tüklərin kök hissəsinə insanlarda zəif inkişaf etmiş saya ə...
248c69f4b1908f0b
Dəri
Tükün rəngi onun hüceyrələrində olan piqmentdən asılıdır. İnsanın barmaqlarının ucunda buynuz lövhə-dırnaqlar yerləşir. Dırnaqlar onların əsasında olan hüceyrələr hesabına böyüyür. Dərinin tamlığı və təmizliyi insanın sağlamlığı üçün zəruridir. Zədəsiz dəri orqanizmi müxtəlif xəstəlik törədicilərinin daxil olmasından y...
9794659d3e75beaa
Qadın reproduktiv sistemləri
Anatomik quruluşuna görə qadın reproduktiv üzvlərini iki hissəyə ayırırlar: qadının xarici və daxili cinsiyyət üzvləri. Qadının xarici cinsiyyət üzvlərinə vulva (böyük və kiçik cinsi dodaqlar, klitor, uşaqlıq yolu önü vəzilər) və uşaqlıq yolu, daxili qadın cinsiyyət üzvlərinə isə uşaqlıq, uşaqlıq (və ya fallop) borular...
9d8319b3d950d86f
Qadın reproduktiv sistemləri
Qızlıq pərdəsinin tam olması və ya onun tamlığının pozulması heç də bütün hallarda qadının keçmiş seksual həyatı barədə qəti şəkildə fikir söyləməyə imkan vermir. Qızlıq pərdəsi erkən uşaq yaşlarında alınan travma, yıxılma, bacarıqsız yuyunma və sairə nəticəsində kəskin şəkildə dartıla və ya deşilə bilər. Bəzi hallarda...
14e0dab7b27a7574
Qadın reproduktiv sistemləri
Bəzi hallarda cinsi inkişaf dövründə, ikincili cinsi əlamətlərin normal inkişaf etməsi fonunda qız uşaqlarında menstruasiyanın (aybaşının) olmaması və hər ay qarının aşağı hissəsində ağrıların olması baş verə bilər. Bu zaman qızlıq pərdəsindəki dəliyin tam şəkildə tutulmasından şübhələnmək olar. Belə hallarda təcili ol...
966c8f489adec731
Qadın reproduktiv sistemləri
Bəzi hallarda isə cinsi əlaqə zamanı qızlıq pərdəsinin cırılması kişi və qadın tərəfindən özünü heç bir əlamətlə büruzə vermir. Yadda saxlamaq lazımdır ki, bəzi hallarda qızlıq pərdəsinin tamlığının pozulmaması halında da qadınlarda hamiləlik baş verə bilər. Belə ki, qadının xarici cinsiyyət üzvlərinə düşmüş kişi cinsi...
16a0e827f6a2d803
Qadın reproduktiv sistemləri
Cinsi inkişaf dövrünün başlanması ilə dərialtı piy təbəqəsi yaxşı inkişaf etmiş bu sahə qısa və zərif tüklərlə örtülmüş olur. Tüklü sahənin yuxarı hissəsi, adətən, horizontal xətt üzrə sərhədlənir. Tüklərin bu sərhəddən yuxarı paz şəklində yayılması orqanizmin hormonal balansının pozulması ilə əlaqədar ola bilər. Cinsi...
e6a1ca165f8b9f89
Qadın reproduktiv sistemləri
Onların xarici hissəsi tük təbəqəsi ilə örtülmüş olur, daxili tərəfləri isə selikli qişanı xatırladır. Kiçik cinsiyyət dodaqları böyük dodaqlardan içəri tərəfə olmaqla yerləşən dəri qatından ibarətdir. Kiçik cinsiyyət dodaqlarının daxili səthi seliklə örtülmüş olur və xeyli sayda sinir ucları və qan damarları ilə zəngi...
09779aa70b68afbc
Qadın reproduktiv sistemləri
Cinsiyyət yarığının yuxarı hissəsində, kişi cinsiyyət üzvünə bənzəyən, amma ölçüsi çox kiçik olan bir orqan - klitor, ondan bir qədər aşağıda isə sidik kanalının xarici dəliyi yerləşir. Qızlıq pərdəsindən sonra başlayan uşaqlıq yolu (uzunluğu 8-12 sm və eni 2-3 sm olan) uzunsov boru şəkilli bir orqandır. Anatomik olara...
9c3aed086c5e44fc
Qadın reproduktiv sistemləri
Uşaqlıq yolu yuxarı hissədə uşaqlıq boynunu əhatə edir. Daxili cinsiyyət üzvləri Uşaqlıq armudvari formada olub geniş hissəsi yuxarı tərəfə yönəlməklə anatomik olaraq - önündə sidik kisəsi, arxasında isə düz bağırsaq olmaqla kiçik çanaq boşluğunun mərkəzində yerləşir. Uşaqlığın ölçüsü toyuq yumurtası boyda, çəkisi isə ...
1d48d397af04e30f
Qadın reproduktiv sistemləri
Endometrium qişasında mütəmadi (periodik) olaraq menstruasiya dövrünün (tsiklinin) müxtəlif mərhələlərinə (fazalarına) uyğun dəyişikliklər baş verir. Uşaqlıq boynu vəziləri tərəfindən ifraz olunan xüsusi maddə uşaqlıq boynu kanalında selikli tıxac şəklində yığılaraq, uşaqlıq boşluğuna xaricdən xəstəliktörədici mikrobla...
2ef80922dfe8347c
Qadın reproduktiv sistemləri
Belə ki, yeni doğulmuş qız uşaqlarının iki yumurtalığında yüz minlərlə yumurta hüceyrəsi olur. Bütün bu hüceyrələr cinsi yetkinlik dövrünə qədər (təxminən 12 yaşadək) fəaliyyətsiz olaraq qalırlar. Cinsi yetkinlik dövrünün başlamasından klimaks (aybaşının kəsilməsi) dövrünə qədər olan müddət ərzində qadınlarda 300-400 s...
5aa8a8e8b6ea2de0
Qadın reproduktiv sistemləri
Belə ki, onlar əsas qadın cinsi hormonlarını - esterogenləri də hazırlayırlar. Bu hormonların təsiri altında qadın cinsiyyət üzvləri inkişaf edir, qadınlara məxsus xarakterik xarici əlamətlər formalaşır (qadının müvafiq bədən forması, bəzi sahələrin tüklənməsi və s.), həmçinin qadınlara məxsus cinsi həssaslıq (temperam...
f0e66e9697b158a0
Qadın reproduktiv sistemləri
Boruların daxili selikli qişası xovlarla zəngindir. Uşaqlıq borularının quruluşu kifayət qədər mürəkkəb olur. Bu borular bir neçə funksiya daşıyırlar. Yumurtalıqda inkişaf etmiş yumurta hüceyrəsi qarın boşluğuna düşdükdən sonra Fallopi borusunun saçaq şəkilli çixintıları öz həkətləri ilə onu borunun ucundakı qıf hissəy...
edb43090c01b2b2d
Qadın reproduktiv sistemləri
Bu bir neçə mərhələdə (etapda) baş verir: Beyin qabığı, hipotalamus və hipofizin fəaliyyətinə bilavasitə təsir edən maddə olan neyromediatorlar istehsal edir; Hipotalamus – baş beyinin bir hissəsidir. Burada relizinq-hormonlar adlanan xüsusi maddə ifraz edilir ki, onlar da hipofiz vəzisi tərəfindən digər hormonların ha...
9b013a55f4bb6216
Estoniya
Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərd...
e33db66651f650ca
Estoniya
Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnk...
9248b4dc6a9a1ab3
Estoniya
1228-ci ildən 1560-cı illərə kimi Estoniya Tevton ordeninin tərkibində olmuşdur. Rusiya və Livoniya Konfederasiyası arasında baş vermiş Livoniya müharibəsi (1558–1583) nəticəsində dağıldı. Bu müharibə Estoniya üçün çox böyük fəlakətlərə səbəb oldu. Bu müharibədən əvvəl Estoniyanın əhalisi 250–300.000 nəfər idisə, 17-ci...
b572a28908424bc6
Estoniya
1632-ci ildə Estoniyada ilk dəfə olaraq çap mətbəəsi və Dorpat şəhərində (1918-ci ildən sonra Tartu adlanıb) universitet açıldı. İsveçin hakimiyyəti altında olduğu dövr Estoniyada tərəqqi dövrü hesab olunur. Əhalinin sayı 1657-ci ilə qədər sürətlə artdı. Həmin ildə baş vermiş epidemiya bu artımı dayandırdı. 1695–1697-c...
6fcd1410acab9592
Estoniya
Mərkəz Partiyası, lideri: E. Savisar. Estoniya 15-ayrı idarəetmə vahidinə bölünmüşdür. Bu bölgələr iqtisadi və coğrafi strukturlarına görə bir-birindən ayrılmışdır. Bu bölgələr, (maakonnad), əyalət deyil də, ayrı rəhbərlik vahidləri olaraq qiymətləndirilməlidirlər. Haryumaa (Eston:Harjumaa) Hiyumaa (Eston:Hiiumaa) İda-...
dfc21a3b0ffd27e1
Estoniya
2006-cı ildəki məlumatlara görə 1,34 mln nəfərdir. Əhalinin 65%-ni estonlar, 28,1%-ni ruslar təşkil edir. Estoniya dünyada e-hökumətə görə son illər ən qabaqcıl yerlərdən birini tutmaqdadır. Bu ölkədə mobil və internet texnologiyaları o dərəcədə inkişaf edib ki, nəinki ödəmələr, hətta seçki sistemi də elektron versiyad...
05a6c0198b681949
Əli Nağıyev (dövlət xadimi)
Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; 15 mart 1954, Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professo...
b29aacda1b23bbf8
Əli Nağıyev (dövlət xadimi)
Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü və sədr müavini olub. Əli Nağıyev ailəlidir, 2 övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahi...
10c9e0cd90f5ce17
Böyük Vətən müharibəsi
Böyük Vətən Müharibəsi — Rusiya və keçmiş postsovet ölkələrində 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən ad. Qərbdə bu müharibə Sovet-alman müharibəsi, İkinci Dünya müharibəsində Şərq cəbhəsi adlarıyla tanınır. Almaniyanın da...
2a7dfcd7a029cddb
Böyük Vətən müharibəsi
1941-ci ilin ortasında Almaniyanın silahlı qüvvələrinin ümumi sayı 7,3 mln adam (bundan əlavə 1,2 mln muzdlular vardı). Quru qoşunlarında (5,2 mln adam) 214 (169 piyada, 21 tank, 14 mühərrikli və 10 başqa) diviziya, 7 əlahiddə briqada vardı. Texnikası: 5639 tank və hucum top, 10 min təyyarə, 61 min top və minaatan. 194...
7c05b81a3bb25e4a
Böyük Vətən müharibəsi
Bu məqsədlər üçün alman komandanlığı (müttəfiqlərlə birgə) 19-u tank, 14-ü motorlu olmaqla 190 diviziya ayırmışdı. Alman qruplaşması 5,5 mln canlı qüvvə, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət idi. SSRİ-yə qarşı Vermaxtın quru qoşunlarının 83%-i, o cümlədən 86% tank və 10...
7e9029cac73974c2
Böyük Vətən müharibəsi
Filmoqrafiya Biz Bakını müdafiə edirik (film, 1942) Əsgər atası (film, 1964) Zabitlər (film, 1971) Şəfəqlər burada sakitdir (film, 1972) Bakıda küləklər əsir (film, 1974) Bir-iki, əsgərlər getdi... (film, 1976) Ulduz (film, 2002) Üç qız (film, 2005) Xarici keçidlər Böyük vətən müharibəsi (1941–1945) necə başladı və baş...
010fd647efc81d6a
Azərbaycanda İslam
Ortodoks "kilsə knyazlarının" üstünlüyü və təzyiqi yerli Alban ruhanilərini hiddətləndirir və onların qəzəbinə səbəb olurdu, lakin Alban kilsəsini təqib etməkdə və onun müstəqil olmaq hüququnu məhdudlaşdırmaqda erməni qriqoryan kilsəsi xüsusi rol oynamışdır. Erməni katolikosluğu həmişə özünün ilkinliyini və Alban kilsə...
39ae5c968c73cc29
Azərbaycanda İslam
XIII əsrdə Gəncədə yaşamış alban tarixçisi Kirakos Gəncəli yazır ki, yalnız Alban "rəislərinin", yəni zadəganlarının əksəriyyəti erməni dilini bilirdi və bu dildə danışırdı. Müasir tədqiqatçılar (A. Y. Krımski, V. F. Minorski, S. Nəfisi, Z. İ. Yampolski və s.) da bu fikrə şərikdirlər ki, IX–X əsrlərdə Bərdə şəhərinin ə...
310c53d957cbdb2e
Azərbaycanda İslam
Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər.Məsələn, Moisey Kalankatuklunun "Ağvan tarixi" əsəri ilə, albanların bir çox başqa ədəbi əsərləri kimi. T. Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri öz əvvəlki şəklində bizə gəlib çatmamışdır və onun...
4d8d68f1c74d4e2a
Azərbaycanda İslam
Erməni katolikosluğu və naxararlarının mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi həmişə yadelli işğalçıların köməyinə əl atır, "xaç bayrağı ilə öz yolu üzərində tarixi Aqvaniya və onun bir hissəsi olan Qarabağ (Artsak) xalqlarını" yox edirdi.N. Vartapetov qeyd etdiyi kimi, erməni kilsəsi "həmişə özü üçün yeni şəra...
f840b111be12b825
Azərbaycanda İslam
Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. B...
552cbd5feda49b4a
Azərbaycanda İslam
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları — XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər. Beşin...
33dfbe8a7b230a8b
Azərbaycanda İslam
Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir. Altıncı mərhələ Səfəvilərin (1501–1786) və XVI əsrdən etibarən Osmanlıların (1281–1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qı...
adf13efde831931f
Azərbaycanda İslam
Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Cənubi Qafqaz şiə və sü...
0e53055b7c60ca4b
Azərbaycanda İslam
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqazi...
fc0b000418c1e7cc
Azərbaycanda İslam
Süleyman Əliyarlı. "Azərbaycan" nəşriyyatı, Bakı – 1996 Yunusov Arif. Azərbaycanda İslam. "Zaman" nəşriyyatı, Bakı, 2004 Sattarov, Rufat. Islam, State, and Society in Independent Azerbaijan. Between Historical Legacy and Post-Soviet Reality — with special reference to Baku and its environs, Reichert Verlag, Wiesbaden, ...
0aeb80495bd0c580
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünas...
8f16f80f9771054d
Relyef
Makrorelyef dedikdə böyük ərazilərin ümumi görkəmini müəyyən edən relyefin ən iri formaları başa düşülür: düzənliklər, yaylalar, dağ sistemləri. Makrorelyefin yaranması əsasən yer qabığında baş verən tektonik proseslərlə əlaqədardır. Mezorelyef – relyefin orta ölçülü formalarıdır: dağətəyi, təpə, dərə, vadi, terras və ...
979d6834b12a93bd
Relyef
Mikrorelyef formalarına düzən sahələrdə çökmə, donuşluq deformasiyası və başqa səbəblərdən əmələ gəlmiş təpəciklər, çökəkliklər aid edilir. Yamaclarda mikrorelyef formaları torpaq-qrunt kütləsinin sürüşməsi və ya torpaq-eroziya prosesləri səbəbindən yaranır. Torpağın formalaşmasında və torpaq örtüyünün inkişafında rely...