passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
fcbfeb60811622a1 | Relyef | Hava kütlələri dağlara yaxınlaşarkən tədricən yuxarı qalxır, soyuyur və yağıntıların düşməsinə səbəb olur. Dağları aşan həmin hava kütlələri aşağı enərək tədricən qızır və quru hala keçir. Mezo – və mikrorelyefin elementləri və xüsusən də müxtəlif meyilliyə malik yamaclar ilk növbədə yer səthində yağıntıların paylanmas... |
a70967279a1f0a0a | Relyef | Nəmlikdə olan fərqlər torpağın qida, oksidləşmə-reduksiya və duz rejimlərinə də öz təsirini göstərir. Bütün bunlar müxtəlif bitkilərin məskən salmasına və inkişafına, üzvi maddələrin sintez və parçalanmasındakı fərqlərə, torpaq minerallarının çevrilməsinə və nəhayət son nəticədə relyefin müxtəlif şəraitlərində müxtəlif... |
6a2035f041f60c7a | Relyef | Yarımhidromorf torpaqlar Yarımhidromorf torpaqlar – səth sularının qısa müddət hərəkətsizliyi və ya qrunt sularının 3–6 m-dən (kapilyar haşiyə torpaq səthinə qalxa bilər) az dərinlikdə yerləşdiyi şəraitdə formalaşır. Hidromorf torpaqlar – səth sularının uzun müddət hərəkətsizliyi və ya qrunt sularının 3 m-dən (kapilyar... |
6f01191aba5b9e43 | Relyef | Relyef torpaq və bitki örtüyü üçün təkamül amili kimi də çıxış edir. Məsələn, çay məcrasının tədricən oyulub dərinləşməsi nəticəsində subasar terras subasarüstü terrasa çevrilir. Bu, nəmlənmə rejiminin dəyişməsinə (subasar və allüvial proseslərin kəsilməsinə, qrunt suyunun aşağı düşməsinə) və nəticədə hidromorf və yarı... |
9c2805ce3e171d5a | Kamança | Bu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar o... |
1b9dc315ac1823fb | Kamança | Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır. Kamança, əs... |
bfc7700e67fbbea5 | Kamança | Çanağın üzü – membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir. Simləri kaman vasitəsilə səsləndirilir. Kaman – uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 650–900 sm olur. Əvvəllər 1 – 3 simdən ibarət idi. Hazırda 4 simi var : kiçik oktavada lya, birinci o... |
553ad01ad427aae8 | Kamança | İncə, həzin səsi var. Son dərəcə təsirli tembri olan kamançada lirik musiqinin ifası xüsusilə gözəl təsir bağışlayır. Kamançadan həm solo, həm də ansambl tərkibində musiqi aləti kimi istifadə olunur. Kamança əsas alətlərdən biri kimi sazandalar ansamblının, xalq çalğı ansamblları və orkestrlərinin tərkibinə daxildir. K... |
06ca7c5a51486b62 | Kamança | Kamança müxtəlif əsərlərdə və dillərdə Kamança incə və həzin səsə malik musiqi aləti kimi tanınır. Məhz buna görə Üzeyir Hacıbəyli kamançada çalınan musiqini "səscə daha mükəmməl və insan səsinə daha yaxındır" deyərək səciyyələndirmişdir. Musiqi alətinin adı yay anlamına gələn fars mənşəli kaman sözündən və Azərbaycan ... |
cb819d34b6d29884 | Kamança | Ərəblər onu kəmənqə, Orta Asiya türkləri qıcaq, Anadolu türkləri isə kaman adlandırmışlar. Həmin alətlər eyni kökdən gəlsələr də, quruluşuna, simlərinin sayına, istifadə olunan materiala görə bir-birindən fərqlənmişlər. Ümumiyyətlə, Azərbaycanda üç simli, dörd simli və beş simli kanmançalardan istifadə olunmuşdur. XIX ... |
c0c26d213ee072de | Kamança | Bu zərurət nəticəsində kamança aləti XVIII–XIX əsrlərdə ciddi dəyişikliyə məruz qalmış, simlərinin, onunla bərabər aşıqlarının sayı azaldılmışdır. Hazırda kamança ustalarının istifadə etdiyi alət dörd simdən ibarətdir. Kamança ifaçılığı Azərbaycanda kamança ifaçılığı zəngin tarixə malikdir. XI əsrin sonu, XII əsrin I y... |
a1408925dc8ce8ef | Kamança | Mirzə Məhəmməd Kamançayi, Ustad Məsum Kamançayi kimi sənətkarlara çaldığı alətin adının ləqəb kimi verilməsi əslində onların dövrünün məşhur kamança ustaları olduğunu göstərir. Həmin kamança çalanların qoyduğu irs sonrakı dövrlər də davam etdirilmiş və Azərbaycan musiqi tarixinə Qaraçı Hacıbəy, Mirzə Səttar, Habil Əliy... |
bdfcea04d717fe3b | Arzu Rəhimov | Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — Azərbaycan hərbi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhə... |
7cbc7c10b5a6bc28 | Arzu Rəhimov | 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, Hərbi Hissə Komandiri və digər vəzifələrdə xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir. 2004-cü il... |
69935a6d3aedfd0d | Arzu Rəhimov | Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamın... |
35e48636c26089c5 | Rusiya-İran müharibəsi (1804-1813) | Birinci Rus-Qacar müharibəsi — 10 iyun 1804–12 oktyabr 1813-cü illərdə Rusiya və Qacarlar imperiyası arasında olmuşdur.Rusların Azərbaycanı ələ keçirmək üçün etdiyi hərbi Muharibədə Qacarların bu torpaqları qorumaq üçün etdikləri savaşdır. İlk mərhələ Azərbaycan xanlarının heç birinin, ölkələrini birləşdirməyə nail olm... |
31944951b91941b8 | Rusiya-İran müharibəsi (1804-1813) | General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir. Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də general Sisianov Tiflis istiqa... |
19859d3aa53eced8 | Rusiya-İran müharibəsi (1804-1813) | Bu işğaldan sonra Gəncə şəhərinin adı Aleksandrın arvadı Yelizavetanın şəhərinə dəyişərək Yelizavetpol qoyuldu. Müharibənin başlama səbəbləri Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı Qacar və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu. XIX ... |
64df0110668c9848 | Rusiya-İran müharibəsi (1804-1813) | Fətəli şah Zaqafqaziyanı tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəli şah Avropa kralları və imperatorlarına məktubla müraciət edərək kömək almağ... |
918b18087c89d97e | Rusiya-İran müharibəsi (1804-1813) | İran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı birgə çıxışa cəlb etmək məqsədilə öz nümayəndələrini buraya göndərdi. Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi. O yazırdı ki, t... |
43f5c52e8152e45c | Rusiya-İran müharibəsi (1804-1813) | Azərbaycanın mövqeyi Azərbaycanın yerli əhalisinin Rusiya-İran müharibəsinə münasibəti eyni cür deyildi. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi öz hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə öz xilaskarı kimi baxır və şah İranın qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaql... |
f8c289fce60b94b6 | Rusiya-İran müharibəsi (1804-1813) | Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar.1805-ci il iyunun ortalarında Qacarların qoşunları Qarabağa daxil oldu. İyulun 26-da şah qoşunları rus qarnizonun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə aldı. İkinci döyüş İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi, 1804-c... |
d1aa164ed9cde8b1 | Rusiya-İran müharibəsi (1804-1813) | General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan Rusiya təbəəliyinə keçməyi tələb etdi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib, Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq vədi verdi. Qarabağ ... |
4704580dfe8fd65b | Rusiya-İran müharibəsi (1804-1813) | İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. General Sisianov Gəncə yaxınlığındakı Kürək çayının sahilinə gəldi və düşərgə saldı. İbrahimxəlil xan da buraya gəldi və 1805-ci il mayın 14-də Sisianovla görüşdü. Görüşdə müqavilə imzalandı. Bu müqaviləyə əsasən xan. Onun varislə... |
2668d4162326bf3b | Rusiya-İran müharibəsi (1804-1813) | Çar isə, öz növbəsində, bu xan sülaləsinin hüquqlarını "bütün zamanlar üçün" təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xan öz nəvəsini əmanət verməyi boynuna götürdü. O, Tiflisdə qalmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Lakin o, rus qarnizonunu Şuşaya bura... |
f7cf6ea2fece3266 | Rusiya-İran müharibəsi (1804-1813) | İngiltərə bu illərdə Rusiyanın iştirakı ilə yeni antinapoleon koalisilasını yaratmağa çalışırdı. İngiltərə Rusiya-İran müharibəsini qızışdıraraq, öz müttəfiqinə — İrana münasibətdə ikiüzlü siyasət yürüdürdü: İran tərəfindən 1801-ci il müqaviləsinin şərtlərinə əməl olunmasını tələb edərək, özünü elə aparırdı ki, guya ki... |
3a06aea570c710fc | Rusiya-İran müharibəsi (1804-1813) | Pirqulu xan Əsgəranı tutdu və Qarabağın içərilərinə irəlilədi. 1805-ci ilin iyunun 26-da şah qoşunlar, polkovnik Koryagin başda olamqla azsaylı rus qarnizonunun yerləşdiyi Şahbulağı mühasirəyə aldılar.Abbas Mirzə qalanın təslim olmsını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görərək, qalanı iyulun 8–də təslim et... |
45cbf75b6ef21cd4 | Rusiya-İran müharibəsi (1804-1813) | İran qoşunlarının komandanı yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, kətxudalara bəyanatla müraciət edərək, Qazax sakinlərini Rusiyaya qarşı üsyana çağırdı. Koryagin 570 nəfərlik dəstə ilə döyüş əməliyyatları meydanına tələsdi və iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşərgəsinə hücum etdi.İran qoşunlarının 1805-ci... |
d042e58bfbccfec9 | Rusiya-İran müharibəsi (1804-1813) | Mustafa xan illik bac verməkdən boyun qaçırır, daxili idarədə özünün müstəqilliyi barədə təminat və özünə daimi məvacib təyin olunmasını tələb edirdi. Sisianov isə özünün irəli sürdüyü şərtlərlə Rusiya hakimiyyətini qəbul etməyi tələb edirdi və danışıqların heç bir şey verməyəcəyinə əmin olduqdan sonra 1805-ci ilin noy... |
017ecd696c2597d6 | Rusiya-İran müharibəsi (1804-1813) | Rus qoşunları Fitdağa yaxınlaşdı. Öz vəziyyətinin çıxılmazlığını görən xan Rusiya təbəəliyinə keçməyərazı oldu. Mustafa xan və Sisianovun 1805-ci il dekabrın 27-də imzaladıqları müqavilə əvvəlcə bağlanmış iki müqavlə ilə eyni idi.Qarabağ və Şəki xanlıqlarının Rusiya hakimiyyəti altında keçməsi haqqındakı müqavilərlə ey... |
e6fe648cade9112b | Rusiya-İran müharibəsi (1804-1813) | Çar hökuməti Xəzər donanmasının möhkəmləndirilməsinə və onun köməyi ilə Xəzərin qərb sahillərinin ələ keçirilməsinə böyük əhəmiyyət verirdi.Çarın xarici içlər naziri bunu dönə-dönə Sisianova xatırladırdı. Sonuncu isə, öz növbəsində, Xəzər dənizi üzərində Rusiyanın tam hərbi ağalığını bərqərar etmək hüququnu rəhbər tutu... |
e696b8f486bb7a94 | Rusiya-İran müharibəsi (1804-1813) | Qalanın təslim edilməsi barədə danışıqlar başladı. Zavalişin rədd cavabı alaraq, avqustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mühasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji məntəqələri tutuldu.İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək şah sarayına müraciət etdi. İran t... |
658aace310523394 | Rusiya-İran müharibəsi (1804-1813) | 1806-cı ilin fevralın əvvəllərində Sisianov artilleriyası olan böyük qoşun dəstəsi ilə Bakının 2 km-də general Zavalişinin desant dəstəsi birləşdi və Naxır-bulaqda düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi.Sisianovun təklif etdiyi şərtlərə görə, Bakı xanlığı Rusiya təbəəliyini qəbul etməli, xanlığın ... |
7e371bd274c8233f | Rusiya-İran müharibəsi (1804-1813) | Cənubi Qafqazda da şərait mürəkkəbləşdi. Xanların çoxu tərəddüd etməyə başladı. Dağıstanın bəzi feodal hakimləri bu məqamdan istifadə edərək, tələsik Zaqafqaziyaya soxulmaq üçün hazırlıq görməyə başladılar. Qazıqumux hakimi Surxay xan Azərbaycana soxuldu. Lakin rus qoşunlarının Şimali Qafqazdakı fəallığı üzündən digər ... |
fcd416474d42aeef | Rusiya-İran müharibəsi (1804-1813) | Napoleonun vəd etdiyi kğmək burada az rol oynamadı. İran qoşunları Arazı keçərək Qarabağa yeridi. İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin kampaniyasının ilk silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4000 İran sərbazı iləm qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışd... |
00d7e96904bd9c07 | Rusiya-İran müharibəsi (1804-1813) | Rus qoşunlarının gəlib çıxmasının xeylim gecikməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu. İbrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı Xankəndinə köçürdü. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisinın yazdığı kimi, ―bəzi bədniyyətli adamla... |
d84f410fa78e5d75 | Rusiya-İran müharibəsi (1804-1813) | Abbas Mirzənin qoşunları Qarabağ və Şirvanda idi, gürcü şahzadəsi Aleksandr başda olmaqla 15 minlik digər ordu isə iyunun sonlarında Gəncənin 45 km-liyində düşərgə salmışdı. Şahzadə Tiflis, Qarakilsə və Gəncə istiqamətləri ilə Gürcüstana girməyə hazırlaşırdı. Lisaneviçin amansızlığına və atasının xaincəsinə öldürülməsi... |
e925ac0fab7ae733 | Rusiya-İran müharibəsi (1804-1813) | Təkcə Şirvandan İrana 6 min nəfər aparılmışdı.Yay kampaniyasının müvəffəqiyyətlə başa çatmasından sonra qarşıda Şimali Azərbaycanın talan ərazisinin, ilk növbədə Bakı və Quba xanlıqlarının işğalı məsələsi dururdu. Rus komandanlığı Bakı və Dərbənd qalalarını ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. General Qlazenap 18... |
235ad1323c1b6b5c | Rusiya-İran müharibəsi (1804-1813) | Qubalı Şeyxəli xan Rusiya hakimiyyətini qəbul etmək istəmirdi. 1806-cı ilin iyununda rus qoşunları Quba xanına tabe olan Dərbəndə yaxınlaşdılar və iyunun 22-də onu tutdular. Sonra onlar general Bulqaqkovun komandanlığı altında Bakıya doğru yönəldilər. General şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz nümay... |
59adf253e022db6d | Rusiya-İran müharibəsi (1804-1813) | Tezliklə Quba xanı da qaçdı, onun xanlığı da Rusiyaya tabe olundu. Dərbənd və Quba xanlıqları Tərki şamxalının ixtiyarına verildi, sonralar isə əyalətlərə çevrildi.Beləliklə, 1806-cı ilin sonund, Talış, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın hakimiyyəti altına keçdi. Şəkidə v... |
40f0720d4c9f493b | Rusiya-İran müharibəsi (1804-1813) | Onlar şəhər divarlarının ətrafını yandırıcı materiallarla doldurdular və rus qoşuunları hücuma başlayanda onlara od vurdular. Bununla belə nuxalıların müqaviməti qırıldı və rus qoşunlatrı hücum edib, Nuxanı ələ keçirtdilər. Səlim xan İrana qaçdı. Xanlığın idarə olunması üçün Şəkidə yerli, Rusiyaya meyilli olan bəylərdə... |
6e124079a449471f | Rusiya-İran müharibəsi (1804-1813) | Tezliklə bu üsyan da yatırıldı. Şimali Azərbaycan xanlıqlarında üsyan yatırıldıqdan sonra hökumət bir sıra yerli feodal hökmdarları dəyişdi. Rusiya-İran müharibəsinin başlanğıcında Rusiyanın tərəfinə keçmiş xoylu Cəfərqulu xan Şəki xanı təyin edildi. O özünün keçmiş Xoy xanlığı əhalisinin bir hissəsini Şəkiyə köçürdü. ... |
5e7f4df54681ecb6 | Rusiya-İran müharibəsi (1804-1813) | Avropa dövlətlərinin və Osmanlının mövqeyi Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra İranla sülh bağlamağa can atırdı, belə ki, rus komandanlığı Türkiyə ilə müharibənin yaxınlaşdığını qabaqcadan görür və buna görə də əl-qolunu azad etmək, mümükün olarsa, hətta İranı Türkiyəyə qarşı müharibəyə sövq et... |
5124ab21b4711cd9 | Rusiya-İran müharibəsi (1804-1813) | İngiltərə və Fransa bu işdə az rol oynamırdı. İngiltərə və Fransanın başlıca mənafelərini başqa beynəlxalq məsələlərə daha çox məşğul etsə də,Onlar Cənubi Qafqazı bir anlığa da gözdən qoymur, İngiltərə açıq-aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni Rusiya ilə müharibəyə təhrik edirdilər. Austerlitsdən s... |
b02d6f8030540839 | Rusiya-İran müharibəsi (1804-1813) | General Romyenin qəfildən, müəmmalı şəkildə vəfatı üzündən danışıqlar kəsildi. Lakin tezliklə digər fransız nümayəndəsi Jober İrana gəldi. Onu şahın özü də qəbul etdi. Napoleon "rus qoşunlarını Zaqafqaziyadan qovmaq üçün… fransız qoşunlarının İran sahillərinə çıxmasına icazə verməyi" İrana təklif etdi. Fransa bütün vas... |
ff35021787f3c980 | Rusiya-İran müharibəsi (1804-1813) | Fransanın təsiri altıpnda Türkiyə Rusiyaya qarşı birgə mübarizəsi üçün İranla hərbi ittifaq bağlamaq niyyətində idi. Türkiyə məmuru Feyzi Mahmud Əfəndi 1805-ci ilin payızında bu məqsədlə Tehrana gəldi. Napoleonun 1806-cı ildə İstanbula gəlmiş səfiri general Sebastian hədələr və cəlbedici vədlərlə Türkiyəni bir sıra rus... |
985ac933fca7f8bd | Rusiya-İran müharibəsi (1804-1813) | Lakin İranla danışıaqlar müvəffəqiyyətlə nəticələnmədi. Rusiya-Türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus qoşunlarının komandanlığı Tərtər çayında istehkam yaratmağı qərara aldı. Quba, Bakı və Dərbəndi təzəcə ələ keçirmiş, Şəki və Car-Balakındə üsyanı yatırtmış qoşunlar oraya göndərilmişdi. Baş komandan gen... |
c0941f7d4b0b47de | Rusiya-İran müharibəsi (1804-1813) | Bir qədər vaxtan sonra döyüş baş verdi. Qaş qaralana yaxın osmanlılar məğlub eduildilər. Ruslar osmanlılardan qənimətlər və çoxlu top ələ keçirdilər". Bu döyüş 1807-ci il iyunun 18-də baş vermişdi. Elə həmin ildə İran qoşunlarının Zaqafqaziyaya viran edici yürüşləri yenidən başladı. Napoleon 1807-ci ilin əvvəllərində İ... |
d0f11dc9190d7f96 | Rusiya-İran müharibəsi (1804-1813) | 1807-ci il yanvarın 17-də Napoleon iran şahına yazırdı ki, Rusiya üzərində qələbə "məni səninlə yaxınlaşdırır", ona görə də Rusiya üzərinə hücum etməyi, Zaqafqaziyanı tutmağı, "Xəzər dənizini ruslardan ötrü bağlamağı" məsləhət görürdü. O, "üç dövlətin əbədi ittifaqını" (yəni Fransa, İran və Türkiyənin ittifaqını) yarat... |
e9740805b47decc6 | Rusiya-İran müharibəsi (1804-1813) | 1807-ci il aprelin sonunda İranınm səlahiyyətli nümayəndəsi I Napoleonun olduğu Şərqi Prussiyaya gəldi və danışıqlara başladı. I Napoleon müqavilənin bağlanmasını gözləməyərək İrana göndərilmək üçün 50 top, 10 min tüfəng və 4 min piyada hazırlamaq əmrini verdio. 1807-ci il mjayın 4-də Finkenşteyndə Fransa-İran müqavilə... |
9a1e24c6caf4aa79 | Rusiya-İran müharibəsi (1804-1813) | 1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Bu müqaviləyə görə, İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala bilərdi. Rusiya və İran arasında barışığın görünməkdə olan əlamətləri Fransa-İran müqaviləsinin bağlanması və fransız diplomatik nümayəndə heyətinin İrana gəlməsi ilə yoxa çıxdı. "Fransa hökumətinin fit... |
e9415e306deb177b | Rusiya-İran müharibəsi (1804-1813) | Fransızlar İran ordusunu yenidən qurmağa başladılar. General Qardan eyni zamanda Iran və Rusiya arasındakı danışıqlara hər vasitə ilə mane olurdu. Hələ 1807-ci ilin yayında beynəlxalq vəziyyətdə dəyişikliklər baş verdi. Rusiya ilə Fransa arasında Tilzit sazişi, habelə hücum və müdafiə ittifaqı haqqında gizli rus-fransı... |
4abb3a900bdb662f | Rusiya-İran müharibəsi (1804-1813) | Lakin sonrakı hadisələr göstərir ki, Fransa və Rusiya arasında Tilzitdə bağlanılmış bu ittifaq məcburi ittifaq idi. Fransız mütəxəssisləri İranı Rusiya ilə yeni silahlı toqqujşmalara hazırlamaqda davam edirdilər vəşah sarayı da Napoleonun köməyinə ümidini itirməyərək, Fransa ilə əlaqələri kəsmək istəmirdi. Lakin yaranm... |
e3fea06cf8948fa5 | Rusiya-İran müharibəsi (1804-1813) | Cekson şahın Fransa ilə əlaqələrini kəsməyinə nail oldu. O, şahı və şah sarayını satın almaq üçün böyük vəsaitdən istifadə edirdi. 1809-cu ilin fevralında general Qardan Tehranı tərk etməyə məcbur oldu. 1809-cu ildə İngiltərə İranla müqavilə imzaladı. Bu müqaviləyə görə, İran İngiltərə ilə düşmənçilik edən bütün dövlət... |
41993e2a16c43354 | Rusiya-İran müharibəsi (1804-1813) | Müharibənin son dövrləri Danışıqlarla yanaşı, gələcək hərbi əməliyyatlara hazırlıq gedirdi. Artıq 1808-ci ilin mayında 10 minlik İran qoşunu İrəvana doğru çəkilirdi . Rus qoşunlarının baş komandanı general Qudoviç də öz qoşunlarını İran sərhədinə doğru yönəltdi və sentyabrın 40- də Soğanlıq düşərgəsindən 3 min nəfərdən... |
6960cb42e921f63c | Rusiya-İran müharibəsi (1804-1813) | Rus qoşunları irəvana geri çəkilən Hüseyn xanı təqib edərək yolüstü Eçmiədzini ələ keçirtdi. Bu zaman general Nebolsin Naxçıvana doğru irəliləyərək, oktyabrın sonunda Qarababa kəndi yanında İran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başladı və mayın ortaların... |
adace14201013a32 | Rusiya-İran müharibəsi (1804-1813) | Qarababa kəndi rayonunda döyüş baş verdi, Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası uğursuz başa çatdı və Qudoviç istefaya getməyə məcbur oldu. 1809-cu ilin əvvəllərindən Rusiyanın Zaqafqaziyadakı vəziyyəti daha da mürəkkəbləşdi. İran İngiltərənin rəhbərliyi altında hərbi əməliyyatları davam etdirməyə... |
9d2c53c2c6f72376 | Rusiya-İran müharibəsi (1804-1813) | Yeni baş komandan Tormosov İranla münasibətləri danışıqlarla nizama salmağa ümid bəsləyirdi. Lakin 1809-cu ilin iyununda şahın özü Qarabağ və İrəvanla kifayətlənməmək və qüvvələrini Türkiyə ilə birləşdirmək üçün Qərbdə hərbi əməliyytalar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. Şah Zaqafqaziya hak... |
2748f4a244e98264 | Rusiya-İran müharibəsi (1804-1813) | Abbas Mirzə rus qoşunları ilə qarşılaşmaqdan hər vasitə ilə çəkinirdi. Avqustda o, Gəncəyə hücum etdi. Rus qoşunları da oraya tələsdi. Abbas Mirzə yenidən, döyüşə girmədən, bir neçə yaşayış məntəqisini talan edərək, Arazın o tayına çəkildi. 1809-cu ilin sentyabrında on bir minlik İran süvari qoşunu Talış xanlığına soxu... |
65ea7cd4a3a347b9 | Rusiya-İran müharibəsi (1804-1813) | Həmin günlərdə əsgəranda İran və Rusiya arasında danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi. İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə mane olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtl... |
eb8f1c82e0ac8cd8 | Rusiya-İran müharibəsi (1804-1813) | İngiltərə və Türkiyənin maneçiliyi üzündən danışıqlar kəsildi. Türkiyə barışıq bağlanacağı təqdirdi İranla müharibədən azad olacaq qoşunların hesabına Rusiyanın güclənməsindən ehtiyat edirdi. Ona görə də soltan danışıqları pozmaq üçün öz səlahiyyətli nümayəndəsini qiymətli hədiyyələrlə Tehrana göndərdi. Abbas Mirzəyə i... |
3f312ee88cc22447 | Rusiya-İran müharibəsi (1804-1813) | İran qoşunlarının öz dəstələri Tuğ kəndinin yaxınlığında, Qarğabazar adlanan yerdə dayandı. Iranlılar Mehridə də möhkəmləndilər. Təbriz istiqamətində Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan Mehrinin mühüm strateji əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər artıq dəstəsi olan Kotlyarevski Mehriy... |
d144d09c3eb0f2d1 | Rusiya-İran müharibəsi (1804-1813) | Lakin şah komandanlığı onun alınmazlığına əmin olaraq, geri çəkilmək məcburiyyətində qaldı. İyulun 8-nə keçən gecə Kotlyarevski İran qoşunlarının Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən hücum etdi. Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı. Rus qoşunlarının bu qələ... |
b0d2c494b5ac7de2 | Rusiya-İran müharibəsi (1804-1813) | Türkiyə tərəfindən gözlənilən təhlükə İran qoşunlarının üzərinə hücum etməyə imkan vermirdi. 1810-cu ilin avqustunda İanla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Lakin bunun da köməyi olmadı. İran qoşunları Ahalkələki yaxınlığında darmadağın edildi. Abbas Mirzə rus dəstələri ilə yeni toqquşmalardan çə... |
aaa1e37b7247d401 | Rusiya-İran müharibəsi (1804-1813) | Bu vaxt Malholm təlimatçılar qrupu toplar və digər silahlarla birlikdə Tehrana gəldi. 1811-ci ildə Xarford Ceksonu Tehranda başqa bir səfir – Ouzli əvəz etdi. O özü ilə birlikdə üçillik maliyyə yardımının hamısını, habelə 3 min tüfəng, 20 top, hərbi sursat və ləvazimat gətirmişdi. 1812-ci il martın 14-də, yəni Fransa i... |
055b25f1e99d96f1 | Rusiya-İran müharibəsi (1804-1813) | İngiltərə hökuməti Xəzərdə gəmiqayırmanın təşkili, hərbi anbarların tikintisi üçün mütəxəssislər qrupu ayırmağı, zəruri hallarda hərbi gəmilərini İran körfəzinə göndərməyi boynuna götürdü. Bu gəmilər körfəzin istənilən limanını tutmaq hüququna malik idi. İran İngiltərədən belə əhəmiyyətli yardım alaraq, barışıqdan imti... |
cd7ca309f66a2ca9 | Rusiya-İran müharibəsi (1804-1813) | Rus qoşunları Rusiya-Türkiyə müharibəsinin Qafqaz və Balkan cəbhələrində bir sıra qələbələr qazandılar. M.İ.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə xüsusən təsiredici idi və bu da Türkiyəni sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu m... |
08bee3232924c6fd | Rusiya-İran müharibəsi (1804-1813) | İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və Arpaçay çayları boyunca keçməsi barədə əvvəllər irəli sürülən təkliflərdən imtina edir və sərhədi işğaldan sonra necə varsa elə qurmağa razılaşırdı. Lakin danışıqlar uzandı, çünki Abbas Mirzə ərazi güzəştləri tələb edirdi. Bu zaman beynəlxalq münasibətlərdə baş verdi. 1812-... |
503236a501b69018 | Rusiya-İran müharibəsi (1804-1813) | Bunun üçün də, hər şeydən əvvəl, general Kotlyarevskinin dəstəsinin yerləşdiyi möhkəmləndirilmiş Mehrini tutmaqlazım idi. İyulun 12-də İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda 20 minlik İran qoşunu Lənkəran da daxil olmaqla Talış xanlığı ərazisini ələ keçirdi. İran... |
856af7c15ba7583d | Rusiya-İran müharibəsi (1804-1813) | Tərəflər özlərinin əvvəlki mövqelərindən əl çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Şah qoşunları yenidən hərbi əməliyyata başladı. Abbas Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlığında Araz sahilində cəmləşdi. O, Kotlyarevskinin komansanlığı altında qarşısınıda dayanmış rus dəstə... |
fb60cc1af089a515 | Rusiya-İran müharibəsi (1804-1813) | Bütün əhalinin köməyinə baxmayaraq, o, köhnə Şamaxını ələ keçirə bilmədi. Elə həmin vaxt şəkili Səlim xanın oğlu Hüseyn xan İran sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu, Mirhəsən xan Talışa gəldi. O, Xəzər batalyonunu və kazak bölməsini sıxışdıraraq, Salyanı, Qızılağacı ələ keçirməyə və Lənkəranı mühasir... |
d50f9097de4cec0b | Rusiya-İran müharibəsi (1804-1813) | Lakin Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında peyda olması və həmçinin ərzaq ehtiyatının tükənməsi rus qoşunlarını geri çəkilməyə və Qubaya daxil olmağa məcbur etdi. Şəhər İran ordusu tərəfindən mühasirəyə alındı. Abbas Mirzənin oğlu yerli əhalini soyur və onu özünə qarşı çevirirdi . Cənubi Dağısta... |
24a2acef49de104d | Rusiya-İran müharibəsi (1804-1813) | Mədətovun dəstəsi qazandığı müvəffəqiyyəti inkişaf etdirərək Gəncəyə hərəkət etdi. Lakin Gəncəyə gedən yolun üstündə, Şamxorda İranın böyük hərbi qüvvələri yerləşmişdi. İngilis zabitlərindən təlim almış 2000-lik piyadadan, 8 minlik nizami süvari qoşundan, toplardan və folkanetlərdən ibarət olan bu qüvvə rus dəstəsinə h... |
f9f35697f7bfb079 | Rusiya-İran müharibəsi (1804-1813) | O, İran qoşunlarının bir neçə dəfə üstün qüvvəsi qarşısında sarsıldı. Döyüşün həlledici anında dəstə mövqeyini saxlaya bilməyəcəyindən ehtiyat edən Mədətov zabitlərdən birini göndərərək, ona gürcü könüllülərini köməyə aparmağı əmr etdi. Birləşmiş qüvvələr İran süvari qoşunu ilə döyüşə atıldı. Sonra isə bütün rus qoşunu... |
c7e40a150c07512a | Rusiya-İran müharibəsi (1804-1813) | Şah qvardiyası qılıncdan keçirildi, süvari qoşunun təqib etdiyi sağ qalmış sərbazlar qaçmağa başladılar. Bu süvari qoşun "İran ordularına xeyli zərbə vurdu və çoxlu qənimətlər ələ keçirdi". Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri çəkildi, sentyabrın 4-də general Mədətovun rus dəstəsi Gəncəyə dax... |
1c79051e88d04513 | Rusiya-İran müharibəsi (1804-1813) | Şuşa qalasının rəisi özünün sərəncamında olan azsaylı qarnizonun qüvvələri ilə düşmən düşərgəsinə hücum etdi və "qələbə çaldı, iranlılar qaçıb dağıldılar və bütün qaliblərin əlinə keçdi". İran ordusunun yaxınlaşdığını eşidən rus komandanlığı zərbə qrupunu Gəncə yaxınlığında cəmləşirdi. Sentyabrın 10-da sonralar Yermolo... |
6093bcc38cb9d978 | Rusiya-İran müharibəsi (1804-1813) | Kaxetiyada gürcü şahzadəsi Aleksadrın qoşunları ilə birləşərək Tiflis üzərinə birgə hücum üçün Şəkiyə göndərildi. Lakin Abbas Mirzənin planları həyata keçmədi. O, ilk zərbəni Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı. İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxuldular. Onları çoxsaylı r... |
3281d45a3ad64052 | Rusiya-İran müharibəsi (1804-1813) | Pirqulu xan da Şəkidə darmadağın edildi, Abbas Mirzə qərara gəldi ki, özü Şəkiyə yerisin və Pirqulu xanın qalan qüvvələri ilə birləşsin. Bu məqsədlə o öz qoşunlarını Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Rus dəstələrinin rəisi Kotlyarevski Abbas Mirzənin niyyətini başa düşdü və onun hərəkətlərinin qarşısını ... |
108d39f92b4f09d9 | Rusiya-İran müharibəsi (1804-1813) | Abbas Mirzə əzilmiş hissələrin qalıqlarını toplayaraq, səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağa qərara aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun qoşunlarını darmadağın etdi. Pirqulu xan İran qoşunlarının darmadağın edilməsindən xəbər tutaraq, tələsik Şəki xanlığının, ümumiyyətlə, Şimali Azərb... |
f136fdfa3ae5c86e | Rusiya-İran müharibəsi (1804-1813) | İngilis tərəfindən təlimat almış iranlılar Lənkəran qarnizonunu möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər piyadadan ibatər kömək gəldi Dekabrın 21-də İran qoşunlarının ön dəstələri Muğanda darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan İran qoşunları Ərçivandan geri çəkildilər. Kotlyarevski Ə... |
dc9b542623ccc19e | Rusiya-İran müharibəsi (1804-1813) | Rus qoşunları dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə tutdu. Dekabrın 31-də Kotyarevsiki qoşunu üç hissəyə bölərək axşam qala divarlarına yaxınlaşdı və 1813-cü il yanvarın 1-də səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma üç saatdan çox çəkmədi və qala alındı. Lənkəranın alınması Rusiya-İran ... |
77cd4e37aa94115b | Rusiya-İran müharibəsi (1804-1813) | Bu düşərgədən nə bircə çadır, nə də bircə dəvə belə xilas ola bildi". Aslandüz və Lənkəran qələbələri müharibənin taleyini həll etdi. Artıq aydın oldu ki, demək olar ki, heç bir şey rus qoşunlarının İranın içərilərinə doğru irəliləməsinə mane ola bilməz. İrandakı ingilis səfiri Ouzli Rusiya və İran arasındakı müharibən... |
a4267ee85c0471c0 | Rusiya-İran müharibəsi (1804-1813) | Şah sarayı 1813-cü il yay kampaniyasının geniş planını işləyib hazırladı, öz casuslarını Azərbaycana və ümumiyyətlə, Zaqafqaziyaya göndərərək, yerli feodalları şah qoşunlarına kömək göstərməyə çağırdı. Lakin müsbət cavab almayaraq, habelə bir sıra parlaq qələbələrdən sonra Rusiyanın Zaqafqaziyada güclənməsindən qorxara... |
8fc7cbed02ce2881 | Rusiya-İran müharibəsi (1804-1813) | Sisianov İrəvan xanlığına doğru hərəkət edərək Sərdarabad qalasını mühasirəyə alsa da, onu tuta bilmədi, xeyli itki verərək geri çəkildi. Belə bir vəziyyətdə Sisianov siyasi manevrə əl atdı. 1805-ci il mayın 14-də Qarabağ xanı ilə Rus imperatoru arasında Kürəkçay traktatı imzalandı. Traktatı Rusiyanın imperatoru adında... |
3518d8e0649ccd29 | Rusiya-İran müharibəsi (1804-1813) | Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu sənəd təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində ciddi rol oynadı. Bu traktatın şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı oldu, digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum edildi. Xan Çar xəzin... |
047b116aca09e538 | Rusiya-İran müharibəsi (1804-1813) | Beləliklə, Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri ilə Azərbaycan iki hissəyə bölündü. Qarabağ ərazisi də Şimali Azərbaycanın tərkibində qaldı. Gülüstan müqaviləsi Danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsinin imzalanması ilə başa... |
9a87f5b59b56cc30 | Rusiya-İran müharibəsi (1804-1813) | Aşağı, 5%-lik gömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus tacirləri üçün İrana yol açılırdı. İranın daxilində isə rus tacirləri daxili gömrük rüsumlarını ödəməkdən azad olunurdu. Bütün bunlar Rusiya-İran ticarətinin inkişafı üçün əlverişli şərait yaradırdı. Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqa... |
d8e882fc946466a3 | İbrahimxəlil xan | İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806) — Qarabağ xanlığının II xanı. İbrahimxəlil xan İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilə... |
8f885574967fad32 | İbrahimxəlil xan | Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixi... |
7efff7371e988b6b | İbrahimxəlil xan | İran, Osmanlı və Rusiya imperiyası bu ərazidə üstün mövqe əldə etmək uğrunda mübarizə aparırdılar. Digər tərəfdən qonşu xanlıqların da bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etmək ehtimalı var idi. Ona görə də xanlıqlar güclü dövlətlərdən və qonşu xanlıqlardan özlərinə etibarlı müttəfiqlər axtarırdılar. Ağa... |
75f067b33fe1e98b | İbrahimxəlil xan | O, tabe olmayan xanlara və feodallara amansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. O, bir zaman xəbər tutur ki, Rusiya tabeliyini qəbul etmiş Gürçu çarı II İrakli Qarabağ və İrəvan xanlıqlarının da belə bir qərar qəbul etməsinə çalışır. Qarabağın Rusiyanın tabeliyinə keçməsi fikrindən dəhşətə gəl... |
f4bff6fb7e42ee65 | İbrahimxəlil xan | Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdə Şuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Ağa Məhəmməd şah Qacar Tiflis istiqamətində hücuma keçir. O, heç bir çətinlik çəkmədən Tiflisə daxil olub şəhəri darmadağın edir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfə Qafqaza yürüş edir.... |
c8f6cfa39800c5cc | İbrahimxəlil xan | Bir neçə gün sonra iyun ayının 5-də saray məmurları Ağa Məhəmməd şahı gecə öz iqamətkahında qətlə yetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cəsədini böyük ehtiram ilə Tehrana yola salır. Beləliklə Azərbaycan xanlıqlarını birləşdirmək Ağa Məhəmməd şaha nəsib olmur.12 iyun 1806-cı ildə İbrahim ... |
1e168eba7b5a7e81 | İbrahimxəlil xan | Baxşı bəyim Fərəculla xan Şahsevən ilə ailə qurmuşdu. Güllü bəyim II Nəzərəli xan Şahsevən ilə ailə qurmuşdu. Kiçik bəyim Hüseynqulu xan Dünbili ilə ailə qurmuşdu. Əzət bəyim Əbuturab xan Dünbili ilə ailə qurmuşdu. Gövhər ağa (Göbhərnisəbəyim ağa) (1796-1888) öncə Cəfərqulu xan Dünbili ilə, sonra Xankişi bəy Sarıcalı-C... |
c5dcb5dc8a45a050 | İbrahimxəlil xan | Şahnisə bəyim Əli bəy Sarıcalı-Cavanşirlə evlənmişdi. Səltənət bəyim (?-1806)Törəmələri Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvannın babasıdır. Mehdiqulu xan onun nəticəsidir. Xanbikə xanım onun nəticəsidir. Həmçinin bax Azərbaycan xanlıqları Xarici keçidlər "Qarabağın görkəmli şəxsiyyətləri:İbrahimxəlil xa... |
757ac9db303fce7c | Zevs | Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) - Yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biri. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz, qartal onun a... |
dc4ed9a109aed742 | Zevs | Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadara... |
1016c7e7b08138f8 | Zevs | Zevsin Ailəsi Bəzi əfsanələrə görə Zevs Heranı Fedidaya görə boşamaq istəsə də , sonradan ondan ola biləcək oğlunun onun yerini tuta biləcəyindən ehtiyat edərək bundan vaz keçmişdir. Fedita Peleyaya ərə getmiş və onlardan Axilles dünyaya gəlmişdir. Zevs ilan cildində Demetranın, sonra Persefonanın, öküz və quş cildində... |
6ceccbf3ed8e4fc7 | Veb sayt | Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri v... |
3292d02ef9c03a36 | Veb sayt | Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.