passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
957c426d2b0dc233 | Veb sayt | Tim Barners-Li veb-texnologiyasının – HTTP, URI/URL və HTML atası hesab edilir Veb-saytın strukturu İnternetdə olan, öz aralarında hiperistinadlarla birləşmiş, kiçik saytdan tutmuş böyük informasiya portalına qədər hər bir resurs bir neçə tematik rubrikaları təşkil edir. Bir qayda olaraq məzmunu qısa anonslarla verilmi... |
0d67c2615728758f | Veb sayt | Çünki sənədin fiziki strukturunda fayllar proqramistin işini asanlaşdırmaq məqsədi ilə müəyyən qaydada yerləşdirilə bilər. Faylların müəyyən qayda ilə yerləşdirilməsi sayta yeni materiallar əlavə edildikdən sonra qarışıqlıq yaranmasının qarşısını alır, belə ki, proyektin elementləri sayılan bütün qrafik təsvirləri "Ima... |
b342567116f8ff67 | Veb sayt | Bu adların uzunluqları 8 simvoldan çox olmamalıdır. HTML sənədlərində faylların adları məna kəsb etməlidirlər, yəni gələcəkdə faylın məzmunu yaddan çıxarsa, bu halda faylın adına baxmaqla onun hansı mövzuya aid olduğu təyin olunacaq. Veb-saytın strukturu 3 tipə bölünür: Xətti struktur Şəbəkə strukturu İerarxik struktur... |
513930e3b2931eff | Emosiya | Emosiya — insanın üzvü tələbatının təmin olunub- olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır. Emosiyalar insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibət... |
167d88f6e09b5b41 | Emosiya | P. K. Anoxinə görə isə "emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər. S. Z. Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir. Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək be... |
b387da4d9d573e22 | Emosiya | Bu cəhətdən emosiya heyvanlarda da vardır. İlkin və ikinci emosiyalar Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və ikinci emosiyalara ayırırlar. P. Ekman 6 ilkin emosiyanın adını çəkir: qəzəb, qorxu, ikrah, təəccüb, kədər, sevinc. R. Plutçikin təsnifatında dörd cüt emosiyanın hər cütü müəyyən h... |
2430da03ebbec105 | Emosiya | Bunların bir neçəsinə nəzər salaq: əhvallar, affektlər, stress, frustrasiya. Emosiyaların funksiyaları Emosiyaların funksiyaları məsələləri bir çox müəlliflər tərəfindən əsas tədqiqat obyekti kimi ayrılmışdır. V. K. Vilyunas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşağıdakı funksiyaları sadalayır. Qiymətlə... |
272e32b32b79ae06 | Totemizm | Doğrudan da, dünyamızda bizimlə yanaşı elə insanlar yaşayırlar ki, ibtidai icma dövrünün sakinlərinə çox yaxındırlar. Mədəni xalqlar bu toplumlara baxanda əcdadlarını görürlər. Ona görə də vəhşi və yarım vəhşi halda yaşayan eskimosların, aborogenlərin və b. məişəti, təfəkkür tərzi, adət-ənənələri, folkloru diqqətlə ara... |
aef35e62b56e0f1d | Totemizm | Təbii ki, təfəkkürdə, insan düşüncəsində o cür qəbul edilməsi nəzərdə tutulur. Reallıqda isə ailə (tayfa, klan) üzvlərinin zahiri cizgiləri, xasiyyəti və davranışları ilə totem arasında elementar oxşarlıqlar göstərilir. Məsələn, filan heyvan kimi sürətli qaçırlar, yaxud uzağı görəndirlər, cəlddirlər və s. Dünyagörüşü e... |
7ea1eef098e338bf | Totemizm | Onun şərəfinə vaxtaşırı mərasimlər, bayramlar keçirilir. Bir totemin timsalında (məsələn, adi keçini, yaxud qoçu cürbəcür bəzəklərlə bəzəyir, çələnglərə tuturlar) yaradıcıya xas sitayişkarlıq edir, qurbanlar kəsir, xüsusi nəğmələr oxuyurdular. Totemə həsr olunan rituallarda yırtıcı, vəhşi heyvan və quşların özünü meyda... |
7ee0d3747cf396df | Totemizm | C.Frezer "Totemism and Exogamy" əsərində yazır ki, insanlar "nəinki müasir mənada başa düşdüyümüz nəsil və qan qohumluğu ilə, totemlə daha sıx bağlanırdılar". Bir cəhət də maraqlıdır ki, totemi dar çərçivədə götürüb hər hansı bir konkret ərazidə yerləşdirmirdilər. Başqa sözlə, o, məlum məkana aid deyildi. Hansısa heyva... |
c32506a64cc5e4df | Totemizm | Son illərin araşdırmaları nəticəsində bir çox tədqiqatçılar ona meyillidirlər ki, totemizm dünyanın hər yerində bəşəriyyətin müəyyən zaman aşırımlarında keçdiyi mühüm inkişaf mərhələsindən biridir. Tədqiqatçıların fikrincə, totemlərdən müxtəlif dinlərdə geniş istifadə olunur. Bəzi dinlərdə totem sisteminin əsas xüsusiy... |
7d9f090108bf69c7 | Totemizm | Zoomorfik-totomik miflərələ əlaqədar formalaşan mifoloji toponimlər. Zoomorfik miflər digər mif kateqoriyaları içərisində xüsusi yerlərdən birini tutur. Bu miflər qəbilə, tayfa quruluşunun hökm sürdüyü cəmiyyətdə totemik etiqad və mərasimlər kompleksinin əsas hissəsini təşkil edir. «Həmin miflərin əsasında müəyyən adam... |
7ab9227df743bfb6 | Totemizm | Bu da bir sistem halında bütün sivilizasiyalı xalqlarda mövcud olmuşdur. Hər bir xalqın totemlər sistemi isə həmin xalqın yaşadığı coğrafi mühiti və adət-ənənəsi ilə sıx bağlıdır. Doğrudan da, elə bir istər sivilizasiyalı, istərsə də sivilizasiyasız xalq yoxdur ki, onların mifik dünyagörüşündə hansısa heyvan totemlər m... |
f57fd12a6beef9fe | Totemizm | «Ərgənəkon» dastanında göstərilir ki, türklərin ulu babaları dişi qurdla oğlan uşağından törəmişdir . Törəniş dastanında isə qurd ata kimi təsvir olunur. Qədim türklər qurda «kök böri», yəni göy qurd demişlər və bunun da səbəbi var. Kök, yəni göy, göyün rəngi olan mavilik idi. Əslində, türklər göyə kök tegri, yəni mavi... |
845e93b1c83a283a | Totemizm | Ancaq burada bir məsələ var ki, qurd sözü ilə bağlı bütün yer adlarını totemik ad hesab etmək olmaz. Çünki onların bir hissəsi sırf təsviri mahiyyət kəsb edir Məs: Şəki rayonu ərazisində Qurddağ oronimi və Bakı şəhəri ərazi vahidliyində Qurdyalı dağı, Qurd qapısı məhz həmin yerlərdə qurdun (canavarın) tez-tez və ya hər... |
ed9dd743bd1de4d1 | Totemizm | M.Adilov türk xalqlarında qurd sözünün bir forması olan «börü» ilə bağlı çoxlu toponimlər olduğunu qeyd edir və onlara misal olaraq Bııri, Buriboy, Burioy, Bure, Qurt, Bori, Byori və s. sözləri göstərir. «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinən Baybura şəxs adı da heç şübhəsiz qurdla əlaqədar toponimlərdəndir. Bunl... |
c3ed680a3453ba91 | Totemizm | Mənbələrin verdiyi məlumatlara görə, hər iki kəndin adı kəngərlilərin «qurd» adlı tirəsi ilə bağlı meydana çıxmışdır. Ordubad, Gəncə, Şamaxı və Şuşa şəhərlərində «Qurdlar» məhəlləsi də totemizmlə əlaqədar meydana çıxmışdır. Gürcüstan (Borçalı) və Ermənistan (Qərbi Azərbaycan) ərazilərində də eyni adlı toponimlər mövcud... |
b5dacd4c5d2ce197 | Totemizm | Qurd totemi ilə əlaqədar Azərbaycan ərazisində qeydə alınan mifoloji toponimləri araşdırdıqca məlum olur ki, həmin adların arealı kifayət qədər genişdir. Ancaq burada «qurdla» əlaqədar təsviri toponimlər, mifoloji köklərlə bağlı olan toponimləri qarışdırmaq olmaz. Məlum olduğu kimi, mifologiyanın əsas bölgülərindən bir... |
a2a2ef63ffca8f7e | Totemizm | Doğulan uşaqlar Boz qurd ruhunda böyüyürlər». Beləliklə, məlum olur ki, qədim türklərin yaranış dastanlarında Boz qurdun totem olması açıq-aydın təsvir olunur, bundan sonra yaranan dastan və nağıllarda qurda totem (onqon) kimi müraciət olunmaqla, bir çox qəhrəmanların adı, davranışı, xarakteri qurd kimi verilir. Qorqud... |
50d780d646411b37 | Totemizm | Guya Xızır atı özü kimi «Abi-həyat»dan içmiş, o da ölməzlər sırasına keçmişdir. Koroğlu haqqında olan əlavə rəvayətlərin birində deyilir ki, guya Koroğlu öləndən sonra Qırat göyə uçmuşdur». Türk xalqlarının dastan yaradıcılığında yarımmifoloji, yarıməfsanəvi atlar da vardır. «Manas» dastanında Ak Kunyas, «Kitabi-Dədə Q... |
08d716493da45c94 | Totemizm | Bəzi dövrlərdə, bəzi türk boyları ata heykəl, ata məzar yapmışlar. Hələ də yapırlar. Türklər bütün heyvanlar arasında ən çox ata üstünlük veriblər. Qəbirlərindən də görünür ki, onu ilahiləşdiriblər. Türkə görə, yer üzündə atdan təmiz varlıq yoxdur, ondan ulu heç nə yoxdur. Təkcə onun qoxusu Türk-qıpçaq üçün abi-həyatda... |
198cdab9baa77955 | Totemizm | «Atlı həyat tərzi» üçün qıpçaqlar özlərinə xüsusi paltarlar fikirləşiblər. «Şalvar» kişi geyimi, dünyada ilk uzunboğaz çəkmə (sapoq) at üstündə oturmaq üçün düşünülüb. At türklər arasında misilsiz hörmət və məhəbbətə layiq olmuşdur. Təsadüfi deyildir ki, «Qan tarixi»ndə Çində atlar¬dan tam asılılıq açıq şəkildə elan ol... |
2e6627fc95f73184 | Totemizm | Ancaq M.Seyidov öz araşdırmalarında birmənalı şəkildə sübut etmişdir ki, Koroğlunun qılıncı, nərəsi, adı və digər atributları kimi atı da qədim türklərin totemistik dünyagörüşü ilə əlaqədardır . Qeyd etmək lazımdır ki, at kultu ilə bağlı mifik-totemistik baxışlar sistemi əksər sivilizasiyalı xalqlarda da mövcud olmuşdu... |
766e4b2a047ce7c8 | Totemizm | Fironların məbədlərində ən çox rəsmi və heykəli olan heyvanlardan biri məhz ilandır. Misir şahzadəsi Kleopatra sarayında zəhərli ilan saxlayırdı. Ona görə ki, nə isə bir təhlükə olanda ələ keçməmək üçün ilan vasitəsilə özünü öldürsün. Elə bu cür də olur. Deməli, Qədim Misirdə ilan həm də mənəvi xilaskar imiş. İlanın qə... |
814d38c4aaf73b89 | Totemizm | Türklərdə müsəlmanlığa qədər mövcud olmuş «buka» sözü də həmin qəbildən olan sözlərdəndir. O, həm qəbilə onqonunun adı, həm də həmin qəbilənin dini və dünyəvi rəhbərinə, hətta igidlərinə verilən ad olmuşdur. Əjdaha mənasını verən Astiaqın adının bu cür adlanması da, ehtimal ki, ilana sitayişlə bağlıdır. İlana tapınmanı... |
d012f5c0d5288c89 | Totemizm | Ancaq təsviri mahiyyət daşıyan və ilanla əlaqədar toponimlərdə vəziyyət başqa cürdür. Belə ki, onların hamısı oronimlərdən ibarətdir. İlanlı – Qobustan rayonunda kənd. Əksər mənbələrdə bu toponimin etimologiyasını ilanlı etnonimi ilə əlaqələndirirlər. S.Ataniyazov türklərin ersarı tayfasının bir qolu olan «ilanlı» etno... |
37e0febad5a9a1d5 | Totemizm | Laçın rayonu ərazisində Sus kəndinin yaxınlığında yerləşən Mərkiz dağının da adı ilan – mar heyvanı ilə bığlıdır. Mar – ilan, «kiz» isə Azərbaycan dilində heyvan¬darlıq termini olan və «quzuların saxlandığı yer» mənasına gələn «küz» sözü ilə bağlıdır. Deməli, Mərkiz sözü «İlanların çox olduğu yer» anlamını verir. Türki... |
4f7014bd33cbd610 | Totemizm | Samur sözü yalnız hidronim deyil, həm də yaşayış məntəqələrinin adını bildirdiyi üçün toponim olduğu güman edilir ki, bu da Samur adlı türk etnonimi ilə bağlıdır. E.Əhmədova da totemlərdən bəhs edərkən Samurun qədim türklərdə – azərbaycanlılarda, onların mifik inamlarında mühüm yerlərdən birini tutduğunu göstərir. Q.Qe... |
8afa96ebe53dbbf6 | Totemizm | Samur toponimi haqqındakı mövcud fikirləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olar ki, bu ad – Samur heyvanı adı ilə əlaqələndirilməlidir. Quş onqonları ilə əlaqəli mifoloji toponimlər Quş onqonlarının müasir dövrdəki izlərinin araşdırılması xalqın qədim tarixinin, inam və məişətinin öyrənilməsi üçün mühüm ... |
2ff364aa986bc8a3 | Totemizm | Azərbaycan ərazisində quşlarla bağlı saysız-hesabsız insan adının və toponimlərin də mövcudluğu həmin fikri bir daha təsdiqləyir. İndi isə toponimlərin ayrı-ayrılıqda izahına nəzər salaq. Bozdoğan//Toğan. Laçın rayonu və Qərbi Azərbaycanın Şörəyel mahalında yerləşən qədim kəndlərdən hesab olunan Bozdağan adı haqqında Q... |
bfb7aaabf3a26fe2 | Totemizm | Qıpçaqların qədim tayfalarından birinin Adı toğ olmuşdur. Bəzi tədqiqatçılara görə, toponim həmin tayfaların adı ilə bağlıdır (11, 468). Ancaq araşdırmalar göstərir ki, toğan // toğana doğan sözü¬nün fonetik variantıdır və bu ad – toponimin mənşəyi qıpçaqların Toğ tayfası ilə deyil, Oğuzların «doğan» onqon quşu ilə bağ... |
14c6c03054cde686 | Totemizm | N.Əsgərov son dövrlər nəşr olunan əsərində Laçın adının işlənmə arealını tədqiq edərək belə qərara gəlir ki, türk xalqları, eləcə də qədim azərbaycanlılar bəzi heyvan və quş ailələrinə inanmış, onlara tapınmışlar. Bu təsəvvürlər sonradan şəxs, tayfa, yer adına keçmiş və geniş işləklik dairəsi qazanmışdır. E.Abışov da N... |
abca230f5080d89c | Totemizm | XII-XIII əsrlərdə Marağada hakimlik etmiş ağşonqurilər sülaləSinin, XII əsr Gəncə əmiri Qarasonqurun adlarında da sonqur//şonqar komponenti iştirak edir. Məhz buna görə də bəzi tədqiqatçılara görə, şonqar quşu totem olmuş, sonralar tayfa adına çevrilmişdir . Şonqar // Sunqur quşunun onqon olması heç kimdə şüb¬hə doğurm... |
48400f411e1439e3 | Totemizm | B.Ögəl Laçın quşundan danışarkən yazır: «Ablı, qırmızı ayaqlı şahin. Yalçın, sərt və şiddətli mənası verildiyindən ağ şahinə ad olmuşdur. Laçın sözü Şimali Altaydakı türk ləhcələrində də doğan (şahin) mənasına gəlir. Osmanlı mənbələri Laçının ağ şahin olduğunu açıq şəkildə göstərirlər». Elə hesab edirik ki, Laçın adlı ... |
df5e2929692cfe14 | Totemizm | Dulu tayfaları II əsrdə hunlarla birgə Tyanşan və Altay arasındakı ərazidə yaşayırdılar. IV əsrdə Qərbi Türk Xaqanlığının tərkibinə daxil idilər. Dulu etnonimi tolo formasında müasir qırğızlar arasında qalmışdır; bu Azərbaycan dilində Tulu//tülü etnoniminə uyğundur. Bildiyimiz kimi tulu quşu qədim türklərin onqon quşla... |
48214d57847d56f5 | Totemizm | Ola bilər ki, həmin toponimin tərkibindəki «lu» morfemi tarixən «Tu» hissəsinə leksik şəkilçi kimi birləşib, ancaq bu məsələnin araşdırılması xüsusi tədqiqat tələb edir. Ağbaba – İrəvan xanlığının Türkiyə ilə sərhəd böl¬gəsində dağ adıdır. Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Ağbaba dağ sils... |
1240a904f8c4d227 | Totemizm | Qərbi Azərbaycanda (indiki Ermənistanda) Amasiya rayonunda böyük bir ərazi də Ağababa adlanır . Ancaq araşdırmalar göstərir ki, həmin onovahid səhv olaraq Ağababa formasında göstərilmişdir. Yəni düzgün variant Ağbabadır. Ağbaba adlı bir kənd Tiflis əyalətində də mövcud olmuşdur. Ağbaba dağı haqqında A.Ağbabalı yazır: «... |
2a29c61dd16cbf60 | Totemizm | Biz isə elə hesab edirik ki, A.Ağbabalının mülahizəsini doğru saymaq olardı. O halda ki, Ağbaba toponimi geniş işləklik dairəsinə malik olmasın. Ancaq həmin adda yer-yurd adına həm Cənubi Azərbaycan ərazisində, həm də Azərbaycanın Kəlbəcər rayonunda və Tiflis əyalətində rast gəlinir. Yənimüəllifin Ağbaba toponiminin et... |
0942527000f88962 | Totemizm | XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində iki Göyərçin kəndi və Göyərçin dağı, Azərbaycanda Göyərçin-Veysəlli (Cəbrayıl r-nu) toponimləri ilə mənşəcə eynidir. XIX əsrdə Qafqazda Göyərçin adlı altı kənd vardı. Toponimlərdə «Göyərçin» sözü iki mənalıdır. Bəzi kiçik, qayalı dağ adlarında bu söz məhz göyərçin quşunun a... |
927773ee1bcf9b6e | Totemizm | (Keçmiş Poltava torpaqlarından Polşaya köçən, oradan Rusiyaya qayıdan qöqel türk nəsli öz gerbində əskidən sitayiş etdiyi göyərçinin təsvirini saxlamışdı. Məşhur türk soylu rus yazıçısı N.V.Qoqol həmin nəsildəndir)». B.Ögəl öz əsərində qeyd edir ki, Tanrı dağlarındakı ibadət yerlərindən biri Gügçinli adlanır və indinin... |
2c8d42d041e8716f | Totemizm | Bunu respublikamızın, Qərbi Azərbaycan və Borçalı nahiyələrində qeydə alınan Göyərçin və Göyərçinli toponimləri də təsdiq edir. Göyərçin və Göyərçinli oronim və oykonimlərinin yerləşdiyi coğrafi şərait də göstərir ki, onlar təsviri mahiyyət daşıya bilməzdi. Göyərçin adlı toponimlər eyni adlı onqon quşun adını birbaşa ə... |
3e71e7640d6ac706 | Totemizm | «Ağac – bütün dünyada qədim mifologiyanın universal obrazıdır». Burada bir məsələni xüsusi qeyd etmək lazımdır ki, əgər at kultu köçəri və əsasən çölçü türk tayfalarına aid idisə, ağac kultu bütün türk xalqlarının hamısında mövcud olmuş universal bir obrazdır. Qədim türklərdə ağac ana totem, totemlərin anası, bəzən isə... |
3dae46193d9f65e8 | Totemizm | Tanırının yaratdığı hər budağın kökündən bir adam yaratdı və bunlardan hərəsi bir soyun-boyun-qəbilənin ulu babası oldu. Bütün dünya xalqlarının miflərində, o cümlədən də türk xalqlarının yaradılış miflərində uşaqları ağac doğur. «Oğuznamə»lərdə də bu məsələ açıq şəkildə öz əksini tapmışdır. Ümumilikdə, qədim türklərdə... |
27abe5b9009ec00a | Totemizm | Göründüyü kimi, Basat anasının ağac olduğunu söyləyir və ən maraqlısı isə budur ki, «Basatın Təpəgözü öldürdüyü boy» «Dədə Qorqud» boyları içərisində qədim dövrlərlə səsləşdiyinə görə xüsusi yer tutur. Bunun özü də göstərir ki, ağac qədim türklərdə onqon hesab olunmuşdur. B.Ögəl türk xalqlarının mifologiyasından danışa... |
dd32a45c8113feab | Totemizm | Bunların hamısı əsaslandırır ki, ağacın törəmə-ağacın totem hesab olunması qədim türklərdə bir sistem halında mövcud olmuşdur. Bu fikri təsdiqləyən ən əhəmiyyətli faktlardan biri də ağac kultu ilə bağlı yer-yurd adlarının türk dillərinin toponimik sistemində mövcud olmasıdır. B.Ögəl qeyd edir ki, qədim orta Asiyada Bay... |
b67ab673e850e4d9 | Totemizm | Qeyd etmək lazımdır ki, Heredot skifləri tatar (türk) adlandırmışdır. Q.Qeybullayev Cənubi Azərbaycanda da qeydə alınan Ağacəri/Ağaceri toponimlərinin «meşəlikdə yaşayanlar» kimi izah edərək göstərir ki, onlar qədim oğuz qəbilələ¬rindən biridir və ehtimal ki, XI əsrdə indiki yaşadıqları yerə səlcuqlarla birlikdə gəlmiş... |
ae72efd825f1155d | Totemizm | XV əsr Qaraqoyunlular hakimiyyəti dövründə (1410-1468) dövlət qoşunları arasında ağacərilər də olmuşdur. 1468-ci ildə Qaraqoyunlular dövləti dağıldıqdan sonra bu tayfa iki yerə bölünmüş, bir hissəsi Şimali Azərbaycanda, bir hissəsi isə Cənubi Azərbaycanda yurdlaşmışdır. Lakin ağacərilər çox olmadıqları üçün daxil olduq... |
8d9d2a86dad00410 | Totemizm | Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tyfa başqa türkdilli xalqların tərkibində də vardır. Söhbətimizin əvvəlində də qeyd etdik Qayın ağacı türk xalqlarında qədimlərdə müqəddəs – totem hesab olunmuşdur və A.Şükürov haqlı olaraq yazır ki, «Qalaqayın – yəni qayın onqonunun qalası, qoruduğu ye... |
feb8078b0ba72aa1 | Totemizm | Belə ki, həmin kəndlərin yerləşdiyi coğrafi mövqelər heç də qarağacla zəngin deyil. Eyni zamanda respublikamızın müxtəlif bölgələrində həmin adda yayılmış məntəqələrin olması və digər türkdilli xalqlarda da Qaraağacı adlı yer-yurd adlarının mövcudluğu təsdiqləyir ki, bu onomastik vahid etnonimlə əlaqədardır və həmin et... |
480b5047e5d2e91f | Totemizm | Əhali, əsasən, gəmiçiliklə, balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu da Qızılağacdan keçirdi. 1614-cü ildə Rus elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr Avropa səyyah və diplomatları Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqəsinin adı da Q... |
21feae413b5ea083 | Totemizm | Yəni həmin toponimlərdə «ağac» morfem kökü miflə bağlı olan tayfa adında formalaşmışdır. Altıağac – Xızı rayonunda kənd. Altaçayın sahilindədir, adı ilk dəfə 1823-cü ilə aid mənbədə çəkilmişdir. Toponim altı (miqdar sayı) və ağac (qədim uzunluq, ölçü vahidi; mərq: 6-7 km) sözlərindən yaranmışdır. Altıağac Şamaxıdan alt... |
4c2a048ed8d1163d | Totemizm | Bu fakta istinad edən M.Seyidova görə «müqəddəs başlanğıc hesab edilən dağ, eləcə də torpaq və xüsusilə onlarla bağlı Günəş bütün varlığın, həyatın, tanrıların, insanların, nemətlərin yaradıcısı, anası-atası kimi qəbul olunur». M.Seyidovun bu fikrini, eyni zamanda türk mifologiyasında dağla bağlı təsəvvürləri ümumiləşd... |
02046860d7e802ee | Totemizm | Hətta indinin özündə də Sibirdə yaşayan türk xalqlarının bəziləri dağa «ata», bəziləri isə ona «ana» kimi müraciət edirlər. F.Xalıqov qeyd edir ki, Altay, Tanrı dağları, Alatan, Qaratay və s. dağlarının adı məhz türklərin dağa olan inamı ilə əlaqədardır. Bütün türk xalqlarında dağla, onun hissələri ilə əlaqədar müxtəli... |
1faca7ff8b5055a1 | Totemizm | Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. Qaradağlı oykoniminin etnonim mənşəli olması heç kimdə şübhə doğurmur və Azərbaycan dilinin onomastikasına həsr olunan ayrı-ayrı əsərlərdə həmin etnonim olması haqqında kifayət qədər məlumatlar verilmişdir. Ancaq Qaradağlı və Qaradağ... |
1f514b75cd393ea6 | Totemizm | Yunan tarixçisi Eratosfen (e.ə. III əsr) Qafqaz dağının adını Kaspi kimi yazmışdır. Dədə Qorqud dastanında Qazılıq dağı kimi, fars mənbələrində Kapgoh, Qaf, ərəblərdə Qabq, türklərdə Əlbürz və s. kimi adı çəkilən Qafqaz toponimi haqqında müxtəlif mülahizələr mövcuddur. Antik mənbələrdə Qafqaz dağı bəzən Kroukas adlandı... |
954202123174640c | Rəfael Dadaşov | Rafael Məlik oğlu Dadaşov (4 yanvar 1946, Zaqatala – 16 mart 2020, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2019). Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. O, 1972-ci ildə M. ... |
8a2756ddccc54d34 | Səlim Müslümov | Səlim Müslümov (1 noyabr 1961, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan siyasətçisi. O, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət etmişdir. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir. Müslümov Səlim Yanvar oğlu 1961-... |
e7b5b3f27531d133 | Səlim Müslümov | 1983–1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, b... |
b2eef7ec2c7478fb | Səlim Müslümov | 2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək ... |
c00cca7dd0a38b8f | Səlim Müslümov | 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib. Şəxsi həyatı Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir. Azərbaycan Respublikasının Əmək ... |
d2b6040df4d49e89 | II Yekaterina | II Yekaterina Şetsində, 1729-cu ildə Anhalt-Çerbst şahzadə Sofiya Avqust Friderik kimi, Ştettində doğulmuşdur. O, Prusiya imperiyasına aid Anhalt-Çerbstin knyazı Xristiyan Avqustun qızıdır. Hersoq Xristiyan Avqust von Anhalt-Çerbest bir oqədər də zəngin olmadığından, Yekaterina evdə təhsil almışdır. O, ingilis, fransız... |
fc8bfe3f617dfcb3 | II Yekaterina | Anası onu uşaqlıqda Fiqxen (alm. Figchen — Frederica adının əzizləyici forması) deyə çağırardı. 1743-cü ildə Rusiya imprateriçəsi Yelizaveta Petrovna xələfi böyük knyaz Pyotr Fyodoroviç üçün evlənmək üçün qız axtararkən, anasının ölüm ayağında onu Yohanna Yelizaveta von Şlezviq-Holştayn-Qottorfun qardaşına ərə verəcəyi... |
0f5a2050529dc45e | II Yekaterina | 1744-cü ildə Friderik öz anası ilə, III Pyotr ilə nigahlanmaq üçün Rusiyaya gəlmək üçün dəvət alırlar. Rusiyaya gəldikdən sonra russ dilini və tarixini, ənənələrini, provaslav dinini öyrənməyə başlayır. Onun müəllimləri arasında arxiyepiskop Simon Todorski ona provaslav dinini təbliğ etmiş, riyaziyyatçı rus filoloqu Ad... |
86adf5e767e764a5 | II Yekaterina | Səhhəti o dərəcədə pisləşir ki, anası lüteran keşiş çağırtdırır. Lakin Sofiya ondan imtina edərək, Simon Todorskinin təkid edir. Bu hərəkəti onun rus cəmiyyətində nüfuzunu daha da artırır. Rəsmi olaraq Sofiya Frederika Avqusta 28 iyun (9 iyul), 1744-cü ildə lüteranlıqdan provaslav məzhəbinə keçərək, Yekaterina Alekseye... |
4f7b4a98e6ae21b4 | II Yekaterina | Bu hadisələrdən sonra siyasi intriqalar baş qaldırır. Sofiyanın anası Prusiya kralı II Fridrixin pərəstişkarı olduğundan, vəziyyətdən rus imperatriçası Yelizaveta Petrovnaya təsir etmək üçün istifadə edərək Rusiyanın xarıcı siyasət kursunu dəyişdirməyə səylər göstərir. Bunun üçün o, antiprusiya siyasəti yeritdiyinə gör... |
e89d165a7fd5afed | II Yekaterina | Lakin Sofiya bundan xəbərsiz olduğuna görə ona qarşı münasibət dəyişməz olaraq qalmış olur. Böyük knyaz ilə nikah 1 sentyabr (21 avqust) 1745-ci ildə on altı yaşında Yekaterina 17 yaşına qədəm qoymuş Pyotr Feodoroviçlə təntənəli şəkildə nikaha daxil olur. Evliliyin ilk illərindən Pyotr Yekaterina ilə heç maraqlanmır. O... |
fe7f2a7c83b2ac53 | II Yekaterina | O, çoxlu mütaliələr edir, Volteri, Publiy Korneliy Taçiti, Beyl Pyeri oxuyaraq fəlsəfi, hüquqi biliklərini artırır. Əsas əyləncəsi ov etmək, at sürmək, rəqs və maskaradlar olur. Böyük knyazla ər-arvad münasibətinin olmamasından istifadə edərək Yekaterina məşuq və sevgililəri ilə gününü keçirir. Bundan imperatriça Yeliz... |
91fe27a77c744e07 | II Yekaterina | Doğuş ağır keçir və imperatriça Yelizavetanın tapşırığı ilə uşağı dərhal anadan ayırırlar və onu tərbiyə etməsinə izin vermirlər. Ona yalnız tək-tək görüş icazəsi verilmişdir. Yekaterina ilkdəfə uşağını 40 gündən sonra görə bilmişdir. Bəzi mənbələrdə I Pavelin əsil atasının Yekaterinanın sevgilisi S. V. Saltıkovun oldu... |
299c51c97ee145d8 | II Yekaterina | Pavelin dünyaya gəlməsindən sonra Yekaterina ilə böyük knyaz arasındakı münasibətlər daha da gərginləşir. III Pyotr öz arvadını “ehtiyatda olan madam” adlandıraraq açıq-aşkar məşuqələri ilə əylənir. Bunda istifadə edən Yekaterina ingilis səfiri Çarlz Henburi Uiyamsın köməyi ilə gələcək Polşa kralı Stanislav Avqust Pony... |
74e15f1fb304c9df | II Yekaterina | Yalnız 1750-ci ildə Yekaerina ondan 50 000 rubl qəbul etmişdir; noyabr 1756-cı ildə isə o, daha 44 000 rubl almışdır.. Əvəzində isə səfir ondan bəzi məxfi məlumatlar almış olur.. Ələlxüsus 1756-cı ildə İngiltərənin müttəfiqi olan Prusiya ilə Yeddillik müharibə başlanandan sonra səfir Uiyams Yekaterina vasitəsilə döyüşə... |
80d7e5bcbfdfad60 | II Yekaterina | O. Klyuçevskinin yazır: Bu saray çevrilişi planında Yekaterinaya kansler Bestujev-Rzumin Aleksey Petroviç də kömək edir.. 1758-ci ilin əvvəlində imperatriça Yelizaveta Yekaterina ilə dostluq münasibətində olan rus ordusunun baş komandanı Apraksin Stepan Fyodoroviç və kansler Bestujevin xəyanətindən şübhələnir və hər ik... |
85a5a57ddd2de040 | II Yekaterina | III Pyotr açıq-aşkar məşuqəsi Voransova Yelizaveta Romanovna ilə yaşamağa başlayır. Yekaterinanı isə Qış sarayının digər ucuna köçürür. Yekaterina Orlovdan hamilə qalanda bunu daha heç cür ərindən təsadüfən baş verdiyini sübut edə bilmir. Beləliklə dünyaya Yekaterinanın daha bir oğlu Bobrinski Aleksey Qriqoryeviç gəlmi... |
eb234c90420bf28c | II Yekaterina | Belə ki o, Prusiya ilə Rusiyaya sərf etməyən bəzi müqavilələr bağlamışdır. Prusiya ilə birlikdə Holşteyn Şlezviqi geri Prusiyaya qaytarmaq üçün öz müttəfiqi olan Danimarkaya qarşı hərəkətə keçir. Rus kilsəsinin mülkünə əl qoyaraq monastır torpaq mülklərini ləğv edir. O, özünü kobud, səfeh, Rusiyanı sevməyən, bacarıqsız... |
255a24d3795f59b3 | II Yekaterina | Qvardiya tərəfindən imperatora qarşı nifrət artdığı bir vaxtda Yekaterina çevriliş etməyə qərar verir. Onun tərəfdaşları Orlov qardaşları, vaxmistr Potyomkin və adyutant Fzodr Xitrovo qvardiyada təşviqat işi apararaq onları öz tərəfinə çəkirlər. Çevrilişə əsas səbəb Yekaterina və poruçik Passekin həbsi haqqında yayılan... |
8d292aafc9c85d91 | II Yekaterina | 28 iyun (9 iyul) 1762 ci ildə III Pyotr Oranienbaum şəhərində olarkən Yekaterina Aleksey və Qriqori Orlov ilə Peterqrafdan Sankt Peterburqa gəlir və qvardiya ona sədaqət andını içir. Taxtdan düşürülmüş III Pyotr nəzarətə götürülür və sonradan müəmmalı şəkildə ölmüş olur. Yekaterina bir məktubunda yazırdı ki, ölümdən qa... |
cd84fd6ad77aedf1 | II Yekaterina | Bu haqda tarixçi Pavlenko Nikolay İvanoviç yazırdı: Ərini devirdikdən sonra Yekaterina Alekseyevna imperatriça II Yekaterina adı ilə taxta keçir və III Pyotrun devrilməsini onun dövlət dininə xəyanəti və Prusiya ilə bağlamış olduğu sülh müqaviləsi ilə əlaqəli olduğunu bəyan edən manifest verir. Xələf Pavelin deyil məhz... |
add9e9e374e66aec | II Yekaterina | Belə ki mövcud defisitin yaranmasının səbəbkarı məhz Yekaterina özü olmuşdur. Belə ki o, 1762-ci ilin sonunda öz pərəstişkarlarına və 28 iyun çevrilişi iştirakçılarına büdcədə nəzərdə tutulmamış 800 000 rubl pul dağıtması, mülk bağışlaması məhz II Yekaterina dövründə maliyə böhranına, ilk dəfə olaraq Rusiyanın xarici b... |
5e575de9cf353383 | II Yekaterina | İmperatriça II Yekaterina Rusiya monarxiyasının qarşısında duran məsələləri belə ifadə edirdi: II Yekaterinanın siyasəti əsaən sələfləri tərəfindən əsası qoyulmuş inkişaf tendensiyasını qoruyub saxlamaqdan ibarət olmuşdur. Onun zamanında inzibati-ərazi (quberniya) reformu həyata keçirilmişdir ki, bu da 1917 ci ilə qədə... |
1b4df3650fe9be68 | II Yekaterina | II Yekaterina 23 yeni quberniya yaradaraq, 144 şəhər salmış olur. Kyuçevski Vasili Osipoviç yazırdı: Daxili siyasət Xarici siyasəti Rusiya-Osmanlı müharibəsi (1768-1774) 1768-1774-cü illər Osmanlı-Rus müharibəsi Dunay, Krım, və Cənubi Qafqaz istiqamətinə aparılırdı. Osmanlı qoşunları 1769-cu ildə Rusiyanın içərilərinə ... |
98f4508015730d8f | II Yekaterina | Bessarabiya, Moldova və Valaxiya ruslar tərəfindən tutuldu. Rus donanması 1770-ci ilin iyununda Xios yaxınlığındakı Çeşmə buxtasında Osmanlı donanmasını məğlub etdi. Avstriya imperiyası Rusiyanın Balkanlarda güclənməsini istəmirdi. Rusiyada baş verən Puqaçov üsyanı və Avropa dövlətlərinin Rusiyaya təzyiqi onu danışıqla... |
67a23223faae0bf7 | II Yekaterina | Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu (sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi).Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı. Rus ticarət cəmiləri B... |
2189a4401bc2af46 | II Yekaterina | Osmanlı 4,5 milyon rubl təzminat ödəməli idi. Valaxiya və Moldova Rusiya "himayəsinə" verilirdi. Osmanlı bu knyazlıqların idarə olunması haqqında şərtlərə əməl etməli idi. Rusiya-Osmanlı müharibəsi (1787-1792) 1787-1791-ci illər Osmanlı-Rus müharibəsi— Rusiya imperiyasının Avstriya və Türkiyə (Osmanlı İmperiyası) ilə a... |
eeb76efe40ee895d | II Yekaterina | Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi. Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi.Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Suvorovun ordusu nəinki qalanı müdafiə e... |
68ced5649450ee5b | II Yekaterina | Osmanlı ilə müharibədə olan II Yekaterina bir tərəfdən bu təklifə şirniksə də digər tərəfdən Qafqaza bıyök bir qüvvə iqtidarında deyildi. 1796-1772 ci illərdə Rusiya imperiyası ilə Kartli-Kaxetiya krallığı arasında hərbi yardım müqavilində sadiq təəbəlik müqaviləsi imzalanır. Müqaviləyə görə Kartli-Kaxetiya Rusiya impe... |
2131647a7113a3ae | II Yekaterina | İbrahim Xəlilin sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni Rusiya imperiyasına vermək istəyirdi. Kartli-Kaxetiya çarının bu niyyətini Qacar İranın tabeçiliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəl... |
9fe9887a2c30b800 | II Yekaterina | Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyil və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərir. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin yaraqlılarını darmadağın edərək, Tiflisə girir. İrakli qaçıb dağlara çəkilir. 22 min dinc sakin qul və kəniz kimi satılır. Tiflis yağ... |
da1b9b3ebbb8bc6a | II Yekaterina | Qacarın dəstəsi Şuşanı mühasirəyə alarkən II İrakli Gəncəyə hücuma keçmişdi. Və görünür, Şuşanın mühasirəsinin belə tezliklə götürülməsinə və Tiflis üzərinə hücuma bunun da müəyyən təsiri olmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlunun Ağa Məhəmmədə fəal köməklik köstərməsi də müəyyən dərəcədə Gəncə üzərinə talançı basqınla... |
5494c6c94d9df62d | II Yekaterina | 1796-cı ilin yayında Ağa Məhəmməd şahın qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşır. Beş həftəlik mühasirədən sonra qala təslim olur və sülh bağlanır. Bundan məmnun qalmayan II Yekaterina İrana qarşı hərəkətə keçərək 1796 cı ildə Şimali Azərbaycan ərazisinə soxularaq Dərbənd, Bakı, Şamaxı və Gə... |
d7d8f5a5aec07b25 | II Yekaterina | Lakin ruslar dənizdə Roçensalm döyüşündə məğlubiyyətə uğrayırlar. 1790 cı ildə İsveç ilə Rusiya arasında Verel sülhü imzalanır. Sülhə əsasən sərhədlər olduğu kimi qalır. Digər ölkələrlə münasibət 1764 cü ildə Rusiya ilə Prusiya arasında münasibətlər normallaşır və müttəfiqlik müqaviləsi imzalanır. Şimal sistemi adlanan... |
afa6f64d4a8407a7 | II Yekaterina | 1782 ci ildə Rusiya Danimarka ilə dostluq və ticarət müqaviləsi imzalayır. Şimali Amerika uğrunda müstəmləkəçilik mübarızəsi XVIII əsrin sonlarına yaxın qızışır. ABŞ İstiqlal müharibəsi nəticədə ABŞ möstəqillik əldə edir. Rusiya imperiyası bu zaman neytrallıq haqqında deklarasiya qəbul edir. Bu deklarasiyaya bir çox Av... |
631f4189bb50d0b2 | II Yekaterina | Bu zaman II Yekaterina mübarizə aparan tərəflər arasında vasitəçilik edərkən Avropada tarazlığı saxlamaq məqsədi ilə öz sülh şərtini diktə edir. Alman dövlətləri arasındakı mübahisələrdə II Yekaterina hər zaman hakim kimi vasitəçiliyi öz boynuna gıtürmüşdür. II Yekaterina Rusiyanı hegomon bir imperiyaya çevirmişdi. Onu... |
21cc710eb63b0c3f | II Yekaterina | 1772-1795 və 1787-1791 ci illərdə Rusiya Krim Yarımadasını Qara dənizin bütün şimal sahillərini əzünə birləşdirir. 1772—1795 ci illərdə Reç pospolitanı parçalayaraq Belarus, Qərbi Ukrayina, Litva və Kurlyandiyanı öz ərazilərinə qatır. Bundan sonra rusların Aleut adaları və Alyaskaya ekspansiyası başlamış olur. Aleut ad... |
c221c73599e5fdbf | II Yekaterina | 9 iyul 1799 cu ildən 1867 ci ilədək Alyaska Rusiya-amerika kompaniyası idarəçiliyində olur, 22 dekabr 1866 cı ildə 5 million dollara (qızıl pulla) ABŞ-yə satılır. Mədəniyyət, elm II Yekaterinanın himayə etdiyi memarlar İvan Starov və Cakomo Kvarenqi Qış sarayının daha da genişləndirilməsi və dəyişdirilməsi haqqında düş... |
cac9b2451706bcf1 | II Yekaterina | Bu bina saray yığıncaqlarının və digər mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuşdu. II Yekaterina binanı sələfi II Yekaterinanın sarayda şəxsi otaqlarını göstərmək üçün istifadə elədiyi adla – Ermitaj (Planda 14 nömrə ilə göstərilib) adlandırmışdır. Ermitajın interyeri Qış sarayı ilə kontrast təşkil edəcək şəkildə... |
132b331d39b2f194 | II Yekaterina | Onun incə detallara və təbiətə olan marağı sarayın mebel təchizatında və saraya toplanmış dəyərli sənət əsərləri kolleksiyasında da özünü göstərmişdi.II Yekaterinanın incəsənət kolleksiyası böyük olduğundan o, memar Yuri Velteni saraya yeni binanın əlavə edilməsi üçün vəzifələndirdi və sonradan bu bina Köhnə Ermitaj ki... |
8dd74d6debcc1d67 | II Yekaterina | O, Fransaya nifrət etsə də, bunu fransız mədəniyyəti və incəsənətinə aid etmək olmazdı. Fransız dili sarayın əsas dilinə çevrilmişdi; rus dilindən yalnız xidmətçilərə müraciət zamanı istifadə edilirdi. Rus zadəganları Molyer, Jan Rasin və Pyer Kornel kimi fransız filosoflarının əsərlərini oxumağa təşviq edilirdilər. Qı... |
9fa32483a4726215 | II Yekaterina | II Yekaterinanın hakimiyyəti dövründə milyondan artıq kəndli qul vəziyyətinə salınmışdı. Qış sarayında inşaat işləri isə 1796-cı ildə II Yekaterinanın həyatının son gününə kimi davam etmişdir. 1768 ci ildə bir sıra şəhər məktəbləri yaradılır. Peşə məktəbləri açılmağa başlayır. II Yekaterina qadınların təhsilinə mühüm ə... |
61e54ab5e7652cc5 | II Yekaterina | 1764 cü ildə Smolenski Nəcib Qızlar institutu yaradılır. Elmlər akademiyası öz maddi-texniki bazasını zənginləşdirərək, Avropada qabaqcıl yerlərdən birini tutur. Akademiyanın nəzdnində rəsədxana, fizika otaqları, anatomiya salı, nəbatət bağı, alətlər emalatxanası, tipoqrafiya, kitabxana, arxiv yaradılır. Beləliklə 11 o... |
247c91051e543911 | II Yekaterina | Belə ki, su çiçəyinə qarşı ilk peyvənd olunan II Yekaterina olmuşdur. Epidemiyalara qarşı mübarizə dövlət xarakteri daşıyır, imperator şurasının vəzifəsinə daxil edilir. II Yekaterinanın sərancamı ilə liman və sərhəd məntəqələrində karantinlər təsis edilir. II Yekaterina dövründə sifilisli xəstələr üçün, lazaret, ruhi ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.